Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-55/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 avqust 2021-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 44 D saylı binanın qarşısında yolun kənarında saxlanılmış Zərərçəkmiş şəxs1 Məhəməsadıq oğluna məxsus «Mersedes-Vito» markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq pəncərəsindən əlini salaraq avtomaşının salonunun qarşı hissəsində olan 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində 070-975-10- 09 saylı mobil nömrələrlə işləyən 50 manat dəyərində «Samsung Duos» markalı və 5 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 150 manat dəyərində «Samsung J3» markalı mobil telefon aparatlarını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 215 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 avqust 2021-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 44D ünvanda yerləşən "xxxx" ASC-nə məxsus ATM-in qarşısında Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxarmasına kömək etməyi təklif edərək sonuncudan kartını alıb bankomata daxil etdikdən sonra, kartı çıxarıb Zərərçəkmiş şəxs2 qaytararaq hesabında pul olmadığını bildirib, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 450 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 450 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,488 qram olan psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış, 14 avqust 2021-ci il tarixdə saat 13:40 radələrində ünvan 3 ünvanın qarşısında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərlindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və inzibati binada üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd sellofan bükümündə təmiz çəkisi 1,488 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə saat 07 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 44 D saylı binanın qarşısında yolun kənarında dayanmış «Mercedes-Vito» markalı avtomobilə yaxınlaşıb avtomobilin salonunda iki ədəd mobil telefon olduğunu, sahibinin avtomobilin salonunda yatdığını görmüş və avtomobilin açıq qalmış yan şüşəsindən əlini salaraq iki ədəd mobil telefonu avtomobildən götürmüşdür. Götürdüyü mobil telefonun biri qırıq olmuş, digərini isə satmaq üçün üzərində gəzdirmişdir. 10 avqust 2021-ci il tarixdə saat 17 radələrində ünvan 6 ünvanda "xxxx"ın filialının qarşısında qoyulmuş bankomatın yanında olarkən bir nəfər tanımadğı qadın yaxınlaşaraq bankomata kartını daxil edib pul çıxarmaqda köməklik etməsini ondan xahiş etmişdir. Sonuncunun kartını bankomata daxil edib dediyi şifrəni yığaraq hesabda olan 450 manat pulu çıxarmış və qadına kartı geri qaytararaq hesabda pul olmadığını və banka yaxınlaşmasını demişdir. Qadın ona inanıb kartı geri alaraq getmiş, qadının hesabından çıxardığı 450 manat pulu götürərək bir qismini şəxsi ehtiyaclarına xərcləmişdir. 14 avqust 2021-ci il tarixdə saat 13:40 radələrində Nizami rayonu Çobanzadə küçəsi 73 saylı binanın qarşısında iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onu 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də üzərinə baxış zamanı 07 avqust 2021-ci il tarixdə “Mercedes-Vito” markalı avtomobilin salonundan oğurladığı bir ədəd qara rəngli qatlanan “Samsung” markalı mobil telefonu, 10 avqust 2021-ci il tarixdə tanımadığı qadının kartından çıxardığı 450 manat pulun qalan 229 manatını polis əməkdaşlarına təqdim etmiş, üzərində psixotrop maddə olmamış, psixotrop maddə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəmiş, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunmuş ifadəsində göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə şəxsi istifadəsi üçün Nizami rayonu «Neftçilər» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata “şüşə” adı ilə tanıdığı psixotrop maddəni alıb həmin gün “şüşənin” bir hissəsini istifadə etmiş, yerdə qalanını isə şəffaf rəngli sellofanda bükülü halda öz üzərində saxlamışdır. 14 avqust 2021-ci il tarixdə saat 13:40 radələrində Nizami rayonu Çobanzadə küçəsi 73 saylı binanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olmasını bildirmiş və onu 24-cü PŞ-ə gətirmişlər. PŞ-də onun üzərinə baxış zamanı 07 avqust 2021-ci il tarixdə “Mcrcedes-Vito” markalı avtomobilin salonundan oğurlamış olduğu bir ədəd qara rəngli açılıb bağlanan “Samsung” markalı mobil telefonu, 10 avqust 2021-ci il tarixdə tanımadığı qadının kart hesabından oğurladığı 450 manat pulun qalan 229 manatını və xx.xx.2021-ci il tarixdən öz istifadəsi üçün üzərində gəzdirdiyi şəffaf rəngli sellofana bükülmüş halda olan “şüşə” kimi tanıdığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, cinayət işinin materiallarını əlaqəli şəkildə tədqiq edib, dövlət ittihamçısının çıxışını və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsindən başqa iş üzrə toplanmış sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 avqust 2021-ci il tarixdə saat 17 radələrində əməkhaqqı kartında olan 450 manat pulu çıxarmaq üçün Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində "xxxx"ın bankomatına yaxınlaşaraq kartı daxil etmiş və üç dəfə səhv kod yığdığından kartı bloklanmışdır. Ona görə bankın filialına gedib kartı blokdan çıxarmış və yenidən bankomata yaxınlaşarkən orada təxminən 30-32 yaşında olan şəxsdən kartdan pul çıxarılmaqda köməklik etməsini xahiş etmişdir. Həmin şəxs kartı alıb bankomata daxil etmiş, sonuncuya kartın kodunu demiş, həmin şəxs kodu yığmış, bankomatın monitorunda 450 manat yazıldığını görmüş, həmin şəxs «OK» düyməsini basmış, bankomat kartı geri qaytarmış və həmin şəxs kartı ona verərək hesabında pul olmadığını demişdir. Kartın yenidən bloka düşdüyünü zənn etmiş və kartı blokdan çıxarmaq üçün yenidən bankın filialına getmiş, lakin bankda kartın bloka düşmədiyi və kartdan 450 manat pulun çıxarıldığı bildirilmişdir. Yenidən bankomatın yanına qayıtdıqda həmin şəxsin orada olmadığını və pulunu oğurladığını başa düşmüşdür. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 Məhəməsadıq oğlu ifadəsində göstərmişdir ki, «Mercedes Vito» markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-Bakı istiqamətində sərnişin daşıma ilə məşğul olmuşdur. 06 avqust 2021-ci il tarixdə Qax rayonundan sərnişin götürüb Bakı şəhərinə gəlmiş, sərnişinləri sifariş etdikləri ünvana düşürdükdən sonra ünvan 8 üçün avtomobildə yatmaq qərarına gəlmiş və avtomobilin qapılarını bağlayıb, pəncərələrini yarı açıq vəziyyətdə saxlamışdır. Həmin vaxt üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan «Samsung Duos» markalı sadə mobil telefon aparatını və üzərində ***-***-**-** nömrə olan «Samsung J3» markalı mobil telefon aparatını avtomaşının qabaq hissəsinə qoymuşdur. 07 avqust 2021-ci il tarixdə saat 07 radələrində yuxudan oyanan zaman avtomobilin ön hissəsində olan mobil telefon aparatlarının yerində olmadığını görmüşdür. Mobil telefonlarının oğurlanması nəticəsində ona dəymiş 215 manat məbləğində maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. 14 avqust 2021-ci il tarixdə «Orxan» adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 9 ünvanın qarşısında xarici əlamətləri «Orxan» adlı şəxsin əlamətləri ilə üstüstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz əldə edib daşımaqda və istifadə etməkdə şübhəli olduğu bildirilərək Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncu göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal halında maddəni təqdim edərək, 11 avqust 2021-ci il tarixdə «Neftçilər» materostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını demiş, daha sonra şalvarının sol yan cibindən çıxardığı bir ədəd qara rəngli açılıb bağlanan «Samsung» markalı mobil telefon aparatını təqdim edərək xx.xx.2021-ci il tarixdə saat 07 radələrində R.Rüstəmov küçəsi 44D ünvanın qarşısında «Mercedes Vito» markalı avtomaşının salonundan oğurladığını və şalvarın sol yan cibindən 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinazlarını təqdim edərək, xx.xx.2021-ci il tarixdə «Neftçilər» metrostansiyasının yaxınlığında "xxxx"ın bankomatının qarşısında ondan pul çıxarmağa köməklik etməsini xahiş etmiş qadının kartından 450 manat pulu çıxararaq oğurladığını, pulun bir hissəsini şəxsi ehtiyaclarına xərclədiyini və 229 manatının qaldığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş – Şahid1 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan «Baxış keçirilməsi haqqında» 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Məhəməsadıq oğlunun əmlaknın oğurlandığı hadisə yeri ünvan 10 ünvanın qarşıdır. İşdə olan “Kapital Bank»ın Neftçilər filialı tərəfindən təqdim edilmiş «ödəniş kartı üzrə çıxarış»dan görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 10 ünvanda yerləşən "xxxx" ATMdən Zərərçəkmiş şəxs2 adına olan kartdan 450 manat çıxarılmışdır. İşdə olan 14 avqust 2021-ci il tarixli «Baxış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristal halında maddəni təqdim edərək 11 avqust 2021-ci il tarixdə «Neftçilər» materostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, daha sonra şalvarın sol yan cibindən çıxardığı bir ədəd qara rəngli açılıb bağlanan «Samsung» markalı mobil telefon aparatını təqdim edərək xx.xx.2021-ci il tarixdə saat 07 radələrində R.Rüstəmov küçəsi 44D ünvanın qarşısında «Mercedcs Vito» markalı avtomaşının salonundan oğurladığını, şalvarın sol yan cibindən 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinazları təqdim edərək, xx.xx.2021-ci il tarixdə «Neftçilər» metrostansiyasının yaxınlığında "xxxx" bankomatının qarşısında ondan pul çıxarmasına köməklik etməsini xahiş etmiş qadının kartından 450 manat pul oğurladığını, pulun bir hissəsini şəxsi ehtiyaclarına xərclədiyini və həmin puldan 229 manat qaldığını bildirmişdir. İşdə olan 20 avqust 2021-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristal halında maddəni təqdim edərək 11 avqust 2021-ci il tarixdə «Neftçilər» materostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, daha sonra şalvarın sol yan cibindən çıxardığı bir ədəd qara rəngli açılıb bağlanan «Samsung» markalı mobil telefon aparatını təqdim edərək xx.xx.2021-ci il tarixdə saat 07 radələrində R.Rüstəmov küçəsi 44D ünvanın qarşısında «Mercedcs Vito» markalı avtomaşının salonundan oğurladığını, şalvarın sol yan cibindən 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinazları təqdim edərək, xx.xx.2021-ci il tarixdə «Neftçilər» metrostansiyasının yaxınlığında "xxxx" bankomatının qarşısında ondan pul çıxarmasına köməklik etməsini xahiş etmiş qadının kartından 450 manat pul oğurladığını, pulun bir hissəsini şəxsi ehtiyaclarına xərclədiyini və həmin puldan 229 manat qaldığını bildirmişdir. İşdə olan 02 noyabr 2021-ci il tarixli «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 10 avqust 2021-ci il tarixdə saat 16.50-də ünvan 10 ünvanda yerləşən "xxxx" ATM-dən Zərərçəkmiş şəxs2 kartından aparılmış əməliyyat zamanı ATM vasitəsilə çəkilmiş fotoşəkillərdə Zərərçəkmiş şəxs2 yanında Təqsirləndirilən şəxs dayandığı və aparılan əməliyyatları həyata keçirdiyi, pulun Təqsirləndirilən şəxs ATM-dən qəbul etdiyi müəyyən edilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 14 avqııst 2021-ci il tarixli 6/3507 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş...» yazısı olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 1,488 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkari olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,438 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd «Samsung» markalı mobil telefon aparatı, 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinazları, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD-disk və 14 avqust 2021-ci il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İşdə olan sənədlərdən görünür ki, 1 ədəd «Samsung» markalı mobil telefon aparatı, 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinazları zərərçəkmiş şəxslərə qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 63.3-cü maddəsi tətbiq edilməklə 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmiş və üzərində qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilməklə çəkilməmiş 01 il 03 ay 16 gün cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1903 nömrəli əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. İmişli rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 11 ay 21 gün islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşə əlavə olumuş Zərərçəkmiş şəxs1 Məhəməsadıq oğlunun ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetaminin olmaması və həmin maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması haqqında məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşır, onun bu ifadəsinin digər sübutlarla və ibtidai istintaq zamanı özünün vermiş olduğu ilkin izahatı və ifadəsi ilə təkzib olunduğunu nəzərə alaraq özünü müdafiə kimi qiymətləndirərək qəbul etmir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına münasibətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi onun üzərinə qoyulmalıdır. İş üzrə maddi sübutlar – 1,438 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 65 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 54 iş saatı, cəmi 119 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 714 (yeddi yüz on dörd) manat (1140x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - 1,438 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 119 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 714 (yeddi yüz on dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. . Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-55/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-55/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver