Məhkəmə qərarları › İş №1(007)-563/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-563/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-563/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsi li, subay, əvvəllər məhkum olunmamış, işsiz. ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 08 sentyabr 2024-cü il tarixdə "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis idarəsinin 24-cü Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,231 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri. Nizami rayonunun ərazisində yerləşən 'Lotos Ticarət Mərkəzi nin yaxınlığında üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manat pul müqabilində psixotrop maddə alıb, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 06 sentyabr 2024-cü il tarixdə saat 14:30 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanının qarşısında olduğu zaman 2 nəfər mülki geyimli kişi cinsli şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim edərək, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilmədiyi üçün saxlanıldığını və birlikdə Nizamı rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gəlmişdir. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələrim izah olunmuş, qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlamağında şübhəli olduğunu bildirib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərində videoçəkiliş aparılmaqla axtarış aparılacağı, və üzərində qanunsuz olaraq psixotrop maddə və ya əşya varsa, təcdim etməyi bildirilmişdir. O əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Lotos Ticarət Mərkəzinin yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatları ona molum olmayan şəxsdən özünün istifadəsi üçün 10 manat pul müqabilində almışdır. Həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenanti Şahid2 ifadəsində göstərmişdir ki, Emin adlı şəxsin mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanına gəlib-getməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan ondan və Nizami RPİ-nin 24-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nizamı rayonu, Qara Qarayev prospekti 69 ünvanında saxlanılmış, özlərini təqdim edərək, Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmişdir. İnzibati Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub, vəkil dəvət edilmişdir. Xidməti otaqda RPİ-nin 24-cü Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı İlqar Məmmədov özünü təqdim etmiş, X8-zadəyə və 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi qismində dəvət edilmiş Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək vıdeoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyini bildirib, qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung A41' markalı mobil telefonu çıxarıb, masanın üzərinə qoymuşdur. Həmin bükümdə ağ rəngli krıstallik maddə kütləsi aşkar edilmişdir. X8-zadə bu maddənin patı olduğunu, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən 'Lotos Ticarət Mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığın bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 'Zərflər üçün' nəzərdə tutulmuş 164 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə Şahid1 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Emin adlı həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və yaxalanması məqsədilə dərhal tərkibi ondan və Nizami RPİ-nin 24-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarot əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən Emin adlı həmin şəxsin olduğu yer müəyyən edilərək keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 06 09.2024-cü il tarixdə saat 14:30 radolərində Bakı şəhəri, Nizamı rayonu, Qara Qarayev prospekti 69 ünvanında saxlanılmışdır. Bu zaman cnlar özlərini Emin adlı şəxsə təqdim etmiş və onlar tərəfindən saxlanılmasının səbəbi Emin adlı həmin şəxsə izah edilərək sonuncu Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmişdir. İnzibati binada həmin şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək 25.04 1997-ci il tarixdə Bakı şəhərində anadan olması subay, orta təhsilli, əvvəllər məhkum olunmaması. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Mösüm Bəydəmirov küçəs ov 39 ünvanında qeydiyyatda olması və yaşaması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub, vokil dəvət edilmişdir Onlar tərəfindən Təqsirləndirilən şəxs xidməti otaqlardan birinə aparılmışdır Ru zaman xidməti otaqda RPİ-nin 24-cü Pol s şöbəsinin təhqiqatçısı, polis baş leytenantı İlqar Məmmədov özünü təqdim etmiş, sonra ayrı-ayrılıqda onlar özlərini təqdim etmişlər. Təhqiqatçı, polis baş leytenantı İlqar Məmmədov X8-zadəyə onların və 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi qismində dəvət edilmiş Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək vıdeoçəkilişlə üzərində şəxsi axtarış vo götürmə keçiriləcəyini bildirib, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Emin Salıııanzadədən etirazının olub-olmamasını soruşduqda, sonuncu hoç bir etirazının olmadığını bildirmişdir Münasibətini öyrəndikdən sonra təhqiqatçı polis baş leytenantı İlqar Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edi miş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə Frrin Sal narı-zadə əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli se lofan bükümü və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung A41' markalı mobil telefonu çıxarıb, masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı İlqar Məmmədovun göstərişinə əsasən onun tərəfindən açıldıqda bükümdə ağ rəngli krıstallik maddə kütləsi aşkar edilmişdir. Bu maddənin nə olmasına, kimdən və harada əldə etməsinə dair təhqiqatçı İlqar Məmmədov təıofindon sorğu-sual cdilərkon şübholı Enin Salman-zadə cavabında bu maddənin patı olduğunu, xx.xx.2024-cu ıl tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən 'Lotos Ticarət Mərkəzi nin yaxınlığında tanımadığı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığın bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 'Zərflər üçün' nəzərdə tutulmuş 164 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf onlar tərəfindən imzalanmışdır. Həmçinin də X8-zadənin təqdim etdiyi "Samsung A41" markalı mobil telefon gələcəkdə iş üçün maddi sübut əhəmiyyəti malik olması səbəbindən təhqiqatçı İlqar Məmmədov tərəfindən götürülmüşdür. Sonra təhqiqatçı, polis baş leytenantı İiqar Məmmədovun şübhəli şəxs Emin Salmanzadənin üzərində axtarışın davam etdirilməsi barədə göstərişinə uyğun olaraq onlar tərəfindən axtarış aparılmış lakin Təqsirləndirilən şəxs üzərindən götürülmüş psxotrcp maddədən başqa əhəmiyyət kəsb edən hər hansısa bır əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt vəkil Müdafiəçi X8-zadədən polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfndən hər hansısa psixi vo ya fiziki zorkalığa məruz qalıbqalmamasını soruşduqda sonuncu bu cür təsirlərə məruz qalmadığım bildirmişdir, ü. qeyd etmişdir ki, X8-zadənin üzərində şəxsi axtarış və götürmə keçirilərkən videoçəkilış Nizamı RPİ-nin 24-cü Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən aparılmışdır. Bundan sonra təhqiqatçı. polis baş leytenantı İlqar Məmmədov keçirilmiş şəxsi axtarış və götürmə ilə bağı protokolun tərtib ediləcəyini, həmçinin axtarış və gctürrnə hərəkətinin başa çatmasını elan etmişdir. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4501saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,231 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli 6101 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-9966, İ- 69084 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə və 09 yanvar 2021-ci il tarixli fəxri fərmanla təltif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, Vətən Müharibəsi iştirakçısı olmasını, əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 14:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş, dindirmə saat 09:30-da başa çatmış, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən vəsatət verilmiş, lakin ibtidai araşdrmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Yalnız bundan sonra təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Bununla da, faktiki olaraq Təqsirləndirilən şəxs, ibtidai istintaq dövründə 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu və saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 26 gün (on bir ay iyirmi dörd altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,181 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar