Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-59/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1962-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim-travmatoloq işləyən, Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olmaqla, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edərək, vahid niyyətlə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, qeyrisinin təhriki ilə rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə, vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 noyabr 2012-ci il tarixli, 1010 saylı əmrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (1 yanvar 2020-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə X13 şəxsin tabeliyində Cəlilabad Rayon X6 hüquqi şəxsin) poliklinika şöbəsində 01 noyabr 2012-ci il tarixdən həkim-travmatoloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarına əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları bilmək, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarına 2 nömrəli Əlavə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimata əsasən, sığorta haqları ödəyən şəxs xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələrini həmin gündən verməli olduğu, həmçinin hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malik olduğu, eləcə də Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Heyətinin xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Həkim Məsləhət Komissiyası haqqında” Əsasnaməyə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18n tabeliyindəki tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti (müalicə həkiminin 6 günlük nəzarətindən sonra) və xarakterini müəyyən etmək Həkim Məsləhət Komissiyasının səlahiyyətinə aid olmasına baxmayaraq, 01 mart 2022-ci il tarixdə özünə xəstəliyi ilə bağlı müraciət etmiş, Zərərçəkmiş şəxs MMC-də "xxxx" vəzifəsində işləyən, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X4 xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq müayinə etdikdən sonra ona “sol əlin İV barmağının sınığı” diaqnozunu təyin edərək həmin tarixdə sonuncunun adına ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üz tərəfində “işdən azad edilir” qrafasına müvafiq olaraq “01.03.22 - üç mart 22” və “04.03.22 - altı mart 22” sözlərini diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq etdikdən sonra Elgün Əliyevin 7 mart 2022-ci il tarixdə Cəlilabad Rayon X6 hüquqi şəxsin inzibati binasında olan xidməti otağında görüşləri zamanı ona yenidən müayinə olunmadan əmək qabiliyyətinin itirilməsi müddətinin uzadılmasına dair məlumatların əmək qabiliyyətinin olmaması vərəqəsinə daxıl edilməklə verilməsinə dair müraciəti ilə əlaqədar onunla razılaşmaqla sövdələşib, Elgün Əliyevin təhriki ilə əmək qabiliyyətinin itirilməsi müddətini artırma səlahiyyəti Cəlilabad rayon X6 X16 Məsləhət Komissiyasının səlahiyyətində olduğu halda Elgün Əliyev qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə onun əmək qabiliyyətinin itirilməsi müddətini artırma səlahiyyətinin olmamasına baxmayaraq, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb Elgün Əliyevi qeyd edilən Həkim Məsləhət Komissiyasına təqdim etmədən ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X6 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında işdən azad olma hüququ verən rəsmi sənəd olan əmək qabiliyyətinin olmaması vərəqəsinin üz tərəfində bilə-bilə yalan məlumatlar, yəni “işdən azad edilir” qrafasına “07.03.22 - on altı mart” sözlərini diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq etdikdən sonra əmək qabiliyyətinin olmaması vərəqəsini cinayətdən xəbərsiz, Cəlilabad Rayon X6 hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini, həmin publik hüquqi şəxsdə fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyən Şahid1 təqdim edərək xəstənin müayinə edilməsi barədə məlumat verib xəstəni Həkim Məsləhət Komissiyasına təqdim etmədən qeyd edilən vərəqəni “xəstəlik vərəqəsinin uzadılması” barədə Cəlilabad Rayon X6 hüquqi şəxsin poliklinika şöbəsinin ştampı ilə təsdiq etdirdikdən sonra, Elgün Əliyevin adına tərtib edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsini həmin publik hüquqi şəxsdə baş həkim vəzifəsində işləyən, cinayətdən xəbərsiz Şahid4 Taleh oğluna təqdim edərək sonuncunun Cəlilabad Rayon X6 hüquqi şəxsə məxsus tibbi sənədlər üçün nəzərdə tutulmuş möhürlə təsdiq etməsinə nail olmaqla, eyni niyyətlə, Elgün Əliyevin 17 mart 2022-ci il tarixdə ona Cəlilabad Rayon X6 hüquqi şəxsin inzibati binasında olan xidməti otağında görüşləri zamanı müayinə olunmadan əmək qabiliyyətinin itirilməsi müddətinin uzadılmasına dair məlumatların əmək qabiliyyətinin olmaması vərəqəsinə daxil edilməklə verilməsinə dair müraciəti ilə əlaqədar onunla razılaşmaqla sövdələşib, Elgün Əliyevin təhriki ilə əmək qabiliyyətinin itirilməsi müddətini artırma səlahiyyətinin olmamasına və 24 mart 2022-ci il tarixdən 01 may 2022-ci il tarixədək Elgün Əliyev Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına baxmayaraq, vahid niyyətlə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb X17 Məsləhət Komissiyasına təqdim etmədən və ilkin olaraq hər hansı məlumat daxil etmədən ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X6 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında işdən azad olma hüququ verən rəsmi sənəd olan əmək qabiliyyətinin olmaması vərəqəsinin üz tərəfində bilə-bilə yalan məlumatlar, yəni “işdən azad edilir” qrafasına “17.03.22 - iyirmi altı 22” və “27.03.22 - otuz bir mart 22” sözlərini diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq etdikdən sonra əmək qabiliyyətinin olmaması vərəqəsini cinayətdən xəbərsiz Cəlilabad Rayon X6 hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini, həmin publik hüquqi şəxsdə fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyən Şahid1 təqdim edərək xəstənin müayinə edilməsi və gələcəkdə də müayinə edilib əmək qabiliyyətinin olmamasının artırılması zərurətinin olduğu barədə məlumat verib inandırmaqla qeyd edilən vərəqəni “xəstəlik vərəqəsinin uzadılması” barədə Cəlilabad Rayon X6 hüquqi şəxsin poliklinika şöbəsinin ştampları ilə təsdiq etdirdikdən sonra, Elgün Əliyevin adına tərtib edilmiş həmin əmək qabiliyyətinin olmaması vərəqəsini publik hüquqi şəxsdə baş həkim vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 Taleh oğluna təqdim edərək sonuncunun həmin sənədi imzalamaqla Cəlilabad Rayon X6 hüquqi şəxsə məxsus tibbi sənədlər üçün nəzərdə tutulmuş möhürlə təsdiq etməsinə nail olmaqla, Elgün Əliyevə xx.xx.2022-ci ıl tarixdən xx.xx.2022-ci cil tarixdək işdən azad olunma hüququ verən rəsmi sənəd olan ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsini 2022-ci ilin mart ayının 17-də Elgün Əliyevə təqdim etməsindən sonra sonuncu həmin saxta sənədi həmin tarixdə istintaqa məlum olmayan taksi sürücüsünə verib, sonuncu vasitəsilə həmin sənədin rəsmi olaraq işlədiyi ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə 2022-ci ilin aprel ayının əvvəllərində təqdim edilməklə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18n tabeliyində Cəlilabad Rayon X6 hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, Elgün Əliyevin təhriki ilə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1994-cü ildən etibarən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim kimi fəaliyyət göstərir. İlk öncə həkim-cərrah, sonra isə həkim-travmatoloq vəzifəsində çalışmışdır. Öz çıxışında bildirdi ki, onun xəstələri müayinə etməkdən başqa, əmək qabiliyyətinin olmaması vərəqəsi vermək kimi vəzifəsi də mövcuddur. Həmin vərəqəni işlədiyi xəstəxanada qeydiyyatdan keçmiş və ona müraciət edən xəstələrə verir. İlkin olaraq o, müariət etmiş xəstəni müayinə edir, müalicələr yazır, əgər xəstə rəsmi olaraq hər hansı qurumda işləyirsə və işə çıxma qabiliyyəti olmursa, həmin xəstəni qeydiyyat şöbəsinə yönləndirir ki, adına əmək qabiliyyətinin olmaması vərəqəsi açılsın. Həmçinin bildirdi ki, ən çox 6 gün müddətinə xəstəliklə bağlı müddət onun tərəfindən uzadıla bilər. Lakin 6 gündən çox əmək qabiliyyətinin olmaması müəyyən edildikdə, xəstəni yenidən müayinə edib, xəstəliyinin davam etməsi barədə göndəriş yazaraq, baş həkim tərəfindən yaradılan Həkim Məsləhət Komissiyasına göndərir. X7 ilk dəfə ona müraciət edərkən, ona 6 gün müddətinə əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etdiyini bildirsə də, ikinci dəfə Əliyev Elgünün nə vaxt müraciət etdiyini, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində, sonuncunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əmək qabiliyyətinin olmaması qeydinin hansı formada yazıldığını həqiqətən də xatırlamadığını qeyd etdi. Bildirdi ki, həkim kimi fəaliyyət göstərdiyi 30 il ərzində qüsursuz işləmiş, heç vaxt heç kimdən pul və sair nemət almamış, tələb etməmişdir. Törətdiyi əməli etiraf etdiyini, səmimi peşmançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İş üzrə Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəmədən gizləndiyinə görə barəsində olan cinayət işi ayrıca icraata ayrılmış X7 hazırkı iş üzrə iştirak etdiyi məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən 3 gün müddətinə Cəlilabad Rayon Mərləzi xəstəxanasının həkimi Təqsirləndirilən şəxs əmək qabiliyyətinin olmaması vərəqini almış, daha sonra, müddəti xx.xx.2022-ci il tarixədək uzatmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həkim müayinəsində olarkən, əmək qabiliyyətinin olmaması vərəqinin müddətini, xx.xx.2022-ci il tarixdən etibarən, onun iştirakı olmadan uzatmasını, həkim Təqsirləndirilən şəxs xahiş etmişdir. Törətdiyi əməlin cinayət olduğunu bilmədiyini, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Cəlilabad Rayon X6 hüquqi şəxsin direktoru Elnur Azadxanov məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs hər hansısa şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsinə etiraz etmədiklərini, həmçinin Təqsirləndirilən şəxs xəstəxananın yeganə həkim-travmatoloqu olduğunu, qonşu rayonlarda belə travmatoloq ixtisaslı həkimin olmadığını və xəstəxanada Təqsirləndirilən şəxs böyük ehtiyac olduğunu bildirərək, ona veriləcək cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad Rayon X6 hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsində işləyir və 2020-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək həmin publik hüquqi şəxsdə fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs, müavini olduğu X18n poliklinika şöbəsində həkimtravmatoloq vəzifəsində çalışır, Cəlilabad rayon X6 hüquqi şəxsdə tək həkim-travmatoloq olduğuna görə rayonun bütün travmatoloji xəstələri ona müraciət edir və o da işinin öhdəsindən bu günə qədər layiqincə gəlmişdir. X2 adına tərtib edilmiş vərəqənin surəti ona təqdim olunmuş, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində həkim Təqsirləndirilən şəxs imzası olduğundan, onun tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsinə ştamp vurulmuşdur. Həmçinin öz ifadəsində Təqsirləndirilən şəxs, xəstəxananın yeganə həkim travmatoloqu olmasını, ona Cəlilabad və digər qonşu rayonlarda ehtiyac olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X6 hüquqi şəxsdə həkim-terapevt, həmçinin terapiya şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, Cəlilabad rayon X6 hüquqi şəxsdə yeganə həkim-travmatoloq olduğuna görə rayonun bütün travmatoloji xəstələri ona müraciət etmiş, o da öz işinin öhdəsindən layiqincə gəlmişdir. Təqsirləndirilən şəxs, müayinə etdiyi şəxs rəsmi iş yerində işləyirsə, həmin xəstəyə əmək qabiliyyətinin olmaması vərəqəsini vermə hüququna malikdir. HMK-nın tərkibində ixtisasa uyğun həkimtravmatoloq olmadığından, xəstəni ixtisasları uyğun gəlmədiyindən müayinə etmək mümkün olmamış, qeyd olunan səbəbdən sonuncuya etibar edib, əmək qabiliyyətinin olmaması barədə vərəqəyə ştamp vurulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs xəstəxananın yeganə həkim travmatoloqu olmasını, ona böyük ehtiyac olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 mart 2014-cü il tarixdən hazıradək Zərərçəkmiş şəxs MMC-də İnsan Resursları şöbəsinin rəisi vəzifəsində işləyir. Elgün Əliyev son iki il ərzində ilin müxtəlif vaxtlarında tez-tez xəstələnməsi ilə bağlı işə çıxmamış və yaşadığı Cəlilabad Rayon X6 hüquqi şəxsdən işə “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayının əvvəllərində işlədiyi MMC-yə Elgün Əliyev barəsində “əmək qabiliyyətinin olmaması vərəqəsi” tanımadığı şəxs tərəfindən təqdim edilmişdir. Elgün Əliyevin adına olan “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə işdən azad edilmə müddəti xx.xx.2022- xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixədək göstərilmişdir. Həmin ilin aprel ayında Elgün Əliyev işə gəlmədiyi üçün onunla əlaqə saxlamaq istəsələr də, bu mümkün olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində Elgün Əliyev işə gələrək, işə davam etmək istədiyini bildirsə də, ona bir ay müddətində üzürlü səbəb olmadan işə gəlmədiyi üçün barəsində araşdırma aparıldığı bildirilmişdir. Həmçinin qeyd etdi ki, X7 Zərərçəkmiş şəxs MMC-də "xxxx" vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə MMC-nın baş direktorunun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 iyul 2020-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək Cəlilabad Rayon X6 hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini, baş həkim vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Baş Tibb İdarəsində həkim-cərrah vəzifəsində işləyir. X2 adına tərtib edilən vərəqənin əsli ona təqdim olunmuş, həmin vərəqədə baş həkim qrafasında o imza etmiş, tibbi sənədlər üçün olan möhürlə təsdiq etmişdir. Əlavə olaraq qeyd etdi ki, xəstəxanada işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs rayonda yeganə həkim travmatoloq kimi fəaliyyət göstərmiş, işinin öhdəsindən daim layiqincə gəlmişdir. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 01 noyabr 2012-ci il tarixli, 1010 saylı əmrinin təsdiq olunmuş surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən həmin xəstəxananın poliklinika şöbəsinə həkim travmatoloq vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarına 2 nömrəli əlavə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimata əsasən, həkimlərin hüquqlarına sığorta haqları ödəyən şəxs xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələrini həmin gündən verməli, həmçinin hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək və sair aiddir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Heyətinin xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Həkim Məsləhət Komissiyası haqqında” Əsasnaməyə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18n tabeliyindəki tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti (müalicə həkiminin 6 günlük nəzarətindən sonra) və xarakterini müəyyən etmək Həkim Məsləhət Komissiyasının səlahiyyətinə aiddir. İş materiallarında olan Cəlilabad Rayon X6 hüquqi şəxsdə 01 mart 2022-ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 01 mart 2022-ci il tarixdə həkim-travmatoloq Təqsirləndirilən şəxs tərəfindən Elgün Əliyevə sağ əlin İV barmağın sınığı diaqnozu qoyulmuş, Təqsirləndirilən şəxs həmin vərəqənin “işdən azad edilir qrafasında" əmək qabiliyyətinin olmaması müddətləri “01.03.22-üç mart 22”, “04.03.22-altı mart 22”, “xx.xx.2022-on altı mart 22”, “17.03.22-iyirmi altı mart 22' və “27.03.22-otuz bir mart 22” sözlərini, “işə başlamalı” qrafasında “bir aprel 2022 sözlərini yazaraq qarşısından imza edib soyadını yazmışdır. Həmin vərəqədə 3 ədəd “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi* “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs” Tibbi sənədlər üçün” məzmunlu möhür və 3 ədəd “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Poliklinika şöbəsi Xəstəlik vərəqəsi uzadılır:HMK” məzmunlu ştamp əksləri vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 4/1334-5/1081 nömrəli rəyinə əsasən Cəlilabad Rayon X6 hüquqi şəxsdə 01 mart 2022-ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin 1-ci səhifəsinin mətni və “Bayramov” yazıları qarşısındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cəlilabad Rayon X6 hüquqi şəxsdə 01 mart 2022- ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin 1-ci səhifəsində “Baş həkimin imzası” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 01 mart 2022-ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üzərində olan möhür və ştamp əksləri relyef klişe vasitəsi ilə sənədin üzərinə birbaşa vurulmuşdur. 01 mart 2022-ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üzərində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi* “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəx* Tibbi sənədlər üçün” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. 01 mart 2022-ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üzərində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Poliklinika şöbəsi Xəstəlik vərəqəsi uzadılır:HMK” məzmunlu ştamp əksləri təqdim edilmiş eyni məzmunlu ştampın sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. İş materiallarında olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindəki məlumatına əsasən Elgün Əliyev 24 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasından Qətər Respublikasına getmiş, 01 may 2022-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Həmçinin, məhkəmə baxışı zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarına əsasən, X7 xx.xx.2023-cü il tarixdə saat 16:26da X9 Hava Limanında DSBM vasitəsilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmış və növbəti məhkəmə iclaslarında onun iştirakını təmin etmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-59/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X7 barəsində olan cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs X2 ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 309.1-ci və 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarda qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə cəzası növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, törədilmiş cinayət, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ilə, həmçinin vəzifəli şəxs tərəfindən tamah və ya sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi ilə bağlı olsa da, təqsirləndirilən şəxsə CM-nin 46.2-ci maddəsinin tələbi baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə əlavə cəzasının təyin edilməsinə zərurət görmür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən, onun işlədiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında yeganə həkimtravmatoloq olmasını, xəstəxanada ona ehtiyac olmasını, qonşu rayonlarda belə ixtisaslı travmatoloq həkimin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru X10 Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/6.32—2022-841 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs xəstəxananın yeganə həkimtravmatoloqu olduğunu, qonşu rayonlarda belə ixtisaslı travmatoloq həkimin olmadığını və qeyd olunan səbəbdən ona böyük ehtiyac olduğunu bildirərək, veriləcək cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunmuş, heç bir nizam-intizam qaydalarını pozmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən təqdim edilmiş arayışa əsasən Bayramov X5 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində həkim tramatoloq-ortoped vəzifəsində işləyir, kadr çatışmazlığı ilə bağlı olaraq X19 şöbəsində xəstələrə travmatoloji yardım göstərir. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon X6 hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmrə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həkim briqadasının tərkibində xx.xx.2020-ci il tarixdən “X8 Mərkəzi”nə ezam olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmamasını, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının yeganə həkim travmatoloqu olmasını və kadr çatışmazlığı ilə bağlı X19 şöbəsində xəstələrə travmatoloji yardım göstərməsini, İİ Qarabağ müharibəsi zamanı yaranmış zərurətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə “X8 Mərkəzi”nə ezam olunmasını, işlədiyi xəstəxanada müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı cəzani ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Cəlilabad Rayon X6 hüquqi şəxsdə xx.xx.2022-ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Cəlilabad Rayon X6 hüquqi şəxsdə xx.xx.2022-ci il tarixdə X2 adına tərtib olunmuş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 125 (yüz iyrmi beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 372 (üç yüz yetmiş iki manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-59/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-59/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver