Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-554/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, 18 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 27 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,635 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 18 aprel 2025-ci il tarixdə, saat 19:22 radələrində ünvan 2 ünvanında Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,635 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum omayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,457 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 may 2025-ci tarixdə, saat 18:10 radələrində ünvan 4 ünvanının qarşısında Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,457 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş, müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət təqibinə və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 18 aprel 2025-ci il tarixdə, saat 19:22 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 9 ünvanında piyada hərəkətdə olan zaman saxlanılmış Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması zamanı o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxan 1 ədəd şəffaf rəngli sellofanın içərisindən çıxan ağ rəngli, kristal şəkilli maddəni təqdim etmişdir. Sonra narkotik vasitəyə bənzəyən maddə elektron tərəzidə çəkilmiş, 1 ədəd şəffaf rəngli sellofanın içərisindən çıxan ağ rəngli, kristal şəkilli kütlənin çəkisi 0,70 qram olması müəyyən edilmiş, həmin maddə tərəflərindən qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, 1 ədəd mobil telefon götürülmüşdür, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş həmin maddəni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama zamanı video çəkiliş aparılmış, protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən 34-cü PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. (i.v. 115) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 19 aprel 2025-ci il tarixli, 6/1438 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,635 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,635 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,585 qram qalıq qalmışdır. (i.v. 144-147) - 27 may 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 may 2025-ci il tarixdə, saat 18:10 radələrində ünvan 7 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması zamanı o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağız bükümü təqdim edərək içərisində “patı” kimi tanınan maddənin olduğunu bildirmiş, həmin kağızın içərisinə baxıldıqda orada narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin büküm götürülərək bir ədəd zərfə qablaşdırılmış və möhürlənmiş, bu barədə video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. (i.v. 9) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 28 may 2025-ci il tarixli, 6/1996 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №165-li dairəvi möhür əksi, “şübhəli şəxs(imza) H.Eldar” yazısı və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,457 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,457 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,407 qram qalıq qalmışdır. (i.v. 44-47) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 06 may 2025-ci il tarixli, 2634 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 194-195) - 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin aparılması rədd edilmiş, 18 aprel 2025-ci il tarixdə qeydə alınmış video görüntülər əks olunan 2 ədəd DVD disk mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qəbul edilmiş, 27 may 2025-ci il tarixdə qeydə alınmış video görüntülər olan 1 ədəd DVD disk mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxs barəsində material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 0,635 qram və 0,457 qram olan metamfetaminlər maddi sübut kimi tanınmış, həmin maddələrdən tədqiqata hər birindən 0,05 qram sərf olunduqdan sonra 0,585 qram və 0,407 qram qalıqları saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs psixotrop maddələri təqdim etmələri könüllü surətdə təhvil vermə kimi qəbul edilməmişdir. (i.v. 224-233) - 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 132) -Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqinin 20 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 176) - 27 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 24) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 29 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 82) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 181) - AZ-İİ seriyalı, 240787 nömrəli nikah şəhadətnaməsinin, AZ-İV seriyalı, 084253 nömrəli və AZ-İV seriyalı, 355768 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə birgə nikahından 10 iyul 2017-ci il tarixdə X2 və 27 iyul 2019-cu il tarixdə X3 adlı 2 uşaqları doğulmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda istinad edilən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan - 10 iyul 2017-ci il və 27 iyul 2019-cu il təvəllüdlü uşaqları vardır. Yuxarıda istinad olunan Amnistiya Qərarının, o cümlədən 6-cı və 7-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı nəzərə alınaraq, yuxarıda qeyd olunan əsaslarla Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla təqsirləndirilən şəxsin barəsindəki cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Məhkəmə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddələr məhv edilməli, içərisində videogörüntü olan 3 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən məhkəmə hesab edir ki, vəkilin təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdiyi müddət (iş saatları) üçün əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 0,407 qram və 0,585 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində video görüntülər olan 3 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-554/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-554/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver