Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-537/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Aytən Bəxtiyar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1 müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Mamırlı Ə/D, Poladlı kəndində qeydiyyatda olan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 fevral 2023-cü il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs3 əynində olan gödəkçəsinin sol yan cibindən 5 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən, 450 manat dəyərində “Samsung” markalı, Galaxy A12 model mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 455 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 aprel 2023-cü il tarixdə, saat 06:30 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus qarajın qıfılını dəmir alətlə sındırıb qanunsuz olaraq saxlanc yerinə daxil olaraq oradan 400 manat dəyərində “Biaci 32KB” markalı, 400 manat dəyərində “Qastem 28KB” markalı kombi aparatlarını və 130 manat dəyərində kombi esenjorunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 930 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 may 2023-cü il tarixdə, saat 17:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Min bir xırdavat” mağazasının qarşısına qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus içərisində 870 manat nağd pul, hər biri 10 manat dəyərində "xxxx" ASC-yə aid 4169 7414 1839 5339 və 4169 7420 5844 6101 nömrəli 2 ədəd kart və "xxxx" ASC-yə aid 1 ədəd əmək haqqı kartı, hər biri 2 manat dəyərində 5 ədəd “Bakıkart” metro və avtobus kartı, 10 manat dəyərində 055 *** ** ** saylı nömrə ilə işləyən 200 manat dəyərində “X3 8” markalı, M1906G7G modelli mobil telefon olan 30 manat dəyərində qara rəngli əl çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,169 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, törətdiyi oğurluq hadisəsi ilə bağlı 26 may 2023-cü il tarixdə, saat 20:45 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində yerləşən “Ruslan 93” mağazasının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilərək şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,169 qram olan psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmiş və buna görə də saat 17 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 93 ünvanında yerləşən “8-ci km” bazarına gəlmişdir. Oğurluq etmək məqsədilə əlverişli şərait olması üçün bir qədər bazarda gəzmiş və bazarda bir nəfər qadına arxa tərəfdən yaxınlaşıb əlini gödəkçəsinin yan cibinə salaraq ona məxsus “Samsung” markalı mobil telefonu oğurlamış və dərhal ərazidən uzaqlaşmışdır. Bir neçə gün sonra o, oğurladığı mobil telefonu satmışdır. Bundan başqa, “Min bir xırdavat” mağazasının qarşısından keçərkən dükanın qarşısında olan çiyin çantasını görmüş və çantanı götürərək oradan uzaqlaşmışdır. Çantanın içərisində pul, plastik kartlar, bank kartları, metro kartları, telefon, 870 manat pul olmuş, götürdüyü pulun bir qismini xərcləmişdir. Zərərçəkmiş şəxs1 261 manat pul və telefonunu geri qaytarmışdır. Həmçinin, çantada olan kartların hamısını polisdə geri qaytarmış və bununla bağlı çəkiliş də aparılmışdır. Bundan başqa o, “8-ci kilometr” bazarının yaxınlığında yerləşən binaların qarşısında olan qarajın qıfılını sındırıb içəriyə daxil olaraq oradan kombi aparatlarını və bir ədəd qazançanı götürmüşdür. Onları “8-ci km” bazarında satmışdır. Qarajdakı avadanlıqları narkotik vasitənin təsiri altında olan zaman oğurlamışdır. Belə ki, narkotik vasitələrin istifadəçisi olmuş və saxlanılan zaman üzərində narkotik vasitə olmuş, həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nizami rayonu 120 saylı Mənzil Kommunal İstismar Sahəsində xadimə işləyir. Əvvəllər işlədiyi ərazidə təqsirləndirilən şəxsi tez-tez görmüşdür. O, 26 may 2023-cü il tarixdə zibilgötürən avtomobilin yanında dayanan zaman bazarlıq etdiyi torbanı qutunun yanına qoymuşdur. Zibilgötürən avtomobil getdikdən sonra çantanın olmadığını görmüş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs onun çantasını götürən zaman onun içərisində həyat yoldaşının xarici pasportu, onun xarici pasportu, maaş kartları və 7 ədəd avtobus kartı, ona məxsus 870 manat nağd pul, çörək pulu kartı, əmək haqqı kartları, tanışı Ayna İsmayılovaya məxsus kart, kredit kartı, özünün və həyat yoldaşının şəxsiyyət vəsiqələri, veteranlıq kitabçası və 200 manat dəyərində “X3 8” markalı mobil telefon olmuşdur. 261 manat pul və telefon ona qaytarılmışdır. O, şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə özünə məxsus qaraja daxil olarkən qarajın qapısının açıq olduğunu görmuş, bu barədə polisə məlumat vermişdir. Qarajda olan 1 ədəd “Biaci 32KB” markalı kombi və 1 ədəd esenjor oğurlanmışdır. Təqsirləndirilən şəxs fiziki olaraq zəifdir, onun qarajında olan kombilər isə ağırdır və bu şəxsin onları təkbaşına və ya narkotik vasitənin təsiri altında aparması mümkün deyildir. O, qarajda esenjoru çarpayının altında gizlətmiş, təqsirləndirilən şəxs isə onu sağ küncdən götürdüyünü bildirmişdir. Oğurluq edilən zaman istintaqda oğurluğun arabaçılardan biri tərəfindən edilə biləcəyini demişdir, çünki o, fiziki olaraq güclüdür və arabası vardır. Həmçinin, həmin arabaçı həmin gün qarajın qapısının yaxınlığından keçərkən mis satıbsatmadığını da soruşmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə, saat 17 radələrində alış-veriş üçün Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarına getmiş, bazarda olarkən gödəkçəsinin sol yan cibindən ona məxsus, “Samsung Galaxy A12” markalı mobil telefonunu çıxardıb tanışına səs göndərmiş və telefonu yenidən sol yan cibinə qoymuşdur. Sonra bazarda piştaxtaların arası ilə bir qədər getmiş və yenidən telefondan istifadə etmək istəmişdir. Lakin telefonun cibində olmadığını görmüşdür. Həmin vaxt ətrafda sıxlıq olmuşdur. O, bazarda olan tanımadığı iki nəfərin telefonu ilə öz nömrəsinə zəng etmiş, lakin zəngə cavab verən olmamışdır. Telefonunun oğurlanması nəticəsində ona 450 manat məbləğində ziyan dəymişdir, dəymiş ziyan ödənilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “8-ci km” bazarında işləyir. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq telefonun özünə məxsus olduğunu, satdığını və pula ehtiyacı olduğunu bildirmişdir. Onun satdığı telefon “Samsung A12” markalı telefon olmuşdur. Onun Asəfdən telefon almaq fikri olmamış, lakin dərman alacağını dedikdən sonra telefonu 80 manata almışdır. Telefonun nasazlığı olmuş və sonradan xarab olduğu üçün tullamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə Asəfdən 40 manata 2 ədəd işləməyən kombi almışdır. O da elə həmin günü aparatları 8-ci km bazarında metal qəbulu yerində cəmi 60 manata satmışdır. Beləliklə də o, 20 manat qazanmış olmuşdur. Asəfin onları oğurlamasını bilməmiş və buna gorə onları almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********** nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq-göy rəngli cins şalvarının sağ arxa cibindən ümumilikdə 04 ədəd "xxxx" kartlarını, 05 ədəd “Bakıkart” metro və avtobus kartlarını, 01 ədəd “Araz” marketə aid kartı, həmin şalvarın qabaq sol cibindən 01 ədəd arxası göy rəngli “Xiaomi Note 8” markalı mobil telefonu, şalvarının sağ kiçik cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli kristallik formalı kütləni və şalvarının sol arxa cibindən iki ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, iki ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Qara Qarayev prospektində dəmir qablar yığmaq istəyərkən bir ədəd çanta gördüyünü və həmin çantanı oğurladığını, çantanın içərisində olan 870 manat pul, 03 ədəd "xxxx" kartı götürdükdən sonra çantanı zibil yeşiyinə atdığını qeyd edərək təqdim etdiyi 01 ədəd arxası göy rəngli “Xiaomi Note 8” markalı mobil telefonu üzərindən çıxmış əvvəli 870 olmaqla xərclədikdən sonra qalıq 261 manat pulu və təqdim etdiyi 4169 7414 6007 3347, 4169 7414 1839 5339 və 4169 7420 5844 6101 saylı "xxxx" kartlarını məhz həmin çantadan götürərək oğurladığını 05 ədəd “Bakıkart” metro və avtobus kartlarının, 01 ədəd “Araz” market kartının və 5103 0714 6541 6549 saylı "xxxx" kartının özünə məxsus olduğunu, eləcə də şalvarının qabaq sağ kiçik cibindən çıxararaq təqdim etdiyi ağ rəngli sellofana bükülü halda maddənin şüşə kimi tanıdığı metamfetamin narkotik vasitə oduğunu, 3-4 aydır ki, narkotik vasitə aludəçisi olduğu üçün şəxsi istifadəsi üçün “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığından 80 manat pul müqabilində tanımadığı şəxsdən bir neçə gün əvvəl aldığını və üzərində saxladığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3051 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,169 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-249/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanıma haqqında 05 iyun 2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş oğurluq yolu ilə əldə etdiyi 261 manat nağd pul, "xxxx" ASC-yə aid 4169 7414 1839 5339 və 4169 7420 5844 6101 nömrəli plastik kartlar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və birləşdirilmiş cinayət işi ********* nömrəsi altında istintaq edilmişdir. - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və birləşdirilmiş cinayət işi ********* nömrəsi altında istintaq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/5127/2023 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 ədəd Çin istehsallı, 64 GB yaddaşlı, “Redmi” markalı, “M1906G7G” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin may ayına olan bazar qiyməti təxminən 200 manat müəyyən olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4803 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,169 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq tədqiqatdan sonra qalıq qalmış 1,069 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 05 ədəd “Bakıkart” metro və avtobus kartları və 01 ədəd üzərində nömrə olmayan “X3 8” markalı, M1906G7G modelli mobil telefon maddi sübut kimi tanınaraq məhkəmə baxışına qədər saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. .....17.Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin.
18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə məxsus əmlakı gizli olaraq talamaqla təkrarən oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamin əldə edib saxlaması tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdin obyektini mülkiyyət münasibətləri təşkil edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan bir neçə az ağır cinayəti törətməsini, eyni zamanda qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil edən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər bir cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən: mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19- 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,069 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; maddi sübut qismində tanınmış 261 manat nağd pulun, "xxxx"a aid 4169 7414 1839 5339 və 4169 7420 5844 6101 nömrəli plastik kartların, 05 ədəd “Bakıkart” metro və avtobus kartlarının, 1 ədəd üzərində nömrə olmayan “X3 8” markalı, M1906G7G modelli mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 105 (bir yüz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 32 (otuz iki) iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 (bir yüz doxsan iki) manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,069 qram psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 261 manat nağd pulun, "xxxx"a aid 4169 7414 1839 5339 və 4169 7420 5844 6101 nömrəli plastik kartların, 05 ədəd “Bakıkart” metro və avtobus kartlarının, 1 ədəd üzərində nömrə olmayan “X3 8” markalı, M1906G7G modelli mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 105 (bir yüz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 32 (otuz iki) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 192 (bir yüz doxsan iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Mətanət Hacıyeva