Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-56/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 iyul 2023-cü il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 59 saylı binanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 2018-ci il buraxılışlı, «TM-200-5» markalı, 01 A 047 nömrəli motosikleti naqilləri vasitəsilə hərəkətə gətirərək idarə etməklə yaşadığı ünvan 2ına gətirib orada saxlamaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il tarixə keçən gecə, saat təxminən 01 radələrində təklikdə gəzə-gəzə əvvəllər fəhlə kimi işlədiyi «Neftçilər» metrostansiyasının yaxınlığına gəlmiş, metroya yaxın ərazidə binaların arası ilə gəzərkən bir binanın qarşısında motosikl görmüş, ətrafda heç kimin olmadığını görüb həmin motosiklı oğurlamaq qərarına gəlmişdir. Motosiklı oğurlayıb idarə edərək elə onunla Cəlilabada getməyi, sonra nömrəsini tullayıb nömrəsiz motosikl kimi rayondaxili idarə etməyi fikirləşmiş, bu məqsədlə motosiklı dayandığı yerdən sürüşdürüb bir qədər kənara çəkmiş və kənar bir yerdə naqillərini toqquşdurub mühərriki işə salmış, mühərrik işə düşdüyündən sükanın kilidi açılmış və o, motosikla əyləşib idarə edərək oradan uzaqlaşaraq Cəlilabad rayonuna gəlmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanıldıqda motosiklin yerini onlara bildirmişdir. Hazırda əməlindən çox peşmandır, həmin vaxt sərxoş olduğu üçün bu hərəkətlərə yol vermişdir. Özü X3 iştirakçısıdır, müxtəlif medallarla təltif olunmuşdur. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, İlqar onun qardaşıdır və onunla bir evdə yaşayır. Yaşadıqları evin zirzəmisində qara rəngli nömrəsiz motosikl görüb bu barədə İlqardan soruşanda o, demişdir ki, həmin motosiklı tanışlarından pul müqabilində alıb. İlqarın həmin zaman müəyyən qədər pulu olduğundan onun motosikl almasını təbii qəbul etmişdir. Lakin İlqar motosiklı kimdən və neçəyə alması barədə ona heç nə deməmiş, o da İlqradan ətraflı soruşmamışdır. 08 iyul 2023-cü il tarixdə polis əməkdaşı ona zəng vurub evə çağıraraq İlqarın evin zirzəmisində saxladığı motosiklı Bakı şəhərindən oğurladığını bildirmişlər. Bundan sonra polis əməkdaşları motosiklın şəklini çəkmiş və motosiklı götürüb aparmışlar. O, motosiklın oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, özü bir xeyli müddətdir ki, «Bolt» şirkətində kuryer işləyir və motosiklla xidmət edir. Əvvəllər özünün kiçik həcmli motosiklı olmuş və 2021 -ci ilin sonlarında daha iri həcmli motosikl almasına qərara gəlmişdir. 06 dekabr 2021 -ci il tarixdə Abşeron rayonu, Masazır kənd sakini X2 2400 manat nağd pul ödəməklə ona məxsus 2018-ci il buraxılışlı, 01 A 047 nömrəli, «TM-200-5» markalı motosiklı satın almışdır. Elçin ona həmin motosikla aid baş etibarnamə vermiş, sonra onun motosiklı öz adına sənədləşdirmək üçün rüsum ödəməyə maddi imkanı olmadığından onu etibarnamə ilə idarə etməyə davam etmiş və etibarnamənin bir il müddəti bitdiyindən 06 dekabr 2022-ci il tarixdə Elçin yenidən ona bir illik baş etibarnamə vermişdir. O, motosiklı yenə də etibarnamə ilə idarə etməkdə davam edib kuryer kimi işləmişdir. 03 iyul 2023-cü il tarixdə o, saat 21 radələrində yaşadağı Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 59 saylı binanın qarşısında özünə məxsus 01 A 047 nömrəli, «TM-200-5» markalı motosiklı saxlayıb yaşadığı mənzilə qalxmışdır. Motosiklın mühərrikini söndürmüş və açarları özündə olmuşdur. Motosiklı heç yerə bağlamamış, çünki onun mühərrikini söndürəndə sükanı kilidlənmiş vəziyyətdə olur, o da buna arxayın olub onu heç yerə hər hansı vasitə ilə bağlamamışdır. Növbəti gün, yəni 04 iyul 2023-cü il tarixdə səhər saat təxminən 08-09 radələrində işə getmək məqsədilə yaşadığı binanın qarşısına düşəndə motosiklın axşam saxladığı yerdə olmadığını görüb ətrafa baxıb onu tapa bilməmiş və oğurlandığını yəqin etdiyi üçün elə həmin gün 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yerinə 25-ci Polis Şöbəsinin əməkdaşları gəlib baxış keçirmiş, daha sonra o, ərizə və izahat yazmışdır. Təxminən 4-5 gün sonra Polis Şöbəsindən ona məlumat verilmişdir ki, onun motosiklını oğurlayan şəxs müəyyən edilmiş, həmin şəxsin adı İlqardır və onun barəsində Cəlilabad Rayon Məhkəməsində oğurluqla bağlı işi var. Həmçinin oğurlanmış motosiklı Cəlilabad rayonunda aşkar edilərək Şöbənin həyətinə gətirilmişdir. O, daha sonra Polis Şöbəsinə gedərək motosiklına baxmış və onu tanımışdır. Ona məlum olmuşdur ki, onu oğurlayan şəxs motosiklın üzərində müəyyən rəng işləri apararaq onun xarici görünüşünü cüzi formada dəyişmiş, həmçinin motosiklın üzərində çoxlu zədələr olmuş, hiss olunmuşdur ki, idarə edəndə onu aşırmışdır. Həmçinin motosiklın nömrə nişanı da onun üzərində olmamış, həmin ərəfədə internetdə onun motosiklının nömrə nişanının küçədə tapılması ilə bağlı kimsə paylaşım etmiş, o, həmin şəxslə əlaqə saxlayıb nömrə nişanını ondan götürmüş, həmin şəxs bildirmişdir ki, Babək prospektinə yaxın ərazidə nömrə nişanını yerdən tapmışdır. Bundan başqa motosiklı oğurlayan şəxs onun ban və mühərrik nömrələrini alətlə silmişdir. Çox güman ki, motosiklını oğurlayan şəxs onu hissələrə bölüb və ya nömrəsiz şəkildə satmaq fikri olmuşdur. Motosiklının zədələnməsi ilə bağlı ona servisdən verilən məlumata əsasən 1290 manat maddi ziyan dəymişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, iş üzrə alınmışq məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyilə razı deyil, o, həmin motosiklı 2400 manata almış və alandan sonra da az müddət istifadə etmiş, motosiklının oğurlanması nəticəsində ona 2400 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 iyul 2023-cü il tarixdə, saat 09 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzindən 25-ci Polis şöbəsinin növbətçi hissəsinə vətəndaş Zərərçəkmiş şəxs Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 59 saylı binanın qarşısında saxladığı motosiklının oğurlanması barədə məlumat daxil olmuş və vətəndaş özü də şöbəyə gələrək ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı təhqiqatçı tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən onlar tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Nəticə etibarilə 08 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “TM-200-5” markalı, 01 A 047 nömrəli motisiklı oğurlayan şəxsin Cəlilabad rayonu, Oğrubulaq kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayon məhkəməsi tərəfindən axtarışda olduğundan qeyd olunan məhkəmənin hakimi Elxan Əmirəliyev tərəfindən həbs edilmiş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə onlar şöbə rəhbərliyinə raport vermişlər. Daha sonra əməliyyat qrupu olaraq onlar Cəlilabad şəhərinə getmişlər və onun da iştirakı ilə oğurlanmış motosikıl maddi sııbut kimi götürülmüşdür. Belə ki, təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilərək motosikla baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “TM-200-5” markalı, 01 A 047 nömrəli motisiklın yaşadığı Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 59 saylı binanın qarşısından Təqsirləndirilən şəxs tərəfindən oğurlandıqdan sonra idarə olunaraq qardaşı Şahid1 yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsinə aparmaqla orada saxlaması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən motosiklın fotoşəkilləri çəkilmiş və götürmə ilə bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar protokolu imzalamışlar. İş materiallarında olan məhkəmə-əmtəəşünalıq ekspertizasının 9/5553-8/2130 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2018-ci il buraxılışlı, “TM-200-5” markalı, 01 A 047 nömrəli motosikletin normal vəziyyətdə 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1500.00 manat, zədəli vəziyyətdə isə 1200.00 manat müəyyən olunur. GB yaddaş tutumlu “İphone 13” markalı mobil telefonun satış üçün kolektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2023-cü ilin may ayına orta bazar qiyməti təxminən 1250,00 manat müəyyən olunur. 25 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 2018-ci il buraxılışlı, “TM-200-5” markalı, 01 A 047 nömrəli motosiklet maddi sübut qismində tanınmış və zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş qəbzdən görünür ki, 01 ədəd 2018-ci il buraxılışlı, “TM-200-5” markalı, 01 A 047 nömrəli motosiklet zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. 25 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cəlilabad Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materillarında olan İ-2827 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materillarında olan İ-4784 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materillarında olan İ-7986 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materillarında olan İ-1753 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin X3 iştirakçısı olmasını, döyüşlərdə fərqləndiyinə görə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Cəlilabad Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qismində qətimkan tədbiri seçildiyindən hazırkı iş üzrə barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “01 ədəd 2018-ci il buraxılışlı, “TM-200-5” markalı, 01 A 047 nömrəli motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından hər ay dövlət nəfinə 15 (on beş) faizi məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd 2018-ci il buraxılışlı, “TM-200-5” markalı, 01 A 047 nömrəli motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-56/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-56/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver