Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-54/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 1, mənzil 15-də qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə həmin hökm üzrə zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslərlə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, üzərində 28 dekabr 2017-ci il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, əvvəli 07 sentyabr 2017-ci il tarixdən hesablanan azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq cəza çəkməkdən azad edilmiş, məhkumluğu ödənilməmiş, 01 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda zıyan vurmaqla dələduzluq etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda özünü Zərərçəkmiş şəxs4 həkimginekoloq kimi təqdim edərək sonuncunun ginekoloji xəstəlikdən əziyyət çəkən anası Rəna Ələkbərovanın səhətinin guya ağır olmasını bildirərək, bunu bəhanə etməklə sonuncunu müalicə edəcəyinə dair Zərərçəkmiş şəxs4 yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2022-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 1 ünvanında 100 manat və 12 may 2022-ci il tarixdə sonuncunun Rusiya Federasiyasında olan qardaşı X2 vasitəsi ilə bankdan onun bildirdiyi bank hesabına köçürdüyü həmin dövrün rəsmi məzənnəsi ilə 1250 manat təşkil edən 50000 rus rublu məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən "xxxx" KB ASC-nin Xaçmaz filialında qəbul edib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 1350 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda özünü Zərərçəkmiş şəxs7 burun-boğaz həkimi kimi təqdim edərək guya sonuncunun burun əməliyyatını edəcəyinə dair yalan vəd verib, həmin məsələnin müzakirəsi üçün 03 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 69A ünvanında yerləşən “Tayqa” adlanan kafeyə onunla görüşə gələrkən müalicə xərci kimi özü ilə gətirdiyi cəmi 2200 manat dəyərində 1 ədəd qızıl boyunbağını və 1 ədəd 10-luq qızıl klonu həmin kafedə masa üzərinə qoyduqdan sonra orada Zərərçəkmiş şəxs7 diqqətinin yayınmasından istifadə edib qeyd edilən qızılzinyət əşyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 cəmi 2200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 avqust 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs5 ilə birlikdə ünvan 5 ünvanda yerləşən “Araz” marketin qarşısına doğru taksi avtomobilində hərəkətdə olarkən o, Zərərçəkmiş şəxs5 avtomobilin salonunda oturacaq üzərinə qoyduğu özünə məxsus, hesabında 770 manat olan, dəyəri 20 manat təşkil edən "xxxx" ASC-yə aid 5103 07******4324 saylı plastik kartı, dəyəri 850 manat olan 11 qram çəkidə 750 əyarlıq qızıl boyunbağı ilə birlikdə ürək formasında olan qızıl klonu, 50 manat nağd pulu və 400 manat dəyərində “Hoffman” markalı mobil telefonu əl çantasından gizli olaraq taladıqdan sonra özgənin əmlakını talamağa yönəldilmiş cinayət əməllərini davam etdirərək qeyd edilən tarixdə saat 17:45:51-dən 17:45:58-dək olan müddət ərzində Bakı şəhəri Əzizov küçəsində yerləşən ərzaq mağazasından 9 manat dəyərində, həmin tarixdə saat 17:54:22dən 20:33:57-dək olan müddət ərzində Bakı şəhəri Neftçilər prospekti, 6 ünvanda yerləşən “Oba” adlı mağazadan 237 manat 59 qəpik dəyərində, həmin tarixdə saat 18:32:42-dən 18:44:29-dək olan müddət ərzində eyni ünvanda yerləşən “Bravo” adlı mağazadan 111 manat 50 qəpik dəyərində və göstərilən ünvanda yerləşən digər ərzaq mağazalarında 218 manat 70 qəpik dəyərində müxtəlif növ ərzaq məhsullarını sifariş verib Zərərçəkmiş şəxs5 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid 5103 07******4324 saylı plastik bank kartından istifadə etməklə məhsullara görə ödənişi həmin kart vasitəsilə etdikdən sonra qeyd edilən mağazalardan aldığı ümumilikdə 576 manat 79 qəpik dəyərində olan ərzaq məhsullarını mağazalara geri qaytarıb pulunu nağd şəkildə götürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 məxsus 1896 manat 79 qəpik dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə özünü Zərərçəkmiş şəxs2 burun-boğaz həkimi kimi təqdim edərək sonuncunun zob xəstəliyini guya qızıl boyunbağıya dərman vurub boynundan asmaq üsulu ilə müalicə edəcəyinə dair yalan vəd verərək 03 fevral 2023-ci il tarixdə onun xahişi əsasında Zərərçəkmiş şəxs2 özünə məxsus 4000 manat dəyərində 1 ədəd qızıl boyunbağını götürüb ünvan 7 ünvanında yerləşən “Real” adlanan kafeyə onunla görüşə gəldikdən sonra o, Zərərçəkmiş şəxs2 qeyd edilən kafedə masa üzərinə qoyduğu həmin qızıl boyunbağını sonuncunun diqqətinin yayınmasından istifadə edərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 4000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda özünü Zərərçəkmiş şəxs6 həkim-ginekoloq kimi təqdim edərək sonuncunun arvadı X1 guya qızıl qolbağılara dərman vurmaqla birini qoluna, digərini isə ayağına taxdıqdan sonra həmin qızıl-zinyət əşyalarını analizə verib alınacaq cavabdan sonra müalicə edəcəyi barədə yalan vəd verməklə aldadaraq, etibardan sui-istifadə etməklə bu adla 07 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 işlədiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən tikinti materiallarının satışı mağazasında 700 manat dəyərində qızıl-zinyət əşyalarını alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 700 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 guya Gürcüstandan “Toyota Prius” markalı avtomobil gətizdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 ünvan 9 ünvanında yerləşən “Araz” çay evində hissə-hissə olmaqla 2023-cu ilin avqust ayının ortalarında 700 manat, həmin ilin sentyabr ayının əvvəllərində isə 800 manat, ümumilikdə 1500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 1500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 Gürcüstandan “Mercedes E klass” markalı avtomobil gətizdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 2023-cu ilin avqust ayının ortalarında Bakı şəhəri Nizami rayonu, Müdafiəçi küçəsi, 24/4 ünvanında yerləşən “Xəmsə” restoranında 10000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayında Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “Karona” adlanan restoranda işləyən Zərərçəkmiş şəxs4 özünü İsrail dövlətində işləyən cərrah həkim kimi təqdim edərək tanış olmuşdur. Söhbət əsnasında Aytən anası Rəna Ələkbərovanın ginekoloji xəstə olduğunu dediyi üçün Aytəni aldadıb hər hansı məbləğdə pulunu ələ keçirmək qərarına gəlmiş, ona yalandan guya anasını Bakı şəhərində işlədiyi “Bruzel” adlı klinikada cərrahi əməliyyat edəcəyini deyib bu yolla etibarını qazanmışdır. Həmin səbəbdən Aytənin digər qohumları ilə birlikdə yaşadığı evə rahat gedib-gəlmişdir. Aytənin qohumları onun İsrail dövlətində işləyən həkim kimi qəbul etmiş, ona inanmışlar. Aytənin xalası oğlu Kamran da, Aytənlə bir evdə yaşadığı üçün onunla da tanışlığı yaranmışdır. 08 may 2022-ci il tarixdə Aytən və Kamran evdə öz aralarında digər xalaları Yeganənin şəkər xəstəliyindən əziyyət çəkməsi barədə söhbət etdikdə onlara Yeganə adlı xalaları üçün İsrail dövlətindən 200 manat qarşılığında keyfiyyətli dərman gətizdirə biləcəyini yalandan demişdir. Sözünə inandıqları üçün Kamran elə həmin gün onunla birgə evdən çıxıb, Nizami rayonu B.Nuriyev küçəsində yerləşən "xxxx"ın filial binasının qarşısında yerləşən bankomatın qarşısına getmiş və orada öz kartından 200 manat pul çıxararaq Yeganə adlı xalasına İsrail dövlətindən dərman gətirməsi üçün vermişdir. Həmin pulu vəd verdiyi kimi dərman sifariş vermək əvəzinə öz şəxsi tələbatları üçün xərcləmişdir. Sonradan Kamran və Aytən dərman barədə bir neçə dəfə maraqlansalar da, onlara müxtəlif yalanlar danışaraq aldatmışdır. Aytənə yaxınlaşmaqda məqsədi onunla şəxsi münasibətlər qurmaq olmuş, tanış olan zaman onun anasının xəstə olmasını öyrəndikdən sonra İsraildə cərrah işlədiyini, Bakıya “Brizol” adlı klinikanın dəvəti ilə gəlib, həmin klinikada cərrahi əməliyyatlar apardığını, anasını həmin klinikada əməliyyat edə biləcəyini demişdir. Həkim olmadığı üçün Aytənin anasında olan ginekoloji xəstəliyin müalicəsi ilə bağlı heç bir kömək edə bilməyəcəkdi. Lakin, onların yaşadığı evə getdikdə özünün həkim olduğuna inandırmaq üçün Rəna Ələkbərovanın ağrılarını kəsməkdə ona kömək edəcək “Ofdol” və “Baralgin” adlı dərmanlar vuraraq onun ağrılarının kəsilməsinə kömək etmişdir. Aytənin vasitəsi ilə onun Rusiyada işləyən qardaşı Mətləblə əlaqə saxlayıb, telefonda Mətləbə anasını əməliyyat etməsi üçün 1000 manat pul lazım olduğunu demiş, Mətləb də 12 may 2022-ci il tarixdə “Zolotoy Karona” adlı pul köçürmə sistemi vasitəsi ilə 50000 rubl pul göndərmişdir. Xaçmaz rayonunda olduğu üçün orada əvvəllər tanımadığı, kim olduğunu və hazırda da harada olması barədə məlumatı olmadığı X8 adına "xxxx"ın Xaçmaz rayon filialına göndərilən həmin məbləği nağdlaşdırıb götürmüşdür. Həmin gündən sonra Aytənlə görüşməmiş, yanlız telefon vasitəsi ilə əlaqə saxlamışdır. Aytənlə bir yerdə olduğu 20 gün müddətində onun yaşadığı evdə 100 manat məbləğində pul vəsaitini xərcləmək üçün almışdır. Aytənin xalası qızı Bahardan 140 manat pul, onun özü üçün İsrail dövlətindən mədə ağrısı dərmanı gətirtmək adı ilə almış, lakin vaxtında ona söz verdiyi “Omekrazol” adlı dərman və digər adını unutduğu dərmanları alıb vermişdir. Bahara vəd etdiyi kimi həmin dərmanı İsrail dövlətindən deyil, Bakı şəhərində yerləşən apteklərdən birindən 80 manata alıb Bahara guya xaricdən gəlmiş dərman adı ilə vermişdir. Bundan başqa o, sosial şəbəkələrin birində Zərərçəkmiş şəxs7 ilə tanış olduqdan sonra ona ciddi münasibət qurmaq arzusunda olduğunu bildirmişdir. Sosial şəbəkədə danışarkən Sevinc burnunda problemin olduğunu və əməliyyat olmaq istədiyini dediyi üçün gələcəkdə ondan hər hansı məbləğdə pulu aldadıb alaraq ələ keçirmək məqsədi ilə özünü İsrail dövlətində və Bakı şəhərində yerləşən klinikaların birində plastik cərrah-həkim kimi fəaliyyət göstərdiyini demişdir. Sevinc inanaraq burnunu əməliyyat etməyini xahiş etdiyi üçün həmin məsələni görüşdükdə danışa biləcəklərini bildirmişdir. Həmin məqsədlə 03 iyul 2022-ci il tarixdə Sevinclə görüşüb Nizami rayonu Q.Qarayev prospekti, 69A ünvanında yerləşən “Tayqa” adlanan kafedə oturub söhbət etməyə başlamış, söhbət zamanı Sevinc əməliyyat xərcləri üçün özü ilə gətirdiyi 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl onluq klonu çıxardaraq lombarda qoyub əvəzində əməliyyatı üçün pul götürmək istədiyini bildirdikdə ona qızıl əşyalarını sevdiyini bildirib, həmin boyunbağıya baxmaq üçün istəmişdir. Sevinc də kiçik bağlamada olan qızıl boyunbağını və klonu baxmaq üçün ona vermişdir. Bağlamanı açıb baxarkən həmin qızılların qədimi qızıl olduğunu demişdir. Qızıllara baxdıqdan sonra onları necə ələ keçirəcəyini fikirləşməyə başlamış və Sevinclə göz təması quraraq cərrahi əməliyyat haqqında danışmağa davam etmişdir. Elə həmin vaxt Sevincin diqqətinin onda olmasından istifadə edərək həmin qızılları götürüb, heç nə olmamış kimi bağlamanı bağlayıb Sevincə qaytarmış, Sevinc isə bağlamanı açıb baxmadan çantasına qoymuşdur. Sevincdən oğurladığı qızıllardan xəbər tutmaması üçün qardaşı oğlunun gəldiyini bildirib ona bir şey verəcəyini deyib oturduqları otaqdan çıxarkən artıq geç olduğu üçün getməli olduğunu bildirib, taksi sifariş edərək Sevinci yola salmışdır. Bir neçə dəqiqə sonra Sevinc onun isifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib qızıl əşyalarının bağlamada olmadığını, bu barədə polisə müraciət edəcəyini dedikdə o, polisə müraciət etməməsini deyib oturduqları yerə gedib baxacağını bildirərək telefonu söndürmüş və bir daha Sevincin zənglərinə cavab verməmişdir. Əldə etdiyi qızılları “Moskva” univermağının yanında tanımadığı bir şəxsə 450 manata satmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2022-ci ilin iyul ayının sonunda “Tik tok” sosial vasitəsi ilə Zərərçəkmiş şəxs5 ilə tanış olmuş və bir müddət danışdıqdan sonra bir neçə dəfə görüşmüşdür. 01 avqust 2022-ci il tarixdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Kəmalə ilə görüşüb bir müddət gəzmiş və adını unutduğu kafedə əyləşib nahar etmişlər. Nahar etdikdən sonra evə getmək qərarına gəlmiş və yoldan keçən taksi saxlatdıraraq hər ikisi arxa oturacaqda əyləşmişlər. Taksi ilə gedərkən Bakı şəhəri Nərimanov rayonu, Çaykovski küçəsi, 10 ünvanında yerləşən “Araz” marketi görüb onun qarşısına çatmağa az qalmış Kəmalənin ikisinin arasına qoyduğu açıq çantasının içərisinə əlini sakitcə uzadaraq sonuncunun fikrinin yayınmasından istifadə edib oradan əlinə keçən əşyaları götürdükdən sonra taksini saxlatdırmış və avtomobildən düşərək Kəmalə ilə sağollaşıb oradan tez uzaqlaşmışdır. Tək olarkən Kəmalənin çantasından “Hoffman” markalı mobil telefonunu, 50 manat nağd pulunu və qızıl boyunbağısını götürdüyünü bilmişdir. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, qızıl boyunbağını “MUM” deyilən yerdə tanımadığı şəxsə 300 manata satmış, mobil telefonu isə bir müddət arvadı X3 adına olan ***-***-**-** saylı və ***- ***-**-** saylı mobil nömrələri taxaraq istifadə etmişdir. Daha sonra həmin mobil telefon əlindən düşərək qırıldığı və yararsız hala düşdüyü üçün xatırlamadığı yerə atmışdır. Bundan başqa 2023-cü ilin yanvar ayında “Star Marker” adlı sosial şəbəkədə sonradan Zərərçəkmiş şəxs2 olduğunu bildiyi qadının mahnı oxuduğunu görüb ona səhifəsini izləməsi üçün sorğu göndərmiş, sonuncu səhifədə izləməni qəbul etdikdən sonra tanışlıqları başlamışdır. Tanışlıq zamanı Aygünü maraqlandırmaq üçün ona estetik həkim olduğunu deyib hansısa estetik problemi olub-olmadığını soruşduqda Aygün burnunda çəpər əyriliyi olduğunu demiş, ona burnundakı çəpər əyrilini düzəltməsi üçün əməliyyata ehtiyac olduğunu və həmin əməliyyatın qiymətinin 1000-2000 manat arası olacağını demişdir. Aygün maddi cəhətdən imkanının olmadığını dedikdə ona həmin əməliyyatı 500 manata edəcəyini bildirsə də Aygün maddi imkanı olmadığını deyib razılaşmamışdır. Bir müddət Aygün sosial şəbəkədə görünməsə də sonradan yazdıqlarını oxuyaraq cavab vermiş və uşağı xəstə olduğu üçün sosial şəbəkədən istifadə etmədiyini bildirmişdir. Bir müddət danışdıqdan sonra Aygünün mobil nömrəsini istəyərək almış və istifadəsində olan ***-***-**-** nömrəsindən vatsap vasitəsilə yazaraq həkim olduğunu bir daha deyərək hər hansı məsələdə köməklik edəcəyini, boğazında zobu olduğunu deyərkən ona müxtəlif dərmanlar düzəldəcəyini və həmin dərmanlar vasitəsi ilə boğazında olan zob xəstəliyini müalicə edəcəyinə söz vermişdlir. Aygün ondan necə müalicə edəcəyini soruşduqda ona xüsusi olaraq müalicə üsulu ilə etdiyini, düzəltdiyi dərmanları qızıl boyunbağı vasitəsilə müalicə edəcəyini deyib, Aygündən qızıl boyunbağısının olub-olmamasını soruşmuşdur. Aygün qızıl boyunbağısının olduğunu dedikdən sonra ona bir gün görüşüb işlədiyi klinikaya aparacağını demişdir. 03 fevral 2023-cü il tarixdə vatsap vasitəsi ilə Aygünə günorta saatlarında metronun “Q.Qarayev” stansiyasının yaxnlığında görüşməyi təklif etsə də Aygünün təklifi ilə metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Aygün yaxınlıqda bir yerdə əyləşib çay içməyi təklif etdiyindən ünvan 12 ünvanında yerləşən “Real” karaokeyə getmişlər. Karaokedə otaqların birində əyləşdikdən sonra çay və nahar sifariş etmiş və birlikdə yemək yedikdən sonra pencəyinin iç cibindən plastik qutuda olan guya hazırladığı dərmanı çıxardıb masanın üzərinə qoyub, ofisiantdan spirt gətirməsini xahiş etmişdir. Ofisiantın gec gəldiyini görüb özü otaqdan çıxıb spirt gətirərək Aygündən boğazında olan qızıl boyunbağını açıb verməsini xahiş etmişdir. Aygün boyunbağını verdikdən sonra onu spirtlə təmizləmiş, daha sonra cibindən dərman adı ilə çıxardığı adi əl kremini boyunbağıya çəkib daha sonra boyunbağını masanın üzərində olan salfetin üstünə qoymuşdur. Aygünün fikrini yayındırmaqdan ötrü xidmət edən şəxsdən telefonu enerjiyə qoşması üçün enerji naqili istəmiş, ofisiant enerji naqilini gətirdikdən sonra özünə məxsus telefonu enerji cihazına daxil edib telefon ilə bir qədər məşğul olaraq Aygünün diqqətini yayındırmağa çalışmışdır. Aygünə özünü düzgün və imkanlı şəxs olduğunu inandırmaq üçün eynəyini və 01 ədəd açarını çıxardıb masanın üzərinə qoyduqda sonuncu ondan masanın üzərinə qoyduğu açarın nə olduğunu soruşarkən Aygünə “Ağ şəhər” deyilən ünvanda yaşadığını və həmin açarın da həmin mənzilə aid olduğunu bildirmişdir. Söhbət edərkən qızıl boyunbağanı oğurlamaq üçün bir vasitə kimi Aygünün etibarını qzanmaq və fikrini yayındırmaqdan ötrü siqaret çəkmək üçün ara-sıra otaqdan çölə çıxıb geri qayıtmışdır. Elə həmin vaxt Aygünün çay içdiyini görüb növbəti dəfə yenidən ayağa durub otaqdan çıxarkən masanın üzərində bir çox qida əşyaları olduğu üçün qızıl boyunbağının onların arasında nəzərə çarpmadığını görüb həmin qızıl boyunbağını gizlincə götürüb çölə çıxaraq oradan uzaqlaşmışdır. Əldə etdiyi qızıl boyunbağını “Gənclik”də yadında qalmayan yerdə və şəxsə 150 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2023-cü ilin may ayının sonlarında “Azar” sosial şəbəkəsində Zərərçəkmiş şəxs6 ilə tanış olarkən özünü Nadir Mehdiyev kimi təqdim etmişdir. Toğrulla ünsiyyət zamanı onun Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Xırdavat” dükanında satıcı işlədiyini bilmişdir. Həmçinin Toğrula əvvəllər radiostansiyada işlədiyini, hazırda isə “Xəzər” klinikasında cərrah olduğunu demişdir. Toğrula cərrah həkim olduğunu dedikdən sonra o, uzun müddətdir ki, ailəli olduğunu, lakin arvadının hamilə qala bilmədiyini və nə qədər müalicə etdirsə də nəticə vermədiyini demiş, arvadının xəstəliyinin müalicəsi üçün tanış həkimin olub-olmaması barədə soruşduqda o, ətrafında belə bir həkim tanışlarının olduğunu, lakin əvvəlcə arvadının analiz verməli olduğunu, bundan sonra analizin nəticələrinə uyğun olaraq həkim tanışlarına yönləndirəcəyini demişdir. İnandırıcı danışdığı üçün Toğrul tam inanmışdır. Toğrulu aldatmaqda məqsədi onun pul və ya digər qiymətli əşyalarını ələ keçirmək olmuşdur. Toğrulla söhbət zamanı onun mümkün olan hər bir vasitə ilə arvadını müalicə etdirmək istəyini başa düşmüşdür. Toğrul arvadının analizi necə verməli olduğunu soruşduqda o, baxış keçirmək üçün arvadının da gəlməli olduğunu bildirmişdir. Toğrulla razılaşaraq bildirmişdir ki, hər hansı klinikada deyil, elə onun iş yerində baxış keçirə bilər. Növbəti gün Toğrul arvadı Gülüstanla birlikdə öz iş yerinə gəlmiş və həmin vaxt orada görüşmüşlər. Orada əvvəlcədən razılaşmalarına əsasən özləri ilə gətirdikləri 2 ədəd qızıl sepi təqdim etmişlər. O da Gülüstanı müalicə edəcək güya güclü tərkibli kremi cibindən çıxarıb həmin qızıl-zinət əşyalarına sürtməyə başlamış və Gülüstana həmin sepləri axşam birini əl biləyinə, digərini isə topuğuna bağlayaraq yatmalı olduğunu, səhər yuxudan durduqda isə həmin qızıl-zinət əşyasını içində təmiz su olan qablara qoyaraq ərinin iş yerinə gətirməsini izah edərək demişdir. Səhəri gün, yəni 07 iyun 2023-cü il tarixdə günorta saatlarında əvvəlcədən danışdıqları kimi yenə də Toğrulun işlədiyi yerə getmiş və orada Toğrul həmin qızıl-zinət əşyalarını içində su olan qabda ona vermişdir. Toğrula həmin qızıl-zinət əşyalarını analizə təqdim edib cavabını aldıqdan sonra qaytaracağını deyib ondan götürmüş və sağollaşaraq çıxıb getmişdir. Həmin qızıl-zinət əşyalarını yadında qalmayan qızıl qəbulu məntəqəsinin yanında küçədə qızıl qəbul edən tanımadığı şəxsə 300 manata satmış və əldə etdiyi pul vəsaitini özünə xərcləmişdir. Bundan başqa 2023-cü ilin avqust ayının ortalaranda Nizami rayonunda yerləşən “Araz” çay evində olarkən həmin çay evini işlədən Tural adlı şəxslə təsadüfən tanış olmuşdur. Çay evində söhbət zamanı Tural xaricdən avtomobil almaq istədiyini bildirdiyindən ona avomobil ticarəti ilə məşğul olmasa da həmçinin Gömrük Komitəsində işləməsə də Turalı aldada biləcəyinə əmin olub ona özünü Nadir Mehdiyev kimi təqdim edib Gömrük Komitəsində işlədiyini və tanışlarının vasitəsi ilə avtomobil gətirə biləcəyini demişdir. İnandırıcı danışdığı üçün Tural ona 2016-cü il buraxılışlı “Toyota Prius” markalı avtomobil almaq istədiyini dedikdə ona həmin avtomobillərin 8 min manat dəyərində olduğunu deyərək, baxıb əlavə məlumat verəcəyini bildirmişdir. Səhəri gün Turalla ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb ona həmin avtomobili Gürcüstan Respublikasından gətizdirə biləcəyini demiş və bunun qarşılığında şirinlik olaraq 1500 manat pul istəmişdir. Tural razılaşaraq 700 manat pulu onun kart hesabına göndərmişdir. Bundan bir neçə gün sonra Tural onu dostu Yusiflə tanış edərək onun da avtomobil gətirmək istədiyini demişdir. Yusifdən hansı markalı avtomobil istədiyini soruşanda o, 2014-cü il buraxılışlı “Mercedes E klass” markalı avtomobil istədiyini bildirmişdir. Yusifi inandırmaq üçün ona da belə bir avtomobil haqqında maraqlanıb bildirəcəyini demiş və səhəri gün yenə də Turalın vasitəsi ilə Yusiflə əlaqə saxlayıb Gürüstanda belə bir avtomobilin olduğunu və qiymətinin də 23000 manat olduğunu demişdir. Tural və Yusifə hər iksinin avtomobilini eyni vaxta gətizdirəcəyini qeyd etmişdir. İnanmaları üçün Gürcüstanın avtomobil saytından götürdüyü avtomobil şəkillərini və digər məlumatları Tural və Yusifin vatsaplarına göndərmişdir. Bunun müqabilində Yusifdən avtomobilin alışı üçün veriləcək məbləğin yarısını istəmiş və o, tərəddüd etmədən həmin 10000 manat məbləği səhəri gün Nizami rayonu ərazisində yerəşən “Xəmsə” adlanan restoranda Turalın yanında 100 manatlıq əskinazlarda ona vermişdir. Hər ikisini avtomobillərini bir ay müddətinə, yəni avqust ayının axırına kimi gətizdirəcəyinə əmin etmişdir. 2023-cü ilin əvvəllərində Tural verməli olduğu 800 manat pulu onunla ilk dəfə görüşdükləri “Araz” çay evində vermişdir. Artıq Tural və Yusifdən əlavə pul ala bilməyəcəyini başa düşüb, həmin şəxslərin telefon nömrələrini bloka ataraq onlarla əlaqəni kəsmişdir. Tural və Yusifdən pul almamışdan əvvəl və pul alarkən də onlar üçün vəd etdiyi avtomobilləri gətizdirmək fikri olmamışdır, niyyəti onları aldadaraq pullarını ələ keçirmək olmuşdur. Həkimlik fəaliyyəti ilə bağlı hər hansı təcrübəsi və müvafiq sənədləri yoxdur. Əmlaklarını ələ keçirmək istədiyi şəxs kimi qadınları seçmişdir, belə ki, onları inandırmaq tez mümkün olmuşdur, əsasən də onların estetik və sair məsələlər yaralı yerləri olduğu üçün özünü həkim kimi təqdim etmiş və hamının bildiyi həmin sahədə məsləhətləri verməklə inandırmışdır. Əvvəl izahat və ifadəsində Kəmalənin kartını Elnurun oğurladığını bildirməkdə məqsədi, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək olmuşdur. Əsl həqiqətdə Elnur adlı dustaq yoldaşı olmayıb, onu özündən uydurmuşdur. Zərərçəkmiş şəxs5 plastik kartında olan pul vəsaitinin kodunu bilmədiyi üçün balansında olan pul vəsaitini ancaq alış-veriş etməklə əldə edəcəyini başa düşdüyündən həmin gün müxtəlif mağazalarda 576,79 manat məbləğində alış-veriş etmiş və yenidən ərzaqları mağazaya geri qaytarmaqla pul kimi nağdlaşdırmışdır. Lakin həmin vaxt kart bloklandığı üçün digər məbləği çıxarda bilməmişdir. Bundan sonra kartı qıraraq yadında qalmayan yerdə tullamışdır. Zərərçəkmiş şəxs5 əmlakını 01 avqust 2022-ci il tarixdə axşam saatlarında taksidə Çaykovski küçəsi 10 ünvanında yerləşən “Araz” marketin qarşısına çatmamış oğurlamış və taksidən düşüb getmişdir. Zərərçəkmiş şəxs5 oğurladığı mobil telefonda istifadə olunan Novruz Əhmədovun adına ***-***-**-** saylı, Vəfa Qibləliyevanın adına ***-***-**-** saylı mobil nömrələri özü istifadə etmişdir, Vəfa Qibləliyeva arvadıdır, Novruz Əhmədovu isə tanımır, həmin şəxsin adına olan mobil nömrəni kimdən aldığını unutmuşdur. 31 avqust 2023-cü il tarixdə Yusif və Turalla görüşdüyü zaman hansı tanışının onunla bir yerə olmasını dəqiq xatırlamır, lakin onunla birlikdə olan şəxsin onun işlərinə heç bir aidiyyəti olmamışdır. Əldə etdiyi qızıl-zinət əşyalarını “Moskva” unvermağının yaxınlığında və digər yerlərdə küçədə dayanan tanımadığı şəxslərə satmışdır. İfadəsində göstərdiyi şəxslərə məsləhət bildiyi dərmanlar adi apteklərdə açıq satışdadır və bundan ötrü hər hansı resept lazım olmamışdır, özünün isə əczaçılıq hüququ yoxdur və həmin şəxslərə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında ona qarşı verilmiş ittiham üzrə bütün epizodlarda özünü təqsirli bildiyini, iki epizod üzrə müddətin keçməsini nəzərə alaraq həmin epizodlar üzrə işin icraatına xitam verilməsini, digər epizodlar üzrə ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildə “Star Marker” adlı sosial şəbəkədə qeydiyyatdan keçib həmin şəbəkədə rəfiqələri ilə mahnı oxuyurkən bir nəfər şəxsin səhifəsini izləməsi üçün sorğu göndərdiyini gördükdə həmin şəxsin izləməsini qəbul etmişdir. Səhifəsinə qəbul etdiyi Təqsirləndirilən şəxs adlı şəxs özünü estetik həkim kimi təqdim etmiş və estetik problemi olduğu halda müraciət edə biləcəyini demişdir. O, burun nahiyyəsində çəpər əyriliyinin olduğunu dedikdə Təqsirləndirilən şəxs ona çəpər əyrilini düzəltməsi üçün əməliyyata ehtiyac olduğunu və həmin əməliyyatın qiymətinin 1000-2000 manat arası olacağını demişdir. Maddi cəhətdən imkanı olmadığını dedikdə Ramil həmin əməliyyatı etməsi üçün 500 manat alacağını bildirmişdir. İmkanı olmadığı üçün Ramilin təklifi ilə razılaşmamışdır. Bir müddət övladı xəstə olduğu üçün həmin sosial şəbəkəsindən istifadə etməmiş və bir müddət keçdikdən sonra “Star Marker” sosial şəbəkəsinə daxil olduqda Ramilin yazdığını görüb cavablandırmış və Ramilin istəyi ilə istifadə etdiyi mobil nömrəsini ona vermişdir. Daha sonra Ramil ***-***-**-** mobil nömrəsindən vatsap vasitəsilə yazaraq bir həkim kimi necə köməklik edə biləcəyini soruşduqda o, boğazında zobu olduğunu bildirmişdir. Ramil isə müxtəlif dərmanlar düzəldəcəyini deyib boğazında olan zob xəstəliyini müalicə edəcəyinə söz vermişdir. Daha sonra Ramil zob xəstəliyini müalicə etməsi üçün düzəltdiyi dərmanları qızıl boyunbağı vasitəsilə müalicə edəcəyini, bir gün vaxt edib görüşüb onu işlədiyi klinikaya aparacağını demişdir. 03 fevral 2023-cü il tarixdə Ramil vatsap vasitəsi ilə zəng edərək metronun “Q.Qarayev” stansiyası tərəfdə görüşməyi təklif etsə də o, metronun “Neftçilər” stansiyası tərəfdə görüşməyi təklif edərək 03 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində onunla görüşmüşdür. Görüş zamanı Ramil çay evlərinin birində çay içib, daha sonra klinikaya getmələrini təklif etmiş, o da razılaşaraq Ramillə taksiyə əyləşib ünvan 12 ünvanında yerləşən “Real” karaokeyə getmişlər. Karaokedə otaqların birinə əyləşdikdən sonra Ramil çay, daha sonra nahar sifariş etmişdir. Birlikdə yemək yedikdən sonra Ramil üzərindəki pencəyin iç cibindən plastik qutuda olan dərmanı çıxardıb masanın üzərinə qoyaraq onlara xidmət edən şəxsdən spirt gətirməsini xahiş etmişdir. Ramil xidmət edən şəxsin gec gəldiyini görüb özü otaqdan çıxıb spirt gətirib otağa geri qayıdaraq boğazında olan qızıl boyunbağını açıb ona verməsini xahiş etmişdir. Boyunbağını Ramilə verdikdən sonra o, spirtlə təmizləmiş, cibindən çıxardığı dərmanı boyunbağıya çəkib daha sonra boyunbağını boğazına bağlayacağını desə də masanın üzərində olan salfetin üstünə qoymuş, daha sonra xidmət edən şəxsdən telefonu enerjiyə qoşması üçün enerji naqili istəmişdir. Həmin şəxs enerji naqilini gətirdikdən sonra Ramil özünə məxsus telefonunu enerji cihazına daxil edib telefonu ilə bir az məşğul olmuş, həmin vaxt əynindəki jileti çıxardıb stulun baş hissəsinə asdıqdan sonra pencəyini yenidən geyinib oturmuşdur. Oturduqdan sonra eynəyini və 01 ədəd açarını çıxardıb masanın üzərinə qoyaraq “Ağ şəhər” deyilən ünvanda yaşadığını və həmin açarın özünə məxsus mənzilə aid olduğunu bildirmişdir. Söhbət edərkən Ramil ara-sıra otaqdan çölə çıxaraq siqaret çəkməyə getmişdir. Növbəti dəfə də Ramil ayağa durub otaqdan çıxdıqdan sonra üzərinə dərman çəkməsi üçün verdiyi qızıl boyunbağnı masanın üzərində olmadığını görüb, dərhal Ramilin masanın üzərinə qoyduğu eynəyi və açarı götürərək otaqdan çölə çıxmış və xidmət edən şəxsə yaxınlaşıb həkimin harada olduğunu soruşmuşdur. Lakin ona həkimi görmədiklərini və tanımadıqlarını deyib hesabı ödəməsini istəmişlər. Aldandığını başa düşüb hesabı ödədikdən sonra DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir və həmin pulu tələb edir. Təqsirləndirilən şəxs şilkayətçi olduğunu nəzərə alaraq, onun qanuna müvafiq cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun Gədəbəy rayonunda yaşayan anası Rəna Ələkbərova ginekoloji xəstəlikdən əziyyət çəkdiyi üçün, cərrahi əməliyyat etdirməkdən ötrü ünvan 1 ünvanına gələrək kirayə yaşamağa davam etmişdir. Özünü İsrail dövlətində cərrah işləyən həkim kimi təqdim etmiş Təqsirləndirilən şəxs adlı şəxs onun işlədiyi Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “Karona” adlanan restorana tez-tez gəlib-getmişdir. Ramillə elə həmin restoranda tanış olmuş, həkim olduğuna inandığı üçün anasının xəstəliyi barədə ona ətraflı məlumat vermişdir. Ramil anasını müayinə etmək adı ilə bir neçə dəfə onun yaşadığı mənzilə gəlmiş və öz bildiyi kimi güya müalicə etmişdir. Evlərində olarkən Ramil kiməsə guya zəng vurub hansısa həkimlə danışarkən “qadının vəziyyəti ağırdır” sözlərini eşitmiş, daha sonra Ramil Çərkəz həkimlə danışdığını və onunla birlikdə anasını əməliyyat edəcəyini bildirmişdir. Lakin Ramil telefonla danışarkən ona yaxınlaşdıqda telefondan digər tərəfdən səs gəlmədiyini görüb Ramilin onu aldatdığını başa düşmüşdür. Üç gün əvvəl isə Ramil anasının müalicəsi üçün ondan yaşadığı ünvan 1 ünvanında olarkən 100 manat pul istədiyindən həmin pulu ona vermişdir. Daha sonra Ramil müalicə üçün əlavə 1500 manat pul istəmiş, lakin həmin məbləğdə pul olmadığı üçün Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində yaşayan qardaşı X4 zəng edib hər ay ona veriləsi pulu anasının müalicəsi ilə məşğul olan Ramilə göndərməsini xahiş etmişdir. Sonradan qardaşı Məltəbin nömrəsini Ramilə vermiş və Ramil də qardaşı ilə əlaqə saxlayaraq 50000 rubl pulu, yəni həmin vaxtki məzənnə ilə 1312 manat pulu bank vasitəsi ilə köçürmə yolu ilə 12 may 2022-ci il tarixdə Mətləbdən almışdır. Qardaşı pulu Ramilə göndərəndən sonra Ramil daha onlara gəlməmiş və zənglərə cavab verməyərək görüşməkdən yayınmışdır. X10 şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün Ramil xalası oğlu Kamran İsmayılovdan da İsrail dövlətindən dərman gətirtmək adı ilə 200 manat pul almışdır. Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında dostu Zərərçəkmiş şəxs3 onun avtomobil almaq istədiyini bildiyi üçün onlara özünü Mehdiyev Nadir kimi təqdim edən şəxsin ona avtomobil gətirəcəyini, istəsə ucuz qiymətə onun da ala biləcəyini söyləmişdir. Təkliflə razı olduqdan sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxslə telefonda əlaqə saxlayıb 2014-cü il istehsalı olan “Mersedes” markalı avtomobili almaq istədiyini demişdir. Ramil ona həmin avtomobil üçün ilkin olaraq 10000 manat pul verməli olduğunu, 15 gün müddətə avtomobil gəldikdən sonra 8000 manat pul verəcəyini, bundan sonra avtomobili götürəcəyini bildirmişdir. Həmin vaxt Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Xəmsə” şadlıq sarayında dostu Turalla birlikdə Ramillə görüşmüş və gətirdiyi 100 manatlıq əskinaslarda olan 10000 manat pulu nağd şəkildə özünü Nadir kimi təqdim edən, lakin sonradan əsl adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə Turalın yanında vermişdir. 15 gün sonra Ramilə dəfələrlə zəng vurmuş, lakin Ramil müxtəlif bəhanələr gətirərək guya müharibə şəraiti ilə əlaqədar olaraq hazırda işin alınmadığını bildirmişdir. Tural da ondan əvvəl Ramilə xaricdən avtomobil gətirəcəyi adı ilə 1500 manat pul vermişdir. Aldandıqlarını başa düşüb DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişlər. Hadisə nəticəsində ona 10000 manat, Turala isə 1500 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Xırdavat” dükanında satıcı işlədiyi zaman əvvəllər özünü Nadir Mehdiyev kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə 2023-cü ilin may ayının sonlarında “Azar” sosial şəbəkəsində tanış olmuşdur. Ramil ona əvvəllər stansiyasını dəqiq xatırlamadığı radioların birində işlədiyini, hazırda isə “Xəzər” klinikasında cərrah olduğunu bildirmişdir. Uzun müddətdir ki, ailəli olduğu arvadının hamilə qala bilmədiyindən və nə qədər müalicə etdirsə də nəticə vermədiyindən narahat olduğu üçün Ramilə arvadının xəstəliyi barədə məlumat vermiş və ondan tanış həkimin olub-olmaması barədə soruşmuşdur. Ramil ətrafında belə bir həkim tanışlarının olduğunu bildirərək, əvvəlcə arvadının analiz verməli olduğunu, bundan sonra analizin nəticələrinə uyğun olaraq həkim tanışlarına yönləndirəcəyini demişdir. Ramilin sözlərinə inandığı üçün razılaşmış və arvadının harada və hansı analizlər verməli olduğunu soruşduqda Ramil onun iş yerinə gələcəyini bildirmiş, orada adını bilmədiyi kremi verib, istənilən qızıl-zinət əşyasına sürtərək həmin qızıl-zinət əşyasının bir ədədini əl biləyinə, digərini isə ayaq biləyinə bağlayaraq yatmasını, səhər yuxudan durduqda isə həmin qızılzinət əşyasını içində təmiz su olan qaba qoyaraq iş yerinə gətirməyini demişdir. Ramilin dediyi şəkildə etdikdən sonra 07 iyun 2023-cü il tarixdə saat 13 radələrində həmin qızılzinət əşyalarını içində təmiz su olan qabda iş yerinə gətirib Ramilə vermiş, Ramil analizlərin cavablarını öyrəndikdən sonra həmin qızıl-zinət əşyalarını geri qaytaracağını ona bildirmişdir. Həmin vaxtdan sonra Ramilin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrinə dəfələrlə zəng vursa da zəng çatmamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq əmlakını ələ keçirmişdir. Hadisə nəticəsində ona 700 manat məbləğində maddi ziyan dəymişdir. Pulunu tələb edir. Təqsirləndirilən şəxs qanuna müvafiq cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin avqust ayının əvvəllərində, axşam saatlarında Nizami rayonu ərazisində yerləşən “Araz” çay evində olarkən müştəri kimi gələn və özünü gömrük işçisi Nadir Mehdiyev kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs kimi bildiyi şəxslə tanış olmuşdur. Söhbət əsnasında Ramilə bir ay əvvəl avtomobil almaq üçün gömrük işçisinə müraciət etsə də aldandığı barədə məlumat verdikdə Ramil ona hansı avtomobili istəyirsə Gürcüstandan gətirə biləcəyini demişdir. Ramilin avtomobillərdən və onların qiymətlərindən anlayışı olduğunu görüb onun sözlərinə inanmış və bir-birlərinə mobil nömrələrini vermişlər. İki gün sonra Ramil zəng edərək yaxşı avtomobil tapdığını, lakin bunun üçün ödəniş etməsini istədikdə o, öncə avtomobiln şəklini göndərməsini xahiş etmişdir. Daha iki gün sonra Ramil yenə onun çalışdığı çay evinə gəlib Gürcüstandan sifariş verdiyi avtomobilin şəklini göstərdikdən sonra Ramilin verdiyi kart nömrəsinə 700 manat, əlbə-əl isə 400 manat pul vermiş, Ramil gəldiyi tanışları ilə yeyib-içdikdən sonra çıxıb getmişlər. Daha bir neçə gün sonra Ramil yenə onunla zəngləşərək çay evinə gəlmiş və artıq avtomobilin Gürcüstandan çıxdığını deyib gözaydınlığı verdiyi üçün Nizami rayonu M.Gəncəvi küçəsində yerləşən elə həmin “Araz” çay evində 400 manat pulu əlbə-əl Ramilə vermişdir. Danışıqlarına görə avtomobil Azərbaycana gəldikdən sonra tam ödəniş etməli olmuşdur. 31 avqust 2023-cü il tarixdə o, Yusif və Ramil yenə də həmin çay evində görüşərkən avtomobillərin hansı tarixdə gəlməsi, Ramilin pul alması və sair söhbətləri videoçəkiliş etmişdir. Həmin vaxt Ramilin yanında tanımadığı başqa bir şəxs də olmuşdur. Bir neçə gün sonra artıq avtomobillərin gəlməli olduğunu dedikdə, Ramil müharibə ilə bağlı sərhəddə problemlərin yarandığını və avtomobillərin gəlişinin bir qədər gecikəcəyini bəhanə etmişdir. Az müddət ərzində Təqsirləndirilən şəxs gömrük işçisi olmadığını, onun sosial şəbəkələrdə dələduz olduğunu görüb aldandıqlarını başa düşmüş və dostu Yusifin də yanında pis vəziyyətdə qaldığı üçün ona Ramilə verdiyi 10000 manat pulu özü ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 iştiraklarının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs5 sözügedən ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının sonunda Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və bir müddət mobil telefonla danışdıqdan sonra ona tam inanıb etibar etdiyi üçün bir neçə dəfə görüşmüşdür. Ramil fikrinin ciddi olmasını bildirib onunla ailə həyatı qurmaq niyyətində olmasını demişdir. 01 avqust 2022-ci il tarixdə metronun “Q.Qarayev” stansiyasının yaxınlığında Ramillə görüşüb bir müddət gəzmiş, daha sonra tanımadığı və adını unutduğu kafedə əyləşib nahar etmişdir. Naharda sonra yenidən gəzməyə başlamışlar. Ramil ilə birlikdə gəzərkən mobil telefonu, pul kisəsi və gəzərkən narahat edən üzərində ürək formasında klon olan qızıl boyunbağını çantasına qoymuşdur. Bir müddət sonra evə getmək qərarına gəldiyi üçün yolda taksi saxlatdırıb, hər ikisi avtomobilin arxa oturacağında əyləşmişlər. Bakı şəhəri Nərimanov rayonu, Çaykovski küçəsi, 10 ünvanında yerləşən “Araz” marketin qarşısında Ramil taksini saxlatdırmış və avtomobildən düşərək sağollaşıb getmişdir. Həmin vaxt mobil telefonu ilə evinə zəng etmək istəyərkən telefonunu çantasında aşkar etməmişdir. Çantaya diqqətlə baxdıqda isə özünə məxsus içərisində "xxxx"a məxsus olan maaş kartının, 50 manat nağd pulunun, 750 əyar çəkisi, 11 qramlıq, ümumi dəyəri 850 manat olan qızıl boyunbağı ilə birlikdə ürək formasında olan klonunun, ümumi dəyəri 400 manat olan “Hoffmann” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Maaş kartında 770 manat nağd pul olmuş, həmin pullar da Ramil tərəfindən ələ keçirilmişdir. Taksiyə əyləşənədək mobil telefonunda danışmış, hadisələr taksidə olarkən baş vermişdir. Ramillə birlikdə taksi ilə qayıdarkən çantası arxa oturacaqda hər ikisinin ortasında olmuşdur. Ramil taksidən düşüb getdikdən sonra çantasının açıq olduğunu aşkar etmişdir. Mobil telefonunun üzərində ***-***-**-** mobil nömrə olmuşdur. Hadisə günü Ramillə ikisi olmuş və onlarla əlavə başqa heç kim olmamışdır. Oğurlanmış əmlakının ayrı-ayrılıqda qiyməti "xxxx"a aid kartı 20 manat və içərisində 770 manat, 50 manat nağd pul, 750 əyarlıq çəkisi 11 qram olan qızıl boyunbağı ilə birlikdə ürək formasında olan klonunun ümumi dəyəri 850 manat, “Hoffmann” markalı mobil telefonunun ümumi dəyəri 400 manat və telefonda istifadə olunan ***-***-**-** saylı bir ədəd klass mobil nömrəsinin dəyəri 30 manat olmuşdur. Ümumilikdə ona 2120 manat maddi ziyan dəymişdir. Ona aid "xxxx" kartından 770 manat pul çıxarılmışdır. Hadisə 01 avqust 2022-ci il tarixdə axşam saatlarında Çaykovski küçəsi 10 ünvanda yerləşən “Araz” marketin qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs5 poçt vasitəsi ilə məhkəməyə göndərdiyi teleqramında Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs7 sözügedən ifadəsində göstərmişdir ki, hadisədən 5 ay əvvəl Nərimanov rayonunda yerləşən əvvəllər işlədiyi klinikaların birində özünü plastik cərrah həkim kimi təqdim edən Ramil adlı şəxslə tanış olmuşdur. Tanış olduğu müddət ərzində Ramilin həkim olduğunu düşünüb onunla həkim yoldaşı kimi aralarında bir neçə dəfə telefon danışıqları olmuşdur. Danışdıqları ərəfəsində Ramil İsrail dövlətində və Bakı şəhərində yerləşən klinikaların birində də həkim kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ramilin həkim olduğunu düşünüb ondan burun hissəsini əməliyyat etməsini xahiş etmişdir. 03 iyul 2022-ci il tarixdə Ramil ilə görüşüb əməliyyat barəsində danışmaq qərarına gəlmişdir. Əməliyyat olunmasına pulu olmadığından lombarddan pul götürmək üçün evdən çıxarkən özünə məxsus qızıl boyunbağını və onluq qızıl klonunu da özü ilə götürmüşdür. Qeyd olunan tarixdə Nizami rayonu Q.Qarayev prospekti, 69A ünvanında yerləşən kafelərin birində Ramillə görüş zamanı lombarda qoyub pul götürmək üçün evdən çıxarkən özü ilə qızıl boyunbağını və qızıl klon götürdüyünü dedikdə Ramil qızıl əşyalarını sevdiyini bildirib, həmin boyunbağıya baxmağı üçün ona verməsini xahiş etmişdir. Kiçik bağlamada olan qızıl boyunbağını və klonu baxmaq üçün Ramilə vermiş, Ramil bağlamanı açıb baxdığı zaman həmin əşyanın qədimi qızıl olduğunu bildirdikdə o, həmin qızılın nənəsindən yadigar qaldığını demişdir. Ramil qızıla baxdıqdan sonra bağlamanı stolun üzərinə qoymuşdur. 15 dəqiqə sonra özünə məxsus həmin bağlamanı stolun üzərindən götürüb içinə baxmadan çantasına qoymuşdur. Daha sonra Ramil qardaşı oğlunun gəldiyini və ona nəsə verəcəyini deyib oturduqları otaqdan çıxmışdır. Bir neçə dəqiqə sonra Ramil yenidən geri qayıtdıqda ona artıq gec olduğunu, çıxıb getmək istədiyini bildirmiş və kafedən çıxmışlar, daha sonra Ramil taksi sifariş etmiş, o, evə getmək üçün Ramil ilə sağollaşıb taksiyə əyləşib oradan uzaqlaşmışdır. Taksiyə əyləşdikdən 4 dəqiqə sonra narahat olduğu üçün çantasındaki kiçik bağlamanı çıxardıb qızıl-zinət əşyalarının içində olub-olmadığını yoxlamaq üçün bağlamaya baxdıqda, həmin bir ədəd qızıl boyunbağının və bir ədəd qızıl onluq klonun bağlamada olmadığını aşkar etmişdir. Dərhal Ramilin istifadəsində olan 055- ***-**-** mobil nömrəsinə zəng edib ona qızıl əşyalarının bağlamada olmadığını, bu barədə polisə müraciət edəcəyini dedikdə Ramil polisə müraciət etməməyini deyib oturduqarı yerə gedib baxacağını bildirmişdir. 2-3 dəqiqə sonra Ramil zəng edib qızıl boyunbağının və qızıl onluq klonun oturduqları yerdə düşdüyünü və onları götürüb gələcəyini demişdir. Təxminən 2 saat gözlədikdən sonra Ramilin gəlmədiyini və mobil telefonuna zəng çatmadığını görüb, Ramilin ona məxsus qızıl-zinət əşyalarını ələ keçirdiyini başa düşmüşdür. Özünü həkim kimi təqdim edən Ramil adlı şəxsin onun qızıl boyunbağını və qızıl klonunu ələ keçirməsi nəticəsində ona ümumilikdə 2200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 12 ildir ki, Zərərçəkmiş şəxs6la ailə həyatı qursa da birgə nikahlarından övladları dünyaya gəlməmiş, bununla bağlı bir çox həkimlərə etdikləri müraciətlər nəticəsiz olmuşdur. 2023cü ilin may ayında Toğrul evə gələrək Təqsirləndirilən şəxs adlı xarici ölkədə işləyən bir həkimlə tanış olduğunu və həmin həkimin onların problemlərini aradan qaldıracağına söz verdiyini bildirmişdir. Bir gün də Toğrul evə gələrək həkimin onu görmək istədiyini dediyi üçün Toğrulla birlikdə, həkim kimi özünü təqdim edən Təqsirləndirilən şəxslə metronun “Neftçilər” stansiyasının yaxınlığında Toğrulun işlədiyi mağazada görüşmüşlər. Görüş zamanı Ramil ona üzündə səpkilərin olduğunu deyərək onları təmizləmək üçün üzərində yazısı olmayan plasmas materialından olan qabda qoxusu olmayan və maza oxşayan kütləni verib, həmin mazı iki ədəd qızıl qolbağın üzərinə çəkməsini, daha sonra həmin qolbağın birini qoluna, digərini isə ayağına bağlayıb bir gün yatdıqdan sonra, səhəri gün həmin qızıl-zinət əşyalarını hər hansı qaba su doldurub içərisinə atdıqdan sonra ona vermələrini, onun həmin qızılları suyu ilə birlikdə analizə aparacağını bildirmişdir. Ramilin dediyi kimi etmiş və qızıl-zinət əşyalarını su kütləsinə qoyub Ramilə çatdırması üçün Toğrula vermişdir. Toğrul da həmin əşyaları qeyd etdiyi qaydada Ramilə çatdırmışdır. Analizlərin cavabını oyrənmək üçün Toğrul bir həftə müddətində telefon vasitəsi ilə Ramillə əlaqə saxlamış, lakin sonra Ramilin telefonuna zəng çatmamışdır. Bundan sonra özünü həkim kimi təqdim edən Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyini başa düşmüşlər. Həmin qızıl-zinət əşyalarını onun üçün əri Toğrul hədiyyə almış və ailələrinə məxsus olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 24) - 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və iş üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (İ cild i.v. 5-6) - 12 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs6 və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanda yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 12- 13) - 04 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs7 Mahir qızının və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 69A ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 41-42) - 04 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, 47 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 78-79) - 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 117) - 22 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və iş üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (İ cild i.v. 113-114) - 29 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə ünvan 9 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 126-128) -Ödəmə sənədindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən “Leobank” vasitəsi ilə "xxxx" ASC-yə aid 416973****8249 nömrəli kart hesabına 26 avqust 2023-cü il tarixdə saat 16:39-da 700 manat pul köçürülmüşdür. (İ cild i.v. 158) - 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Ramil adlı şəxslə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İL cild i.v. 5) - 04 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs5 və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri Nərimanov rayonu, Çaykovski küçəsi, 10 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 11-12) - 28 fevral 2024-cü il və 28 avqust 2024-cü il tarixli protokollardan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yerlərini əyani olaraq göstərmiş, ifadəsində qeyd edilənləri bir daha ətraflı olaraq yerində izaht etmişdir. (İİ cild i.v. 81-82, İİİ cild i.v. 21-26) - 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş 24 fevral 2023-cü il tarixli, "xxxx" KB ASC-dən daxil olmuş 19 iyun 2024-cü il tarixli və "xxxx" MMC-dən daxil olmuş 13 sentyabr 2022-ci il tarixli məktublar və s. sənədlər iş üzrə sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs aldatma yolu ilə X5 200 manat vəsaitini ələ keçirməsi ilə bağlı Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 3(007)-1220/2022 nömrəli qərarının olması nəzərə alınmış, X6 76 manat pulla bağlı Təqsirləndirilən şəxs şikayəti olmaması nəzərə alınaraq, həmin xüsusatla bağlı cinaət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 180, 177.2.1, 310 və 326-cı maddələrinin dispozisiyasında göstərilənlər müəyyən olunmadığından iş üzrə həmin xususatlarla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. (İİİ cild i.v. 30-45) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) və ya əşyalarını onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının və əşyalarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsləri aldadaraq onların pullarını əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmiş niyyəti onlara qarşı dələduzluq cinayətini törətməzdən əvvəl yaranmış və həmin niyyəti həyata keçirmək üçün zərərçəkmiş şəxsləri inandıqmaqla pullarını, əşyalarını ələ keçirmiş, niyyətinə nail olmaq üçün zərərçəkmiş şəxslərin iradəsinə məhz aldatma yolu ilə təsir göstərmişdir. Hansı ki, bu hal, özgə pullarını, əmlakını ələ keçirməyin üsulu olmaqla bu hərəkətləri etməkdə təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsləri aldatmaqla pullarını ələ keçirməyə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Həmin Qərardan görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmin halları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan Qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından və qanunvericiliyin müvafiq normalarının tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin aprel ayının ortalarında və 12 may 2022-ci il tarixdə vahid niyyətlə Zərərçəkmiş şəxs4 məxsus cəmi 1350 manat nağd pul vəsaitini alıb ələ keçirərək həmin şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsinə və özgənin əmlakını gizli olaraq talama yolu ilə Zərərçəkmiş şəxs7 məxsus cəmi 2200 manat dəyərində əmlakı 03 iyul 2022-ci il tarixdə oğurlamasına dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, onun bu epizodlar üzrə əməli təkrarlıq əlaməti üzrə tövsif edilə bilməz, ona görə cinayət işi üzrə icraata həmin epizodlara dair hissədə xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayət işinin icraatına həmin epizodlar üzrə xitam verilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ümumi tövsifinə təsir etmir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və ya elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 01 mart 2024-cü il tarixdə tutulmuşdur. (İ cild i.v. 171) - 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 198-200) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 mart 2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən şərti maliyyə vahidinin 1000 misli (1100 manat) cərimə cəzasına məhkum edilmiş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 180.2.2, 180.2.4, 180.2.5, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə həmin hökm üzrə zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslərlə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, üzərində 28 dekabr 2017-ci il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, əvvəli 07 sentyabr 2017-ci il tarixdən hesablanan azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq cəza çəkməkdən azad edilmişdir. (İ cild i.v. 215-217, İİİ cild i.v. 1-11) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməlləri törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzalarının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsə də, müvafiq ziyan məbləğlərinin tutulması ilə bağlı onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış 03 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş 24 fevral 2023-cü il tarixli, "xxxx" KB ASCdən daxil olmuş 19 iyun 2024-cü il tarixli və "xxxx" MMC-dən daxil olmuş 13 sentyabr 2022-ci il tarixli məktublar cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin aprel ayının ortalarında və 12 may 2022-ci il tarixdə vahid niyyətlə Zərərçəkmiş şəxs4 məxsus cəmi 1350 manat nağd pul vəsaitini alıb ələ keçirərək həmin şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsinə dair və özgənin əmlakını gizli olaraq talama yolu ilə Zərərçəkmiş şəxs7 məxsus cəmi 2200 manat dəyərində əmlakı 03 iyul 2022-ci il tarixdə oğurlamasına dair epizodlar üzrə hissələrdə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sübut qismində tanınmış 03 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş 24 fevral 2023-cü il tarixli, "xxxx" KB ASC-dən daxil olmuş 19 iyun 2024-cü il tarixli və "xxxx" MMCdən daxil olmuş 13 sentyabr 2022-ci il tarixli məktublar cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-54/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-54/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver