Məhkəmə qərarları › İş №1(007)-54/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-54/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-54/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Beyləqan rayonunun Birinci Şahsevən kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzası dəyişdirilərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16-18 yanvar 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu müddət cəzanın müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmış, hazırkı işlə bağlı 29 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə həbsetməsinin əvvəli 29 iyun 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırkı işə baxılması ilə əlaqədar 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamış və satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyun 2023-cü il tarixdə saat təxminən 06 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 395A ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus, saxlanc yeri hesab edilən, gələcəkdə əlvan metal qəbulu məntəqəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş hasarlanmış torpaq sahəsinə dəmir hasarı aşıb keçməklə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 300 manat, ümumi dəyəri 2400 manat təşkil edən 8 ədəd “BMW” markalı avtomobilə aid, 19 düym diametrli təkər diskini gizli olaraq taladıqdan sonra, 23 iyun 2023-cü il tarixdə saat 05 radələrində həmin əraziyə eyni üsulla daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 4 manat olan, ümumi dəyəri 480 manat təşkil edən 120 ədəd “Redbull” markalı, hər birinin dəyəri 2 manat olan, ümumi dəyəri 266 manat təşkil edən 133 ədəd “Hell” markalı energetik içkilər, hər birinin dəyəri 6 manat 50 qəpik olan, ümümi dəyəri 520 manat təşkil edən 80 ədəd “Parlament” markalı, hər birinin dəyəri 6 manat 50 qəpik olan, ümümi dəyəri 1430 manat təşkil edən 220 ədəd “Marlboro” markalı, hər birinin dəyəri 2 manat 30 qəpik olan, ümümi dəyəri 92 manat təşkil edən 40 ədəd “More” markalı, hər birinin dəyəri 9 manat olan, ümümi dəyəri 360 manat təşkil edən 40 ədəd “Capitan Black” markalı, hər birinin dəyəri 2 manat 30 qəpik olan, ümümi dəyəri 92 manat təşkil edən 40 ədəd “Camel” markalı, hər birinin dəyəri 3 manat 20 qəpik olan, ümümi dəyəri 96 manat təşkil edən 30 ədəd “R1” markalı, hər birinin dəyəri 4 manat 10 qəpik olan, ümümi dəyəri 410 manat təşkil edən 100 ədəd “Sobranie” markalı, hər birinin dəyəri 4 manat olan, ümümi dəyəri 120 manat təşkil edən 30 ədəd “Kent” markalı, hər birinin dəyəri 3 manat olan, ümümi dəyəri 210 manat təşkil edən 70 ədəd “Milano” markalı, hər birinin dəyəri 3 manat 70 qəpik olan, ümümi dəyəri 74 manat təşkil edən 20 ədəd “Winston” markalı, hər birinin dəyəri 3 manat olan, ümümi dəyəri 30 manat təşkil edən 10 ədəd “FM” markalı siqaretlər, hər birinin dəyəri 50 qəpik olan, ümümi dəyəri 40 manat təşkil edən 80 ədəd alışqan, hər birinin dəyəri 50 qəpik olan, ümümi dəyəri 24 manat təşkil edən 48 ədəd “Dirol” markalı saqqız, qəpiklərdən ibarət 58 manat nağd pul, ümümi dəyəri 336 manat təşkil edən 28 kq mis, dəyəri 150 manat təşkil edən 1 ədəd “Bosch” markalı laqonda, dəyəri 250 manat təşkil edən 1 ədəd qaynaq aparatını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 5038 manat, Zərərçəkmiş şəxs2 isə 2400 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 29 iyun 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 25 manat pul müqabilində qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,873 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 15:30 radələrində ünvan 1 ünvanın qarşısında Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli, cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,873 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımadığına görə CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir, belə ki, Suraxanı rayon polis idarəsinin əməkdaşı olan Orxan adlı şəxsin çağırışı əsasında 29 iyun 2023-cü il tarixdə 31-ci polis bölməsinə getmişdir. Orada sonradan adlarını bildiyi 24-cü polis şöbəsinin Ramil və Hacı adlı əməkdaşları olmuşlar. Həmin polis əməkdaşları onun oğurluq etməkdə şübhəli olduğunu deyib özləri ilə onu 24-cü polis şöbəsinə gətirmişlər. Həmin polis şöbəsində olarkən Hacı ona bir bükümdə narkotik vasitə verib cibinə qoymasını demişdir. Buna görə məcbur olub narkotik vasitəni cibinə qoymuş və sonradan vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zamanı Hacının sözü ilə həmin narkotik vasitəni əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb özününkü kimi təqdim etmişdir. Bundan başqa, oğurluq əməlinə görə özünü qismən təqsirli bilir, yəni özünü CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilir, CM-nin 177.2.4-cü maddəsi ilə isə təqsirli bilmir. Belə ki, o, Nizami rayonu, B.Çobanzadə küçəsi 395A saylı ünvanda yerləşən, həmin vaxt kimə məxsus olmasını bilmədiyi hasarlanmış əraziyə, ərazinin girişində olan darvazanın üzərindən keçmək yolu ilə daxil olmuşdur. Həmin yer metal qəbulu məntəqəsinin həyəti olmuşdur. Həyətə daxil olduqdan sonra həyətdə olan 04 ədəd avtomobil təkəri diskini götürüb oranı tərk etmişdir. Həmin gün saat 10 radələrində, oğurladığı 04 ədəd təkər diskini metronun “Ulduz” stansiyasının yaxınlığında, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən metal qəbulu məntəqəsində, həmin məntəqənin işçisi olan tanımadığı şəxsə 80 manata satmışdır. Bundan başqa, həmin yerin həyətində taxta yeşiyin içində olan siqaretlər, saqqız, alışqanlar və energetik içkilər götürmüşdür. Lakin bundan başqa oğurluq üçün həmin yerə daxil olmamış, digər hər hansı əşya, mal oğurlamamışdır. Əlavə sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları, o cümlədən Hacı tərəfindən döyülməmiş və ya ona təzyiq göstərilməmişdir. Lakin sonradan polislər tərəfindən ona işgəncə veriləcəyindən qorxaraq narkotik vasitəni Hacıdan alıb cibinə qoymuş və üzərində şəxsi axtarış zamanı polislərə təqdim etmiş və özünə məxsus olduğunu, 29 iyun 2023-cü il tarixdə saat 11 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 25 manat pula aldığını bildirmişdir. Qeyd olunanlarla bağlı prokurorluğa və ya digər orqana müraciət etməmişdir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs göstərmişdir ki, o, əlvan metal qəbulu məntəqəsinin həyətinə hasardan aşıb keçməklə oğurluq etdiyini etiraf edir, lakin həmin vaxt zərərçəkmişə 5000 manatdan yuxarı ziyan vurması barədə verilmiş ittihamla və üzərində nakotik vasitə aşkar olunması barədə verilmiş ittihamla razı deyildir. Ona görə ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdən Nizami rayonu, B.Çobanzadə küçəsi 395A ünvanında yerləşən boş torpaq sahəsini icarəyə götürərək əlvan metal qəbulunun qəbulu ilə məşğul olur. Təxminən 01 iyun 2023-cü il tarixdən eyni ünvanda siqaret satmaqla da məşğul olur. Torpaq sahəsində satış etmək üçün quraşdırılmış köşk olduğu halda, satdığı siqaretləri köşkdə deyil, boş torpaq sahəsində açıq havada saxlamışdır. Əvvəllər köşkdə satıcısı olsa da, hadisə baş verməmişdən təxminən 8 gün əvvəl həmin işçini işdən çıxartmışdır. Bu səbəbdən də həmin köşkdə özü işləmişdir. 23 iyun 2023-cü il tarixdə saat 10 radələrində işə gəldiyi zaman torpaq sahəsində saxladığı malların yerində olmadığını görmüş, ona görə həmin malların naməlum şəxs tərəfindən oğurlanmasını başa düşmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində hər birinin dəyəri 4 manat olan, ümumilikdə dəyəri 480 manat təşkil edən 120 ədəd “Redbull” markalı, hər birinin dəyəri 2 manat olan, ümumilikdə dəyəri 266 manat təşkil edən 133 ədəd “Hell” markalı energetik içkilər, hər birinin dəyəri 6 manat 50 qəpik olan, ümümilikdə dəyəri 520 manat təşkil edən 80 ədəd “Parlament” markalı, hər birinin dəyəri 6 manat 50 qəpik olan, ümümilikdə dəyəri 1430 manat təşkil edən 220 ədəd “Marlboro” markalı, hər birinin dəyəri 2 manat 30 qəpik olan, ümümilikdə dəyəri 92 manat təşkil edən 40 ədəd “More” markalı, hər birinin dəyəri 9 manat olan, ümümilikdə dəyəri 360 manat təşkil edən 40 ədəd “Capitan Black” markalı, hər birinin dəyəri 2 manat 30 qəpik olan, ümümilikdə dəyəri 92 manat təşkil edən 40 ədəd “Camel” markalı, hər birinin dəyəri 3 manat 20 qəpik olan, ümümilikdə dəyəri 96 manat təşkil edən 30 ədəd “R1” markalı, hər birinin dəyəri 4 manat 10 qəpik olan, ümümilikdə dəyəri 410 manat təşkil edən 100 ədəd “Sobranie” markalı, hər birinin dəyəri 4 manat olan, ümümilikdə dəyəri 120 manat təşkil edən 30 ədəd “Kent” markalı, hər birinin dəyəri 3 manat olan, ümümilikdə dəyəri 210 manat təşkil edən 70 ədəd “Milano” markalı, hər birinin dəyəri 3 manat 70 qəpik olan, ümümilikdə dəyəri 74 manat təşkil edən 20 ədəd “Winston” markalı, hər birinin dəyəri 3 manat olan, ümümilikdə dəyəri 30 manat təşkil edən 10 ədəd “FM” markalı siqaretlər, hər birinin dəyəri 50 qəpik olan, ümümilikdə dəyəri 40 manat təşkil edən 80 ədəd alışqan, hər birinin dəyəri 50 qəpik olan, ümümilikdə dəyəri 24 manat təşkil edən 48 ədəd “Dirol” markalı saqqız, qəpiklərdən ibarət 58 manat nağd pul, ümümi dəyəri 336 manat təşkil edən 28 kq mis, dəyəri 150 manat təşkil edən 1 ədəd “Bosch” markalı laqonda, dəyəri 250 manat təşkil edən 1 ədəd qaynaq aparatı oğurlanmışdır. Bununla da, oğurluq nəticəsində ona ümümilikdə 5038 manat məbləğində maddi ziyan dəymişdir. O, həmin əşyaları saxladığı yeri kilidləməmişdir, əşyalar hasara alınmış və qapısı kilidlənmiş darvazası olan ərazidə olduğundan həmin əşyaları saxladığı yerə kilid vurmağa ehtiyac görməmişdir. Sonuncu dəfə 23 iyun 2023-cü il tarixdə saat 01 radələrində həyətin darvazasını açarla kilidləyib oranı tərk etmişdir. Həmin zaman bütün əşyalar yerində olmuşdur. Şikayəti əsasında polislər tərəfindən aparılan araşdırma nəticəsində oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edilməsi müəyyən olunmuşdur. O, özünə məxsus malların və pulun hesabatını özü apardığına görə dəymiş maddi ziyanın məbləğinin 5038 manat olduğunu dəqiqləşdirmişdir və əminliklə bildirir. Təqsirləndirilən şəxs oğurluq yolu ilə ona vurduğu maddi ziyanı ödəməmişdir, ondan şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayından dostu Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən boş torpaq sahəsində olan əlvan metal qəbulu yerində Zaurla birlikdə siqaret satışı ilə məşğul olmuşdur. 16 iyun 2023-cü il tarixdə tanımadığı şəxsdən 8 ədəd “BMW” markalı avtomobilə aid təkər disklərini ümumilikdə 2400 manat verib almış və aparıb Zaurun əlvan metal qəbulu yerinə qoymuşdur. 23 iyun 2023-cü il tarixdə saat 11 radələrində işə gəldiyi zaman qeyd olunan torpaq sahəsində saxladığı ümümi dəyəri 2400 manat olan 8 ədəd “BMW” markalı avtomobilə aid təkər disklərinin yerində olmadığını görmüş, həmin disklərin naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. O, bu barədə Zaura dedikdə Zaur orada saxladığı tütün məmulatlarının, energetik içkilərin, laqonda və qaynaq aparatlarının da oğurlandığını bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümümilikdə 2400 manat maddi ziyan dəymişdir. Onun təkər disklərini saxladığı yer kilidlənməmişdir. Həmin əşyalar hasara alınmış, qapısı kilidlənmiş darvazası olan ərazidə olduğundan onları saxladığı yerə kilid vurmağa ehtiyac olmamışdır. Həmin ərazidə Zaurun özünün də əşyaları çox olmuşdur. Sonuncu dəfə 16 iyun 2023-cü il tarixdə həmin diskləri əlvan metal qəbulu yerinə yığanda görmüşdür. Polislər tərəfindən aparılan araşdırma nəticəsində oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs oğurluq yolu ilə ona vurduğu maddi ziyanı ödəməmişdir, ondan şikayətçidir, pulunu tələb edir. Əlavə sualları cavablandırarkən zərərçəkmiş şəxs qeyd etmişdir ki, ona məxsus olmuş 08 ədəd disk normal vəziyyətdə olmuş, əzik olmamışdır, ola bilsin ki, Təqsirləndirilən şəxs onları oğurlayarkən əzmişdir. O, həmin diskləri metallom kimi deyil, işlək vəziyyətdə olan disk kimi satmaq niyyəti ilə, öz pulu ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsində fəhlə kimi işləyir. 20 iyun 2023-cü il tarixdə saat təxminən 10 radələrində iş yerində olarkən əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşıb avtomobilə aid işlənmiş vəziyyətdə olan 4 ədəd təkər disklərini satmaq istədiyini bildirmişdir. O, disklərə baxış keçirərək onlardan ikisinin sınıq olmasını, digər ikisinin isə əzik olmasını görmüşdür. Həmin disklərin istifadəyə yararsız oduqlarını nəzərə alaraq onları əritmək üçün metal kimi ala biləcəyini, bu təkər disklərinin hər kiloqramını 2 manat 50 qəpiyə ala biləcəyini bildirmişdir. İlkin onunla razılaşmışdır. O, İlkindən şəxsiyyət vəsiqəsini və əlaqə telefonunu istəmişdir. İlkin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, mobil telefondan isə istifadə etmədiyini bildirmişdir. O, diskləri tərəzidə çəkib ümumilikdə 33 kiloqram olduqlarını müəyyən etmiş və İlkinə 83 manat pul vermişdir. Elə həmin gün metal toplayan şəxslər işlədiyi yerə gəlib metal soruşduqda həmin 4 ədəd təkər diskini 87 manata satmışdır. Təxminən 10 gün keçmiş Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə gələrək İlkinin ona təhvil verdiyi təkər disklərini oğurluq yolu ilə əldə etdiyini bildirmişlər. O, İlkindən aldığı 4 ədəd təkər diskini elə həmin gün satdığını bildirmişdir. Sonradan polis şöbəsində izahat vermiş və həmin zaman Təqsirləndirilən şəxs görmüş, həmin şəxsin ona 4 ədəd işlənmiş təkər diski satan şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə təhvil verdiyi 4 ədəd təkər disklərini oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. O, İlkinin işlədiyi metal qəbulu məntəqəsinə təhvil verdiyi 4 ədəd təkər disklərini almağı və sonradan satmağı barədə kağız parçasında qeydiyyat aparmışdır. Məntəqənin rəhbəri Tahir iş yerinə gəldikdə ona bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus, Xətai rayonu, S.Vəzirov küçəsi 50 ünvanında yerləşən “Mincivan” marketi təxminən 6 ilə yaxın müddətdir ki, işlədir. 23 iyun 2023-cü il tarixdə saat 15 radələrində işlədiyi marketdə olan zaman əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Xasaybəy marketə gəlmiş, hazırda adını xatırlamadığı xəstəxanada müalicə olunduğunu, müalicə xərclərini ödəməkdə çətinlik çəkdiyini, xəstəxanada onu ziyarətə gəlmiş şəxslərin ona alışqanlar, müxtəlif markalı siqaretlər və 1 qutu “Dirol” markalı saqqızlar gətirdiklərini, hazırda həmin əşyaları dəyərindən ucuz qiymətə satmaq istədiyini bildirmişdir. O, dəfələrlə Xasaybəydən gətirdiyi əşyaların oğurluq olub-olmadığını soruşmuşdur. Xasaybəy and içərək həmin əşyaların özünə məxsus olduğunu, oğurluq yolu ilə əldə olunmadığını demişdir. O da, Xasaybəyə inanaraq həmin əşyaları, yəni 2 ədəd “Kent” markalı, 4 ədəd “Sobranie” markalı siqaretləri, 20 ədəd alışqanı və 1 qutu “Dirol” saqqızını ümumilikdə 34 manat ödəyərək almışdır. Təxminən 2 gün keçmiş Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları işlədiyi marketə gələrək Xasaybəyin ona satdığı əşyaların oğurluq yolu ilə əldə edildiyini bildirmişlər. O, Xasaybəydən aldığı həmin əşyaları könüllü olaraq tam şəkildə polis əməkdaşlarına təhvil vermiş, sonradan polis şöbəsində bu barədə izahat və ifadə vermişdir. Bir daha qeyd edir ki, Şahid1 işlədiyi marketə təhvil verdiyi əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 iyun 2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Nizami rayonu, B.Çobanzadə küçəsi 395A saylı ünvanda yerləşən əlvan metal qəbulu məntəqəsi üçün nəzərdə tutulan hasarlanmış torpaq sahəsinə qanunsuz daxil olaraq oradan müxtəlif çeşidli siqaretlər, alışqanlar, energetik içkilər, laqonda, qaynaq aparatı, “BMW” markalı avtomobilə aid işlənmiş təkər diskləri və digər əşyaları oğurlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 73 ünvanının qarşısında tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. 24-cü polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf bükümdə ağ rəngli, kristal halında spesifik iyə malik olan kütləni təqdim edərək həmin maddənin “şüşə” olaraq tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün 29 iyun 2023-cü il tarixdə saat 11 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 25 manata aldığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmçinin Nizami rayonu, B.Çobanzadə küçəsi 395A saylı ünvanda yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq, həmin yerdən işlənmiş təkər diskləri, qaynaq aparatı, müxtəlif çeşiddə siqaret və energetik içkilər oğurladığını səmimi etiraf etmişdir. Qeyd olunan proseslər vidoçəkilişlə qeydə alınmışdır. Bu tədbirlər zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməllərini etiraf etmiş, həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Şahid4 məhkəmə iclasında əlavə olaraq dindirilərkən göstərmişdir ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə Nizami rayonu, C.Naxçıvanski küçəsi 73 ünvanının qarşısında saxlayaraq polis şöbəsinə aparmışlar. Əməliyyat işçisi olaraq axtarış və ya digər tədbirlərlə bağlı Suraxanı rayonu ərazisində ola bilərlər. Amma həmin şəxsi qeyd olunan vaxt Suraxanı RPİ-nin 31-ci polis bölməsindən 24-cü polis şöbəsinə gətirməmişlər. Bundan başqa, onun 24-cü polis şöbəsində Təqsirləndirilən şəxs özününkü kimi təqdim etməsi üçün narkotik vasitə verməsi barədə təqsirləndirilən şəxsin göstərdikləri yalandır, həmin şəxsin üzərində vəkilin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış aparılan zaman o, üzərində olan psixotrop maddəni çıxarıb təqdim etmiş, həmin maddənin özünə məxsus olduğunu və özü istifadə etmək məqsədi ilə alıb üzərində saxladığını bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxslə aralarında olan üzləşdirmə zamanı da bu barədə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Eyni zamanda Şahid3 da məhkəmə iclasında əlavə olaraq dindirilərkən göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis bölməsindən deyil, Nizami rayonu, C.Naxçıvanski küçəsi 73 ünvanının qarşısında saxlayaraq polis şöbəsinə aparmışlar, polis şöbəsində müvafiq prosedurlara əməl edilməklə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs cibində olan bir bükümdə psixotrop maddəni çıxarıb təqdim etmiş və özü istifadə etmək üçün əldə edib üzərində saxladığını bildirmişdir. Tərəflərindən həmin şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Polis şöbəsində əməliyyat müvəkkili Şahid4 və ya digər polis əməkdaşı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoymamış, şəxsi axtarış zamanı özününkü kimi təqdim etməsi üçün ona verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid 30 iyun 2023-cü il tarixdə verdiyi sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 gün əvvəl ortaq tanışlarının vasitəsi ilə tanımışdır. Bir müddət İlkinlə birlikdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində kirayədə yaşamışlar. 2023-cü ilin iyun ayının ortalarında evdə olduğu zaman İlkin evə gəlmişdir. İlkinin əlində BMW markalı avtomobilə məxsus bir neçə təkər diski olduğunu görmüşdür. O, İlkindən həmin təkər disklərini haradan aldığını soruşduqda İlkin təkər disklərini satmaq məqsədi ilə tanışının verdiyini demişdir. Həmin gün onlar İlkinlə birlikdə metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən əlvan metal qəbulu məntəqəsinə getmişlər. İlkin ondan ayrılaraq əlvan metal qəbulu məntəqəsində işləyən şəxsə təkər disklərini satdıqdan sonra geri qayıtmışdır. İlkin diskləri 83 manata satdığını bildirmişdir. İlkinin təkər disklərinin satışından əldə etdiyi 83 manat pulu birlikdə xərcləmişlər. Onun təkər disklərinin cinayət yolu ilə əldə olunmasından xəbəri olmamışdır. Bir neçə gün sonra evdə olduğu zaman İlkin evə gələrkən onun əlində müxtəlif növ siqaretlər, bir neçə energetik içki, laqonda, mis və qaynaq aparatı olduğunu görmüşdür. O, İlkindən həmin əşyaları haradan əldə etdiyini soruşduqda İlkin qeyd olunan əşyaları tanışının ona verdiyini demişdir. Həmin gün o, İlkinə deyərək evdə olan siqaretlərdən 5 ədədini, eyni zamanda alışqan və bir neçə saqqızı götürərək Babək prospektində yerləşən “Mincivan” adlı marketə 34 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. İlkinin qeyd olunan əşyaları haradan əldə etməsi və qalan əşyaları kimə satması barədə onun məlumatı olmamışdır. İlkin satdığı əşyalardan ona pul verməmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadıqları evə gətirdiyi əşyaları cinayət yolu ilə ələ keçirdiyini bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 24 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 5-7) - 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 395A ünvanında yerləşən əlvan metal qəbulu məntəqəsindən talanmış alışqanlar, müxtəlif markalı siqaretlər və bir qutu Dirol markalı saqqız təhqiqatçı tərəfindən ünvan 6 ünvanında yerləşən “Mincivan market”də işləyən Şahid2 götürülmüşdür. (i.v. 20-21) - 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 18 ədəd Dirol saqqızı, 19 ədəd alışqan, 4 ədəd Sobranie markalı, 2 ədəd Kent 4 markalı, 1 ədəd Palmal markalı siqaretlər sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən götürülmüşdür. (i.v. 30) - 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə aşkar olunması faktı üzrə toplanmış və 24-cü polis şöbəsindən daxil olmuş material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 36) - 29 iyun 2023-cü il və 10 avqust 2023-cü il tarixli protokollardan görünür ki, 29 iyun 2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 iyun 2023-cü il tarixdə Nizami rayonu, B.Çobanzadə küçəsi 395A saylı ünvanda yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq, həmin yerdən müxtəlif əşyaları gizlin olaraq talamaqda şübhəli olduğuna görə saat 15:30-da Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 73 ünvanının qarşısında saxlanılaraq PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyun 2023-cü il tarixli qərara əsasən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf bükümdə ağ rəngli, kristal halında spesifik iyə malik olan kütləni təqdim edərək həmin kütlənin “şüşə” olaraq tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün 29 iyun 2023-cü il tarixdə saat 11 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf bükümdə ağ rəngli, kristal halında spesifik iyə malik olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü diskə 10 avqust 2023-cü il tarixdə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 57-58, 142) - 30 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi 2 ədəd FM markalı, 3 ədəd Senator markalı, 1 ədəd Marlboro markalı siqaretlər sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülmüşdür. (i.v. 68) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2023-cü il tarixli 6/3575 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,873 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,873 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,823 qram qalıq qalmışdır. (i.v. 69-72) - 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 83) - 01 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq ünvan 7 ünvanda yerləşən hasarlanmış ərazini hadisə yeri kimi göstərərək birinci dəfə 20 iyun 2023-cü il tarixdə saat 06 radələrində həmin ərazinin girişində olan darvazanın üzərindən aşaraq qeyd olunan əraziyə daxil olduğunu, həyətdə olan 04 ədəd avtomobil təkərinin diskini götürüb oranı tərk etdiyini, oğurladığı 04 ədəd təkər diskini həmin gün saat 10 radələrində metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə 83 manata satdığını, 23 iyun 2023-cü il tarixdə saat 05 radələrində təkrar oğurluq etmək məqsədi ilə yenidən həmin əraziyə eyni üsulla daxil olduğunu, həyətdə taxta yeşiyin içində olan “Redbul” və “Hell” markalı energetik içkilər, müxtəlif markalı siqaretlər, alışqanlar, “Dirol” markalı saqqız, təxminən 7 kq olan, iki alüminum metal, 1 ədəd “Bosch” markalı laqonda və 1 ədəd qaynaq aparatını oğurladığını, siqaretlərin bir hissəsini 23 iyun 2023-cü il tarixdə saat 13 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində siqaret satılan mağazaya 90 manata satdığını, laqonda və alüminum metalı Sabunçu qəsəbəsində “rus bazarı” adlanan yerdə tanımadığı şəxsə 40 manata satdığı barədə istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. (i.v. 104-107) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2023-cü il tarixli 9/5921 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların hadisə baş verən tarixə, yəni 2023-cü ilin iyun ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri 21,60 manat, təqdim edilmiş 06 adda siqaretlərin 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 27,00 manat müəyyən edilir. (i.v. 173-177) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 18 avqust 2023-cü il tarixli 5295 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 178-179) - 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin aparılması rədd edilmiş, iş üzrə Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Şahid2 və Şahid5 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığı üçün barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi, narkotik vasitəni Hacı adlı polis əməkdaşının ona verdiyini, qorxduğu üçün həmin narkotik vasitəni alıb cibinə qoyduğunu qeyd etməsi barədə vəsatəti digər istintaq materialları ilə təkzib olunduğundan mötəbər kimi qəbul edilməmiş, özünü müdafiə kimi qiymətləndirilmiş və rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,873 qram olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,823 qram metamfetaminin qalığı saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, iş üzrə 29 iyun 2023-cü il tarixdə Nizami RPİnin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntülərinin əks olunduğu 01 ədəd DVD disk sübut növü kimi qəbul edilərək cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanında yerləşən yaşayış binasının girişində quraşdırılmış nəzarət müşahidə kameraları vasitəsilə aparılmış çəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk sübut növü kimi qəbul edilərək cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 395A ünvanında yerləşən əlvan metal qəbulu məntəqəsindən talanmış alışqanlar, müxtəlif markalı siqaretlər və bir qutu “Dirol” markalı saqqız maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından ayrıca material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilməsi məqsədilə Nizami rayon prokurorluğuna təqdim edilmişdir. (i.v. 200-214) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 234.1ci maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadəsində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadə vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə üzərində olan psixotrop maddəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldıqdan sonra polis əməkdaşı tərəfindən verilmiş narkotik vasitəni cibinə qoyub sonradan şəxsi axtarış zamanı özünə məxsus narkotik vasitə kimi təqdim etməsi barədə qeyd etdikləri də absurd iddiadır, işin faktiki halları, o cümlədən şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü ilə inkar olunmuşdur, Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmasına, eyni zamanda bütün prosessual və istintaq hərəkətlərində vəkillə təmsil olunmasına baxmayaraq, o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs ittihamda qeyd olunduğu kimi ünvan 1 ünvanın qarşısında Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən deyil, Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət olunmasından sonra həmin bölmədən 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən gətirilməsi ilə bağlı irəli sürülən dəlillər də öz təsdiqini tapmamışdır, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin həmin ifadəsini yoxlamaq üçün müstəntiq tərəfindən 31-ci polis bölməsinin adı çəkilən polis əməkdaşı X2 dindirilən zaman həmin faktı inkar etmişdir. Bundan başqa, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği ilə bağlı məsələyə gəldikdə, nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxsin bununla bağlı ifadəsinin şübhə altına alınmasına əsaslar yoxdur, oğurlanmış əşyaların satıldığı şəxslər müəyyən olunaraq onların da ifadələri alınmış, bəzi əşyalar isə naturada aşkar olunaraq götürülmüşdür. Müdafiə tərəfinin irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə cəhd olunması kimi qiymətləndirilməklə nəzərə alınmamalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 40) - 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 29 iyun 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 111-116) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzası dəyişdirilərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16-18 yanvar 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu müddət cəzanın müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 164-165, 166-172) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 11 sentyabr 2023-cü il tarixli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə, həmin cəzadan şərti olaraq vaxtından azad edildiyi vaxtdan sonra, məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, habelə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzalarının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixli hökm üzrə işlə bağlı 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin ekspertiza tədqiqatına sərf edildikdən sonrakı qalıq hissəsi məhv olunmalı, 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, aşkar olunmuş müvafiq əşyaların məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, onun 11 sentyabr 2023-cü il tarixli hökm üzrə işlə bağlı 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,823 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, aşkar olunmuş müvafiq əşyaların məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 105 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar