Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-57/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1981-ci il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 30, mənzil 9-da yaşayan, 27 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyun 2022ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə əvvəlcədən cinayətkar əlaqəyə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 “X7” QSC-nə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən Vergilər Departamentinin qarşısında 1000 manat, 2021-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci km bazarı”nın yaxınlığında 1000 manat, ümumilikdə 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə əldə etdikləri pulu öz aralarında bölüb Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə əvvəlcədən cinayətkar əlaqəyə girərək təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 sonuncunun övladı Şahid1 “X7” QSC-nə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə 28 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 2000 manat, 30 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “8-ci km bazarı”nda 85 manat, ümumilikdə 2085 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə əldə etdikləri pulu öz aralarında bölüb Zərərçəkmiş şəxs2 2085 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 1(007)-57/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslərlə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata ona dair hissədə xitam verilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 1 ildən çoxdur ki, tanıyır. Samil Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda meyvə satmış, o da arabir Samilin yanına gedib söhbət etmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında Samil ona bir nəfər əslən İsmayıllı rayonundan olan İsmət adlı şəxsi tanıdığını, İsmətdən pul alaraq guya onu “X7” QSC-nə işə düzəldəcəklərini bildirmişdir. Samillə aralarında olan razılığa görə Samil onu “X7” QSC-nin əməkdaşı kimi təqdim etməli olmuşdur. Samil ona əldə edilən pulu yarı-yarıya böləcəklərini təklif etdikdə, o da Samillə razılaşmışdır. 2021-ci ilin oktyabr ayının sonlarında Samil İsmət adlı şəxslə görüş təyin etmiş və onlar İsmətlə Nərimanov rayonunda yerləşən parkın yaxınlığındakı Vergilər Departamentinin qarşısında görüşmüşlər. Görüş zamanı qabaqcadan razılığa əsasən Samil onu İsmətə “X7” QSC-nin əməkdaşı kimi təqdim etmişdir. İsmət Samilə şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini, 4 ədəd 3x4 ölçüdə fotoşəkil, həmçinin 1000 manat pul vermişdir. Samil də İsmətin yanında 1000 manat pulu ona vermişdir. Bundan sonra onlar ayrılmış və “8-ci km bazarı”na gəlmişlər. Bazarda əldə etdikləri 1000 manat pulu yarıya bölmüşlər. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında Samil yenidən İsmətə zəng vurub işin düzəlmək üzrə olduğunu bildirərək qalan 1000 manat pulu gətirməsini demişdir. Həmin vaxt Samil İsmətə “8-ci km bazarı”nın yaxınlığındakı adını bilmədiyi çayxanada görüş təyin etmiş və onlar İsmətlə orada görüşmüşlər. Samil İsmətə işin bir-iki günə düzələcəyini və təcili pul lazım olduğunu, eyni zamanda İsmətin “X7”nə QSC-nə məxsus idarələrdən birində yeməkxanada nəzarətçi vəzifəsinə işə düzələcəyini, 1500 manat məvacib alacağını bildirmişdir. Həmin vaxt İsmət Samilə 1000 manat pul vermiş, Samil də İsməti onu həmin yerdə işlədiyinə inandırmaq üçün pulu ona vermişdir. Samil İsməti yenidən işin düzləcəyinə dair əmin etmiş və onlar İsmətlə sağollaşaraq çayxanadan çıxıb “8-ci km bazarı”na getmişlər. Bazarda əldə etdikləri 1000 manat pulu yarıya bölmüşlər. Bundan başqa, 2021-ci ilin dekabr ayının əvvəllərində Samil “8-ci km bazarı”nda əslən Quba rayonundan olan Mayis adlı şəxsin meyvə satmaqla məşğul olduğunu, oğlunun işsiz olduğunu və onların da guya Mayisin oğlunu işə düzəldəcəklərini ona bildirmişdir. Samillə aralarında olan razılığa əsasən Samil Mayisə əvvəllər “X7” qapalı səhmdar cəmiyyətində işlədiyini, orada işdən çıxdığını, qohumunun həmin cəmiyyətin sədri olduğunu və onun da hazırda cəmiyyətdə menecer işlədiyini bildirəcəkdi. Həmçinin, Samil Mayisə guya oğlunu onun işə düzəldəcəyini bildirmişdir. Bir neçə gün sonra o, bazara getmiş, orada Samil onu Mayislə tanış etmiş və onlar Mayisin oğlu Sənanı işə düzəldilməsi ilə bağlı inandırıcı söhbətlər etmişlər. O, Mayisə oğlunun işi üçün “CV” hazırlamasını və həmin sənədi gəlib götürəcəyini bildirmişdir. Bundan üç gün sonra o, bazara gedərək “CV”-ni götürmüş və Mayisə guya rəhbərliklə danışdığını, oğlunu işə götürəcəklərini, ancaq bunun müqabilində 3500 manat pul lazım olduğunu bildirmişdir. Mayis ona o qədər pulunun olmadığını bildirdikdə, o, Mayisə indidən ona 2000 manat verməsini, işə düzələndən sonra 1500 manat oğlunun maaşından az-az götürəcəyini bildirmişdir. O, Mayisə oğlu Sənanın şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının surətlərini və 4 ədəd 3x4 ölçüdə şəkillərini hazırlamağını tapşıraraq gəlib götürəcəyini bildirmişdir. Bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayının 28-də Samillə birlikdə Mayisi Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 nömrəli binanın yanına çağırmışlar, Mayisdən Sənanın sənədlərinin surətlərini, şəkillərini və 2000 manat pul istəmişdir. Mayis də həm sənədləri, həm də 2000 manat pulu ona vermişdir, bundan sonra Mayisdən ayrılıb bazara getmişlər və 2000 manat pulu Samillə yarıya bölmüşlər. Bundan iki gün sonra, yəni dekabr ayının 30-da o, “8-ci km bazarı”na Mayisin yanına gedib Mayisdən oğlu Sənan üçün “X7” QSC-nin xəstəxanasından sağlamlıq haqqında arayış almaqdan ötrü həkimlərə şirinlik vermək adı ilə 85 manat pul almış və oğlunun guya yanvar ayının 6-da işə çıxacağını bildirmişdir. Mayisdən əldə etdiyi 85 manat pulun da yarısını bazarda Samilə vermişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Mayis ona zəng vurub oğlunun işi ilə maraqlandıqda, o, Mayisə hələ gözləməsini, səbirli olmasını, işin düzələcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə də Mayis zəng vurub işi ilə maraqlandıqda, o, hər dəfə müxtəlif bəhanələr gətirərək ona gözləməsini demişdir. Təxminən 2022-ci il yanvar ayının sonlarında Mayisi inandırmaq üçün bazara gedib Mayisə narahat olmamasını, uzağı fevral ayının 1-də oğlunun işə çıxacağını bildirmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Mayis ona zəng vurub işin nə yerdə olduğunu soruşduqda, o, çarəsiz qalaraq Mayisə oğlunun işinin düzəlmədiyini, yalandan uzağı mart ayının 1-nə kimi pulu qaytaracağını bildirmiş, lakin həmin pulu qaytarmamış, öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etdiyini, himayəsində iki azyaşlı uşağı olduğunu, ailədə yeganə işləyən şəxs olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 1 ildən çoxdur ki, tanıyır. Zərərçəkmiş şəxs1 ilə İsmayıllı rayonu, İsmayıllı qəsəbəsində yerləşən fərdi yaşayış evini təmir etdiyindən tanış olmuşdur. O, İsmətin evini təmir edən zamanlarda İsmətin işsiz olduğunu bilmiş və pula ehtiyacı olduğundan İsməti işə düzəltmə adı ilə aldadıb pul almaq qərarına gəlmişdir. 2021-ci ilin oktyabr ayında o, alma almaq məqsədi ilə İsmətin İsmayıllı rayonunda olan evinə gedən zaman İsmətə həyat yoldaşının qohumunun “X7” idarəsində işlədiyini, onu həmin idarədə işə düzəldə biləcəyini və İsməti guya işə düzəltməyinin qarşılığında 4000 manat pul lazım olduğunu demişdir. Aralarında olan razılığa əsasən İsmət həmin pulun 2000 manatını əvvəlcədən, qalan 2000 manatını isə işə düzəldəndən sonra verməli olmuşdur. Bundan sonra o, Bakı şəhərinə gəlmiş və tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Bu zaman Ceyhuna bir nəfər əslən İsmayıllı rayonundan olan İsmət adlı şəxsi tanıdığını və İsmətdən pul alaraq guya onu “X7” QSC-nə işə düzəldəcəklərini bildirmişdir. Ceyhunla aralarında olan razılığa görə o, Ceyhunu “X7” QSC-nin əməkdaşı kimi təqdim etməli olmuşdur. Həmçinin, o, Ceyhuna əldə edilən pulu yarı-yarıya böləcəklərini təklif etdikdə, Ceyhun da onunla razılaşmışdır. 2021-ci ilin oktyabr ayının sonlarında o, İsmətlə görüş təyin etmiş və onlar İsmətlə Nərimanov rayonunda yerləşən parkın yaxınlığındakı Vergilər Departamentinin qarşısında görüşmüşlər. Görüş zamanı qabaqcadan razılığa əsasən o, Ceyhunu İsmətə “X7” QSC-nin əməkdaşı kimi təqdim etmişdir. Bundan əlavə, o, İsməti inandırmaq üçün İsmətdən şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini, 4 ədəd 3x4 ölçüdə fotoşəkil istəmişdir. İsmət qeyd edilən sənədləri və 1000 manat pulu ona vermişdir. O da İsmətin yanında 1000 manat pulu Ceyhuna vermişdir. Bundan sonra onlar ayrılmışlar və Nizami rayonunda yerləşən “8-ci km bazarı”na gəlmişlər. Bazarda əldə etdikləri 1000 manat pulu yarıya bölmüşər. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında o, yenidən İsmətə zəng vuraraq guya işin düzəlmək üzrə olduğunu bildirmiş və qalan 1000 manat pulu gətirməsini demiş, “8-ci km bazarı”nın yaxınlığındakı adını bilmədiyi çayxanada görüş təyin etmiş və onlar həmin yerdə görüşmüşlər. O, İsmətə işin bir-iki günə düzələcəyini, buna görə təcili pul lazım olduğunu, “X7”nə məxsus idarələrdən birində yeməkxanada nəzarətçi vəzifəsinə işə düzələcəyini, 1500 manat məvacib alacağını bildirmişdir. İsmət ona 1000 manat pul vermiş və o da İsməti Ceyhunun “X7”ndə işlədiyinə inandırmaq üçün həmin pulu Ceyhuna vermişdir. O, İsməti yenidən işin düzələcəyinə dair əmin etmiş və onlar İsmətlə sağollaşaraq çayxanadan çıxıb “8-ci km bazarı”na getmişlər. Bazarda əldə etdikləri 1000 manat pulu yarıya bölmüşlər. Bundan sonra İsmət onunla əlaqə saxlayaraq işin düzəlməsi barədə maraqlananda hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini, lakin bəzi səbəblərdən gecikmə olduğunu demişdir. Bir neçə müddət sonra İsmət onunla telefon əlaqəsi saxladıqda, o, işin alınmadığını bildirərək İsmətə 2022-ci ilin mart ayının ortalarında pulu verəcəyini bildirmiş, lakin həmin pulu İsmətə qaytarmamışdır. Bundan başqa, 2021-ci ilin dekabr ayının əvvəllərində Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda oğlu ilə birlikdə meyvə satışı ilə məşğul olan əslən Quba rayonundan olan Mayis adlı şəxslə tanış olmuşdur. Ona pul lazım olduğundan həmin şəxsi də aldadaraq pulunu ələ keçirmək istəmişdir. O, Mayisə nə üçün cavan oğlunu bazarda işlətdiyini, niyə onu bir hökumət işinə düzəltmədiyini demişdir. Mayis ona iş tapmaqda çətinlik çəkdiyini, işə düzəltməsi üçün heç bir tanışının olmadığını bildirmişdir. O, Mayisə əvvəl Bakı “X7” qapalı səhmdar cəmiyyətində işlədiyini, orada işdən çıxdığını, lakin qohumunun həmin cəmiyyətin sədri olduğunu, hazırda keçmiş iş yoldaşı Ceyhun adlı şəxsin orada menecer işlədiyini, Ceyhundan xahiş edərək onun oğlunu işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Ceyhunla görüşmüş və bu barədə söhbət etmişlər, o, Ceyhuna Mayis adlı şəxsə bu barədə demiş, Ceyhuna özünün “X7” QSC-də menecer işlədiyini bildirməsini tapşırmışdır. Bundan başqa, o, Ceyhuna əldə etdikləri pulu bərabər böləcəklərini təklif etmişdir. Ceyhun da onunla razılaşmışdır. Bir neçə gün sonra Ceyhun bazara gəlmiş və o, Mayisi Ceyhunla tanış etmişdir. X3 işə düzəldilməsi ilə bağlı inandırıcı söhbətlər etmişlər. Ceyhun Mayisə oğlunun işi üçün “CV” hazırlamağını və gəlib həmin sənədi götürəcəklərini bildirmişdir. Bundan 3 gün sonra Ceyhun bazara gələrək “CV”-ni götürmüş və Mayisə guya rəhbərliklə danışdığını, oğlunu işə götürəcəklərini, ancaq bunun müqabilində 3500 manat pul lazım olduğunu bildirmişdir. Mayis o qədər pulunun olmadığını bildirdikdə, Ceyhun Mayisə indidən 2000 manat verməsini, işə düzələndən sonra 1500 manatı oğlunun maaşından az-az götürəcəyini bildirmişdir. X4 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının surətlərini və 4 ədəd 3x4 ölçüdə şəkillərini hazırlamasını tapşıraraq çıxıb getmişdir. Bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayının 28-də o, Ceyhunla birlikdə Mayisi Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 nömrəli binanın yanına çağırmışlar, o, Mayisdən Sənanın sənədlərinin surətlərini, şəkillərini və 2000 manat pul istəmişlər. Mayis həm sənədləri, həm də 2000 manat pulu Ceyhuna vermiş və sağollaşaraq ayrılmışlar. O, Ceyhunla bazara gedərək 2000 manat pulu yarıya bölmüşlər. Bundan iki gün sonra, yəni dekabr ayının 30-da Ceyhun “8-ci km bazarı”na Mayisin yanına gedib Mayisdən oğlu Sənan üçün “X7” QSC-nin xəstəxanasından sağlamlıq haqqında arayış almaqdan ötrü həkimlərə şirinlik vermək adı ilə 85 manat pul almış və oğlunun guya yanvar ayının 6-da işə çıxacağını bildirmişdir. Ceyhunun Mayisdən aldığı 85 manat pulun yarısını da ona vermişdir. Bundan sonra Mayis Ceyhuna zəng vuraraq işin hansı mərhələdə olduğunu soruşmuşdur. Ceyhun isə müxtəlif bəhanələr gətirərək işin gecikdiyini bildirmişdir. 2022-ci ilin fevral ayından isə Mayis ona Ceyhunla tanış etdiyi üçün bu işə onun cavabdeh olduğunu bildirərək ondan verdiyi pulları tələb etmişdir. O isə Mayisə narahat olmamasını, Ceyhunla danışaraq pulunu qaytaracağını bildirsə də, Mayisin pulunu geri qaytarmamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2-3 il əvvəl İsmayıllı rayonu, İsmayıllı qəsəbəsində yerləşən fərdi mənzilini təmir etdirən zaman Samil adlı usta ilə tanış olmuşdur. Samil həmin vaxtlarda onların mənzilini öz usta yoldaşları ilə birlikdə təmir etmişlər. Samil onların mənzilini təmir edən zamanlarda onun işsiz olduğundan xəbərdar olmuşdur. Samil ustalıq etməklə bərabər, həm də İsmayıllı rayonunun müxtəlif yerlərindən alma alaraq Bakı şəhərində satmaqla məşğul olmuşdur. 2021-ci ilin oktyabr ayında Samil alma almaq məqsədi ilə İsmayıllı rayonunda olan evə gələn zaman ona həyat yoldaşının qohumunun “X7” idarəsində işlədiyini, onu həmin idarədə işə düzəldə biləcəyini demişdir. Samil onu işə düzəltməsinin qarşılığında 4000 manat pul lazım olduğunu demişdir. Samillə aralarında olan razılığa əsasən həmin pulun 2000 manatını əvvəlcədən, qalan 2000 manatını isə işə düzəldəndən sonra verməli olmuşdur. 2021-ci ilin oktyabr ayının sonlarında Samil ona zəng edərək 2000 manat pulun 1000 manatını çatdırmasını istəmişdir. O, oktyabr ayının sonlarında Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən Vergilər Departamentinin yaxınlığında görüşərək Samilə 1000 manat pul vermişdir. Samil həmin görüşə tanışı Ceyhun adlı şəxslə birlikdə gəlmiş və Samil də verdiyi pulu yanında gətirdiyi həmin Ceyhuna vermişdir. O, Ceyhunu ilk dəfə orada görmüşdür. Samil Ceyhunun onun işə düzələcəyi idarədə işlədiyini bildirmişdir. Samil pulu ondan alandan sonra işinin noyabr ayının ortalarına kimi həll olunacağını demişdir. O, qeyd olunan pulu Samilə verən zaman özünə məxsus sənədlərin surətlərini də Samilə vermişdir. 2021-ci ilin noyabr ayının ortalarında Samil yenidən onunla əlaqə saxlayaraq işinin 1-2 gün ərzində düzələcəyini demiş, bu səbəbdən qalan 1000 manatı verməsini istəmişdir. Noyabr ayının 14-15 tarixlərində o, Samillə Nizami rayonu “8-ci km bazarı” yaxınlığında adını bilmədiyi çayxanada görüşmüş və orada Samilə 1000 manat pul vermişdir. Samil həmin görüşə də Ceyhunla birlikdə gəlmiş və onun Samilə verdiyi pulu Samil yenə Ceyhuna vermişdir. Samil ona “X7”nə məxsus idarələrdən birində yeməkxanada nəzarətçi vəzifəsinə işə düzəldəcəyini, 1500 manat məvacib alacağını demişdir. O, noyabr ayının sonlarına yaxın Samillə əlaqə saxlayaraq işinin düzəlməsi barədə maraqlananda Samil hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini, lakin bəzi səbəblərdən gecikmə olduğunu demişdir. O, bir müddət sonra yenidən Samillə telefon əlaqəsi saxladıqda, Samil ona 2022-ci ilin mart ayının ortalarında pulu verəcəyini bildirsə də, pulunu ona geri ödəməmişdir. Baş vermiş hadisə nəticəsində ona ümümilikdə 2000 manat maddi ziyan dəymişdir. Bununla əlaqədar Ceyhun və Samilin barələrində şikayət etmiş, polislər tərəfindən aparılan araşdırma zamanı həmin şəxslər əməllərini etiraf etmişlər. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduqları maddi ziyanı tamamilə ödəmişlər, onlarla barışmışdır, onlara qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, çörək pulu qazanmaq üçün oğlu Sənanla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda meyvə satışı ilə məşğul olmuşlar. 2021-ci il dekabr ayının əvvəllərində onunla yanaşı təxminən 3 aydır alver edən İsmayıllı rayonundan olduğunu deyən, təxminən 50-52 yaşlarında olan Samil adlı bir nəfər ona nə üçün cavan oğlunu bazarda işlətdiyini, niyə onu bir hökumət işinə düzəltmədiyini soruşmuşdur. O, Samilə indi iş tapmağın çətin olduğunu, onun da heç bir tanışı olmadığını bildirmişdir. Samil ona əvvəl "xxxx" qapalı səhmdar cəmiyyətində işlədiyini, oradan işdən çıxdığını, lakin qohumunun həmin cəmiyyətin sədri olduğunu, hazırda keçmiş iş yoldaşı Ceyhunun orada menecer işlədiyini, Ceyhuna bu barədə deyərək oğlunu işə düzəldə biləcəyini bildirmişdir. O da Şamilin yaşına görə dediklərinə inanmışdır. Həmin söhbətdən təxminən 3 gün sonra Şamilin dediyi Ceyhun adlı şəxs onun yanına gəlmiş, Samil onu Ceyhunla tanış etmiş və oğlu Sənanı işə düzəltməsi ilə bağlı Ceyhunla onun yanında söhbət etmişdir. Ceyhun ona oğlunun işi üçün “CV” hazırlamağını və gəlib həmin sənədi götürəcəyini bildirmişdir. Bundan üç gün sonra Ceyhun gəlib oğlunun “CV”-ni götürmüş və ona rəhbərliklə danışdığını, oğlunu işə götürəcəyini, ancaq bunun müqabilində 3500 manat verməli olduğunu bildirmişdir. O, Ceyhuna bu qədər pulu olmadığını bildirdikdə, Ceyhun ona indidən 2000 manat verməsini, işə düzələndən sonra 1500 manatı oğlunun maaşından az-az götürəcəyini bildirmişdir. Ceyhun Sənanın şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının surətlərini və 4 ədəd 3x4 ölçüdə şəkillərini hazırlamağını ona tapşıraraq gəlib götürəcəyini bildirmişdir. O, Ceyhunla razı olmuşdur. Sənan üçün deyilən sənədləri hazırlamışlar, bundan xeyli sonra, yəni 2021-ci ilin dekabr ayının 28-də Ceyhun Samillə birlikdə onu kirayədə qaldığı Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 nömrəli binanın yanına çağırmışlar, o, həmin yerə gedib onlarla görüşmüşdür. Ceyhun ondan oğlu Sənanın sənədlərinin surətlərini, şəkillərini və ilkin olaraq 2000 manat pul istəmişdir. O, həm sənədləri, həm də 2000 manat pulu Ceyhuna vermişdir. Bundan iki gün sonra, yəni dekabr ayının 30-da Ceyhun “8-ci km bazarı”na yanına gəlib ondan Sənan üçün "xxxx" qapalı səhmdar cəmiyyətinin xəstəxanasından sağlamlıq haqqında arayış almaqdan ötrü həkimlərə şirinlik vermək üçün 85 manat pul almış və oğlunun yanvar ayının 6-da işə çıxacağını bildirmişdir. Lakin, Ceyhunun söz verdiyi kimi, 2022-ci il yanvarın 06-da Sənanı işə çağıran olmamışdır. O, Ceyhunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub oğlunun işi ilə maraqlandıqda, Ceyhun ona hələ gözləməyini, səbirli olmağını, işin düzələcəyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Ceyhunla telefonla danışıb oğlunun işi ilə maraqlandıqda, Ceyhun hər dəfə müxtəlif bəhanələr gətirərək, gözləməyini bildirmişdir. Təxminən 2022-ci il yanvar ayının 25-də Ceyhun bazara gəlmiş və ona narahat olmamağı, uzağı fevral ayının 1-də oğlunun işə çıxacağını bildirmişdir. Lakin, yenə də oğlunu qeyd edilən vaxta qədər işə çağıran olmamışdır. O, Ceyhuna zəng vurub işin nə yerdə olduğunu soruşduqda, Ceyhun oğlunun işinin düzəlmədiyini, uzağı mart ayının 1-nə kimi pulu qaytaracağını bildirmişdir. Həmin gündən sonra dəfələrlə Ceyhuna zəng vurmuş, ancaq zəng çatsa da, Ceyhun telefonu açmamışdır. Belə olduğu təqdirdə, o, Samilə onu Ceyhunla tanış etdiyini, Samilin də bu işə cavabdeh olduğunu bildirmişdir. Samil isə ona narahat olmamağını, Ceyhunla danışaraq pulunu qaytaracağını bildirmişdir. Həmin vaxtdan sonra Samil də artıq bazara gəlməmiş və onun zənglərinə cavab verməmişdir. Ona görə o, Ceyhun və Samilin barələrində ərizə ilə Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciət etmişdir. Polislər tərəfindən aparılan araşdırma zamanı həmin şəxslər əməllərini etiraf etmişlər. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduqları maddi ziyanı tamamilə ödəmişlər, onlarla barışmışdır, onlara qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, şahidin zərərçəkmiş şəxs (atası) Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Cinayət işi üzrə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayının sonlarında dayısı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq ehtiyacı olduğu üçün ondan 300 manat borc istəmişdir. O, heç bir problemin olmadığını bildirərək istədiyi pulu verəcəyini bildirmişdir. 28 dekabr 2021-ci il tarixdə dayısı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq pulu ondan götürmək istədiyini bildirmişdir. O da dayısına olduğu yerə gələcəyini bildirmişdir. O, dayısının kirayə yaşadığı ünvan 4 ünvanının qarşısına gəlmiş və pulu dayısına verərək nə baş verdiyini soruşmuşdur. Dayısının yanında oğlu Sənan və tanımadığı, lakin sonradan adlarını bildikləri Ceyhun və Samil adlı şəxslər də olmuşdur. Dayısı ona həmin şəxslərin 2000 manat pul qarşılığında oğlu Sənanı "xxxx" QSC-nə işə düzəldəcəklərinə söz verdiklərini bildirmişdir. Dayısı Sənan ondan aldığı pulun üzərinə 1700 manat pul əlavə edərək həmin şəxslərə vermişdir. O da Sənana işə düzələcəyi ilə bağlı xoş sözlərini bildirərək oradan ayrılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, həmin şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 185-193) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs1 niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, hər iki zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrarən törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Belə ki, Cinayət Məcəlləsinin 11-ci fəslinə 2017-ci il 20 oktyabr tarixli Qanunla dəyişiklik edilənədək cinayət məsuliyyətindən azad etmə Məcəllənin 72-ci (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə), 73-cü (zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə), 74-cü (şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) və 75-ci (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddələri ilə tənzimlənirdi və müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə istisna olmaqla, həmin maddələrlə məsuliyyətdən azad etmə yalnız ilk dəfə böyük ictimai təhlükə törətməyən (şəraitin dəyişməsi ilə bağlı, həmçinin az ağır) cinayət törətmiş şəxslərə tətbiq edilirdi. Cinayət qanunvericiliyinə edilmiş qeyd edilən dəyişikliklərlə Cinayət Məcəlləsinin 11ci fəslinə məsuliyyətdən azad etmənin yeni şərtlərini tənzimləyən 73-1 (mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə), 73-2 (iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 74-1-ci (narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) maddələri əlavə edilmiş, o cümlədən həmin Qanunla Məcəllənin 72, 73, 74-cü maddələrindən “ilk dəfə” sözləri çıxarılmış, 72-ci maddəsinə “Qeyd” hissəsi əlavə edilmişdir. “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi, qanunverici şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna bildiyini təsbit etmişdir. Bu dəyişikliklərin səbəbi ondan ibarət olmuşdur ki, əvvəllər törədilmiş cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən eyni və ya başqa cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrinin tələblərinə əsasən nə təkrarlığı, nə cinayətlərin məcmusunu, nə də residivi yaratdığından, həmin əməllər ilk dəfə törədilmiş hesab edilməklə şəxsin təkrar-təkrar məsuliyyətdən azad edilməsini mümkün edirdi. Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndi ilə məhdudiyyətin tətbiq edilməsi, yəni şəxsin müvafiq qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki, burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub saxlamaqdır. Qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən cinayət əməlinin törədilməsi cinayətin ilk dəfə törədilməsi hesab edilməməlidir. Çünki əməli ilk dəfə törətmiş şəxs qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri yerinə yetirdiyi halda artıq ictimai təhlükəli olmadığını ifadə etməklə, cinayət məsuliyyətinə cəlb edilmədən də onun belə davranışlardan çəkinməsinə, islah olunmasına nail olmaq mümkün olur. Lakin şəxsin bir neçə cinayət əməlinin törədilməsində və ya eyni əməli bir neçə dəfə törətməsində təqsirləndirilməsi artıq həmin şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Bu kimi hallarda şəxsi cinayət məsuliyyətindən azad etmək, yəni onu dövlət adından mühakimə etməmək, hüquq qaydalarının qorunmasına mane olmaqla və şəxsin təkrar cinayət törətməsinə imkan yaratmaqla bərabər, cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin həllinə imkan verməmiş olar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq da əldə etmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Lakin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata daha əvvəl, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyindən, hazırkı işə münasibətdə onun Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 99) - 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs1 tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 154-156) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş; Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş; Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 168-170) -Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 16 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduqları maddi ziyanı tam ödəmişlər, o, həmin təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. -Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 23 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduqları maddi ziyanı tam ödəmişlər, o, həmin təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 49 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 4000 (dörd min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 49 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 294 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-57/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-57/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver