Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-563/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1989-cu il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu Xudat şəhəri, Azərbaycan küçəsi, ev 2-də qeydiyyatda olan, 14 iyun 2025-ci il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, 16 iyun 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 08 oktyabr 2025-ci il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 25 oktyabr 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: XXX Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin oktyabr ayında sosial şəbəkə vasitəsilə tanış olduğu Şahid qardaşı X1 həbsdən azad olunmasını istəməsi barədə məlumatı olduqdan sonra hər hansı hüquqi savada malik olmadığı halda, yaranmış əlverişli vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə edərək varlanmaq qərarına gələrək özünü Şahid və anası Zərərçəkmiş şəxs vəkil kimi təqdim edib Ağazaman Sadıxlının həbsdən azad olunması üçün məhkəmədə hüquqlarını müdafiə edəcəyinə dair yalan vəd verib aldadaraq, etibardan sui-istifadə etməklə bu adla Şahid anası Zərərçəkmiş şəxs ünvan 1 ünvanında olarkən özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 5101 1969 nömrəli bank kartından ona məxsus “Leobank”a aid 4098 585* **** 5904 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:35-də 400 manat, onun cinayətkar niyyətindən xəbərsiz olan tanışları X3 məxsus "xxxx" ASC-yə aid 4196 73** **** 4946 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə saat 12:19-da 500 manat, X2 məxsus "xxxx" ASC-yə aid 4169 73** **** 9821 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə saat 14:49-da 250 manat və saat 17:55-də 200 manat, özünün istifadəsində olan 5243 75** **** 6825 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə saat 01:29-da 250 manat, saat 11:06-da 200 manat və saat 15:43-də 190 manat, xx.xx.2024-cü il tarixdə saat 13:08-də 200 manat, X5 məxsus "xxxx" ASC-yə aid 4169 73** **** 3050 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə saat 00:30-da 38 manat, X4 məxsus "xxxx" ASC-yə aid 5239 15** **** 7527 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə saat 11:50-də 100 manat, özünün istifadəsində olan 5243 75** **** 3828 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə saat 18:57-də 30 manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 17:43-də ünvan 2 ünvanında yerləşən “Oba Market”in içərisində quraşdırılmış ödəniş terminalı vasitəsilə Güllü Nağıyevaya məxsus "xxxx" ASC-yə aid 5239 15** **** 7527 nömrəli bank kartının hesabına 47 manat olmaqla, ümumilikdə 2405 manat pul vəsaitinin köçürülməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin pul vəsaitlərini ələ keçirib zərəçəkmiş Zərərçəkmiş şəxs 2405 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş, müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət təqibinə və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ilə barışdığına, ona qarşı şikayət və tələbinin olmadığına dair ərizə vermişdir. Məhkəmə tədqiqi zamanı, zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə ittihamın faktiki mahiyyətinə uyğun ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi pul köçürmələrinə dair çıxarışlara baxış keçirilmiş, pul köçürmələrinə dair çıxarışlardan göründüyü kimi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 14:35-də 4098 585* ***** 5904 nömrəli “Unibank” kartının hesabına 400 manat, xx.xx.2024-cü il tarixdə saat 12:19-da 4196 73** **** 4946 nömrəli "xxxx" bank kartının hesabına 500 manat, xx.xx.2024-cü il tarixdə saat 14:49-da 4169 73** **** 9821 nömrəli "xxxx" bank kartının hesabına 250 manat və saat 17:55-də 200 manat, xx.xx.2024-cü il tarixdə saat 01:29-da 5243 75** **** 6825 nömrəli “Unibank” bank kartının hesabına 250 manat, saat 11:06-da 200 manat və saat 15:43-də 190 manat, xx.xx.2024-cü il tarixdə saat 13:08-də 4169 73** **** 9821 nömrəli "xxxx" bank kartının hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə saat 00:30-da 4169 73** **** 3050 nömrəli "xxxx" bank kartının hesabına 38 manat, saat 11:50-də 5239 15** **** 7527 nömrəli "xxxx" bank kartının hesabına 100 manat, saat 17:43-də 47 manat və saat 18:57-də 5243 75** **** 3828 nömrəli “Unibank” bank kartının hesabına 30 manat olmaqla ümumilikdə 2405 manat pul köçürmüşdür. (i.v. 165) - 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, XXX Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 310 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin aparılması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin aparılması rədd edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi pul köçürmələrinə dair çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmişdir. (i.v. 166-172) - 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi 14 iyun 2025-ci il tarixdə tutulmuşdur. (i.v. 108) - 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 141) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, XXX Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasının 28 oktyabr 2025-ci il tarixli, 3-16-17/42/2-6308/2025 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs 25 oktyabr 2025-ci il tarixdə tutularaq 27 oktyabr 2025-ci il tarixdə saxanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 1(006)-253/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən XXX Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2026-cı il tarixli 1(006)- 253/2025 nömrəli qərarından görünür ki, XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkəməyə verilmiş və iş üzrə məhkəmə baxışı təyin edilmiş, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli tələbnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində yuxarıda istinad edilən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qərarın, o cümlədən 6-cı və 7-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında XXX Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, XXX Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı nəzərə alınaraq, yuxarıda qeyd olunan əsaslarla təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla təqsirləndirilən şəxsin barəsindəki cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Məhkəmə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 1(006)-253/2025 nömrəli cinayət işi üzrə 16 aprel 2025-ci il tarixli qərarla onun barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq o, həbsdən azad edilməməlidir; cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən məhkəmə hesab edir ki, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 məhkəmə icraatının müvafiq mərhələsində təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir, məhkəmə icraatının sonrakı mərhələsində isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilsin. XXX Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 1(006)-253/2025 nömrəli cinayət işi üzrə 16 aprel 2025-ci il tarixli qərarla onun barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq o, həbsdən azad edilməsin. Zərərçəkmiş şəxs təqdim etdiyi pul köçürmələrinə dair çıxarışlar saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. XXX Təqsirləndirilən şəxs məhkəmə icraatının müvafiq dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-563/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-563/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver