Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-56/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ev 9A, mənzil 30-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, “Melisapark” yaşayış massivi, ev 1, mənzil 4-də yaşayan, xx xxxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında, Şahid2 ilə yaxın münasibətdə olması səbəbindən Şahid2 qayınanası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun üzərinə hücum edərək sağ əli ilə çənəaltı nahiyəsindən tutub sıxaraq divan üzərinə yıxmış, Zərərçəkmiş şəxs divandan ayaq üstünə qalxdıqda o, qanunsuz hərəkətlərini davam etdirərək qəsdən sağ əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq və sillə zərbələri vuraraq Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aid boynunun yumşaq toxunmalarının xüsusən sağ tərəfli dərialtı qansızması, şişkinlik halında əzilməsi, sağ çənəaltı nahiyyənin və eyni adlı vəzinin şişkinlik halında əzilməsi, boyunun ön səthinin sıyrığı, sağ bazunun iç səthinin, döş qəfəsinin sol-ön səthinin qançırları kimi xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar təxminən 4 il olar ki, Şahid2 ilə tanış olmuşdur və aralarında iş birliyi münasibəti yaranmışdır. O, Şahid2lə avtomobillərin alqı-satqısı ilə məşğul olmuş, həm də restoran işlətmişlər. Həmin restoran M.Ə.Rəsulzadə qəsəbəsi, “İron” otelin qarşısında köhnə “Nübar” adlı restoran olmuşdur, indi onun adı “Gümüş qarden”dir. 2020-ci ilin fevral ayından Şahid2 keçmiş arvadı Şahid1 onun adından profil açaraq ünvanına nalayiq sözlər yazmışdır. Belə ki, Aysel onun profilinə şəkilini qoyaraq altından mobil nömrəsini və “100-150 manata görüşürəm” sözlərini yazmışdır. Bunu bildikdə o, bu barədə Şahid2 demiş, bundan sonra Aysel gələrək ondan üzr istəmişdir. Bundan əlavə, Şahid1 onun “Watsap” sosial şəbəkəsində qoyduğu şəkilləri götürmüş və Babəkin onunla rayonlara getdiyini bilmişdir. Sonradan ona aydın olmuşdur ki, Şahid1 qısqanclıqdan bunu etmişdir. Ona görə xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində o, Şahid2lə birlikdə onun atasının yaşadığı ünvan 1 ünvanına getmişdir ki, bu barədə Babəkin atası Əbülfətə məlumat versin. Həmin mənzildə onlar Əbülfətlə danışarkən Babəkin qayınanası Zərərçəkmiş şəxs oraya gəlmiş, onunla mübahisə edib üzərinə hücum etmiş, əlləri ilə bədəninin müxtəlif nahiyyələrindən cırmaq ataraq xəsarət yetirmişdir. Təxminən bir müddət sonra Şahid1 da gələrək onun üzərinə hücum etmiş və su qabını onun üzərinə atmışdır. Bundan sonra polis çağırılmış, oraya gələn polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Qeyd edilən hadisə bir-neçə dəqiqə ərzində olmaqla mənzilin daxilində baş vermiş, hadisə zamanı güclü səs-kuy olmamış və qonşular oraya gəlməmişlər, onları Babək ayırmışdır. Babəkin atası isə hadisələrə qarışmamışdır. Mübahisə ailə-məişət zəminində baş vermiş, bu zaman o, Zərərçəkmiş şəxs ilə dalaşmamış, onu əl ilə vurub bədən xəsarətləri yetirməmişdir. Mübahizə zamanı o, Zərərçəkmiş şəxs yalnız bir dəfə özündən itələmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmədiyi üçün barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi ev 17, mənzil 7-də qeydiyyatda olsa da, 2020-ci ilin may ayının əvvəllərindən etibarən Nizami rayonu, D.Aslan küçəsi ev 2, mənzil 17-də yaşayır. Belə ki, 2014-cü ildə qızı Aysel Şahid2 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Hazırda onların 2015-ci il təvəllüdlü Rauf və 2016-cı il təvəllüdlü Məhəmməd adlı övladları vardır. 2018-ci ildə Aysel bilmişdir ki, onun əri Babəkin Günay adlı şəxslə sevgi münasibətləri vardır. Həmin zaman Babək avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olduğundan Günayın onun müştərisi olduğunu bildirmişdir. Lakin sonradan Aysel 2018-ci ilin dekabr ayında Babəkin sosial şəbəkədəki “instaqram” profilində həmin Günayla dostluq etməsini görmüş və özü də “instaqram” səhifəsində Günaya dostluq göndərmişdir. Bundan sonra Günay Babəklə birlikdə əl-ələ tutduqları və çox yaxın münasibətdə olduqları fotoşəkillərini Ayselə göndərmişdir. Babək Günayla münasibətinin olmasını etiraf etmiş, amma ondan ayrılacağını bildirmişdir. Lakin bundan sonra Babək Günayla daha sıx görüşməyə başlamış, demək olar ki, hər gün bir yerdə olmuşlar, həmçinin bir yerdə restoran işlətməyə başlamışlar. Babək Ayseli və övladlarını həmin restorana aparmış, orada Günay Ayselə bildirmişdir ki, Babək onu sevir, əgər bacara bilirsə Babəki ondan ayırsın. Artıq Aysel başa düşmüşdür ki, Babəklə Günay mütəmadi olaraq hər gün bir yerdə vaxt keçirməklə yanaşı həyat tərzləri də uyğunlaşmışdır, Babək ailəsinə və övladlarına vaxt ayırmır, onlarla maraqlanmır, demək olar ki, hətta evə gəlmir. Buna görə də 2020-ci ilin may ayında Aysel Babəklə nikahının pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də həmin vaxtdan qızı Ayselin yanında yaşamağa başlamışdır ki, qızı gecələr tək qalmasın, həmçinin onun iki azyaşlı övladının böyümələrinə köməklik göstərsin. Babək də həmin vaxtdan öz mənzilinə gəlməmişdir. xx xxxx 2020-ci il tarixdə o, Ayselin evində iki azyaşlı nəvələri ilə birlikdə olarkən ev telefonuna zəng gəlmiş, cavab verdikdə zəng edən şəxs Günay olmasını bildirib ona və qızı Ayselin ünvanına nalayiq söyüşlər söymüşdür. O, həmin söyüşləri Babəkin atası Əbülfətə bildirmək üçün onun qonşuluqda olan mənzilinə daxil olmuş, ona bu barədə deyərkən, təxminən saat 16 radələrində Əbülfətin mənzilinin qapısı döyülmüşdür, Əbülfət ona demişdir ki, qapını açsın. O, giriş qapısına yaxınlaşıb qapını açmış, qapıda qarşısında olan Günay sağ əli ilə onun çənəaltı nahiyyəsindən tutub sıxaraq önə doğru aparmış, o, arxa tərəfə, yəni divanın üzərinə yıxılmış, Günay onu boğmağa davam etmişdir. Həmin vaxt orada olan Babək onları ayırmaq üçün Günayı arxadan tutaraq özünə doğru dartmışdır. O, divandan ayaq üstə durduqda Günay onun qarşısında olduğundan sağ əli ilə sifətinin və boynunun sağ tərəfindən bir neçə dəfə yumruq və sillə zərbələri vurmuşdur. Daha sonra Günay onu söyməyə başlayaraq döş qəfəsinin sol ön səthindən yumruq zərbələri vurmağa başlamışdır. Bundan sonra qızı Aysel də həmin mənzilə gəlmişdir. Aysel qapıdan içəri daxil olduqda Günay Ayselin üzərinə hücum edib, onun saçından tutmuş, bu zaman Ayselin əli stolun üzərində olan su stəkanına dəymişdir. Su stəkanı dağıldıqda Günay arxaya doğru çəkilmiş, içərisində su olan qrafini komodun üzərindən götürüb Ayselə atmış, lakin həmin qrafin Ayselə dəyməyərək yerə düşmüşdür. Bundan sonra bu hadisə barədə polisə məlumat verilmiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gedərək orada hadisə ilə əlaqədar ərizə yazmışdır. Hadisə Nizami rayonu, D.Aslan küçəsi ev 2, mənzil 20-də baş vermişdir, hadisə təxminən bir neçə dəqiqə ərzində davam etmiş və Günayın onu döyməsini Babək, onun atası Əbülfət, qızı Aysel görmüşlər, mənzildə başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir, onun barəsində qanunda nəzərdə tutulan qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, D.Aslan küçəsi ev 2, mənzil 17-də yaşayır, həmin evin 20-ci mənzilində isə qaynatası Şahid3 olur. 2014-cü ilin yazında Şahid2 ilə evlənmişlər, həmin nikahdan 2015-ci il təvəllüdlü X9 və 2016-cı il təvəllüdlü X3 anadan olmuşlar. 2018-ci ildə əri Babəkin Günay adlı şəxslə sevgi münasibətlərinin olmasını bilmişdir. Babək avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olur və Günayın onun müştərisi olduğunu bildirmişdir. Lakin sonradan, 2018-ci ilin dekabr ayında Babəkin sosial şəbəkədəki “instaqram” profilində həmin Günayla yaxınlıq etməsini görmüşdür və özü də “instaqram” səhifəsində Günaya dostluq göndərmişdir. Bundan sonra Günay Babəklə birlikdə əl-ələ tutduqları və çox yaxın münasibətdə olduqları barədə fotoşəkillərini ona göndərmişdir. Babək Günayla münasibətinin olmasını etiraf etmiş, amma ondan ayrılacağını bildirmişdir. Lakin bundan sonra Babək Günayla daha sıx görüşməyə başlamışlar, demək olar ki, hər gün bir yerdə olmuşlar, çox vaxt Babək evə gəlməmiş, uşaqlara baxmamışdır. O, öyrənmişdir ki, Babək Günayla bir yerdə M.Ə.Rəsulzadə qəsəbəsi, “İron” otelin qarşısında “Nübar” adlı restoran işlətməyə başlamışlar. Bir dəfə Babək onu uşaqları ilə birlikdə həmin restorana aparmış, orada Günay ona bildirmişdir ki, Babək onu sevir, əgər bacara bilsə Babəki ondan ayırsın. X18 məxsus “Lexsus” markalı avtomobili idarə edərək onları evlərinə gətirmişdir. Artıq o, başa düşmüşdür ki, Babəklə Günay mütəmadi olaraq hər gün bir yerdə vaxt keçirməklə yanaşı həyat tərzləri də uyğunlaşmışdır, ona görə Babək ailəsinə və övladlarına vaxt ayırmır, onlarla maraqlanmır, demək olar ki, evə gəlmir. Buna görə 2020-ci ilin may ayında o, Babəklə nikahlarının pozulmasına dair ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxtdan anası Xatirə onun yanında yaşamağa başlamışdır ki, o, gecələr tək qalmasın və azyaşlı övladlarının böyümələrinə köməklik göstərsin. Çünki, Babək həmin vaxtdan etibarən evə gəlməmişdir. xx xxxx 2020-ci il tarixdə o, kursda olanda anası azyaşlı uşaqları ilə birlikdə onların mənzilində qalmışdır. Təxminən saat 16 radələrindən əvvəl anası ona zəng edib təcili mənzilə gəlməsini istəmiş, demişdir ki, evə telefonuna zəng gəlmiş, zəng edən Günay olduğunu bildirib anasına və ona qarşı nalayiq söyüşlər söymüşdür. Anası sonra ona danışmışdır ki, qayınatası Əbülfətin mənzilinə getmiş, orada olanda təxminən saat 16 radələrində mənzilin qapısı döyülmüş, qayınatası Əbülfət ona bildirmişdir ki, qapını açsın. Anası giriş qapısına yaxınlaşıb qapını açanda Günay anasına hücum edərək onu döymüşdür. Bundan sonra o da həmin mənzilə gəlmiş və anasının döyülmüş vəziyyətdə olduğunu görmüşdür. Bu zaman Günay onun üzərinə hücum edərək saçından tutmuş, onun əli masanın üzərinə dəyərək stəkan dağılmışdır, Günay arxaya doğru çəkilmiş və komodun üzərindən içərisində su olan qrafini onun üstünə atmışdır, lakin qrafin ona dəyməmiş və yerə düşmüşdür. Dalaşma zamanı Günay ona əl-qol atmağa, onu itələməyə başlamış, nəticədə onun başının təpəsində və bədəninin müxtəlif hissələrində xəsarətlər əmələ gəlmişdir. Bu zaman Babək Günayı ondan aralamışdır. Hətta dalaşma qurtaranda da Günay oturub hələ də onları söymüş, polis gələndən sonra Babək Günayı götürüb aparmışdır. Onlar da 23-cü Polis Bölməsinə gedərək ərizə yazmışlar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, məcbur köçkün kimi “xxxx” ASC-nin inzibati binası olan Nizami rayonu, D.Aslan küçəsi ev 2, mənzil 20-də yaşayır. 2014-cü ildə oğlu Babək Şahid1 Qəhraman qızı ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Babəklə Aysel onların yaşadığı binada, yəni Nizami rayonu, D.Aslan küçəsi ev 2, mənzil 17-də yaşamışlar. Onların 2015-ci il təvəllüdlü X9 və 2016-cı il təvəllüdlü X3 adlı övladları vardır. X19 adlı şəxslə sevgi münasibətlərinin olmasını o, 2020-ci ilin əvvəlində bilmişdir. Lakin bu məsələnin dəqiqliyini bilmir, istəməmişdir ki, ailələri dağılsın və bu qadın söhbətlərinə qarışmamışdır. 2020-ci ilin may ayında Ayselin Babəklə nikahının pozulmasına dair ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etməsini də o, sonradan bilmişdir. Ayselin anası Zərərçəkmiş şəxs 2020-ci ilin təxminən may ayından eribarən Babəkin mənzilində yaşamağa başlamışdır. Aysel iyun ayının əvvəllərində Babəklə onun gəzdiyi Günayın bir yerdə olduqları şəkilləri ona göstərmişdir. O da bu barədə Babəkə irad bildirmiş, demişdir ki, ailəsini dağıtmasın. xx xxxx 2020-ci il tarixdə Xatirə gəlib ona demişdir ki, Babəkin gəzdiyi Günay ona zəng edərək onlara qarşı nalayiq söyüşlər söymüşdür. Xatirə onun mənzilində olarkən, təxminən saat 16 radələrində mənzilinə Günay və Babək də gəlmişlər, orada Günay Xatirə ilə dalaşmağa başlamışdır. Dalaşma zamanı Günay Xatirəni vurmuş və divanın üzərinə yıxmışdır. Bundan sonra gəlini Aysel də ora gəlmişdir, Aysel qapıdan içəri daxil olduqda Günay onun üzərinə hücum edib, saçından tutmuş, sonra içərisində su olan qrafini komodun üzərindən götürüb Ayselə atmışdır. Lakin həmin qrafin Ayselə dəyməmiş və yerə düşmüşdür. Bu zaman Babək dalaşanları ayırmağa çalışmışdır. Bundan sonra bu barədə DİN-nin “102” xidmətinə məlumat verilmiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Daha sonra onlar 23-cü Polis Bölməsinə gedərək orada ərizə ilə müraciət etmişlər. Mənzildə hadisə təxminən bir neçə dəqiqə davam etmiş, qeyd etdiyi şəxslərdən başqa mənzildə başqa şəxs və görən olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə restoran işlətmişlər. Günayla birlikdə olan şəkillərinə görə evdə söz-söhbət yaranmışdır. Günayla birlikdə Gəncəyə yox, Qax və Quba rayonlarına getdikləri vaxt şəkil çəkdirmişlər. xx xxxx 2020-ci il tarixdə Günay ona zəng etmiş, demişdir ki, gedib evdəkilərlə danışaraq məsələlərə aydınlıq gətirmək istəyir. O, razı olmasa da, Günay təkid etmiş, yolda gedərkən də təkid etməsinə baxmayaraq, Günay etiraz etmiş, onun atası ilə danışmaq istədiyini demişdir. Atasının yaşadığı ünvan 1 ünvanına getmişlər. Həmin vaxt təxminən saat 16 radələri olmuşdur. Mənzildə arvadı Ayselin anası Zərərçəkmiş şəxs da olmuşdur. Orada Günay qayınanası Xatirə ilə tutaşmış, Günay Zərərçəkmiş şəxs boğazından tutub sıxmış və əli ilə onu vurmuşdur. Zərərçəkmiş şəxs isə Günayı vurmamış, yalnız ona müqavimət göstərmişdir. X12 ayırmışlar. Bundan sonra Aysel də mənzilə gəlmiş, Günayla Ayselin arasında da mübahisə olmuş, onları da ayırmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsnun xx xxxx 2020-ci il tarixdə döyülərək bədən xəsarəti alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 426 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs boynun yumşaq toxunmalarının xüsusən sağ tərəfli dərialtı qansızması, şişkinlik halında əzilməsi, sağ çənəaltı nahiyyənin və eyni adlı vəzinin şişkinlik halında əzilməsi, boyunun ön səthinin sıyrığı, sağ bazunun iç səthinin, döş qəfəsinin sol-ön səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyası və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. (i.v. 26-27) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 429 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sol bazu oynağının arxa səthinin və sol bazunun ön-iç səthinin qançırları, boynun sağ-ön səthinin, döş qəfəsinin ön səthinin sağ köğrpücükaltı nahiyəsinin, sol körpücük nahiyəsinin, döş sümüyü nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcləri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sıyrıqların lokalizasiyası və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi xarakterikdir, digər xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. Qeyd olunan xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 32-33) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisənin ünvan 6 ünvanda baş verdiyini hal şahidlərinin iştirakı ilə göstərmişdir. (i.v. 41-42) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi göstərmiş, ifadəsində göstərdiklərini əyani olaraq təsvir etmişdir. (i.v. 84-87) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, baş vermiş qarşılıqlı dalaşma nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 dərəcəsi təyin edilməmiş bədən xəsarətləri yetirilməsi faktları üzrə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətanı törətmiş şəxsin (şəxslərin) müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. (i.v. 90-98) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 75) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 122-123) -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 xx xxxxxx 2009-cu il tarixdə, X8 xx xxxxxxx 2010-cu il tarixdə doğulmuşlar. X1, anaları Təqsirləndirilən şəxsdır. (i.v. 71-72) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6 ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı olmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işinin məhkəmə icraatı dövründə isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmiş, o, məhkəmə iclasına buraxılmışdır, ona görə həmin hissədə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 90 (doxsan) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-56/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-56/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver