Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-54/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Əlibala oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 Əlizaman oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, Fələki küçəsi, ev 16 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20.05.2015-ci il tarixli qərarı ilə barəsində CM-nin 62.1ci maddəsi tətbiq edilərək cəzası 4 il 11 ay 28 günə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanunu tətbiq edilmiş, əməli CMnin 178.3.2-ci maddəsindən CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmiş, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.11.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Şamaxı Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, 25.09.2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 26.09.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 oğlu Qobustan RPŞ-nin PPXT-nin polis nəfəri-sürücüsü işləyərkən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə icarəyə götürmək adı ilə özgəyə məxsus avtomobili ələ keçirib öz əmlakları kimi başqa şəxslərə satıb pul qazanmaq razılığına gələrək, 12 fevral 2019-cu il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanında yerləşən ofisdə avtomobillərin icarəyə verilməsi xidməti ilə məşğul olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etməklə sonuncu ilə cəmiyyətin istifadəsində olan xeyli miqdarda, 15000 manat dəyərində 2013-cü il istehsallı “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə götürülməsi barədə müqavilə bağlayıb 2019-cu ilin fevral ayının 12dən mart ayının 12-nə kimi olan müddət üzrə avtomobilin idarə edilməsinə dair adına verilmiş 53 №-li yol vərəqəsi əsasında aldatma yolu ilə həmin avtomobilin ələ keçirilməsinə nail olmuş, əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 mobil proqram vasitəsilə dövlət qeydiyyat nişanını gizlətməklə ələ keçirdikləri avtomobilin satışına dair elanı “Tap.az” internet saytında yerləşdirdikdən sonra o, həmin elan əsasında müştəri kimi onlara müraciət etmiş Zərərçəkmiş şəxs1 polis əməkdaşı olduğunu bildirməklə inamını qazanıb etibarından sui-istifadə etməklə “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili öz əmlakı kimi təqdim edərək aldadıb sonuncuya 13500 manata satmağa razılaşmış, aralarındakı vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 22 fevral 2019-cu il tarixdə saat 19 radələrində ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 beh kimi 4500 ABŞ dolları, həmin gün saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında 1200 ABŞ dolları, ümumilikdə isə qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 9690 manat təşkil edən 5700 ABŞ dolları məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək onunla öz aralarında bölməklə sonuncuya xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Qobustan RPŞ-nin PPXT-nin polis nəfərisürücüsü işləyərkən təkrar özgə əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olub bir qrup şəxs halında eyni üsulla, yəni icarəyə götürmək adı ilə özgəyə məxsus avtomobili ələ keçirib öz əmlakı kimi başqa şəxslərə satıb pul qazanmaq razılığına gələrək 15 may 2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən ofisdə avtomobillərin icarəyə verilməsi xidməti ilə məşğul olan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə sonuncu ilə cəmiyyətin istifadəsində olan xeyli miqdarda, 24000 manat dəyərində 2011-ci il istehsallı “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə götürülməsi barədə şifahi razılaşıb 2019-cu ilin may ayının 15-dən 25-nə kimi olan müddət üzrə avtomobilin idarə edilməsinə dair adına verilmiş 8731 №-li yol vərəqəsi əsasında aldatma yolu ilə həmin avtomobilin ələ keçirilməsinə nail olmuş, əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 mobil proqram vasitəsilə dövlət qeydiyyat nişanını gizlətməklə ələ keçirdikləri avtomobilin satışına dair elanı “Turbo.az" internet saytında yerləşdirdikdən sonra o, həmin elan əsasında müştəri kimi onlara müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə görüşüb polis əməkdaşı olduğunu bildirməklə inamını qazanıb “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili öz əmlakı kimi təqdim edərək aldatmaqla sonuncuya 14000 manata satmağa razılaşmış, qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə 18 may 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev" metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 beh kimi 10000 manat nağd pul vəsaiti alıb ələ keçirərək öz aralarında olan vəzifə bölgüsünə əsasən bölüb sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Qobustan RPŞ-nin PPXT-nin polis nəfəri-sürücüsü işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında icarəyə götürmək adı ilə özgəyə məxsus avtomobili ələ keçirib öz əmlakları kimi başqa şəxslərə satıb pul qazanmaq razılığına gələrək qrup üzvü Təqsirləndirilən şəxs2 12 fevral 2019-cu il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən ofisdə avtomobillərin icarəyə verilməsi xidməti ilə məşğul olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə sonuncu ilə cəmiyyətin istifadəsində olan xeyli miqdarda, 15000 manat dəyərində 2013-cü il istehsallı «Kia Rio» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə götürülməsi barədə müqavilə bağlayıb 2019-cu ilin fevral ayının 12-dən mart ayının 12-nə kimi olan müddət üzrə avtomobilin idarə edilməsinə dair adına verilmiş 53 №-li yol vərəqəsi əsasında aldatma yolu ilə həmin avtomobilin ələ keçirilməsinə nail olmuş, əvvəlcədən aralarında olan razılığa əsasən dövlət qeydiyyat nişanını gizlətməklə ələ keçirdikləri avtomobilin satışına dair elanı “Tap.az” internet saytında yerləşdirdikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs2 həmin elan əsasında müştəri kimi onlara müraciət etmiş Zərərçəkmiş şəxs1 polis əməkdaşı olduğunu bildirməklə inamını qazanıb etibarından sui-istifadə edib “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili öz əmlakı kimi təqdim edərək aldadıb sonuncuya 13500 manata satmağa razılaşmış və o, aralarındakı vəzifə bölgüsünə əsasən 22 fevral 2019-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 beh kimi 4500 ABŞ dolları, həmin gün saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında 1200 ABŞ dolları, ümumilikdə isə qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 9690 manat təşkil edən 5700 ABŞ dolları məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Təqsirləndirilən şəxs2la öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar özgə əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə tanışı Qobustan RPŞ-nin PPXT-nin polis nəfəri-sürücüsü işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında eyni üsulla, yəni icarəyə götürmək adı ilə özgəyə məxsus avtomobili ələ keçirib öz əmlakı kimi başqa şəxslərə satıb pul qazanmaq razılığına gələrək aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 15 may 2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən ofisdə avtomobillərin icarəyə verilməsi xidməti ilə məşğul olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə sonuncu ilə cəmiyyətin istifadəsində olan xeyli miqdarda 24000 manat dəyərində 2011-ci il istehsallı “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə götürülməsi barədə şifahi razılaşıb 2019-cu ilin may ayının 15-dən 25-nə kimi olan müddət üzrə avtomobilin idarə edilməsinə dair adına verilmiş 8731 №-li yol vərəqəsi əsasında aldatma yolu ilə həmin avtomobilin ələ keçirilməsinə nail olmuş, vəzifə bölgüsünə əsasən o, mobil proqram vasitəsilə dövlət qeydiyyat nişanını gizlətməklə ələ keçirdikləri avtomobilin satışına dair elanı “Turbo.az" internet saytında yerləşdirdikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs2 həmin elan əsasında müştəri kimi onlara müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə görüşüb polis əməkdaşı olduğunu bildirməklə inamını qazanıb “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili öz əmlakı kimi təqdim edərək aldatmaqla sonuncuya 14000 manata satmağa razılaşmış və 18 may 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, "Qara Qarayev” metrostansiyasının yaxınlığında o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 beh kimi 10000 manat nağd pul vəsaiti alıb ələ keçirərək öz aralarında bölüb sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 oğlu məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, o, 02.04.2012-ci il tarixdən Qobustan RPŞnin PPXT-nin polis nəfəri-sürücü kimi işə başlamış, 2019-cu il oktyabr ayında Daxili İşlər Nazirliyinin əmri ilə orqandan xaric edilmişdir. Təqsirləndirilən şəxs1 2002-ci ildən tanımış, sonra dostluq münasibətləri olmuşdur. O, əvvəllər 2-3 dəfə “xxxx” MMC-nin ofisindən müxtəlif markalı avtomobil icarəyə götürərək razılaşdırılmış vaxtda avtomobili geri gətirib təqdim etmişdir. 12 fevral 2019-cu il tarixdə “xxxx” MMC-nin ofisindən “Kia Rio” markalı, **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşlər. O, bir neçə dəfə ofisə gedib əlavə 2-3 günlük icarə haqqı ödəməklə icarə müddətini artırmışdır. Sonra o, Şamaxı rayonu ərazisində xidmətdə olmuş və avtomobil Rəvaildə qalmışdır. Bir neçə gün sonra “xxxx” MMC-dən Zərərçəkmiş şəxs3 ona zəng edib avtomobilin yerini soruşanda avtomobilin “Nizami” metrostansiyasının yaxınlığında olduğunu demişdir. Bir neçə saat sonra Elvin ona bir də zəng edib Bakı şəhəri, Nizami rayonunda binaların arasında yerləşən avtomobil təmir sexinə çağırmış, orada Elvin, Cavidan və başqa bir nəfər olmuş, daha sonra isə Emil də oraya gəlmişdir O, Rəvailə zəng edib çağırsa da Rəvail oraya gəlməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin avtomobilin dövlət qeydiyyat nişanını örtərək gizlədib “Tap.az” saytında satış üçün elana qoymuş və həmin avtomobili Zərərçəkmiş şəxs1 satmışdır. O, həmin avtomobilin satışında iştirak etməmiş və ona hər hansı məbləğdə pul verilməmişdir. 2019-cu ilin may ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “xxxx” MMC-dən 2011-ci il buraxılışlı, “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə günlük icarəyə götürmüşlər. Rəvail həmin avtomobilin nömrələrini örtərək “Turbo.az” saytında xatırlamadığı qiymətə satış üçün elana qoymuşdur. 18 may 2019-cu il tarixdə axşam saatlarında Rəvail ilə birlikdə olarkən Zərərçəkmiş şəxs2 zəng edərək elana yerləşdirdikləri “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmiş və “Qurd qapısı” restoranının yaxınlığında Tamerlanla görüşmüşlər. Tamerlanla avtomobilin satış qiymətini 14000 manata razılaşmışlar. Tamerlan 10000 manat məbləğində pulu saat 23 radələrində “Q.Qarayev” metrostansiyasının yaxınlığında vermişdir. O da həmin pulu Rəvailə vermişdir. Bir neçə gün sonra avtomobilin sahibi kimi bildiyi şəxs İntizar onunla mobil telefon vasitəsilə görüntülü zəng edib danışaraq GPS vasitəsilə avtomobili axtarıb tapdıqlarını və onun avtomobili Tamerlana satdığını öyrəndiklərini demişdir. Rəvailin pula ehtiyacı olduğu üçün həmin avtomobili satmışlar. Avtomobilin satışından əldə olunan puldan ona heç nə çatmamışdır. O, zərərçəkmiş “xxxx” MMC-yə və “xxxx” MMC-yə dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 5000 manat və Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 5000 manat ödəmişdir. Onun barəsində hansı qərar qəbul edilməsindən asılı olmayaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyəcəkdir. Məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2002-ci ildə tanımış, aralarında dostluq münasibəti yaranmışdır. Onlar əvvəllər 2-3 dəfə “xxxx’’ MMC-nin ofisindən müxtəlif markalı avtomobillər icarəyə götürərək razılaşdırılmış vaxtda avtomobili geri gətirib təqdim etmişlər. 12 fevral 2019-cu il tarixdə “xxxx” MMC-nin ofisindən “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşlər. Bundan sonra avtomobilin dövlət qeydiyyat nişanını gizlədib “Tap.az” saytında satış üçün elana qoymuş, həmçinin avtomobil satılana qədər bir neçə dəfə icarə müddətini artırmışlar. 22 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 onun istifadəsində olan mobil nömrəyə zəng edərək avtomobili almaq istədiyini bildirmiş, o da Tural adlı tanışı ilə birlikdə “Şamaxinka" adlanan ərazidə görüşüb çayxanada əyləşmişlər. Avtomobilin Familə məxsus olduğunu və Familin də Qobustan RPŞ-nin polis əməkdaşı olduğunu Emilə demişdir. Avtomobili 13500 manata satmağa razılaşmışlar. X3 rayonu ərazisində yerləşən evinin qarşısına gələrək orada 4500 ABŞ dolları pulu alıb avtomobili açarı ilə birlikdə Emilə təhvil vermişdir. Həmin gün yenidən Emilə zəng edərək avtomobilin pulundan əlavə də ödəniş etməsini xahiş etmişdir. Saat 23 radələrində Emillə Q.Qarayev prospektində görüşüb ondan 1200 ABŞ dolları pulu almışdır. Avtomobilin satışından əldə etdiyi puldan Familə heç nə verməmişdir. “xxxx” MMC-dən 2011-ci il buraxılışlı, ağ rəngli “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin may ayında bir neçə günlük icarəyə götürmüşlər. Həmin avtomobilin nömrəsini gizlədərək “Turbo.az” saytında dəqiq xatırlamadığı qiymətə satış üçün elana qoymuşdur. 18 may 2019-cu il tarixdə axşam saatlarında Famil ilə birlikdə olarkən Zərərçəkmiş şəxs2 onun istifadəsində olan mobil nömrəyə zəng edərək elan yerləşdirilən “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq istədiyini bildirmiş və Səbail rayonu ərazisində yerləşən “Qurd Qapısı” restoranının yaxınlığında Tamerlanla görüşmüşlər. Famil Tamerlana avtomobilin özünə məxsus olduğunu bildirmiş, onu öz yaxın dostu kimi təqdim edərək guya onun anasının xəstə olduğu üçün təcili pul lazım olduğuna görə avtomobili dəyərindən nisbətən aşağı məbləğə, yəni 18000 manata satdığını, sənədlərin başqa tanışında qaldığını demişdir. Avtomobilin satış qiymətini 14000 manata razılaşdırdıqdan sonra Famil Tamerlana 10000 manat pul verməsini, guya onun anasını həmin gün həmin pulla İrana göndərəcəyini demiş, xidməti vəsiqəsini və maaş kartını Tamerlana göstərmiş, hətta maaş kartını da Tamerlana vermişdir. Saat 23 radələrində 10000 manat pulu “Q.Qarayev” metrostansiyasının yaxınlığında Tamerlandan almışdır. Bundan sonra Tamerlanın zənglərinə cavab verməmişdir. Tamerlana satdığı avtomobilin pulundan Familə heç nə verməmişdir. Məhkəmədən evli olmasını, oğlunun qazi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2019-cu ilin may ayında “Turbo.az” internet saytında “Hyundai İX 35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil elanı görüb həmin elanda olan xatırlamadığı mobil nömrəyə zəng vurub danışmış və 18 may 2019-cu il tarixdə saat 17-18 radələrində Səbail rayonu ərazisində yerləşən “Qurd qapısı” restoranının yaxınlığında görüşmüşlər. Sonradan Qobustan RPŞ-nin PPXT-nın polis nəfəri olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs2 həmin avtomobilin sükanı arxasında əyləşərək avtomobilin ona məxsus olduğunu, təcili pul lazım olduğu üçün dəyərindən nisbətən aşağı məbləğə, yəni 18000 manata satdığını demişdir. Həmin vaxt avtomobilin arxa sərnişin oturacağında Təqsirləndirilən şəxs1 da olmuşdur. Famildən avtomobilin sənədlərini istədikdə ona sənədlərin üzərində olmadığını, avtomobili yoxlatdıqdan sonra sənədlərini gətizdirəcəyini bildirmişdir. Həmin gün o, saat 19 radələrində 3-cü mikrorayon dairəsi yaxınlığında adını xatırlamadığı ustalardan birinin yanında avtomobili yoxlatmış, ona avtomobilin üç-dörd min manat miqdarında xərci olduğu və təmirə ehtiyacı olduğu deyilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la avtomobilin qiymətini 14000 manata razılaşmışlar. O, yenidən sənədləri istədikdə Famil sənədləri həmin gün gecə də olsa ona verəcəyini, ancaq anasının vəziyyəti pis olduğundan təcili pul lazım olduğunu demişdir. O, beh verə biləcəyini dedikdə Famil ondan 10000 manat pul verməsini, anasını həmin gün həmin pulla İrana göndərəcəyini deyərək xidməti vəsiqəsini və maaş kartını ona göstərməklə “mənə inanmırsan mən polisəm, al bu mənim maaş kartım səndə qalsın, avtomobili də götür apar həyətində saxla, təki mənə 10000 manat pulu bu gün ver” demişdir. O, Familə polis olduğu üçün inanıb razılaşmış və 10000 manat məbləğində pulu həmin gün saat 23 radələrində “Qara Qarayev” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2 vermişdir. Famil pulu sayıb götürdükdən sonra ona həmin ərazidə yaşadığını, avtomobildə bir az gözləməsini, gedib evdən avtomobilin sənədlərini gətirəcəyini bildirib Rəvail ilə birlikdə getmiş, o isə təxminən 40 dəqiqə Famil və Rəvaili gözləmiş, hətta Familin mobil telefon nömrəsinə dəfələrlə zəng etmiş, ancaq telefona zəng çatmamışdır. O, aldadıldığını başa düşüb avtomobili yaşadığı binanın həyətinə gətirib saxlamış, ertəsi gün yenidən Familə zəng vursa da nömrəyə zəng çatmamışdır. Bundan sonra o, avtomobilin “xxxx” MMC tərəfindən icarəyə verildiyini öyrənmişdir. Həmin gün həmin şirkətin nümayəndələri gəlib avtomobili ondan götürmüşlər. Bundan sonra o, Famildən şikayət etmişdir. Təqsirləndirilən şəxs2 oğlu tərəfindən ona dəymiş ziyandan 5000 manat ödənilmişdir. Ona dəymiş ziyanın tam ödənilməsini istəyir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 22 fevral 2019-cu ildə axşam saatlarında “Tap.az” saytında yerləşdirilmiş elanda “Kia Rio” markalı avtomobilin satışda olduğunu görüb elanda nömrəsini qoymuş Rəvailə zəng edib danışaraq həmin avtomobili almaq istədiyini bildirmişdir. Həmin gün axşam saat 17 radələrində avtomobili satan Rəvail və yanında olan tanışı Tural adlı şəxslə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə görüşmüş, görüş zamanı Rəvail “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili ona təqdim edərək avtomobilin satış qiymətinin 14500 manat olduğunu bildirmişdir. Birlikdə həmin ərazidə yerləşən çay evində əyləşmişlər. Rəvail öz mobil telefonu ilə zəng edib selektor vasitəsi ilə Famillə danışaraq onun bir alıcı kimi müraciət etdiyi barədə məlumat vermişdir. O, özü də selektor vasitəsi ilə həmin Famillə danışaraq avtomobilin satış qiymətini bir qədər endirməsini xahiş etmiş. Famil telefon danışığı zamanı həmin avtomobilin dəyərinin çox olduğunu və təcili pul lazım olduğu üçün məcbur olub tələsik həmin avtomobili satdığını bildirmiş, danışıq nəticəsində Famil satış qiymətini endirərək 13500 manat müəyyən edərək pulun yarısını verməsini xahiş etmiş, o isə etiraz edərək yalnız 1000 manat pulu beh verə biləcəyini bildirmişdir. Sonra Rəvail artıq gec olduğu üçün notariusların iş vaxtının tamamlandığını bildirib buna görə avtomobili aparıb onun yaşadığı ünvanda saxlamağı və sabah birlikdə notariusa gedərək sənədləşməni aparmağı təklif etmiş, lakin daha sonra Familin onun adına etibarnaməni Şamaxı rayonunda yerləşən notariusda yazdırıb özü ilə gətirəcəyini bildirmişdir. O, bu barədə razılaşaraq öz şəxsiyyət və sürücülük vəsiqələrini Rəvailə təqdim etmiş və sonuncu öz mobil telefonu ilə onların fotoşəkillərini çəkərək “WhatsApp” proqramı vasitəsi ilə Familə göndərmişdir. Sonra birlikdə təxminən saat 18 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsindəki 39 saylı binanın qarşısına gəlmişlər, Rəvail bir də Familə zəng edib danışdıqdan sonra ona Familin Şamaxı rayon Polis Şöbəsində işlədiyini, sabah saat 11 radələrində notariusa getməkdən ötrü Bakı şəhərinə gələcəyini, təcili pul lazım olduğunu, avtomobili ona təhvil verməyi, onun da 8000 manat miqdarda pul verməyini təklif etmişdir. O, razılaşıb yaşadığı mənzildən 7650 manat hesabı ilə 4500 ABŞ dolları pulu gətirib Turalın yanında Rəvailə vermiş və Rəvail də həmin avtomobili və açarlarını ona təhvil vermişdir. Təxminən iki saat sonra Rəvail ona zəng edərək əlavə 2000 manat da verməsini xahiş etmiş, o, razılaşmış, təxminən 15-20 dəqiqədən sonra “Neftçilər” metrostansiyasının yaxınlığında görüşərək 2040 manat hesabı ilə 1200 ABŞ dolları miqdarda pulu Rəvailə vermişdir. Rəvail həmin pulu götürdükdən sonra avtomobilin alqısatqısına aid qalan məbləği ertəsi gün saat 11 radələrində Familin özü Bakı şəhərinə gəlib etibarnaməni ona təqdim edəndə ödəməsini bildirmişdir. Ertəsi gün Rəvail onun zənglərinə cavab verməmişdir. Onun yaşadığı evin qarşısında özünün quraşdırdığı müşahidə kamerasının qeydə aldığı Rəvailin Tural adlı şəxslə birlikdə 22.02.2019-cu il tarixdə axşam saat 19:15-də avtomobili oraya gətirib qoyması və onun pulu necə sayıb ona verməsini mobil telefonu vasitəsilə çəkərək “WhatsApp” proqramı vasitəsi ilə Rəvailin mobil telefonuna göndərdikdən sonra Famil özü ona zəng edib polis şöbəsində xidmət etdiyini, 2 saatdan sonra onunla görüşəcəyini bildirmişdir. Sonra həmin gün saat 16 radələrində danışdıqları kimi o, xalası oğlu X1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Asan” xidmətin qarşısında Famillə görüşmüş, Famil ona həmin avtomobilin əslində xalası oğlu Cavidan adlı şəxsə məxsus olduğunu, guya Cavidanın valideynlərinin icazəsi olmadan həmin avtomobili Rəvailin vasitəsi ilə ona satmaq istədiyini, götürülmüş pulların ümumiyyətlə ona heç bir aidiyyətinin olmadığını, Cavidan və Rəvailə kömək etmək üçün 3-4 gün ərzində pulları geri qaytararaq avtomobili ondan geri təhvil alacağını demişdir. O, Famillə razılaşmış, vaxt itirməmək məqsədi ilə avtomobili ünvan 6 ünvanında yerləşən avtomobil qarajında fəaliyyət göstərən ustaların yanına gətirib təhvil vermişdir. 08 mart 2019-cu il tarixdə özünü “xxxx” MMC-nin işçisi kimi təqdim edən Murad adlı şəxs ona zəng edərək həmin avtomobilin “xxxx” MMC-yə məxsus olduğuna görə avtomobili oradan öz qarajlarına aparacağını demişdir. Bir neçə dəqiqədən sonra o, təmir emalatxanasına getmiş, Familin “xxxx” MMC-nin işçiləri ilə birlikdə orada durduğunu, heç bir söz demədən yalnız susaraq başını aşağı saldığını görmüşdür. O, DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Famil ona 11800 manat pul ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs2 oğlu tərəfindən ona dəymiş ziyandan 5000 manat ödənilmişdir. Şikayətçidir, ona dəymiş ziyanın tam ödənilməsini istəyir. Məhkəmə baxışında zərərçəkmiş “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Şahid1 onun tələbə yoldaşı olduğuna və eyni rayondan olduğuna görə münasibətləri həmişə yaxşı olmuş, Cavidan tez- tez “xxxx” MMC-nin ofisinə gələrək onunla və qohumu Şahid3 ilə vaxt keçirmişdir. Murad da işsiz olduğuna görə demək olar ki, hər gün ofisə gələrək onun yanında olmuş, lakin Muradın MMC-nin fəaliyyətinə heç bir aidiyyəti olmamışdır. Cavidan 2018-ci ilin may ayında baş etibarnamə ilə satın aldığı “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin vaxtdan şifahi razılıq əsasında 30-35 manat müqabilində “xxxx” MMC-yə icarəyə vermiş, MMC də həmin avtomobili müştəriyə 50 manat müqabilində gündəlik icarəyə vermişdir. O, Təqsirləndirilən şəxs2 2007-2008-ci illərdə hərbi xidmət keçdiyi dövrdə əsgər yoldaşı kimi tanıyıb tanış olmuşdur. Famil əvvəllər 2-3 dəfə “xxxx” MMC-nin ofisindən müxtəlif markalı avtomobillər icarəyə götürərək razılaşdırılmış vaxtda avtomobili geri gətirib təqdim etmişdir. 12 fevral 2019-cu il tarixdə saat 17 radələrində o, ofisdə olarkən Təqsirləndirilən şəxs2 ofisə gələrək “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyini və həmin müddət bitdikdən sonra icarə müddətini əlavə artıracağını bildirmişdir. Familin şəxsiyyət və sürücülük vəsiqələrinin surəti götürülərək onunla icarə müqaviləsi bağlanmış və adına 01 ay müddətinə yol vərəqəsi verilmişdir. Famili tanıdığına görə və müddəti artıracağını dediyinə görə icarə müqaviləsində tarix göstərilməmiş və yol vərəqəsi də bir ay müddətinə verilmişdir. Bundan sonrakı günlərdə Famil hər dəfə ofisə gələrək əlavə 2-3 günlük icarə haqqı ödəməklə müddəti artırmış, hətta bir dəfə gələndə Cavidan da ofisdə olmuş və Familə icarəyə verilən avtomobilin sol qapısının alt hissəsində (padnoşka tərəf) batıq olduğu üçün Famil Cavidana avtomobili sürə-sürə həmin zədəni öz ustasına təmir elətdirəcəyini deyib çıxıb getmişdir. Bundan sonra Famil ofisə gəlməmiş, 08.03.2019-cu il tarixdə Famil gecikməyə yol verdiyinə və GPS proqramına əsasən avtomobilin bir neçə gün Nizami rayonu ərazisində eyni yerdə təzpənməz qaldığına görə Familə zəng etmişdir. Famil ona avtomobilin “Nizami” metrostansiyasının yaxınlığında olduğunu dediyi üçün Famildən şübhələnərək bu barədə həmin vaxt ofisdə olan Cavidan ilə danışmışdır. Həmin vaxt o, ofisdən çıxa bilmədiyi üçün ofisdə olan Muraddan birlikdə gedib Familin dediyi yerdə avtomobili yoxlamağı təklif etmişdir. Cavidan və Murad Familin dediyi istiqamətdə Yasamal rayonunda hərəkət edərək avtomobili axtarsalar da tapa bilməmişlər. Bundan sonra o, Cavidan və Muradla birlikdə GPS üzrə hərəkət edərək avtomobili Nizami rayonunda binaların arasında yerləşən avtomobil təmir sexində aşkar etmişlər. Orada tanımadıqları bir usta həmin avtomobilin Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus olduğunu, avtomobili Emilin oraya gətirdiyini demişdir. Bundan sonra onlar Familə zəng edərək sexə çağırmışlar, usta da Emili oraya çağırmışdır. Emil gələnə qədər Famil onlarla söhbət edərək avtomobili satmadığını, ona pul lazım olduğu üçün girov qoyub pul götürdüyünü və pulu ödəyən kimi avtomobili geri götürüb salona qaytaracağını demişdir. Lakin Emil gəlib avtomobili ona Rəvail adlı tanışı vasitəsilə Familin satdığını, təxminən 10000 manat beh də aldığını demişdir. Famil isə bütün olanlardan xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 2019-cu ilin aprel ayında tanışı Şahid2 ona Mübariz Əliyev adlı öz tanışına məxsus “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx" MMCyə icarəyə verməyi təklif etmiş, o, razılaşmışdır. MMC avtomobili gündəlik olaraq 70 manat müqabilində icarəyə verib qazancın 50 manatını Mübarizə vermiş, qalan hissə isə yarıbayarı MMC ilə İntizarın arasında bölüşdürülmüşdür. 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs2 “xxxx” MMC-yə müraciət edərək bir neçə fərqli markalı avtomobilləri icarəyə götürüb bir neçə gün sonra geri qaytararaq texniki problemi olduğunu demişdir. 15 may 2019-cu il tarixdə Famil “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili üç günlük icarəyə götürmüş və sürücülük vəsiqəsini təqdim etmişdir. Familin adına on günlük yol vərəqəsi yazılmışdır. Üç gün sonra Famil taksi ilə salona gələrək əlavə iki gün üçün icarə haqqını ödəmiş, Familin taksi ilə gəlməsi şübhə yaratmışdır. Mobil telefonda quraşdırılmış GPS cihazı vasitəsilə avtomobilin eyni yerdə iki gün ərzində hərəkətsiz qaldığını görmüşlər. Təxminən 21-22 may 2019-cu il tarixdə saat 18 radələrində İntizar Tamerlan adlı şəxslə birlikdə “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək salona gətirmişlər. İntizar GPS cihazı vasitəsilə avtomobilin yerini tapıb avtomobilin Tamerlan adlı şəxsə satıldığını öyrənmiş və Tamerlan da avtomobilin “xxxx” MMC-yə məxsus olduğunu öyrəndiyi üçün birlikdə salona qayıtmışlar. Tamerlan avtomobili “Turbo.az” saytında yerləşdirilən elanda görüb zəng edərək polis geyimli Famil adlı şəxs ilə görüşüb ondan 10000 manat pul müqabilində aldığını, sənədləşmənin qaldığını, pul veriləndə Familin yanında Rəvail adlı şəxsin də olduğunu demişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir, onlarla barışmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, özünə məxsus “KİA RİO” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verilməsi üçün etibarnamə əsasında “xxxx” MMC-nin istifadəsinə vermişdir. Təxminən 2019-cu ilin mart ayının əvvəllərində “xxxx” MMC-dən günlük icarə pulunu ödəmədiyinə görə avtomobili geri istəyəndə öyrənmişdir ki, 12.02.2019-cu il tarixdən gündəliyə icarəyə götürən Təqsirləndirilən şəxs2 son günlərdə ödənişi gecikdirmişdir. O, 08 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 zəng vuraraq avtomobilin yerini soruşanda Familin ona avtomobilin yerini düz deməməsi onda şübhə yaratmış, o da telefonundakı GPS proqramının göstərdiyi yerə gələrək avtomobili ünvan 6 ünvanında, binaların arasında yerləşən avtomobil təmiri qarajında usta tərəfindən təmir olunduğunu aşkar etmişdir. Həmin vaxt onun yanında dostu Murad da olmuşdur. Orada işləyən usta ona avtomobilin Emil adlı şəxsə məxsus olduğunu və təmir üçün ona təhvil verildiyini demişdir. Ustadan Emilin mobil telefonunun nömrəsini götürüb zəng etdikdən sonra Emil və Famil oraya gəlmişlər. Emil həmin avtomobili təxminən 15 gün bundan əvvəl Familin ona satdığını bildirmişdir. Emil və o, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2019-cu ilin əvvəllərində tanışı Mübariz Əliyevə məxsus “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verib pul qazanmaq məqsədilə tanışı Zərərçəkmiş şəxs4 direktoru olduğu “xxxx” MMC-yə vermişlər, Mübariz onun və MMC-nin adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. MMC avtomobili gündəlik olaraq 70 manat müqabilində icarəyə vermiş və qazancın 50 manatı Mübarizə çatmış, qalan hissə isə yarıbayarı onunla MMC arasında bölüşdürülmüşdür. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs2 “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən üç günlük icarəyə götürmüşdür. Famil üç gün sonra taksi ilə salona gələrək əlavə iki gün üçün icarə haqqını ödəmişdir. Lakin Familin taksi ilə gəlməsi şübhə yaratmış, GPS cihazı vasitəsilə avtomobilin eyni yerdə iki gün ərzində hərəkətsiz qaldığını görüb daha da şübhələnərək Famil ilə əlaqə saxlayanda o, hər dəfə bir bəhanə gətirdiyi üçün narahat olmuş və mobil telefonunda quraşdırdığı GPS cihazı vasitəsilə avtomobilin yerini tapmış və avtomobilin Tamerlan adlı şəxsə satıldığı məlum olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitinin Qobustan RPŞ-nin PPXT-nin sabiq polis nəfəri-sürücüsü, polis serjantı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ələ keçirilməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 24.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 30.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 05.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - “xxxx" MMC tərəfindən tərtib edilən 53 nömrəli yol vərəqəsindən görünür ki, “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 fevral 2019-cu il tarixdən 12 mart 2019-cu il tarixə qədər Təqsirləndirilən şəxs2 icarəyə verilmişdir. - “xxxx" MMC ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış 12.02.2019-cu il tarixli, 53 nömrəli icarə müqaviləsindən görünür ki, “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil 50 manat müqabilində “xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs2 icarəyə verilmişdir. - “Digital Classifieds” tərəfindən verilmiş 03.07.2020-ci il tarixli məktubdan görünür ki, “Kia Rio” markalı avtomobili “Rahib” istifadəçi adından, “mailto:revailmmm01@gmail.comElektron ünvan ” email ünvanından, “***-***-**-**” əlaqə vasitəsindən və “İP: 5.44.37.6” ip adresindən istifadə olunaraq 22 fevral 2019-cu il 14:35 radələrində elan əlavə olunmuşdur, 22 fevral 2019-cu il 18:24 radələrində isə elan istifadəçi tərəfindən saytdan silinmişdir. - “xxxx” MMC tərəfindən tərtib edilmiş 008731 nömrəli yol vərəqəsindən görünür ki, “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 may 2019-cu il tarixdən 25 may 2019-cu il tarixə qədər Təqsirləndirilən şəxs2 icarəyə verilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında 23.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23.09.2020-ci il tarixdə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli, 4(007)-179/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 25.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ tərəfindən verilmiş 25.09.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25.09.2020-ci il tarixdə tutularaq Nizami MSY-yə təhvil verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.09.2020-ci il tarixli, 4(007)-182/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay 15 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 26.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 01.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 20.10.2020-ci il tarixli qərardan görünür ki, “xxxx” MMC zərərçəkmiş şəxs qismində tanınmış və Zərərçəkmiş şəxs3 zərərçəkmiş “xxxx” MMC-nin nümayəndəsi qismində tanınmışdır. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 20.10.2020-ci il tarixli qərardan görünür ki, “xxxx” MMC zərərçəkmiş şəxs qismində tanınmış və Zərərçəkmiş şəxs4 zərərçəkmiş “xxxx” MMC-nin nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xətşünaslıq ekspertizasının 21.10.2020-ci il tarixli, 4/800 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 249-cu vərəqində olan 12.02.2019-cu il tarixli, 53 nömrəli “İcarə müqaviləsi”nin arxa tərəfində “İcarəyə götürən” hissəsində “İmza” qrafasında olan imza, həmin “İcarə müqaviləsi”nin arxa tərəfinin aşağı hissəsində “Avtomobili təhvil aldı:” qrafasında “Təqsirləndirilən şəxs2” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim olunmuş, cinayət işinin 65-ci vərəqində olan 15 may 2019-cu il tarixli, 008731 saylı “Yol vərəqi”nin kserosurətinin aşağı sol hissəsində “Sürücünün imzası” qrafasında olan imza - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - sənədə baxış keçirilməsi haqqında 23.10.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 01.02.2019-cu il tarixdən 01.06.2019-cu il tarixədək aparılmış telefon danışıqlarına dair məlumatları özündə əks edən “xxxx” MMC-nin 20108 saylı, 21.10.2020-ci il tarixli məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ilə təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında telefon əlaqəsi hadisə günü, yəni 22.02.2019-cu il tarixdə saat 15:01-də müəyyən edilmişdir. Belə ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək 112 saniyə, saat 16:27-də zəng edilərək 43 saniyə, saat 17:12-də zəng edilərək 24 saniyə, saat 17:32-də zəng edilərək 31 saniyə, saat 17:33-də zəng edilərək 15 saniyə danışıq aparılmışdır. Həmin gün saat 23:14-də Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə zəng edilərək 259 saniyə, saat 23:36-da zəng edilərək 26 saniyə danışıq aparılmışdır. Həmin danışıq zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrə “Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi küçəsi 15”/Nizami” adlı anten tərəfindən qeydə alınmışdır. 26.02.2019-cu il tarixdə saat 21:32-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə zəng edilərək 79 saniyə danışıq aparılmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrə 22.02.2020-ci il tarixdə saat 19:40-da “Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 3”/Nasimi” adlı və saat 21:30-dan saat 01:35-dək "Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 15”/Nizami” adlı antenlər tərəfindən qeydə alınmışdır. - sənədə baxış keçirilməsi haqqında 25.10.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr ilə 01.02.2019-cu il tarixdən 01.06.2019-cu il tarixədək aparılmış telefon danışıqlarına dair məlumatları özündə əks edən “xxxx” MMC-nin 21574 saylı, 23.10.2020-ci il tarixli məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə aid fayllara baxış zamanı müəyyən edilmişdir ki, 16.05.2019- cu il tarixdə saat 23:43-də Zərərçəkmiş şəxs2 ilk dəfə Təqsirləndirilən şəxs1 zəng etmiş və aralarında 147 saniyə danışıq olmuşdur. 18.05.2019-cu il tarixdə saat 19:02-də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 zəng etmiş və aralarında 237 saniyə danışıq olmuşdur. 19.05.2019cu il tarixdə saat 10:02-də Zərərçəkmiş şəxs2 ilk dəfə Təqsirləndirilən şəxs2 zəng etmiş və aralarında 31 saniyə danışıq olmuşdur. 19.05.2019-cu il tarixdə saat 15:55-də Zərərçəkmiş şəxs2 təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 sms yazmışdır - “Qardaş, bəs noldu? Biz saat 11-də görüşməliydik. Tamerlan”. 19.05.2019-cu il tarixdə saat 22:39da Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 sms yazmışdır – “Rəvail nə cvb verir nə də zəng edir". 20 05.2019-cu il tarixdə saat 22:18-də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 sms yazmışdır – “Rəvail, sabah səhər mütləq getmək lazımdır notariusa. Zəng et mənə”. 21.05.2019-cu il tarixdə saat 09:48-də Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 sms yazmışdır - “Men iclasdayam qaqa 5 den sonra gorusek famil gelecem sehere”. 24.05.2019-cu il tarixdə saat 16:12-də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 sms yazmışdır - "Məndən 10000 manat aldın ki, 1 saata maşının sənədlərin və doverennosti gətirib verəcəksən Nə doverennost oldu nə də sənəd. İndi də avara etmisən”. 30.05.2019cu il tarixdə saat 13:29-da Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 sms yazmışdır - “Bu gün mənə fırıldaqçılıqla atdığın 10000 manatı axşam saat 6-ya kimi çatdırmasan səni tutdurmasam mən şərəfsiz it balasıyam. Bu günə kimi sənə yazığım gəldiyi və inandığım üçün istəmirdim tutulasan. başqa işlərinizdən də xəbərimiz olduğu üçün bunu edəcəm. Kimə nə maşınları fırıldaqla itələdiyinizi - əksər məsələlər araşdırılıb və üzə çıxıb. Əmin ol ki, sənin işinə Daxili işlər Nazirliyindən, cənab nazirdən tutmuş Administrasiyaya qədər bütün instansiyaların xəbəri və nəzarəti olacaq.” - sübutların qiymətləndirilməsi haqqında 25.10.2020-ci il qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 ədəd AC 412348 nömrəli sürücülük vəsiqəsi, “xxxx” ASC-yə məxsus **********147735 nömrəli əmək haqqı kartı, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd disk, “xxxx” MMC və “xxxx” MMC-dən daxil olmuş 2 ədəd disk, 2011-ci il istehsallı, “Hyundai İX 35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı və 2013-cü il istehsallı, “Kia Rio” markalı, **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış, sürücülük vəsiqəsi, əmək haqqı kartı və disklər cinayət işində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğlunun Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 ifadəsi məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs2 oğlunun cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 avtomobillərin satışından əldə edilmiş puldan Təqsirləndirilən şəxs2 verilməməsinə dair ifadəsində göstərdiyi xüsusat Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.02.2015-ci il tarixli, 1(101)-101/2015 saylı hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli, 7(003)-203/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20.05.2015-ci il tarixli qərarı ilə barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilərək cəzası 4 il 11 ay 28 günə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanunu tətbiq edilmiş, əməli CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmiş, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.11.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Şamaxı Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 1(074)-4/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş “xxxx” MMC-yə və “xxxx” MMC-yə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 5000 manat və Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 5000 manat ödəməsini, evli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 23.09.2020-ci il tarixdən 25.09.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şamaxı şəhəri, Fələki küçəsi, ev 16 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, evli olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Şamaxı Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 1(074)-4/2021 saylı hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə əsas cəzanı qismən və əlavə cəzanı tam toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 25.09.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 3 ədəd disk və “xxxx” ASC-yə məxsus **********147735 nömrəli əmək haqqı kartı cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 132 (bir yüz otuz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin ibtidai istintaqda iştirak etdikləri müddət 30 iş saatı və məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun 23.09.2020-ci il tarixdən 25.09.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şamaxı şəhəri, Fələki küçəsi, ev 16 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şamaxı Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə əsas cəzanı qismən və əlavə cəzanı tam toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25.09.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 3 ədəd disk və “xxxx” ASC-yə məxsus **********147735 nömrəli əmək haqqı kartı cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan AC 412348 nömrəli sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs2 oğluna qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 132 (bir yüz otuz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğluna və Təqsirləndirilən şəxs1 hər birinə istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-54/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-54/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver