Məhkəmə qərarları › İş №1(007)-583/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-583/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-583/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi “LCG” Vəkil bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 147.2-ci maddəsi ilə 03 il müddətinə, CM-nin 148-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə, saat 11:05-ə, xx.xx.2025-ci il tarixə, saat 10:30-a, xx.xx.2025-ci il tarixə, saat 15:00-a və xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş, məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış xüsusi ittihamçı X5 heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasına təkrarən gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Xüsusi ittihamçının nümayəndəsi, vəkili Nümayəndə1 məhkəməyə xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə ərizə ilə müraciət edərək müvafiq olaraq xx.xx.2025-ci il tarixə, saat 10:30-a, xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə hazırlıq iclaslarının təxirə salınmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş, məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış nümayəndə heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə xüsusi ittihamçı X2 və onun nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi “LCG” Vəkil bürosunun vəkili Nümayəndə2 təqdim etdiyi vəsatətin məzmununa uyğun izahat verərək bildirdi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Afaq Əliyeva məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 bildirdi ki, müdafiəçi ilə razıdır, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-583/2025 nömrəli bildirişdən görünür ki, xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət üzrə icraatla bağlı 1(007)-583/2025 saylı cinayət işi üzrə hazırlıq iclasının xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edildiyini, iş üzrə xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə hazırlıq iclası eyni səbəblə, eyni qaydada təxirə salındığı bildirilmiş, həmçinin Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 302.1 və 302.1.8-ci maddələrinə əsasən məhkəmə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina etdiyi bildirilmiş, qanunvericiliyin tələblərinin diqqətə alınması və təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edilməsi xahiş olunmuşdur. Həmin bildiriş xx.xx.2025-ci il tarixdə, saat 17:23-də xüsusi ittihamçı X2 elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinin tələbinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2— 302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. İş materiallarından da görünür ki, məhkəmə hazırlıq iclası sonuncu dəfə xx.xx.2025-ci il tarixə, saat 15:00-a və xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş, bu barədə xüsusi ittihamçı X4 rəsmi qaydada məlumat verilmiş, məhkəmənin hazırlıq iclasına təkrarən gəlməməsinin hüquqi nəticələri ona izah edilmiş, lakin xüsusi ittihamçı heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasına təkrarən gəlməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki şikayət üzrə icraat xüsusi ittiham qaydasında şikayət verən şəxs, yəni zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan və xüsusi ittiham qaydasında şikayət verən şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar