Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-59/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin, mülki iddiaçıların nümayəndəsi-“Zəfər” vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 12, mənzil 32-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, S.Mehmandarov küçəsi ev 19, mənzil 7-də yaşayan, 16 noyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəmadi baş çəkdiyi Zərərçəkmiş şəxs1 işlətdiyi “Atlas” adlı gözəllik salonunda olarkən söhbət əsasında guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasibatçı vəzifəsində işləməsi barədə yalan məlumat verib özünü maddi cəhətdən imkanlı, əlaqəli və işgüzar şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs1 ilə şəxsi və ailəvi dostluq münasibətləri yaratmış, həmin gözəllik salonuna bitişik sahədə lazer aparatının xidmət göstərəcəyi təqdirdə yüksək gəlir əldə olunacağını “sərfəli biznes təklifi” qismində irəli sürüb Bakı şəhərində həmin xidmət sahəsinə böyük ehtiyac olduğunu bildirərək dəyərini hissə-hissə ödəmək şərti ilə cəmi 50000 (əlli min) manat pul müqabilində şəxsiyyətinə dair məlumat vermədiyi yaxın tanışının vasitəsi ilə guya xarici ölkədən Azərbaycana yeni buraxılışlı və çoxfunksiyalı lazer avadanlığının gətirilməsini təşkil edəcəyini yalandan vəd etməklə Zərərçəkmiş şəxs1 etibarını qazanıb özünə inandırdıqdan sonra 2020-ci ilin noyabr ayında ünvan 1 ünvanın qarşısında 8000 (səkkiz min) manat, bir neçə gün sonra 2020-ci ilin noyabr ayında ünvan 2 ünvanın qarşısında 12500 (on iki min beş yüz) manat, 2020-ci ilin dekabr ayı ərzində isə hissə-hissə olmaqla ünvan 2 ünvanda 4500 (dörd min beş yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə yaxın rəfiqəlik münasibətlərində olduğu Zərərçəkmiş şəxs3 pula münasibətdə bədxərc, israfçı olmasını və qazandığı pulu toplaya bilməməsini öz cinayətkar maraqları çərçivəsində nəzərə alaraq 2020-ci ilin əvvəllərində yalnız uzun müddət boyunca tanıyıb dostluq etdiyi etibarlı şəxslərin iştirakı ilə qurulan şəbəkə oyunu, yəni əvvəlcədən sayı dəqiq müəyyən edilmiş şəxslər tərəfindən öncədən razılaşdırılmış tarixlərdə, ayda bir gün oyunun predmeti kimi nəzərdə tutulan pul məbləğinin ortalığa qoyulması və müvafiq ardıcıllıq əsasında şəbəkə iştirakçılarının hər birinin növbəli şəkildə aybaay ümumi yığılmış pulu özlərinə götürmələrini nəzərdə tutan “lotoreya” şəbəkə oyunu barədə Zərərçəkmiş şəxs3 danışıb şirnikləndirdikdən sonra sonuncunu, guya “Xatirə”, “Sevinc” və “Nigar” adlı rəfiqələrinin hər birinin ayrı-ayrılıqda idarə etdikləri üç müxtəlif lotoreya oyununa hər biri üçün ayda 100 (yüz) manat ödəmək şərti ilə cəlb edəcəyini, həmin şəbəkə oyunlarının qazancını son aylarda götürməyə razı olacağı təqdirdə isə birdəfəlik və yüksək gəlir əldə ediləcəyi barədə Zərərçəkmiş şəxs3 yalan vəd verib 2020-ci ilin yanvar ayından həmin ilin fevral ayına qədər olan müddət ərzində ünvan 3 ünvanın qarşısında, 2020-ci ilin mart ayından həmin ilin may ayına qədər olan müddət ərzində ünvan 4 ünvanda, 2020-ci ilin iyun ayından həmin ilin dekabr ayına qədər olan müddət ərzində isə ünvan 5 ünvanda hissə-hissə olmaqla 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayında ölkə ərazisində yeni növ “Koronavirus” (COVİD-19) infeksiyasının yayılması və epidemiya ilə mübarizə əleyhinə həyata keçirilən tədbirlər çərçivəsində sərt karantin rejiminin tətbiq olunaraq ictimai-iaşə obyektlərinin fəaliyyətini müvəqqəti dayandırmasından və bu səbəbdən rəfiqəsi Zərərçəkmiş şəxs4 maddi sıxıntı vəziyyətində olmasından öz cinayətkar maraqları naminə sui-istifadə edib qısa müddət ərzində üzərində əlavə vəsait qaytarmaq şərti ilə bir neçə dəfə borc qismində kiçik məbləğlərdə pul alıb həmin borcunu həqiqətən də əlavə pulla birlikdə və vəd etdiyi vaxtda geri verərək guya punktual, ciddi və vədinə sadiq olması barədə zərərçəkmiş şəxsdə yalan təəssürat yaradıb bu yolla cinayətini ört-basdır etdikdən və Zərərçəkmiş şəxs4 etibarını qazandıqdan sonra şəxsiyyəti barədə məlumat vermədiyi yaxın rəfiqəsinə guya təcili pul lazım olmasını bildirib yenidən borca pul verəcəyi halda 2021-ci ilin yanvar ayının sonuna qədər həmin borcun üzərində əlavə pul verəcəyinə yalandan vəd edib 2021-ci ilin yanvar ayının əvvəllərindən həmin ayın 23-nə qədər olan müddət ərzində ünvan 6 ünvanın qarşısında hissə-hissə olmaqla 3550 (üç min beş yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə, xeyli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəmadi baş çəkdiyi Zərərçəkmiş şəxs2 işlədiyi “Atlas” adlı gözəllik salonunda olarkən söhbət əsasında guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasibatçı vəzifəsində işləməsi barədə yalan məlumat verib özünü maddi cəhətdən imkanlı, əlaqəli və işgüzar şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 ilə şəxsi və ailəvi dostluq münasibətləri yaratmış, sonuncunun yeni açmaq istədiyi gözəllik salonunda lazer aparatının xidmət göstərəcəyi təqdirdə yüksək gəlir əldə olunacağını “sərfəli biznes təklifi” qismində irəli sürüb Bakı şəhərində həmin xidmət sahəsinə böyük ehtiyac olduğunu, özü də daxil olmaqla bütün rəfiqələri ilə birlikdə lazer xidməti üçün oraya müraciət edəcəyini, aparatın hər hansı bir hissəsi sıradan çıxacağı təqdirdə həmin hissənin təmirini şəxsən təşkil edəcəyini bildirərək dəyərini hissəhissə ödəmək şərti ilə cəmi 50000 (əlli min) manat pul müqabilində şəxsiyyətinə dair məlumat vermədiyi yaxın tanışının vasitəsi ilə xarici ölkədən Azərbaycana yeni buraxılışlı və çoxfunksiyalı lazer avadanlığının gətirilməsini təşkil edəcəyini yalandan vəd etməklə Zərərçəkmiş şəxs2 etibarını qazanıb özünə inandırdıqdan sonra 2019-cu ilin iyun ayından 2020-ci ilin sentyabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla 25900 (iyirmi beş min doqquz yüz) manat, 2020-ci ilin oktyabr ayında 4000 (dörd min) manat, 2021-ci ilin fevral ayının sonlarında 15000 (on beş min) manat və 2021-ci ilin mart ayında isə 5000 (beş min) manat məbləğində pul vəsaitini ünvan 7 ünvanın qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 49900 (qırx doqquz min doqquz yüz) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddialar vermişlər, mülki iddialar məhkəmənin icraatına qəbul edilmiş, həmin zərərçəkmiş şəxslər mülki iddiaçı, təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs1 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ondan alıb ələ keçirərək ona ümumilikdə xeyli miqdarda 25000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyandan ödənilməmiş qalan 10000 manat ziyanı ödəməlidir. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 10000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 120 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 iddia ərizəsinə əlavə verərək, mülki cavabdeh tərəfindən ona qismən ödənişlər edildiyini, bununla da iddia tələbinin azaldılması zərurəti yarandığını göstərmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi zərərin 8080 manat təşkil etdiyini nəzərə almağı xahiş etmişdir. Zərərçəkmiş şəxs2 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ondan alıb ələ keçirərək ona ümumilikdə xeyli miqdarda 49900 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyandan ödənilməmiş 22600 manat ziyanı ödəməlidir. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 22600 manat məbləğində pul vəsaitinin və ödənilmiş 158 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 iddia ərizəsinə əlavə verərək, mülki cavabdeh tərəfindən ona qismən ödənişlər edildiyini, bununla da iddia tələbinin azaldılması zərurəti yarandığını göstərmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi zərərin 21300 manat təşkil etdiyini nəzərə almağı xahiş etmişdir. Zərərçəkmiş şəxs3 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ondan alıb ələ keçirərək ona ümumilikdə 3400 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyandan ödənilməmiş 2400 manat ziyanı ödəməlidir. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 2400 manat məbləğində pul vəsaitinin və ödənilmiş 44 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 iddia ərizəsinə əlavə verərək, mülki cavabdeh tərəfindən ona qismən ödənişlər edildiyini, bununla da iddia tələbinin azaldılması zərurəti yarandığını göstərmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi zərərin 2150 manat təşkil etdiyini nəzərə almağı xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, lakin mülki iddiaları qəbul edərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 2019-cu ildən etibarən tanımışdır. Belə ki, o, Zığ qəsəbəsində yerləşən mərasim evində işləyən zaman Kübra da ora işləməyə gəlmişdir. Kübranı hamı “Sima” deyə çağırmışdır deyə əsl adının Kübra olmasını sonradan bilmişdir. Sonradan Kübra ilə səmimi və isti münasibətləri olmuşdur. Hətta Kübra ailədaxili problemlərinə görə öz yaşadığı evdən çıxdığı zaman o, Kübranı öz evinə qəbul etmiş və orada qalmasını təşkil etmişdir. Bir neçə dəfə Kübra ilə birlikdə müxtəlif rayonlara istirahət məqsədi ilə getmişlər. O, özünə məxsus Mingəçevir şəhərində yerləşən mənzili 2019-cu ilin yanvar ayında satdığı zaman sənədləşdirmə işinin təşkili ilə əlaqədar Kübra ilə birlikdə Mingəçevirə də getmişdir. Mənzili 21000 manata satmışdır. Onlar Mingəçevirdə olan vaxt mənzilə qəfildən Vüsalə adlı qonşusu daxil olmuşdur. Vüsalə mənzilə daxil olduqdan sonra ondan pul tələb etməyə başlamışdır. Belə ki, bir neçə il öncə bacısı Səbinə ali təhsil müəssisəsinə daxil olan zaman Bakı şəhərindəki xərcləri qarşılamaq məqsədi ilə Vüsalədən borca 300 manat pul almışdır. Həmin borcun əvəzində Vüsaləyə 100 manat pul və qalan 200 manat müqabilində özünə məxsus qızıl boyunbağını vermişdir. Lakin Vüsalə ona bildirmişdir ki, verdiyi boyunbağını cəmi 80 manat pula sata bilmişdir. O da Vüsaləyə bildirmişdir ki, hələ ki, verməyə pulu yoxdur, nə vaxt olsa verəcəkdir. Sonradan pulu olmadığı üçün o, Vüsaləyə olan borcunu qaytarmamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə o, təxminən 5 il ərzində tanımışdır. İlk əvvəl Sevinci tanımış, bir müddət sonra Xatirə də Sevincin yanında işləməyə başlayandan sonra isə Xatirəni tanımışdır. Sevinc və Xatirə ilə Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, əvvəlki adını “Aylin” bildiyi, hazırki adından isə xəbəri olmayan gözəllik salonunda tanış olmuşdur. Xatirə dırnaq ustası, Sevinc isə həmin salonda saç ustası kimi işləmişlər. O da qeyd edilən salona müştəri qismində getmiş və bir müddət sonra aralarında səmimi ünsiyyət yaranmışdır. Bundan başqa o, Sevincin və sonuncunun oğlunun “Xan bağı” restoranında təşkil olunan ad günü tədbirində iştirak etmişdir. Bundan başqa 2020-ci ilin yanvar ayında yeznəsi Eşqinin, habelə həmin ilin fevral ayında anası Pərvanənin ad günü ilə əlaqədar yaşadığı evdə təşkil olunan məclisə Sevinc də gəlib iştirak etmişdir. 2019-cu ildən, yadında qalmayan tarixlərdən başlayaraq Xatirə və Sevincdən müxtəlif məbləğlərdə aylıq pul almışdır. Aldığı pul vəsitlərinə görə isə aylıq müxtəlif məbləğlərdə pul ödəmişdir. Qaytardığı pulların əksər hissəsini əlbəəl olaraq Xatirəyə və Sevincə ödəmişdir. Bir qism vəsaiti isə elektron ödəmə terminalları ilə Xatirə və Sevincin ya bank kartı hesablarına, ya da Xatirənin dediyi Vaqif adlı şəxsin kart hesabına göndərmişdir. 2020-ci ilin mart ayında ölkə ərazisində yayılmış pandemiyadan sonra işləyə bilməmişdir. Ona görə Xatirə ilə Sevincin aylıq faizlərini ödəməyə çətinlik çəkmişdir. Bir müddət sonra isə ümumiyyətlə ödəyə bilməmişdir. Ona görə aralarında həmin ərəfədən sonra narazılıq baş vermişdir. Xatirə ilə Sevincdən aldığı pulun məbləğini hər hansı bir yerdə yazmadığı üçün bu barədə dəqiq bir söz deyə bilməmişdir. Xatirə ilə Sevinc özləri hər ay ödəniləcək məbləği onun yadına salmış, o da həmin ödənişləri etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsində aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, Xatirə ilə Sevinc yalandan ərizə vermişlər ki, guya o, ucuz qiymətə lazer aparatının gətizdirilməsini təşkil etmək üçün pul almışdır. Lakin əslində aralarındakı haqqhesab belə olmamışdır. Onun elə bir tanışları olmamışdır ki, xaricdən Azərbaycana lazer aparatının gətizdirilməsini təşkil etsin. Xatirə ilə Sevinc qəsdən yalandan belə bir ərizə vermişlər ki, ona problem yaratsınlar. Əslində isə o, pulu sırf borca almış və aylıq ödənişlərinin bir hissəsini təsdiq edən ödəmə çeklərini, aralarında “WhatsApp” vasitəsi ilə aparılmış danışıqların çıxarışını, habelə pulunu ödəmək üçün Xatirə ilə birlikdə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən lombarda özünə məxsus qızıl-zinət əşyalarını qoymağına dair sənədlərin kserosurətini əvvəlki izahatına əlavə etmişdir. Həmin sənədlər isə onun dediklərini, yəni həqiqəti təsdiq etmişdir. O, heç vaxt Xatirə ilə Sevincə lazer aparatının gətizdirilməsi ilə bağlı yalan vəd verməmişdir. Bundan başqa tanışı, bir yerdə “Romance Palace” və “Sapfir” adlı restoranlarda işlədiyi Zərərçəkmiş şəxs3 borc qismində 1500 manat məbləğində pul almışdır. Həmin vəsaitin hamısını da hissə-hissə olmaq şərti ilə Kübranın özünə qaytarmışdır. Kübra isə Xatirə və Sevinclə əlbir olub polisə gedərək yalandan yazmışdır ki, guya birlikdə gözəllik salonu açmaq üçün müəyyən işlərin görülməsinə görə o, Kübradan 3150 manat pul almışdır. Onun Kübraya hər hansı məbləğdə borcu qalmamışdır. Kübranın ondan şikayət etməsinin səbəbini bilməmişdir. Zərərçəkmiş şəxs2 ona 2020-ci ilin sentyabr ayında ünvan 8 ünvanının qarşısında 4000 manat, 2021-ci ilin fevral ayında Bakı şəhəri eyni ünvanın qarşısında 15000 manat, 2021ci ilin mart ayında həmin ünvanın qarşısında 5000 manat pul verməmişdir. Xatirə tərəfindən ona maksimum 1000 manat halında bütöv pul verilmişdir. Bundan başqa Xatirə ona iri məbləğdə heç vaxt pul verməmişdir. Bundan başqa 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 iş yerinin qarşısında avtomobilin içərisində 8000 manat, eyni ayda onun yaşadığı evdə 12500 manat pulu ona verməmiş, 2020-ci ilin dekabr ayı ərzində 4500 manat pulun isə hissə-hissə olmaq şərti ilə Sevinc tərəfindən verilməsini istisna etmir. Bəlkə də bir ay ərzində ona həmin pul verilmişdir. Lakin qeyd edilən vəsait ona borca verilmişdir. O, heç vaxt "xxxx" MMC-də nəinki mühasib, ümumiyyətlə heç bir digər vəzifədə də işləməmişdir. O, heç vaxt həmin MMC-də mühasib vəzifəsində çalışdığı barədə Xatirə ilə Sevincə yalan məlumat verməmişdir. Onlarla tanış olarkən sadəcə ofisiant işləməyini deməyə utandığı üçün demişdir ki, firmada işləyir. Dəqiq olaraq hansı firmada və hansı vəzifədə işləməyini isə deməmişdir. 1000 manat pul müqabilində “Osman” adlı tanışı və sonuncunun dostu ilə birlikdə “Şahdağ”a getməyi Kübraya təklif etsə da yekunda onlar “Şahdağ”a getməmişlər. Çünki həmin ərəfədə onun hansısa işi çıxmış və buna görə təklif etdiyi səfər baş tutmamışdır. Bundan sonra onlar birlikdə görüşməmişlər. Kübra ilə Osman isə ümumiyyətlə görüşməmiş və bir-birini tanımamışlar. Osman onun daimi münasibətdə olduğu şəxs olmuş, sonradan ayrılmışlar. Osmanın əsl adı “Osman” olmamış, əsl adını isə deməyəcəkdir. Bundan başqa 2020-ci ilin sonlarında, yəni təxminən noyabr-dekabr aylarında o, “Aydın” adlı tanışı və sonuncunun dostu “Rövşən”lə birlikdə rəfiqəsi Kübranı da götürərək Qusar rayonuna getmiş və orada villa tutaraq 2 gün ərzində qalmaqla daha sonra Bakıya qayıtmışlar. Həmin birgə səfərlərinə görə tanışları tərəfindən onlara hər hansı məbləğdə pul verilməmişdir. Səfər zamanı bütün xərclər oğlanlar tərəfindən qarşılanmışdır. Kübra ilə o, orada pul xərcləməmişlər. Bundan başqa o, Kübraya 100 manat pul müqabilində görüşmək üçün oğlanlarla birlikdə Qusar rayonuna getməyi təklif etmiş, lakin oraya gedəsi olmamışlar. Bunun səbəbi başqa işinin çıxması olmuşdur. Kübradan borc qismində 1500 manat məbləğində pulu 2020-ci ildə almışdır. Belə ki, borca pul aldığı ərəfədə bacısı Səbinənin oğlu Zeyd xəstələndiyi üçün müalicəyə ehtiyacı olmuşdur. Bacısının ailəsinin maddi durumu həmin vaxt yaxşı olmadığı üçün o, qərara gəlmişdir ki, bu məsələdə köməklik göstərsin. Ona görə Kübradan borc kimi 1500 manat pul istəmişdir. Həmin vaxt Kübra onun evində qalmış və xahişini yerə salmayaraq pulu ona vermişdir. Həmin pulun hesabına 6 aylıq körpə olan Zeydi “Baku Medical” xəstəxanasında müalicə etdirmişlər. Kübra bildirmişdir ki, həmin pulu kimdənsə faizlə almışdır. Ona görə o, Kübraya aylıq 150 manat pul vermişdir ki, o, aparıb pul sahibinə versin. Əlinə pul düşdükdən sonra o, əlavə olaraq Kübraya 200 manat da pul vermişdir ki, əsas borcu 1500 deyil, 1300 manat qalsın. O, bir müddət ərzində Kübraya 150 və ya 130 manat pul versə də, əsas borcu olan 1300 manat pul qalmışdır. 2019-cu ildə Xatirə 1 illik ayda 100 manat ödəmək şərti ilə lotoreya oyununu təşkil etmişdir. O, Kübranı da həmin lotoreyaya qoşmuşdur. 100 manat pulun 50 manatını o, digər 50 manatını isə Kübra ödəmişdir. Həmin ərəfədə Kübra onun yaşadığı mənzildə onunla birlikdə yaşamışdır. Lotoreya pullarını isə Xatirə yığmışdır. Bundan başqa həmin lotoreyada onun şəxsən özünün 100 manat ödədiyi nömrəsi də olmuşdur. Qeyd edilən lotoreyada 9 nəfər oynamışdır. Kübranın növbəsi çatanda 450 manat pul çatasıydı, çünki Kübra 100 deyil, 50 manat vermişdi. Qalan 450 manat isə onun payına düşmüşdür. Kübranın vaxtı çatanda 450 manat pulunu ondan almışdır. Həmin pula Kübra sevgilisi üçün gümüş qolbaq, özünə isə qızıl sırğa almışdır. Lotoreya ilə bağlı aralarında hər hansı bir narazılıq olmamışdır. Lotoreya oyununda Xatirədən savayı Zərərçəkmiş şəxs1 da iştirak etsə də, onların bundan xəbəri olmamışdır. Yəni Sevinc bilməmişdir ki, oyunda Xatirə də vardır. Lotoreyanın pulunu o, Sevincdən alaraq Xatirəyə vermişdir. O, Kübranı cəmi bir lotoreya oyununa da qoşmuş və ilk ay üçün Kübra 100 manat pul vermişdir. Lakin pandemiya ilə əlaqədar iş olmadığı üçün Kübra lotoreyadan çıxmışdır. Kübranın əvəzinə o girmiş və 100 manat pulunu da o, Kübranın "xxxx" kart hesabına yollamışdır. Kübra üçüncü lotoreya oyununda ümumiyyətlə iştirak etməmişdir. Kübra ona 3400 manat məbləğində pul verməmişdir. Kübra üç lotoreya oyununda iştirak etməmiş, ona hər ay 300 manat pul verməmişdir. 2020-ci ilin dekabr ayında Kübra özünə ad günü etmək istədiyi üçün ondan 300 manat pul almamışdır. Ad günündə o özü də iştirak etmiş və hədiyyə kimi Kübraya bir ədəd qızıl boyunbağı, bir ədəd parfum və bir buket qızılgül alaraq vermişdir. 2021-ci ilin mart ayında “Şam işığı” restoranında Kübradan 50 manat pul almağını xatırlamır. Kübra həmin ərəfədə ondan borca 100 manat pul istəmiş, onun özünə pul lazım olduğundan, başqa borcları olduğundan Kübraya pul vermək istəməmişdir. Ona görə yalandan Kübraya demişdir ki, olan-qalan pulunu Xatirəyə vermişdir ki, o, pulu faizə buraxsın. Pullar da faizdə batmışdır. Kübranın ondan pulunu tələb etməsi ilə bağlı olan “WhatsApp” yazışmasında söhbət ona faizlə verilmiş 1500 manatdan getmiş, Kübra həmin pulu ondan istəmişdir. O, Kübraya yalandan demişdir ki, borca aldığı pulu Xatirəyə vermişdir. Xatirə də pulu faizə buraxaraq batırmışdır. Çünki Kübraya verməyə pulu olmamışdır. Həmin günün axşamı isə o, Kübraya 200 manat pul vermişdir. Kübraya aylıq 300 manat ödənişi olan lotoreya oyununa adambaşı 150 manat verməklə birlikdə daxil olmağı təklif etməsi “WhatsApp” yazışması olsa da həmin lotoreyaya qoşulmamışlar. Mingəçevir şəhərində yerləşən mənzilini satdıqdan sonra aldığı 21000 manat pulla birlikdə “Neftçilər” adlanan ərazidəki “Rahat Market” adlı mağazaya rəfiqəsi Kübra ilə birgə gedərək 15000 manata yaxın pulu karta yükləmiş, qalan pulu isə üzərində saxlamışdır. Belə ki, həmin ərəfədə onun Xatirəyə 6000 manat pul borcu olmuş, həmin pulu da sonradan Xatirəyə vermişdir. Mingəçevir şəhərindən qayıtdıqdan sonra o, Kübra ilə birlikdə “Laçın” ticarət mərkəzinə də getmişlər. O, oradan özünə bir ədəd 280 manat dəyərində “Pandora” markalı qızıl qolbağı və bir ədəd 130 manat dəyərində mələk formalı klon almış, yeznəsi Eşqin üçün nisyə aldığı qolbağıya görə 670 manat pul borcunu ödəmiş, daha sonra Kübraya 200 manat pul vermişdir ki, univermaqdan aldığı sırğaya görə qalan borcunu ödəsin. Həmin 200 manat pulu Kübra ona qaytarmamışdır. 2020-ci ilin fevral ayında “Neolit” şadlıq sarayında anasının ad günü tədbirinin keçirilməsini o təşkil etmiş və bütün xərcləri özü qarşılamışdır. Tədbirin keçirilməsinə 500 manat pul xərcləmişdir. Həmin ad günü ilə bağlı anasına 160 manat dəyərində qızıl sırğa hədiyyə etmişdir. Bacısı Səbinənin övladının doğulmasının qırxıncı günü ilə bağlı təşkil olunmuş tədbirdə uşağa qızıl qolbağı, ad günündə isə qızıl sep almışdır. Həmin qızılları alan zaman o özü də restoranda işləyib əlavə pul qazanmışdır. 2020-ci ilin yay aylarında Kübra ilə “WhatsApp”da danışan vaxt ona iki cüt “Vanşlef” modelli qızıl sırğaların fotoşəkilini göndərmişdir. Lakin həmin sırğa qızıl deyil, qızılı rəngdə olan adi metaldan olmuşdur. 2020-ci ilin mart ayında “Laçın” ticarət mərkəzinə univermağa gedərək “8 Mart” qadınlar günü münasibəti ilə anası üçün qızıl qolbağı almamışdır. 2020-ci ilin dekabr ayında Kübra ilə birlikdə “Laçın” univermağının yaxınlığındakı digər mağazaya gedərək anası üçün qızıl qolbağı almışdır. 2020-ci ilin yay ayında o, Pirşağı qəsəbəsində, dənizə yaxın bir ərazidə yerləşən bağ evini kirayələyərək ailə üzvləri, rəfiqələri, həmin ərəfədə sevgilisi olan Xəzərin və Kübranın iştirakı ilə özü üçün ad günü keçirtmişdir. Bağ evinin bir günlük kirayəsi üçün 150 manat pul xərcləmişdir. Bundan başqa təxminən 500-600 manatlıq ərzaq, yeyib-içmək almışdır. Həmin xərclər onun tərəfdən qarşılanmışdır. Mingəçevirdəki evini satdıqdan sonra o, restorana və ya başqa yerə istirahətə getdiyi vaxtlarda həmişə yanında Kübra olmuşdur. Belə ki, Kübra ilə çox yaxın olmuşdur. Lakin o, bu xərcləri edən zaman nə Xatirəyə, nə də ki, Sevincə hər hansı məbləğdə borcu olmamışdır. Ona görə öz pulunu istədiyi kimi xərcləmişdir. O, Xatirədən 2019-cu ilin iyun ayından dekabr ayına qədər hissə-hissə faiz məbləği də daxil olmaq şərti ilə 6000 manat pul almışdır. Mənzilini satandan sonra həmin 6000 manatı Xatirəyə ödəməklə tam hesablaşmışdır. O, növbəti dəfə artıq Xatirədən bacısı Səbinənin doğuşu ilə əlaqədar 2100 manat faizə pul almışdır. Bunun ardınca uşağın doğulmasının 40-cı günü ilə bağlı tədbirdə 700 manat Xatirədən faizlə pul almışdır. Bu minvalla o, Xatirədən faizlə pul almışdır. 2020-ci ilin fevral ayının 5-də burnunu “X11” klinikasında Faiq Abdullayev adlı həkimdə estetik əməliyyat etdirərək orada 1500 manat pul xərcləmiş, 200 manat əməliyyat sonrası dərmanlarına sərf etmişdir. Bundan başqa “Laçın” ticarət mərkəzindən aldığı qızıl-zinət əşyalarını da mənzilin puluna almışdır. Anasına ad günü keçirərək qızıl sırğa hədiyyə almışdır. Onlar Kübra ilə tez-tez 2020-ci ilin qış aylarında “Astoria” və “My Beach” adlı otellərə gedərək günlərlə orada qalaraq istirahət etmiş, müxtəlif restoranlarda əylənmişlər. Bacısının əri işləmədiyi üçün o, uzun müddət ərzində öz evi ilə yanaşı bacısının evinin də kirayə haqqını ödəmiş, hər ay evinə bazarlıqlar etmiş, kommunal xərclərini qarşılamış, ən xırda xərclərini də o ödəmişdir. Çünki bacısının ailəsinin başqa dəstəyi olmamışdır. Ona məxsus pullar bu istiqamətdə xərclənərək qısa zamanda qurtarmışdır. 2020-ci ilin iyul ayında bağ evində keçirdiyi ad günü üçün xərclədiyi pulu da Xatirədən faizlə almışdır. Onun Babək prospektində yerləşən “Ştutqart” mağazasının arxa tərəfində, avtomobil təmiri məntəqələrindən birində usta işləmiş Xəzər adlı sevgilisi olmuşdur. 2020-ci ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs1 faizlə 400 manat pul alaraq həmin pulu Xəzərə vermişdir. Xəzər ona demişdi ki, avtomobilində nasazlıq var, həmin pulla nasazlığı aradan qaldırmaq istəyir. O da buna etiraz etməyərək həmin pulu Xəzərə vermişdir. Təxminən bir həftə sonra Xəzər həmin pulu ona qaytarmışdır. O da etiraf edir ki, həmin pulu Sevincə qaytarmayaraq özünə xərcləmişdir. Xəzərin qardaşı 2021-ci ilin ortalarında həbs edilmişdir. Xəzər qardaşının həbs edilməsi barədə ona məlumat verəndə Kübra onun evində olmuşdur. O, Xatirədən həmin ərəfədə 500 manat faizlə pul götürən zaman o, pulu Xəzər adlı tanışına verəcəyini, yəni pulu guya Xəzərin istədiyini Xatirəyə bildirmişdir. Əslində isə Xəzər ondan pul istəməmişdir. O, Xatirədən həmin vaxt faizlə aldığı pulu özünə xərcləmişdir. Ona görə Kübra da daxil olmaq şərti ilə hamı elə bilmişdir ki, o, pulu Xəzər üçün almışdır. O, hamıya eyni sözü demişdir. Əslində isə o, Xəzərə heç vaxt hər hansı məbləğdə pul verməmişdir. Onun Rəxşəndə adlı tanışı da olmuşdur. Rəxşəndə günəmuzd qaydada ofisiant kimi işləmişdir. Yadında qalmayan tarixdə o, Rəxşəndədən faizlə pul götürmüşdür ki, Xatirənin vaxtı çatan aylıq faiz məbləğini ödəsin. Onun pulla bağlı Rəxşəndə ilə narazılığı qalmamışdır. O, heç vaxt sevgilisi olan Valehə hər hansı məbləğdə pul verməmişdir. Sadəcə faizə pul alanda o, Xatirəyə və qeyrilərinə də demişdir ki, pulu özü üçün yox, başqa adamlar üçün istəyir. Həmin vaxtlarda o, Valehin də adını çəkmişdir ki, pulu ala bilsin. Əslində isə o, Valehə pul verməyərək öz xərclərinə sərf etmişdir. Faiz pulunu isə qaytara bilmədiyi üçün ondan pul tələb olunan vaxtlarda borc yiyələrinə yalandan demişdir ki, pul Valehdədir və ondan pulu geri ala bilməmişdir. Xatirəyə və qeyrilərinə məxsus pulu şəxsən özü üçün aldığını deməməsi, yalan danışaraq guya başqa şəxslər üçün aldığını bildirməsinin səbəbini bilmir. Mingəçevir şəhərindəki mənzili satdıqdan sonra Bakı şəhərində özlərinə ipoteka yolu ilə Zığ qəsəbəsində, hündür mərtəbəli yeni inşa edilmiş binadan mənzil almaq niyyəti olmuşdur. Mingəçevirdəki mənzilini satdıqdan sonra mənzilin satılmasından əldə etdiyi puldan təxminən 4500 manat məbləğində pulu qalmışdır. Həmin ərəfədə eşitmişdir ki, ilkin 6000 manat, aylıq isə 350 manat pul ödəmək şərti ilə Zığda mənzil almaq mümkündür. Ona görə istəmişdir ki, ilkin ödəniş edib həmin ipoteka şərti ilə ev alsın. Fikirləşmişdir ki, 4500 manat özündə var, qalan 1500 manat pulu isə “Romance Palace” restoranının anbarında işləyən, əslən Naxçıvandan olan “Rəman” adlı tanışından alar. Rəman özü də ona 1000 manat pul verməyə razı olmuşdur. Ona görə Zığ qəsəbəsində, 7 nömrəli “Vərəm Dispanseri”nin yaxınlığında yerləşən binanın ofisinə gedərək orada işləyən Asif adlı şəxslə görüşmüşdür ki, mənzilin alınması şərtlərini öyrənsin. Asif bildirmişdir ki, 12-15 min manat ilkin ödəniş olunmalı, alıcı dövlət işində işləməli və ən azı 2 nəfər dövlət işində işləyən zaminlər olmalıdır. Bu şərtlər ona uyğun olmadığı üçün mənzili alası olmamışdır. Nəticə etibarı ilə o da tanışı Rəmandan 1000 manat pulu almamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında göstərmişdir ki, bir daha bildirir ki, o, zərərçəkmiş şəxsləri aldatmamışdır, o cümlədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xaricdən Azərbaycana lazer aparatının gətizdirilməsi ilə bağlı deyil, sırf faiz şərtləri altında başqa şəxslərə pul verib bu yolla əlavə qazanc əldə etmək məqsədi ilə pul almışdır. Bununla əlaqədar verilmiş ittihamı qəbul etmir. Mülki iddiaları isə ona görə qəbul edir ki, hesab edir ki, zərərçəkmiş şəxslərlə aralarında olan məsələ mülki xarakterlidir və o, pulları ödəməlidir, buna görə özünü təqsirli bilir. Hansı ki, indiyədək bu pullardan xeyli ödəniş edərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir, qalan zərəri də ödəyəcəkdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxın müddət ərzində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi 20 ünvanında yerləşən “Atlas” adlı gözəllik salonunu işlətmiş, orada özü də kiprik qaynağı və saç ustası kimi işləmişdir. Rəfiqəsi Zərərçəkmiş şəxs2 da onunla eyni salonda işləmişdir. Sonradan Xatirə onunla deyil, Nizami rayonu, C.Naxçıvanski küçəsi 30 ünvanında yerləşən “M&S Studio” adlı gözəllik salonunu işlətmişdir. Onun daimi istifadəsində olan salona 6-7 il öncədən başlayaraq sonradan tanıdığı Təqsirləndirilən şəxs gəlib-getmişdir. Son 3-4 il ərzində isə Nurlanə daha tez-tez, demək olar ki, hər gün salona gəlmiş, oturub saatlarla söhbət etmiş, vaxtı birgə keçirmişlər. Məsələ o yerə gəlib çıxmışdır ki, onlar hətta ailəvi dostluq etməyə başlamış, bir-birinin evinə qonaq qismində gedib-gəlmişlər. Nurlanənin ailə üzvləri ilə də çox səmimi və yaxın münasibətləri yaranmışdır. Xatirə hər zaman onunla birlikdə olduğu üçün Xatirə də Nurlanə ilə yaxın müasibətlərdə olmuşdur. Nurlanə mütəmadi olaraq salona gəlibgetdiyindən aralarında səmimi ünsiyyət, münasibət yaranmışdır. Ondan başqa rəfiqəsi Xatirənin də Nurlanə ilə səmimi münasibətləri olmuşdur. Hətta Nurlanə onun evinə də gedib-gəlmişdir. Özü bir neçə dəfə Nurlanənin evində olmuşdur. Hətta Nurlanə ailə üzvlərini, yəni anası Pərvanə, bacısı Səbinə, yeznəsi Eşqini də onunla tanış etmişdir. Nurlanə həmişə bahalı marketlərdən alış-veriş etmiş, tez-tez müxtəlif əyləncə mərkəzlərində fotoşəkillər paylaşmışdır. Özü haqqında isə Nurlanə demişdir ki, guya "xxxx" MMC-də mühasibatçı işləyir. Nurlanə onun işlədiyi salonda olan zaman istifadə olunan aparatlar və avadanlıqlarla maraqlanmışdır. Nurlanə danışıqlar zamanı özünü çox işgüzar göstərmiş, çoxsaylı imkanlı dostlarının, tanışlarının olmasını demişdir. Nurlanənin yaşayış tərzi də bunu təsdiq etdiyi üçün o, deyilənlərə inanmışdır. 2019-cu ildən başlayaraq Nurlanə salonda söhbətləri zamanı ona təklif etmişdir ki, işlətdiyi salona bitişik yeri də istifadəyə götürüb oraya lazer aparatı yerləşdirsin. Təklif ağlabatan olduğu üçün o, bu barədə Nurlanəyə suallar vermiş, Nurlanə demişdir ki, lazer aparatının gətirilməsini cəmi 50000 manata təşkil edən tanışı var və əgər müvafiq miqdarda pul verilsə həmin adam avadanlığı gətirə bilər. Həmin təkliflə ilkin olaraq Xatirə maraqlanmışdır. Çünki Xatirə özü üçün yeni obyekt almaq və oranı salon kimi işlətmək niyyətində olmuş, həmin obyektə lazer aparatının qoyulmasını düşünmüşdür. Nurlanə demişdir ki, lazer aparatının pulunu tam şəkildə birdən-birə verməyə ehtiyac yoxdur və hissə-hissə ödəmək şərti ilə həmin avadanlığın alınmasını təşkil edə bilər. Çünki aparatı Azərbaycana gətirən şəxs yaxın tanışıdır. Hətta Xatirə dəfələrlə lazer aparatının gətizdirilməsi üçün Nurlanəyə pul da vermişdir. Nurlanə hər dəfə ona da təklif etmişdir ki, Xatirə kimi edərək hissə-hissə pul versin ki, onun üçün də lazer aparatı gətirsin. Belə ki, Bakı şəhərində lazer aparatına böyük ehtiyac var və bu sahədə işləmiş olsa gəliri artıra bilər. Həm də ödəniş hissə-hissə olduğu üçün verilən pul gözə görünməz. Lakin onun həmin ərəfədə maddi imkanı zəif olduğu üçün Nurlanəyə pul verə bilməmişdir. 2020-ci ilin noyabr ayında qərara gəlmişdir ki, hissə-hissə ödəmək şərti ilə Nurlanənin vasitəsi ilə lazer aparatı alsın. Ona görə ilk dəfə iş yerinin qarşısında idarə etdiyi avtomobilin içərisində Nurlanəyə ikilikdə 8000 manat pul vermişdir. Daha sonra qərara gəlmişdir ki, qeydiyyat şəhadətnaməsi əsasında xalası qızı Zərifənin adına olsa da, ona məxsus və şəxsi istifadəsində olan “Chevrolet Cruze” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satsın. Avtomobili qeyd edilən ərəfədə, yəni 2020-ci ilin noyabr ayında Toğrul adlı şəxsə 12500 manata satmış və həmin adam avtomobili öz anasının adına almışdır. Aldığı 12500 manat pulu 2020-ci ilin noyabr ayında Nurlanənin yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi 18 ünvanında anası Pərvanənin iştirakı ilə Nurlanəyə vermiş, 2020-ci ilin dekabr ayı ərzində isə hissə-hissə olmaqla Nurlanənin yaşadığı mənzildə eyni adla ona əlavə 4500 manat pul vermişdir. Beləliklə Nurlanə ondan 25000 manat pul almışdır. Bu vəsaiti ondan aldıqdan sonra Nurlanəyə maddi durumunun aşağı olmasını, ona bir qədər də əlavə vaxt verməsini xahiş etmişdir ki, çatışmayan 25000 manat pulu da versin. Nurlanə buna etiraz etməyərək bildirmişdir ki, sifariş etdiyi lazer aparatı Azərbaycana gəlib çıxandan sonra qalan 25000 manat pulu da verər. O, buna sevinib gözləməyə qərar vermişdir. Lakin pulu verdikdən uzun müddət keçməsinə baxmayaraq Nurlanənin söz verdiyi aparatdan xəbər çıxmamış və bu səbəbdən mütəmadi olaraq telefonda Nurlanəni narahat etməyə başlamışdır. Dəfələrlə Nurlanəyə zəng edib verdiyi pulu və ya lazer aparatını tələb etsə də Nurlanə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Nurlanə verdiyi vədə əməl etməyərək nə pulu qaytarmamış, nə də ki, lazer aparatını onun üçün gətizdirməmişdir. Bu azmış kimi Xətai rayon polis idarəsinin 37-ci polis bölməsində verdiyi izahatda Nurlanə yalandan demişdir ki, guya Nurlanə Xatirədən və ondan pulu faizlə almışdır. Nurlanə özü cinayət məsuliyyətindən yayınmaq üçün bu cür uydurma və yalan izahatlar vermişdir. Nurlanə onlardan pulu almışdır ki, salona lazer aparatı gətirsin. Aralarındakı razılaşma bu cür olmuşdur. Hətta hadisədən sonra o, xəbər tutmuşdur ki, Nurlanə heç mühasib də işləməmiş, restoranların birində ofisiant (xidmətçi) işləmişdir. Nurlanə onları aldatmaq üçün qəsdən o cür məlumat vermişdir ki, guya mühasib işləyir. Onlar barədə sonradan məlumat almış və həmin vaxt artıq gec olmuşdur. Nurlanə səmimi ünsiyyətdən və münasibətlərdən sui-istifadə edərək onları aldatmışdır. Nurlanə özü və anası dəfələrlə etiraf etmişlər ki, lazer aparatı alınması üçün ondan pul almışlar. O, Bakı şəhər Baş Polis İdarəsinə şikayət edəndən sonra Nurlanə və anası onunla və digər zərərçəkən adamlarla əlaqəyə keçib pulu qaytaracağını deyərək şikayət etməmələrini xahiş etmişlər. Nurlanə ondan pulu alan vaxt söz vermişdir ki, salon üçün yeni buraxılışlı, müxtəlif texniki funksiyaları olan lazer aparatını münasib qiymətə gətizdirəcək. O da buna inanıb Nurlanəyə pul vermişdir. Nurlanə bunu dansa da, onları tanıyan bütün adamlar bilmişdir ki, Nurlanə pulu həmin adla ondan almışdır. O, pulu Nurlanəyə başqa niyyətlə verməmişdir. Sonradan Nurlanə söz verdiyi avadanlığı gətirməmiş, verilən pulu da qaytarmamışdır. O, dəfələrlə Nurlanədən pulu, ya da lazer aparatını tələb etmişdir. Həmin ərəfələrdə Nurlanə aparatı gətirən adamın hansısa problemlərinin olduğunu ona demiş və bildirmişdir ki, qısa zaman kəsiyində həmin adam pulu qaytaracaq. O da buna etiraz etməyib gözləməyə qərar vermişdir. Bir neçə gün sonra Nurlanə onun işlədiyi salona gəlmiş, hal-əhval tutduqdan sonra danışıq zamanı Nurlanə ona bildirmişdir ki, bir söz var, deməyə utanır. Onun təkidlərindən sonra Nurlanə demişdir ki, lazer aparatını gətirən adamın çoxfunksiyalı, yeni buraxılışılı aparatı gətirməsi müəyyən vaxt çəkəcəyi üçün bu məqsədlə aldığı pulu etibarlı tanışlarına yüksək faiz şərti ilə vermiş və aylıq qazancları onun üçün özündə saxlayıb toplayır. Yekunda aparat gəlib çıxanda elə həmin faizlərin hesabına aparatın dəyərini ödəmək mümkün olacaqdır. Nurlanəyə bildirmişdir ki, o, faizlə pul vermir və salon üçün aparat almalıdır. Ona görə həmin pul ona lazımdır. Nurlanə isə təkid etmişdir ki, qısa zamanda alacağı faizlər hesabına o, özünə lazer aparatı ala bilər, bundan başqa digər problemlərini də həll edə bilər. O, belə bir işə ümumiyyətlə baş qoşmaq istəməsə də, yəni həyatında heç vaxt faiz məsələsi ilə bağlı olmadığına, pulunun batacağından ehtiyat etdiyinə görə razılaşmaq istəməmişdir. Nurlanə isə ona demişdir ki, narahat olmasın və qıraqda dursun. Nurlanə əlavə etmişdir ki, hamıya pulun özünə məxsus olduğunu bildirmişdir, özü bütün aylıq faiz pullarını yığıb verəcək, alan adamlar hamısı imkanlı iş adamlarıdır, tanıdığı adamlardır, arada başqa “çiy” söhbət ola bilməz. Nurlanə çox inandırıcı formada bütün bunları dediyinə görə o, inanmış və demişdir ki, lazer aparatı üçün göndərilən pulu həmin adam geri qaytarsın, sonra baxarıq. Bir neçə gün sonra Nurlanə yenidən salona gəlmiş və görmüşdür ki, Nurlanənin əhval-ruhiyyəsi yaxşıdır, üzü gülür. O, elə başa düşmüşdür ki, Nurlanə pulu faizə verdiyi adamdan geri alaraq üstündə gətirib və bir azdan ona qaytaracaq. Lakin bir neçə dəqiqə sonra Nurlanənin pul vermədiyini görüb bu barədə sual vermişdir ki, pul haradadır. Nurlanə də demişdir ki, “axı biz danışdıq, faizə vermişəm, narahat olma”. Nurlanə bir daha ona hər şeyi, yəni pulunu kimlərə, hansı tip adamlara, hansı şərtlər altında verdiyini detallı şəkildə izah edib onu arxayın etməyə çalışmışdır. Nurlanə bütün bunları təcrübəli, peşəkar adam kimi danışdığı üçün sözlərinin həqiqiliyinə onun şübhəsi qalmamışdır. Bundan əlavə Nurlanə ilə o, həmişə yaxın və səmimi olmuş, ailəvi tanışlığı olmuş, ona görə də heç ağlından keçməmişdir ki, Nurlanə onu nə vaxtsa aldadar. Düşünmüşdür ki, Nurlanə sadəcə pulun nə əziyyətlə qazanıldığını bildiyi üçün bir rəfiqə kimi ona əl tutub qısa vaxtda gəlir əldə etməyini istəyir ki, o, problemlərini həll etsin. Onun anası xəstə, özü başsız qadın olmuş, himayəsində olan azyaşlı övladının xərclərini qarşılaya bilməmişdir. Nurlanə bütün bunları bilmişdir. Nurlanə onu aldadıb verdiyi vədə əməl etməmişdir. O, sonradan bilmişdir ki, Nurlanə ondan aldığı pulu heç kimə faizlə verməmiş, özünə xərcləmişdir. Nurlanə danışdığı bütün sözlərində onu aldatmışdır. Ona görə yazışmalarda Nurlanə pulu ondan lazer aparatı üçün aldığını qərəzli şəkildə deməyərək, yalnız sonradan ortaya atdığı faiz məsələsi barədə danışmışdır. Nurlanə onun başına açdığı eyni oyunları Zərərçəkmiş şəxs2 da başına açmışdır. Təqsirləndirilən şəxs ondan pulu alan zaman demişdir ki, lazer aparatı gətirəcək. O da boğazından kəsdiyi pulu ona görə Nurlanəyə vermişdir ki, lazer aparatı alıb salonda iş fəaliyyətini genişləndirə bilsin. Faiz işləri heç vaxt ona aid olmamışdır. Nurlanə bu cür yollarla özünü sudan quruya çıxartmaq istəmişdir. Nurlanə etdiyi hərəkətlərə görə şikayət olunacağını öncədən bilmiş, ona görə qabaqcadan özünə haqq qazandırmaq üçün özünə sərf edən yazışmaları “skrin” edib yaddaşda saxlamışdır ki, gələcəkdə polisə təqdim eləsin. Nurlanənin çox hiyləgər qız olmasını o, Bakı şəhər Baş Polis İdarəsində aparılan araşdırma dövründə də başa düşmüşdür. Nurlanə onun şikayətlərdən imtina etmədiyini, sona qədər mübarizə aparacağını görüb onu dartaraq anası ilə birlikdə notariusa aparmaq istəmişdir ki, borc müqaviləsi bağlansın. O da demişdir ki, Nurlanəyə borca pul verməmişdir ki, borc müqaviləsi bağlansın. O, aldadıldığı üçün bu məsələnin polisdə həll olunacağını bildirmişdir. Onun şikayətindən sonra Nurlanə ona dəymiş 25000 manat ziyandan 15000 manat məbləğini istintaq dövründə ödəmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs borca pul verməmişdir. Onlar arasında lotoreya söhbəti olmuşdur, lakin Nurlanəyə faizə pul verməmişdir. Hazırda Nurlanə ilə barışmışdır, Nurlanə ona ödəniş edir. Nurlanə işləməlidir ki, onların ödənişlərini edə bilsin. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq poçt vasitəsi ilə məhkəməyə göndərdiyi teleqramında Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsin ona pul ödəməyi öhdəsinə götürdüyünü göstərmiş, mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında yerləşən “M&S Studio” adlı gözəllik salonunu işlətmişdir. Qeyd etdiyi salonu almazdan öncə o, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi 20 ünvanında yerləşən “Atlas” adlı gözəllik salonunda rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə işləmişdir. “Atlas” salonunda işlədiyi vaxtlarda oraya Nurlanə adlı müştəri gəlib-getmişdir. Nurlanə mütəmadi olaraq salona gəlib-getdiyi üçün aralarında səmimi ünsiyyət, münasibət yaranmışdır. O, bir neçə dəfə Nurlanənin evində də olmuşdur. Hətta Nurlanə ailə üzvlərini, yəni anası Pərvanə, bacısı Səbinə, yeznəsi Eşqini də onunla tanış etmişdir. Nurlanə həmişə bahalı marketlərdən alışveriş etmiş, tez-tez müxtəlif əyləncə mərkəzlərindən fotoşəkillər paylaşmışdır. Özü haqqında isə Nurlanə demişdir ki, guya "xxxx" MMC-də mühasibatçı işləyir. Nurlanə salonda olan zaman aparatlar və avadanlıqlarla maraqlanmışdır. Nurlanə danışıqları zamanı özünü işgüzar göstərmiş, çoxsaylı imkanlı dostlarının, tanışlarının olmasını demişdir. Nurlanənin yaşayış tərzi də bunu təsdiq etdiyi üçün o, deyilənlərə inanmışdır. 2019-cu ildə söhbətlərin birində Nurlanə salonda onunla Sevincə təklif etmişdir ki, salona bitişik yeri də istifadəyə götürüb oraya lazer aparatı yerləşdirsinlər. Təklif ağlabatan olduğu üçün o, bu barədə Nurlanəyə suallar vermişdir. Nurlanə bildirmişdir ki, lazer aparatının gətirilməsini cəmi 50000 manata təşkil edən tanışı vardır və əgər müvafiq miqdarda pul verilsə avadanlığı gətirə bilər. Həmin ərəfədə o, özünə obyekt, yəni salon almaq istədiyi üçün müəyyən məbləğdə pul yığmışdı. Ona görə fikrində olmuşdur ki, yeni almaq istədiyi obyekt üçün lazer aparatı alsın. Sevinc özü də həmin ərəfədə birgə salona lazer almaq fikrinə düşmüşür. O, qərara gəlmişdir ki, elə əvvəlcədən, yəni obyekt almazdan öncə avadanlıqları və aparatları alsın ki, hər şey hazır olsun. O, bu fikri barədə Nurlanəyə demişdir. Nurlanə onun lazer aparatı almaq fikrində olduğunu böyük sevinclə qarşılamış və bildirmişdir ki, özü də daxil olmaqla bütün rəfiqələrini lazerə onun yanına gətirəcək, bundan başqa aparatın hansısa hissəsi nə vaxtsa sıradan çıxsa ehtiyat hissələrinin təmirini təşkil etdirəcəkdir. Nurlanə həm də təklif etmişdir ki, birdən-birə xərcə düşməsin deyə o, lazer avadanlığının pulunu hissə-hissə də verə bilər. O da buna çox sevinmiş və qərara gəlmişdir ki, elə pulu hissə-hissə ödəsin. Ona görə 2019-cu ilin iyun ayından başlayaraq Nurlanəyə pul verməyə başlamışdır. O, Nurlanəyə pulu yaşadığı Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 18 ünvanının qarşısında vermişdir. Nurlanəyə həmin ərəfədə pulu hissə-hissə verdiyi üçün dəqiq tarixləri xatırlamamışdır. Aybaay olmaqla ümumilikdə 25900 manat pul verdiyi ayları isə özünə məxsus xüsusi qeydiyyat dəftərçəsində (bloknotda) qeyd etmişdir. Nurlanə lazer aparatını artıq öz tanışına sifariş etdiyini demişdir. “Koronavirus” (COVİD-19) pandemiyası ilə əlaqədar beynəlxalq hava yollarının və ölkəyə digər növ nəqliyyat axınlarının dayandırılmasını səbəb kimi göstərərək Nurlanə lazer aparatının Azərbaycana gətirilmədiyini demiş, gözləməyini ondan xahiş etmişdir. Nurlanə ilə münasibətlərin səmimi olduğunu nəzərə alaraq buna razı olub gözləmişdir. Bundan başqa 2020-ci ilin oktyabr ayında Nurlanə ona demişdir ki, lazer aparatının gətizdirilməsi üçün əlavə 4000 manat pul lazımdır. Belə ki, aparatı ölkəyə gətirən adam o cür tapşırıq vermişdir. O da buna etiraz etməmiş və bir neçə gün sonra 2020-ci ilin oktyabr ayında öz adına "xxxx" ASC-nin “Neftçilər”də yerləşən filialından 4000 manat kreditə pul götürərək həmin pulu Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 18 ünvanının qarşısında Nurlanəyə ikilikdə vermişdir. Nurlanə bildirmişdir ki, qısa zaman kəsiyində aparatın ona çatdırılmasını təşkil edəcəkdir. Həmin ərəfədə isə o, artıq özünə məxsus gözəllik salonunu təmir etdirib orada işləməyə başlamışdır. Ona görə arasıra səbirsizlənib Nurlanəni tələsdirmişdir ki, aparatı qısa zaman kəsiyində Bakıya gətizdirsin. Təxminən 2021-ci ilin fevral ayının sonlarında Nurlanə onunla yenidən əlaqə saxlayaraq lazer aparatının gətizdirilməsi üçün əlavə 15000 manat pul lazım olduğunu bildirmişdir. Onun özündə və ailə üzvlərində həmin ərəfədə pul olmadığı üçün əri Şahid3 məlumat vermişdir ki, pulun tapılmasında köməklik göstərsin. Elşən də dostu Şahid1 bu barədə demiş və kreditə pul götürməsini Vaqifdən xahiş etmişdir. Vaqif buna etiraz etməyərək "xxxx" ASC-dən 15000 manat kreditə pul götürmüşdür. O, Nurlanənin yaşadığı Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 18 ünvanının qarşısına getmiş və orada Vaqifin iştirakı ilə həmin vəsaiti Nurlanəyə vermişdir. Bir müddət sonra Nurlanə onunla əlaqə saxlayaraq aparatın Azərbaycana gətizdirilməsi işinin tezləşdirilməsi üçün əlavə 5000 manat da pul lazım olmasını bildirmişdir. O, buna da razı olub 2021-ci ilin mart ayında özünə məxsus gözəllik salonunu "xxxx" ASC-nin Əhmədli qəsəbəsində yerləşən filialında girov qoyub 5000 manat kreditə əlavə pul götürmüş və həmin vəsaiti də Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 18 ünvanının qarşısında ikilikdə Nurlanəyə vermişdir. Nurlanə 1 ay ərzində lazer aparatını ona təhvil verəcəyini bildirmişdir. O da buna etiraz etməyib gözləməyə qərar vermişdir. Bununla lazer aparatının gətizdirilməsi üçün Nurlanəyə ümumilikdə 49900 manat pul vermişdir. Nurlanəyə qeyd etdiyi pul məbləğini verdikdən sonra dəfələrlə zəng edib lazer aparatı barədə soruşmuşdur. Nurlanə də müxtəlif bəhanələr gətirərək aparatı ona gətirməmişdir. O da məcbur qalıb verdiyi pulu geri tələb etməyə başlamışdır. Lakin Nurlanə ondan gizlənməyə, ünsiyyətdən yayınmağa başlamışdır. Hətta danışıqların birində Nurlanə pulu geri qaytarmayacağını və hara bacarırsa şikayət edə biləcəyini ona demişdir. O da məcbur qalıb bununla bağlı Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinə şikayət etmişdir. Ondan başqa rəfiqəsi Zərərçəkmiş şəxs1 da öz salonuna lazer aparatı almaq istədiyi üçün Nurlanəyə pul vermiş, Nurlanə həmin pulu da ələ keçirərək geri qaytarmamışdır. Bu azmış kimi 37-ci polis bölməsində verdiyi izahatda Nurlanə yalandan demişdir ki, guya pulu faizlə almışdır. Halbuki onun Nurlanəyə verdiyi pulun yarısı banklardan kredit faizi ilə alınmış pullar olmuş, sonra özü banklara faiz pulu ödəmişdir. Necə ola bilər ki, özünün faizə götürdüyü pulu kiməsə faizlə verisin. Nurlanə özü cinayət məsuliyyətindən yayınmaq üçün bu cür uydurma və yalan izahatlar vermişdir. Nurlanə ondan pulu almışdır ki, salona lazer aparatı gətirsin. Aralarındakı razılaşma bu cür olmuşdur. Hətta hadisədən sonra xəbər tutmuşdur ki, Nurlanə mühasib də işləməmiş və restoranların birində ofisiant (xidmətçi) işləmişdir. Nurlanə onları aldatmaq üçün qəsdən yalan məlumat vermişdir ki, guya mühasib işləyir. Bu barədə o, sonradan məlumat almış, həmin vaxt isə artıq gec olmuşdur. Nurlanə səmimi ünsiyyətdən və münasibətlərdən sui-istifadə edərək onları aldatmışdır. Nurlanə dəfələrlə özü də, anası da etiraf etmişlər ki, lazer aparatı alınması üçün ondan pul almışlar. O, bütün vəsaitləri hissə-hissə Nizami rayonu ərazisində Nurlanəyə vermişdir. İlkin ərizəsi çapla yazıldığı üçün ola bilər ki, həmin vaxt dedikləri düzgün başa düşülməmişdir. Onun Nurlanəyə pulu verməkdə məqsədi lazer aparatının gətirilməsi olmuşdur. Nurlanə demişdir ki, gətirəcəyi lazer aparatı yeni texnologiyalara cavab verən aparatdır, çoxlu sayda yeni funksiyaları vardır. O da təklifin sərfəli olmasını nəzərə alaraq razılaşmış və borca-xərcə girib Nurlanəyə hissə-hissə pul vermişdir. Nurlanə bir neçə gün sonra ona demişdir ki, lazer aparatını gətirmək alınmadı. Çünki aparatı gətirən kişinin hansısa xarici ölkədə gömrükdə problemi yaranmış və malları gətirə bilməmişdir. Ona görə Nurlanə demişdir ki, aldığı pulları faiz şərtləri ilə tanıdığı adamlara vermişdir, qəti narahat olmağa ehtiyac yoxdur, ailəvi dost və rəfiqədirlər, qısa zamanda pulu faiz pulları ilə birlikdə ona verəcəkdir. Ondan xəbərsiz pulunu faizə verdiyinə görə o, Nurlanə ilə söz mübahisəsi də etmişdir. Lakin Nurlanə onu sakitləşdirib bütün işləri öhdəsinə buraxmağını ondan xahiş etmişdir. Onun bu işlərdən başı çıxmadığına görə Nurlanəyə demişdir ki, ehtiyat edir, belə işlərin necə baş tutmasını bilmir. Nurlanə demişdir ki, narahat olmasın, öz adamları var, pulu ancaq həmin adamlara yüksək faiz şərti ilə vermiş və yalnız tanıdığı adamlarla işləmişdir. Faizlərdən əldə olunan qazancdan o, özünə lazer aparatını çox qısa vaxtda ala biləcəkdir. Onun lazer aparatı almaq istədiyini rəfiqəsi Zərərçəkmiş şəxs1 da bilmiş, lakin pulunun Nurlanə tərəfindən faizə yönləndirilməsini isə heç kim bilməmişdir. Sonra xəbər tutmuşdur ki, Nurlanə eyni üsulla Sevinci də aldadaraq ilk əvvəl lazer aparatı gətirmək adı ilə pulunu almış, daha sonra həmin pulu guya faiz adı qoyaraq ələ keçirmişdir. Sonrakı ərəfələrdə pulunu tələb edən vaxtlarda Nurlanə pulu faizə verdiyini dediyi üçün o, yazışmalarda ya faiz haqqını, ya da əsas pulunu geri istəmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Nurlanə özünü imkanlı adam kimi göstərmişdir, Nurlanənin evində olmuş, anası ona yemək də vermişdir. O, Nurlanəyə pulu borca verməmişdir. Nurlanə ondan lazer aparatı gətizdirmək üçün aldığı pulu ondan xəbərsiz, öz fikri ilə faizə vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsin ona dəymiş ziyandan qismən ödəniş etdiyini göstərmiş, mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 il ərzində tanımış, Bakı şəhərinin Nizami rayonu ərazisində fəaliyyət göstərən “Romance Palace” restoranında, sonrakı ərəfələrdə isə şəhər ərazisində fəaliyyət göstərən digər restoranlarda da birlikdə ofisiant işləmişlər. Nurlanə ilə münasibətləri bir müddət sonra rəfiqəlik münasibətlərinə keçdiyi üçün mobil telefonla dəfələrlə danışaraq müxtəlif mövzularda söhbətlər etmişlər. Dəfələrlə işdən kənar yerlərdə Nurlanə ilə görüşüb vaxtı birgə keçirmişlər. Bundan başqa onlar biri-birinin evinə gedib-gəlmiş, o, Nurlanə ilə birlikdə sonuncunun dədə-baba yurdu olan Mingəçevir şəhərinə getmiş, ona görə də Nurlanə ilə çox yaxın və isti münasibəti yaranmışdır. Nurlanə ilə birlikdə dəfələrlə Azərbaycanın rayonlarına gedib istirahət etmişlər. O, təbiətcə bədxərc adam olduğu üçün heç vaxt özünə pul yığa bilməmişdir ki, nəsə alsın. Ona görə işləyib qazandığı pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Nurlanə ən yaxın rəfiqəsi kimi onun bu xüsusiyyətini bilmişdir. 2020-ci ilin əvvəllərində söhbətləri zamanı Nurlanə bir neçə dəfə ona bildirmişdir ki, pul yığımaq olmur, ən yaxşısı tanıdığı, bildiyi, etibar elədiyi adamlarla lotoreya oynamaqdır və həmin adamlar Nurlanəyə çox yaxın olduğundan, illər boyu aralarında tanışlıq və dostluq olduğundan onlarla lotoreya oynamaq fikrində olduğunu bildirmişdir. Nurlanə hər dəfə ona da lotoreya oynamağı, bu yolla ələ birdəfəlik gəlir gələcəyini demişdir. Lotoreya dedikdə Nurlanə onu nəzərdə tutmuşdur ki, əvvəlcədən sayı dəqiq müəyyən edilmiş şəxslər öncədən razılaşdırılmış tarixlərdə, yəni ayda bir gün ümumi razılaşdırılmış məbləği ortalığa qoyur və növbə ilə lotoreya iştirakçıları hər ay ümumi yığılmış pulu özünə götürür. Lotoreya isə sonuncu iştirakçı son ayda öz pulunu aldıqdan sonra bitir. Nurlanə ilə yaxın rəfiqə olduqlarından dediklərinə şübhəsi olmamış və elə zənn etmişdir ki, Nurlanə yoldaşlıq xatirinə hər ikisinin qazanc əldə etməsini və yaxşı güzəranda olmalarını istəyir. Ona görə də Nurlanənin “lotoreya oyunu” barədə təklifini müsbət qarşılamışdır. Elə həmin ərəfədə, təxminən 2020-ci ilin yanvar ayından başlayaraq Nurlanə ona bildirmişdir ki, yaxın tanışları, həmin vaxt onun ümumiyyətlə tanımadığı “Xatirə”, “Nigar” və “Sevinc” adlı qızlarla 100 manat puldan onu lotoreya oyununa qoşmaq istəyir. Yəni həmin 3 nəfər qızın hər birinin ayrı-ayrılıqda lotoreya komandası olmuşdur. Ona görə də ayrı-ayrı lotoreya komandasının hər birinə 100 manat verməklə 3 lotoreya komandasına cəmi 300 manat pul verməli olmuşdur. Nurlanə bildirmişdir ki, bir ilin 12 ayına uyğun olaraq hər komandada 12 nəfər adam var və hər iştirakçı bir ayda yığılmış pulu götürəcək. Bədxrəc olduğunu nəzərə alaraq o, bu yolla əlinə birdəfəlik böyük məbləğdə pul keçəcəyəni və özünə nəsə ala biləcəyini düşünmüşdür. Ona görə Nurlanənin etdiyi bu təklifi sevinclə qarşılayaraq eyni anda 3 lotoreya oyununda iştirak etməyə razılıq vermişdir. Nurlanə ona demişdir ki, ən yaxşısı sonuncu aylarda pul almaqdır. Çünki lotoreyanın əvvəllində pul alandan sonra elə həmin pulu növbəti ayda digər lotoreya iştirakçıları üçün verməli olursan, ona görə ələ keçirilmiş pul gözə görsənmir və xərclənir. O da düşünüb Nurlanənin dediklərinin ağılabatan olduğunu gördüyü üçün etdiyi təkliflə razılaşmışdır. 2020-ci ilin yanvar ayından iyun ayına qədər olan müddət ərzində o, Nurlanə ilə birgə işlədiyi Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi “Zığ petrol” yanacaqdoldurma məntəqəsinin həyətində, R.Göyüşov küçəsi 3/1 ünvanında yerləşən mərasim zalında maaş alandan sonra hər ay əlbəəl Nurlanəyə 300 manat pul vermişdir. 2020-ci ilin mart ayından sonra ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar müvəqqəti işləmədiyi üçün qeyd edilən 300 manat pulu həmin ərəfədə hazırda yaşadığı mənzildə vermişdir. 2020-ci ilin iyun ayından həmin ilin dekabr ayına qədər isə Nurlanəyə razılaşdırdığı pulu ünvan 11 ünvanında yerləşən köhnə adı “Qovurma”, indiki adı “Şam işığı” olan restoranda vermişdir. Beləliklə, o, lotoreyada iştirakı ilə əlaqədar Nurlanəyə ümumilikdə 3400 manat pul vermişdir. 2020-ci ilin sonlarında Nurlanə ona demişdir ki, lotoreyanın birində artıq növbə ona çatıb və pul almalıdır. Lakin Nurlanə bildirmişdir ki, “sən bədxərcsən, əlinə pul düşsə nəyə gəldi xərcləyəcəksən, pul qoy məndə qalsın, tam yığılsın, sənə bir dəfəlik qaytaracağam”. O da Nurlanəyə tam inandığı üçün dediklərinə şübhə etməyərək razılıq vermişdir. 2020-ci ilin dekabr ayında o, özünə ad günü etmək istədiyi üçün Nurlanənin yanına gedib demişdir ki, ona çatası puldan 300 manat versin ki, tədbiri keçirdə bilsin. Nurlanə də öz yaşadığı evdə ona 300 manat pulu vermişdir. O, həmin ərəfədə Nizami rayonu ərazisində yerləşən “Topqapı” restoranında özü üçün ad günü mərasimini keçirtmişdir. Ad günü ilə əlaqədar bəzənmək üçün Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən gözəllik salonunda işləyən Samirə adlı ustanın yanına getmişdir ki, onu bəzəsin. Həmin gün pulu kifayət etmədiyi üçün Samirəyə 50 manat borclu qalmış və sonra verəcəyini bildirmişdir. Samirə də buna etiraz etməmişdir. 2021-ci ilin mart ayında o, Samirə ilə danışıb pul borcunu necə verə biləcəyini soruşmuş, Samirə isə bildirmişdir ki, fərqi yoxdur, pulu özü də gətirə bilər, ortaq tanışı Nurlanənin vasitəsi ilə də göndərə bilər. Özü salona getməyə ərindiyi üçün 50 manat pulu “Şam işığı” restoranında Nurlanəyə vermişdir ki, Samirəyə versin. Nurlanə də buna etiraz etməyib pulu ondan almışdır. Sonrakı ərəfələrdə isə Nurlanənin verdiyi vədə əsasən onun lotoreyada pul almaq növbəsi gəlib çatsa da, Nurlanə tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. O, pul istəyən zaman Nurlanə gah kənarda olduğunu demiş, gah telefonlara cavab verməyərək gizlənmişdir. Hətta bir dəfə danışıqlar zamanı o, Nurlanədən növbəti dəfə öz payına düşən pulu tələb edən zaman Nurlanə bildirmişdir ki, “Xatirə” adlı lotoreya komandasının rəhbəri yığdığı pulları kiməsə faizlə verərək batırmışdır, lakin narahat olmasın, pulun geri qaytarılmasını həll edəcəkdir. O isə Nurlanəyə demişdir ki, axı bu məsələnin ona aidiyyəti yoxdur və artıq neçə aydır ki, özünün və ailəsinin boğazından kəsərək hər ay 300 manat pul ödəyir. Nurlanə isə onu əmin etmişdir ki, qısa müddət ərzində Xatirə ilə olan problemi həll edib pulunu digər lotoreya pulu ilə birlikdə, yəni 3100 manat pulunu özünə qaytaracaqdır. 2021-ci ilin iyun ayında Samirə ona zəng edərək 50 manat pulu ondan istəmişdir. O, Samirəyə həmin pulu 2020-ci ilin martında Nurlanəyə verdiyini bildirmiş, Samirə isə demişdir ki, Nurlanə pulu verməmişdir. Dərhal Nurlanəyə zəng edərək bu barədə soruşmuş, Nurlanə isə gözlənilmədən ona bildirmişdir ki, 50 manat pul alması yadına gəlmir, əgər verilmişdirsə də aparıb Samirəyə qaytarar. Nurlanə həmin 50 manatı da xərcləyərək Samirəyə verməmişdir. Bu yolla da ona məxsus ümumilikdə 3150 manat pulu Nurlanə ələ keçirmişdir. Nurlanənin ona pul verməməsini və hər şeyi Xatirə adlı qadının üstünə atmasını görüb bildirmişdir ki, əgər elədirsə, Xatirə pulu vermirsə o, özü gedib Xatirə ilə söhbət edərək pulunu tələb etsin. Nurlanə isə cavab olaraq demişdir ki, özü Xatirəyə pul vermədiyi üçün heç nəyi Xatirəyə sübut edə bilməyəcəkdir. Nurlanə ümumiyyətlə onu “Xatirə”, “Sevinc” və “Nigar” adlı şəxslərlə görüşdürməkdən yayınmışdır. Hər dəfə bu barədə söz düşəndə söhbəti dəyişmişdir. Sonradan məlum olmuşdur ki, “Xatirə” və “Sevinc” adlı qadınlar, yəni ona lotoreya komandasının rəhbərləri kimi təqdim olunan həmin qızlar əslində heç bir lotoreyada iştirak etməmiş, belə bir oyuna rəhbərlik etməmişlər. Əksinə, Nurlanə onun kimi Xatirə ilə Sevincin hər birindən də pul alaraq ələ keçirmiş və geri qaytarmamışdır. Bir neçə il öncə o, Nurlanənin təklifi ilə sonuncunun dədə-baba yurdu olan Mingəçevir şəhərinə getmişdir. Belə ki, Nurlanə həmin ərəfədə qeyd edilən mənzili satmaqla bağlı kiminləsə behləşmişdir. Mingəçevirə getməkdə məqsədi isə mənzilin alqı-satqısına dair “Asan xidmət”lə bağlı sənədləşmələri həll etmək olmuşdur. Nurlanə onunla birlikdə şəhərin mərkəzində, “Dram teatrı”nın yaxınlığında yerləşən binaya daxil olaraq ona demişdir ki, çox asta-asta addımlarla yuxarı qalxsınlar. Çünki binaya nə vaxtsa oğru girib, oradan oğurluq olub və bu səbəbdən də qorxur ki, birdən yenə oğru gələr. O, Nurlanə ilə birlikdə binanın ikinci mərtəbəsindəki mənzilə qalxmış və açarla qapını açıb içəri daxil olmuşlar. O, içəridə görmüşdür ki, evdə ümumiyyətlə hər hansı oğurlanası dəyərə malik bir əşya yoxdur. Nurlanə evdən özünə aid bir neçə qab-qacaq əşyasını yığan zaman qəfildən mənzilin qapısı açılmış və içəriyə orta yaşlı, dolu bədən quruluşlu, qarabuğdayı, qara saçlı, təxminən 40-45 yaşlı qadın girərək heç nə demədən Nurlanənin üstünə qışqırmağa başlamışdır. Həmin qadın Nurlanəyə demişdir ki, “pulumu nə vaxt qaytaracaqsan? Mən xəstə adamam, almısan pulumu qaytar, nə vaxtacan səni gözləyəcəm”. Qadın çox əsəbi olduğu üçün Nurlanə qadını sakitləşdirməyə çalışmış və üzərində olan 100 manat pulu qadına verərək bildirmişdir ki, qalan borcunu da Bakıda işləyib pul qazandıqdan sonra mütləq şəkildə qaytaracaqdır. Həmin qadın da Nurlanənin sözlərindən təsəlli alıb birtəhər sakitləşərək çıxıb getmişdir. Onlar mənzildən çıxdıqdan sonra binanın həyətində taksi gözləyərkən Nurlanə, “hay verdim aa sənin pulunu” ifadəsini işlətmişdir. O, həmin sözlərin borc yiyəsi qadına aid olmasını başa düşüb Nurlanədən həmin qadın barədə soruşmuşdur. Nurlanə isə bildirmişdir ki, Mingəçevirdə yaşadığı vaxtlarda qadından faizlə pul almış, bir müddət faiz ödəmiş, bundan sonra isə ödəməyəcəkdir. Nurlanə demişdir ki, belə bir şey var, əgər faizlə pul alıb bir müddət faiz ödəyirsənsə sonra əsas pulu verməyə bilərsən. O, bu barədə birinci dəfə eşitdiyi və Nurlanə çox inandırıcı danışdığı üçün bu mövzuda Nurlanəyə başqa sual verməmişdir. Bundan başqa Nurlanə ona məxsus lotoreya pullarını yığdığını deyən zaman ona söz vermişdir ki, pulu yığıb bir iş qurarlar, dırnaq qaynağını öyrənib həmin işə pul qoyarlar ki, gələcəkdə yaxşı qazanc əldə etsinlər. O da buna razılığını vermişdir. Ona görə Xətai rayon polis idarəsinə verdiyi ərizədə və izahatda Nurlanəyə pulu dırnaq qaynağı işinin təşkili ilə bağlı verməsi barədə göstərdikləri yalan olmamışdır. Sadəcə olaraq ola bilər ki, əvvəlki ərizə və izahatında fikrini düzgün izah edə bilməmişdir. Nurlanə Mingəçevir şəhərində mənzili satan zaman o, Nurlanənin yanında olmuşdur. Nurlanə mənzilin pulunu aldıqdan sonra onlar birlikdə Bakı şəhərinə qayıtmış və birbaşa Nizami rayonu, “Neftçilər” adlanan ərazidə yerləşən “Rahat Market” adlı mağazaya daxil olmuşlar. Orada Nurlanə ödəmə terminalı vasitəsi ilə kimin adına olmasını bilmədiyi “Kapital Bank” hesabına xeyli miqdarda pul yatırmışdır. Qalan pulu, təxminən 3000 manat civarında pulu öz üzərində saxlamışdır. Bundan sonra Nurlanə ondan xahiş etmişdir ki, birlikdə “Laçın” ticarət mərkəzinə getsinlər. O da buna etiraz etməyib birlikdə həmin univermağa gedib ikinci mərtəbədə yerləşən qızıl satışı yerinə qalxmışlar. Orada Nurlanə bir ədəd “Pandora” markalı, 750 əyar damğalı qolbağı, bir ədəd 585 əyar damğalı uzun boyunbağı, bir ədəd 750 əyar damğalı mələk formalı klonu alaraq pulunu nağd şəkildə satıcıya vermişdir. Nurlanə boyunbağını qızıl satışı piştaxtalarının birində işləyən başıbağlı, yəni hicablı bir qadından almışdır. Onun özünün isə bir müddət öncə həmin univermaqdan aldığı sırğaya görə 200 manat pul borcu qaldığı üçün Nurlanə ona 200 manat vermişdir ki, həmin pul borcunu bağlasın. O da elə oradaca Nurlanədən 200 manat alıb qızıla görə qalan borcunu ödəmişdir. Nurlanənin “Pandora” markalı qolbağısının dəyəri təxminən 1000 manat olmuş, digər qızıl-zinət əşyalarına konkret nə qədər pul sayıb verməsini isə xatırlamamışdır. Bundan başqa 2020ci ilin fevral ayında Nurlanənin anası Pərvanənin ad günü olmuşdur. Nurlanə həmin ad gününü özü şəxsən öz hesabına “Neolit” şadlıq sarayında dəbdəbəli şəkildə keçirtmiş və 500 manat pul xərcləmişdir. Həmin günün menyusunu Nurlanə onunla birlikdə gedib danışdığı üçün xərclənən pulun dəqiq məbləğini bilmişdir. Bundan başqa Nurlanənin bacısı Səbinənin övladının doğulmasının qırxıncı günü ilə bağlı təşkil olunmuş tədbirdə Nurlanə uşağa qızıl qolbağı, ad günündə qızıl sep almışdır. 2020-ci ilin yay aylarında karantin rejimi ilə əlaqədar evdə oturub işləmədiyi dövrdə o, Nurlanə ilə “WhatsApp”da danışan vaxt Nurlanə ona iki cüt “Vanşlef” modelli qızıl sırğaların fotoşəkilini ataraq aldığını bildirmişdir. O da Nurlanəni bu alış münasibəti ilə təbrik etmişdir. Həmin ərəfədə Nurlanə eyni qaydada şəbəkə modelli, səbət formasında olan qızıl sırğa cütünün fotoşəkilini də ona ataraq özünə aldığını demişdir. Bundan başqa 2020-ci ilin mart ayında Nurlanə onunla birlikdə “Laçın” ticarət mərkəzinə gedərək “8 Mart” qadınlar günü münasibəti ilə anası üçün qızıl qolbağı alaraq hədiyyə etmişdir. Bundan başqa 2020-ci ilin yay aylarında Nurlanənin ad günü mərasimi olmalı idi. Nurlanə öz ailə üzvlərini, rəfiqələrini, həmin ərəfədə sevgilisi olan Xəzəri və onu ad gününə dəvət etmişdir. Nurlanə öz ad günü üçün Pirşağı qəsəbəsində, dənizə yaxın bir ərazidə 400 manat pul verməklə 1 günlük bağ evi kirayəyə götürmüş, təxminən 500-600 manatlıq bazarlıq edərək hamını ora yığmaqla özünə ad günü keçirtmişdir. 2021-ci ilin iyul ayında da onda olan məlumata görə Nurlanə başqa bir bağ evi tutaraq orada ad gününü keçirtmişdir. Özü orada iştirak etməsə də, birgə üzv olduğu “WhatsApp” qrupuna Nurlanənin ad günü tədbiri ilə bağlı fotoşəkillər atmasını görmüşdür. Nurlanə mənzilini satdıqdan sonra demək olar ki, hər gün bir restoranda yeyibiçmişdir. Nurlanə əksər hallarda onu da yanına çağırmış, birlikdə oturub istirahət etmişlər. Bundan əlavə Nurlanə onu Novxanı qəsəbəsində yerləşən “My Beach” adlı otelə dəvət etmiş, günlərlə orada qalmış, birlikdə istirahət edib əylənmişlər. Lakin bütün hesab Nurlanə tərəfindən ödənilmişdir. Nurlanənin Xəzər adlı sevgilisi Babək prospektində yerləşən “Ştutqart” mağazasının arxa tərəfində, avtomobil təmiri məntəqələrindən birində usta kimi işləmişdir. Xəzərin qardaşı haradasa oğurluq cinayəti törətmiş, buna görə sonradan həbs edilmişdir. Nurlanə ona demişdi ki, Xəzərə yazığı gəlir, çətin vəziyyətdədir və bu çətin maddi durumda Xəzərə pul vermək istəyir. X9 pul verib-verməməsini bilməmişdir. Çünki bu barədə Nurlanə sonradan ona heç nə deməmişdir. Bundan başqa Nurlanə ortaq tanışları olan Rəxşəndə adlı qızdan da faiz adı ilə pul almışdır. Həmin pulu ödəmədiyi üçün Rəxşəndə Nurlanəyə tez-tez zəng etmiş, pulunu tələb etmişdir. Nurlanə isə həmin ərəfədə həm Rəxşəndəyə, həm də ona demişdir ki, olan-qalan pulunu “Valeh” adlı başqa sevgilisinə vermiş və pulu Valehdən ala bilməmişdir. Nurlanə demişdir ki, Valehdən pulunu geri almaq istəmiş, Valeh isə cavabında pulunun olmadığını, itirəcəyi heç nəyin olmadığını, özünə qəsd edəcəyini demişdir. Nurlanə tez-tez bu barədə ona da gileylənmişdir. Sonradan bu məsələnin axırının necə olmasından onun xəbəri olmamışdır. Nurlanə Mingəçevirdə mənzili satdıqdan sonra özünə ipoteka yolu ilə Bakı şəhəri Zığ qəsəbəsində, hündür mərtəbəli yeni inşa edilmiş binadan mənzil almaq istədiyini ona demişdir. Nurlanə ona demişdir ki, “Romance Palace” restoranının anbarında işləyən, əslən Naxçıvandan olan Rəman adlı ortaq tanışları mənzilə ilkin ödəniş vermək üçün Nurlanəyə 11000 manat pul verəcəkdir. Mənzilin ipotekaya görə qalan dəyərini isə Nurlanə özü hissə-hissə ödəyəcəkdir. X7 heç bir əsaslı səbəb və yaxın münasibət olmadan həmin məbləğdə pul verəcəyi heç inandırıcı gəlməmişdir. Bəlkə də Nurlanə pulun həqiqətdə özünə məxsus olmasını ona demək istəməmişdir. Ona görə Nurlanəyə bu barədə başqa sual verməmişdir. Nurlanə bildirmişdir ki, mənzilin sənədləşmə məsələlərində həmin restoranda videooperator işləyən “Musa” adlı şəxs köməklik edəcəkdir. Bir müddət sonra o, Nurlanə ilə görüşüb söhbət edəndə sonuncu, nəzərdə tutduğu mənzili aldığını və tam təmir etdirdikdən sonra bu barədə anasına sürpriz edəcəyini bildirmişdir. O da Nurlanəni bu münasibətlə təbrik etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş ziyandan qismən ödəniş etmişdir. Mülki iddiasının təmin olunmasını, təqsirləndirilən şəxsin barəsində isə həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarında iştirak etməmişdir, onun məhkəməyə təqdim edilmiş, 09 mart 2023-cü il tarixdə 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir və onlar barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, qeyd etdiklərinin nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, zərərçəkmiş şəxsin həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs4 həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 il öncə restoran sahəsində işləyərək tanımışdır. Nurlanənin anası Pərvanə isə mərasim evlərində nəzarətçi işləmişdir. O, Nurlanə ilə birlikdə həmin mərasim evində də işləmişdir. Lakin o, Nurlanəni hamıdan fərqli olaraq maddi imkanı yaxşı olan qız kimi tanımağa başlamışdır. Belə ki, Nurlanəni hər dəfə yeni bir qızıl-zinət əşyasında, bahalı restoranlarda, müxtəlif konsertlərdə görmüşdür. Bundan başqa onlar birlikdə marketə gedəndə o, cəmi bir sellofan ərzaq aldığı halda Nurlanə iki ədəd ərzaq arabasını doldurub alış-veriş etmişdir. Nurlanə demişdir ki, arabanın biri bacısı üçün, digəri isə özü üçündür. Ona təəccüblü və eyni zamanda da maraqlı gəldiyi üçün bu qədər pulu haradan əldə etməsini Nurlanədən soruşmuşdur. Nurlanə isə gah evini satdığını, gah sevgilisindən pul aldığını, gah da sadəcə özünə aid pulun olduğunu demişdir. 2020-ci ilin mart ayından sonra “Koronavirus” epidemiyası ilə əlaqədar ölkədə karantin rejimi tətbiq edilmiş və o, məcbur evdə oturmağa başladığı üçün işsiz qalmış, işlədiyi dövrdə qazandığı puldan xərcləmişdir. Bakı şəhərində kirayədə yaşadığından, kirayə pulu, ərzaq və digər məişət xərclərini qarşılamaq üçün əlavə pula ehtiyacı olsa da, bütün iş yerləri qapalı olduğu üçün çarəsiz vəziyyətdə olmuşdur. Bu barədə rəfiqələri ilə, həmçinin Nurlanə ilə telefonda danışarkən gileylənmişdir. Həmin ərəfədə telefonda danışarkən Nurlanə ondan xahiş etmişdir ki, 10 günlük borca 300 manat pul versin, 10-cu günün tamamında isə üstündə 50 manat olmaqla, cəmi 350 manat pulu ona qaytaracaqdır. Həmin ərəfədə əlavə pul ona hava və su kimi lazım olduğundan razı olaraq işləyib yığdığı puldan Nurlanəyə 300 manat pul vermişdir. Nurlanə həqiqətən 10 gün sonra ona 350 manat pul qaytarmışdır. Qeyd edilən ərəfədən sonra da Nurlanə hər dəfə ondan xırda məbləğlərdə, yəni 200 və ya 300 manat məbləğində pul götürüb bir neçə gün sonra üzərində əlavə pul olmaqla geri qaytarmışdır. Ona görə Nurlanəyə qarşı inamı daha da artmışdır. Nurlanə dediyi vaxtdan heç vaxt kənara çıxmamış və pulu vaxtında, vəd etdiyi məbləğ üzərində olmaqla ona qaytarmışdır. Ona görə Nurlanənin etibarlı, ciddi və məsuliyyətli bir qız olmasını görmüşdür. Nurlanə ona danışmışdır ki, böyük əhatəsi və çoxlu rəfiqələri vardır, həmin qızlar faiz şərti ilə pul alaraq vaxtında ödənişləri edirlər, heç bir narahatçılığa əsas yoxdur. O da Nurlanəyə inanmışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Nurlanə onunla əlaqə saxlayaraq adını bildirmədiyi etibarlı və yaxın bir rəfiqəsinə təcili pul lazım olduğunu deyib 2021-ci ilin yanvar ayının 23-nə qədər olan müddət ərzində hissə-hissə ondan 3550 manat pul alıb demişdir ki, həmin ayın sonuna qədər ona cəmdə 4000 manat pul qaytaracaqdır. O, həmin pulu yaşadığı NZS qəsəbəsində, Mingəçevir küçəsi ev 67 ünvanının qarşısında Nurlanəyə vermişdir. O, bir neçə gün ərzində yaxşı gəlir əldə edəcəyini düşündüyündən pul verməyə razı olmuşdur. Lakin bu dəfə Nurlanə verdiyi sözə əməl etməmiş və 2021-ci ilin yanvar ayının sonunda vəd etdiyi 4000 manat pulu ona qaytarmamışdır. Nurlanə bunu onunla əsaslandırmışdır ki, pul verdiyi qızdan pulu geri ala bilməmişdir. Bir neçə gün sonra o, yenidən pulun aqibəti barədə sual verəndə Nurlanə sınıq bank kartının fotoşəkilini ona yollayaraq kartın yarasız hala düşdüyünü demiş və bildirmişdir ki, pul artıq kartdadır. Kartı bankda yenilədikdən sonra pulu bankomatda çəkib ona verəcəkdir. O, buna da etiraz etməyib gözləmişdir. Nurlanə tərəfindən aldadılacağını ağlının ucundan belə keçirtmədiyinə görə düşünmüşdür ki, Nurlanənin danışdıqları həqiqətdir və Nurlanə tam səmimi olmaqla yalan danışmır. Çünki artıq neçə aylar ərzində dəfələrlə o, Nurlanəyə müxtəlif məbləğlərdə pullar vermişdir. Nurlanə də hər dəfə çox punktual davranıb verdiyi sözə əməl etmiş, pulu vaxtında qaytarmışdır. Ona görə Nurlanəyə qarşı inamsızlığı olmamışdır. Bir neçə gün sonra Nurlanədən xəbər çıxmadığı üçün o, narahat olub yenidən əlaqə saxlayanda Nurlanə bildirmişdir ki, banka müraciət edib və yeni kartın verilməsini gözləyir. Lakin bundan sonrakı günlərdə də Nurlanə ona müxtəlif bəhanələr gətirib pulu verməmişdir. Bir neçə gün sonra isə Nurlanə ona demişdir ki, pulu kartdan çəkərək “Valeh” adlı sevgilisinə vermişdir. O, Nurlanənin bu hərəkətinə əsəbləşib nəyə görə ona məxsus pulu xəbər etmədən, özbaşına “Valeh” adlı şəxsə verməsini Nurlanədən soruşmuşdur. Nurlanə isə demişdir ki, Valeh özünə avtomobil almaq istəmiş və pulu iki gün ərzində qaytaracağını vəd etsə də, qaytarmamışdır. Nurlanə əlavə etmişdir ki, həmin pulu Valehdən alan kimi geri verəcəkdir. Həmin ərəfədən sonra Nurlanə ona pul verməmişdir. Bu zəmində onun Nurlanə ilə münasibətləri korlanmış və mütəmadi olaraq Nurlanədən pulunu geri tələb edərək verməyəcəyi halda polisə şikayət edəcəyini demişdir. Nurlanə isə ona demişdir ki, aldığı pul faizə verilmiş pul hesab olunur, ona görə hara istəyirsə şikayət edə bilər, bu işə heç kim baxmayacaq və heç kim heç nə etməyəcək. Nurlanə ortaya şərt qoymuşdur ki, imkan etdikcə ayda 20, 30, 40 manat olmaqla hissə-hissə ona pul göndərsin və bu minvalla borcunu bağlasın. O da pulu batmasın deyə çarəsizlikdən buna razı olmuşdur. Hər ay böyük əziyyətlə, Nurlanəni bezdirərək qəpik-quruş kimi pul almağa başlamışdır. Bu günə qədər Nurlanə hissə-hissə ona ödəniş etmiş, hazırda Nurlanənin ona 2440 manat borcu qalmışdır. (yuxarıda istinad olunan 09 mart 2023-cü il tarixli ərizənin verilməsindən əvvəl) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 ilə 2008-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki qız övladı dünyaya gəlmişdir. Xatirə uzun müddət ərzində gözəllik salonu sahəsində işləmişdir. Bir neçə müddət əvvəl isə daimi gəlir yeri olsun deyə yığdıqları pulun bir qisminə Nizami rayonu, C.Naxçıvanski küçəsində kiçik bir obyekt almışlar ki, orada gözəllik salonu açsınlar. Onlar salon alandan sonra oranı təmir etdirmişlər və salon fəaliyyətə başlamışdır. Xatirə dəfələrlə demişdir ki, lazer aparatı almaq istəyir ki, salona yerləşdirsin, çünki lazer aparatına görə müştərilərin sayı artacaq. Lakin bu söhbətlər elə sözdə qalmış və lazer aparatının qiyməti çox baha olduğundan ala bilməmişlər. O, Xatirənin, Sevinc və Nurlanə adlı rəfiqələrini də tanımışdır. Onlar rəfiqəlik etmiş və yaxşı münasibətləri olmuş, tez-tez bir-birinin evinə gedib-gəlmişlər. Sevinc də Nizami rayonu ərazisində gözəllik salonu işlətmişdir. Nurlanə isə hansısa şirkətdə işləmişdir. İstər Sevinc, istərsə də Nurlanəni normal həyat yaşayan qızlar kimi tanımışdır. Ona görə onlarla rəfiqəlik etməsini Xatirəyə heç vaxt qadağan etməmişdir. Bir neçə il öncə aralarındakı söhbət zamanı Xatirə ona demişdir ki, Nurlanənin vasitəsi ilə salona lazer aparatı almağa imkan var. Belə ki, Nurlanənin sözünə görə bir tanışı var, xaricdən lazer aparatını Azərbaycana gətirə bilər və qiyməti də çox ucuz olacaq. Bundan başqa Nurlanə deyib ki, pulu hissə-hissə də vermək olar, yəni nağd şəkildə aparatın bütöv pulunu verməyə ehtiyac yoxdur. Həmin təklif maraqlı olduğundan o, Xatirəyə demişdir ki, Nurlanə ilə bu məsələni dəqiqləşdirsin. Əgər edilən təklif realdırsa danışıb almaq olar. Bir neçə gün sonra Xatirə Nurlanə ilə yenidən danışıb ona demişdir ki, lazer aparatını həqiqətən də xaricdən gətizdirmək olar və ümumi qiyməti 50000 manat təşkil edəcəkdir. Aparatı gətizdirməyi öhdəsinə götürən adam barədə isə Nurlanə heç bir məlumat verməmişdir. Nurlanə bunu onunla əsaslandırmışdır ki, guya birdən özünün vasitəçiliyi olmadan onlar özü həmin adamı tapıb malı sifariş verərlər. Nurlanənin deməsinə görə mal sifariş verəndə cüzi də olsa sonuncuya xeyir qalır. Ona görə o, Nurlanənin çörəyinə bais olmasın deyə Xatirəyə tapşırmışdır ki, Nurlanənin üstünə çox getməsin və danışıb lazeri aparatını alsın. Bu məqsədlə 2019-cu ildən 2021-ci ilədək olan dövr ərzində lazer aparatının Azərbaycana gətizdirilməsi üçün hissə-hissə Nurlanəyə ümumilikdə 49900 manat məbləğində pul verilmişdir. 2021-ci ilin qış aylarının birində lazer aparatının gətizdirilməsi üçün Nurlanə əlavə 15000 manat pul da istəmişdir. Həmin vaxt isə evdə pul olmamışdır. O da məcbur qalıb dostluq etdiyi Şahid1 zəng edərək borca pul verməsini xahiş etmişdir. Vaqif də onun xahişini yerə salmayaraq bankdan kreditlə pul götürmüş və 15000 manat borca pul vermişdir. Həmin pul da sonradan Nurlanəyə verilmişdir. Nurlanənin istədiyi qədər pul verilsə də Nurlanə söz verdiyi lazer aparatını Azərbaycana gətirib çıxartmamışdır. Sonradan isə məlum olmuşdur ki, Nurlanə eyni adla Sevinc xanımdan da pul alaraq geri qaytarmamışdır. Xatirə və Sevinc eyni qaydada Nurlanə tərəfindən aldadıldıqları üçün qərara gəlmişlər ki, Nurlanə barəsində polisə şikayət etsinlər. Həmin ərəfədə məlum olmuşdur ki, Nurlanə başqa bir rəfiqəsi Kübra xanımdan da pul alaraq geri qaytarmamışdır. Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinə müraciət etdikdən sonra orada araşdırma aparılmağa başlanmış və Nurlanə orada verdiyi izahatda göstərmişdir ki, guya pullar faizlə verilmişdir. Nurlanə, Xatirədən və Sevincdən pulu lazer aparatı gətirmək adı ilə aldığını etiraf etməmişdir. Nurlanəni yalnız bu sözünü əsas götürən təhqiqatçı tərəfindən həmin şöbədə verilmiş şikayətlər rədd olunmuşdur. Həmin qərar əsassız olduğuna görə yenidən Nurlanənin barəsində şikayət verilmiş və qərar ləğv olunmuşdur. O, özü Xatirənin Nurlanə ilə danışdıqlarını şəxsən eşitmişdir. Həmin pul lazer aparatının gətizdirilməsi üçün Nurlanəyə verilmişdir. Nurlanə özünü müdafiə eləmək üçün qəsdən elə izahatlar vermişdir ki, guya pulu faizə alıb. Xatirənin günahı onda olmuşdur ki, lazer aparatı üçün bütün pul Nurlanəyə veriləndən sonra Nurlanə Xatirəyə deyib ki, lazer aparatının gətizdirilməsi mümkün olmayıb, ona görə verilən pulu geri qaytaracaq. Xatirə də buna etiraz etməmişdir. Lakin bundan sonra Nurlanə Xatirəni dilə tutmağa başlamışdır ki, pulu evdə yatızdırmaqdansa faizə buraxsın, aylıq qazancını götürsün. Xatirə bu məsələlərə baş qoşmayıb verdiyi pulu geri almaq istəsə də, Nurlanə Xatirənin “saqqızını oğurlaya bilmişdir”. Nurlanə söz vermişdir ki, müştəriləri var, etibarlı adamlardır, problem olmayacaq. Bütün bunlar barədə o, sonradan xəbər tutmuşdur. Nurlanə həmin razılaşmadan istifadə edərək hər yerdə demişdir ki, pulu faizlə almışdır. Halbuki pul Nurlanəyə tamam başqa məqsədlə, lazer aparatı gətirməsi üçün verilmişdir. Sonradan Nurlanə hamıya yalandan demişdir ki, guya lazer aparatının gətirilməsi mümkün olmamışdır. Bunlar hamısı Nurlanənin əvvəlcədən təşkil etdiyi plan olub ki, pulu ələ keçirsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun rəfiqəsidir, bundan başqa Xatirə ilə birlikdə gözəllik salonunda birgə işləmişlər. Təxminən 2019-2020-ci illərdə dəqiq yadında qalmayan ərəfədə Xatirə ona bildirmişdi ki, salon üçün lazer aparatı sifariş vermişdir. Həmin lazer aparatını isə Xatirə üçün Nurlanə adlı müştəri gətizdirməyə söz vermişdir. O, Nurlanəni bir neçə dəfə görsə də, heç vaxt yaxın və səmimi münasibətləri olmamışdır. Xatirə pulu hissə-hissə Nurlanəyə ödəməyi öz öhdəsinə götürmüşdür. Nurlanə söz vermişdir ki, çox qısa zaman kəsiyində lazer aparatını gətirib təhvil verəcəkdir. Sonradan o, xəbər tutmuşdur ki, Nurlanə Xatirəni aldadaraq pulunu ələ keçirmiş və lazer aparatını gətirməmişdir. Xatirə aldadıldığını başa düşüb təkidlə Nurlanədən pulunu tələb etməyə başladığı ərəfədə salonda olan zaman Nurlanənin adını bilmədiyi anası salona gələrək Xatirəni itələməyə, qadına yaraşmayan yüksək səslə söyüşlər söyməyə başlamış və iddia etmişdir ki, guya Nurlanəyə pullar faizlə verilmişdir. Lakin Xatirə ağıllı tərpənərək həmin qadının qurduğu oyuna uymamış və çox təmkinlə cavab verərək salonda səs-küy salmamasını, yaşına uyğun davranmasını xahiş edərək tələb etmişdir ki, qızı Nurlanə aldığı pulu geri qaytarsın. Bundan sonra həmin qadın çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanında “1001 xırdavat” adlı mağazanı işlədir. Şahid3 və onun arvadı Xatirəni 10 il ərzində tanımışdır. Elşənlə dostluq münasibətləri olmuşdur. Xatirə isə C.Naxçıvanski küçəsində gözəllik salonu işlətmişdir. 2021-ci il ilin təxminən fevral ayında Elşən ondan xahiş etmişdir ki, borc kimi 15000 manat pul versin. Belə ki, arvadının işlətdiyi gözəllik salonu üçün lazer aparatı almaq istəyirlər və 15000 manat çatışmır. O da dostluğa görə Elşənin xahişini yerə salmamış və öz adına "xxxx"dan kredit götürmüşdür. Həmin ərəfədə o, Elşənlə görüşə bilməmiş və Elşən ona demişdir ki, arvadı Xatirə xanımı da götürüb pulla birlikdə C.Naxçıvanski küçəsinə aparsın ki, orada pul kiməsə verilsin. Ona görə Xatirə xanımla şəhər ərazisində, xatırlamadığı yerdə görüşüb oradan birlikdə C.Naxçıvanski küçəsinə getmişlər. Binaların birinin qarşısında dayanmışlar, küçəyə cavan, qaraşın bir qız çıxmış, o, üzərində olan 15000 manat pulu Xatirə xanıma vermiş, Xatirə xanım da avtomobildən düşüb həmin pulu görüşdüyü qıza, adı ona sonradan məlum olan Nurlanə xanıma vermişdir. Onlar küçədə söhbət edən zaman avtomobilin yan şüşəsi açıq olduğuna görə nə danışdıqlarını bəzən eşitmişdir. Həmin danışıqlardan özü də eşitmişdir ki, Nurlanə xanım lazer aparatı gətirməyi söz vermişdir. Sonra baş verənlərdən isə onun xəbəri olmamışdır. Bir müddət sonra o, xəbər tutmuşdur ki, Nurlanə xanım lazer aparatı gətirməyi söz versə də, həmin aparatı gətirməyib və üstəlik aldığı pulu da geri qaytarmamışdır. Buna görə arada narazılıq yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ilə ya 2015, ya da 2016-cı ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən sürücülük məktəbinin yaxınlığında yerləşən, hazırda fəaliyyət göstərməyən “065” adlı çay evində tanış olmuşdur. Nurlanə həmin çay evində ofisiant kimi işləmişdir. Bir müddət sonra Nurlanə ilə münasibətləri daha da yaxın olmuşdur. Hətta Nurlanənin anası Pərvanə, bacısı Səbinə, bacısının yoldaşı Eşqin də onu tanımış və bilmişlər ki, o, Nurlanə ilə sevgili münasibətlərindədir. O, qeyri-rəsmi qaydada Nurlanə ilə görüşüb şəxsi-intim həyat yaşadığı üçün bir kişi kimi ara-sıra Nurlanənin şəxsi-məişət ehtiyaclarını qarşılamışdır. Misal üçün salona getməsi, restoranda çörək yeməsi, telefon nömrəsinin hesabına pul yatırılması və s. bu kimi xırda xərclərini bəzən təmənnasız olaraq o, ödəmişdir. Ya 2018, ya da 2019-cu ildə o, Nurlanədən ayrılmışdır. Belə ki, işləri çox olduğu üçün Nurlanəyə vaxt ayırıb görüşə bilməmişdir. O, Nurlanə ilə şəxsi sevgi münasibətlərinə son qoysa da, normal dost münasibətləri qalmışdır. Hətta ayrılandan sonra bir neçə dəfə Nurlanənin ailə üzvlərinin məclislərində də iştirak etmişdir. O, Nurlanə ilə mütəmadi olmasa da, ara-sıra hansısa məsələ ilə bağlı telefonda danışmışlar. İstifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi 2018-ci ildən etibarən onun istifadəsində olmuşdur. 2020-ci ildə dəqiq yadında qalmayan tarixdə ona şəxsi işləri ilə əlaqədar 200 manat pul lazım olduğu üçün Nurlanədən borca pul istəmiş və demişdir ki, işləyib pul qazanan kimi pulu qaytarar. Nurlanə də buna etiraz etməyərək Nizami rayonu 8-ci kilometr qəsəbəsində, həmin ərəfədə yaşadığı binanın qarşısında ona 200 manat pulu borca vermişdir. Təxminən bir ay sonra o, həmin pulun 20 manatını Nurlanənin anası Pərvanənin kart hesabına göndərmişdir. Maddi imkanı yaxşı olmadığına görə qalan 180 manat pulu isə geri qaytarmamışdır. Bu məsələdən başqa o, heç vaxt Nurlanədən borc və ya digər məqsədlərlə hər hansı məbləğdə pul almamışdır. Bir neçə ay öncə o, Nurlanənin rəfiqəsi kimi tanıdığı “Sima” ləqəbli Zərərçəkmiş şəxs3 “TikTok” sosial şəbəkəsində açdığı canlı yayıma girmiş və Kübra ilə hal-əhval tutmuşdur. Kübra isə ona sual vermişdir ki, “Nurlanənin başımıza açdığı oyunlardan xəbərin var?”. O isə Kübranın nə mənada bu sözü deməsini başa düşməmişdir. Sonradan Kübradan öyrənib bilmişdir ki, Nurlanə başqa-başqa adamlardan müxtəlif məbləğdə pullar alaraq onları aldatmış və pulu qaytarmamışdır. Hətta bəzi adamlara yalandan danışmışdır ki, guya aldığı pulları ya ona vermiş, ya da guya onun üçün xərcləmişdir. Nurlanənin bu barədə danışdıqları ağ yalandır. Nurlanə ona cəmi bir dəfə ifadəsində göstərdiyi şəraitdə 200 manat borca pul vermişdir. O, həmin puldan savayı Nurlanədən heç vaxt hər hansı məbləğdə pul və ya hədiyyə kimi nəsə əşya almamışdır. Çox güman ki, Nurlanə özünü müdafiə etmək üçün onu məsuliyyət altında qoymaq istədiyindən hamıya bu cür yalanlar danışmışdır. Aldığı həmin 200 manat pulun özünə məxsus olmasını Nurlanə ona demişdir. Pulu qaytara bilməyəndə isə Nurlanə demişdir ki, ona verilən pul kimdənsə faizlə alınmışdır. O, pulun başqa adama məxsus olmasını əvvəlcədən yox, sonradan bilmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş bəzi şahidlərin iştirakının təmin edilməsi mümkün olmadığından, eləcə də müvafiq şahidlərin ərizə ilə müraciət etmələri nəzərə alınaraq, onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid4 sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalası Sərmayənin qızıdır. Sevinclə normal münasibətləri olmuşdur. Bir neçə il bundan öncə Sevinc özü üçün “Chevrolet Cruze” markalı avtomobil almışdır. Sevinc Neftçala rayonunda qeydiyyatda olduğu üçün avtomobili Bakı nömrəsi ilə qeydiyyatdan keçirə bilməmişdir. Ona görə də ondan xahiş etmişdir ki, Bakı şəhərində daimi qeydiyyatda olduğu üçün avtomobili onun adına sənədləşdirsin. O da buna etiraz etməyərək razılıq verdiyi üçün Sevinc avtomobili onun adına salmışdır. Bir müddət sonra Sevinc pula ehtiyacı olmasını bildirib avtomobili satmaq istədiyini ona demişdir. Ona görə avtomobil onun adına olduğu üçün o, avtomobilin alqı-satqısında iştirak etmişdir. Avtomobili alan adam pulu Sevincə vermişdir. Etdikləri söhbət zamanı Sevinc bildirmişdir ki, işlətdiyi gözəllik salonu üçün lazer aparatı almağa pul lazım olduğuna görə avtomobili satır. Sonradan o, Sevincdən eşidib xəbər almışdır ki, Sevinc aldığı pulu “Nurlanə” adlı rəfiqəsinə vermişdir. Belə ki, məhz həmin “Nurlanə” adlı rəfiqəsi xaricdən lazer aparatı gətirməyi söz vermişdir. Onların arasında olan razılaşmalardan və digər məsələlərdən onun xəbəri olmamışdır. Bir müddət sonra o, Sevinclə mobil telefonda danışarkən Sevinc bildirmişdir ki, “Nurlanə” adlı qız verdiyi sözə əməl etməyərək Sevinci aldatmış və pulu ələ keçirmişdir. Şahid8 sözügedən ifadəsində göstərmişdir ki, övladı Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışlar. Qızı Nurlanə 2019-2020-ci illərdə hazırda onun işlədiyi Zığ qəsəbəsində yerləşən xeyir-şər evində günəmuzd 15 manat pul müqabilində ofisiant kimi işləmişdir. Hazırda Nurlanə “Şam işığı” restoranında administrator işləyir. 2019-cu və 2020-ci illərdə o, iki dəfə səhhəti ilə əlaqədar cərrahi əməliyyat olunmuşdur. Həmin əməliyyatlar “Baku Medical” klinikasında edilmişdir. 2019-cu ilin iyul ayının 22-də digər qızı Səbinənin toy mərasimi baş tutmuşdur. Onun cərrahi əməliyyatlarına sərf edilən təxminən 5000 manat, qızı Səbinənin toyuna xərclənmiş 6000 manat, daha sonra dünyaya gəlmiş nəvəsinin “Baku Medical” klinikasında müalicəsi üçün xərclənmiş 1000 manat Nurlanə tərəfindən vermişdir. O, Nurlanədən həmin pulların haradan əldə edilməsi barədə soruşanda Nurlanə demişdir ki, 400 və ya 500 manatlıq lotoreya oynayıb və həmin lotoreyada növbəsi çatdığı üçün alınan pullardır. O, sonradan bilmişdir ki, Nurlanə yalan danışmış və pulu faizlə “Xatirə” və “Sevinc” adlı qadınlardan almışdır. Belə ki, 2020-ci ilin yanvar ayının sonlarında Xatirə adlı qadın onun evinə gələrək ağlamağa başlamış və Nurlanənin pul alaraq qaytarmadığını bildirmişdir. O, Nurlanədən pulu alıb nə etdiyini soruşanda Nurlanə bildirmişdir ki, “yeyib dağıtmışam, özümə, sizə xərcləmişəm.” Bir neçə gün sonra “Sevinc” adlı qadın da evə gəlib demişdir ki, Nurlanəyə pul vermişdir. Nurlanə özü də Sevincdən faizlə pul aldığını etiraf etmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Nurlanənin onun əməliyyatlarına, digər qızının toyuna və digər xərclərə sərf etdiyi pullar Xatirədən və Sevincdən alınmış pullardır. 2020-ci ilin sonlarında ona məxsus Mingəçevir şəhərində yerləşən mənzilini satmaq üçün Nurlanəyə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Nurlanə beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzili 25000 manata satmışdır. Həmin puldan 1750 manatı Nurlanə bacısının doğuşu üçün xəstəxanaya ödəniş etmiş, 6000 manat pulu Xatirədən alınan borca görə sonuncuya ödəniş etmişdir. Qalan pul isə Nurlanənin özündə qalmışdır. Nurlanə demişdir ki, pulu faizlə aldığı üçün Sevincə və Xatirəyə qalan borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə Sevinclə Xatirəyə iri məbləğdə pul verməmişdir ki, borc tez qurtarsın. Mənzilin satışından əldə olunan puldan qalan 17250 manatın Nurlanə tərəfindən hara və kimə xərcələnməsini isə o, bilmir. Bundan başqa eşidib bilmişdir ki, Nurlanə rəfiqəsi Kübra ilə lotoreya oynamış, sonradan bilmədiyi şəraitdə Nurlanənin Kübraya borcu yaranmışdır. O, qızı Nurlanənin Sevinc, Xatirə və Kübraya olan borcunu etiraf etmiş və həmin vəsaitin aybaay hissə-hissə qaytarılmasını təşkil edəcəyini bildirmişdir. Şahid6 sözügedən ifadəsində göstərmişdir ki, təxminən 6 il ərzində Bakı şəhəri Nizami rayonu Babək prospektində fəaliyyət göstərən “Şassi” adlı (köhnə adı “Ştutqart”) avtomobil ehtiyat hissələri mağazasının arxa tərəfindəki avtomobil təmiri sexində “motorist” kimi işləmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 4-5 il öncə sinif yoldaşı “İmran”ın dostunun ad günü tədbirində təsadüfən tanış olmuşdur. Həmin tədbirdə çox adam olmuş və qızlı-oğlanlı şəkildə keçirilmişdir. Nurlanə ilə yaxından tanış olduqdan sonra sevgili münasibətləridə olmuşdur. Təqsirləndirilən şəxs ilə hər hansı mövzuda ədavət və ya düşmənçiliyi olmamış və hazırda da yoxdur. Xasiyyəti uyğun gəlmədiyinə görə təxminən iki il öncə Nurlanədən ayrılmışdır. Ayrılsalar da bir tanış kimi ara-sıra danışıb hal-əhval tutmuşlar. Sonuncu dəfə bir neçə gün öncə o, Baş Polis İdarəsinə dəvət edildikdən sonra vəziyyəti öyrənmək üçün Nurlanəyə zəng edərək nə üçün ona görə polisə çağırıldığını soruşmuşdur. Nurlanə isə ona demişdir ki, narahat olmasın, boş şeydir. O, Nurlanədən gündəlik xərcləri, digər şəxsi maddi ehtiyacları ilə əlaqədar dəfələrlə pul almışdır. Həmin məbləğləri dəqiq xatırlamamışdır. Hər dəfəsində Nurlanədən aldığı pulun məbləği 30-40 manatdan artıq olmamışdır. Həmin pulları Nurlanə ona borc kimi yox, təmənnasız olaraq vermişdir. Çünki Nurlanə ilə sevgili münasibətlərində olmuşlar. O özü də dəfələrlə Nurlanəyə təmənnasız olaraq hər dəfə ondan istəyəndə 50-100 manat arası xərclik pul vermişdir. Cəmdə Nurlanəyə nə qədər pul verməyini xatırlamır. Həmin ərəfələrdə sevgili olduqları üçün pul lazım olanda bir-birinə əl tutmaqları normal bir hal olmuşdur. Sonradan onun Nurlanə ilə münasibətləri korlandıqdan sonra əsəbləşərək Nurlanədən tələb etmişdir ki, aldığı pulları geri qaytarsın. Nurlanə isə həmin pulları ona qaytarmamışdır. Lakin daha sonralar o, artıq həmin pulu Nurlanədən istəməmiş və bağışlamışdır. Onun Nurlanəyə hər hansı məbləğdə borcu olmamışdır. Təqsirləndirilən şəxs müxtəlif şəxslərə məxsus pul vəsaitlərini ələ keçirib geri qaytarmaması barədə Nurlanə ilə yaxın münasibətlərdə olduğu vaxtlarda məlumatlı olmamışdır. Bakı şəhər Baş Polis İdarəsinə çağırıldıqdan sonra ona Nurlanənin anası Pərvanə xanım zəng edərək demişdir ki, Nurlanə kimlərdənsə pul alaraq qaytarmamışdır. Ona görə də bununla bağlı araşdırma gedir. Pərvanə demişdir ki, pulun bir hissəsini artıq sahiblərinə qaytarmışdır. O, həmin vaxt bilmişdir ki, Nurlanə belə işlərlə məşğuldur.Onun ən kiçik qardaşı olan Əziz Abbasov Bakı şəhəri Qaradağ rayonu ərazisində törətdiyi cinayətə görə 2020-ci ildə həbs edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda da qardaşı Əziz həbsdədir. Qardaşı həbs edildiyi ərəfədə çətin maddi durum ucbatından Nurlanədən ona pul verməsini istəmişdir. Nurlanə da ona xatırlamadığı xırda məbləğlərdə pullar vermişdir. O, Nurlanədən böyük məbləğdə pul almamışdır. Şahid7 sözügedən ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 10 ildən artıq müddət ərzində tanımışdır. Onunla qohumluq əlaqələri vardır. Təxminən 1-2 il bundan öncə qohumu Ülviyyə ona bildirmişdir ki, Xatirə adlı tanışının Ülviyyəyə 7000 manat borcu vardır və həmin pulu Xatirədən ala bilmir. Ülviyyənin deməsinə görə sonuncu, həmin pulu Xatirəyə faizlə vermişdir. Ülviyyə ondan xahiş etmişdir ki, Xatirə ilə görüşüb birlikdə söhbət etsinlər ki, pulu ala bilsinlər. Ülviyyə demişdir ki, Xatirə hər dəfə Ülviyyənin üstünə kişi gətirir. O da razılaşaraq həmin ərəfədə Xatirə adlı qadınla görüşmək üçün sonuncunun yaşadığı Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı mənzilinə getmişdir. Həmin vaxt mənzildə Xatirə və bir nəfər tanımadığı Vaqif adında kişi olmuşdur. Xatirə bildirmişdir ki, həmin kişi dostudur. Söhbət zamanı məlum olmuşdur ki, Xatirə də Gədəbəylidir, yəni onun yerlisidir. O, Xatirədən xahiş etmişdir ki, qohumu Ülviyyəyə məxsus pulu imkan daxilində geri qaytarsın. Xatirə isə bildirmişdir ki, Ülviyyədən aldığı pulları Nurlanə adlı qıza faizlə vermişdir. Nurlanə cəmi bir neçə ay ərzində faiz pulunu ödəsə də, sonradan ödəniş etməmişdir. Ona görə Nurlanə ilə aralarında narazılıq da yaranmışdır. Xatirə bildirmişdir ki, Nurlanəni də evə çağırıb və bir qədər sonra gələcək. Həqiqətən də bir neçə dəqiqədən sonra mənzilə həmin vaxt ilk dəfə gördüyü Nurlanə və anası Pərvanə gəlmişdir. Onların yanında daha bir nəfər adını bilmədiyi cavan qız da olmuşdur. Pərvanə bildirmişdir ki, həmin qız ailəli olan digər qızıdır. Söhbət zamanı məlum olmuşdur ki, Nurlanə faiz adı ilə Xatirədən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul almışdır. Maraqlısı isə budur ki, Nurlanə Xatirədən faizlə pul istəyən zaman demişdir ki, faizlə pul istəyən adamlar var, guya pul həmin adamlara lazımdır, əslində isə Nurlanə həmin pulu Xatirədən özü üçün almışdır. Qeyd edilən görüş zamanı Xatirə verdiyi pullarla bağlı qeydiyyat apardığı bloknotu da ona göstərmişdir. Həmin bloknotu o, Nurlanəyə də göstərmiş və Nurlanə orada göstərilən pulu almasını qismən etiraf etmişdir. Lakin Nurlanə özü də, anası Pərvanə də işləmədiklərini deyib, zərəri ödəmək üçün əlavə vaxt istədiklərini bildirmişlər. O, Nurlanədən aldığı bu qədər pulu hara xərclədiyini soruşmuşdur. Çünki anası Pərvanə demişdir ki, Nurlanə evə həmin pulu gətirməmiş, qızından pul görməmişdir. Nurlanə isə pulu dəqiq haraya xərclədiyini deməmişdir. Nurlanə sonda demişdir ki, anası xəstələndiyi vaxt anasına pul vermişdir. Anası Pərvanə bunu təsdiq etmiş, lakin pulun faizlə alınmasından xəbəri olmadığını bildirmişdir. O, təklif etmişdir ki, əldə sübut olsun deyə Nurlanə özü şəxsən bir kağız parçasında əlyazma şəklində aldığı pulları ödəyəcəyi ilə bağlı qeyd aparsın. Nurlanənin anası Pərvanə onun bu işdə can yandırmağını, səmimiyyətini görüb təklif etmişdir ki, madam ki, o, bu məsələni yoluna qoymaq istəyir, əlyazmada borc yiyəsi kimi o göstərilsin və Nurlanənin ödəyəcəyi pul ona verilsin. O, özü pulu alanda Xatirəyə versin. Görüş iştirakçılarının heç biri buna etiraz etmədikləri üçün o, özü də buna razılaşmışdır. Bundan sonra Nurlanə Xatirənin təqdim etdiyi dəftərçənin içərisində qələmlə yazaraq borclu olduğu vəsaiti göstərmişdir. Borc yiyəsi kimi isə Nurlanə onu göstərmişdir. Yazılmış həmin sənəd səhv etmirsə elə dəftərin içərisində, Xatirəgilin evində qalmışdır. Sonda ümumi olaraq belə qərara gəlinmişdir ki, Pərvanə qızı Nurlanə ilə evdə olarkən birlikdə soyuq başla Xatirədən alınmış və verilmiş pulları siyahıya alsın və bundan sonra təkrar görüşüb dəqiq məbləği müzakirə edərək yekun borcu müəyyən etsinlər. Onlar da buna etiraz etməmişlər. Həmin görüş zamanı Ülviyyə baş tutan danışıqları telefonla qeydə almışdır ki, əldə sübut olsun. Səhəri gün, ya da bir gün sonra onlar yenidən eyni tərkibdə Xatirənin evində görüşmüşlər. Həmin görüşə Pərvanə ilə Nurlanə dəftərçə halında əlyazma şəklində olan siyahını təqdim etmişlər. Həmin dəftərdə guya Nurlanənin Xatirədən aldığı və verdiyi bütün vəsaitlər barədə qeydlər olmuşdur. Həmin dəftərçəyə Xatirə ilə birlikdə baxan zaman Xatirə demişdir ki, Nurlanəyə verilmiş pulların hamısı orada yoxdur, yəni çatışmayan məbləğlər vardır. Nurlanənin təqdim etdiyi dəftərçə ilə Xatirənin dəftərçəsini yanaşı təhlil edəndə məlum olmuşdur ki, Xatirənin dəftərində Nurlanənin borcu təxmini olaraq 50000 manata yaxın məbləği təşkil etmişdir. Nurlanənin dəftərində isə Xatirəyə olan borc 38000 manat civarında göstərilmişdir. Nurlanə bildirmişdir ki, öz siyahısındakı məbləğdən başqa Xatirəyə borcu olmamış, çünki hissə-hissə Xatirəyə pullar ödəmişdir. Xatirə isə cavab olaraq bildirmişdir ki, hissə-hissə ödənilən pulları bacısından götürdüyü faizlərə ödəmişdir, özündə saxlamamışdır. Pərvanə bildirmişdir ki, özünə məxsus Mingəçevir şəhərində olan mənzilini satışa çıxarmış və həmin mənzil satılan kimi pulunu gətirib Xatirəyə verəcək, qalan hissəni isə hissə-hissə ödəyəcəkdir. O da buna etiraz etməmişdir. Bir neçə ay sonra o, eşidib xəbər almışdır ki, Nurlanə ilə Xatirənin arasındakı pulla bağlı narazılıqlar davam edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) -Müqavilələrdən və onlara dair sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 13.60 kv.m olan qeyri-yaşayış sahəsini girov qismində qoyaraq 09 mart 2021-ci il tarixdə "xxxx" ASC-nin Nizami filialından X6 zaminliyi ilə 24 ay müddətinə illik 18,9% şərti ilə kreditə 5000 manat məbləğində pul götürmüş və bununla bağlı onunla ASC arasında həmin tarixdə nzaz12481 nömrəli ipoteka, kredit və zaminlik müqavilələri bağlanmışdır. (İ cild i.v. 13-19) -Müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Şahid1 25 fevral 2021-ci il tarixdə "xxxx" KB ASC-nin Nizami filialından X3 zaminliyi ilə 24 ay müddətinə illik 25,08% şərti ilə kreditə 15000 manat məbləğində pul götürmüş və bununla bağlı onunla ASC arasında həmin tarixdə 248micNFT/21 nömrəli kredit və eyni nömrəli zaminlik müqavilələri bağlanmışdır. (İ cild i.v. 22-24) -Zərərçəkmiş şəxs2 ilkin araşdırma zamanı izahatına əlavə etdiyi, başlığında “Nurlanə lazer” yazısı olan əlyazma sənədin kserosurətindən görünür ki, 2019-cu ilin iyun ayında 1800 manat, 2019-cu ilin iyul ayında 700 manat, 2019-cu ilin avqust ayında 1300 manat, 2019-cu ilin sentyabr ayında 1000 manat, 2019-cu ilin oktyabr ayında 2000 manat, 2019-cu ilin noyabr ayında 800 manat, 2019-cu ilin dekabr ayında 1000 manat, 2020-ci ilin yanvar ayında 1200 manat, 2020-ci ilin fevral ayında 500 manat, 2020-ci ilin mart ayında 300 manat, 2020-ci ilin aprel ayında 900 manat, 2020-ci ilin may ayında 500 manat, 2020ci ilin iyun ayında 1500 manat, 2020-ci ilin iyul ayında 500 manat, 2020-ci ilin avqust ayında 1700 manat, 2020-ci ilin sentyabr ayında ardıcıl olaraq 1500 manat, 1000 manat, 700 manat və 7000 manat məbləğində pul vəsaitləri Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. (İ cild i.v. 65) - 12 yanvar 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kollektiv müraciətləri ilə könüllü təqdim etdikləri 01 ədəd elektron yaddaş daşıyıcısına baxış keçirilmiş və məlum olmuşdur ki, yaddaş daşıyıcısında 02 ədəd qovluq vardır. Onlardan biri “Xatirə və Sevinc”, digəri isə “Kübra” adlandırılmışdır. “Xatirə və Sevinc” adlı qovluğun içərisində 06 ədəd səs parçası (yazısı), habelə Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi üzərindən apardıqları yazışmalardan ibarət ümimilikdə 45 ədəd fotoçıxarış yerləşmişdir. İstintaq hərəkətinin keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 baxışda aşkar olunan səs parçalarında nitqləri qeydə alınmış şəxslərin kimliyi barədə cinayət prosesini həyata keçirən orqana məlumat verdikləri üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. Səs parçaları barəsində keçirilmiş baxış zamanı müəyyən edilənlər aşağıdakı kimi olmuşdur: “AUD-20211114-WA0000.opus” adlı, 1,58 MB yaddaş həcmli olmaqla 11 dəqiqə 32 saniyə davam edən səs yazısına keçirilmiş baxışla məlum olmuşdur ki, həmin səs yazısı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Şahid7 və qeyrilərinin iştirakı ilə baş tutan görüş zamanı qeydə alınmışdır. Görüş zamanı tərəflər arasında Zərərçəkmiş şəxs2 məxsus pulun Təqsirləndirilən şəxs tərəfindən yalan vədlər altında hissə-hissə olmaqla ələ keçirilməsi, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 yalanların danışılması, sonradan həqiqətlərin üzə çıxması və digər məsələlər barədə danışıqlar baş tutmuşdur. Bundan başqa səs parçasının 3-cü dəqiqəsinin 28-ci saniyəsindən başlayaraq Şahid7 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı istintaq əhəmiyyətli danışıq baş tutmuşdur: Bikə: Sən ona deyəndə ki, 1000 manat lazımdı. Xatirə sənə deyib ki, bunu 42%-ə verirəm? Nurlanə: Yox. Bikə: Bunu sən təklif vermisən ki, Xatirə, 42%-ə pul istəyən var. Nurlanə: Mən vermişəm. Bikə: Kim istəyirdi? Niyə demirdin ki, özümə lazımdı 42%-ə? Niyə ona deyirdin ki, istəyən var? Kim üçün gətirirdin o pulu? Nurlanə: Özüm üçün. Bikə: Özün üçün. İndi mənim sənə dediyim odur ki, 1000 manat almısan qızım düzdü?! 1000 manatı da sabahları 40 faizlə 1400 manat gətirirsən mənə düzdü? Və təkrar pulu əlimə verəndə deyirsən ki, 1400 də istəyən var. Deyibsən bunu? Nurlanə: Hm. Bikə: Burda kim yalan danışır? Həmin o 1000 manatı üstündə verdiyin 400 manatı qaytarıb dala alırsanmı? Nurlanə: Hə. Bikə: Burda sən kimin başa düşmədim suyunu aparısan ki?! ***Ortalıqda söhbətə qoşulan digər şəxslərin istintaq əhəmiyyəti kəsb etməyən söhbətləri*** Bikə: 1400-ü ona verib də, qaytarıb geri götürübsənmi? Nurlanə: Götürmüşəm. Bikə: Bunlar səndən nə istəyir? 3-4 yüz min istəmir. Sənin 1000-in qalır burda, bunlar bu 400-ü istəmir. Sən başa düşmürsən? Səs yazısının davamında görüş iştirakçıları arasında baş tutan söhbətlərdən həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus pulu yüksək faiz gəliri əldə ediləcəyi bəhanəsi altında və başqa şəxslərə verəcəyi vədi ilə alması, lakin həmin pulu şəxsən özü üçün götürməsi müəyyən edilmiş və qeyd edilən xüsusatları danışıqlar zamanı Təqsirləndirilən şəxs özü də təsdiq etmişdir. “AUD-20211126-WA0027.opus”, “AUD-20211126-WA0028.opus”, “AUD- 20211126-WA0029.opus”, “AUD-20211126-WA0030.opus” və “AUD-20211126- WA0031.opus” adlı səs parçalarına müstəntiq tərəfindən ayrı-ayrılıqda baxış keçirilmiş və məlum olmuşdur ki, həmin səs parçaları Təqsirləndirilən şəxs anası olan Şahid8 Zərərçəkmiş şəxs2 göndərdiyi səsli mesajlardan ibarət olmuşdur. Səs parçaları barəsində dinləmə aparılarkən Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul alması, pulu tam şəkildə Xatirəyə geri qaytarmadığına görə münasibətlərin korlanması, pulun hissə-hissə olmaq şərti ilə anası Şahid8 tərəfindən Xatirəyə qaytarılması, Zərərçəkmiş şəxs1 isə artıq 4 ay müddət ərzində hər hansı məbləğdə pulun qaytarılmaması öz təsdiqini tapmışdır. Qovluqda yerləşən fotoçıxarışlara baxış keçirilərkən Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs1 ilə “lazer aparatı” mövzusunda söhbət salması, aparatın qiymətinin baha olması, müştərilərin artırılması və reklama ehtiyac olması barədə Zərərçəkmiş şəxs1 mesajlar yazması müəyyən edilmişdir. Bundan başqa digər fotoçıxarışlar barəsində keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də mesajlarında ilk əvvəl özünü yüksək maddi vəziyyətə malik şəxs kimi təqdim etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müxtəlif məbləğlərdə pullar alıb qaytaracağına söz vermiş, həmin vədlərinə əməl etmədiyi üçün dəfələrlə pul sahibləri tərəfindən qınaqlara və tələblərə məruz qalmış, pulu qaytara bilməməsini özü ilə deyil, müxtəlif şəxslərlə əlaqələndirmiş, müxtəlif yalan bəhanələr gətirdiyi üçün tərəflər arasında söz mübahisələrinin yaranması qeydə alınmışdır. Elektron yaddaş daşıyıcısında yerləşən “Kübra” adlı qovluqda iş üzrə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs (+**********54) arasında “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi üzərindən aparılmış yazışmalardan ibarət ümimilikdə 13 ədəd fotoçıxarışlar yerləşmişdir. Həmin yazışmalara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs3 birgə lotoreya oyununa qoşulmasına dair təklif etməsi, bu mövzu ilə bağlı pul alması, həmin pulu qaytarmaması, sonradan aldığı pula “faiz” adı qoymaq istəsə də buna nail olmaması, bu zəmində aralarında söz mübahisəsinin baş verməsi, guya pulun “Xatirə” adlı qadın tərəfindən qaytarılmalı olması barədə Zərərçəkmiş şəxs3 yalanlar danışması, həmçinin pul müqabilində kişilərlə görüşməyi Zərərçəkmiş şəxs3 təklif etməsi müəyyən edilmişdir. (İ cild i.v. 116-121) - 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara baxış keçirilmiş və Təqsirləndirilən şəxs istifadəsində olan +**********54 saylı mobil telefon nömrəsindən müxtəlif abonentlərə göndərdiyi istintaq əhəmiyyəti kəsb edən aşağıdakı sms mesajları müəyyən edilmişdir: xx-xx-2020, 00:14:06, +**********54, +**********55: Bezdirirsen nomremi deiwecem heaiqeten narahat edrsen meni; xx-xx-2020, 14:09:32, +**********54, +**********55: Pulum yoxdu olanda verecem; xx-xx-2020, 14:12:21, +**********54, +**********55: Beledeki hec vermirem pul zad niyede vermeliyemki mene elece pul vermemisen narahat eleme meni; xxxx-2020, 14:17:24, +**********54, +**********55: Hec mende hecneyinde yoxdu mene nese elemiwdinsede elemeli idin indi 20si verecekain 21ridi zad cox iyrenc sozler heqiqeten yoxdumdu ama inan olsada vermiyecem meni narahat eleme nomremi deiwmeye mecbur eleme men seni silmiwem; xx-xx-2020, 15:14:14, +**********54, +**********55: Heqiqeten yoxdu pulum ama inan olsada vermiyecem; xx-xx-2020, 18:32:41, +**********54, +**********55: Necesen mene kontur vurda yoldayam mewabaytm kutardi mingecevre gedrem kartimdada yoxdu pul saba qaytaracam; xx-xx-2020, 18:33:22, +**********54, +**********55: 15manat; xx-xx-2020, 18:43:05, +**********54, +**********55: Nem valla ama qaytaran deilemde yeni onu vursan ama konturi qaytaracam; xx-xx-2020, 18:46:47, +**********54, +**********55: Hecolmasa 100zas eliyerdin; xx-xx-2020, 13:28:06, +**********54, +**********46: Yo dunen xercledim pulmu ad gununde maywda anca gondere bilecem 1rinenn 5wine en geci; xx-xx-2020, 10:32:35, +**********54, +**********93: salam rekiw nuruwdu kartin kodunu yaz atda mene ya gir play markete vpn praqrami yukle internet iwdiyir onda kartin weklin at axwam cagi ata cam pulu; xx-xx-2020, 22:31:33, +**********54, +**********78: bloka atmiwam)) dedim ki ruhengize faizi vermemisense verme hele sabada 120alacam onuda qoy 1heftelik istiyen var faizi ozne gotrub pulunu ozunu onda verersen; xx-xx-2020, 22:34:38, +**********54, +**********78: 350 man 1heftelik istiyir onda bilsende 10manatdan verem; xxxx-2020, 22:36:18, +**********54, +**********78: saba 120verecekler minin vaztidi daha dogrusu atb kartima bir saat olar saba cxardb verecem sene; xx-xx-2020, 22:38:18, +**********54, +**********78: verirse 350 230verer; xx-xx-2020, 12:03:46, +**********54, +**********03: indi ygdm deyr bankn qabagindayam mamam pensiyasi kocmuyub axwama kocecek necede olsa getrib verecem gec olsa seher iwe gedende evinize getrerem; xx-xx- 2020, 22:34:19, +**********54, +**********03: salam getrmiyebe valla saba getrer yeqinki saba 11de yada gedecem oda gelecek nefcilere gelende xeber ederem gelib gotrersen; xx-xx- 2020, 13:02:45, +**********54, +**********03: buralarda ol bir saata getrir qz pulumu; xx-xx- 2020, 13:13:11, +**********54, +**********03: 150 lazimdi?; xx-xx-2020, 22:35:21, +**********54, +**********03: men camatn pulunu vermeliyem saba at pulu; xx-xx-2020, 22:36:38, +**********54, +**********03: faize verir o mene borc kimi verib saba ya pulu at ya qzl getr; xx-xx-2020, 22:36:57, +**********54, +**********03: ayri vaxt gunde 10defe ygrdn indi ygram ancmrsan; xx-xx-2020, 20:49:31, +**********54, +**********03: menim sagolum men o pulu vermiwem sendeki menim pulumdu ayn 25wi pul olsun kartimda 200azn yeni oz aleminde qacrsan mennen ama men bawkasi deilemde yeni; xx-xx-2020, 20:49:31, +**********54, +**********03: smsimi zengimi gorduyunu bilirem bele edeceynide bilirdim 200manata gore guya menen qacirsan uzr xaxlix etmekdense ayri vaxt gunde min defe ygrdn buda; xx-xx-2020, 14:59:32, +**********54, +**********03: sen o qebeledeki oglani yg de ayn axridi he yox desin gonderir pul ya yox; xx-xx-2020, 10:00:38, +**********54, +**********03: vatsapda yaziram almirsan zeng edirem almirsan sonrada adi olur reklam men bugun lataria vermeliyem mene pul at valeh men hergun sene gore eseblewesi deilem yaxeiki boyuk pul deile senol weherden zaddan cxardn adam kimi deyrem at qalanini ozum duzeldim deyrem hamsn ver dersen vezyetim pisdi sen neyniyim men el alaleme car cek hele ta; xx-xx-2020, 10:00:42, +**********54, +**********03: 50hele plus saatimin 50manati 200mqnqti 2aydi alammiram sennen cehennem saatim pulun niye frlatdn; xx-xx-2020, 10:01:07, +**********54, +**********03: neyse saat 6 7ye kimi mene pul at heqiqeten cox ciddiyem; xx-xx-2021, 02:36:29, +**********54, +**********78: yaxwi narahat olma 3ncu gun verecem 1500; xx-xx-2021, 19:06:48, +**********54, +**********55: xezer salam necesen ozuvu haqli elemek ucun meni qehbede elemisen dilencide neynemek istediyivi anliya bilmirem demisen onla tek elaqem 2min vermiwem deyan ozunde deyrsen beledi heledi beyem men ygmiwam seni bugun? men sene ilk gunen dedim bizim sevgili munasibetimiz senin mene yalan daniwdgn gun bitdi senin yaninda olma sebebim aramizdaki iwden elave senin hemiwe menim yanmda oldugun edi o iki minen evvelde biz biryerde idik nedi senin derdin neynemek istirsen beyem o iki mini mene ehiyacm olub vermisen?nedi senin derdin ozu meni ygrs; xx-xx-2021, 19:11:17, +**********54, +**********55: plani niye qurursan ya onu istiyirsense dediyin kimi heqiqeten iki mine gore elaqe saxliyiraansa tamam bir hefte vaxt ver men qaytariram onu yeterki el cekin menen imkan verin rahat yawiyim mene elediyni indi ona edrsen niye edrsen bilmirem; xx-xx-2021, 14:06:04, +**********54, +**********55: ata sene mene 250atda cuceye yimek alim pulum qalmir yoxsa istemirem elden cxsn; xx-xx-2021, 21:10:30, +**********54, +**********55: vaxtm yoxdu sene ayrmaga ne qeder vermisen hesabla at ayn 15wne kimi verecem 0 lanaciyx; xx-xx-2021, 16:22:44, +**********54, +**********55: salam sen demeden ozum maraxlandm ki adima gotrum verim sene oda telvizorun krediti var adimda onu bagliyib hele goturem dedim goturum bagliym olmur men bakida almiwam krediti isr ordan goturem komek ele bunu bagliyax getdiyim gunde goturem ele pulu 5mine kimi gedek ele ikimiz mingecevire hell edek gelek; Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********54 saylı mobil telefon nömrəsinə müxtəlif abonentlərin göndərdiyi istintaq əhəmiyyəti kəsb edən aşağıdakı sms mesajları müəyyən edilmişdir: xx-xx-2020, 13:30:00, +**********46, +**********54: Nuku salam qadasi.netersen?uigiram zanit edirsen?soruwasiydim gorum gonderesi oldun 25i ?menimde borcum var bezmiwem vallah; xx-xx-2020, 13:31:59, +**********46, +**********54: Kart desem ona gondere bilersen qurban olum ?amma Ekspress bankin kartidi qonwu gelin var onun kartidi men o kartdan cixarim hee?; xx-xx-2020, 14:24:52, +**********46, +**********54: Gonderesi oldun?eve gedirdim dedim goturerdim colde olmuwken; xx-xx-2020, 14:26:15, +**********46, +**********54: Necede cixacaqsanki iwden agriyuram eve getmek isteyirdim gonder onda necede cixsan sabax cekim; xx-xx-2020, 13:27:12, +**********46, +**********54: Nuku gondermeyeceksense de mende iwimi bilim qadasi borcum var mende onlara doz vermiwem mene deqiq bir soz de; xx-xx-2020, 13:31:15, +**********46, +**********54: Onda burdan kimdense alim verim qurban olum ayin 8i Gunayin ad gunidu ona qeder gonder sen Allah mende onlara verim bari.qizada nese edim yaziqdi.Mamanida tebrik et men evezden.bawinin ustunden eskik olmasin maman; xx-xx-2020, 12:51:23, +**********46, +**********54: Nuku dunenden sene yaziram vatsapa yazdim xettde ola ola ne oximadin nede cvb yazmadin .veresi deyildinse niye soz veritdin mende kiminse yannda yalanci olurdum.ona arxayin olub uwagimada hecne ede bilmedim.mene deqiq bir soz de he yox mende iwimi bilim sen mamanin cani; xx-xx-2020, 12:27:51, +**********03, +**********54: Salam Nurlane 2 ci gun telefonu acmama sebebim sen deyildin sadece problem var ele yerde idim cavab vere bilmirdim 1 hefte sebirli ol atacam pulu.Her seye gore uzurlu say; xxxx-2020, 18:26:41, +**********46, +**********54: Nuku men sene dedimki ehtiyacim var o pula xesteyem.dedin gonderecem bir xeber olmadi senden.men senden borc istemirem ey oz pulumdan isteyirem.mene cvb yaz; xx-xx-2020, 18:54:23, +**********46, +**********54: Vermiyesense yaz ki gozunu yig sene pul vermiyecem bu qeder adami incitme yeke qozsan; xx-xx-2021, 00:12:30, +**********78, +**********54: Sen niye men zeylermi acmrsan basa dusmedim? Ac sozm var hamnan dansan mene niye cb vermrsen; xx-xx-2021, 00:13:41, +**********78, +**********54: Men seni gormey yada sozmu demey isdesem tenu telfona ehtyac yoxdu sen olan yerde gelib senu gore blecey adamam meni yiq; xx-xx-2021, 00:15:42, +**********78, +**********54: Bu ne hormetsizlikdi sebebin de bilim sen hereketne bir ad ver mende bilim ona gore davranm meni qozva qoymrsan guya oz aleminde; xx-xx-2021, 00:16:59, +**********78, +**********54: Evdesen gelem size; xx-xx-2021, 11:28:20, +**********78, +**********54: Telfonu ac camat yqr adam dolamsan gelem uzbe uz dansaq gorm sen niye bele edsen; xx-xx-2021, 11:29:15, +**********78, +**********54: Vaxt vardi deyrdin sen pilu mene versen menden alasan olmyacaq evmi satb verecem hemen qisan indi tel sondrsen; xx-xx-2021, 11:31:41, +**********78, +**********54: Telfon ac sozm var ele salmsan meni; xx-xx-2021, 10:30:19, +**********60, +**********54: Evdesen yatmsan gelem ise ordan size sohbet edey gorm bu ne demeydi yiq xezere getsin pulu versin bugunde 1000 kimi pildu onda ver men besdi gotvuze dusub esebm pozuldu; xx-xx-2021, 10:35:25, +**********60, +**********54: Acda vacapa grib cxsan meni qozva almrsan sen anavin cucen cani ac uje eseblermi clovlaya bilmrem senki adam dolamaqdi. Bundan başqa baxış zamanı məlum olmuşdur ki, tədqiq edilən dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********54 saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 daimi istifadəsində olan +**********44 saylı mobil telefon nömrəsi arasında cinayətin törədildiyi ərəfələrdə, yəni 15 yanvar 2020-ci il tarixdə saat 12:15-də və 16:09-da, 16 yanvar 2020-ci il tarixdə saat 15:07də, 17 yanvar 2020-ci il tarixdə saat 16:40-da zəngli danışıqların baç tutması müəyyən edilmiş və həmin anda Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi “UBBK5981B/UBBK5981 Bakcell Arena/"Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 1119"/Nizami” adlı ötürücü anten şamının əhatə dairəsində yerləşmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 istifadələrində olan mobil telefon nömrələri arasında 2020-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində müxtəlif tarixlərdə mütəmadi telefon zəngləri qeydə alınmışdır. Bundan başqa tədqiq edilən dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********54 saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 daimi istifadəsində olan +**********60, +**********78 və +**********78 saylı mobil telefon nömrələri arasında 2020-ci ilin sentyabr ayından həmin ilin sonlarına, habelə 2021-ci il ərzində zəngli danışıqların baş tutması və zənglərin əksər hissəsinin “UBBK3257C/UBBK3257 Xalqlar Dostlugu_TM/”Bakı şəhəri, Nizami rayonu, Bahruz Nuriyev küçəsi, “Xalqlar Dostlugu” yarmarkası “/Nizami”, “UBBK5981A/UBBK5981 Bakcell Arena/”Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 1119"/Nizami” və “UBBK0689C/UBBK0689 Lotos TM/”Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81v”/Nizami” adlı ötürücü anten şamlarının əhatə dairəsi üzərindən həyata keçirilməsi müəyyən edilmişdir. Bundan başqa tədqiq edilən dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********54 saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 daimi istifadəsində olan +**********69 saylı mobil telefon nömrəsi arasında 2020-ci ilin avqust ayından həmin ilin sonlarına, habelə 2021-ci il ərzində zəngli danışıqların baş tutması və zənglərin əksər hissəsinin “UBBK3257C/UBBK3257 Xalqlar Dostlugu_TM/”Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, “Xalqlar Dostlugu” yarmarkası “/Nizami”, “UBBK5981A/UBBK5981 Bakcell Arena/”Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 1119”/Nizami” və “UBBK0689C/UBBK0689 Lotos TM/”Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81v”/Nizami” adlı ötürücü anten şamlarının əhatə dairəsi üzərindən həyata keçirilməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ilə istintaq əhəmiyyətli sms yazışmaları aparmış şəxslər barəsində mobil rabitə operatorunun təqdim etdiyi məlumatlar əsasında mümkün yoxlama aparılmış və +**********93 saylı mobil telefon nömrəsinin Salyan rayonu Xalac kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs4 (ş/v: AZE №********) adına, +**********78 saylı mobil telefon nömrəsinin Neftçala rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan X1 (ş/v: AZE №********) adına, +**********03 saylı mobil telefon nömrəsinin Bak şəhəri ünvan 14 ünvanında qeydiyyatda olan Şahid5 (ş/v: AZE №********) adına, +**********55 saylı mobil telefon nömrəsinin isə Kürdəmir rayonu Karrar qəsəbəsində qeydiyyatda olan X2 (ş/v: AZE №********) adına olması müəyyən edilmişdir. (İİ cild i.v. 73-78) -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 noyabr 2022-ci il tarixli, 12-443405 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də fəaliyyət göstərmir. (İİ cild i.v. 99) - 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham еlan еdilmiş, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqana təqdim etdiyi ödəniş qəbzlərinin mahiyyəti və ifadəsində qeyd edilən qəbzlərin məqsədinə dair göstərdiyi xüsusatlar öz müdafiəsi üçün gətirdiyi dəlil hesab edilmiş və obyektiv həqiqətin müəyyən edilməsinə xidmət edən sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs qərəzli şəkildə öz cinayətini pərdələmək və törətdiyi ictimai təhlükəli əməllərə gələcəkdə “mülki mübahisə” səciyyəsi vermək məqsədi ilə zərərçəkmiş şəxslərlə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən apardığı yazışmalarda düşünülmüş şəkildə pulların faizə alınmasına işarə edən mesajlar yazaraq həmin mesajların fotoçıxarışını guya öz təqsirsizliyini sübuta yetirmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqana təqdim etsə də, həmin mesajların tərəflər arasındakı mübahisənin həqiqi mahiyyətindən uzaq olması və zərərçəkmiş şəxslərə məxsus pul vəsaitinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsi öz təsdiqini tapdığından mötəbər olmayan həmin sənədlər və bu hallara dair Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar ittihamın düzgün həlli üçün kifayət edən sübutların siyahısından xaric edilmiş, Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsləri aldatmaması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xaricdən Azərbaycana lazer aparatının gətizdirilməsi ilə bağlı deyil, sırf faiz şərtləri altında başqa şəxslərə pul verib bu yolla əlavə qazanc əldə etmək məqsədi ilə pul alması barədə öz müdafiəsi üçün gətirdiyi dəlillər işin faktiki hallarına uyğun olmamaqla öz ifadəsindən savayı toplanmış mötəbər sübutlar məcmusu ilə öz təsdiqini tapmadığından, habelə bu mövzuda təqsirləndirilən şəxsin qərəzli və qeyri-səmimi mövqeyinə dəlalət etdiyindən sübut kimi qəbul edilməmiş, Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş müxtəlif tarixlərdə elektron ödəmə terminalları ilə aparılan ödənişlərə dair qəbzlərin surəti onun həqiqətən də zərərçəkmiş şəxslərə məxsus pulu ələ keçirməsinə, yəni tərəflər arasında pulla bağlı münasibətlərin real olmasına işarə etdiyi üçün ödəniş qəbzləri həmin hissədə maddi sübut hesab edilmiş və qeyd edilən sənədlər iş materiallarında saxlanılmış, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş və müxtəlif məbləğlərdə kreditə pul götürülməsi ilə bağlı olan "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətləri ilə bağlanmış kredit və ipoteka müqavilələri, o cümlədən, onlara qoşma edilmiş digər sənədlər işin faktiki hallarını, o cümlədən, Təqsirləndirilən şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilmiş pul vəsaitlərinin mənbəyini müəyyən etməyə imkan verdiyindən həmin sənədlər maddi sübut hesab edilmiş və iş materiallarında saxlanılmış, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş, başlığında “Nurlanə lazer” yazısı, mətnində isə müəyyən edilmiş tarixlər üzrə Təqsirləndirilən şəxs verilmiş pulların məbləğinə dair qeydlər olan əlyazma sənədin kserosurəti obyektiv həqiqətin müəyyən edilməsinə, habelə təqsirləndirilən şəxsin ona istinad edilən ittihamda təqsirliliyinə işarə etdiyi üçün maddi sübut hesab edilmiş və həmin sənəd iş materiallarında saxlanılmış, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kollektiv müraciətləri ilə cinayət prosesini həyata keçirən orqana könüllü təqdim etdikləri 01 ədəd elektron yaddaş daşıyıcısı yaddaşında yerləşən məlumatlara əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə verdiyi yalan vədlərini, cinayətinin törədilmə üsulunu, habelə şəxsiyyətinə dair mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməyə imkan verdiyindən iş üzrə maddi sübut hesab edilmiş və həmin elektron yaddaş daşıyıcısı iş materiallarında saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş 01 ədəd disk yaddaşındakı məlumatlara görə Təqsirləndirilən şəxs ona elan edilən ittihamda bilavasitə təqsirliliyini sübut etməklə yanaşı, sonuncunun kriminal davranış xəttini, ayrı-ayrı şəxslərə verdiyi yalan vədlərini, həmin vədlərə alınan cavabları, ona qarşı olan pul tələblərini aydın sezməyə, habelə onun cinayətkar xislətini, yəni şəxsiyyətini xarakterizə edən digər mühüm halları müəyyən etməyə imkan verdiyindən qeyd edilən disk maddi sübut hesab edilmişdir. (İİ cild i.v. 135-165) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 3-16-16/2-4/1443-4/1580 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən Q1 diktorunun emosional və psixofizioloji vəziyyətində situasiya ilə əlaqəli nisbi ekstremallıq hiss olunur, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlar spontandır, danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş katında olan mübahisəli fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətininin əsaslanmamış dəyişməsi, danışıqda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. (İİ cild i.v. 132-139) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, onların nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus özgə əmlakını, müvafiq məbləğlərdə pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmış, sübutlar toplanmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək məqsədilə, sözdə, ittihamı qəbul etmir, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs bir nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam, digər üç nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın müvafiq hissələrini ödəyərək, qalan hissələrini isə ödəyəcəyi barədə öhdəlik götürərək, onların hər biri ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, mübahisənin mülki xarakterli olması ilə bağlı qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, hər bir zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Həmin Qərardan görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmin halları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan Qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından və qanunvericiliyin müvafiq normalarının tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 3400 manat nağd pul vəsaitini 2020-ci ilin yanvar ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində və Zərərçəkmiş şəxs4 məxsus 3500 manat nağd pul vəsaitini 2021-ci ilin yanvar ayının əvvəllərindən həmin ayın 23-dək olan müddət ərzində alıb ələ keçirərək həmin şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, onun bu epizodlar üzrə əməli təkrarlıq əlaməti üzrə tövsif edilə bilməz, ona görə cinayət işi üzrə icraata həmin epizodlara dair hissədə xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayət işinin icraatına həmin epizodlar üzrə xitam verilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ümumi tövsifinə təsir etmir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrarən; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində üç nəfər zərərçəkmiş şəxsə vurduğu maddi ziyanları tam olaraq ödəməmiş və bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 52) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə bir nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəyərək onunla barışıq əldə etməsini, digər zərərçəkmiş şəxslərə vurduğu maddi ziyandan qismən ödənişlər edərək onlarla da barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.12, 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə cəza təyini və müddətlərin hesablanması zamanı CM-nin 69-cu maddəsində nəzərdə tutulan qaydada hesablama aparılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşatış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddialara ayrıca hüquqi qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd elektron yaddaş daşıyıcısı və sübut qismində tanınaraq sadalanmış sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı ayrılıqda mülki iddialar verərək, müvafiq məbləğlərdə maddi ziyanın və ödənilmiş dövlət rüsumlarının əvəzinin təqsirləndirilən şəxs, mülki cavabdehdən alınaraq onlara ödənilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni dələduzluq yolu ilə özgə əmlaklarını, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus əmlakları (pulları) aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmiş, nəticədə mülki cavabdehlərə müvafiq məbləğində maddi ziyan vurmuşdur. Müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 dəymiş 25000 manat məbləğində maddi ziyanın 8080 manat hissəsi, Zərərçəkmiş şəxs2 dəymiş 49900 manat maddi ziyanın 21300 manat hissəsi, Zərərçəkmiş şəxs3 dəymiş 3400 manat maddi ziyanın 2150 manat hissəsi ödənilməmiş qalmışdır. Ona görə məhkəmə hesab edir ki, ödənilməmiş həmin məbləğlərdə maddi ziyanların əvəzi mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq qeyd olunan mülki iddiaçılara verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçıların iddia ərizələrinin verilməsi üçün müvafiq qaydada hesablanmaqla ödədikləri dövlət rüsumlarının əvəzi mülki cavabdehdən onların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 3400 manat nağd pul vəsaitini 2020-ci ilin yanvar ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində və Zərərçəkmiş şəxs4 məxsus 3500 manat nağd pul vəsaitini 2021-ci ilin yanvar ayının əvvəllərindən həmin ayın 23-dək olan müddət ərzində alıb ələ keçirərək həmin şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsinə dair epizodlar üzrə hissələrdə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Maddi ziyan qismində 8080 (səkkiz min səksən) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat, cəmi 8200 (səkkiz min iki yüz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub, mülki iddiaçı Zərərçəkmiş şəxs1 Əlhüseyn qızına ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin. Maddi ziyan qismində 2150 (iki min yüz əlli) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat, cəmi 2194 (iki min yüz doxsan dörd) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub, mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Maddi ziyan qismində 21300 (iyirmi bir min üç yüz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158 (bir yüz əlli səkkiz) manat, cəmi 21458 (iyirmi bir min dörd yüz əlli səkkiz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub, mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Maddi sübut qismində tanınmış 01 ədəd elektron yaddaş daşıyıcısı və sübut qismində tanınaraq sadalanmış sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 250 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-59/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-59/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver