Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-580/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə təyin olunmuş cəzası 01 il 09 ay müddətinə endirilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırkı cinayət işi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Dəmirli X3 Xidmətin ünvan 3 ünvanında yerləşən 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən “X2 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya olan soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilməyən, bir ədəd kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik olan aləti istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş və xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində müəssisənin inzibati binasında əsassız tələblər irəli sürmüş, tələblərinin əsassız olduğu ona izah edildiyi zaman qeydiyyatda olduğu 6 saylı dəstənin yataqxanasına gedərək üzərində saxladığı biz formasında hazırlanmış deşici alətlə özünün qarın nahiyyəsinin sol səthinə xəsarət yetirməklə istifadə etmiş, təcili müşayiət ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə aparılaraq həkimlər tərəfindən qarın boşluğunda olan həmin əşya götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 saylı cəzaçəkmə müəssisəsinə cəza çəkərkən təxminən 2025-ci ilin 18-20 iyul tarixlərində atası X6 onunla görüşə gəlmiş və sovqatlar gətirmiş, görüş zamanı atası ona sovqatlarla birlikdə elektrik üz qırxanı gətirdiyini, lakin müəssisə əməkdaşlarının onu qaytararaq müəssisəyə gətirilməsinə icazə vermədiklərini bildirmiş, bu məsələni eşidəndə görüşdə olan müəssisə əməkdaşlarına yaxınlaşaraq həmin elektrik üz qırxanını onun üçün gətirilməsini atasından özü xahiş etdiyini bildirmiş, üzqırxanı keçirilməsini istəmişdir. Cavabında isə ona bildirmişlər ki, elektrik üz qırxanından istifadə təhlükəsizlik baxımından müəssisədə qadağandır. Həmin gündən o, əsəbləşmiş, əvvəllər müəssisə ərazisində təsadüfən kəsilmiş konserva qapağı gördüyünü xatırlamış, əsəbi halda hər gün həmin qapağı axtarmaq niyyəti ilə ərazini gəzmişdir. Onun məqsədi həmin qapağı tapıb özünə hər hansı bir xəsarət yetirmək olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə müəssisədə yerləşən yataqxana korpusunun arxasında besetkalar olan yerdə kolun dibindən təsadüfən biz formalı bir alət tapmış, həmin bizi cibinə qoyaraq qeydiyyatda olduğu yataqxanaya qalxaraq orada olan məhkumların çarpayılarının yanında qəfildən qarın nahiyyəsinə bizi vuraraq özünə xəsarət yetirmişdir. İttiham olunduğu maddədə qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi nəzərdə tutulur, lakin o, biz formalı həmin aləti özü hazırlamamış, həmin günü təsadüfən tapmış və özünə xəsarət yetirmişdir. Onu müəssisədə təhqir etdikləri üçün əsəbləşmiş, özü özünə xəsarət yetirmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 X5 Əməliyya Şöbəsinin inspektoru, ədliyyə kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, bildiyinə görə xx.xx.2025-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs əməkdaşlar tərəfindən müəssisənin inzibati binasına dəvət olunaraq ondan üzündəki saqqalını təraş etməsi tələb olunmuş, lakin o, bundan imtina edərək saqqal saxlayacağını israrla əməkdaşlara bildirmiş, onun bu tələbinin də cəzaçəkmə müəssisəsinin X10na zidd olduğu ona izah olunmuş, Təqsirləndirilən şəxs tələbi yenə də yerinə yetirməyəcəyini bildirmişdir. Daha sonra inzibati binadan çıxaraq qeydiyyatda olduğu 6 saylı yataqxanaya gedərək saat təxminən 10:30 radələrində biz formasında kustar üsulla hazırlanmış alətlə özünün qarın nahiyyəsinin sol səthinə xəsarət yetirmişdir. Hadisədən xəbər tutan müəssisə əməkdaşları Təqsirləndirilən şəxs ilkin yardım göstərərək, onu təcili müşayiət ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə etap etmişlər. Müalicə müəssisəsində Təqsirləndirilən şəxs aldığı xəsarətlə əlaqədar tibbi yardım göstərilmiş və qarın boşluğunda olan biz formalı alət cərrahi müdaxilə yolu ilə götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 Cəzaçəkmə müəssisəsinin baş insepktoru, ədliyyə kapitanı Şahid4 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X8 Xidməti Qəbul bölməsinin rəisi, tibb xidməti mayoru Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:20 radələrində təcili müşaiyət ilə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsindən məhkum Təqsirləndirilən şəxs qarnının ön divarının daxilə nüfuz edən kəsilmiş, deşilmiş yarası ilə Müalicə müəssisəsinə gətirilmiş, xəstəyə ilk növbədə vizual baxış keçirilmiş, dərhal rentgen şöbəsinə aparılaraq, orada qarın boşluğu orqanlarının rentgeni keçirilmişdir. Keçirilmiş rentgen müayinəsinin nəticəsinə əsasən qarın boşluğunda sərbəst qaz izlənilməmiş, çanağın sağ yarısında xaricdən daxilə doğru batmış metal yad cisim, deşici xassəyə malik olan predmet aşkar olunmuşdur. Rentgen müayinəsi altında məhkum Təqsirləndirilən şəxs qarın boşluğuna yeridilmiş yad cisim xaric edilmişdir. Daha sonra cərrahın müşahidə altında xəstə bir neçə gün müalicə aldıqdan sonra, səhhətində ağırlaşma və ya hər hansı bir fəsad aşkar olunmadığı üçün Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 Bölməsinin rəisi, ədliyyə mayoru Şahid6 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 Bölməsinin böyük inspektoru Şahid7 məhkəməyə Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 X5 əməkdaşları Şahid2 və Şahid3 ibtidai istintaqa Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 X5 əməkdaşları Əməliyyat şöbəsinin inspektoru, ədliyyə kapitanı Şahid1, rəisin növbə üzrə köməkçisi (baş inspektor), ədliyyə kapitanı Şahid4, müəssisənin rejim-nəzarət şöbəsinin nəzarətçiləri, ədliyyə baş giziri Şahid2 və ədliyyə kiçik çavuşu Şahid3, hal şahidləri məhkum X1 və X7 iştirakları ilə xx.xx.2025-ci il tarixdə, saat təxminən 10:30 radələrində məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu dəstənin yataqxanasında qeyri-qanuni tələblər irəli sürmüş, tələblərinin əsassız olduğu ona izah edildikdə, əməkddaşlara təzyiq göstərmək və istəyinə nail olmaq məqsədi ilə qarın nahiyyəsinin sol səthinə kustar üsulla hazırlanmış biz ilə xəsarət yetirmiş, tibb sanitarıya hissəsində yardım göstərildikdən sonra məhkum Təqsirləndirilən şəxs ixtisaslı müayinə və müalicə məqsədi ilə 12:15 radələrində Müalicə müəssəsinə göndərilmiş, Müalicə müəssisəsinin xx.xx.2025-ci il tarixli 3-16-17/35/2-1724/2025 nömrəli məktubuna əsasən götürülmüş 1 (bir) ədəd kustar üsulla bıçaq formasında hazırlanmış alət tərtib olunmuş “Akt”la birlikdə 1 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Götürülmüş maddi sübut Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilməsi məqsədi ilə, hal şahidlərinin və digər prosses iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, müəssisənin möhürü ilə möhürlənmiş, protokol tərtib olunmuş, hamı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/849 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd predmet kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara X2 İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 7 N nömrəli Kollegiya qəran ilə təsdiq edilmiş «X2 İntizam Qaydalan»nın 11-ci əlavəsinə əsasən konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, daşınması, gəzdirilməsi və ya istifadə etməsi qadağan olunmuş əşyaların siyahısına daxildir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2025-ci il tarixli qərarı ilə təyin olunmuş cəzası 01 il 09 ay müddətinə endirilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-346/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1341/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-346/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 01 il 09 aya endirilmiş, hökm qalan hissədə dəyişdirilməmişdir. Göründüyü kimi 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2025-ci il tarixə 01 il 21 gün müddətinə çəkilməmiş cəzası qalmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-346/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib təyin olunmuş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1341/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə müddəti 01 il 09 aya endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 01 il 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-346/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd predmet kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik olan alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 10 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 110 manat (10x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 ay (dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-346/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib təyin olunmuş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1341/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə müddəti 01 il 09 aya endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 01 il 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 01 il 02 ay (bir il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1341/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi – 64 manat (altmış dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd predmet – kustar üsulla biz formasında hazırlaşmış deşici xassəyə malik olan alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 110 (bir yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-580/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-580/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver