Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-555/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Qaradolaq Ərazi dairəsi, Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 iyun 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə C.Naxçıvanski küçəsinin kəsişməsində yerləşən 8-ci km bazarında olarkən Zərərçəkmiş şəxs çiyninə asılı vəziyyətdə olan çantanın içindən sonuncuya məxsus üzərində 02 manat qiymətində ***-***-**-** "xxxx" MMC-yə aid mobil nömrə olan 01 ədəd 1300 manat qiymətində, 256 GB yaddaş tutumlu, “Gold” rəngli “Apple” modelli, İphone 13 Pro Max” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1302 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təsbit olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi digər talama cinayəti ilə bağlı cəzaçəkmə müəssisəsindən may ayının sonlarında azad edilmişdir. Bakı şəhərində iş tapıb işləmək niyyətində olduğundan günəmuzd evlərdə yaşamışdır. 22 iyun 2024-cü il tarixdə, saat 18 radələrində alış-veriş etmək məqsədi ilə getdiyi Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km bazarında bir qədər dolandıqda ərzaq satılan piştaxtalarının birinin qarşısında ərzaq almağa çalışan 35-40 yaşlarında bir qadının çiyinində asılan çantanın ağzının yarım açıq olduğunu və az əvvəl əlində olan telefonu həmin çantaya qoyduğunu görmüşdür. Baxan zaman telefon və çantanın içərisi görünürdü. Bu səbəbdən də o, həmin qadına yaxınlaşıb telefonu götürməyə çalışmış, ehtiyyatlı davranıb ətrafa baxıb diqqət çəkmədiyinə əmin olmuş və əlini atıb çantadan telefonu götürüb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Bir qədər sonra rahat bir yerə keçdikdə telefonu cibindən çıxarıb baxış keçirmiş, bu zaman həmin telefonun “İphone" markalı mobil telefon olduğunu görmüş, telefonu satmaq fikrinə düşmüş, bu səbəbdən də “20 Yanvar” metrostansiyası yaxınlığında “Üçün kruqu” adlanan ərazidə yerləşən mobil telefon mağazalarından birinə girmiş, burada başqalarının Miri kimi çağırdığı şəxsə telefonu göstərmiş və telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, telefonun sağına-soluna baxıb ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, o, şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Miri ona bu telefonu yalnız detallarını söküb satmaq üçün ala biləcəyini bildirmiş və bunun qiymətini maraqlanmaq üçün ondan vaxt istəmişdir. Bir neçə dəqiqə sonra ona yaxınlaşıb telefonunun detal kimi 230 manat qiymətində olduğunu, burada özü üçün 70 manat xeyir götürmək istədiyindən telefon üçün ona 160 manat ödəyə biləcəyini bildirmişdir. O da onunla razılaşmış və telefonu ona 160 manat qarşılığında satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, azadlıqda qalacağı təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 iyun 2024-cü il tarixdə, saat 16 radələrində bazarlıq etmək üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti boyunca yerləşən 8-ci km adlanan bazara getmiş, burada müəyyən ərzaq alış-verişi etmək üçün ərzaq bölməsində olmuşdur Bu zaman çiyinində mənə məxsus açıq çəhrayı rəngli, maqnitli düymə ilə bağlanan, zəncirbəndi (sepi) olmayan çanta olmuşdur. O, həmin vaxt tez-tez telefonla danışır, telefonun əlində ona mane olmaması üçün çantanın içinə qoyurdu, belə ki, telefonu bu halda çantaya qoymaq üçün onun düyməsinə açmağa ehtiyac olmurdu, çünki düymə ilə bağlandıqdan sonra onun hər iki kənarında çantanın içinə giriş olurdu. Sonuncu dəfə telefonla danışıb telefonu çantasına qoymuş və başı alış-verişə qarışmışdır. Bir neçə dəqiqədən sonra telefonu götürmək üçün əlini çantaya atdıqda telefonun olmadığını görmüş, çantanı açıb yoxladıqda da telefonu tapa bilməmişdir. Bu zaman telefonun çantasından oğurlandığını anlamışdır. Onun telefonu “Apple” markalı, "İphone 13 pro Max" model “Gold” rəngli, 256 GB yaddaş tutumlu mobil telefon olmuşdur və telefonun hazırkı qiyməti 1300 manatdır, həmin telefonun üzərində mənə məxsus ***-***-**-** mobil nömrəsi olmuşdur. Beləliklə həmin telefonun oğurlanması nəticəsində ona 1302 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 08 gün hissəsi vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərarı üzrə çəkilməmiş 04 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iş üzrə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)- 192/2024 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış cinayət işi üzrə hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 04 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay (üç il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, cinayət işi üzrə hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-555/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-555/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver