Məhkəmə qərarları › İş №1(007)-561/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-561/2024

16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-561/2024 16.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Masallı rayonunun Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs MMC-də mühasib vəzifəsində işləmiş, hazırda işləməyən, Masallı rayonunun Bədəlan kəndində qeydiyyatda olan, ünvan 4-də yaşayan, barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar 13 iyun 2024-cü il tarixdə tutulmuş və 14 iyun 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 27 sentyabr 2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını talayıb xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs 01 avqust 2023-cü il tarixli 04M nömrəli əmri ilə mühasib vəzifəsinə qəbul edilib işləyərkən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın qorunub saxlanılmasına birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş cinayət əməlini həyata keçirərək mühasib kimi maliyə əməliyyatlarının aparılması üçün Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən ona verilmiş ***-***-**-** nömrəli elektron “Asan imza” vasitəsi ilə cəmiyyətin Az57AİİB******************** nömrəli hesabından 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən “Karvansaray” ticarət mərkəzində olarkən müvafiq olaraq 500 və 5000 manat, 10 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti 38 ünvanında olarkən 2000 manat, 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, “Lökbatan dairəsi”ndə yerləşən “Karvansaray” ticarət mərkəzində olarkən 720 manat, 14 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında olarkən 4970 manat, sonuncu dəfə 16 avqust 2023-cü il tarixdə ünvan 4 ünvanında olarkən 5200 manat, ümumilikdə ona etibar edilmiş özgə əmlakı olan 18390 manat məbləğində xeyli miqdarda pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə elektron qaydada öz kart hesabına əmək haqqı adı ilə köçürüb mənimsəmə yolu ilə talayaraq Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayının əvvəllərində "xxxx" MMC-də mühasib işləyən tanışı ilə Bakı şəhərində görüşüb söhbət edərkən işsiz olduğunu bildirmiş, tanışı xarici ölkəyə getmək istədiyi üçün "xxxx" MMC-dən işdən çıxdığını, həmin şirkətin mühasib axtardığını bildirib orada işləməyini məsləhət görmüş, daha sonra o, şirkətin sahibi Eldar Zöhrabov və sonuncunun oğlu Nümayəndəla görüşmüş, öz aralarında danışıb söhbət etmiş, "xxxx" MMC-nin Eldar Zöhrabova, Zərərçəkmiş şəxs MMC-nin isə onun övladı Nümayəndə məxsus olması, hər iki şirkətin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində bir-birinin yanında yerləşməsi ona məlum olmuşdur. Aralarında danışıb razılaşdıqdan sonra o, aylıq 1300 manat əmək haqqı almağı müqabilində adı çəkilən hər iki şirkətdə mühasib kimi çalışmağa razılıq vermiş, beləliklə, o, "xxxx" MMC və Zərərçəkmiş şəxs MMC-yə mühasib qismində işə qəbul edilmişdir. 01 avqust 2023-cü il tarixdə onunla əmək müqaviləsi bağlanılmış, mühasib olduğundan hər iki şirkətin bütün sənədləri, o cümlədən “Asan imza”lar ona verilmişdir. Maddi cəhətdən sıxıntı çəkdiyi və xeyli miqdarda borcu olduğu üçün o, mühasibi olduğu şirkətin hesabından pul çəkib şəxsi ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Bu məqsədlə müxtəlif bəhanələr gətirərək işə çıxmaqdan imtina etmiş, 09 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək Zərərçəkmiş şəxs MMC-nin onda olan “Asan imza”sı vasitəsi ilə həmin şirkətin hesabından özünə məxsus olmaqla "xxxx" ASC tərəfindən verilmiş plastik əmək haqqı kartına hissəhissə olmaqla cəmi 18390 manat məbləğində pulu köçürmüşdür. Həmin məbləğdə pulu öz hesabına köçürməsi barədə heç kəsin məlumatı olmamış, pulu öz hesabına köçürdükdən sonra özünə məxsus plastik əmək haqqı kartı vasitəsi ilə həmin pulları hissə-hissə olaraq Bakı şəhərinin Yasamal və Nizami rayonları ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırıb çıxarmışdır. Sonuncu dəfə 5200 manat pulu o, Bakı şəhəri Nizami rayonu ərazisində yaşadığı mənzildə olarkən onda olan “Asan imza” vasitəsi ilə cəmiyyətin hesabından öz əməkhaqqı kartına köçürmüşdür. Belə ki, o, Zərərçəkmiş şəxs MMC-nin mühasibi vəzifəsində işlədiyinə görə maliyyə əməliyyatlarının aparılmasından ötrü cəmiyyətin ***-***-**-** nömrəli “Asan imza”sı onda olmuş, həmin “Asan İmza”dan istifadə etməklə Zərərçəkmiş şəxs MMC-nin Az57AİİB******************** nömrəli hesabından 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, “Lökbatan dairəsi”ndə yerləşən “Karvansaray” ticarət mərkəzində olarkən müvafiq olaraq 500 və 5000 manat, 10 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti 38 ünvanında olarkən 2000 manat, 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən Karvansaray ticarət mərkəzində olarkən 7,20 manat, 14 avqust 2023-cü il tarixdə ünvan 6 ünvanında olarkən 4970 manat, sonuncu dəfə 16 avqust 2023-cü il tarixdə ünvan 4 ünvanında olarkən 5200 manat, ümumilikdə 18390 manat məbləğində pulu öz əmək haqqı kartına köçürmüşdür. Etdiyi əməldən səmimi peşmandır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs MMC-yə vurduğu maddi ziyanı tam ödədiyini və MMC-nin rəhbərliyi ilə barışıq əldə etdiyini, 18390.00 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-ni təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur, şirkət ayrı-ayrı mağazalara qeyri-qida (oyuncaq) məhsullarının satışını həyata keçirir, şirkətin hüquqi ünvanı Bakı şəhəri Qarabağ rayonu Lökbatan qəsəbəsidir. Şirkətin mühasibi əvvəllər Ceyhun Qurbanov adlı şəxs olmuş, o, ailəsi ilə birlikdə xarici ölkəyə getdiyindən 2023-cü ilin iyul ayında işdən çıxmış, belə olan halda şirkətə mühasib kimi işçi işə götürmə zərurəti yaradığından X3 rayonu Bədəlan kənd sakini Təqsirləndirilən şəxs Afıq oğlunun mühasib işini yaxşı bildiyini və bu sahədə təcrübəsinin kifayət qədər olduğunu deyərək onu işə götürmələrini məsləhət bilmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs Afıq oğlu ilə görüşüb əmək haqqı və işin digər şərtləri barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs aylıq 550 manat əmək haqqı verilməsi şərti ilə cəmiyyətə mühasib kimi 01 avqust 2023-cü il tarixdə işə götürülmüşdür. Sonuncu ilə əmək müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs müəssisənin vergi işlərini görmək məqsədi ilə cəmiyyətə məxsus “Asan imza”lar təhvil verilmişdir. Təqsirləndirilən şəxs inandıqları üçün bununla razılaşmışdır. Təqsirləndirilən şəxs işə başladıqdan təxminən bir gün sonra, yəni 02 avqust 2023-cü il tarixdə qardaşının dənizdə batıb ölməsi ilə bağlı ona məlumat verib qardaşının yas mərasimində iştirak etmək üçün təcili olaraq Masallı rayonuna getməyə icazə istəmişdir. Orxana qardaşının yas mərasimində iştirak etmək üçün rayona getməsinə icazə vermiş, təxminən 4 gün keçdikdən sonra dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs işə qayıtmışdır. Orxan işə çıxdıqda təxminən bir-iki gün sonra atasının ürəyində ciddi problemlər yarandığını, anasının onu təcili olaraq Masallı rayonuna çağırdığını bildirib bu barədə ondan yenidən icazə istəmiş, ailə vəziyyəti ilə bağlı yenidən Orxana icazə vermişdir. Sonra o, Orxanla mobil telefon vasitəsi ilə əlaqə saxladıqda Orxan atasının vəziyyətinin pis olduğunu, atasının ürəyinə stend qoyulmalı olduğunu bildirmiş, həmin ərəfələrdə dəqiq xatırlamadığı tarixdə atasının əməliyyatına görə ondan borc olaraq 2400 manat pul istəmiş, həmin borcun əmək haqqıdan tutulmaqla geri ödənilməsinə razı olduğunu bildirmişdir. Atasının xəstə olmasını bildirdiyi üçün o, Orxana inanıb istədiyi pulu 1400 manat məbləğində hissəsini nağd şəkildə, 1000 manat hissəsini isə “milliön” aparatı ilə vasitəsi ilə pul göndərmişdir. Orxan qardaşının ölümünə və atasının əməliyyatına görə bəhanələr gətirib işə çıxmaqdan yayınmışdır. Həmin vaxtlar müəssisənin “Asan imza”sı Orxanda qalmış, “Asan imza” Orxanda olduğundan hər hansı əməliyyat apara bilmədiyi üçün Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrəsinə zəng edərək işə çıxmasını və “Asan imza”nı gətirməsini tələb etmişdir. Orxanın mobil nömrəsinə zəng çatmasına baxmayaraq telefonu götürməmişdir. O, Orxanın hərəkətlərindən şübhələnmiş və "xxxx" ASC-nin Sədərək filialına müraciət edərək müəssisənin bank hesablarını yoxlatdırmışdır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Az57AİİB******************** nömrəli hesabından 09 avqust 2023-cü il tarixdə 500 manat və 5000 manat, 10 avqust 2023-cü il tarixdə 2000 manat, 11 avqust 2023-cü il tarixdə 720 manat, 14 avqust 2023-cü il tarixdə 4970 manat, 16 avqust 2023-cü il tarixdə 5200 manat, ümumilikdə 18390 manat məbləğində pul vəsaitini özünə məxsus ******************** hesab nömrəli kartına əməkhaqqı olaraq köçürdüyünü müəyyən etmişdir. Orxan mühasib olduğu üçün şirkətin adına olan “Asan imza” nömrəsi və nömrənin istifadə edildiyi mobil telefon Orxanda olmuşdur. “Asan nömrə” onun öz adına olmuş, nömrə ***-***-**-** saylı nömrə olmuşdur. Qeyd etdiyi həmin dövrdə Təqsirləndirilən şəxs işdə olmamış, ona əmək haqqı yazılmamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin hesabından öz hesabına pulları əmək haqqı kimi köçürərək mənimsəmişdir. Orxan pulları Bakı şəhərində olarkən şirkətin hesabından öz hesabına köçürmüş və pulları Bakı şəhərində hansısa bankomatlardan çıxarıb mənimsəmişdir. Hansı bankomatdan pulları çıxarmasını isə o, bilməmişdir. Təqsirləndirilən şəxs yol verdiyi hərəkətlərdən şübhələndiyi üçün onun yaşadığı Masallı rayonu Bədəlan kəndinə gedərək qardaşının və atasının ölübölməməsi ilə bağlı maraqlanmış, yerli sakinlərlə apardığı söhbət zamanı Orxanın qardaşının və atasının vəfat etmədiyini öyrənmişdir. Daha sonra rəhbəri olduğu cəmiyyətdə sərbəst auditor yoxlaması keçirilməklə sərbəst audit aktı alınmış və ona ümumilikdə 18390 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. 18390 manat məbləğində maddi ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışıq əldə olunmuşdur, ona qarşı şikayət və tələbləri yoxdur. Bu barədə ərizəni ibtidai istintaq zamanı təqdim etmişdir, həmin ərizəni müdafiə edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ÇÇC-nin sabiq mühasibi Təqsirləndirilən şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə xeyli miqdarda öz əmlkaının mənimsənilməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Zərərçəkmiş şəxs MMC üzrə əmrlərdən çıxarışdan və müqavilədən görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixli 04M nömrəli əmrlə mühasib vəzifəsinə qəbul edilmiş, həmin tarixdə müəssisə tərəfindən onunla əmək və tam fərdi maddiməsuliyyət haqqında müqavilə bağlanmış, 20 noyabr 2023-cü il tarixli 04K nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. (i.v. 29-43) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair 06 noyabr 2023-cü il tarixli 9/8294 nömrəli rəyin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan əmək müqaviləsi, hesabdan çıxarış məlumatları və digər məlumatlardan göründüyü kimi, Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs hesabına köçürülmüş əsassız əməkhaqqı məbləği 18.390,00 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmamazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmamazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. (i.v. 57-60) - 30 sentyabr 2024-cü tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişiklik edilməklə həmin maddələrlə ona yenidən ittiham elan edilmiş, zərərçəkmiş şəxs Nümayəndə Təqsirləndirilən şəxs Afıq oğlu tərəfindən ondan 2400 manat pulun borc alınması hissəsində müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. (i.v. 237-243) -Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində 05 iyul 2024-cü il tarixdə təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən MMC-yə vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. (i.v. 151) -Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə 15 noyabr 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. - 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında olma müddəti 01 ay 12 gün həddində müəyyən edilmiş və o, məhkəmə iclas zalında azad edilmişdir. (i.v. 231-233) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 153-154) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərşəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında eyni zamanda zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ona (rəhbəri olduğu MMC-yə) vurduğu maddi ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, o, "xxxx" ASC-nin “Q.Qarayev” filialında 05 noyabr 2024-cü il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 18390 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 4598 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə (hüquqi şəxsin rəhbəri ilə) barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir; məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir, zərərçəkmiş şəxsə vurulan ziyan ödənildiyinə görə təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tam olaraq ödəyib barışıq əldə etdiyi və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan cəmi 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar