Məhkəmə qərarları › İş №1(007)-556/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-556/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-556/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “ABV” elektronika mağazasında satıcı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşayan, 03 avqust 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə soyuq silahlar əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə 56 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarını qanunsuz olaraq əldə edərək ünvan 1 ünvanında yerləşən “Keşlə Telecom” mobil telefon mağazasında piştaxta üzərinə qoyub satarkən 23 aprel 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz əldə etdiyi cəmi 25 ədəd olmaqla tiyə və dəstək hissədən ibarət qatlanan, tiyəsi boz, qara, qızılı və xamelyon rəngli metaldan hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin ucu küt tərəfin maili formada aşağıya doğru, kəsici tərəfin qövsvari formada yuxarıya doğru əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş, tiyənin ucu bıçağın orta xəttinin üzərində yerləşən, onlardan 02 ədəd ümumi uzunluğu 225 mm, tiyənin uzunluğu 95 mm, orta hissədən eni 23 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 130 mm, orta hissədən eni 26 mm, qalınlığı 13,5 mm; 02 ədəd ümumi uzunluğu 220 mm, tiyənin uzunluğu 95 mm, orta hissədən eni 29 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 125 mm, orta hissədən eni 32 mm, qalınlığı 18 mm; 01 ədəd ümümi uzunluğu 225 mm, tiyənin uzunluğu 95 mm, orta hissədən eni 27 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 130 mm, orta hissədən eni 30 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “SOG DA315” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümumi uzunluğu 230 mm, tiyənin uzunluğu 95 mm, orta hissədən eni 31 mm, maksimal qalınlığı 4 mm, dəstəyin uzunluğu 135 mm, orta hissədən eni 27 mm, qalınlığı 15 mm, tiyəsinin üzərində “BROWNİNG” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümümi uzunluğu 212 mm, tiyənin uzunluğu 88 mm, orta hissədən eni 26 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 124 mm, orta hissədən eni 32 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “TAC-FORCE TACTİCAL TF-994” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümumi uzunluğu 200 mm, tiyənin uzunluğu 85 mm, orta hissədən eni 25 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 115 mm, orta hissədən eni 28 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “BOKER B048” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümümi uzunluğu 208 mm, tiyənin uzunluğu 87 mm, orta hissədən eni 25 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 121 mm, orta hissədən eni 28 mm, qalınlığı 15 mm; 01 ədəd ümümi uzunluğu 220 mm, tiyənin uzunluğu 95 mm, orta hissədən eni 23 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 125 mm, orta hissədən eni 26 mm, qalınlığı 14 mm; 01 ədəd ümümi uzunluğu 207 mm, tiyənin uzunluğu 88 mm, orta hissədən eni 28 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 119 mm, orta hissədən eni 30 mm, qalınlığı 15 mm; 01 ədəd ümümi uzunluğu 205 mm, tiyənin uzunluğu 86 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 119 mm, orta hissədən eni 24 mm, qalınlığı 15 mm; 01 ədəd ümümi uzunluğu 217 mm, tiyənin uzunluğu 93 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 124 mm, orta hissədən eni 28 mm, qalınlığı 14 mm, tiyəsinin üzərində “MASTİF” yazısı əks olunmuş; 01 ədəd ümümi uzunluğu 230 mm, tiyənin uzunluğu 97 mm, orta hissədən eni 28 mm, maksimal qalınlığı 3,9 mm, dəstəyin uzunluğu 133 mm, orta hissədən eni 32 mm, qalınlığı 17 mm, tiyəsinin üzərində “JEEP” yazısı əks olunmuş; 01 ədəd ümümi uzunluğu 206 mm, tiyənin uzunluğu 91 mm, orta hissədən eni 25 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 115 mm, orta hissədən eni 28 mm, qalınlığı 14 mm; 01 ədəd ümümi uzunluğu 205 mm, tiyənin uzunluğu 84 mm, orta hissədən eni 27 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 121 mm, orta hissədən eni 29 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “BROWNİNG F81” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümümi uzunluğu 230 mm, tiyənin uzunluğu 95 mm, orta hissədən eni 26 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 135 mm, orta hissədən eni 28 mm, qalınlığı 14 mm, tiyəsinin üzərində “BROWNİNG F123” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümümi uzunluğu 210 mm, tiyənin uzunluğu 90 mm, orta hissədən eni 22 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 120 mm, orta hissədən eni 22 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “CHONGMİNG CM111” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümümi uzunluğu 212 mm, tiyənin uzunluğu 93 mm, orta hissədən eni 26 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 119 mm, orta hissədən eni 27 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “CHONGMİNG CM111” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümumi uzunluğu 212 mm, tiyənin uzunluğu 92 mm, orta hissədən eni 28 mm, qalınlığı 3 mm, dəstəyinin uzunluğu 120 mm, orta hissədən eni 31 mm, qalınlığı 14 mm, tiyəsinin üzərində “L028-A” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümumi uzunluğu 207 mm, tiyənin uzunluğu 88 mm, orta hissədən eni 27 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 119 mm, orta hissədən eni 31 mm, qalınlığı 16 mm; 01 ədəd ümümi uzunluğu 232 mm, tiyənin uzunluğu 95 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 137 mm, orta hissədən eni 26 mm, qalınlığı 14 mm; 01 ədəd ümümi uzunluğu 220 mm, tiyənin uzunluğu 94 mm, orta hissədən eni 23 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 126 mm, orta hissədən eni 27 mm, qalınlığı 12 mm; 01 ədəd ümümi uzunluğu 223 mm, tiyənin uzunluğu 93 mm, orta hissədən eni 16 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 130 mm, orta hissədən eni 21 mm, qalınlığı 15 mm; 01 ədəd ümumi uzunluğu 205 mm, tiyənin uzunluğu 79 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 2,9 mm, dəstəyin uzunluğu 126 mm, orta hissədən eni 28 mm, qalınlığı 13 mm, tiyənin sol səthində “STRİDER KNİVES 313” yazısı əks olunmuş; cəmi 02 ədəd qatlanan, tiyə və dəstək hissədən ibarət olub tiyəsi metaldan hazırlanmaqla bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin ucu küt tərəfin aşağıya doğru, kəsici tərəfin isə yuxarı doğru əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş, ümümi uzunluğu 242 mm, tiyənin uzunluğu 108 mm, orta hissədən eni 18 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 134 mm, orta hissədən eni 25 mm, qalınlığı 11 mm; cəmi 03 ədəd olmaqla, tiyə və dəstək hissədən ibarət olub tiyəsi metaldan hazırlanmış, ucu deşici xassəyə malik, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, tiyəsinin hər iki tərəfi kəsici, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin ucu küt tərəfin aşağıya doğru, kəsici tərəfin isə yuxarı doğru əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş onlardan 01 ədəd ümümi uzunluğu 231 mm, tiyənin uzunluğu 91 mm, orta hissədən eni 18 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 140 mm, orta hissədən eni 29 mm, qalınlığı 14 mm, tiyəsinin üzərində “COMBAT TROODON 0055606/2020 MİCROTECEİ D/E” hərf və rəqəmləri əks olunmuş; 02 ədəd ümümi uzunluğu 240 mm, tiyənin uzunluğu 90 mm, orta hissədən eni 18 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 130 mm, orta hissədən eni 28 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “COMBAT TROODON 0055606/2020 MİCROTECH D/E” hərf və rəqəmləri əks olunmuş; cəmi 06 ədəd olmaqla qatlanan, tiyə və dəstək hissədən ibarət, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici ucu deşici xassəyə malik, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin ucu küt və kəsici tərəfin maili formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş və orta xəttin üzərində yerləşən, tiyənin sol hissəsində “KC İTALY” hərfləri əks edilmiş onlardan 05 ədəd ümumi uzunluğu 230 mm, tiyənin uzunluğu 100 mm, orta hissədən eni 13 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 130 mm, orta hissədən eni 18 mm, qalınlığı 19 mm; 01 ədəd ümümi uzunluğu 330 mm, tiyənin uzunluğu 150 mm, orta hissədən eni 13,5 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 180 mm, orta hissədən eni 21 mm, qalınlığı 20 mm; cəmi 06 ədəd olmaqla, qatlanan, tiyə və dəstək hissədən ibarət, tiyəsi boz, xamelyon, qızılı və gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin ucu küt və kəsici tərəfin maili formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş və orta xəttin üzərində yerləşən onlardan 03 ədəd ümümi uzunluğu 227 mm, tiyənin uzunluğu 102 mm, orta hissədən eni 15 mm, maksimal qalınlığı 3 mm, dəstəyin uzunluğu 125 mm, orta hissədən eni 19 mm, qalınlığı 14 mm; 03 ədəd ümümi uzunluğu 230 mm, tiyənin uzunluğu 104 mm, orta hissədən eni 15 mm, maksimal qalınlığı 2.8 mm, dəstəyin uzunluğu 126 mm, orta hissədən eni 20 mm, qalınlığı 13 mm, tiyənin sol səthində “TACTİCAL LİNE TF884 440 STAİNLESS STEEL USA DESİGN HANDMADE İN CHİNA” yazısı əks olunmuş; cəmi 07 ədəd olmaqla, qatlanmayan, tiyə və dəstək hissədən ibarət olub, tiyəsi boz, qara və gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin ucu küt tərəfin maili formada aşağıya doğru, kəsici tərəfin qövsvari formada yuxarıya doğru əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş, tiyənin ucu bıçağın orta xəttinin üzərində yerləşən onlardan 02 ədəd ümumi uzunluğu 232 mm, tiyənin uzunluğu 118 mm, orta hissədən eni 27 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 114 mm, orta hissədən eni 29 mm, qalınlığı 21 mm, sol tiyəsinin üzərində “OXOTНИК CTAЛЪ 65X13 no. FB 1578” yazısı əks olunmuş; 02 ədəd ümumi uzunluğu 230 mm, tiyənin uzunluğu 102 mm, orta hissədən eni 31 mm, maksimal qalınlığı 5,2 mm; dəstəyin uzunluğu 128 mm, orta hissədən eni 31 mm, qalınlığı 25 mm, tiyəsinin üzərində 04 ədəd 3 mm diametrli və 04 ədəd 04 mm diametrli oyuq olan, sol tiyəsinin üzərində “ПAНTEPA”, sağ tiyəsinin üzərində isə “CTAЛЪ 65X13 NO.FB1775” yazısı əks olunmuş; 01 ədəd ümümi uzunluğu 220 mm, tiyənin uzunluğu 110 mm, orta hissədən eni 21 mm, maksimal qalınlığı 3,1 mm, dəstəyin uzunluğu 110 mm, orta hissədən eni 30 mm, qalınlığı 13 mm, tiyəsinin üzərində “KNİFE D2” hərf və rəqəmləri əks olunmuş; 01 ədəd ümumi uzunluğu 245 mm, tiyənin uzunluğu 112 mm, orta hissədən eni 31 mm, maksimal qalınlığı 3,1 mm, dəstəyin uzunluğu 133 mm, orta hissədən eni 30 mm, qalınlığı 23 mm; 01 ədəd ümümi uzunluğu 220 mm, tiyənin uzunluğu 113 mm, orta hissədən eni 25 mm, maksimal qalınlığı 4 mm, dəstəyin uzunluğu 107 mm, orta hissədən eni 22 mm, qalınlığı 16 mm, sol tiyəsinin üzərində “CKOPПИOH CTAЛЪ 65X13 NO. FB925C” yazısı əks olunmuş; cəmi 04 ədəd olmaqla, qatlanmayan, tiyə və dəstək hissədən ibarət olub tiyəsi qara rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəf hər iki üzdən itilənmiş, tiyənin ucu küt tərəfin aşağıya doğru maili, kəsici tərəfin isə yuxarıya doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş onlardan 02 ədəd ümümi uzunluğu 326 mm, tiyənin uzunluğu 201 mm, orta hissədən eni 40 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 125 mm, orta hissədən eni 32 mm, qalınlığı 22 mm; 02 ədəd ümümi uzunluğu 345 mm, tiyənin uzunluğu 205 mm, orta hissədən eni 36 mm, maksimal qalınlığı 3,2 mm, dəstəyin uzunluğu 140 mm, diametri 29 mm, tiyənin bir üzündə “Columbia”, “USA SABER”, “2328A ZL.**********59.3” yazısı əks olunmuş, tiyənin küt tərəfinin 90 mm uzunluğunda hissəsi mişarvari formada olan; cəmi 03 ədəd olmaqla qatlanan tiyə və dəstək hissədən ibarət olub, tiyəsi gümüşü və qızılı rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki üzdən itilənmiş, tiyənin ucu küt tərəfin aşağıya doğru maili, kəsici tərəfin isə yuxarıya doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş onlardan 01 ədəd ümümi uzunluğu 217 mm, tiyənin uzunluğu 99 mm, orta hissədən eni 20 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 118 mm, orta hissədən eni 20 mm, qalınlığı 15 mm, tiyənin bir üzündə “Columbia B3159” yazısı əks olunmuş; 01 ədəd ümümi uzunluğu 235 mm, tiyənin uzunluğu 103 mm, orta hissədən eni 20 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 118 mm, orta hissədən eni 21 mm, qalınlığı 17 mm, tiyənin bir üzündə “Columbia B3159” yazısı əks olunmuş, sol tiyəsinin üzərində “ВОЛК CTAЛЪ 65X13 NO. FB3089” yazısı əks olunmuş; 01 ədəd ümümi uzunluğu 277 mm, tiyənin uzunluğu 146 mm, orta hissədən eni 30 mm, maksimal qalınlığı 3,9 mm, dəstəyin uzunluğu 131 mm, orta hissədən eni 25 mm, qalınlığı 15 mm, tiyənin bir üzündə “STAİNLESS STEEL USA” yazısı əks olunmuş soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, ümumilikdə isə 56 ədəd soyuq silah hesab edilən ov bıçaqları ünvan 1 ünvanında yerləşən “Keşlə Telecom” mobil telefon mağazasında ona məxsus piştaxta üzərində aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxın online qaydada ov bıçaqlarının, ov üçün nəzərdə tutulmuş, həmçinin balta, çəkic və digər alətlərin satışı ilə məşğul olmuşdur. Son bir il ərzində isə online satışla yanaşı, ünvan 1 ünvanında yerləşən “Keşlə Telekom” adlı mobil telefon aksessuarları mağazasında icarəyə piştaxta götürərək ov bıçaqlarının satışı ilə məşğul olmuşdir. Buna görə həmin mağazanı icarə əsasında işlədən Mamed adlı şəxsə hər ay üçün 100 manat pul ödəmişdir. O, satdığı müxtəlif təyinatlı ov bıçaqlarını “Sədərək Ticarət Mərkəzi”ndən nağd şəkildə pul ödəməklə, alıb, üzərinə müəyyən məbləğdə pul əlavə edərək qazanc əldə etmək məqsədilə satmışdır. Onun satdığı ov bıçaqları Çin Xalq Respublikasının istehsalı olmuşdur. Onların təyinatı yalnız ov üçün nəzərdə tutulmuşdur. Hər birinin də özünün təyinatı və ayrı-ayrılıqda kodları vardır. İnternet sosial şəbəkəsində həmin kodları yazaraq alətin təyinatını öyrənmək olur. Onun özü də bir neçəsinin kodunu “Google” axtarış sistemi vasitəsilə yazaraq təyinatını öyrənmişdir. Ov bıçaqlarının heyvan kəsmək, dərisini soymaq, ağac kəsmək, ağac doğramaq və sair kimi müxtəlif təyinatları vardır. Onun satdığı alətlərin içərisində çoxlu sayda müxtəlif rəngli, ölçülü və təyinatlı ov bıçaqları və baltaları olmuşdur. Ov bıçaqlarının və digər alətlərin satışını həyata keçirmək üçün o, müvafiq dövlət orqanında qeydiyyatdan keçməmiş, VÖEN-i olmamış və dövlət büdcəsinə vergi ödəməmişdir. O, sayını xatırlamadığı bıçaq və baltaları axırıncı dəfə 2024-cü ilin yanvar ayında “Sədərək Ticarət Mərkəzi”ndən dəqiq yadında qalmayan müxtəlif piştaxtalardan nağd pul ödəyərək götürmüşdür. Bıçaqlar müxtəlif növ və ölçülü olduğundan bir ədədinin dəyəri 5 və 70 manat arasında dəyişmişdir. Baltanın bir ədədi isə 50 manat dəyərində olmuşdur. 23 aprel 2024-cü il tarixdə saat 15 radələrində o, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, 62 ünvanında işlədiyi mağazada olarkən mülki geyimli iki nəfər şəxs mağazaya daxil olub ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək mağazaya hansı səbəbdən yaxınlaşdıqlarını bildirmişlər. Sonra da həmin polis əməkdaşları piştaxtaya diqqət yetirərkən onun satış məqsədilə düzdüyü müxtəlif növ və ölçülü bıçaqları, o cümlədən baltanı görmüşlər. Artıq bunu danmağının yeri olmamışdır. O, həmin əşyaların ona məxsus olduğunu bildirib, satdığı ov bıçaqları kimi tanıdığı əşyaları və digər alətləri həmin polis əməkdalarına təqdim etmişdir. Mağazanın içərisində polis əməkdaşları tərəfindən 105 ədəd müxtəlif növ və ölçülü bıçaq, o cümlədən 4 ədəd balta sayılaraq qablaşdılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokola dair heç bir etiraz və vəsatət daxil olmamışdır. Buna görə həmin protokol doğru olduğu üçün onların imzaları ilə təsdiq edilmişdir. Onun özü də həmin polis əməkdaşları tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilmişdir. O, etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə getmişdir. Orada xidməti otaqlardan birində polis əməkdaşı əvvəlcə Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Cavanşir Ağamirzəyev kimi özünü təqdim etmiş, sonra da ayrı-ayrılıqda onlar təqdim edilmişdir. Bundan sonra təhqiqatçı onun təqdim etdiyi əşyalara baxış keçiriləcəyini, baxış keçirilməzdən əvvəl baxışın keçirilməsi videoçəkilişlə aparılacağını bildirib, iştirakçılardan bununla bağlı etirazın olub-olmamasını soruşduqda onlar etirazlarının olmadığını bildirmişlər. Polis əməkdaşı tərəfindən onun təqdim etdiyi əşyalar qablaşdırıldığı kauçuk materialdan hazırlanmış 01 ədəd yeşikdən çıxarılaraq xidməti otaqda döşəmənin üzərinə düzülərək sayılmışdır. Bu zaman 105 ədəd sayda bıçaq və 04 ədəd sayda balta olduğu müəyyən edilmişdir. Əşyalara baxış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən o, sorğu-sual edilərkən təqdim etdiyi 105 ədəd bıçağı və 04 ədəd baltanı Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndən aldığını, iki ilə yaxındır ki, “bicag.baku” profili ilə qeydiyyatdan keçib online qaydada və “Keşlə Telekom” adlı mağazada icarəyə götürdüyü piştaxtanın üzərində satışını həyata keçirdiyini, məqsədinin də satışdan qazanc əldə etmək olduğunu və təqdim etdiyi həmin əşyaların da hamısının ona məxsus olduğunu bildirmişdir. Baxış bitdikdən sonra həmin əşyalar müvafiq ekspertizaya göndərilməsi üçün yenidən sayılaraq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Onlar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokola dair heç bir şikayət, etiraz və təklif daxil olmamışdır. Buna görə də protokol düzgün tərtib edildiyindən onların imzaları ilə təsdiq edilmişdir. O, satdığı bıçaqları və digər alətləri Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə 5, 8, 10-cu qarışıq sıralardan tanımadığı müxtəlif şəxslərdən almışdır. Onun heç bir lisenziyası və ya icazə sənədi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu və gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətkarlığa qarşı mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 aprel 2024-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs “instagram” sosial şəbəkəsində “bicaq.baku” profili ilə qeydiyyatdan keçib online qaydada və Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsinin ərazisində yerləşən “Keşlə Telekom” mağazasında istehsal mənbəyi məlum olmayan kustar üsulla hazırlanmış soyuq silaha bənzər bıçaqların və digər alətlərin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətkarlığa qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “Keşlə Telekom” mağazasına yaxınlaşmış və özlərini orada satıcı hesab etdikləri bir nəfər gənc oğlana təqdim edib, həmin şəxsdən də onlara özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs buraya hansı səbəbdən yaxınlaşdıqları izah edib, piştaxtalara diqqət yetirdikdə sözügedən mağazada icarəyə götürdüyü piştaxtanın üzərində istehsal mənbəyi məlum olmayan, soyuq silaha bənzər 105 ədəd müxtəlif növ bıçaq və 04 ədəd balta müəyyən edilmişdir. Həmin vaxt onlar tərəfindən sorğu-sual edilərkən onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs piştaxtada olan bıçaqların və digər alətlərin satışını həyata keçirdiyini, bıçaqların satışını həyata keçirərkən liseziya verən müvafiq dövlət orqanı tərəfindən rəsmi sənədinin olmadığını bildirmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs satışını həyata keçirdiyi bıçaqları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs satışını həyata keçirdiyi və heç birinin sertifikatı olmayan 105 ədəd müxtəlif növ həmin bıçağı və 04 ədəd baltanı könüllü olaraq təqdim etmişdir. Təqdim edilmiş həmin əşyalar Təqsirləndirilən şəxs özünün də iştirakı ilə qablaşdırılaraq götürülmüş və Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Orada xidməti otaqlardan birində Namiq Hüseynov tərəfindən könüllü olaraq təqdim edilmiş əşyalara videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Cavanşir Ağamirzəyev tərəfindən baxış keçirilməzdən əvvəl iştirakçılar bu prosessual hərəkətin videoçəkilişlə aparılacağı barədə xəbərdar edilmişlər, bununla bağlı heç şikayət və etiraz daxil olmamışdır. Həmçinin əşyalara baxış keçirilməmişdən əvvəl təhqiqatçı Cavanşir Ağamirzəyev tərəfindən sorğu-sual edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 105 ədəd bıçağı və 04 ədəd baltanı Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndən aldığını, iki ilə yaxındır ki, “bıcag.baku” profili ilə qeydiyyatdan keçib online qaydada və “Keşlə Telekom” adlı mağazada icarəyə götürdüyü piştaxtanın üzərində satışını həyata keçirdiyini, məqsədinin də satışdan qazanc əldə etmək olduğunu, təqdim etdiyi həmin əşyaların da hamısının özünə məxsus olduğunu bildirmişdir. Əşyalara baxış keçirilməsi zərurəti ilə əlaqədar bağlama açılmış, içərisində olan əşyalar sayılmış, sayılarkən 105 ədəd müxtəlif ölçülü, rəngli və müxtəlif növ bıçaq, o cümlədən 04 ədəd balta olması müəyyən edilmişdir. Baxış bitdikdən sonra həmin əşyalar müvafiq ekspertizaya göndərilməsi üçün yenidən sayılaraq qablaşdırılıb DİN-in “Zərflər üçün” 215 saylı möhürü ilə möhürlənərək götürülmüş və onlar tərəfindən üzəri imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokola dair heç bir şikayət, etiraz və təklif daxil olmamışdır. Buna görə protokol düzgün tərtib edildiyindən onların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətkarlığa qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs instagram sosial şəbəkəsində “bicag.baku” profili ilə qeydiyyatdan keçib, online qaydada və Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Keşlə Telekom” adlı mağazada istehsal mənbəyi məlum olmayan, kustar üsulla hazırlanmış soyuq silaha bənzər bıçaqların və digər alətlərin satışını həyata keçirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 15 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Keşlə Telekom” adlı mağazaya yaxınlaşıb xarici əlamətləri məlumatla oxşar olan şəxsə yaxınlaşıb, özlərini təqdib, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu, piştaxtalarda olan bıçaq və digər alətlərin satışını həyata keçirdiyini bildirmiş, bununla bağlı lisenziya verən orqan tərəfindən rəsmi sənədinin olub-olmaması soruşulduqda, heç bir sənədinin olmadığını bildirmiş, bundan sonra araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış bıçaqları könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs satışını həyata keçirdiyi və heç bir sertifikatı olmayan müxtəlif növ 105 ədəd bıçaq və 04 ədəd baltanı könüllü olaraq təqdim etmiş, təqdim edilmiş həmin əşyalar Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. (i.v. 7) - 23 aprel 2024-cü il və 03 avqust 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən müvafiq əşyalara baxış keçirilmişdir. Bakı şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixdə saat 15 radələrində keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs “instagram” sosial şəbəkəsində “bicag.baku” profili ilə qeydiyyatdan keçib online qaydada və Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Keşlə Telekom” adlı mağazada icarə əsasında götürdüyü piştaxtanın üzərində istehsal mənbəyi məlum olmayan, soyuq silaha bənzər müxtəlif növ 105 ədəd bıçağın və 04 ədəd baltanın satışını həyata keçirdiyi müəyyən edilmiş, həmin əşyalar könüllü olaraq təqdim edilmiş və Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş əşyalara Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə, baxış aparılmışdır. Baxış başlamazdan əvvəl bütün iştirakçılara bu prosessual hərəkətin aparılması zamanı videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamış, həmçinin Təqsirləndirilən şəxs təqdim edilərək ona suallar verilərkən bildirmişdir ki, təqdim etdiyi 105 ədəd müxtəlif növ bıçaq və 04 ədəd baltanı Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndən almış, “instagram” sosial şəbəkəsində “bicag.baku” profili ilə qeydiyyatdan keçib online qaydada və Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Keşlə Telekom” adlı mağazada icarə əsasında götürdüyü piştaxtanın üzərində satışını həyata keçirmişdir. 2 ildir ki, bu növ əşyaların satışı ilə məşğul olur və könüllü təqdim etdiyi əşyaların hamısı ona məxsusdur. Əşyalara baxış keçirilən zaman bağlama açılmış, içərisindəki əşyalar sayılmış, 105 ədəd müxtəlif ölçülü, rəngli və növlü bıçaq, həmçinin 04 ədəd balta olması müəyyən edilmiş, baxış bitdikdən sonra həmin əşyalar yenidən sayılaraq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 215 saylı möhürü ilə möhürlənərək götürülmüş və üzəri imzalanmışdır. Baxış gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı istifadə edilən videoçəkilişın əks olunduğu məlumat daşıyıcısı olan 01 ədəd kompakt disk tərtib edilmiş protokola əlavə edilmişdir. Həmin diskdə olan videogörüntülərə 03 avqust 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan məlumatların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 8-9, 67) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 27 may 2024-cü il tarixli 3/737 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 39 ədəd bıçaq (l-ll bəndlərdə göstərilən) zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçaqlarıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd bıçaq (İİİ bənddə göstərilən) zavod üsulu ilə istehsal edilmiş təlim-məşq təyinatlı bıçaqlarıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq (İV bənddə göstərilən) zavod üsulu ilə istehsal edilmiş xüsusi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 56 ədəd bıçaq (V-Xİİ göstərilən) zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. Təhqiqata təqdim edilmiş 02 ədəd bıçaq (Xİİİ bənddə göstərilən) kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaqdır (maçete), soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Təhqiqata təqdim edilmiş 01 ədəd bıçaq (XİV bənddə göstərilən) zavod üsulu ilə istehsal edilmiş bıçaqdır, hazırki vəziyyətində soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yarasızdır. Tədqiqata təqdim edilmiş 02 ədəd predmet (XV bənddə göstərilən) zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alətdir-baltadır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd predmet (XV bənddə gösterilən) zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alətdir-baltadır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. (i.v. 15-24) - 03 avqust 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi yerində yoxlanılarkən o, müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiqləmişdir. (i.v. 70--72) - 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 03 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs məxsus aşkar edilərək götürülmüş 105 ədəddən 49 ədəd olmaqla, 05 ədəd zavod üsulu ilə istehsal edilmiş, təlim-məşq təyinatlı, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, xüsusi təyinatlı ov, təyinatı üzrə istifadəyə yararlı, 02 kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan (maçete), təyinatı üzrə istifadəyə yararlı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, hazırki vəziyyətində təyinatı üzrə istifadəyə yararsız bıçaqlar, o cümlədən 02 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alət, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alət, təyinatı üzrə istifadəyə yararlı olan baltalar soyuq silah hesab edilmədiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məxsus 56 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqları polis əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına onları təqdim etməsi Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin qeyd hissəsinə əsasən soyuq silahı könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 105 ədəd bıçaq və 04 ədəd baltaya baxış keçirilən zamanı videogörüntüləri əks etdirən 01 ədəd disk sübut qismində cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus aşkar edilərək götürülmüş 105 ədəd olmaqla, 56 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, təyinatı üzrə istifadəyə yararlı ov bıçaqları cinayət işi üzrə sübut əhəmiyyətinə malik olmasını nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınmış, 49 ədəd olmaqla, 05 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, təlim-məşq təyinatlı, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, xüsusi təyinatlı ov, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd soyuq silah hesab edilməyən, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan (maçete), təyinatı üzrə istifadəyə yararlı, 01 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, hazırki vəziyyətində təyinatı üzrə istifadəyə yararsız bıçaqlar, 04 ədəd olmaqla, 02 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alət, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alət, təyinatı üzrə istifadəyə yararlı olan baltalar hazırki cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmadan məhkəmə hökmünədək saxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində 23 aprel 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təqdim etdiyi 105 ədəd bıçağı və 04 ədəd baltanı Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndən aldığını, iki ilə yaxındır ki, “bicag.baku” profili ilə qeydiyyatdan keçib online qaydada və “Keşlə Telekom” adlı mağazada icarəyə götürdüyü piştaxtanın üzərində satışını həyata keçirdiyini, məqsədinin də satışdan qazanc əldə etmək olduğunu, lakin müvafiq dövlət orqanlarından rəsmi sənədinin olmadığını bildirmişdir, həmin faktın düzgünlüyünün yoxlanılması (fiziki şəxsin vergi uçotunda olub-olmamasını, təsərrüfat subyektinin uçotda olub-olmamasını və nəzarət kassa aparatının qeydiyyata alınıb-alınmamasını yoxlamaq) üçün ********* nömrəli cinayət işindən material ayrılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsini təmin edilməsi məqsədilə Bakı şəhəri Nizami rayon prokurorluğuna göndərilmiş, Mamed adlı şəxsin şəxsiyyətini müəyyən edib ifadəsini almaq və əməlində hər hansı bir cinayət əməli olması faktını müəyyən etmək mümkün olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 91-102) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 6-cı hissəsinə əsasən soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Soyuq silaha tiyəli silah (silah hesab olunan xəncərlər, döyüş, milli, ov bıçaqları, süngülər, qılınclar, beybutlar və s.) sair kəsici, deşici və ya qarışıq təyinatlı silahlar (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunçaklar, gürzlər və s.) aid edilir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan soyuq silahları Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, həmin əşyaları könüllü surətdə təhvil verməyərək saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Baş Polis İdarəsinin polis əməkdaşları tərəfindən 23 aprel 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 82) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış və ya həbsdə saxlanılmamışdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən 56 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, təyinatı üzrə istifadəyə yararlı ov bıçaqlar dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməli, içərisində videogörüntülərin əks olunduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən 56 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, təyinatı üzrə istifadəyə yararlı ov bıçaqları dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmamış 49 ədəd olmaqla, 05 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, təlim-məşq təyinatlı, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, xüsusi təyinatlı ov, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd soyuq silah hesab edilməyən, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan (maçete), təyinatı üzrə istifadəyə yararlı, 01 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, hazırki vəziyyətində təyinatı üzrə istifadəyə yararsız bıçaqlar, 04 ədəd olmaqla, 02 ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alət, təyinatı üzrə istifadəyə yararlı, 02 ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş bir tərəfi çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfatməişət təyinatlı alət, təyinatı üzrə istifadəyə yararlı olan baltalar Təqsirləndirilən şəxs qaytarılsın, içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar