Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-559/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X5, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, hüquqşünasın iş funksiyasını yerinə yetirməyinə məhdudiyyət qoyularaq əmrlərin hazırlanmasında iştirak edə bilmədiyi üçün imzası olmayan əmrlərin yarım (bitməmiş) əmrlər hesab edilərək, ADİU (UNEC)-nin nəzdində X7 direktoru X3 barəsində Azərbaycan Respublikası CM-nin 147, 148, 178, 308, 309, 311, 313-cü maddələrinə əsasən məsuliyyətə cəlb olunmağına dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, xüsusi ittiham qaydasında şikayət vermiş X5, xüsusi ittiham qaydasında şikayətini dəqiqləşdirməklə məhkəməyə müraciət edərək, ADİU (UNEC)-nin nəzdində X7 direktoru X3 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında cinayət işi başlanmasını, S.M.Həmzəyevanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin nəzərə alınmasını, direktorun hərəkətlərində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, hüquqların pozulması və rüşvətalma əlamətləri olduğundan, bu məsələlərin araşdırılması üçün materialların Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə (qeyd: Nizami rayon prokurorluğunu Bakı İnzibati Məhkəməsinə şikayət etmişdir) göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, X2 qarşı şikayətini geri götürdüyünü, şəxs haqqında şikayət etdiyi üçün yaşadığı ünvanın ərazisinə göndərəcəyini göstərmiş, ərizəsinin və sübutların ona verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 121.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan aşağıdakıları yerinə yetirməlidir: istintaq və ya digər prosessual hərəkət aparılan zaman cinayət prosesi tərəflərinin verdikləri vəsatətləri, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasının) protokoluna daxil etmək; cinayət təqibi üzrə icraatın materiallarına cinayət prosesi tərəflərinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin yazılı vəsatətlərini və xahişlərini əlavə etmək; bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli hallar müəyyən edilənədək təxirə salına bilər; bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur); vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərmək. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X5 hazırki şikayətini geri götürməsi barədə vəsatət vermişdir, o, bu vəsatətini şikayətini və şikayəti verəcəyi məhkəməni dəqiqləşdirərək, yenidən şikayət vermək niyyətində olması ilə izah etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, cinayətprosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayətin məzmunu müvafiq tələblərə cavab vermədikdə məhkəmənin hazırlıq iclasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına çalışılmalıdır. Ona görə məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin hazırki mövqeyini, vəsatətini əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X4 vəsatəti əsasında, onun şikayətini və şikayəti verəcəyi məhkəməni dəqiqləşdirməsi üçün, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 qarşı şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 vəsatəti nəzərə alınaraq, onun X2 xüsusi ittiham qaydasında şikayəti geri qaytarılsın. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-559/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-559/2025
27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver