Məhkəmə qərarları › İş №1(007)-564/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-564/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-564/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- ünvan 11kili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 sentyabr 2024-cü il tarixdə günorta saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin darvazasının olmadığından istifadə edərək darvaza yerinə qoyulmuş taxtaları kənara çəkib yaşayış sahəsinə qanunsuz olaraq daxil olub həyətdə olan hər birinin dəyəri 300 manat təşkil edən 17 ədəd dəmir seyf qapıları, 20 sentyabr 2024-cü il tarixdə günorta saatlarında eyni üsulla həmin həyətdə olan hər birinin dəyəri 110 manat təşkil edən 10 ədəd plastik qapıları və hər birinin dəyəri 100 manat təşkil edən 10 ədəd pəncərələri, 22 sentyabr 2024-cü il tarixdə günorta saatlarında eyni üsulla həmin həyətdə olan 1 m2-nin dəyəri 10 manat təşkil edən 60x60 ölçülü 150 m2 boz rəngli metlax, bir metrinin dəyəri 0,80 manat təşkil edən 600 metr uzunluğunda isti döşəmənin çəkilməsi üçün nəzərdə tutulmuş boruları və 820 manat dəyərində elektrik naqilləri olmaqla, ümumilikdə dəyəri 10000 manat təşkil edən təmir-tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 10000 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,724 qram olan psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 03 noyabr 2024cü il tarixdə saat 19:30 radələrində ünvan 3 ünvanının qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında baş vermiş oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-in 23-cü PB-nə gətirilib, PB-nin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz qaramtıl rəngli cins şalvarın qabaq sağ yan cibindən sarı rəngli kağıza bükülmüş bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,724 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,264 qram olan psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 aprel 2025-ci tarixdə saat 11:20 radələrində ünvan 6 ünvanının qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər cinayət törətdiyi üçün barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq heç bir üzürlü səbəb olmadan istintaqdan yayındığı üçün axtarışda olduğuna görə saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-in 23cü PB-nə gətirilib, PB-nin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,264 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Elçin ondan torpaq sahəsi almışdır. Zərərçəkmiş şəxs aldığı topaq sahəsində ev inşa etdirsə də darvaza qoymamışdır. Darvazanın yeri işlənmiş taxtalarla bağlanmışdır. Zərərçəkmiş şəxs məxsus həmin ünvanda yerləşən iki mərtəbəli evin darvazasının olmadığından istifadə edib, taxtaları kənara çəkərək həyətə daxil olmuş, həyətin bir tərəfinə yığılmış dəmir qapıları, plastik qapı və pəncərəni, döşəməni isitmək üçün borunu, müxtəlif təmir-tikinti materiallarını bir neçə dəfəyə götürüb müxtəlif yerlərdə satmışdır. 03 noyabr 2024-cü il tarixdə və 21 aprel 2025-ci tarixdə polis əməkdaşları onu saxlayarkən üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Ailənin yeganə qazanc gətirənidir, yetkinlik yaşına çatmayan bir övladı vardır. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, dəymiş ziyanla bağlı iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizəsinin yüngülləşdirici hal kimi nəzərə alınmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İstintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 ildən artıq müddətdir tanıdığı Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən boş torpaq sahəsini almışdır. Həmin torpaq sahəsində fərdi ev inşa etdirməyə başlamışdır. Təxminən 2 il mütəmadi olaraq həmin tikdirdiyi evinə gedib baxmışdır. Bir müddət digər işləri ilə bağlı qeyd olunan ərazidə tikinti-təmir işlərini dayandırmışdır. Həmin ərəfədə tikintiyə bir qədər gec-gec gəlməyə başlamışdır. 03 noyabr 2024-cü il tarixdə saat 15 radələrində qeyd olunan inşası tam başa çatdırılmamış evə gəldikdə orada olan hər birinin dəyəri 300 manat olan 17 ədəd dəmir seyf qapıların, hər birinin dəyəri 110 manat olan 10 ədəd plastik qapıların, hər birinin dəyəri 100 manat olan 10 ədəd pəncərələrin, 1 m² -nin dəyəri 10 manat olan 60x60 ölçülü 150 m² boz rəngli metlaxın, bir metrinin dəyəri 0,80 manat olan 600 metr uzunluğunda isti döşəmənin çəkilməsi üçün nəzərdə tutulmuş boruların və 820 manat dəyərində elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı Nizami RPİ-nin 23-cü PB-nə şikayət etmişdir. Araşdırma zamanı ona məxsus evdən ümumilikdə 10000 manat dəyərində təmir-tikinti materiallarının torpaq sahəsini aldığı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla görüşüb tutduğu əməldən peşman olduğunu bildirərək ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan münasibətləri nəzərə alaraq onlar barışmışlar. Müraciəti ilə bağlı başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxslə barışmağı və Əlidən heç bir şikayəti olmaması barədə rəsmi olaraq ərizə ilə müraciət edəcəkdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdiyi fərdi ev dörd tərəfdən hasara alınmışdır. Fərdi ev inşa etdirdiyi həyətin darvazası olmamışdır. Darvazanın yeri işlənmiş taxtalarla bağlanmışdır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdiyi fərdi evə daxil olmasına icazə verməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs usta kimi tanımışdır. Əli 15 sentyabr 2024-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı ünvan 7 ünvanına yaxınlaşaraq evində təmir işlərinə başlamışdır. Bu zaman Əli ona dəmir qapı və kafel almamağını, özündə olduğunu, öz qiymətinə satacağını bildirmişdir, o da, razılaşmışdır. Həmin vaxtdan təxminən 10 gün keçdikdən sonra Əli özü ilə bir ədəd işlənmiş, üzəri paslanmış, bir tağlı, nazik dəmirdən hazırlanmış, üzərində qıfılı və çərçivəsi olmayan qapı və iki qutu, hərəsində dörd ədəd olmaqla 08 ədəd 60X60 kafel gətirmişdir. O, Əliyə bir ədəd dəmir qapıya görə 50 manat, 08 ədəd 60X60-a olan kafelə görə isə 40 manat olmaqla, ümumilikdə 90 manat pul vermişdir. Əlidən aldığı kafellərin və dəmir qapının oğurluq olduğunu bilməmişdir. Əli onları satarkən ona özünün olduğunu bildirmişdir. Aldığı əşyaların Elçin adlı şəxsə məxsus olmasını bilməmişdir. 08 ədəd kafel və 01 ədəd dəmir qapı yaşadığı evin hətəyində olduğundan onları polis əməkdaşına təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 21 aprel 2025-ci il tarixdə saat 11:20 radələrində xidmətdə olarkən ünvan 6 ünvanının qarşısında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs saxlanılaraq ünvan 8 ünvanında yerləşən Nizami RPİ-in 23-cü PB-nə gətirilmişdir. Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasındakı xidməti otaqda hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Prima” markalı siqareti, 01 ədəd sarı rəngli alışqanı və gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə, deməsinə görə psixotrop maddə olan “patı” adlandırdığı maddəni çıxararaq təqdim etmiş, həmin maddəni Nizami rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, 03 noyabr 2024-cü il tarixdə saat 19:30 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ilə birlikdə ünvan 3 ünvanının qarşısında Əliyev X6 RPİ-in 23-cü PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisəsini törətməkdə və qanunsuz olaraq narkotik vasitələri əldə etmə və istifadəsində şübhəli olduğuna görə saxlanılaraq Nizami RPİ-in 23-cü PB-nə gətirilmişdir. Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasındakı xidməti otaqda hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz qaramtıl rəngli cins şalvarın sağ yan cibindən sarı rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə, deməsinə görə psixotrop maddə olan “patı” adlandırdığı maddəni çıxararaq təqdim etmiş, həmin maddəni Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa, 21 aprel 2025-ci il tarixdə saat 11:20 radələrində Nizami RPİ-in 23-cü PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ilə birlikdə ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olduğuna görə saxlanılaraq Nizami RPİ-in 23-cü PB-nə gətirilmişdir. Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasındakı xidməti otaqda vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə, deməsinə görə psixotrop maddə olan “patı” adlandırdığı maddəni çıxararaq təqdim etmiş, həmin maddəni Nizami rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4 istintaqda Şahid6 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən hal-hazıra kimi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən "Ət Kombinatı" kimi tanınan yerdə söküntü mallarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs isə təxminən 4-5 ay əvvəl telefon vasitəsilə tanımışdır. Belə ki, Əli adlı şəxs işlədiyi yerdə ona yaxınlaşaraq satlıq ikinci əl qapılar olduğunu bildirmiş və alıb-almamağını ondan soruşmuşdur. Əli bir ədəd işlənmiş dəmir, iki ədəd plastik qapını göstərmişdir. Qapıları dövlət qeydiyyat nişanını xatırlamadığı "Qazel" markalı avtomobillə gətirmişdir. O, qapılara avtomobilin yük yerində baxıb, hər üç qapıya görə ümumilikdə 140 manat pul verəcəyini bildirmişdir. Əli də onunla razılaşmışdır. O, 140 manat pulu işlədiyi obyektin qarşısında Əliyə verib, bir ədəd dəmir, iki ədəd plastik olmaqla, üç ədəd qapını avtomobilin yük yerindən düşürərək almışdır. Bundan sonra Əli də oradan çıxıb getmişdir. Sonradan Əlidən aldığı dəmir və plastik qapıların oğurluq olduğunu bilmişdir. Əli qapıları ona satarkən özünün olduğunu bildirmişdir. Sonradan polis əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə çağırılanda bütün bunları bilmişdir. Hər üç qapı və iki ədəd çərçivənin Elçin adlı şəxsə məxsus olduğunu öyrənmişdir. Həmin vaxt üç ədəd dəmir və iki ədəd plastik qapı çərçivəsi işlədiyi sexdə olduğundan həmin qapıları polis əməkdaşına da göstərmişdir. Dəmir qapılar paslanmış, köhnə, üzərində şüşə olmayan sökülmüş qapılar olmuşdur. Məhkəmə baxışında ifadəsi elan edilmiş istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir ildir Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən "Ət Kombinatı" kimi tanınan yerdə söküntü mallarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 4-5 ay əvvəl telefon vasitəsilə tanımışdır. Belə ki, Əli haradansa mobil telefon nömrəsini götürüb ona zəng edərək telefonla danışıq zamanı özündə sökülmüş ikinci əl qapılar olduğunu bildirmişdir. O, Əliyə işə gec gələcəyini demişdir. Əli telefonda ona qapıları işlədiyi yerə düşürəcəyini bildirmişdir. Telefonla danışdıqları gün axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən "Ət Kombinatı" kimi tanınan yerə işə gəlmişdir. Gələndə iki ədəd işlənmiş dəmir qapı çərçivəsi, üç ədəd də paslanmış dəmir qapı üstlərinin iş yerinin qarşısında olduğunu görmüşdür. Əli də iş yerinə gəlib çıxmışdır. Bu zaman o, aldığı iki ədəd çərçivəyə və üç ədəd dəmir qapı listinə görə Əliyə 90 manat pul vermişdir. Əli çıxıb getmişdir. Əli adlı həmin şəxslə əvvəllər heç bir tanışlığı olmadığından aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Həmin qapıların ustaya ehtiyacı olduğundan hər üç qapını və iki ədəd çərçivəni onunla eyni yerdə qaynaqçı işləyən Elmir adlı şəxsə göstərib, düzəltməsini xahiş etmişdir. Elmir qapıları düzəldib ona geri qaytarmağa vaxtı olmadığını, qapılar və çərçivələrin ona qalmasını, əvəzində ona 120 manat pul verəcəyini demişdir. O da, razılaşmışdır. Bundan sonra Elmir ona üç qapı və iki ədəd çərçivəyə görə ümumilikdə 120 manat pul vermişdir. Sonradan Əlidən aldığı dəmir qapılar və çərçivələrin oğurluq olduğunu bilmişdir. Əli qapıları ona satarkən özünün olduğunu bildirmişdir. O, sonradan polis əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə çağırılanda bütün bunları bilmişdir. Üç qapı və iki ədəd çərçivənin Elçin adlı şəxsə məxsus olduğunu öyrənmişdir. Üç ədəd dəmir qapı listləri və iki ədəd dəmir qapı çərçivəsi işlədikləri sexdə olduğundan onları polis əməkdaşına da göstərmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 03 noyabr 2024-cü il tarixdə saat 19:30-da ünvan 3 ünvanının qarşısında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə etmə və istifadəsində şübhəli olan Əliyev X6 RPİ-in 23cü PB-in əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq ünvan 8 ünvanında yerləşən Nizami RPİ-in 23-cü PB-nə gətirilmiş, ünvan 11kili X1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz qaramtıl rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Redmi 8” markalı mobil telefonu, sol yan cibindən bir ədəd “Kapital Bank” tərəfindən verilmiş bank kartını və bir ədəd “Bakı kart” nəqliyyat kartını, həmin şalvarın sağ yan cibindən sarı rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə, deməsinə görə psixotrop maddə olan “patı” adlandırdığı maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə narkotik vasitəyə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə “patı” olduğunu və həmin maddəni Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5125 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi, “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,724 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7142 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloyi dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 21 aprel 2025-ci il tarixdə saat 11:20-də ünvan 6 ünvanının qarşısında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə etmə və istifadəsində şübhəli olan, eyni zamanda axtarışda olan Əliyev X6 RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq ünvan 8 ünvanında yerləşən Nizami RPİ-in 23-cü PB-nə gətirilmiş, ünvan 11kili Müdafiəçi iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Prima” markalı siqareti, 01 ədəd sarı rəngli alışqanı və gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə deməsinə görə psixotrop maddə olan “patı” adlandırdığı maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə “patı” olduğunu və həmin maddəni Nizami rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1475 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs (imza) sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə, 1 ədəd bükümdə təmiz çəkisi 0,264 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 2261 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən BNM-də (F15x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və götürülmüş 0,724 qram və 0, 264 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,674 qram və 0,214 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış “qohumluq məlumatları” barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X8 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat aşkar olunmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib təkrar üzərində saxlamaqla daşıması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 4 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,674 qram və 0,214 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və xx.xx.2025-ci il tarixdən BNM-də (F15x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 48 iş saatı müddətinə bərabər olmaqla, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 528 (beş yüz iyirmi səkkiz) manat (48x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 4 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2(iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və xx.xx.2025-ci il tarixdən BNM-də (F15x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,674 qram və 0,214 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 48 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 528 (beş yüz iyirmi səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar