Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-59/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsində, fərdi evdə kirayədə yaşamış, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə usta işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C nömrəli ünvanda yerləşən “Autocolors” avtoservisə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs2 sonuncunun istifadəsində olan “Toyota" markalı, “Camry" modelli, Az **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinə 04 ədəd radar, 01 ədəd kamera, 01 ədəd distronik izləmə köməkçisi və naqillər quraşdıracağına dair yalan vəd verib, guya zəhmət haqqı adı ilə 150 manat ödəməli olduğunu bildirərək öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 aldadıb, etibarından sui-istifadə etməklə bu adla 24 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C nömrəli ünvanda yerləşən “Autocolors” avtoservisdə Zərərçəkmiş şəxs2 2040 manat dəyərində 04 ədəd radar, 01 ədəd kamera, 01 ədəd distronik izləmə köməkçisi, naqilləri və 150 manat nağd pul vəsaitini aldıqdan sonra, Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməyə yönəldilmiş cinayətkar hərəkətini davam etdirərək guya ön buferə quraşdırılan avadanlıqların yerinə düşmədiyini bildirib, həmin avadanlıqların dəyişdirilməsi adı ilə 26 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C nömrəli ünvanda yerləşən “Autocolors” avtoservisdə Zərərçəkmiş şəxs2 əlavə 200 manat almış, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib 2390 manat məbləğində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 may 2024-cü il tarixdə saat 17:05 radələrində qeyri-iş günü hesab olunan bazar günü usta işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C nömrəli ünvanda yerləşən “Autocolors” avtoservisə qanunsuz daxil olmaq üçün qonşuluqda yerləşən “Motovers” motoservisin giriş qapısının açıq olmasından istifadə edib həmin qapıdan keçib “Autocolors” avtoservisin saxlanc yeri olan ərazisinə qanunsuz daxil olaraq, orada təmir üçün saxlanılmış Zərərçəkmiş şəxs1 istifadəsində olan “BMW” markalı, 530 modelli, Az **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaqdan idarəetmə pultunu avtoservisdə açar qutusundan götürərək həmin pultla “BMW” markalı, 530 modelli avtomobilin qapısını açıb avtomobili idarə etməklə avtoservisin həyətindən çıxarıb Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C nömrəli ünvanında, səki üzərində saxlamaqla özü ilə əvvəlcədən götürdüyü 8 nömrəli açarla hər birinin dəyəri 1800 manat olan, ümumilikdə 3600 manat dəyərində avtomobilin sol və sağ qabaq faralarını açıb 1382 manat dəyərində bir ədəd uzaqdan idarəetmə pultu ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4982 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, avtomobil ustası olaraq bir neçə yerdə işləmişdir. 12 may 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C ünvanda yerləşən “Autocolors” avtoservisdə işə qəbul olmuşdur. 24 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota” markalı “Camry” modelli Az **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş və həmin avtomobilin buferinə 4 ədəd radar, 1 ədəd kamera, 1 ədəd distronik və naqillərin quraşdırılmasını istəmişdir. Zərərçəkmiş şəxs2 ona zəhmət haqqı kimi 350 manat vermişdir. Qeyd olunan əşyaları dəyişə bilmədiyi üçün həmin əşyalar kirayə yaşadığı evdə qalmış və Zərərçəkmiş şəxs2 zəhmət haqqı kimi aldığı 350 manatı xərcləmişdir. O, Zərərçəkmiş şəxs2 demişdir ki, “08 may 2024-cü tarixdə avtomobili hazır vəziyyətdə gəlib götürərsən”. 08 may 2024-cü il tarixdən xəstələndiyi üçün servisə gəlməmişdir. Pula ehtiyacı olduğu üçün 4 ədəd radar, 1 ədəd kamera, 1 ədəd distronik və naqilləri satmış və aldığı pulu şəxsi ehtiyacına xərcləmişdir. 19 may 2024-cü il tarixdə saat 17 radələrində o, usta işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C ünvanda yerləşən “Autocolors” avtoservisə gəlmiş və görmüşdür ki, “Motovers” servisin giriş qapısı açıqdır, həmin qapıdan girmiş və “Autocolors” servisə keçib avtomobil açarları qoyulan metal rəfin üzərinə baxmış və “BMW” markalı avtomobilin açarını götürmüşdür. Bundan sonra o, servisin həyətinə çıxmış, uzaqdan idarəetmə pultunun düyməsini sıxmış və görmüşdür ki, “BMW” markalı, “530” modelli, Az **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqları yanıb-sönür. O, başa düşmüşdür ki, həmin avtomobilin pultudur. O, həmin avtomobilin sol və sağ qabaq faralarını söküb satmaq üçün avtomobilə əyləşib işə salmış, avtomobili servisin həyətindən çölə çıxartmış və Babək prospektində səkinin üzərində dayanmış avtomobillərin yanında saxlamışdır. Həmin yerdə “BMW” markalı, “530” modelli avtomobilin sol və sağ qabaq faralarını üzərində olan 8-lik açarla açıb götürmüşdür. Avtomobilin qapılarını uzaqdan idarəetmə pultu ilə bağlamışdır. Bundan sonra faraları götürüb yaxınlıqda olan taksi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində işləyən fara ustası Şahid2 yanına gəlmiş və oğurladığı faraları 350 manata satmaq istədiyini bildirmişdir. Şahid2 faraların kimin olduğunu soruşmuş, o, Şahid2 demişdir ki, avtomobili təmir edir, avtomobilin sahibi faraları satır, özünə təzə faralar almışdır. Şahid2 razılıq vermiş və ilkin olaraq ona 50 manat vermiş və demişdir ki, faraları satandan sonra 250 manatı verəcək. 20 may 2024-cü il tarixdə saat 21 radələrində Şahid2 onun “Leo” kartına 250 manat göndərmişdir. Qeyd olunan cinayətlərdən başqa cinayət törətməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 15 noyabr 2023-cü il tarixdə o, “Toyota” markalı, “Camry” modelli Az **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili bacısı oğlu Şahid7 adına alsa da həmin avtomobil ona məxsusdur. “Toyota” markalı, “Camry” modelli avtomobilin ön buferində radar, kamera və distronik izləmə köməkçisi olmadığından qərara gəlmişdir ki, qeyd olunan əşyaları Dubay şəhərindən nisbətən ucuz alıb avtomobilin ön buferinə yerləşdirsin. 2024-cü ilin mart ayının axırları bacısı oğlu Şahid7 Dubay şəhərinə gedən zaman ona pul vermişdir ki, avtomobilə 4 ədəd radar, 1 ədəd kamera, 1 ədəd distronik və onlara aid naqillər alıb gətirsin. Bacısı oğlu Şahid7 2024-cü ilin aprel ayının əvvəlləri Dubay şəhərindən qayıdıb gəlmiş və qeyd olunan əşyaları milli pul vahidi ilə 2040 manat təşkil edən 1200 ABŞ dollarına alıb gətirmişdir. 24 aprel 2024-cü il tarixdə, saat 11 radələrində o, “Toyota” markalı, “Camry” modelli avtomobilin ön buferinə radar, kamera və distronik yerləşdirmək üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C ünvanında yerləşən “Autocolors'’ avtoservisə “Toyota” markalı, “Camry” modelli avomobili gətirmiş, avtomobilin qapılarını uzaqdan idarəetmə pultu ilə bağlamış, avtomobili idarəetmə pultu ilə birlikdə servis işçisi Təqsirləndirilən şəxs təhvil vermiş və 28 aprel 2024-cü il tarixdə avtomobili təhvil almağı ilə bağlı razılaşmışdır. O, Təqsirləndirilən şəxs 150 manat pul vermişdir. 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, aldığı əşyalar avtomobilə düşmür, 200 manata qeyd olunan əşyaları dəyişə bilər. O da 200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 30 aprel 2024-cü il tarixdə avtomobili götürmək üçün Təqsirləndirilən şəxs zəng vurmuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, dəyişdiyi əşyalar avtomobilə düşmədiyi üçün dəyişməyə veribdir. 07 may 2024-cü il tarixdə, saat 18 radələrində o, “Autocolors” avtoservisə gəlmiş və mühafizədən avtomobilin açarını alıb avtomobilə baxan zaman görmüşdür ki, avtomobilin buferinə 4 ədəd radar, 1 ədəd kamera, 1 ədəd distronik qoyulmamış və avtomobildə də qeyd olunan əşyalar yoxdur. 08 may 2024-cü il tarixdə servisə gəlmiş və Təqsirləndirilən şəxs soruşmuş, ona demişlər ki, Rövşən işə gəlməmişdir. O, bir neçə dəfə servisə getsə də Təqsirləndirilən şəxs işə çıxmamış və o, servis rəhbərliyindən tələb etmişdir ki, onun avtomobilini düzəldib versin. Ona 2390 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, 13 may 2024-cü il tarixdə o, “BMW” markalı, 530 modelli, Az **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili arvadı Zeynəb Rüstəmovanın adına alsa da həmin avtomobil ona məxsusdur. 18 may 2024-cü il tarixdə, saat 09:30 radələrində o, “BMW” markalı, 530 modelli avomobili ön buferinin rənglənməsi və avtomobilin rənginin kimyəvi parıldadılması üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61C ünvanında yerləşən “Autocolors” avtoservisə gətirmiş, avtomobilin qapılarını uzaqdan idarəetmə pultu ilə bağlamış, avtomobili idarəetmə pultu ilə birlikdə servis işçisinə təhvil vermiş və avtomobili 21 may 2024-cü il tarixdə təhvil almağı ilə bağlı razılaşmışdır. 21 may 2024-cü il tarixdə, saat 10 radələrində “BMW” markalı, 530 modelli avtomobili təhvil almaq üçün o, “Autocolors” avtoservisə gəlmiş, avtomobilə baxmaq üçün avtomobilin idarəetmə pultunu servis işçisindən istəmişdir. Servis işçisi “BMW” markalı, 530 modelli avtomobilin uzaqdan idarəetmə pultunu tapa bilməmiş, o, “BMW” markalı, 530 modelli avtomobilə tərəf getmiş və görmüşdür ki, avtomobilin sol və sağ qabaq faraları yerində yoxdur. O, bu barədə servis işçisinə bildirmiş və servis işçisi bu barədə servis müdirinə məlumat vermişdir. Bundan sonra servis rəhbərliyi ona bildirmişdir ki, təhlükəsizlik kameralarına baxdıqdan sonra ona məlumat veriləcək. 22 may 2024-cü il tarixdə servis rəhbərliyi ona məlumat vermişdir ki, təhlükəsizlik kameralarına baxış zamanı 19 may 2024-cü il tarixdə, saat 17 radələrində servisdə usta işləyən Təqsirləndirilən şəxs “BMW” markalı, 530 modelli avtomobilin uzaqdan idarəetmə pultunu götürmüş və “BMW” markalı, 530 modelli avtomobili idarə edib servisin həyətindən çıxarmış, 21 may 2024-cü il tarixdə, saat 05:55 radələrində Təqsirləndirilən şəxs “BMW” markalı, 530 modelli avtomobili idarə edib servisin həyətinə gətirmiş, avtomobilin qapılarını idarəetmə pultu ilə bağlayıb idarəetmə pultunu cibinə qoyub getmiş və “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faraları yerində olmamışdır. Servis rəhbərliyi ona bildirmişdir ki, bu barədə polisə şikayət edəcəklər. 22 may 2024-cü il tarixdə servis rəhbərliyi onun avtomobilindən oğurluq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng vurub məlumat vermişdir. 23 may 2024-cü il tarixdə servis rəhbərliyindən məlumat vermişlər ki, Təqsirləndirilən şəxs avtomobilin sol və sağ qabaq faralarını satmış, polis işçiləri həmin faraların yerini müəyyən edib götürmüşlər və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinə gətirmişlər. 03 iyun 2024-cü il tarixdə arvadı Zeynəb Rüstəmova avtomobilə görə ona mülki etibarnamə vermiş və o, avtomobilə idarəetmə pultu almaq üçün "İmprotex Motors” BMW servis mərkəzinə gedib sifariş vermiş və idarəetmə pultuna görə 1382 manat ödəniş etmişdir. O, bu barədə servis rəhbərliyinə bildirmiş və 04 iyun 2024-cü il tarixdə servis rəhbərliyi ona avtomobilin idarəetmə pultunun alınmasına görə 1382 manatı ödəmişdir. 2024-cü ilin iyun ayının ortalarında “Autocolors” avtoservis rəhbərliyi ona məlumat vermişdir ki, Təqsirləndirilən şəxs “BMW” markalı, 530 modelli avtomobilin idarəetmə pultunu göndərmiş və o da servisə gedib “BMW” markalı, 530 modelli avtomobilin uzaqdan idarəetmə pultunu götürmüşdür. “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faraları və bir ədəd uzaqdan idarəetmə pultunun oğurlanması ilə əlaqədar ona 4982 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdən “Autocolors” avtoservisdə armaturçu vəzifəsində işə başlamışdır. 24 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota” markalı avtomobili “Autocolors" avtoservisə gətirmiş və həmin avtomobilin ön buferinə 04 ədəd radar, 01 ədəd kamera, 01 ədəd distronik və naqillərin qoşulmasını istəmiş və qiymət barədə Zərərçəkmiş şəxs2la razılaşmışdır. Həmin buferə qeyd olunan əşyaların qoşulması üçün armaturçu işləyən Təqsirləndirilən şəxs həvalə olunmuşdur. 08 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 servisə gəlmiş və demişdir ki, bu gün “Toyota” markalı avtomobilin buferinə 04 ədəd radar, 01 ədəd kamera, 01 ədəd distronik və naqillər qoşularaq ona təhvil verilməlidir. Həmin vaxtı Təqsirləndirilən şəxs işə çıxmadığı üçün onunla əlaqə saxlamış, Təqsirləndirilən şəxs bildirmişdir ki, xəstələndiyi üçün işə çıxa bilmir. Bundan sonra Təqsirləndirilən şəxs işlədiyi yerə və “Toyota” markalı avtomobilə baxılsa da 04 ədəd radar, 01 ədəd kamera, 01 ədəd distronik və naqilləri tapa bilməmişdir. Təqsirləndirilən şəxs işə çıxmadığı üçün Zərərçəkmiş şəxs2 demişdir ki, Rövşən işə çıxsın, bu məsələni aydınlaşdırar. Bundan sonra Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlasa da Təqsirləndirilən şəxs servisə gəlməmişdir.18 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMW” markalı avtomobili “Autocolors” avtoservisə gətirmiş və həmin avtomobilin ön buferinin rənglənməsini istəmiş və qiymət barədə Zərərçəkmiş şəxs1la razılaşmışdır. Həmin buferin rənglənməsi üçün armaturçu işləyən Habil Mirzəyev tərəfindən sökülmüş və rəngsaz Xəlil Məmmədova verilmişdir. Bundan sonra “BMW” markalı avtomobil servisin qarşısında olan dayanacağa qoyulmuş və həmin avtomobilin uzaqdan idarəetmə pultu servisdə açarlar üçün nəzərdə tutulmuş qutuya qoyulmuşdur. 21 may 2024-cü il tarixdə, saat 10 radələrində “BMW” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 servisə gəlib avtomobilin uzaqdan idarəetmə pultunu istəmiş və həmin idarəetmə pultu açar qutusunda tapılmadıqda Zərərçəkmiş şəxs1 dayanacaqda olan “BMW” markalı avtomobilə baxan zaman demişdir ki, avtomobilin üzərində olan sağ və sol qabaq faralar yerində yoxdur. Bundan sonra həmin faraların yerinin müəyyən edilməsi üçün öz aralarında araşdırma aparılmış və Xəlil Məmmədov bildirmişdir ki, bu gün saat 09:30 radələrində bir nəfər taksi sürücüsü gəlmişdir və Təqsirləndirilən şəxsla iki ədəd ön faraları Bakı şəhəri, Nizami rayonu, Mikayəl Əliyev küçəsində olan fara təmiri sexinə apardığını bildirmişdir. Bundan sonra o, servisdə olan təhlükəsizlik kameralarının videogörüntülərinə baxan zaman müəyyən etmişdir ki, 19 may 2024-cü il tarixdə, saat 17:05-də Təqsirləndirilən şəxs servisə əsas qapıdan girsə də arxa yolla gedib açar qutusunda olan “BMW” markalı avtomobilin açarını götürmüş, həmin günü saat 17:07-də dayanacaqda durmuş “BMW” markalı avtomobilin qapılarını idarəetmə pultu ilə açıb avtomobilə əyləşmiş və həmin günü saat 17:09-da “BMW” markalı avtomobili idarə edib servisin həyətindən çıxmış və 21 may 2024-cü il tarixdə, saat 05:55-də “BMW” markalı avtomobillə servisin həyətinə daxil olmuş və Təqsirləndirilən şəxs avtomobili dayanacaqda saxlamışdır. Həmin vaxtı videogörüntüdən görünür ki, “BMW” markalı avtomobilin sağ və sol qabaq faraları yerində yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs idarəetmə pultu ilə avtomobilin qapılarını bağlayır və idarəetmə pultunu cibinə qoyub əsas yolla yox, arxa yolla servisdən çıxıb gedir. Bundan sonra tam əmin olmuşlar ki, “BMW” markalı avtomobilin sağ və sol qabaq faralarını Təqsirləndirilən şəxs oğurlamışdır. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 xidməti-zəng mərkəzinə zəng vurmuşlar və şikayət ərizəsi yazmışlar. 2024-cü ilin may ayının axırları “Toyota” markalı avtomobilə dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs2 4 ədəd radar, 1 ədəd kamera və naqillərin alınması üçün 1410 manat və 660 manat dəyərində 1 ədəd distronik alıb vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “Toyota” markalı, “Camry” modelli, Az **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da dayısı Zərərçəkmiş şəxs2 məxsusdur. Avtomobil xaricdən onun adına gəlmişdir. Dayısı ona avtomobili aparıb servisin qarşısında təhvil verməyi tapşırmışdır. O da avtomobili aparıb servisin qarşısında təhvil vermişdir. Həmçinin Dubaydan gələndə avtomobilə quraşdırmaq üçün 04 ədəd radar, 01 ədəd kamera, 01 ədəd distronik alıb gətirmişdir. Sonra ona məlum olmuşdur ki, dayısı həmin hissələri servisə versə də avtomobilə quraşdırılmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. 45 yaşında olan kişi cinsli şəxs əlində iki ədəd avtomobilin sol və sağ qabaq faraları ilə ona yaxınlaşaraq onu avtomobil faralarının təmiri sexinə aparmağı xahiş etmişdir. O, həmin şəxslə 3 manata razılaşmış və həmin şəxs onun idarə etdiyi “VAZ- 2104” markalı avtomobilə əyləşmiş və o, həmin şəxsi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində olan avtomobil farasının təmir sexinə aparmışdır. Onlar yolda gedərkən həmin şəxs demişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "Autocolors" avtoservisində usta işləyir, avtomoblin sahibi faraları ona vermişdir ki, faraları satsın, pulunu ona göndərsin. Bundan sonra avtomobillə gətirdiyi şəxs fara sexində olan usta ilə faranın qiyməti barədə danışmışlar. Sonra o çıxıb getmişdir. Təxminən bir gün sonra Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı gəlib ondan Rövşən adlı şəxsin onun avtomobilində iki ədəd faraları hara apardığını soruşmuşdur. O, həmin şəxsi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində olan fara təmiri sexinə apardığını, həmin şəxs özü ilə apardığı iki ədəd faraları fara təmiri sexinə satdığını bildirmişdir. İş üzrə Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən fara təmiri sexini icarəyə götürüb faraların təmiri ilə məşğul olur və Şahid4 da onun yanında gündəlik fəhlə işləyir. 2016-cı il tarixdən əslən Gəncə şəhərindən olan Təqsirləndirilən şəxs tanıyır və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekində yerləşən ’’Maşın" bazarında qardaşının yanında fara təmiri sexində işləmişdir. 2017-ci ildən 2023-cü ilə kimi Təqsirləndirilən şəxs görməmiş, 2023-cü il tarixdə Təqsirləndirilən şəxs görmüş və onun Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Kia motors” servisdə armaturçu vəzifəsində işlədiyini bilmişdir. 12 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi sexə gəlmiş və ona demişdir ki, “BMW” markalı, 530 modelli avtomobilin sahibi yenisini aldığı üçün avtomobilin üzərində olan ön faraları satır, kömək elə həmin ön faraları sataq. O, razılaşmışdır. 19 may 2024-cü il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs qara rəngli “VAZ-2104” markalı taksi ilə onun işlədiyi sexə gəlmiş və “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faralarını gətirmiş, o, faralara baxmış və görmüşdür ki, həmin faraların birinin korpusu təmir olunmuş və şüşəsi dəyişilmişdir. O, Təqsirləndirilən şəxs faraları 300 manata ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və o, ilkin olaraq Təqsirləndirilən şəxs 50 manat vermiş və demişdir ki, sabah da 250 manat verəcək. O, fikirləşmişdir ki, həmin faraları nisbətən baha satıb özünə də qazanc qalar. Həmin faraları sexə qoymuş və Təqsirləndirilən şəxs getmişdir. 20 may 2024-cü il tarixdə o, sexdə fəhlə işləyən Şahid4 demişdir ki, “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faralarını 700 manata sata bilərsən. Şahid4 razılıq vermiş və bir neçə müştəriyə faraları təklif etmiş və Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Təkər” bazarının yaxınlığında “Bavariya" avtomobil ehtiyat hissələri satılan mağazada işləyən Şahid5 650 manata almaq və həmin faraların şəklinə baxmaq istədiyini bildirmişdir. Şahid4 “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faralarının şəklini çəkib Şahid5 göndərmişdir. Şahid5 bildirmişdir ki, alır. Bundan sonra o və Şahid4 “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faralarını götürmüş və o. idarə etdiyi “Khazar” markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bavariya" avtomobil ehtiyat hissələri satılan mağazaya gəlmiş, Şahid5 qabaq faraları götürmüş və Şahid4 şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Şahid5 ona demişdir ki, “kart şəkli göndər, axşam 650 manat pulu onun kartına göndərəcək. O, razılıq vermiş və Şahid4la birlikdə sexə qayıtmışlar. O, özünə məxsus “Kapital Bank”a aid kartın şəklini Şahid5 göndərmişdir. 20 may 2024-cü il tarixdə, saat 20:54-də Şahid5 onun kartına 650 manat göndərmişdir. O da həmin günü saat 21:09-da Təqsirləndirilən şəxs “Leo” kartına 250 manat göndərmiş və bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. O, 350 manat qazancdan 150 manatını Şahid4 vermiş, 200 manat isə özünə qalmışdır. 22 may 2024-cü il tarixdə onu Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər və ondan “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faraları barədə soruşmuşlar. O da səmimi olaraq bildirmişdir ki, 19 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona satmaq üçün “BMW” markalı, 530 modelli avtomobilin sol və sağ qabaq faralarını gətirmiş, o da Təqsirləndirilən şəxsla 300 manata razılaşıb almış və həmin faraları “Bavariya” avtomobil ehtiyat hissələri satılan mağazaya 650 manata satmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində tutulmuşdur. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasıl CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-194/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - “DVD” diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə, saat 17:09-də “Autocolors” avtoservisin həyətində dayanmış “BMW” markalı, 530 modelli, Az **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək avtoservisdən çıxması, həmin vaxt avtomobilin ön faralarının üzərində olması, 21 may 2024-cü il tarixdə, saat 05:55-də Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı, 530 modelli avtomobillə servisin həyətinə gəlib avtomobili həyətdə saxlaması və həmin “BMW” markalı, 530 modelli avtomobilin qabaq faralarının yerində olmaması, avtomobili avtoservisin həyətində park edərək avtomobilin açarları ilə birlikdə oradan uzaqlaşması müşahidə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 iyul 2024-cü il tarixli, 9/4780 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 2017-ci il buraxılışlı “BMW” markalı, 530 modelli avtomobilin 2 ədəd qabaq farasının istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1800.00 (2x900,0) manat müəyyən olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 9/6384 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 2017-ci il buraxılışlı “BMW” markalı, 530 modelli (**-SC-*** dövlət qeydiyyat nişanlı) avtomobilə məxsus 01 ədəd uzaqdan idarə etmə pultunun əvəzedici nüsxəsinin çıxarılmasının 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1350,00 manat müəyyən edilir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “BMW” markalı, 530 modelli avtomobildən oğurluq etməsinə dair videogörüntünün olduğu bir ədəd “DVD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, “BMW” markalı, 530 modelli avtomobilin qabaq sağ və sol faraları və idarəetmə pultu maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-59/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına həmin hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etməsi özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən və xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçdiyinə görə məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, evli olmasını, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “BMW 530” markalı avtomobilin sağ və sol qabaq faralarının və həmin avtomobilin 1 ədəd pultunun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 43 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 258 (iki yüz əlli səkkiz) manat (43x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “BMW 530” markalı avtomobilin sağ və sol qabaq faraları və həmin avtomobilin 1 ədəd pultu sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 43 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 258 (iki yüz əlli səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-59/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-59/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver