Məhkəmə qərarları › İş №1(007)-537/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-537/2025

21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-537/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, Əfəndiyev Teymurazın (X3), müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X11 ADİU (UNEC)-nun nəzdində X15 direktoru X1, tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyevin, Həmkarlar İttifaqının sədri Samirə Mehdiyevanın, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanın, işçilər Heydərzadə Ləmanın və Natavanın, nizam-intizam komissiyasının sədri Lalə İsmayılovanın, onun müavininin və üzvlərinin barəsində xüsusi ittiham qaydasında şikayət verərək 15-16 iyul 2025-ci il tarixlərində təşkil edilən nizamintizam komissiyasının iclasında ona verilən saxta və süni inzibati tənbehin (töhmətin) ləğv edilməsi üçün, ADİU-nun (UNEC) nəzdində X15 direktoru Sevinc Həmzəyeva, tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev, Həmkarlar İttifaqının sədri Samirə Mehdiyeva, kadrlar üzrə mütəxəssis Günel Hacıyeva, işçilər Heydərzadə Ləman və Natavan, nizamintizam komissiyasının sədri Lalə İsmayılova, onun müavini və üzvləri vəzifələrindən suiistifadə edərək, onun səhhətinin pisləşməsinə baxmayaraq, ilkin yardım etmədikləri üçün, səhhətinin pis olduğuna məhəl qoymayaraq bir gündə onu 2 iclasa cəlb edərək, məcbur izahat alaraq, sübutlara məhəl qoymadan şərlədikləri üçün haqsız yerə süni və saxta töhmət verdikləri üçün, adları sadalanan rəhbər vəzifəlilər, işçilər, həmkarların sədri, nizam-intizam komissiyasının sədri, onun müavini və üzvlər barəsində yuxarıda qeyd edilən maddələrə əsasən məsuliyyətə cəlb olunmaqlarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2024-cü il tarixində nizam-intizam komissiyasının iclası təşkil edilərək qanunsuz olaraq ona yazılı xəbərdarlıq verilmişdir. Guya nizam-intizam komissiyasının sədri İsmayılova Lalənin kollokvium imtahanı keçirdiyi otağa onun səsi gedib. Halbuki həmin vaxt o, iş otağında bircə dəfə şəxsi telefonu ilə 146a zəng edib operatorla 2 dəqiqə danışmışdır. Telefonunda sübut da var. Əgər onun səsi dərs otağına gedirsə, niyə kollokvium götürən tyutor zəng edib şifahi bildirmirdi? Nizamintizam komissiyasının iclasından sonra onun halı pisləşmişdir. Boğazında düyünlü zoblar olduğu üçün ona çox əsəbiləşmək ziyandır. Boğulduğunu hiss edən kimi 103 nömrəsinə zəng edib, təcili yardım çağırmışdır. Təcili yardım gələnə kimi işçilər də ona yardım etmişlər. Həkim təzyiqinin də əsəbdən qalxdığını bildirmişdir. Direktor S.Həmzəyeva onu 6 il oturduğu iş otağından məcbur çıxardaraq iki tərəfidə dərs otağı olan yerə yerləşdirmişdir. Bir dərs otağı ilə iş otağının arasında taxta qapı, o biri dərs otağı ilə iş otağının arasında dəmir soba var. O, hər gün müəllim və tələbələrin səslərini eşidir. Əlbəttə dərs otağında onun səsi eşidilə bilər. Nəyə görə bütün gün dəhlizdə dərs gedişatı olan vaxt telefonla danışan işçilər barəsində bir dəfə də olsun tədbir görülmür? Deməli burada ona qarşı qərəzli məqsəd var. xx.xx.2024-cü il tarixində ona saxta və süni şəkildə yazılı xəbərdarlıq verilib. Həmin tarix 5-ci gün olduğu üçün şənbə və bazar iş olmayıb. O, xx.xx.2024-cü il tarixindən 26 gün əmək məzuniyyətində olmuşdur. xx.xx.2024-cü il tarixindən də Türkiyəyə getmişdir. xx.xx.2024-cü il tarixində iclasdan sonra (iclas İİ növbə olmuşdur) halı pisləşmiş, təcili yardım həkimləri iynələr vurmuşdur. Ona heç kim deməyib izahat yaz, çünki səhhəti pis idi. Əsas yalanın biri də ona verilən yazılı xəbərdarlıqla, izahat vermək istəmədiyinin qeyd olunmasıdır. 24 saylı Nizami 1 saylı Seçki Dairəsi 23 saylı seçki məntəqəsi onların kollecində yerləşir. X14 həmin məntəqənin sədridir. Hər gün 1-2 saatlıq işə gəlir, onda da öz kabinetində oturur. Ona qarşı qərəzli şəkildə nizam-intizam komissiyasının iclası təşkil olunanda həmin vaxt S.Həmzəyeva işdə olub. Tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyevin 66 yaşı tamam olsa da 3 ay müddətinə vəzifəsində qalma vaxtı uzadılıb. Direktorun hər dediyini etməyə məcburdur çünki, vəzifəsində vaxtının uzadılması ondan asılıdır. Kollokvium imtahanında tyutor iştirak etməyib. O, əmindir ki, tələbələri imtahanla qorxudaraq ona qarşı qərəzli şəkildə yazılan ərizəyə imza çəkdiriblər. Onun 2 dəqiqə şəxsi telefonu ilə 146 nömrəsi ilə danışmağı heç vaxt kollokvium imtahanına mane ola bilməz. Onun səsi dərs otağına gedirdisə, birinci şifahi bildirilməli idi. Əgər bildirişə əməl etməsə xəbərdarlıq verilə bilərdi. İmtahanların 80 faizi yazılı olduğu üçün tələbələrin çoxu kəsilir. Əsas da 2024-cü ilin payız semestrində tələbələr kütləvi surətdə kəsilirdi. Bununla da sübut etmək istəyirlər ki, rüşvət almırlar, amma “imtahan sessiyası müddətində yaranan akademik borcların növbəti semestrin dərsləri başlananadək ləğv etmək istəyən tələbə siyahısı ilə” 25 faiz ödəməklə imtahanlara buraxırlar. Bəzi tələbələr imtahandan sonra başqa otaqda cavab köçürürlər. Tələbələrdən bu barədə Elm və Ali təhsil üzrə Dövlət Agentliyinə şikayət edənlər var. O, xx.xx.2025-ci il tarixində 1 günlük ödənişsiz məzuniyyət üçün X14nın adına xx.xx.2025-ci il tarixi üçün ərizə yazaraq kadrlar üzrə mütəxəssis Günel Hacıyevaya təqdim etmişdir. Səhəri xx.xx.2025-ci il tarixində Günel Hacıyevanın iş otağına gələndə soruşmuşdur ki, “direktor icazə verdi?” Günel Hacıyeva bildirmişdir ki, “ərizən direktorun otağındadır, gəlsin maraqlanaram”. Günorta o, Günel Hacıyevanın iş otağına gedərək təkrar soruşmuşdur ki, “direktor icazə verdi?” Günel Hacıyeva: “Teymuraz müəllimlə iclasa getdilər gəlsin məlumat verəcəm”. Axşam saat 17:10-22 radələrində Günel Hacıyeva iş otağına gələrək ona demişdir ki, “direktor ərizənin üstünə yazdı ki, iş çoxdur icazə vermirəm”. Halbuki, yay aylarında ancaq əmək məzuniyyəti əmrləri çox olur. Kollec rəhbərliyi iş otağını nə kondisionerlə, nə də vintelyatorla təmin etmədiyi üçün qapı və pəncərəni açıq qoyur. O, Günel Hacıyevaya iradını bildirmişdir ki, “mən direktordan icazəsiz işə gəlməmə hüququm yoxdur, direktorunda hüququ yoxdur ki, işçiyə ödənişsiz məzuniyyət verməkdən imtina edə. Niyə bunu mənə 1-2 saat əvvəldən demirdin ki, gedəcəyim yerə zəng edib xəbər verim ki, rəhbərim icazə vermir gəlim? Direktor dərkənar yazdığı ərizənin surətini gətir ver mənə, sizi məhkəməyə şikayət edəcəyəm”. İşdən əsəbi halda çıxanda direktor qapının ağzında maşına otururdu. Direktora demişdir ki, “mənə ödənişsiz məzuniyyət vermədiyiniz üçün sizi məhkəməyə verəcəm”. Direktor da əl hərəkəti ilə ona rədd ol işarəsi göstərərək demişdir ki, “get kimə istəyirsən şikayət elə”. (Kollecdə bütün kameralar səs yazır). O, evə getmişdir. Başı sıxılırdı və özümü pis hiss edirdi. Güzgüdə baxmışdır ki, gözlərinin içi qızarıb. Tək yaşadığı üçün daha çox narahat olmuşdur. Özünə ehtiyat üçün saxladığı B6 iynəsini vurmuşdur. Xeyli vaxt keçsə də baş sıxılma dayanmamışdır. Təcili yardıma zəng etmiş, təzyiqi çox yüksəyə qalxdığı üçün yardım etmişlər. Təzyiqi normaya düşdükdən sonra çıxıb getmişlər. Səhəri gün yenə baş sıxılma başlamışdır. Yaşadığı ərazinin xəstəxanasına getmiş, köməklik etmişlər və işə gedə bilmədiyi üçün ona 1 günlük arayış verilmişdir. Səhəri xx.xx.2025-ci il tarixində o, işə getmiş, saat 10-11 arası Günel Hacıyevanın iş otağına qalxmış və demişdir ki, “Günel düz etmədin, əvvəldən deməliydin ki, direktor icazə vermir. Söhbəti uzadıb axşam işdən çıxmağıma 5-10 dəqiqə qalmış gəlib deyirsən”. Günel Hacıyeva demişdir ki, “mən nə edim, məndən asılı deyil”. Günel Hacıyevanın iş otağı 2 otaqlıdır. O biri otağa keçərək (Heydərzadə Ləman və Natavan otaqda idi) demişdir ki, “Günel zəng elə direktora de ki, ərizənin surətini ona vermək istəmirsə, 10-15 dəqiqə sonra 102-yə zəng edəcəm”. Bunu deyib otaqdan çıxmışdır.(şərlənməkdən ehtiyat etdiyi üçün telefonu səs yazıya qoymuşdur). O, iş otağına gəldikdən sonra Günel Hacıyevaya təcili yardım çağırılmışdır. Guya onu hədələmişdir, ürəyi gedib. O, əsəb dispanseri həkimi deyil xəstələri yola versin. Bir işçi kimi haqlarını, hüquqlarını müdafiə etməyi bacarır. Kadrlar üzrə mütəxəssis 102-nin adı çəkiləndə qorxursa, bu onun problemidir. O, elə həmin gün xx.xx.2025-ci il tarixində 102 polis çağrı mərkəzinə zəng edib polislərin hadisə yerinə gəlməklərini xahiş etmişdir. Polis işçiləri kollecə gələrək ondan çox qısa 2 cümləlik ərizə alaraq getmişlər. Həmin vaxt kollecin təsərrüfat işləri üzrə direktor müavini Oktay Salayev təkrar-təkrar demişdir ki, “Güneli qorxutmusan, ürəyi gedib”. Günel Hacıyevanın 40-a yaxın yaşı var, 2 övlad anasıdır. Qaynanalı-qaynatalı evdə yaşayır. Nə bilsin hansı problemləri var. Ürək getmə bir xəstəlikdir. Direktorun istəyi ilə Günel Hacıyeva və onunla bir otaqda oturan Heydərzadə Ləman və Natavan onu şərləyərək ərizə yazıblar. Hətta onu şərləmək üçün xx.xx.2025-ci il tarixində onun Günel Hacıyevaya öz iş otağında irad bildirməyinə görə də işçilərə ərizə yazdırmışlar. Halbuki, həmin gün onun səhhətində problem yaranıb. Yayın günü qapı açıq əlbəttə dəhlizdən keçəndə qonşu otaqlarda səsi eşidilə bilər. xx.xx.2025-ci il tarixində saat 12:00-da başlamalı olan pedaqoji şura həmişəki kimi 30-40 dəqiqə gecikmiş, iclas 2 saat yarım davam etmişdir. Buna görə də nahar edə bilməmişlər. Pedaqoji şuranı iclasın sonuna yaxın şəxsi iclasa çevirərək, direktor, tədris işləri üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini, metodik kabinet müdiri, kollecin tələbəsi və laborantı Ülvi Əzizov bir-birlərini tərifləyərək, iclası Ülvi Əzizovun həyat dramını danışmağa sərf edərək, onu təhqir etməklə sonlandırmışlar. Teymuraz Əfəndiyev bütün pedaqoji şura iclası heyyətinin yanında ona dəfələrlə “savadsızsan” deyərək psixoloji sarsıntı yaratmışdır və “yaxşı eləmişəm tələbələri öyrətmişəm, heç biriniz bunu dindirməyin. Mən də bu gündən sonra dindirməyəcəm, bunun cavabını verməyəndə cızığından çıxır” kəlmələri ilə ona yenidən psixoloji sarsıntı yaşatmışdır. Direktora demişdir ki, “hansısa jurnalistdən şikayətiniz var məhkəməyə müraciət edin”. Direktor ona cavab vermişdir ki, “özüm bilərəm nə danışıram, sən kimsən ki, mənim işimə qarışırsan”. İclas bitdikdən sonra o yenə özünü pis hiss etmişdir. Nizam-intizam komissiyasının sədr müavini bunu gördüyü halda gəlib ondan əl çəkmirdi ki, “gəl iclasa və izahat yaz. Əgər yazmasan aktlaşdırılacaq”. Bundan sonra o daha da çox gərginlik yaşamış, canlı açıb Prezidentə müraciət etdikdən sonra barmaqları qollarına kimi qıc olmuşdur. Qapı açıq olsa da bunu görən işçilərin heç biri gəlib ona yardım etməmişdir. Hətta Natavan əmrlər gətirmişdir ki, imzalasın. Ancaq barmaqlarını qatlaya bilmədiyi üçün imza çəkməmişdir. Natavan demişdir ki, “gedim, sonra gələrəm”. O vəziyyətində ona kömək çağırmamışdır. O, birtəhər 103 təcili yardım nömrəsinə zəng etmiş, təcili yardım həkimləri gəlib təzyiqini ölçdükdən sonra ona iynə vurub, damcı dərmanı içirdib, dilinin altına dərman qoyub gözləmişlər. Sonra komendant Möhlət qapının ağzına gələndə həkim çölə çıxmış, nəsə danışmışlar. Həmkarların sədri Samirə Mehdiyeva içəri girib ona irad tutmuşdur ki, “niyə təcili yardım çağırmısan”. Həmkar onu söhbətə tutmuş və həkim girəvədən istifadə edib getmək istəyəndə qapıdan çıxmamış geri çağırmışdır ki, “gəl otur, nə müdaxilə etmisən yaz ver mənə”. Təzyiqi ölçüləndə 160 deyilsə də, sonra baxmış ki, arayışa 130 təzyiq yazılıb. Nizam-intizam komissiyasının sədr müavini təkrar gəlmiş ki, iclasa gəlmirsənsə, izahat yaz. Onun bu halında həm 1 günün içində 2-ci iclasda iştirak etməyə məcbur edilmiş, həm də izahat yazmağa. Deməli bunların canı candır, bəs onun canı nədir? X17 üstünə qışqırıb, hədələyib qorxutmuşdur, ürəyi gedib. Buna görə də onu nizam-intizam komissiyasına şikayət ediblər. Bu qurulmuş bir ssenari idi. O haqqı-ədaləti müdafiə etdiyi üçün onu cəzalandırdılar. O səhhətinin daha da pisləşməməsi üçün iclasa getməsə də ikinci mərtəbədə 314-cü otaqda iclas keçirildi. Səhəri gün təkrar nizam-intizam komissyasının iclasını təşkil edərək onu iclasa getməyə təkrar məcbur etsələr də getməmiş, çünki xx.xx.2024-cü ildə onu şərləyib nizam-intizam komissiyasının iclasını təşkil edəndə, o iclasa gedib nə qədər sübutlar göstərib sözünü desə də ona məhəl qoymayıb, X14nın sifarişi ilə ona yazılı xəbərdarlıq verilmişdir. Onun iş otağının qapısına baxan 3 ədəd səs yazan kamera quraşdırılıb. Bu günə kimi bir balaca səhvi olsa əllərində sübut olardı. Onu görəndə stulu çevirib arxası ona tərəf oturan nizam-intizam komissiyasının sədri Lalə İsmayılovanın müəllim kimi özünə şikayət edərək direktorun sifarişi ilə xx.xx.2024-cü il tarixində ona yazılı xəbərdarlıq verilməsinə vasitəçi oldu. Buradan aydın olur ki, X15 daxili nizam-intizam komissiyası qanun çərçivəsində deyil rəhbərliyin sifarişi ilə fəaliyyət göstərir. Hətta İİ kurs İMS-124 saylı qrupun tələbələri ona demişlər ki, “sinif nümayəndəsi nəsə kağız gətirdi bizə imza çəkdirdi, amma bilmədik nə yazılıb”. Bu günə kimi direktor dərkənar yazdığı ödənişsiz, məzuniyyət üçün yazdığı ərizənin surətini ona göndərməmiş, nə də ki, ona haqsız yerə verilən töhmətin nə şəklini, nə də surətini ona göndərməmişlər. 102-yə zəng edəcəyini dediyi üçün, 102-nin adını eşidib ürəyi gedən Günel Hacıyevanın və yanındakı işçilərin saxta ərizəsinə görə bütün komissiya üzvləri əmək məzuniyyətindən geri çağırılmışdır ki, ona töhmət verilsin. X4 sədri Samirə Mehdiyeva işçilərin yox, direktorun mənafeyini müdafiə edərək ona haqsız yerə verilən cəzalarda iştirak edir. İndi də biliblər ki, səs yazısı ilə məhkəməyə müraciət edəcək ona verilən saxta intizam tənbehini dəyişdirməyə cəhd ediblər. X14, tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev, nizam-intizam komissiyasının sədri, müavini, üzvləri ona həm işinə görə, həm də səhhətinə görə zərər verirlər. Kadrlar üzrə mütəxəssis Günel Hacıyeva və köməkçiləri Ləman Heydərzadə və Natavan onu şərləyərək iş nüfuzuna ləkə yaxırlar. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124, 147, 148, 308, 309-cü maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarının 4.13 bəndini, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3, 28, 30, 36-cı bəndini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 128, 129, 130-cu bəndini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddələrini rəhbər tutaraq, məhkəmədən 15-16 iyul 2025-ci il tarixlərində təşkil edilən nizam-intizam komissiyasının iclasında ona verilən saxta və süni inzibati tənbehin (töhmətin) ləğv edilməsi üçün, ADİUnun (UNEC) nəzdində X15 direktoru Sevinc Həmzəyeva, tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev, Həmkarlar İttifaqının sədri Samirə Mehdiyeva, kadrlar üzrə mütəxəssis Günel Hacıyeva, işçilər Heydərzadə Ləman və Natavan, nizam-intizam komissiyasının sədri Lalə İsmayılova, onun müavini və üzvləri vəzifələrindən sui-istifadə edərək, onun səhhətinin pisləşməsinə baxmayaraq, ilkin yardım etmədikləri üçün, səhhətinin pis olduğuna məhəl qoymayaraq bir gündə onu 2 iclasa cəlb edərək, məcbur izahat alaraq, sübutlara məhəl qoymadan şərlədikləri üçün haqsız yerə süni və saxta töhmət verdikləri üçün, adları sadalanan rəhbər vəzifəlilər, işçilər, həmkarların sədri, nizam-intizam komissiyasının sədri, onun müavini və üzvlər barəsində yuxarıda qeyd edilən maddələrə əsasən məsuliyyətə cəlb olunmaqlarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X11 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və Əfəndiyev Teymuraz (X7) əsassız olduğuna görə şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında müdafiəçi X10 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş digər şəxslərin soyadları, adları, atalarının adları və yaşayış yerləri tam göstərilmədiyindən məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Şikayətdə şikayət vermiş şəxsin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi; barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin xüsusi ittiham qaydasında təqib edilən hansı əməli törətmələri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin konkret kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi yer göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinin tələblərinə uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X10 şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hər iş saatına 11 manat miqdarında əmək haqqı ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. 11 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X9 121 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar