Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-548/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 25 avqust 1974-cü il tarixdə Qusar rayonunun Zuxul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, 05 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 14 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 11 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 iyun 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 05 sentyabr 2025-ci il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 19 sentyabr 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,616 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 05 mart 2025-ci il tarixdə saat 22:29-da Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanılması zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş xeyli miqdarda, təmiz çəkisi 0,616 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,564 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 14 aprel 2025-ci il tarixdə saat 09:56-da Nizami rayon polis idarəsinin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanılması zamanı əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş xeyli miqdarda, təmiz çəkisi 0,564 qram ağ rəngli kristal maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,587 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 11 iyun 2025-ci il tarixdə saat 16:50-də Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanılması zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş xeyli miqdarda, təmiz çəkisi 0,587 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. “Patı” kimi tanınan narkotik vasitənin tüstüsünü çəkməklə qəbul etmişdir. İstifadə etdiyi narkotik maddələri müxtəlif ünvanlardan, müxtəlif tanımadığı şəxslərdən almışdır. O, 05 mart 2025-ci il tarixdə Səbail rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən “patı” kimi tanınan narkotik maddəni 20 manat müqabilində almış və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 22:29-da ünvan 4 ünvanın qarşısında piyada hərəkət edərkən, mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və onun anket məlumatları ilə bağlı suallar vermişlər. Bundan sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu bildirərək videoçəkiliş aparmış və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş “patı” kimi tanınan narkotik maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində aşkar edilmiş “patı” kimi tanınan narkotik maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları onu 23-cü polis bölməsinə aparmışlar, orada ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi dəvət olunmuşdur. Bundan sonra barəsində cinayət işi Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik maddə qəbul etməsə keçirdiyi ağrılar dözülməz olur, ona görə 14 aprel 2025-ci il tarixdə saat 08 radələrində Xətai rayonu NZS qəsəbəsində “Gəncə” mərasim evinin arxa tərəfindən üzdən tanıdığı, lakin adını, soyadını, istifadə etdiyi mobil nömrəni və yaşadığı ünvanı bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat qarşılığında 1 ədəd bükümdə “patı” kimi tanınan narkotik maddəni alıb əynində olan şalvarın sol cibinə qoymuş və yaşadığı Keşlə qəsəbəsinə qayıtmışdır. Nizami Abdullayev küçəsində piyada gedərkən üç nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və anket məlumatları ilə bağlı suallar vermişlər. Bundan sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu deyib videoçəkiliş aparmışlar və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş “patı” kimi tanınan narkotik maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində aşkar edilmiş “patı” kimi tanınan narkotik maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları onu 23-cü polis bölməsinə aparmışlar. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra barəsində toplanmış material Nizami RPİ-nin istintaq şöbəsinə verilmiş, 16 aprel 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Azad olduqdan sonra yenə də psixotrop maddələrdən istifadə etməyə davam etmiş, 11 iyun 2025-ci il tarixdə öz istifadəsi üçün Bakı şəhəri Nəsimi rayonu ərazisində keçmiş “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında 1 ədəd bükümdə “patı” adı ilə tanınan metamfetamin almış və əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamışdır. Saat 16:50 radələrində Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2A saylı ünvanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik maddə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, buna görə üstünün video çəkiliş aparılmaqla yoxlanmalı olduğunu bildirmişlər. O, polislərə etiraz etmədən üstünün yoxlanmasına icazə vermişdir. Polis əməkdaşları ona üstündə olan əşyaları təqdim etməsini təklif etmişlər. O da polis əməkdaşlarına əynindəki göy rəngli şalvarının sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş içərisində “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin olan 1 ədəd bükümü təqdim etmişdir. İçərisində psixotrop maddə olan 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzəri onun və polis əməkdaşlarının imzası ilə təsdiqlənmişdir. Bundan sonra onu 23-cü polis bölməsinə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Bundan sonra barəsində toplanmış material Nizami RPİ-nin istintaq şöbəsinə verilmişdir. Məhkəmənin növbəti iclasında Təqsirləndirilən şəxs Şahid7 ifadəsi ilə razılaşmayaraq göstərmişdir ki, o, 11 iyun 2025-ci il tarixli epizod üzrə özünü təqsirli bilmir. Həmin gün saxlanıldığı qeyd edilən yerdə olmamışdır. Polis əməkdaşı Şahid7 də orada iştirak etməmişdir. Təqsirləndirilən şəxs son sözündə oğlunun müharibə iştirakçısı olmasını nəzərə alaraq barəsində Amnistiya Qərarının tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 mart 2025-ci il tarixdə 23-cü PŞ-nə Araz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı 23-cü PB-nin rəisinə raportla müraciət edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərara əsasən Araz adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun üzvləri o, 23-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 təyin edilmişdir. Bundan sonra, 05 mart 2024-cü il tarixdə saat 22:29-da Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2A saylı ünvanın qarşısında Araz adlı şəxsə oxşayan bir nəfər kişini müşahidə edib ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim etmiş, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması, üzərində yoxlama keçirilməsinin zəruri olduğu bildirilmişdir. Ona hüquq və vəzifələri və tutulduğu andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etmədən üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə subüt əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə yoxlama keçirilməyə başlanılmışdır. Üzərinə yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər, ağ rəngli kristalşəkilli maddə olan bükülünü təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı ondan iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində psixotrop maddə olan həmin büküm həmin yerdə onun özü tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri yoxlamada iştirak edən polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, daha sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamış, o, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3, 05 mart 2025-ci il tarixində törədilən əməllə bağlı verilmiş ittiham üzrə Şahid1 ilə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, bundan başqa 14 aprel 2025-ci il tarixdə Nizami RPİ-nin 23-cü polis bölməsinə Araz adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla bağlı polis bölməsinin rəisinə raportla müraciət edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Qərara əsasən əməliyyat qrupu yenidən təşkil edilmiş, baş əməliyyat müvəkkili Şahid4 və əməliyyat müvəkkili Şahid2 əməliyyat qrupuna daxil edilmişlər. 14 aprel 2025-ci il tarixdə, saat 09:56-da ünvan 5 ünvanın qarşısında Araz adlı şəxsə bənzər bir nəfər müşahidə edilmiş, əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini, özlərini təqdim edərək Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsin 05 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış və üzərində psixotrop maddə metamfetamin aşkar olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Ona daxil olmuş məlumat əsasında yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi, üzərində yoxlama aparılmasının zəruriliyi izah edilmiş, hüquq və vəzifələri, müdafiəçiyə malik olmaq hüququ açıqlanmışdır. Təqsirləndirilən şəxs müdafiəçi tələb etməmiş, üzərində axtarış aparılmasına etiraz etməmişdir. Yoxlamaya başlamazdan əvvəl ona, üzərində və ya əynində qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üçün sübut əhəmiyyəti olan narkotik vasitələr, psixotrop maddələr və digər əşyaların könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükməni çıxararaq təqdim etmiş və onun “patı” adlandırılan psixotrop maddə olduğunu bildirmişdir. Sonrakı şəxsi yoxlama zamanı başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm, hadisə yerində baş əməliyyat müvəkkili Şahid4 tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və həm əməliyyat qrupunun üzvləri, həm də Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq möhürlənmişdir. Saxlanılarkən və ya polis bölməsinə aparılarkən Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 iyun 2025-ci il tarixdə 23-cü polis bölməsinə Araz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar polis bölməsinin rəisinə raportla müraciət edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Qərara əsasən Araz adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, 23-cü PB-nin əməliyyat müvəkkilləri Şahid5 və Şahid7 daxil edilmişlər. 11 iyun 2025-ci il tarixdə, saat 16:50 radələrində Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2A saylı ünvanın qarşısında Araz adlı şəxsə bənzər bir nəfər şəxs müşahidə olunmuşdur. Əməliyyat qrupu həmin şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini 23-cü polis bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsi tələb olunduqda, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra ona, daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi, üzərində yoxlama aparılmasının zəruri olduğu izah olunmuşdur. Həmçinin hüquq və vəzifələri, o cümlədən tutulduğu andan etibarən müdafiəçiyə malik olmaq hüququ ona izah edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etməmiş və üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Onun paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin və ya qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olması ehtimal edildiyindən, saxlanıldığı yerdə üzərinə baxış keçirilmişdir. Yoxlamaya başlamazdan əvvəl ona paltarlarında və ya bədənində belə maddə və əşyaların olub-olmamasını təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş, içərisində ağ rəngli, kristalşəkilli, narkotik vasitəyə bənzər maddə olan bükməni çıxararaq təqdim etmiş və içərisində “patı” adlandırılan psixotrop maddənin olduğunu bildirmişdir. Daha sonra keçirilən şəxsi axtarış zamanı ondan iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş büküm orada polis əməkdaşı tərəfindən bir ədəd zərfə yerləşdirilmiş, qablaşdırılmış, polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən zərfin üzəri imzalanmış, zərf möhürlənmişdir. Bu tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin əməliyyat müvəkkili Şahid7 11 iyun 2025-ci il tarixində törədilən əməllə bağlı verilmiş ittiham üzrə Şahid6 ilə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə keçirilən əməliyyat tədbirində o, şəxsən iştirak etmişdir, bu, qeydə alınmış video görüntü və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 05 mart 2025-ci il tarixində törədilən əməllə bağlı verilmiş ittiham üzrə Şahid1 ilə, 11 iyun 2025-ci il tarixində törədilən əməllə bağlı verilmiş ittiham üzrə Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 iştirakları mümkün olmadığından həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, Şahid4 14 aprel 2025-ci il tarixində törədilən əməllə bağlı verilmiş ittiham üzrə Şahid3 oğlu ilə eyni məzmunlu ifadə, Şahid5 11 iyun 2025-ci il tarixində törədilən əməllə bağlı verilmiş ittiham üzrə Şahid6 oğlu ilə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 3) - 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 05 mart 2025-ci il tarixdə saat 22:29 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2A ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması zamanı o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəyə bənzər, ağ kristal şəkilli maddə olan bükülünü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs Talib oğlunun üstü yoxlanılmış, yoxlama zamanı heç nə aşkar olunmamışdır. Əlavə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd bükülü ağ rəngli zərfə qablaşdırılmış və DİN-in 163 saylı möhürü ilə möhürlənmişdir. Üstünü yoxlama saxlanıldığı ünvanda keçirilmişdir. Üstünü yoxlama zamanı “İphone” markalı telefonun video kamerası vasitəsilə Nizami RPİnin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. (İ cild, i.v. 11-12) - 05 mart 2025-ci il və 16 mart 2025-ci il tarixli protokollardan görünür ki, 05 mart 2025-ci il tarixdə saat 22:29 radələrində ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması zamanı üzərindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs Talib oğlundan götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd zərfə baxış keçirilmiş, zərf bağlı vəziyyətdə olmuş, zərfin üzərində 03 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 163 № möhürlə möhülənmiş vəziyyətdə olmuş, zərfin üzərində saxlanılan Təqsirləndirilən şəxs Talib oğlu və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq imza Şahid1, imza Şahid3, imza Şahid2 yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin psixotrop maddə olması barədə bildirməsi əksini tapmışdır. Protokola əlavə olunan diskdəki görüntülərə 16 mart 2025-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 17, 95) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 mart 2025-ci il tarixli, 6/981 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,616 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,566 qram qalıq qalmışdır. (İ cild, i.v. 51-54) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 06 mart 2025-ci il tarixli, 1332 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs Talib oğlu xx.xx.2025-ci il tarixdən Bakı NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ cild, i.v. 87-88) - 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Araz” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 05 mart 2025-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (İ cild, i.v. 94) - 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, 14 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi ilə bağlı toplanmış material Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild, i.v. 105- 106) - 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 14 aprel 2025-ci il tarixdə saat 09:56 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev 4/1 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması zamanı o, əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş psixotrop maddəyə bənzər, kristal şəkilli maddə olan bükülünü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs Talib oğlunun üstü yoxlanılmış, yoxlama zamanı heç nə aşkar olunmamışdır. Əlavə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş qızıl rəngli büküm ag rəngli zərfdə qablaşdırıldı və DİN-in 163 saylı möhürü ilə möhürlənmişdir. Üstünü yoxlama saxlanıldığı ünvanında keçirilmişdir. Üstünü yoxlama zamanı “İphone” markalı telefonun video kamerası vasitəsilə Nizami RPİnin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. (İ cild, i.v. 114-115) - 14 aprel 2025-ci il və 15 aprel 2025-ci il tarixli protokollardan görünür ki, 14 aprel 2025-ci il tarixdə, saat 09:56 dəqiqədə ünvan 8 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılmış üzərindən 1 ədəd qızılı rəngli kağızına bükülmüş ağ rəngli, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs Talib oğlundan götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd zərfə baxış keçirilmiş, zərf bağlı vəziyyətdə olmuş, zərfin üzərində 03 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 163 saylı möhürlə möhülənmiş vəziyyətdə olmuş, zərfin üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs, imza, Ə/m: Şahid4, Ə/m: Şahid2 imza və Ə/m: Şahid3 imza həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq Süleymanlı Nihad və imza, Şahid2 və imza, Şahid3 və imza yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin psixotrop maddə olması barədə bildirməsi əksini tapmışdır. Protokola əlavə olunan diskdəki görüntülərə 15 aprel 2025-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 120, 173) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 aprel 2025-ci il tarixli, 6/1367 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,564 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,564 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,514 qram qalıq qalmışdır. (İ cild, i.v. 150- 153) - 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid4 rəhbərliyi ilə “Araz” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 aprel 2025-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (İ cild, i.v. 192-193) - 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) - 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi sonuncunun Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. (İ cild, i.v. 245-246) - 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 11 iyun 2025-ci il tarixdə saat 16:50 radələrində ünvan 6 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması zamanı o, göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitəyə bənzər, ağ kristal şəkilli maddə olan bükülünü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs Talib oğlunun üstü yoxlanılmış, yoxlama zamanı heç nə aşkar olunmamışdır. Əlavə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd bükülü ağ rəngli zərfə qablaşdırılmış və DİN-in 163 saylı möhürü ilə möhürlənmişdir. Üstünü yoxlama saxlanıldığı ünvanda keçirilmişdir. Üstünü yoxlama zamanı “İphone” markalı telefonun video kamerası vasitəsilə Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Şahid6 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİnin 23-cü PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. (İ cild, i.v. 200-201) - 11 iyun 2025-ci il və 01 avqust 2025-ci il tarixli protokollardan görünür ki, 11 iyun 2025-ci il tarixdə saat 16:50 radələrində ünvan 6 ünvanının qarşısında saxlanılaraq üstü yoxlanılmış üzərindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş ağ rəngli, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs Talib oğlundan götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd zərfə baxış keçirilmiş, zərf bağlı vəziyyətdə olmuş, zərfin üzərində 03 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 163 saylı möhürlə möhülənmiş vəziyyətdə olmuş, zərfin üzərində imza Şahid5, imza Şahid6, imza Şahid7 yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin psixotrop maddə olması barədə bildirməsi əksini tapmışdır. Protokola əlavə olunan diskdəki görüntülərə 01 avqust 2025-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 206, İİ cild, i.v. 64) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2025-ci il tarixli, 6/2158 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 163” möhür əksi, “...Vət Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,587 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,587 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,537 qram qalıq qalmışdır. (İ cild, i.v. 235-238) - 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin əməliyyat müvəkkili Şahid5 rəhbərliyi ilə “Araz” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 iyun 2025-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (İİ cild, i.v. 30) - 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddənin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəylər alınmış, hər biri ayrı-ayrı bükümlərdə olan 0,616, 0,564 və 0,537 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatlarına sərf edilən miqdar 0,05, 0,05 və 0,50 qram olmaqla, qalıq 0,566, 0,514 və 0,537 qram psixotrop maddə metamfetaminlər saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, üzərində xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixlərdə götürmə aparılması zamanı çəkilmiş video görüntüntüləri özündə əks etdirən 03 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınaraq cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminləri əldə etdiyi şəxsə və mənbəyə görə cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. (İİ cild, i.v. 67-82) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ilkin ifadəsində hər üç epizod üzrə özünü təqsirli bilərək, ittihamın faktiki mahiyyətinə uyğun ifadə vermişdir. Lakin sonradan, 11 iyun 2025-ci il tarixdə saat 16:50-də Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2A saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanılması zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,587 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi epizodu üzrə polis əməkdaşı olan şahidin dindirilərkən onun həmin yerdə saxlanılmadığını, Şahid7 əməliyyat tədbirində iştirak etmədiyini bildirmişdir. İlk növbədə təqsirləndirilən şəxsin həmin qaydada verdiyi ifadəsi ziddiyyətli olmaqla yanaşı bunun səbəbini izah edə bilməmişdir, həmçinin nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin bu göstərdikləri məhkəmədə tədqiq olunmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi üzrə bütün sübutlarla təkzib olunmuşdur, heç bir əsası yoxdur, ona görə nəzərə alınmır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 28-29) - 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (İ cild, i.v. 81-83) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 07 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 84) - 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 131-132) - 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (İ cild, i.v. 179-181) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 16 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 182-183) - 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 217) - 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (İİ cild, i.v. 23-26) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 27-28) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 19 sentyabr 2025-ci il tarixli, 52/2-31711/25 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli tələbnamədən, qərarın və 14 saylı cəzaçəkmə müəssisəsinin 01 noyabr 2023-cü il tarixli məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 il 14 gün hissəsi 01 il 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 28 oktyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild, i.v. 100-103) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi müəyyən edilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir, baxmayaraq ki, sonradan həmin cəzanın çəkilməmiş hissəsi müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir, yuxarıda istinad edilən Plenum Qərarına əsasən, o cümlədən Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində nəzərdə tutulan, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığına dair tələbi baxımından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə həmin məhkumluq residiv yaratmır, ona görə cəza təyini zamanı nəzərə alınmamalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs son sözlə çıxışında oğlunun Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, barəsində Amnistiya aktının tətbiq olunması məsələsinə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəməyə təqdim olunan vəsiqələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin övladı X4 müharibə veteranıdır və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, Osmanov X2 Qərarının 1.1-ci bəndində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid deyil, ona görə onun barəsində həmin Qərarın tətbiqinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək, 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək və 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 06 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi 19 sentyabr 2025-ci il tarixdə tutularaq həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddələr məhv olunmalı, maddi sübut olan 3 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı, eyni zamanda onun Bakı Narkoloji Mərkəzində F11x2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən məhkəmə hesab edir ki, vəkilin təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdiyi müddət (iş saatları) üçün əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək, 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək və 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək tutulduğu cəmi 06 (altı) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun, eyni zamanda onun Bakı Narkoloji Mərkəzində F11x2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,566 qram, 0,514 qram və 0,537 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, içərisində videogörüntülər olan 3 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 255 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 27 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 297 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-548/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-548/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver