Məhkəmə qərarları › İş №1(007)-580/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-580/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-580/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 19 avqust 2001-ci il tarixdə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qubustan rayonu, Nabur kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yuyucu kimi işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən avtoyuma məntəqəsində həmin məntəqənin sahibi Zərərçəkmiş şəxs məxsus '‘Samsung” markalı “Galaxy A12" modelli mobil telefonda pul vəsaiti olan bank hesabını idarə etmək üçün mobil tətbiq olduğunu bilib, hesabda olan pul vəsaitini gizli olaraq talamaq məqsədilə sonuncuya məxsus mobil telefonda mobil tətbiqin kodunu Zərərçəkmiş şəxs oğlu Şahid1 əvvəlcədən öyrəndikdən sonra 17 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən avtoyuma məntəqəsində X3 müraciət edərək ''Samsung" markalı "Galaxy A12” modelli mobil telefonunu danışmaq adı ilə istəyib alaraq Zərərçəkmiş şəxs məntəqədə məşğul olmaqla diqqətinin yayınmasından istifadə edib həmin telefonu ələ keçirməklə oradan uzaqlaşaraq Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı şossesinin “Hökməli” dairəsində taksi fəaliyyəti ilə məşğul olan Şahid3 idarə etdiyi “Toyota” markalı “Corolla Xetçbek” modelli Az **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon istiqamətində hərəkətdə olan zaman bank kartının evdə qaldığını bəhanə gətirib sürücü Şahid3 məxsus "Kapital Bank” ASC-yə aid 416973*******7982 nömrəli kart hesabına Zərərçəkmiş şəxs "Kapital Bank” ASC-yə aid 416973*******6346 nömrəli kart hesabından sonuncuya məxsus mobil telefonda olan mobil tətbiqin əvvəlcədən öyrəndiyi kodunu daxil edib informasiya texnologiyalarından istifadə edərək 1900 manat pulu köçürtməklə həmin gün saat 15:46-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3-cü mikrorayon, 3005-ci məhəllədə yerləşən “Spar” marketin qarşısında olan terminaldan Zərərçəkmiş şəxs məxsus qeyd edilən 1900 manat pul vəsaitini nağdılaşdıraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 14 radələrində ələ keçirtdiyi Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı “Galaxy A12” modelli mobil telefonda olan bank hesabını idarə etmək üçün mobil tətbiqdə "xxxx" ASCyə aid Zərərçəkmiş şəxs digər bank kartı hesabının olduğunu aşkar edib təkrarən həmin hesabda olan pul vəsaitini gizli olaraq talamaq məqsədilə Bakı şəhəri Nəsimi rayonu metrosunun “Memar Əcəmi” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi “VAZ” markalı “21713” modelli Az **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Bakı şəhəri, Nizami rayonu metronun “Neftçilər” stansiyası istiqamətində həmin avtomobildə hərəktdə olan zaman bank kartının evdə qaldığını bəhanə gətirib sürücü Şahid2 məxsus "Kapital bank” ASC-yə aid 416974*******3966 nömrəli kartına Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 416973*******1410 nömrəli kartın mobil telefonda olan mobil tətbiqin eyni kədunu daxil edərək informasiya texnologiyalarından istifadə etməklə 400 manat pulu köçürmüş və həmin günü saat 16:12də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 46 nömrəli ünvanda yerləşən "Bolmart” marketin qarşısında olan terminaldan Zərərçəkmiş şəxs məxsus qeyd edilən 400 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə nağdlaşdıraraq gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 400 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2023-cü ilin sonlarında avtoyuma məntəqəsində işləmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs məxsus avtoyuma məntəqəsinə işə düzəlmiş və özünü Zərərçəkmiş şəxs Şahin kimi təqdim etmişdir. Bir müddətdən sonra əlində olan yara səbəbindən işləyə bilməmişdir. 2024-cü ilin yanvar ayının ortalarında özünü yaxşı hiss etdiyi üçün yenidən işləmək məqsədilə Zərərçəkmiş şəxs yanına gedərək işə başlamış, orada işlədiyi müddətdə mobil telefonu olmadığı üçün bəzi vaxtlarda zəng etmək üçün Zərərçəkmiş şəxs mobil telefonunu alıb danışmışdır. Zərərçəkmiş şəxs mobil telefonu onda olan zaman mobil telefonda bank hesabını idarə etmək üçün istifadə etdiyi mobil tətbiq görmüşdür. Pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs azyaşlı oğlu Şahid1 köməyi ilə həm mobil telefonun, həm də mobil telefonda olan bank hesabını idarə etmək üçün istifadə etdiyi mobil tətbiqin şifrəsini öyrənmiş, Şahid1 öz bank kartı olmadığından Zərərçəkmiş şəxs bank kartına tanışı tərəfindən pul köçürüləcəyi bəhanəsi ilə mobil telefonda olan mobil tətbiqi yoxlamasını istəmiş və bir neçə dəfə bu qaydada mobil telefona baxan zaman Şahid1 mobil tətbiqin kodunu yazan kodu öyrənmişdir. 17 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs mobil telefonunda olan mobil tətbiqdən pul oğurlamaq qərarına gəlmiş və həmin günü saat 14 radələrində işlədiyi avtoyuma məntəqəsində olan zaman Zərərçəkmiş şəxs qapı düzəltməklə məşğul olanda Zərərçəkmiş şəxs yaxınlaşıb anasına zəng vurmaq adı ilə mobil telefonu istəmiş, o, mobil telefonu Zərərçəkmiş şəxs almış və Zərərçəkmiş şəxs avtoyuma məntəqəsinin qapısını düzəltdiyi üçün başının qarışıq olmasından istifadə edib avtoyuma məntəqəsindən uzaqlaşaraq arxa tərəfdən məhəllələrin arası ilə gedib Çiçək qəsəbəsində avtomobillərin hərəkət etdiyi əsas yola çıxmışdır. Bundan sonra tanımadığı taksi xidməti göstərən avtomobillərdən birinə yaxınlaşıb onu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisinə aparmasını istəmişdir. Özündə az miqdarda pul olduğu üçün qiymət barədə həmin sürücü ilə razılaşıb yola düşmüş, yolda olduğu müddətdə Zərərçəkmiş şəxs mobil telefonuna baxmış və mobil telefonda olan bank kartlarını idarə etdiyi mobil tətbiqin kodunu yığaraq daxil olmuşdur. Həmin tətbiq vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus kartların birinin balasında 1900 manat, ikinci kartın balansında isə 400 manat pul vəsaitinin olduğunu görmüşdür. Bundan sonra həmin günü saat 16 radələrində Zərərçəkmiş şəxs mobil telefonunda olan “Birkart” mobil tətbiqinin balansında olan 1900 manat pulu xahiş edib taksi sürücüsünün xatırlamadığı bank kartına köçürmüş və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon dairəsinin yaxınlığında yerləşən “Kapital Bank" Açıq Səhimdar Cəmiyyətinə aid bankomatda həmin sürücünün kartı vasitəsi ilə 1900 manatı çıxarmışdır. Bundan sonra həmin sürücünün gediş haqqısını verib ondan aralanmış və piyada metronun "Memar Əcəmi" stansiyasına yaxınlığında yerləşən “Rahat” marketin yanına getmişdir. “Rahat” marketin yaxınlığında, yolun kənarında dayanmış taksi fəaliyyəti gösrətən avtomobilə yaxınlaşıb onun metronun ‘‘Neftçilər” stansiyası yaxınlığına çatdırmasını istəmişdir. Sürücü razılıq verdiyi üçün avtomobilə əyləşmiş və sürücü onu qeyd olunan istiqamətdə apararkən Zərərçəkmiş şəxs mobil telefonunda olan “Cashback” mobil tətbiqinin balansında olan 400 manat pulu çıxarmaq üçün taksi sürücüsündən bank kartını evdə unutduğunu və gediş haqqını ödəmək üçün pulu olmadığını uydurub pulu çıxara bilmək üçün taksi sürücüsünın kartına pulu köçürməsini xahiş etmiş, həmin günü saat 18 radələrində taksi sürücüsü ona inanaraq razılaşmış və onun istəyinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 46 nömrəli ünvanında yerləşən “Bolmart” marketin qarşısında taksi sürücüsü avtomobili saxlayıb onunla birlikdə avtomobildən düşmüşdür. O, həmin marketin qarşısında yerləşən "Kapital Bank” Açıq Səhimdar Cəmiyyətinə aid bankomatın yanında Zərərçəkmiş şəxs mobil telefonunda olan “Cashback” mobil tətbiqinin balansında olan 400 manat pulu xahiş edib taksi sürücüsünün xatırlamadığı bank kartına köçürmüş və həmin bankomatda həmin sürücünün kartı vasitəsi ilə 400 manatı çıxarmışdır. Bundan sonra taksi sürücüsünün gediş haqqını ödəyib ondan aralanmışdır. Bundan sonra o, piyada hərəkət etməklə Bakı şəhəri, Nizami rayonunda yerləşən "8-ci kilometr” adlanan bazarı yaxınlığında olan müxtəlif mağazalardan oğurladığı pulların təqribən 740 manat hissəsi ilə özünə geyim əşyaları almışdır. Bir neçə gün ərzində oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs aldadıb ələ keçirdiyi Samsung markalı Galaxy A12 modelli mobil telefonu 19 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən "8-ci kilometr” adlanan bazarı yaxınlığında tanımadığı şəxsə 40 manat satmışdır. Bundan sonra Bakı şəhərində müxtəlif yerlərdə kirayə olaraq yaşamış və fərdi işlərdə işləməklə qazanc əldə etmişdir. Törətdiyi cinayətləri səmimi etiraf edir, əməlindən peşmandır. Hal-hazırda dəymiş zərəri ödəmək imkanı yoxdur, azadlıqda qalarsa zərərio ödəməyə çalışacağını bildirdi. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildən Bakı şəhəri, Binəqədi rayonu. Çiçək qəsəbəsində yerləşən avtoyuma məntəqəsini işlədir. 25 dekabr 2023-cü il tarixdə avtoyuma məntəqəsində olarkən bir nəfər cavan oğlan ona yaxınlaşaraq adının Şahin olmasını bildirmiş və ondan həmin avtoyuma məntəqəsinin kimə məxsus olduğunu soruşmuşdur. O da Şahinə avtoyuma məntəqəsinin sahibinin özü olduğunu, adının Mehman olmasını bildirmiş, Şahin ona həmin məntəqədə işləməsi üçün işçi axtanb-axtarmamağını soruşmuş, o da işçi axtardığını bildirmişdir. Şahin də işləməyə razılıq vermişdir. O, Şahinlə günlük gəlirin 60 faizinin onun, 40 faizinin Şahinin olması ilə razılaşmışdır. 26 dekabr 2023-cü il tarixdən Şahin işə gəlib işləməyə başlamış və 30 dekabr 2023-cü il tarixdə Şahin onun əlinin yara olduğunu, bu səbəbdən işləyə bilməyəcəyini bildirib çıxıb getmişdir. 10 yanvar 2024-cü il tarixdə Şahin yenidən onun avtoyuma məntəqəsinə gəlib işləyə biləcəyini bildirmiş, o da Şahinlə eyni qayda da razılaşıb işləməsinə razılıq vermiş və həmin vaxtdan Şahin işləməyə başlamışdır. 17 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Şahin anası ilə danışmaq üçün ondan mobil telefonu istəmiş, o da mobil telefonu Şahinə vermişdir. Həmin vaxtı o, avtoyuma məntəqəsinin qapısını düzəldirdi və Şahin həmişə olduğu kimi mobil telefonla ətrafda gəzərək danışmağa başlamışdır. Onun başı avtoyuma məntəqəsinin qapısını düzəltməyə qarışmış və bir müddətdən sonra ətrafa baxan zaman Şahini görməmişdir. Bundan sonra başqa mobil telefonunla Şahinə verdiyi mobil telefona zəng vurmuş, lakin cavab verən olmamışdır. Bir neçə dəqiqədən sonra yenə zəng vursa da mobil telefonu söndürülmüşdür. Həmin vaxtı Şahinə verdiyi mobil telefonda bank kartlarının mobil tətbiqi olması yadına düşmüş və Şahinin mobil telefonu ələ keçirib telefonda olan şifrəni öyrəndiyi, mobil telefonda mobil tətbiq vasitəsi ilə pulları oğurlaya biləcəyini fikriləşmiş və ehtiyatlı davranaraq çox vaxt keçmədən “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng vurub adına olan “Birbank" və “Cashback" kartlarının fəaliyyətini dayandırmasına xahiş etmişdir. Səhəri günü "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialına gedib adına olan iki bank kartından pul çəkilibçəkilməməsini yoxladan zaman məlum olmuşdur ki, Şahin mobil telefonu ələ keçirdiyi gün, yəni 17 yanvar 2024- cü il tarixdə ona məxsus 4169-7332- 2314-6346 nömrəli “Birkart” kartından 1900 manat və 4169-7387-9992-1410 nömrəli “Cashback" kartından 400 manat pul çəkilmişdir. Hal-hazırda təqsirlləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində qanuni nümayəndəsi (atası) Zərərçəkmiş şəxs iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs yaşadıqları evin yaxınlığında, yəni Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən avtoyuma məntəqəsini işlədir. Avtoyuma məntəqəsi yaşadıqları evə yaxın olduğu üçün bəzi vaxtlarda o da avtoyuma məntəqəsinə gedirdi. 2023-cü ilin sonlarında və 2024cü ilin əvvəllərində avtoyuma məntəqəsində işləyən Şahin adlı bir nəfər cavan oğlan görmüşdür. O, avtoyuma məntəqəsinə gələn zaman Şahin onunla söhbət edir və özünü ona səmimi olaraq göstərirdi. Bu qaydada 2024-cü ilin yanvar ayının ortalarında o, avtoyuma məntəqəsində olan zaman Şahin ona bildirmişdir ki, kimsə ona çatası pulu atası Zərərçəkmiş şəxs bank kartına göndərməlidir və ondan xahiş etmişdir ki, atası Zərərçəkmiş şəxs mobil telefonunda olan mobil tətbiqə pul gəlib-gəlmədiyini yoxlasın. O, Şahinə inanıb Şahinin yanında atası Zərərçəkmiş şəxs mobil telefonunu götürmüş və mobil tətbiqdə olan müvafiq şifrəni yazmaqla mobil tətbiqi açmışdır. Şahin ondan iki dəfə eyni gündə mobil tətbiqə baxmağını xahiş etmişdir. O, Şahinin yanında bir neçə dəfə mobil tətbiqi yoxlasa da, hər hansı pul göndərildiyini görməmişdir. Bir neçə gün sonra atası Zərərçəkmiş şəxs evdə söhbət edərkən avtoyuma məntəqəsində işləyən Şahinin onun başının qarışıq olmasından istifadə edərək ona məxsus “Samsung” markalı Galaxy A12 modelli mobil telefonu ələ keçirdiyini və mobil telefonda olan mobil tətbiq vasitəsi ilə bank kartlarında olan pul vəsaitlərini oğurladığını bildirmişdir. Həmin vaxtı o, atası Zərərçəkmiş şəxs Şahinin mobil telefonda olan mobil tətbiqin şifrəsini ondan pul göndərildiyi bəhanəsi ilə mobil telefonda şifrəni yazarkən öyrənə biləcəyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı şosesində ''Hökməli” dairəsində idarə etdiyi avtomobillə dayanıb müştəri gözləyirdi. Həmin vaxtı bir nəfər cavan oğlan yaxınlaşmış və onu Bakı şəhəri, Nəsimi rayonu metrosunun “Memar Əcəmi” stansiyasına apara biləcəyini soruşmuşdur. O da həmin şəxsə razılıq vermiş, qiymətdə razılaşmış və onu avtomobillə aparan zaman həmin cavan oğlan ona demişdir ki, kartı var, gediş haqqını karta göndərə bilər? O, mobil telefonda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Birbank” kartının nömrəsini həmin cavan oğlana göstərib demişdir ki, gediş haqqını bu kartın hesabına göndərsin. O, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində olan zaman həmin cavan oğlan ona ona katının evdə qaldığını, mobil tətbiqdən onun kartına 1900 manat köçürmə etdiyi təqdirdə1900 manat məbləğində vəsaitin kartdan çıxarıb ona verə biləcəyi ilə maraqlanmışdır. O da heç nədən şübhələnmədən buna razılıq vermiş, həmin cavan oğlan kartdan pulu çıxarıb, onun pulunu nağd şəkildə verəcəyini bildirmişdir. Həmin şəxs bankomat axtardığı üçün o, həmin şəxsə demişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, “3-cü mikrorayon” dairəsində “Spar” marketin qarşısında "xxxx" terminalı vardır. Həmin vaxtı mobil telefonda olan "xxxx" ASC-yə məxsus kartın nömrəsini ona göstərmiş, həmin cavan oğlan mobil tətbiq vasitəsi ilə onun kart hesabına 1900 manat köçürmə etmişdir. Həmin şəxs bildirdiyi üçün avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3-cü mikrorayon, 3005-cü məhəllədə yerləşən “Spar” marketin qarşısında saxlamışdır. Bundan sonra o, kartını terminala daxil edib, terminaldan 1900 manatı çıxarıb həmin şəxsə vermiş, həmin şəxs də ona 8 manat gediş haqqını ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu metrosunun “Memar Əcəmi” stansiyasının yaxınlığında dayandığı vaxt bir nəfər cavan oğlan ona yaxınlaşmış və onu Bakı şəhəri. Nizami rayonu metrosunun “Neftçilər” stansiyasına apara bilib-bilməyəcəyini soruşmuşdur. O da razılıq vermişdir. O, həmin şəxsi idarə etdiyi avtomobillə aparan zaman həmin cavan oğlan ona demişdir ki, kartı var, gediş haqqını karta göndərsin. O, kağıza yazdığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kartının nömrəsini həmin cavan oğlana göstərib demişdir ki, gediş haqqını bu kartın hesabına göndərər. O, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu. Qara Qarayev prospektində olan zaman həmin cavan oğlan ona katının evdə qaldığını, mobil tətbiqdən onun kartına 400 manat köçürmə etdiyi təqdirdə, 400 manat məbləğində vəsaitin kartdan çıxarıb ona verə biləcəyi ilə maraqlanmışdır. O da heç nədən şübhələnmədən buna razılıq vermiş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ‘'Kapital Bank” ASC terminalından 400 manatı çıxarıb həmin şəxsə vermişdir. Həmin şəxs də ona 10 manat olaraq gediş haqqını ödəmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs öncə də CM-nin 177.2.3-1-ci maddəsi ilə məhkum olunmasını və hazırkı cinayət əməlini azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən törətməsini nəzərə alaraq CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-248/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya İdarəsinin Nizami rayon məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzadan yayındağı üçün qeydiyyata alınmamış və bu səbəbdən cəzaçəkmə müddəti 02 il 02 ay qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi dövrdə törətdiyindən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-248/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 02 ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilən cəzaya qismən birləşdirilməli, cəzanın əvvəli isə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-400/2024 nömrəli qərarı ilə əvvəli həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbsin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-248/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar