Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-589/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən ev alqı-satqısı ofisinin plastik materialından olan pəncərəsinin kilidini üzərində olan vintaçanla sındırıb açaraq qanunsuz olaraq ofisə daxil olub orada masanın üzərindən sonuncuya məxsus 200 manat dəyərində 1 ədəd “Samsung RF511” markalı qara rəngli noutbooku gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2023-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanında yerləşən “Ali Dental” stomatoloji diş klinikasının arxa tərəfindəki plastik materialından olan pəncərəsinin kilidini üzərində olan vintaçanla sındırıb açaraq qanunsuz olaraq klinikaya daxil olub orada masanın üzərindən sonuncuya məxsus 500 manat dəyərində 1 ədəd “Lenovo B570E” markalı qara rəngli noutbooku gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 iyul 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən köşkün plastik materialından olan qapısının kilidini üzərində olan vintaçanla sındırıb qanunsuz olaraq köşkə daxil olub orada masanın üzərindən hər birinin dəyəri 4 manat 30 qəpik olmaqla ümumi məbləği 189 manat 20 qəpik olan 44 qutu “Sobranie kaster” markalı ağ rəngli qalın siqareti, hər birinin dəyəri 3 manat 90 qəpik olmaqla ümumi məbləği 202 manat 80 qəpik olan 52 qutu “Winston Compakt” markalı ağ rəngli qalın siqareti, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla ümumi məbləği 43 manat 50 qəpik olan 15 qutu “Pallmal” markalı qara rəngli nazik siqareti, hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla ümumi məbləği 66 manat 50 qəpik olan 19 qutu “LD” markalı boz qara rəngli nazik siqareti, hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumi məbləği 41 manat 40 qəpik olan 18 qutu “Argo” markalı ağ rəngli nazik siqareti, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla ümumi məbləği 78 manat 30 qəpik olan 27 qutu “Winçestr” markalı boz rəngli nazik siqareti, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla ümumi məbləği 58 manat olan 20 qutu “Rothmans” markalı boz rəngli compakt qalın siqareti, hər birinin dəyəri 2 manat 60 qəpik olmaqla ümumi məbləği 39 manat olan 15 qutu “Viceroy” markalı boz rəngli nazik siqareti, hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi məbləği 37 manat 50 qəpik olan 15 qutu “West” markalı boz rəngli qalın siqareti, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi məbləği 35 manat 20 qəpik olan 16 qutu “Bakı” markalı ağ rəngli qalın siqareti, hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumi məbləği 29 manat 90 qəpik olan 13 qutu “Prima” markalı ağ rəngli qalın siqareti, hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumi məbləği 41 manat 40 qəpik olan 18 qutu “Maqna” markalı boz rəngli nazik siqareti, hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi məbləği 42 manat 50 qəpik olan 17 qutu “Keno” markalı göy rəngli nazik siqareti, hər birinin dəyəri 2 manat 60 qəpik olmaqla ümumi məbləği 62 manat 40 qəpik olan 24 qutu “Want” markalı qara rəngli nazik siqareti və hər birinin dəyəri 4 manat olmaqla ümumi məbləği 152 manat olan 38 qutu “Kent 8” markalı ağ rəngli qalın siqareti gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 1119 manat 60 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi çətinliklər çəkdiyi və pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən ev alqı-satqısı ofisindən Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı notebooku, daha sonra eyni tarixdə piyada Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanında yerləşən “Ali dental” stomatoloji klinikasından Zərərçəkmiş şəxs2 məxsus “Lenova” markalı notebooku binaya daxil olmaqla oğurlamış, xx.xx.2023-cü il tarixdə isə Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi 4 ünvanında yerləşən köşkdən Zərərçəkmiş şəxs3 məxsus müxtəlif növ siaqretləri binaya daxil olmaqla oğurlamışdır. Oğurluğu əvvəlcədən planlaşdırmamış, binaların qarşısından keçdikdə oğurluq etmək qərarına gəlmişdir. Hazırda kər iki notebook sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs3 dyəmiş ziyanı ödəməyə isə maddi imkanı yoxdur. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Sonra, bildirmişdir ki, 2017-cı ilin iyul ayında Ağdam rayonunda yeləşən “N” saylı hərbi hissədə xidmətdən qaçdığı üçün Tərtər Hərbi Məhkəməsində barəsində çıxarılmış hökmlə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sonralar müxtəlif zamanlarda maddi çətinlikləri olduğu üçün oğurluqlar etmiş və məhkumluq həyatı yaşamışdır. 2023-cü ilin iyun ayının 6-da Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəsissəsindən azad olunmuşdur. Daha sonra, qeyd etmişdir ki, təxminən 1 aya yaxındır ki, işsiz olduğu üçün maddi çətinliklər yaşamış, bu məqsədlə yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 17 iyul 2023-cü il tarixə keçən gecə, saat 01 radələrində piyada hərəkətdə olan zaman təsadüfən ünvan 5 ünvanında yerləşən ev alqı-satqısı ofisinin qarşısından keçmiş, ofisin qarşısında olan zaman ətrafa diqqətlə baxmış, heç kimin olmadığına əmin olduqdan sonra cibində olan vintaçanla ofisin plastik materialından olan pəncərəsinin kilidini sındırıb içəri daxil olmuş, ofis bir otaqdan ibarət olmuş və otağı ətraflı axtarmış, lakin pul və qızıl-zinyət əşyaları tapa bilməmiş, ofisdə olan masanın üzərindən 1 ədəd “Samsung RF511” markalı qara rəngli noutbooku götürüb oradan çıxmışdır. Bundan sonra, əlavə oğurluq etmək üçün özünə uyğun yer axtarmış, bir neçə saat ərazidə binaların ətrafında piyada gəzmiş, elə həmin gecə, saat 04 radələrində piyada Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanında yerləşən “Ali dental” stomatoloji klinikasının qarşısından keçmiş, diş klinikasının qarşısında dayanıb yenə də ətrafı müşahidə etmiş, heç kimin olmadığını gördükdə klinikanın qapısına yaxınlaşmış, əvvəlcədən cibində saxladığı vintaçanla qapının kilidini açmağa çalışmış, lakin bu mümkün olmadıqda binanın arxasına keçib klinikanın arxa tərəfində yerləşən plastik materialdan olan pəncərəsinin kilidini vintaçanla sındırmış, bundan sonra pəncərədən içəri daxil olmuşdur. Otaqları axtardıqda diş həkiminin iş otağında olan stomataloji masanın üzərindən 1 ədəd “Lenova B570E” markalı qara rəngli noutbooku götürmüşdür. Daha sonra, oğurladığı hər 2 noutbooku götürüb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən parka gedərək orada oturub səhərin açılmağını gözləmişdir. Sonra, 17 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında fəaliyyət göstərən kompüter alqı-satqısı və telefon təmiri mağazalarının birinə getmiş, mağazada sonradan anket məlumatını öyrənib bildiyi satıcı Şahid1 yaxınlaşıb özünə məxsus “Samsung RF511” və “Lenova B570E” markalı noutbbookların olduğunu, həmin noutbookları satmaq istədiyini demişdir. Satıcı Arzu noutbooklara baxıb hər ikisinə 120 manat pul verəcəyini bildirmişdir. O da, satıcı ilə razılaşmış, satıcı Arzu ona 120 manat pul verib noutbookları ondan almışdır. Daha sonra, Arzuya şəxsiyyət vəsiqəsinin surətini verərək üzərində “noutbook özümə məxsusdur, oğurluq deyil” qeydiyyatını aparmışdır. Bundan sonra, Arzudan almış olduğu 120 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin, vurğulamışdır ki, xx.xx.2023-cü il tarixə keçən gecə, saat 01 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Nizami rayonu, "Neftçilər" metrostansiyasmın yaxınlığına getmiş, “Neftçilər” metrostansiyasının yaxınlığında bir qədər gəzdikdən sonra piyada yolun kənarı ilə hərəkət etməyə başlamışdır. Hərəkətdə olan zaman Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi 4 ünvanında qapısı bağlı vəziyyətdə içərisində siqaretlər, sərinləşdirici sular olan köşk görmüş, köşkü gördükdən sonra oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, köşkün giriş qapısına yaxınlaşıb üzərində gəzdirdiyi vintaçanla qapısının kilidini sındıraraq açmış və içəri daxil olmuş, oradan müxtəlif markalı siqaret qutularını paketə yığmışdır. Bundan sonra, paketi götürüb köşkün qapısını örtərək çıxıb getmişdir. Həmin gün, günorta saatlarında Nizami rayonu, 8-ci km bazarının yaxınlığında “Diqlas” ticarət mərkəzi ilə üzbəüz olan digər köşkə gedərək orada işləyən şəxsə siqaret satmaq istədiyinidemişdir. Həmin köşkdə işləyən şəxs də ucuz qiymətə satacağı təqdirdə siqaretləri ondan ala biləcəyini demişdir. Həmin şəxsə siqaretlərin özünə məxsus olduğunu bildirəndən sonra həmin şəxs siqaret qutularını saymış, ümumilikdə ona 575 manat pul verəndən sonra, pulu götürüb oradan çıxaraq getmişdir. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurluq etdiyi zaman istifadə etdiyi vintaçanı hadisədən sonra hazırda xatırlamadığı yerdə atmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 iyul 2023-cü il tarixdə, saat 07 radələrində işlədiyi «Ali dental» stomatoloji klinikasına gedib klinikanın giriş qapısını açaraq içəri daxil olmuş, həmin vaxt həkim otağında masanın üzərində qoyduğu içərisində xəstələrin tarixçələrinin və gördüyü işlərlərlə bağlı qeydlər apardığı 1 ədəd «Lenova» markalı notebookun yerində olmadığını, digər otaqda isə plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, notebookun oğurlandığı başa düşmüşdür. «Lenova» markalı notebook ona məxsusdur, notebookun oğurlanması ilə əlaqədar ona 500 manat məbləğində maddi ziyan dəymişdir. Lakin hal-hazırda notebook ona geri qaytarılmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona qarşı hər hansı iddia və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yerləşən icarə əsasında işlətdiyi köşkdə müxtəlif növ siqaretlər, müxtəlif adlı enerji suları, mineral sular və sair əşyalar satır. 18 iyul 2023-cü il tarixə keçən gecə, saat 01:30-da köşkün qapısını bağlayıb evə getmiş, həmin tarixdə, saat 09:15 dəqiqədə köşkə yaxınlaşıb qapısını açmaq istəyərkən köşkün qapısının açıq vəziyyətdə olduğunu görmüş, içəri daxil olduqda köşkdə masanın üzərinə yığdığı müxtəlif növlü və müxtəlif qiymətli siqaretlərin yerində olmadığının, yəni naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığının şahidi olmuşdur. Köşkdən oğurlanmış siqaretlər ona məxsusdur, baş vermiş oğurluqla əlaqədar ona 1119 manat 60 qəpik maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmiş, həmçinin oğurlanmış siqaretlər də geri qaytarılmamışdır. Bu səbəbdən təqsirləndirlən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən mobil telefon və kompüter alqı-satqısı mağazasında işləyir. xx.xx.2023-cü il tarixdə işdə olan zaman Fuad adlı şəxs “Samsung RF511” markalı və “Lenovo B570E” markalı notebooklarla onun işlədiyi mağazaya gəlmiş, həmin 2 ədəd notebookun özünə məxsus olmasını bildirərək satmaq istədiyini demiş, o, iki notebooka görə Fuada ümumilikdə 120 manat pul verə biləcəyini demiş, Fuad da onunla razılaşmışdır. Bundan sonra, o, Fuaddan sənəd tələb etmiş, Fuad özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, o da şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmışdır. Fuad vəsiqəsinin kserosurətinin üzərində “notebook özümə məxsusdur, oğurluq deyil” qeydini aparmış, bundan sonra Fuada 120 manat pul ödəyərək hər 2 notebooku almışdır. Fuadın ona satmış olduğu notebookların oğurluq yolu ilə əldə olunmasını bilməmiş, həmin notebookların Fuadın özünə məxsus olmasını zənn etmişdir. 23 iyul 2023-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə onun işlədiyi mağazaya gəlmiş, bu zaman həmin notebookların oğurluq olduğunu bilmiş, könüllü olaraq Fuaddan 120 manata almış olduğu 1 ədəd “Samsung RF511” və 1 ədəd “Lenovo B570E” markalı notebooku polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Y.Əliyev küçəsi, ev lV-də qeydiyyatda olmaqla yaşayır. İcarə əsasında ünvan 10 ünvanında yerləşən ev-alqı satqısı ofisini işlədir. 16 iyul 2023-cü il tarixdə, axşam saatlarında ofisin qapısını bağlayıb evə getmişdir.Sabahısı gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində göstərilən yerdəyerləşən ev-alqı satqısını həyata keçirtdiyi ofisə getmiş, ofisin qapısına yaxınlaşdıqda qapının yanında plastik materialdan olan pəncərənin açıq olmasını görmüş, həmin vaxt ofisə naməlum şəxs və ya şəxslərin qanunsuz daxil olmasından şübhələnmiş, sonra ofisin qapısını açıb içəri keçəndə içəridə masanın üzərində olan 1 ədəd “Samsung RF 511” markalı noutbookun oğurlanmasını görmüşdür. “Samsung RF 511” markalı noutbookun oğurlanması nəticəsində ona 200 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə, saat 11 radələrində icarə əsasında işlətdiyi köşkdə olarkən 1 nəfər tanımadığı şəxs köşkə getmiş, həmin şəxs ona mağaza işlətdiyini, hal-hazırda mağazanı bağladığı üçün qalıq qalmış siqaretləri satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən siqaretlərin oğurluq olub- olmadığını soruşub köşkdə kamera vasitəsilə video müşahidə aparıldığını və qeydə alındığını bildirərək, oğurluq olduğu təqdirdə almayacağmı bildirmiş, həmin şəxs siqaretlərin oğurluq olmadığını, özünə məxsus olduğunu demişdir. Bundan sonra, həmin şəxsə inanıb siqaretləri alacağını demiş, həmin şəxslə siqaretlərin qiymətini razılaşdıqdan sonra o, əlində içərisində siqaretlər olan 2 ədəd paketi köşkə aparmış, ona siqaretləri yerə töküb siqaret qutularınıadlarına görə yığıb saymasını bildirmişdir. Bundan sonra, həmin şəxs siqaret qutularını yığmağa başlamış, o, siqaret qutularını ayıraraq yığıb qurtardıqdan sonra hesablayanda ona 507 manat 50 qəpik pul verməli olduğunu, üzərində o qədər pul olmadığı üçün pulu 2 saat sonra gedib götürməsini bildirmişdir. Həmin şəxs ona 75 manat pul verməsini, 2 saatdan sonra geri qayıdıb pulun qalan hissəsini götürəcəyini demişdir. O da, həmin şəxsə 75 manat verdikdən sonra sonuncu çıxıb getmiş və təxminən 2-3 saatdan sonra köşkə qayıtmışdır. O, həmin şəxsdən ona nə qədər pul verməli olduğunu soruşduqda ona 500 manat pul verməli olduğunu bildirmiş, o da, müştəri olduğu üçün fikir verməyib həmin şəxsə, yəni sonradan adını bildiyi Fuada 500 manat pul vermiş, pulu verdikdən sonra Fuad çıxıb getmişdir. Təqsirləndirilən şəxs almış olduğu siqaretləri sonradan satdığından, hazırda istintaqa təqdim edə bilmir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5758 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş notebookların istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 320,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd Çin istehsalı “Samsung” markalı “RF511” modelli notebook (ehtiyat hissəsi kimi) – 70,00 manat, 01 ədəd Çin istehsalı “Lenova B570e” markalı “20129” modelli notebook – 250,00 manat. İş materiallarında olan Diskin götürülməsi və baxış keçirilməsi haqqında" tərtib edilmiş 17 iyul 2023-cü il protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 03:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanında yerləşən “Ali dental” stomatoloji klinikasından 1 ədəd “Lenova B570E” markalı qara rəngli notebooku oğurlayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, 18 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Nizmi RPİ-nin MSY-dən daxil olan) xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixdə X3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzlərdən görünür ki, 01 ədəd “Samsung” markalı “RF511” modelli notebook və 01 ədəd “Lenova B570e” markalı “20129” modelli notebook qanuni sahiblərinə təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli arayışından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş qalan 09 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 09 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən ikisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)- 317/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk, içərisində əl izləri olan 1 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı “RF511” modelli notebookun və 01 ədəd “Lenova B570e” markalı “20129” modelli notebookun qanuni sahibləri olan zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CMnin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc-cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk, içərisində əl izləri olan 1 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı “RF511” modelli notebookun və 01 ədəd “Lenova B570e” markalı “20129” modelli notebookun qanuni sahibləri olan zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-589/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-589/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver