Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-55/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Naxıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 13-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 20, mənzil 19-da yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırkı iş üzrə 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 iyul 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 23 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2024-cü tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1979-cu il tarixdə Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, Göyçay rayonunun Şahsoltanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 125-də yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 may 2020ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 66.4 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 43.1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, üzərində 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası saxlanılmış, həmin cəzasının müddəti 12 noyabr 2024-cü il tarixdə başa çatmalı olan, hazırkı iş üzrə 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 iyul 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya təkrarən qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 12 iyul 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanına gəlib, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat vermək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 binanın girişində dayanmış, o isə mənzilin qapısının kilidinin açıq olmasından istifadə edib, qanunsuz olaraq mənzilə daxil olub, qonaq otağında olan 01 ədəd 400 manat dəyərində 28-lik “Velocruz” markalı velosipedi gizli olaraq talayıb, sonradan həmin velosipedi sataraq əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə Zərərçəkmiş şəxs3 400 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyul 2023-cü il tarixdə saat 10 radələrində ünvan 2 ünvanda yerləşən qaz sayğacın üzərinə qoyulmuş, Zərərçəkmiş şəxs2 məxsus 5 nömrəli mənzilə aid açarı götürüb həmin açarla mənzilin giriş qapısını açıb, qanunsuz olaraq mənzilə daxil olub, qonaq otağından həmin mənzildə kirayə yaşayan Zərərçəkmiş şəxs1 məxsus 25 manat dəyərində 01 ədəd “led watch” markalı saatı, 35 manat dəyərində sırğa və üzükdən ibarət bijuteriyanı, 20 manat dəyərində bir ədəd “Rolex” markalı saatı, 120 manat dəyərində 01 ədəd “iPhon” markalı smart saatı və 50 manat dəyərində 01 ədəd “Versaji” markalı ətiri gizli olaraq taladıqdan sonra cinayətkar niyyətini davam etdirərək həmin tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 80 ünvanına gəlib, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat vermək məqsədilə o, binanın girişində dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs2 qeyd edilən ünvanda yerləşən qaz sayğacının üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 5 nömrəli mənzilə aid açarı götürüb, həmin açarla mənzilin giriş qapısını açıb, qanunsuz olaraq mənzilə daxil olaraq qonaq otağından Zərərçəkmiş şəxs2 məxsus 1680 manat dəyərində “Samsung” markalı televizoru gizli olaraq talamış, sonradan həmin televizoru satıb, əldə etdikləri gəliri öz aralarında bölməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 250 manat miqdarında, Zərərçəkmiş şəxs2 isə 1680 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya təkrarən qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 12 iyul 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanına gəlib, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat vermək məqsədilə o, binanın girişində dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə mənzilin qapısının kilidinin açıq olmasından istifadə edib, qanunsuz olaraq mənzilə daxil olub, qonaq otağında olan 01 ədəd 400 manat dəyərində 28-lik “Velocruz” markalı velosipedi gizli olaraq talayıb, sonradan həmin velosipedi sataraq əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs1lə öz aralarında bölməklə Zərərçəkmiş şəxs3 400 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 13 iyul 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 80 ünvanına gəlib, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat vermək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1 binanın girişində dayanmış, o isə qeyd edilən ünvanda yerləşən qaz sayğacının üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 5 nömrəli mənzilə aid açarı götürüb, həmin açarla mənzilin giriş qapısını açıb, qanunsuz olaraq mənzilə daxil olaraq qonaq otağından Zərərçəkmiş şəxs2 məxsus 1680 manat dəyərində “Samsung” markalı televizoru gizli olaraq talamış, sonradan həmin televizoru satıb, əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs1lə öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 1680 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitələrdən istifadə etdiyi üçün 26 may 2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 30 gün müddətinə inzibati həbs olunmuş, qərardan narazı olduğu üçün apellyasiya şikayətindən sonra inzibati həbsin müddəti 10 gün azaldılaraq 20 günə endirilmişdir. İnzibati həbs olunanlar məntəqəsində cəza müddətini çəkən zaman orada oğurluq etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə həbs olunmuş Təqsirləndirilən şəxs2 da ilə tanışlıqları yaranmışdır. Hər ikisi inzibati həbs müddətini bitirdikdən sonra görüşüb söhbət etmişlər. Həmin müddətdə Emil “Şkoda” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hər ikisinin maddi sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Onlar əvvəlcədən razılaşmışlar ki, oğurluq edib əldə etdikləri pulu bölsünlər. 09 iyul 2023-cü il tarixdə təxminən saat 16-17 radələrində Emilin idarə etdiyi avtomaşınla sonradan ünvanını bildiyi ünvan 3tmişlər. O, həmin ünvanda qapısı açıq olan mənzil olduğunu və orada velosiped olmasını həmin gün görmüşdür. Buna görə yenidən həmin ünvana getmişdir. Binanın qarşısında olan zaman o, Emilə bir mənzildə velosiped olduğunu, onun mənzilə daxil olub velosipedi götürəcəyini deyib, onun aşağıda gözləməsini demişdir. Həmin vaxt Emil aşağıda ətrafa nəzarət etməli olmuşdur. O, binanın 3-cü mərtəbəsində olan mənzilə qalxmış, qapı açıq olduğundan qapını açıb evə daxil olmuş, zalda olan bir ədəd “Velocruz” markalı 28-lik ölçüdə olan velosipedi götürmüş və tez aşağı düşmüşdür. Həmin velosipedi Emilin idarə etdiyi avtomaşının yük yerinə qoyub satmaq üçün Binəqədi rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi velosiped satılan yerə getmişlər. Lakin velosiped alışı-satışı və təmirini həyata keçirən mağazada velosipedi onlardan almamışlar. Həmin vaxt bir nəfər şəxs velosipedi satdıqlarını eşitdikdə onların yanına yaxınlaşıb velosipedi hansı qiymətə satdıqlarını soruşmuşdur. Emil həmin şəxsə velosipedi 200 manata sata biləcəyini dedikdə, həmin şəxs 150 manat pulu olduğunu bildirmişdir. Sonra Emil həmin şəxslə razılaşıb 150 manata velosipedi satmış və oradan uzaqlaşıb çıxıb getmişlər. Velosipedi satdıqdan sonra Emil 150 manat puldan 75 manatı ona vermiş, o da pulu şəxsi ehtiyacları üçün həmin gün xərcləmişdir. Ertəsi gün yenidən oğurluq etmək qərarına gəlmişlər. O, 13 iyul 2023-cü il tarixdə ev axtarmışdır ki, harada açıq qapılı ev varsa, oradan Emillə birlikdə oğurluq etsinlər. O, belə mənzil müəyyən etdikdən sonra Emilə zəng edərək bu barədə məlumat vermişdir. Həmin mənzil binanın 2-ci mərtəbəsində yerləşmişdir. Mənzilin açarı qaz sayğacının üzərində olmuşdur. 13 iyul 2023-cü il tarixdə saat 10 radələrində o, evə daxil olmuş, evdə televizor olmasını görmüşdür. Qonaq otağında dolabın üzərindən 1 ədəd saat və bijuteriya olan 1 ədəd üzük, 1 cüt sırğanı götürmüşdür. Sonra yataq otağına keçmiş və oradan 1 ədəd “Rolex” markalı saat, bir ədəd smart saat və bir ədəd “Versaji” markalı ətir götürmüşdür. Bundan sonra isə evin qapısını bağlamış və açarı həmin yerə qoymuşdur. 13 iyul 2023-cü il tarixdə saat 12 radələrində sonradan ünvanını bildiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 nömrəli binanın qarşısına Emilin idarə etdiyi avtomaşınla getmişdir. O, Emilə demişdir ki, “məni tanıyırlar, sən gir evdən televizoru götür, mən aşağıda səni gözləyirəm”. Televizor qonaq otağında olmuşdur və Emil gedib televizoru düşürtmüşdür. O isə həmin vaxt ətrafa baxmışdır ki, kimsə gəlsə Emilə xəbər etsin. Televizoru Emilin avtomobilinə qoymuşlar. Özü evdən götürdüyü saatlardan 2 ədədini Emilə vermiş, bijuteriyanı, bir ədəd əsl olmayan “iPone” markalı smart saatı və ətiri özünə götürmüşdür. Ətiri istifadə edib qurtarmışdır. Televizoru Emilin idarə etdiyi avtomaşınla metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən məişət avadanlıqlarının təmiri, alışı və satışı yerinə aparıb 160 manata satmışlar. Oradan əldə etdiyi pulun 60 manatını Emil götürmüş, 100 manatı isə o, götürmüşdür. Həmin televizoru Emilin şəxsiyyət vəsiqəsi ilə satmışlar. İki oğurluq hadisəsini o, Emillə birlikdə etmişdir, etdiyi əməllərdən peşmandır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 15 iyul və 17 iyul 2023-cü il tarixlərdə polis şöbəsinə aparılanda etdiyi oğurluq hadisəsini gizlətmək üçün izahatında oğurluqlardan məlumatı olmadığını bildirmişdir. Bu səbəbdən onu həmin vaxtlar polis şöbəsindən sərbəst buraxmışlar. 18 iyul 2023-cü il tarixdə saxlanılan zaman isə Emilə birlikdə hər iki mənzildən oğurluq etdiyini etiraf etmişdir. O, oğurluq etdiyini heç kimə deməmişdir. Əldə etdiyi pulları öz şəxsi işləri üçün xərcləmişdir. Televizoru və velosipedi Emil satmış və satan zaman özünə məxsus olmasını bildirmişdir. O, evə birinci dəfə daxil olduqda 1 ədəd elektron saat və bijuteriya olan 1 ədəd üzük, 1 cüt sırğanı götürmüşdür. Sonra yataq otağına keçmiş və oradan 1 ədəd “Rolex” markalı saat, bir ədəd smart saatı və bir ədəd “Versaji” markalı ətiri götürmüşdür. Televizoru da görmüş, onu apara bilməyəcəyini başa düşmüş, amma televizoru oradan götürməyi qərarlaşdırmışdır. Bununla bağlı Emilə demiş və onlar aralarında razılaşmışlar ki, həmin televizoru gedib birlikdə götürüb satıb pulunu böləcəklər. Onun niyyəti evə birinci dəfə daxil olduqda həmin televizoru oğurlamaq olmuşdur. Emilə saatları verən zaman oğurluq olmasını deməmişdir. O, Emilə açarın qaz sayğacının içərisində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 daha sonra, iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu, gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.1, 177.2.2, 177.2.3 və 263.1-2-ci maddələri ilə məhkum olunmuşdur. Xırda talamaya görə 22 may 2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 30 gün müddətinə inzibati həbs olunmuşdur. Bu səbəbdən inzibati həbs olunanlar məntəqəsində saxlanılan zaman orada Təqsirləndirilən şəxs1 ilə tanışlığı yaranmışdır. İnzibati həbs müddətlərini bitirdikdən sonra Nicatla görüşüb söhbət etmişlər. Həmin müddətdə o, “Şkoda” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hər ikisinin maddi sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcədən razılaşmışlar ki, oğurluq edib əldə etdikləri pulları bölsünlər. 09 iyul 2023-cü il tarixdə təxminən saat 16-17 radələrində Nicatla birlikdə sonradan ünvanını bildiyi ünvan 7arə etdiyi avtomaşınla getmişlər. Binanın qarşısında olan zaman o, aşağıda gözləmiş, Nicat mənzildə velosiped olduğunu, mənzilə daxil olub velosipedi götürəcəyini, onun aşağıda gözləməyini demişdir. O, bu zaman aşağıda ətrafa nəzarət etmişdir. Təxminən 4-5 dəqiqə sonra Nicat velosipedlə binanın qarşısına gəlmiş və həmin velosipedi idarə etdiyi avtomaşının yük yerinə qoyub satmaq üçün Binəqədi rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi velosiped satılan yerə getmişlər. Lakin velosiped alışı-satışı və təmirini həyata keçirən mağazada velosipedi onlardan almamışlar. Həmin vaxt bir nəfər şəxs velosiped satdıqlarını eşitdikdə onların yanına yaxınlaşıb velosipedin neçəyə satıldığını soruşmuşdur. Bundan sonra onlar velosipedi həmin şəxsə 150 manata satmış və oradan uzaqlaşıb getmişlər. Velosipedi satdıqdan sonra 150 manat puldan 50 manatı o, 100 manatı isə Nicat götürmüşdür. Bundan başqa, 13 iyul 2023-cü il tarixdə Nicat bir mənzildən televizoru götürəcəyini demiş və həmin tarixdə saat 12 radələrində onun idarə etdiyi avtomaşınla sonradan ünvanını bildiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 nömrəli binanın qarşısına getmişlər. Orada Nicat ona bildirmişdir ki, “binanın 2-ci mərtəbəsində mən həmin mənzilə girib-çıxmışam, qapı açıqdır, məni burda tanıyırlar, mən nəsə götürüb çıxsam məni görəcəklər, sən zala gedərsən, oradan televizoru götürüb çıxarsan”. O, eyni qayda üzrə binanın həyətində onu gözləməyini, ətrafa göz-qulaq olmağını bildirib mənzilə gizlicə daxil olub oradan televizoru götürəcəyini demişdir. Bundan sonra 2-ci mərtəbədə yerləşən mənzilə daxil olmuş və iri ölçülü “Samsung” markalı televizoru götürüb gəlmiş, televizoru idarə etdiyi avtomaşınla metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən məişət avadanlıqlarının təmiri, alışı və satışı yerinə aparıb 160 manata satmışlar. Oradan əldə etdikləri 160 manat pulu bölüb götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişlər. Hər iki oğurluğu o, Nicatla birlikdə etmişdir, etdiyi əməldən peşmandır. O, televizoru və velosipedi satan zaman onların oğurluq olmadığını, özünə məxsus olmasını bildirmiş, televizoru satdıqda şəxsiyyət vəsiqəsini də vermişdir. İki ədəd saatı ona Nicat vermiş, lakin onları haradan əldə etdiyini deməmiş, maşında qalmasını, sonra götürəcəyini demişdir. O da buna görə həmin əşyaları maşına qoymuş, özünə götürməmişdir. Nicatın digər evə daxil olması barədə onun heç bir məlumatı olmamışdır. Yalnız Nicat ona bir ev olduğunu və qaz sayğacının üzərində açarın olmasını bildirmişdir. O da qaz sayğacının üzərindən açarı götürərək qapını açıb evdən televizoru götürmüşdür. Təqsirləndirilən şəxs2 daha sonra, iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu, gəncliyini, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin mənzil qohumunun evidir, müvəqqəti olaraq onun orada yaşamağına icazə vermişdir. Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında meyvə-tərəvəz satıcısı işləyir. 2023-cü ilin iyun ayında 400 manat qiymətinə aldığı “Velocruz” markalı velosiped yaşadığı ünvanda olmuşdur. O, velosipedi istifadə etdikdən sonra aparıb yaşadığı mənzildə saxlamış, aldığı vaxtdan velosipedi çox az istifadə etmişdir. 12 iyul 2023-cü il tarixdə iş yerində olan zaman onunla eyni ünvanda yaşayan qardaşı Əli ona zəng edərək naməlum şəxsin mənzilin qapısının açıq olmasından istifadə edərək evdə saxladığı velosipedi oğurlamasını bildirmişdir. Dərhal hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə nəticəsində ona 400 manat dəyərində maddi ziyan dəymişdir. Hadisə vaxtı mənzilin qapısının kilidinin açıq olmasından istifadə edərək mənzilə daxil olmaqla oğurluq edilmişdir. Polislər tərəfindən aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən edilməsi müəyyən olunmuşdur. Ona dəymiş maddi ziyan ödənildiyinə görə zərərçəkmiş şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, lakin şəxsən gəlib ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, 05 iyul 2023-cü il tarixdən ünvan 9 ünvanında kirayə yaşayır. 13 iyul 2023-cü il tarixdə təxminən saat 09:20də kirayə yaşadığı mənzilin qapısını açar ilə kilidləyib, açarı isə blokda olan qaz sayğacının üzərinə qoyub işə getmişdir. Qeyd olunan tarixdə saat təxminən 15:30 radələrində yaşadığı ünvana geri dönmüşdür. Blokda olarkən mənzilin açarını qoyduğu qaz sayğacının üzərindən götürdüyü zaman açarın yerinin dəyişik olduğunu görüb, açarın naməlum şəxs tərəfindən götürülüb daha sonra yenidən yerinə qoyulmasından şübhələnmişdir. Dərhal açarı götürüb mənzilin qapısını açıb içəri daxil olduğu zaman mənzildə olan, mənzil sahibinə məxsus 1 ədəd “Samsung” markalı televizorun və özünə məxsus 3 ədəd qol saatının, 1 ədəd ətirin, 1 ədəd bijuteriya üzüyün və 1 cüt bijuteriya sırğanın yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə zəng edib atasına, daha sonra qardaşı Samirə məlumat vermişdir. Kirayə yaşadığı mənzilin qapısının 1 ədəd açarı onlarda olduğu üçün, qapını açar ilə kilidləyib açarı sayğacın üzərinə qoymuşdur ki, qardaşı ondan tez evə gələrsə qapıda qalmasın. O, mənzilə daxil olarkən mənzilin əşyaları dağınıq vəziyyətdə olmamışdır. “Samsung” markalı televizor mənzilin qonaq otağından, 25 manat dəyərində olan 1 ədəd “led watch” markalı saat və birlikdə 35 manat təşkil edən sırğa və üzük bijuteriyalar qonaq otağında olan güzgülü dolabın üzərindən, digər 1 ədəd 20 manat dəyərində “Rolex” markalı saat və 1 ədəd orginal olmayan 120 manat dəyərində “iPhone” markalı smart saat və 1 ədəd 50 manat dəyərində “Versaji” markalı ətir isə yataq otağında olan dolabdan oğurlanmışdır. Oğurlanan “Samsung” markalı televizor ev sahibinə məxsus olduğu üçün qiymətini bilmir. Yalnız digər əşyalar özünə məxsus olduğu üçün həmin əşyaların oğurlanması nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Göstərdiyi 250 manat dəyərində olan oğurlanmış əmlaklar ona məxsus olmuşdur. Görülmüş çoxsaylı tədbirlərə baxmayaraq, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır, zərərçəkmişlə mobil telefon əlaqəsi zamanı bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur, məhkəmə iclasında iştirak etməyəcəkdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə Tovuz rayonunda yas mərasimində olarkən Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 80 ünvanında yerləşən 5 saylı mənzilini 1 həftə əvvəl kirayə verdiyi Əminağa adlı şəxs ona zəng etmişdir. Telefona cavab verdikdə Əminağa Cəlilabad rayonunda olduğunu, övladlarının ona zəng edib, onlara kirayə verdiyi mənzilə naməlum şəxsin daxil olduğunu və mənzildə olan ona məxsus “Samsung” markalı televizorun yerində olmadığını aşkar etmələrini, qeyd olunan televizorun və onlara məxsus bijuteriyaların və saatların naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Əminağa ilə danışdıqdan sonra DİN-in 102 xidmətinə zəng edib mənzilindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Əminağanın oğlu ona zəng etmiş, “vhatsapp” tətbiqində görüntünü açmağını təklif edib, evə baxmaq istədiyini bildirmişdir. O, görüntü ilə evə nəzarət etdikdən sonra digər əşyaların yerində olduğunu, lakin özünə məxsus “Samsung” markalı televizorun oğurlandığını görmüşdür. Ona məxsus mənzildən təxminən 5 il əvvəl əldə etdiyi qara rəngli, 112 ekran ölçülü “Samsung” markalı televizorun oğurlanması nəticəsində ona ümumilikdə 1680 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə saat 16 radələrində o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” şəhərçiyində olan zaman 2 nəfər şəxs “Şkoda” markalı **-EV-*** nömrəli maşının baqaj hissəsində bir ədəd velosipedlə gəlmişlər. Həmin şəxslər onun qonşusu, velosiped təmiri ilə məşğul olan Şahid3 yaxınlaşmış və maşının yük yerində olan velosipedi satmaq istədiklərini bildirmişlər. Lakin Vüqar pulu olmadığını, velosipedi almaq istəmədiyini bildirmişdir. Bundan sonra o, həmin şəxslərə yaxınlaşmış və velosipedi neçəyə satmalarını soruşmuşdur. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 velosipedi 185 manata satdıqlarını bildirmiş və qeyd etmişdir ki, onun telefonunu lombarda qoyublar, buna görə 185 manat lazımdır ki, velosipedi satıb telefonu lombarddan götürsünlər. O, cəmi 150 manat pul verə biləcəyini, onu da borc olaraq kimdənsə alacağını demişdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, həmin pul azdır, 185 manat etsin, o da həmin məbləğdə pulu olmadığını bildirmişdir. Bundan sonra Nicat Emilə bildirmişdir ki, onun 35 manatı var, ona verər və telefonunu götürər. Bundan sonra Emil velosipedi satmağa razılaşmışdır. O, 150 manat verib həmin velosipedi almışdır. Velosipedin onlarda hardan olduğunu, hardan əldə etdiklərini soruşanda, həmin şəxslər velosipedin onların özünə məxsus olduğunu demişlər. Polis əməkdaşları gəldikdə isə o, velosipedi təqdim etmiş və yalnız həmin vaxt bilmişdir ki, Emillə Nicatın ona satdıqları velosipedi onlar oğurlamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Allahverdi oğlu məhkəmə iclasında iştirak etməmiş, lakin şəxsən gəlib ərizə ilə məhkəməyə müraciət edərək, həmin dövrdə verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar şahidin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, soyuducu, televizor və paltaryuyanları təmir edir, ikinci əl normal işlənmiş televizor, paltaryuyan və soyuducuların alışını edib sonra satışını həyata keçirir. 2023-cü ilin iyul ayının əvvəllərində təxminən saat 11 radələrində ünvan 11 ünvanında olan özünün işlətdiyi ikinci əl işlənmiş elektrotexnikanın, yəni soyuducu, televizor və paltaryuyanın təmiri üçün nəzərdə tutulmuş icarəyə işlətdiyi yerə bir nəfər, Təqsirləndirilən şəxs2 yaxınlaşaraq ona bildirmişdir ki, 160 manata “Samsung” markalı televizor vardır. Avtomobili xarab olduğuna və təmiri üçün pul lazım olduğuna görə televizoru satdığını bildirmişdir. O, televizora baxmış, televizorun işlək vəziyyətdə olmasını görmüş və bundan sonra 160 manat pul ödəyərək televizovu almışdır. Lakin televizoru almamışdan Emildən şəxsiyyət vəsiqəsinin surətini almışdır. O, Emildən televizorun oğurluq olub-olmamasını soruşmuş, Emil isə bildirmişdir ki, televizor özünə məxsusdur, heç bir problemi də yoxdur. Bundan sonra ona polis idarəsindən yaxınlaşıb televizor satıb-satmağı soruşulmuş və o, televizor olduğunu bildirərək həmin televizoru Təqsirləndirilən şəxs2 məxsus olan şəxsiyyət vəsiqəsi ilə birlikdə istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs2 tək gəlmiş və aldığı əmlakın oğurluq olmasını bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış, bununla əlaqədar onun ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” şəhərciyində velosiped təmiri yeri işlədir. 12 iyul 2023-cü il tarixdə təxminən saat 16 radələrində o, “Qarant” şəhərciyində olan zaman iki nəfər şəxs “Şkoda” markalı **-EV-*** nömrəli avtomaşında baqaj hissəsində bir ədəd velosipedlə onun velosiped təmiri etdiyi yerə yaxınlaşmışlar. Həmin şəxslər ona bir ədəd “Velocruz” markalı, mavi rəngli 28-lik ölçüdə velosiped təklif etmişlər. Bunu həmin şəxslərdən sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 təklif etmişdir. O isə Emilə bildirmişdir ki, pulu yoxdur. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 bildirmişdir ki, velosiped qəşəng velosipeddir, o, yenə də pulu olmadığından almaq istəmədiyini bildirmişdir. Bundan sonra onlar velosipedi orada qonşuluqda olan Şahid2 oğuna təklif etmişlər. Onlar bildirmişlər ki, velosiped özlərinə məxsusdur, pula ehtiyacları olduğundan satırlar. Həmin velosipedi 150 manata Şahid2 almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 əmlaklarının oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 23080465 nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 13 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri ünvan 9 ünvanıdır. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, hadisə yerində olan müşahidə kameralarından görüntülər götürülüb, 01 ədəd diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. (i.v. 9-14) - 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanında yerləşən binadan götürülmüş görüntülərə təhqiqatçı tərəfindən baxış keçirilən zaman iki nəfər naməlum şəxsin piyada binanın qarşısı ilə hərəkət etmələri, bir müddət sonra həmin şəxslərdən birinin öndə, digərinin isə əlində televizorla piyada çıxıb getmələri müşahidə olunmuşdur. (i.v. 15) - 12 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri ünvan 1 ünvanıdır. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, hadisə yerində olan müşahidə kameralarından görüntülər götürülüb, 01 ədəd diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. (i.v. 26-28) - 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 12 ünvanında yerləşən binadan götürülmüş görüntülərə təhqiqatçı tərəfindən baxış keçirilən zaman 1-ci faylda avtomobilin səkinin kənarında saxlaması, 2-ci faylda boz rəngli avtomobilin dayandığı səkinin kənarından hərəkətə başlaması, 3-cü faylda isə boz rəngli avtomobilin arxa yük hissəsində bir ədəd velosipedlə hərəkəti müşahidə edilmişdir. (i.v. 31) - 17 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid2 “Velocruz” markalı velosipedi təhqiqat orqanına təqdim edərək, onu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 150 manat pulun müqabilində aldığını bildirmişdir. (i.v. 54-56) - 17 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 13 iyul 2023-cü il tarixdə ünvan 9 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar saxlanılmış Təqsirləndirilən şəxs2 idarə etdiyi “Şkoda” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sol qapının iç cibində sübut əhəmiyyətinə malik ola biləcək 1 ədəd metal materialdan olan qara rəngli “Rolex” markalı qol saatı, 1 ədəd qara rezin kəmərli elektron saat, 1 ədəd qızılı rəngli qapağı olan şüşə ətir qabı, sükanın sol tərəfində kiçik saxlanc yerində 1 ədəd gümüşü rəngli dəmir materialdan olan saat, avtomobilin saxlanc yerindən 1 ədəd qara rəngli “Samsung” markalı və 1 ədəd “LG Q5” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (i.v. 58-60) - 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd “Samsung” markalı televizor və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surəti iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. (i.v. 207-208) - 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd smart saat iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. (i.v. 215) - 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 9 ünvanında hadisə yerində olan müşahidə kameralarından götürülmüş görüntülərə müstəntiq tərəfindən baxış keçirilərkən CD diskdə 8 ədəd fayl olduğu müəyyən olunmuşdur. 1-ci faylda iki şəxsin Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanında getməsi öz əksini tapmışdır. Baxışda müdafiəçisi ilə iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin şəxslərdən biri o, digəri isə Təqsirləndirilən şəxs2dir. Onlar birlikdə mənzildən oğurluq etmək, yəni televizoru götürmək üçün gedirlər. 2-ci faylda əlində televizorla bir nəfər şəxsin getdiyi müşahidə olunmuşdur, Təqsirləndirilən şəxs1 həmin şəxsin Təqsirləndirilən şəxs2 olmasını, əlindəki televizorun isə Nizami rayonu, Q.Qarayev prospekti ev 80, mənzil 5 ünvanından görürdükləri televizor olmasını, digər videogoruntülər olan fayllarda onların özlərinin və Təqsirləndirilən şəxs2 məxsus avtomobilin hadisə yerinin yaxınlığında olan videogörüntüləri olmasını bildirmişdir. (i.v. 216) - 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 13 ünvanında hadisə yerində olan müşahidə kameralarından götürülmüş görüntülərə müstəntiq tərəfindən baxış keçirilərkən CD diskdə 3 ədəd fayl olduğu müəyyən olunmuşdur. 1-ci faylda ekranda boz rəngli avtomobilin şəkinin kənarında saxlaması, 2-ci faylda ekranda boz rəngli avtomobilin dayandığı səkinin kənarından hərəkətə başlaması, 3-cü faylda ekranda boz rəngli avtomobilin baqajında bir ədəd velosipedlə hərəkəti görüntülənmişdir. Baxışda müdafiəçisi ilə iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin görüntülər Nizami rayonu, C.Naxçıvanski küçəsi 13 ünvanında qeydə alınmışdır, həmin görüntülərdə o, Təqsirləndirilən şəxs2 maşını ilə həmin ünvana gələrək oradan bir ədəd velosiped oğurlamışdır. Avtomobil Təqsirləndirilən şəxs2 məxsus olmuş, avtomobilin baqajında olan velosiped isə Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. (i.v. 216) - 02 avqust 2023-cü il tarixli protokollardan və fotocədvəldən görünür ki, Şahid2 ona təqdim edilən 4 ədəd fotoşəkildən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fotoşəkillərni tanıyıraraq təqdim edib, ona 150 manat pulun müqabilində 01 ədəd velosipedi satanların məhz həmin şəxslər olduğunu bildirmişdir. (i.v. 231-238) - 02 avqust 2023-cü il tarixli protokollardan və fotocədvəldən görünür ki, Şahid3 ona təqdim edilən 4 ədəd fotoşəkildən Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 fotoşəkillərini tanıyaraq təqdim edib, tanışı Şahid2 150 manat pulun müqabilində 01 ədəd velosipedi satanların məhz həmin şəxslər olduğunu bildirmişdir. (i.v. 242-249) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 avqust 2023-cü il tarixli 9/5931 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1 ədəd “Velocruz” markalı 28-lik velosiped 200 manat, 1 ədəd Çin istehsalı “Led Watch” markalı JSS:353 nömrəli qol saatı 10 manat, 1 dəst bijuteriya (üzük və 2 ədəd sırğa) 15 manat, 1 ədəd “Rolex” markalı, 36 nömrəli qol saatı 10 manat, “Apple Watch” markalı 6-cı seriyalı qol saatı 10 manat, “Samsung” markalı, UE40K550BU modelli televizor 800 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda müxtəlif markalı malların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1045 manat müəyyən edilir. (i.v. 261- 265) - 01 sentyabr 2023-cü il tarix protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən “Rolex” markalı qol saatını modelindən və rəngindən tanıyaraq, özünə məxsus olduğunu bildirmişdir. (i.v. 271-272) - 01 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən “Led Watch” markalı qol saatını modelindən və rəngindən tanıyaraq, özünə məxsus olduğunu bildirmişdir. (i.v. 273-274) - 01 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən “Apple” markalı qol saatını modelindən və rəngindən tanıyaraq, özünə məxsus olduğunu bildirmişdir. (i.v. 275-276) - 01 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən 01 ədəd üzük və 01 cüt sırğadan ibarət bijuteriyanı modelindən və rəngindən tanıyaraq, özünə məxsus olduğunu bildirmişdir. (i.v. 277-278) - 03 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilən 01 ədəd “Samsung” markalı televizoru modelindən və rəngindən tanıyaraq, özünə məxsus olduğunu bildirmişdir. (i.v. 283-284) - 07 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim edilən 01 ədəd “Velocruz” markalı 28-lik velosipedi modelindən və rəngindən tanıyaraq, özünə məxsus olduğunu bildirmişdir. (i.v. 289-290) - 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “Velocruz” markalı velosiped maddi sübut kimi tanınaraq qəbzlə Zərərçəkmiş şəxs3 qaytarılmış, Təqsirləndirilən şəxs1 oğurluq yolu ilə əldə etdiyi 01 ədəd “Led Watch” markalı qol saatı, 01 dəst bijuteriya (üzük və 2 ədəd sırğa), 01 ədəd “Rolex” markalı qol saatı, 01 ədəd “Apple Watch” qol saatı maddi sübut kimi tanınaraq qəbzlə Zərərçəkmiş şəxs1 qaytarılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “Samsung” markalı televizoru 160 manat pulun müqabilində Şahid1 satarkən özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini sonuncuya verdiyindən həmin şəxsiyyət vəsiqəsinin surəti sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmiş, 01 ədəd “Samsung” markalı televizor maddi sübut kimi tanınaraq qəbzlə Zərərçəkmiş şəxs2 qaytarılmış, cinayət işi üzrə oğurluq hadiələrini özündə əks etdirən 01 ədəd “DVD” və 01 ədəd “CD” formatlı disklər sübut növü kimi tanınaraq, iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi 1680 manat kimi, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi 250 manat kimi, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi 400 manat kimi qiymətləndirilmişdir. (i.v. 291-305) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 80-81) - 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 101-102) - 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir (i.v. 185-187) - 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 189-191) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 193-195) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 198-200) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 250-251, 256-260) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 29 mart 1999-cu il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 93-3cü maddəsinin 2-ci və 3-cü bəndləri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş; Gəncə Qarnizonu Hərbi Məhkəməsinin 06 avqust 1999cu il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 38-ci maddəsinin 3-cü hissəsinə əsasən 05 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, 16 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya Qərarının 7.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş; Gəncə Hərbi Məhkəməsinin 20 aprel 2005-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 334.1ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2007-ci il tarixli Əfv Sərəncamına əsasən həmin gün azad edilmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, 19 iyul 2014-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 66.4 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, üzərində 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası saxlanılmışdır. (i.v. 252-255) -Bakı şəhər probasiya idarəsinin 08 iyul 2024-cü il tarixli 21-1/3-126045/16 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmünün icrası ilə bağlı Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixdə həmin idarədə qeydiyyata alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 23 may 2024-cü il tarixdən hesablandığı tarixə cəzasının 11 ay 05 gününü çəkmiş, 01 il 09 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. (hazırkı iş üzrə 02 gün tutmada olması nəzərə alınmaqla) -Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 02 may 2024-cü il tarixli 313-16-U/2-1789/24 nömrəli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarının icrası ilə bağlı Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzasının müddəti 12 noyabr 2024-cü il tarixdə başa çatır. -Bakı şəhəri Yasamal RPİ-nin istintaq şöbəsinin 20 may 2024-cü il tarixli 53/2- 33956/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi həmin istintaq şöbəsinin icraatındadır. -Bakı şəhəri Xəzər RPİ-nin istintaq şöbəsinin 14 iyun 2024-cü il tarixli 3-13-45/2- 240010217 nömrəli məktubundan və elektron sistemdə qeydə alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı tamamlanmışdır, hazırda iş məhkəmənin icraatına daxil olmuşdur. - 25 may 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmışdır. -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 oğlu 25 iyun 2015-ci il tarixdə, X1 05 yanvar 2018-ci il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını, iş üzrə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1 və 83.1-ci maddələrinin tələbləri baxımından nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan hökmlə (qərarla) Təqsirləndirilən şəxs2 ehtiyatsızlıqdan törədilmiş cinayətə görə məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun 16 iyun 2023-cü il tarixdə probasiya idarəsində qeydiyyata alındığı vaxtdan sonra, hazırkı iş üzrə 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu 02 gün nəzərə alınmaqla, 23 may 2024-cü il tarixdə digər iş üzrə tutulmasınadək cəza çəkdiyi 11 ay 05 gün çıxıldıqdan sonra cəzasının çəkilməmiş 01 il 09 ay 01 gün hissəsini Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablamaqla, 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 15 iyul və 17 iyul 2023-cü il tarixlərdə polis əməkdaşları tərəfindən dəvət olunub, izahatı alınsa da, barəsində tutma tətbiq edilməmiş, saxlanılmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs1 digər cinayət işi ilə bağlı həbsdədir, həmin qətimkan tədbiri hazırkı iş üzrə hökmün icrasını təmin etmir, ona görə hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, onun digər cinayət işi ilə bağlı Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə təyin olunan 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanı tam çəkməmişdir, onun həmin cəzasının müddəti 12 noyabr 2024-cü il tarixdə başa çatır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş həmin 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın, hökmün çıxarıldığı 10 iyul 2024-cü il tarixindən məhdudiyyətin başa çatmalı olduğu 12 noyabr 2024-cü tarixinədək hesablanmaqla çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəzaya tamamilə birləşdirmək yolu ilə ona qəti müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs2 17 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən dəvət olunub, izahatı alınsa da, barəsində tutma tətbiq edilməmiş, saxlanılmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, onun müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri istintaq təcridxanası müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış əşyaların məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır; Təqsirləndirilən şəxs2 oğurlanmış televizoru satarkən təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsinin surəti və içərisində videogörüntülər olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə həmin təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 23 may 2024-cü il tarixə çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, onun digər cinayət işi ilə bağlı Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın 10 iyul 2024-cü il tarixə çəkilməmiş 04 (dörd) ay 02 (iki) gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən hazırkı hökmlə əsas cəza kimi təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirmək yolu ilə 04 (dörd) ay 02 (iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 04 (dörd) ay 02 (iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Məhkəməyədək icraat zamanı maddi sübut qismində tanınmış 01 ədəd “Velocruz” markalı velosipedin Zərərçəkmiş şəxs3, 01 ədəd “Led Watch” markalı qol saatının, 01 dəst bijuteriyanın (üzük və 2 ədəd sırğa), 01 ədəd “Rolex” markalı qol saatının, 01 ədəd “Apple Watch” qol saatının Zərərçəkmiş şəxs1, 01 ədəd “Samsung” markalı televizorun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, 01 ədəd DVD disk, 01 ədəd CD disk və Təqsirləndirilən şəxs2 oğurlanmış əmlakı satarkən təqdim etdiyi şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-55/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-55/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver