Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-547/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Salahov Məhəmmədəli Eldəniz oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.2001-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 00:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında yerləşən “Bakı” kafesinin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs etibarnamə əsasında aldığı, sonuncuya məxsus “Moon” markalı, “ZX AF 49 CC” modelli, mühərrik nömrəsi N4031870, ban nömrəsi LJPCB1B5NA101006, qara rəngli 99G381 dövlət qeydiyyat nişanlı motosiklin start düyməsini basıb mühərriki işə salmaqla idarə edərək saxlanıldığı yerdən aparmaqla talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 185.1ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında yerləşən “Bakı" adlanan kafedə yemək yeyib spirtli içki qəbul etmişdir. Ödənişi ödədikdən sonra xx.xx.2024-cü il tarixdə, saat 00:15 radələrində sərxoş vəziyyətdə həmin kafedən çıxmış, bu zaman kafenin qarşısında bir motosikl görmüş, o, ətrafa nəzər salmış, heç kimin olmadığını görüb, evə getmək üçün motosiklə yaxınlaşaraq oturacaqda oturmuş, motosikli idarə edərək kafenin qarşısından uzaqlaşaraq yaşadığı binanın həyətinə gətirərək saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdə yuxudan oyanmış və yadına düşmüşdür ki, axşam saatlarında tanımadığı şəxsin motosiklini sürərək yaşadığı binanın qarşısında saxlamışdır. Bundan sonra o, motosiklin mühərrikini işə salaraq idarə edib motosikli götürdüyü kafenin qarşısına gəlmişdir. Həmin vaxtı motosiklin sahibi sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs kafenin qarşısında dayanmış və Zərərçəkmiş şəxs motosiklini görərək tanımışdır. O, Zərərçəkmiş şəxs onun motosiklini oğurlamaq niyyəti ilə deyil, sürmək məqsədi ilə götürdüyünü bildirmişdir. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Moon” markalı, “ZX AF 49 CC” modelli, 99G381 dövlət qeydiyyat nişanlı qara rəngli motosikli Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında yerləşən “Bakı” kafesinin qarşısında saxlayıb həmin kafeyə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində motosiklini saxladığı yerə yaxınlaşan zaman, motosiklin yerində olmadığını, naməlum şəxs(lər) tərəfindən qaçırıldığını aşkar etmiş, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə motosikli qaçırılan kafenin qarşısında olan zaman Təqsirləndirilən şəxs ona məxsus motosikli idarə edərək kafeyə yaxınlaşdığını görmüş, bu zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq həmin motosiklin ona məxsus olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da ona həmin motosikli sərxoş olduğundan sürmək üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ƏN-İX № 471218 saylı, xx.xx.2024-cü il tarixli, reyestrdə 7E-9104 nömrə ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Şahid “Moon” markalı, “ZX AF 49 CC” modelli, 99 G 381 dövlət qeydiyyat nişanlı motosikli Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixədək idarə etmək üçün vermişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Moon” markalı, “ZX AF 49 CC” modelli, 99G381 dövlət qeydiyyat nişanlı motosikl maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Moon” markalı, “ZX AF 49 CC” modelli, 99G381 dövlət qeydiyyat nişanlı motosiklin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. İş üzrə maddi sübut olan “Moon” markalı, “ZX AF 49 CC” modelli, 99G381 dövlət qeydiyyat nişanlı motosiklin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-547/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-547/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver