Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-543/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlə ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi və direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 18:15 radələrində ünvan 3 ünvanda yerləşən 70 saylı tam orta məktəbin meydançasında övladı Şahid2 futbol oynayan, həmyaşıdları olan uşaqlarla mübahisə etməsini görüb, mübahisə zamanı orada Zərərçəkmiş şəxs övladı Şahid2 döyməsini zənn edərək, qisas almaq məqsədilə qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə yumruq ilə vuraraq sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol gözaltı nahiyənin hematoması və burunla tənəffüs məhdudluğu və şişkinliklə müşayiət olunan burun sümüklərinin çox saylı sınıqlarından ibarət xəsarətlər yetirməklə, qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Nilufər Mirzəyeva və oğlu Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı ədavət olmamışdır. Nilufər Mirzəyeva onun barəsində polisə müraciət etdikdən sonra onlarla bir binada yaşamasından xəbər tutmuşdur. Belə ki, onun 2008-ci il təvəllüdlü oğlu Şahid2 xx.xx.2024-cü il tarixdə öz yaşadıqları binanın qarşısında yerləşən 70 saylı tam orta məktəbin həyətində olan meydançada öz həmyaşıdları ilə oynayırmış. Həmin gün saat 18 radələrində o, həyətdən yaşadığı binaya qalxarkən tanımadığı, sonradan qonşuluqda yaşadığını öyrəndiyi bir nəfər azyaşlı oğlan uşağı ona yaxınlaşaraq Nihatın məktəbin həyətində döyülməsini demişdir. O, eşitdiyi xəbərdən həyəcan keçirmiş və tələsik qaçıb, həmin məktəbin meydançasına tərəf getmişdir. Meydançaya çatanda azyaşlı oğlu Nihatın bir qrup həmyaşıdı ilə mübahisə etməsini, həmin uşaqların Nihatı əhatəyə alaraq hərəsinin bir yandan onu itələməsini və vurmağa cəhd etmələrini görmüşdür. Bundan narahat olaraq, məktəbin meydançasının ətrafına çəkilmiş dəmir barmaqlıqlardan keçərək onları ayırmaq üçün meydançaya daxil olmuşdur. O, Nihata və ətrafında olan həmyaşıdlarına yaxınlaşıb öz oğlunu həmin şəxslərin əhatəsindən çıxarmaq istəyərkən, arxada olan uşaqlardan biri bir dəfə təpiklə onun sağ ayağından vurmuşdur. O da təpik zərbəsindən sonra arxaya çevrilib, əsəbi halda sol əli ilə bir dəfə həmin şəxsin sifət nahiyəsindən vurmuşdur. O, ətrafda olan uşaqları oradan qovaraq uzaqlaşdırmış və oğlu Nihatı həmin yerdən çıxarıb yaşadıqları mənzilə aparmışdır. Sonradan öyrənmişdir ki, Hüseynin valideyni Nilufər Mirzəyeva onun barəsində polisə müraciət etmişdir. Bu şikayət ilə əlaqədar olaraq 24-cü Polis Ş öbəsinə getdikdən sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə 70 saylı tam orta məktəbin həyətində yumruqla vuraraq xəsarət yetirdiyi Hüseyn adlı azyaşlıdır. Hüseyn cüssəli və fiziki olaraq dolu bədən quruluşlu olduğu üçün onun azyaşlı olduğunu ilk baxışdan bilməmişdir. O, növbəti günlərdə Hüseynin yaşadığı mənzilə getmiş və vəziyyəti ilə maraqlanmışdır. Hüseynin anası ona oğlunun burnundan əməliyyat olunmalı olduğunu, bunun üçün maddi imkanının olmadığını demişdir. O da əməliyyatı ilə bağlı zəruri xərclər üçün pul vermişdir. Sonradan yenə dəymiş ziyanla bağlı pul ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi lə barışmış, dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə olarkən yaşadıqları binanın yaxınlığında yerləşən 70 saylı tam orta məktəbin həyətində həmyaşıdları ilə oynayan qardaşı Həsən ona zəng vuraraq "məktəbin meydançasındayam, burda dava var. Savaşıram. Bura gələ bilərsən?" demişdir. Həsənin bu zəngindən sonra o, yaşadığı mənzildən çıxıb, birbaşa 70 saylı tam orta məktəbin meydançasına getmişdir. Təxminən saat 10:15 radələrində meydançaya çatdıqda görmüşdür ki, bir qrup uşaqlar bir-biri ilə mübahisə edirlər və qarışıqlıq yaranıb, Həsən sonradan adının Nihat olduğunu öyrəndiyi uşaq ilə bir-birlərini itələyirlər. Həsənlə əlbəyaxa olan Nihat fiziki olaraq balaca olduğu üçün Həsən ilə Nihatın arasında olan münaqişəyə müdaxilə etmədən onların yanında dayanmışdır. Bu zaman Nihatın atası həmin yerə yaxınlaşmış və qəfildən bir dəfə onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Həmin yumruq zərbəsindən sonra o, yerə yıxılmışdır. Zərbənin təsirindən onun burnundan qan axmağa başlamışdır. Bundan sonra o, ayağa qalxıb, həmin yerdən qaçaraq məktəbin digər tərəfinə qaçmışdır. Yaxınlıqda olan bulağa gedib üzünü yuduqdan bir qədər sonra piyada yol kənarı ilə gedərkən bir qədər əvvəl onu yumruqla vuran şəxs özünün idarə etdiyi avtomobil ilə onun yanında dayanmış və "gəl maşına otur danışaq" demişdir. O, həmin şəxsin dediklərinə məhəl qoymadan qaçaraq oradan uzaqlaşmış və öz yaşadığı mənzilə qayıtmışdır. Sonradan almış olduğu xəsarətlərlə bağlı valideyni onu X6 aparmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 70 saylı tam orta məktəbin həyətində həmyaşıdları ilə oynayarkən məhəllələrində yaşayan Nihat və onun yanında olan həmyaşıdlarının onu itələməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Bu səbəbdən o, həmin vaxt evdə olan qardaşı Hüseynə zəng vurub, ora çağırmışdır. Onun zəngindən bir qədər sonra qardaşı Hüseyn 70 saylı məktəbin meydançasına gəlmişdir. Hüseyn meydançaya gəldikdə onun Nihat ilə münaqişə etdiyini görmüşdür. X2 bir boyda olduğunu görüb, ona “bu nədir uşaqlarla davana məni çağırmısan?" demiş və münaqişəyə heç bir müdaxilə etmədən bir qədər kənara çəkilib ona kənardan baxmışdır. Bu zaman Nihatın atası qışqıraraq onlara tərəf yaxınlaşmışdır. Onların ətraflarında olan həmyaşıdlarının çoxusu qaçmışlar. Nihatın atası onlara yaxınlaşarkən yumruq ilə bir dəfə Hüseynin sifət nahiyəsindən vurmuşdur və Hüseyn yerə yıxılmışdır. Bundan sonra o, qaçaraq həmin yerdən uzaqlaşmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadıqları binanın yaxınlığında yerləşən 70 saylı tam orta məktəbin həyətində olan futbol meydançasına həmyaşıdları ilə futbol oynamaq üçün getmişdir. Lakin ondan əvvəl meydançada olan və futbol oynayan uşaqlar səbəbsiz yerə onun onlara qoşulmağına icazə verməmişdirlər. Bu səbəbdən həmin uşaqlardan biri, sonradan adının Həsən olduğunu öyrəndiyi şəxs ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Həsən ondan orada gözləməsini, onun üstünə başqa uşaqları çağıracağını demişdir. Təxminən beş dəqiqə sonra həmin yerə 6-7 nəfər tanımadığı uşaqlar gəlmişdir. Həmin uşaqların içində sonradan adının Hüseyn olduğunu öyrəndiyi uşaq da olmuşdur. Hüseyn qardaşı Həsənin çağırışı ilə həmin meydançaya gəlmişdir. Həsən və onun çağırışı ilə həmin meydançaya gələn uşaqlar onun üzərinə gəlib, hərəsi bir tərəfdən onu itələyib, meydançadan çıxmasını istəmişdirlər. O, həmin uşaqlar ilə razılaşmadığı üçün onlardan bəziləri yumruqla onun bədəninin müxtəlif yerlərinə vurmuşdurlar. Onu yumruq ilə vuran uşaqlardan biri Həsən olub. Həsən özündən yaşca böyük olan qardaşının və öz tanışları olan uşaqların orada olmalarından istifadə edib, onu vurmuşdur. Həmin uşaqlar onu vurarkən atasının meydançanın kənarından qışqırmasını eşitmişdir. Atası kənardan onun uşaqlar tərəfindən döyülməsini görüb, meydançaya qaçmış, qışqıraraq onun yanına gəlmiş, orada onun ətrafına yığılan uşaqların hamısını qovaraq oradan uzaqlaşdırmışdır. Bundan sonra o, atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları mənzilə getmişdirlər. Həmin vaxt baş verən hadisənin təsirində olduğu üçün atasının kimisə vurmasını görməmişdir. Sonradan həmin vaxt orada olan Hüseyn atasını ayağından təpiklə vurduğu üçün atasının da, bir dəfə əli ilə Hüseynin sifət nahiyəsindən vurmasını eşitmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 274 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş - sol gözaltı nahiyənin hematoması və burunla tənəffüs məhdudluğu və şişkinliklə müşayiət olunan burun sümüklərinin çoxsaylı sınıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə alına bilərdilər, lakin şəxsin yıxılması və özü tərəfindən özünə yetirilməsi, zamanı alınmaları inandırıcı deyildir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs anası X3 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdıqlarını, dəymiş ziyanı tamamilə ödəməsini göstərmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 (bir yüz iyirmi) manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 120 (bir yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-543/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-543/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver