Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-582/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) - Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) - xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında saxladığı VAZ 2102 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidinin açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olub, oturacağın yanında olan açarla avtomobilin mühərrikini işə salaraq talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolunda göstərilən Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 8-ci kilometr bazarına tərəf piyada gedən zaman hava isti olduğu üçün yolun kənarında saxlanılan avtomobillərin yanında dayanmış, 4-5 dəqiqə sonra bir avtomobilin dayandığını, sürücünün də sükan arxasından enib avtomobilin qapısını kilidləmədən uzaqlaşıb getdiyini görmüşdür. Avtomobilin sahibinin geri qayıtmadığına tam əmin olduqdan sonra avtomobilin qapısını açıb sükan arxasına əyləşmiş, açarın maşında olduğunu görmüş, avtomobili işə salıb oradan uzaqlaşmışdır. Daha sonra dostu Nəcəflə çay içməyə getmişdir. Avtomobili sürmək məqsədilə qaçırmış, idarə edərkən cərimə olunmuşdur. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Sonda barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə razı olduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını, ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs təhqiqata verdiyi ifadəsində bildirmişdir ki, 1973-cü il istehsallı VAZ 2102 markalı. **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin əvvəllərində Oğuz şəhərində yaşayan X1 pulunu ödəməklə baş etibarnamə əsasında almış, avtomobili hələdə adına rəsmiləşdirməsə də, lakin avtomobil baş etibarnamə əsasında ona məxsusdur. Avtomobillə küçələrdə metal yığır. Yığdığı metalları, metal qəbulu məntəqələrinə avtomobili ilə təhvil verdiyi üçün, avtomobilin içəri və çöl hissəsi səliqəsiz vəziyyətdədir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarına özünə geyim almaq məqsədi ilə gedən zaman idarə etdiyi avtomobili sonradan ünvanını bildiyi ünvan 3həllə yolunun kənarında saxlamışdır. Avtomobilin qapılarının kilidləri nasaz olduğu üçün qapılarını kilidləməyib və açarını sürücü oturacağının yanına qoyub avtomobildən uzaqlaşıb yaxınlıqda yerləşən 8-ci kilometr bazarına getmişdir. Təxminən saat 16 radələrində bazardan çıxıb avtomobili saxladığı yerə qayıtdıqda, avtomobilin orada olmadığını, naməlum şəxs tərəfindən qaçırıldığını aşkar etmişdir. Avtomobili 10-15 dəqiqə müddətinə ətrafda axtarsa da tapa bilmədikdə, dərhal DİN-nin 102 xidmətinə zəng edib avtomobilin qaçırılması barədə məlumat vermişdir. Baş etibarnamə ilə ona məxsus olan VAZ 2102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığını, xx.xx.2025ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanında aşkar etmiş, avtomobildə hər hansı qiymətli əşya və yaxud pul olmamışdır. Baş etibarnamə ilə ona məxsus olan VAZ 2102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etdikdən bir neçə saat sonra polis şöbəsindən onunla əlaqə saxlanılmış, sonra polislərlə birlikdə ünvan 5 ünvana getmiş və ona məxsus VAZ 2102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada olduğunu görmüşdür. Polis əməkdaşı ilə birlikdə ona məxsus avtomobilə baxış keçirmiş, baxış zamanı ona məxsus avtomobilin zədələnmədiyi, avtomobildən hər hansı əşya və yaxud sənəd oğurlanmadığı məlum olmuşdur. Baxış keçirdiyi günün ertəsi günü yəni xx.xx.2025-ci il tarixdə ona məxsus VAZ 2102 markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil saz və işlək vəziyyətdə açarla birlikdə ona təhvil verilmiş, daha sonra həmin günü yəni xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-də avtomobilinin Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığım bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid təhqiqata verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ilə məhkumluq həyatı dövründə tanış olmuş, həmin vaxtdan onunla dostluq münasibəti vardır. xx.xx.2025-ci il tarixdə saat təxminən saat 15-16 radələrində Valeh onunla telefon əlaqəsi yaradıb, görüşüb çay içmək istədiyini bildirdikdə Nərimanov rayonu, Montin qəsəbəsində olduğunu bildirmişdir. Təxminən 30-35 dəqiqə sonra Valehin VAZ 2102 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanına gəldiyini görmüşdür. Valeh avtomobilə əyləşməyini dedikdə, avtomobilin kimə məxsus olmasını soruşmuşdur. Valeh avtomobili 8-ci kilometr bazarının yaxınlığında yolun kənarında sahibsiz vəziyyətdə olduğunu görüb idarə etmək üçün götürdüyünü demişdir. Bundan sonra Valeh avtomobili oradan idarə edərək sonradan ünvanını bildiyi Xətai rayonu, Mədinə Gülgül küçəsinə birlikdə getmişlər. Valeh avtomobili məhəllədə yolun kənarında saxlayıb oralarda yerləşən kafelərin birinə gedib çay içmişlər. Kafedə 1-2 saat müddətinə əyləşdikdən sonra kafedən çıxıb Valehlə sağollaşıb ayrılmışdır. Orada ayrıldığı üçün Valehin avtomobili sonradan idarə edib-etməməsi barədə məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 15-16 radələrində Nərimanov rayonu, Montin qəsəbəsində olan zaman Valeh onunla telefon əlaqəsi yaradıb yanına Vaz 2102 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedən zaman, o avtomobili 8-ci kilometr bazarının yanında yolun kənarında sahibsiz olduğunu gördüyü üçün idarə etdiyini ona demiş. Valehin avtomobili qaçırması barədə əvvəlcədən məlumatı olmamış, Valehin avtomobili qaçıran vaxt Nərimanov rayonu Montin qəsəbəsində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-11/2-10658/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Vaz 2102” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri il müqayisı edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərində 02 ədədinin xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin ovuc və orta barmağı ilə, 02 ədədinin xx.xx.1995-ci il təvəllüdlü Şahidr Nüsrət oğlunun sağ əlinin ovucu, sol əlinin adsız barmağı ilə eynilik müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət qanununda nəzərdə tutulmuş əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə bildirmişdir ki, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmasını, həmçinin barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmamasını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Vaz 2102” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, maddi sübut kimi tanınmış “Vaz 2102” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülərək eynilik vermiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 41 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 451 manat (41x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 185.1-ci maddəsi ilə olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2102” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2102” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülərək eynilik vermiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 41 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 451 (dörd yüz əlli bir) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-582/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-582/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver