Məhkəmə qərarları › İş №1(007)-569/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-569/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-569/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Nizami küçəsi ev 84-də qeydiyyatda olan, 14 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxsin çantasından əmlakını çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyun 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin “Neftçilər” stansiyasının yeraltı keçidində Zərərçəkmiş şəxs belindən asılmış çantasından sonuncuya məxsus üzərində 10 manat dəyərində qabı, 10 manat dəyərində ekran qoruyucusu və “Azercell” mobil operatoruna aid 20 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 650 manat dəyərində “Redmi Note 10” markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 690 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, azadlıqda olduğu vaxtda heç bir yerdə işləməmiş, əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 03 iyun 2023-cü il tarixdə təxminən saat 18 radələrində "xxxx" QSC-nin “Neftçilər” stansiyasının yaxınlığında gəzmişdir. Həmin vaxt maddi durumu normal olmadığı üçün oğurluq etmək istəmiş, buna görə vətəndaşların sıx olduğu dayanacaqlara daxil olmuş, lakin avtobus dayanacaqları onun oğurluq etməsi üçün əlverişli olmamışdır. Oğurluq etməyi fikirləşən zaman qarşısından keçən əvvəllər tanımadığı, araşdırma zamanı adını bildiyi Zərərçəkmiş şəxs çiynindən asdığı çantadakı mobil telefon onun diqqətini cəlb etmiş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Buna görə o, Zərərçəkmiş şəxs təqib etməyə başlamışdır. Zərərçəkmiş şəxs “Neftçilər” metrostansiyasının keçidinə düşdükdə o da həmin şəxsin arxasınca getmişdir. “Neftçilər” metrostansiyasının keçidində Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb onun çiynindən asdığı və açıq vəziyyətdə olan çantasından mobil telefonu oğurlamış, sonra isə keçiddən çıxıb getmişdir. Keçiddən çıxdıqdan sonra həmin mobil telefonun “Redmi” markalı olduğunu görsə də modelini bilməmişdir. Bundan sonra həmin telefonu söndürmüş və üzərində olan mobil nömrəsini isə çıxarıb “Neftçilər” metrostansiyasının yaxınlığında tullamışdır. Sonradan oğurladığı mobil telefonu özü işlətmək qərarına gəlmiş və həmin telefonu özü işlətməyə başlamışdır. 14 iyun 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, polislərin təkili ilə o da özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər, orada o, oğurladığı mobil telefonu təqdim etmişdir. Zərərçəkmiş şəxs çantasından mobil telefonu oğurlayan zaman həmin şəxsin özü və ətrafda olan şəxslərdən onun telefon oğurladığını görən olmamış, bu işdə ona kömək edən də olmamış, cinayəti özü tək törətmişdir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin onunla barışdığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır, o, ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxaraq piyada Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasının yaxınlığına gəlmiş, orada yaşadığı ev üçün müəyyən bazarlıq etmişdir. Daha sonra isə yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt ona məxsus olan **********81277 və **********81235 imei kodlu ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi “Redmi Note 10” markalı mobil telefonu çiynindən asdığı çantada olmuşdur. Yaşadığı evə getmək üçün “Neftçilər” metrostansiyasının keçidinə düşmüşdür. Keçidin pilləkənlərində olan zaman özünə məxsus “Redmi Note 10” markalı mobil telefonunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Mobil telefonunu çiynindən adığı çantadan oğurlayan şəxsi görməmişdir. “Redmi Note 10” markalı mobil telefonu 650 manata, telefonun üzərində olan kaburanı 10 manata, ekran qoruyucusunu 10 manata, ***-***-**-** saylı GSM nömrəni 20 manata almışdır. Ona oğurluq zamanı 690 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünslıq ekspertizasının 18 avqust 2023-cü il tarixli 9/6174 nömrəli rəyində ona məxsus mobil telefonun 220 manat, telefon qabının 6 manat və ekran qoruyucusunun 5 manat dəyərləndirilməsi ilə razı deyildir. Çünki rəydə göstərilən qiymətlərlə ona reallıqda dəymiş maddi ziyan arasında fərq mövcuddur. Belə ki, **********81277 və **********81235 imei kodlu “Redmi Note 10” markalı mobil telefonu 650 manata, telefonun üzərində olan kaburanı 10 manata, ekran qoruyucusunu 10 manata, ***-***-**-** saylı GSM nömrəni 20 manata almış və ona ümumilikdə 690 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan hesablanan zaman həmin qaydada qiymətləndirilməsini xahiş etmişdir. Mobil telefonun üzərində olan ***-***-**-** saylı GSM nömrənin hesabında hər hansı bir məbləğdə pul vəsaiti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin cinayət axtarış bölməsinin kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Metropolitenində Polis İdarəsinin istintaq qrupunun müstəniqi tərəfindən verilmiş tapşırığa əsasən naməlum şəxs və ya şəxslər tərəfindən 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin “Neftçilər” stansiyasına aid yeraltı keçiddə Zərərçəkmiş şəxs çantasından **********81277 və **********81235 imei kodlu ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi “Redmi Note 10” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması və həmin naməlum şəxsin müəyyən edilməsi barədə tapşırıq və tapşırığa əlavə edilmiş video görüntünün qeyd edildiyi DVD disk daxil olmuşdur. DVD diskdə mövcud olan görüntülərdə kişi cinsindən olan naməlum şəxsin hərəkətləri əməliyyat marağı kəsb etdiyindən və həmin şəxsin oğurluq cinayəti törətməsi onlarda şübhə yaratdığından naməlum şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə onlar tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs xx xxxx 1975-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. 14 iyun 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə ünvan 5 ünvanının yaxınlığında olan zaman əlamətlərinin video görüntlidə olan kişi cinsindən olan şəxsə oxşar olan bir nəfər şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim etmiş, həmin şəxsin “Neftçilər” metrostansiyasına aid yeraltı keçiddə Zərərçəkmiş şəxs məxsus mobil telefonu çantasından oğurlamaqda şübhəli olduğunu bildirib ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etdikdə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə “Neftçilər” metrostansiyasında yeraltı keçiddə olan zaman bir nəfər tanımadığı qadının çantasından “Redmi Note 10” markalı mobil telefonu oğurladığını və hazırda həmin telefonun üzərində olduğunu demişdir. Tərəflərindən Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yerləşən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə aparılmış və bu barədə İdarə rəisinə raportla məruzə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə istintaq qrupunun müstəntiqinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq oğurladığı üzərində qabı, ekran qoruyucusu olan **********81277 və **********81235 imei kodlu “Redmi Note 10” markalı mobil telefonu istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid2, digər Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 05 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə, 03 aprel 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin “Neftçilər” stansiyasına aid yeraltı keçiddə X2 məxsus çantadan üzərində 10 manat dəyərində qabının, 10 manat dəyərində ekran qoruyucusunun və “Azercell” mobil operatoruna aid 20 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 650 manat dəyərində “Redmi Note 10” markalı mobil telefonun oğurlandığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin yeraltı keçiddə video müşahidə kamerası ilə qeydə alınmış video görüntülər DVD diskə köçürülərək götürülmüş və disk protokola əlavə edilmişdir. (i.v. 8-12) - 14 iyun 2023-cü il və 15 iyun 2023-cü il tarixli protokollardan görünür ki, hadisə yerinə baxış zamanı yeraltı keçiddə video müşahidə kamerası ilə qeydə alınmış video görüntülərin olduğu DVD diskə Zərərçəkmiş şəxs, daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 03 iyun 2023-cü il tarixdə saat 19:53 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" QSC- nin “Neftçilər” stansiyasına aid yeraltı keçidlə çıxışa doğru hərəkət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca hərəkət edir, pilləkənlərə çatan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxa tərəfinə çatan kimi geriyə doğru dönüb hərəkətini davam etdirir və bu zaman Zərərçəkmiş şəxs iki pilləkən hərəkət etdikdən sonra hərəkətini dayandırıb pilləkənlərdən geriyə doğru dönüb çantasını yoxlaya-yoxlaya yeraltı keçidə doğru qayıdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs məxsus mobil telefon aparatını oğurlamasını təsdiq etmişdir. (i.v. 21-23, 56-59) - 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, üzərində qabı və ekran qoruyucusu olan “Redmi Note 10” markalı mobil telefon müstəntiq tərəfindən Təqsirləndirilən şəxs götürülmüşdür. (i.v. 53-54) - 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs götürülmüş üzərində qabı və ekran qoruyucusu olan “Redmi Note 10” markalı mobil telefon Zərərçəkmiş şəxs təqdim edilmiş və Zərərçəkmiş şəxs üzərində qabı və ekran qoruyucusu olan “Redmi Note 10” markalı mobil telefonu tanıyaraq aksessuarları ilə birlikdə ona məxsus olduğunu bildirmişdir. (i.v. 60) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2023-cü il tarixli 9/9174 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 231 mnat müəyyən olunur. O cümlədən: 01 ədəd 64 GB yaddaş tutumlu “Redmi Note 10” markalı mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olması nəzərə alınmaqla - 220 manat, 01 ədəd istifadədə olmuş telefon qabı (kaburo) - 6 manat, 01 ədəd istifadədə olmuş ekran qoruyucu - 5 manat. (i.v. 116-118) - 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 avqust 2023-cü il tarixli 9/6174 nömrəli ekspert rəyi əsas götürülməməklə həmin rəy iş üzrə sübut növü kimi qiymətləndirilməmiş, “Redmi Note 10” markalı mobil telefonun 650 manat, telefonun üzərində olan telefon qabının 10 manat və ekran qoruyucusunun 10 manat olduğu nəzərə alınmış, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın miqdarı 690 manat həddində müəyyən edilmiş və həmin məbləğin Təqsirləndirilən şəxs elan olunmuş ittihama daxil edildiyi nəzərə alınmış, hadisə yeri olan ünvan 1 ünvanında yerləşən "xxxx" QSC- nin “Neftçilər” stansiyasına aid yeraltı keçiddə baxış aparılan zaman götürülmüş video görüntü olan “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və DVD disk iş materiallarına əlavə edilmiş, 14 iyun 2023-cü il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs götürülmüş üzərində qabı və ekran qoruyucusu olan “Redmi Note 10” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 121-130) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 44) - 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 84-87) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 avqust 2023-cü il tarixli tələbnamədən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 14 may 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132 və 128-ci maddələri ilə təqsirli bilinib, 1100 manat cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 06 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 12 avqust 2009-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2010-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 iyul 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 103-109) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 16 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş üzərində qabı və ekran qoruyucusu olan “Redmi Note 10” markalı mobil telefonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş üzərində qabı və ekran qoruyucusu olan “Redmi Note 10” markalı mobil telefonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 26 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 156 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar