Məhkəmə qərarları › İş №1(007)-58/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-58/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-58/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 16 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 23, mənzil 4-də qeydiyyatda olmaqla yaşamış, 16 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 2021-ci ilin yanvar ayının əvvəlində tanış olduğu on dörd yaşına çatmayan, xx xxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə “instaqram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq intim həyatı barədə yazışmalar etmiş, 2021-ci ilin may ayının əvvəllərində cinsi tələbatını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs ilə intim əlaqədə olmağa razılaşıb, tanışı Şahid kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 38A nömrəli evin 56 nömrəli mənzilinin eyvanından şəhərin mənzərəsinə baxmaq adı ilə mənzilin qapısının açarını alaraq Zərərçəkmiş şəxs ilə birlikdə qeyd edilən mənzilə gedib qarşılıqlı razılıq əsasında həmin mənzilin hamam otağında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən öpmüş, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salmaqla cinsi ehtirasını pozğun formada təmin edib on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəli olmamış, həyatında qadını və sevgilisi olmamışdır. 2021-ci ilin əvvəllərində onun cinsi tələbə ehtiyacı yaranmış və hər dəfəsində o, masturbasiya etməyinə baxmayaraq artıq kimınləsə cinsi əlaqədə olmaq və yaxud kiminsə onun cinsi orqanını oynatmağını istəmişdir. Pulu olmadığı üçün o, fahişə ilə cinsi əlaqədə ola bilməmişdir. Buna görə də qarşısına keçən qadın və yaxud qız xeylağını özünə cəlb edib həzz almaq qərarına gəlmişdir. O, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsindəki 23 nömrəli binanın qarşısına tez-tez gedib gəlmişdir. Belə ki, həmin məhəllə onun yaşadığı ünvanın yaxınlığında yerləşir. Həmin məhəllədə onu çox sayda adamlar tanımışdır. Zərərçəkmiş şəxs ilə 2021-ci ilin yanvar ayından məhəllədə tanış olmuşdur. Belə ki, Ə.Hacıyev küçəsi 23 nömrəli binanın qarşısından keçən zaman Emiliyanı görüb ondan xoşu gəlmiş və yaxınlaşaraq öz “instagram” sosial şəbəkəsi “feqan0436” səhifəsini vermişdir. O, Emiliya ilə tanış olan zaman onun 15-16 yaşlarında olmasını düşünmüş, lakin tam olaraq neçə yaşı olduğunu bilməmişdir. Çünki Emiliya bədən quruluşca kök olmuşdur. Bundan sonra o, Emiliya ilə “instagram” sosial şəbəkəsində yazışmağa başlamışdır. Emiliya ona ailəsi ilə Gəncə şəhərində yaşadığını, hərdən bir Bakı şəhərinə gəldiyini danışmışdır. Bir neçə ay sonra Emiliya ilə sevgili münasibətləri yarandığından Emiliya ilə intim söhbətlər etməyə başlamışdır. 2021-ci ilin təxminən aprel ayında hazırda xatırlamadığı gün o, Emiliya ilə danışan zaman məlum olmuşdur ki, o, Bakı şəhərindədir. Bundan sonra o, Emiliyanı görmək üçün onun yaşadığı binanın 10-cu mərtəbəsinə qalxmış və axtarmağa başlamışdır. Daha sonra o, Emiliyanı tapmadığı üçün liftə minib oradan uzaqlaşmaq istəmiş, lifti çağırdığı zaman Emiliyanın liftdə olduğunu görmüş və liftə minib 9-cu mərtəbənin düyməsinə basmışdır. Lift 9-cu mərtəbəyə düşdükdə o, liftdən düşüb Emiliyanın əlindən tutaraq onunla gəlməşini xahiş etmişdir. Emiliya ona etiraz etməyib liftdən düşmüşdür. Onlar birlikdə mərtəbənin pilləkən sahəsinə doğru getmişlər. Orada bir qədər danışmışlar, daha sonra Emiliyanı boyun, boğaz, sinə və qol nahiyələrindən bir neçə dəfə öpdükdən sonra sağollaşaraq çıxıb getmişdir. O, heç kimin onu görməməsi üçün Emiliyanın arxası ilə getməyib pilləkənlə aşağı düşərək çıxıb getmişdir. Bundan sonra “instagram” sosial şəbəkəsində danışmışlar. Bir neçə gündən sonra Emiliya Gəncə şəhərinə getmişdir. Emiliyanın Gəncə şəhərinə getməsinə baxmayaraq onlar biri-biri ilə danışmışlar. Təxminən bir aydan sonra Emiliya geri qayıtmışdır. 2021-ci ilin təxminən may ayının əvvəllərində, dəqiq tarixi yadında qalmayan gün o, evinin yaxınlığında olmuş və təsadüfən orada Emiliyanı görmüşdür. O, Emiliyaya yaxınlaşmış, bir qədər söhbət etmişlər və sonra o, Emiliyaya yalandan əmisinin ev aldığını demiş və evə baxıb orada olan mənzərəni seyr etməyi təklif etmişdir. Emiliya ona etiraz etməmiş və Emiliyanın əlindən tutaraq birlikdə binaya doğru hərəkət etmişlər. Əslində həmin ev onun tanışı Şahid məxsus olmuşdur. O, Kamili hərdən bir ayıq sürücü işlədiyi vaxtdan tanımışdır. Bir neçə dəfə o, Kamili evinə aparmış, ona bazarlıq etməkdə və çantalarını daşımaqda köməklik etmişdir. Bununla da aralarında səmimi dostluq münasibətləri yaranmışdır. O, Emiliyanı Kamilin evinə doğru aparmış və 9-cu mərtəbəyə qalxıb qapını döydükdə Kamil qapını açmışdır. Həmin vaxt Kamilin geyimindən hiss eləmişdir ki, o, evdən çıxır. Kamil ondan qapını nə üçün döydüyünü soruşmuş, o, Kamilə demişdir ki, yanındakı sevdiyi qızdır, bir az balkondan şəhərə baxaraq söhbət etmək istəyirlər. Əgər evdən çıxırsa, başqa vaxt gələrlər. Kamil isə ona bildirmişdir kı. narahat olmasın, elə bilsin öz evidir, metronun yanına dükana gedib gəlir. Hələ onunla zarafat da etmişdir ki, biri-birilərinə yaraşırlar, Allah xoşbəxt etsin. Sonra isə Kamil evdən çıxıb getmişdir. Onlar içəri daxil olmuşlar, həmin vaxt Kamil salamlaşıb qonaq otağna keçmişdir. O, Emiliyanı eyvana dəvət edib mənzərəyə baxmağı təklif etmişdir. Bir qədər eyvanda dayanaraq mənzərəni seyr etmişlər. Bundan sonra o, Emiliyanı öpmək qərarına gəlmiş və ona sanitar qovşağına getməyi təklif etmişdir. Emiliya onunla birlikdə sanitar qovşağına getmiş, sanitar qovşağında o, Emiliya ilə öpüşməyə, boynundan və çiynindən öpməyə başlamışdır. Həmin vaxt Emiliya onun cinsi orqanını əli ilə oynatmışdır. Bundan sonra o, Emiliyaya cinsi orqanını ağzına almasını təklif etmiş və Emiliya heç bir fikir səsləndirmədən onun cinsi orqanını ağzına almışdır. O, qurtardıqdan, yəni cinsi tələbatını ödədikdən sonra Emiliya ona bildirmişdir ki, tələsir, getməlidir. Bundan sonra Emiliya mənzili tərk edib getmişdir. O da paltarlarını geyinib evdən çıxmışdır. Bundan sonra onlar yenə də 14 avqust 2021-ci il tarixədək yazışmışlar. Həmin tarixdə Emiliyanın onunla sosial şəbəkədə danışdığını, lakin danışığının qəribə olduğunu görüb onunla Emiliyanın yox, valideyninin danışdığını başa düşmüşdür. Həmin vaxt Emiliyanın anası ona bildirmişdir ki, Emiliyanın 13 yaşı vardır. O, bu söhbətdən şübhələnərək Emiliya ilə danışığı dayandırmışdır. Sonra polis əməkdaşları onu polis şöbəsinə çağırmışlar, izahatında qeyd edilənlər barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra onun Emiliyanı sevdiyini, onunla evlənmək niyyətinin olduğunu, Emiliyanın və anası Vüsalənin onunla barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin (anası) iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Arabir ünvan 1 ünvanında bir neçə gün qalaraq yenidən geri qayıdırlar. 2021-ci ilin fevral ayında ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmiş, həmin vaxt yaşadığı mənzilin həyətində həmyaşıdları ilə birlikdə oynamışdır. Bu zaman məhəlləyə bir nəfər adının sonradan Fəqan olduğunu bildiyi cavan oğlan gəlmiş, Fəqanın yanında cins it olmuş və buna görə də orada olan uşaqlar itin yanına oynamağa getmişlər. O isə həmyaşıdı olan qızla kənarda dayanıb onlara baxmışlar. Sonra Fəqan ona yaxınlaşıb nə gözəl gülüşünün olduğunu demişdir. O, həmin şəxsə baxıb heç nə deməmişdir. Fəqan onun olduğu yerə yaxınlaşıb onunla dost olmaq istədiyini, məhəllədə olan bir çox uşaqlarla dost olduğunu demişdir. O, Fəqana etiraz etmişdir. Sonra Fəqan ondan “instagram” sosial şəbəkə hesabını istəmiş, lakin o, həmin səhifəsini Fəqana verməmişdir. Fəqan ona istifadə etdiyi mobil telefonunda öz “instagram” sosial şəbəkəsi səhifəsində olan adını göstərib onu izləməsini və yazmasını, ona sözü olduğunu demişdir. O, Fəqana sözü olduğu üçün yaza biləcəyini demişdir. Sonra Fəqan çıxıb getmişdir. Səhəri gün o, anasının istifadəsində olan mobil telefonu ilə öz şəxsi “instagram” sosial şəbəkəsi profilinə daxil olub Fəqanın səhifəsinə salam yazmışdır. Fəqan ondan kim olduğunu soruşduqda o, keçən gün ona sözü olduğunu və buna görə yazdığını izah etmişdir. Fəqan ondan xoşu gəldiyini yazmış, onunla dost olub tanış olmasını xahiş etmişdir. Həmin gündən sonra bir neçə dəfə həyətdə olan zaman Fəqan ona yaxınlaşıb hamı ilə dost olduğunu bildirib onunla da tanış olmaq istədiyini və onunla ciddi fikirdə olduğunu demişdir. Həmin ərəfədə onlar Gəncə şəhərinə qayıtmışlar və bir həftədən sonra yenidən Bakı şəhərinə gəlmişlər. O, Gəncədə olan müddətdə də, Bakıya qayıdan müddətdə də, sosial şəbəkədə danışan zaman Fəqan ondan nə vaxt gələcəyini, onun üçün darıxdığını demişdir. 2021-ci ilin aprel ayının əvvəllərində o, yaşadığı binadan liftdən 12-ci mərtəbədən düşən zaman 10-cu mərtəbədə lift dayanmış və o, Fəqanı görmüşdür. Fəqan liftə minmiş və ona salam verib 9-cu mərtəbənin düyməsini basmışdır. Lift 9-cu mərtəbəyə düşdükdən sonra Fəqan onunla danışmaq istədiyini demiş və onunla birlikdə 9-cu mərtəbədə düşməyi təklif etmişdir. O, Fəqanla birlikdə liftdən düşmüş, pilləkən sahəsinin 9-cu mərtəbəsi ilə 8-ci mərtəbəsinin arasına getmiş, orada Fəqan onunla danışan zaman boğazından və sinəsindən öpərək əynindəki köynəyi aşağı çəkmiş və əli ilə bədəninin müxtəlif yerlərinə sığal çəkmişdir. Bundan sonra Fəqan onu sevdiyini bildirmişdir. O, Fəqandan uzaqlaşaraq lifti çağırmış, lakin liftə gedən yol binanın eyvanından keçdiyi üçün Fəqan ehtiyyat edib arxasınca gəlməmişdir. O, həyətə düşmüş və uşaqlarla həyətdə oynamağa başlamışdır. Fəqan da beş dəqiqədən sonra qapıdan çıxıb getmişdir. Həmin gündən etibarən Fəqan ona “instagram” sosial şəbəkəsində müxtəlif mövzularda yazmağa, yəni münasibətinin ciddiliyindən danışmağa başlamışdır. O isə hər dəfəsində Fəqana etiraz etmişdir. Bir neçə gün sonra onlar yenidən Gəncə şəhərinə getmişlər. Təxminən bir ay sonra, 2021-ci ilin may ayının əvvəllərində o, yenidən ailəsi ilə birlikdə Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində həyətdə olan zaman mağazaya getmiş, Fəqan onu mağazanın qarşısında görüb onunla danışmağa başlamışdır. Fəqan ona bildirmişdir ki, qohumunun həmin binada evi vardır, gedib şəhərin mənzərəsinə baxsınlar və söhbət etsinlər. O, Fəqanla razılaşaraq onunla birlikdə binaya daxil olmuş və onlar 9-cu mərtəbəyə qalxmışlar. Fəqan qapını döymüş və qapını bir nəfər kişi açmışdır. Həmin şəxs onlarla salamlaşmış və onun kim olduğunu Fəqandan soruşmuşdur. Fəqan onu göstərərək bildirmişdir ki. sevdiyi qızdır. Həmin şəxs onlara “bir-birinizə yaraşırsız” deyib qapıdan çıxıb getmişdir. Fəqan və o, mənzilə daxil olmuşlar və birlikdə eyvana çıxıb şəhərin mənzərəsinə tamaşa etmişlər. Həmin vaxt Fəqan onu nə qədər çox sevdiyini, gələcəkdə onunla ailə quracağını demişdir. O isə oxumaq istədiyini, ailə qurmağının tez olduğunu bildirirmişdir. Sonra Fəqan ona evi göstərməyə başlamışdır. Sanitar qovşağını göstərərkən Fəqan onu öpməyə başlamış, boynundan və çiynindən öpmüşdür. Həmin vaxt Fəqan cinsi orqanını çıxarıb ona əli ilə sığallamağı demişdir. O, Fəqanın cinsi orqanını sığallamış, Fəqan onu bir qədər də öpdükdən sonra onun cinsi orqanını ağzına almasını təklif etmişdir. O, Fəqanının bu təklifi ilə də razılaşmış, Fəqanın cinsi orqanını ağzı ilə oynadan zaman Fəqan cinsi orqanını ağzından çıxarmış və cinsi orqanını yerə tərəf tutmuşdur. Həmin vaxt Fəqanın cinsi orqanından ağ rəngli qatı maye gəlmişdir. Bundan sonra o, əlüzünü yuyaraq Fəqana tələsdiyini deyib oradan uzaqlaşmışdır. Anasına bu barədə heç nə danışmamışdır. Həmin vaxtdan etibarən Fəqan ona özünə məxsus “feqan0436” adlı “İnstagram” sosial şəbəkəsində yenə də yazmağa davam etmişdir. O isə gördüyü işin səhv iş olmasını başa düşüb Fəqandan uzaqlaşmaq qərarına gəlmiş və ona cavab yazmamışdır. 14 avqust 2021-ci il tarixdə günorta radələrində anası istifadəsində olan mobil telefonu ilə təsadüfən onun “instagram” sosial şəbəkə səhifəsini açmış və bütün yazışmaları gördüyü üçün ondan bu yazışmalar haqda soruşmuş, o da anasına hər şeyi demişdir. Bundan sonra anası bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan anasının razılığı ilə birlikdə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır, aradabir ünvan 1 ünvanında bir neçə gün qalıb yenidən qayıdır. Sonuncu dəfə 2021-ci ilin may ayında Bakı şəhərinə 4-5 günlük gəlmiş, həmin vaxtdan Gəncə şəhərinə gedib, 11 avqust 2021-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. O, rəsmi qaydada ailə qurmamış, lakin X1 iki azyaşlı övladı vardır. Övladlarından biri 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxsdır. 12 avqust 2021-ci il tarixdə saat təxminən 15 radələrində o, təsadüfən özünə məxsus “Samsung” markalı mobil telefonunda qızı Emiliyanın istifadəsində olan “qarayeva emilya” adlı “İnstagram” sosial şəbəkəsindəki yazışmalardan sonuncunun bir nəfər Fəqan adlı şəxslə yazışdığını, həmin şəxsin həddi buluğa çatmış olduğunu görmüşdür. O, qızından həmin şəxsin kim olması barədə soruşduqa Emiliya ağlamağa başlamış və ona bir neçə ay əvvəl Bakı şəhərinə gəldikdə həmin şəxslə məhəllədə tanış olduğunu, həmin vaxtdan Fəqan adlı şəxslə sosial şəbəkədə danışdığını etiraf etmişdir. O, qızı ilə danışan zaman Emiliya ona demişdir ki, 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhərinə gəldikdə Fəqan Emiliyanı həyətdə mağazanın yaxınlığında görmüş, mağazanın üzərində olan binanın 9-cu mərtəbədə yerləşən mənzilə aparmış və orada əxlaqsız hərəkətlər edib öz cinsi orqanını Emiliyanın ağzına vermişdir. Bundan sonra o, həmin şəxslə qızı arasında olan münasibəti tam şəkildə öyrənmək üçün sosial şəbəkədə Emiliyanın adından danışmağa başlamış və sonuncuya 13 yaşı olmasını bildirmişdir. Bundan sonra həmin şəxs ona cavab verməmiş və həmin şəxslə qızı arasındakı münasibəti tam şəkildə öyrənmək üçün polisə müraciət etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs onun qızı Emiliyaya qarşı seksual xarakterli hərəkətlər etməsi öz təsdiqini tapmışdır. Sonradan qızı Emiliya ilə birlikdə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ayıq sürücü kimi tanıyır. Bir neçə dəfə onun xidmətindən istifadə etmiş və Fəqan ona əşyaların yaşadığı mənzilə qaldırılmasında köməklik etdiyindən münasibətləri yaranmışdır. 2021-ci ilin may ayının əvvəllərində, dəqiq tarixi xatırlamır, evdən mağazaya getmək üçün çıxmağa hazırlaşarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 38A nömrəli evin 56 nömrəli mənzilinin qapısı döyüldüyündən qapını açdıqda Təqsirləndirilən şəxs yanında olan dolu bədən quruluşlu qızla orada olmasını görüb Fəqanla salamlaşaraq nə lazım olmasını soruşduqda, Fəqan yanında olan qızın sevgilisi olmasını, sonuncu ilə birlikdə onun mənzilinin balkonundan şəhərin mənzərəsinə baxmaq istədiklərini, onun paltarlarını dəyişmiş olduğundan harasa getməyə hazırlaşmasını başa düşdüyündən başqa vaxt gəlmələrini dedikdə, o, Kamil ilə qıza xoşbəxt olmalarını arzu edərək mənzilə keçmələrini və problemin olmamasını bildirmiş, sonuncular mənzilə keçdikdən sonra o, işlərinin ardınca getmiş, bir qədərdən sonra mənzilə qayıdarkən artıq qızın orada olmamasını, Fəqanın isə mənzilin qarşısında onu gözləməsini görmüşdür. Mənzilə gəldikdən sonra isə Fəqan da oradan çıxıb getmişdir. Onun əvvəlcədən Fəqanın niyyəti barədə heç bir məlumatı olmamış və bu barədə aralarında heç bir söhbət olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 14 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş mobil telefon və sosial şəbəkə hesablarında aparılmış yazışmaların fotosurətlərindən görünür ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə intim mövzular haqqında danışması və ona əxlaqsız təkliflər etməsi öz əksini tapmışdır. (i.v. 18-46) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 2015 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bır psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. (i.v. 122-124) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin 11 oktyabr 2021-ci il tarixli 528 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. (i.v 131-133) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ambulator məhkəmə-kompleks psixoloji və psixiatrik ekspertizasının 01 oktyabr 2021-ci il tarixli 2289 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkət zamanı şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi daha yaxındır. Ünsiyyətçilik, emosionallıqinadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir) Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs təlqinə qapanmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. (i.v. 134- 137) - 29 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Nizami RPİnin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə ifadənin yerində yoxlanılması həyata keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməsi təklif olunduqda, o, təkliflə razılaşdıqdan sonra birlikdə göstərməsinə əsasən ünvan 2 ünvanın qarşısına gəlmişlər, Təqsirləndirilən şəxs tanışı olan Kamil adlı şəxsin yaşadığı 56 saylı mənzilin qapısını göstərərək Zərərçəkmiş şəxs qarşı həmin mənzildə seksual xarakterli hərəkətlər etməsini bildirmişdir. Həmin zaman mənzilin qapısı bağlı olduğundan mənzilə daxil olmaq mümkün olmamışdır. (i.v. 150-152) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin 10 noyabr 2021-ci il tarixli 587 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilmədi. (i.v. 157-158) -DİN-nin elektron portalından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2007-ci il tarixdə doğulmuşdur. (i.v. 159-160) - 09 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 161-166) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi və müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 67) - 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 113-115) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 116-117) -Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə 10 noyabr 2021-ci il tarixli birgə ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. (i.v. 155) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 16 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsi) tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar