Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-544/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X9, Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə saat 17:40 radələrində kassir işlədiyi ünvan 2 ünvanında yerləşən "Tam Srore” marketdə "Kardinal" siqaretlərini reklam edən X2 ona baxmasını bəhanə edib, hec bir əsas olmadan mübahisə yaradıb özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai yer olan həmin “Tam Store” marketdə digər müştərilərin və şəxslərin narahatçılığına səbəb olmaqla marketin normal iş rejimini pozaraq Aytac Baxşalıyevanın üstünə hücum edib, zor tətbiq etməklə ayağı ilə sonuncunun sol ayağına bir dəfə zərbə vurduqdan sonra marketdə olan işçilər onu ayırıb, sakitləşdirmələrinə baxmayaraq, zor tətbiq ounması ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirərək yenidən Aytac Baxşalıyevenın üzərinə getməklə sonuncunun sağ qolunu dişləyib, ayaq nahiyyəsinə təpik zərbələri vuraraq Aytac Baxşalıyevaya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ saidin hematoması və sıyrıqları, sol budun qançırı xəsarətlərini yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etdi ki, 2024-cü ilin mart ayının sonlarında “Tamstore” supermarketində kassir işləməyə başlamış, Aytac Baxşalıyevanı işlədiyi mağazada "Kardinal" siqaretini gələn müştərilərə reklam etdiyindən tanımışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, mağazada kassa 1 də dayanmış, Aytac isə onun işlədiyi kassanın qarşısında olan Ekspress kassanın yaxınlığında dayanaraq siqaret reklamı etmişdir. O, Aytacın orada mağazanın işçisi ilə danışdığını və ona baxaraq güldüyünü görmüş, ondan nə səbəbə ona baxdığını soruşanda "kefim belə istəyir baxıram, xoşun gəlmir cəhənnəm ol get” demişdir. Daha sonra onu gülə-gülə təhqir etməyə başlamışdır. O da onu işlədiyi kassanın arxasından təhqir etmişdir. Daha sonra kassanın arxasından çıxaraq ona tərəf getmişdir. Aytac yenidən onu təhqir etmiş və mağazada olan işçi onu tutaraq kənarlaşdırmaq istəyən zaman təpiklə Aytacın ayağına bir dəfə zərbə vurmuşdur. Orada olan işçilər onu kənara gətirərək mağazanın mətbəxinə gətirmişlər. Orada ona sakitləşməsini və Aytacın oradan uzaqlaşdırılacağını və 20 dəqiqə sonra kassaya qayıtmağını demişlər. O, təxminən yarım saat sonra işlədiyi kassaya yaxınlaşmış və işləməyə davam etmişdir. Aytacın əvvəl dayandığı “Ekspress kassanın" yanında dayandığını və yenidən ona baxaraq gülə-gülə valideynlərini təhqir etdiyini eşitmişdir. Valideynlərini təhqir etdiyini eşitdikdən sonra kassadan Aytaca hücum etmiş və ona yaxınlaşmaq istəyən zaman mağazanın işçisi onu tutmuş, Aytac onun saçını tutmaq istəyən zaman o da onun sağ qolunu dişləmiş və ona təpiklə zərbə vurmuşdur, lakin təpiyin ona dəyib-dəyməməsini xatırlamır. Orada olan işçilər onları ayırmışlar. O, əsəb keçirdiyindən halı pisləşəmiş, Təcili Tibbi yardım çağıraraq ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra polis əməkdaşları oraya gələrək onları 25-ci PŞ-yə dəvət etmişlər. Həmçinin, Aytacın sevgilisi ilə bağlı 2 gün əvvəl problem yaşandığını, hadisəyə qədər aralarında münaqişə olmadığını bildirdi. Bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmağını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təxminən 1 il yarım olar ki, "Cahan” MMC-də reklam təmsilçisi olaraq işləyir. 11 aprel 2024-cü il tarixdə "Tamstore" supermarketində kassanın yanında dayanaraq işlədiyi şirkətə məxsus olan “Kardinal” siqaretini gələn müştərilərə təqdim edərək, bu barədə onlara məlumatlar vermişdir. Nərmin adlı şəxsi həmin mağazada kassir kimi işlədiyindən tanıyır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, “Tamstore” supermarketində siqaret kassasının yanında dayanan zaman Nərmin işlədiyi kassanın arxasında onun nə səbəblə ona baxdığını soruşmuş, o isə cavabında Nərminə baxmadığını bildirmişdir. Daha sonra ona "şərəfsiz" deyərək təhqir etmiş və o da ona cavab qaytarmışdır. Nərmin daha ağır söyüşlərlə onu təhqir etməyə başlamışdır. O da ona cavab qaytaran zaman Nərmin dayandığı kassanın yanından onun yanına gəlmiş, təpiklə onun sol ayağına vurmuşdur. Orada işləyən şəxslər onları ayıraraq daha sonra Nərmini mağazanın köməkçi otaqlarından birinə aparmışlar. Təxminən 20 dəqiqədən sonra Nərmin yenidən gəlmiş və işlədiyi kassanın arxasına keçərək işləməyə davam etmişdir. Təxminən 5 dəqiqə sonra yenidən onu təhqir etməyə davam etmiş və onun yanına gələrək sol ayağına bir dəfə təpik vurmuş, onun üzünə əl atmaq istədikdə, o, onun bilək nahiyəsindən tutmuşdur. Nərmin də onun sağ qolunu dişləmişdir. Orada işləyən 2-3 nəfər şəxs gələrək Nərmini ondan ayırmış, onu tutaraq kənarlaşdırmışlar. O mağazadan çölə çıxaraq DİN-in 102-Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən “Tam store" mağazalar şəbəkəsində, xx.xx.2024cü il tarixdən isə hal-hazırda işlədiyi “Tam store" mağazalar şəbəkəsinin ünvan 3 ünvanında yerləşən Neftçilər 111 filialında müdir müavini kimi işləyir. Təqsirləndirilən şəxs işlədiyi mağazada kassir kimi işlədiyindən tanıyır. Təqsirləndirilən şəxs onun mağazada işləməyə başladığı müddətdən əvvəl orada işləmişdir. X7 isə "xxxx" MMC-yə məxsus olan siqaretləri mağazada reklam etdiyindən tanıyır. 21 aprel 2024-cü il tarixdə o, mağazada məsul şəxs olan zaman saat 17:45 radələrində mağazanın giriş hissəsinin sağında yerləşən masada əyləşərək mağazanın həftəlik hesabatını çıxarmış, həmin vaxt mağazada səs-küy gəldiyini və söyüşlər işlədildiyini eşitmişdir. O, oturduğu yerdən qalxıb səs gələn istiqmətdə hərəkət etmiş və mağazada yerləşən "Ekspress kassanın” qarşısında kassir işləyən Təqsirləndirilən şəxs reklamçı Aytac Baxşalıyevaya hücum etdiyini və onların əlbəyaxa olduqlarını görmüşdür. Mağazada işləyən işçilər onları ayırdıqdan sonra o, Təqsirləndirilən şəxs mətbəxə apırlamasını tələb etmişdir. Orada onunla söhbət etmiş və mübahisənin səbəbini soruşmuş və Nərmin ona Aytacın ona baxıb danışmağını və bu səbəbə ona hücum etdiyini bildirmişdir. O, ona mətbəxdən çıxmamasını bildirmişdir. Daha sonra işçilər tərəfindən o, mağazanın çölündə olan işlə bağlı çağrıldığından orada olan zaman təxminən yarım saat sonra yenidən mağazada səs-küy gəldiyini eşitmiş və mağazaya daxil olan zaman Təqsirləndirilən şəxs yerdə uzandığını və narahat olduğunu görmüşdür. Daha sonra o, Aytac Baxşalıyeva ilə söhbət edən zaman Nərminin onun qolunu dişləməsini və ona təpik vurmasını bildirmişdir. Polis əməkdaşları mağazaya gələrək həmin şəxsləri Polis Şöbəsinə aparmışlar. Hadisə olan zaman ətrafda müştərilər, əlavə mühafizə və kassir olmuşdur. Davadan sonra Nərmin ona demişdir ki, guya Seyidağanın ona yaxınlaşmağı davaya səbəb olub. Daha öncə tərəflərin arasında mübahisəli məsələnin olmasını bilmir, o, orada 10 gün idi işləyirdi. Nərmin xanımla bağlı əvvəllər belə şey müşahidə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 4 ay əvvəl ünvan 4 ünvanında yerləşən "Tamstore” supermarketində mühafizə olaraq işləmişdir. X8 onun işlədiyi mağazada kassir işləməsi, X5 isə həmin mağazada siqaret reklamı etdiyindən tanıyır. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində o, işlədiyi mağazaya gəlmişdir. Oradan su aldıqdan sonra çölə çıxmış, çöldə olduğu vaxtda mağazadan səs-küy gəldiyini eşitmişdir. Mağazaya daxil olan zaman Nərminin Aytaca hücum etdiyini və təpiklə vurduğunu görmüş, mağazada müdir müavini olan Amal Nərmini sakitləşməsi üçün mətbəxə aparmışdır. O, yenidən çölə çıxmış, təxminən yarım saat sonra Nərmin işlədiyi kassaya gəlmişdir. Bir neçə dəqiqə sonra yenidən Aytaca hücum etmişdir. Orada işləyən işçilər və o da oraya gələrək Nərmini Aytacdan ayırmışlar. Daha sonra Aytacı kənara apararaq sakitləşməsini bildirmişdir. Aytac DİN-in 102-Xidmətı Zəng Mərkəzinə məlumat verdikdən sonra oraya polis əməkdaşları gəlmişlər. X13 aparmışlar. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 22 aprel 2021-ci il tarixli 334 №-li ekspertiza rəyindən görünür ki, X1 saidin hematoması və sıyrıqları, sol budun qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş videodiskə baxış keçirilərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin üzərinə gedərək əl-qol atması və onu təpiklə vurması müşahidə olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mübahisənin qeydə alındığı videogörüntünün əks olunduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq, cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faizi məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxsnun işlədiyi və onun qazancından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mübahisənin qeydə alındığı videogörüntünün əks olunduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq, cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-544/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-544/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver