Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-597/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): Təqsirləndirilən şəxs, Cinayət qanununda əməli törətmiş şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): xx.xx.1981-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ictimai yer olan ünvan 2 ünvanında yerləşən “Afiyət” adlanan kafenin qarşısında əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs onunla kobud danışmasına etiraz etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib qəsdən əli ilə bir neçə dəfə sonuncunun baş və boyun nahiyəsinə vurmaqla Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alnın sağ yarısının və ənsənin sol yarısının hematomaları, sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən boynun ön səthinin sıyrıqları ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü qismən təqsirli bilir. xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində mənzilin domafonuna zəng daxil olmuş, zəngi açıb kim olduğunu soruşduqda, həmin şəxs kuryer olduğunu və yemək sifarişi gətirdiyini demiş, o, həmin şəxsə sifariş vermədiyini, səhv ünvana yığdığını bildirsə də, lakin həmin şəxs israrla düz ünvana yığdığını təkrarən dedikdə ona bir daha səhv domafon kodunu yığdığını, yemək sifarişini vermədiyini bildirmişdir. Buna baxmayaraq həmin şəxs ona cavab olaraq “ayə nə böyük-böyük” danışırsan dedikdə, həmin şəxsə cavab olaraq “qaşqaldaq, səhv yığmısan” deyib domafonun dəstəyini asmışdır. Təxminən 15-20 dəqiqə sonra yenidən mənzilin domafonuna zəng gəldikdə dəstəyi götürüb kim olduğunu soruşduqda, 15-20 dəqiqə əvvəl domafona zəng edən şəxsin səsinin olduğunu eşitmiş və həmin şəxs ona “qaşqaldaq sənsən və sənin ailə üzvlərindi” sözlərini deyib dəstəyi asmışdır. Bundan sonra dərhal mənzilin eyvanından aşağı baxdıqda həmin şəxsin əynində göy rəngli kuryer gödəkcəsi olduğunu, motosikletə əyləşib orada uzaqlaşıb getdiyini görmüş, həmin şəxsin “Afiyət” adlı dönərxananın kuryeri olduğunu öyrənmiş, dönərxananın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 126 ünvanında yerləşən Xalqlar Dostluğu metrostansiyasının yaxınlığına getmiş və motosikletin dönərxananın qarşısında olduğunu görmüşdür. Bu səbəbdən həmin motosikleti kimin idarə etdiyini oradan soruşduqda əynində göy rəngli kuryer gödəkcəsi olan şəxs ona yaxınlaşıb motosikleti özü idarə etdiyini demiş, domafonda onu təhqir edən şəxsin həmin kuryer olduğuna əmin olduqdan sonra ona və ailə üzvlərinin ünvanına nə səbəbdən nalayiq ifadələr işlətdiyini soruşaraq, onun qolundan tutub polisə aparacağını demiş, kuryer əlindən çıxıb oradan getmək istədikdə, əsəbiləşib əli ilə baş nahiyəsinə bir dəfə vurmuşdur. Bu zaman kuryer ünvanına nalayiq ifadələr işlədib əlindən çıxıb getmək istəyən zaman 2-3 metr oradan bir az kənara çəkildikdə kuryerin boğaz nahiyəsindən tutub sıxaraq əli ilə bir neçə dəfə boyun nahiyəsinə qəsdən vurmuşdur. Hadisə “Afiyyət” adlı dönərxananın qarşısında baş vermiş, təxminən yarım dəqiqə müddətində davam etmiş, orada başa çatmış, hadisənin baş verməsinə səbəb isə Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi olmuş, onu əvvəllər tanımadığı üçün aralarında hər-hansı bir münaqişələri olmamışdır. Hadisə zamanı ətrafda heç kəs olmamış, sonradan bir nəfər oğlan çıxmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən “Afiyyət” adlı kafedə motosiklet vasitəsilə kuryer işləyir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində yemək sifarişi olduğu üçün kafedən sifarişi götürüb idarə etdiyi motosikletlə birlikdə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 158A saylı binanın binanın qarşısına getmiş, yemək sifarişini mənzilə qaldırmaq üçün sifarişdə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamış, telefon vasitəsilə ona verilən 169 kodunu binanın giriş qapısında quraşdırılmış domafon aparatında yığmış və domafon aparatının mikrofonunda şəxs olduğunu soruşduqda, ona cavab olaraq kuryer olduğunu, yemək sifarişini gətirdiyini bildirmişdir. Lakin həmin şəxs yemək sifariş etmədiyi, səhv domafon kodunu yığdığını bildirdikdə, həmin şəxsə ona deyilən rəqəmi yığdığını demişdir. Elə bu zaman həmin şəxs domafonun mikrofonu vasitəsilə “ayə qaşqaldaq sənə deyirəm səhv domafon kodu yığmısan” deyib dəstəyi asmış, binanın içərisindən kənar şəxs çıxan zaman qapı açıldığı üçün binaya daxil olub sifarişdə qeyd olunan 12-ci mərtəbəyə lift vasitəsilə qalxdıqda liftin qarşısında bir nəfər uşaq qarşılayıb sifarişi onun verdiyini bildirib ödənişi nağd şəkildə ona verərək yeməyi qəbul etmişdir. Bundan sonra binadan çıxıb gedən zaman domafonda ona “qaşqaldaq” deyən şəxsin sözündən əsəbiləşdiyi üçün domafonda 169 düyməsini sıxıb həmin mənzilə yenidən zəng edərək həmin şəxsə “qaşqaldaq sən özünsən, ailə üzvlərindir” demiş, binanın qarşısında saxladığı motosikletə əyləşib kafeyə gedən zaman eyvandan bir nəfər şəxs onun arxasıyca söyüş söymüşdür. Təxminən 30-35 dəqiqə sonra bir nəfər şəxs işlədiyi yerə gəlmiş, yaşadığı Nizami rayonu, E.Süleymanov küçəsi 158A saylı binaya yemək sifarişi gətirən şəxsi axtardığını dedikdə, həmin şəxsə binaya sifarişi özünün apardığını demiş, həmin şəxs ona domafonda “qaşqaldaq” dediyi şəxs olduğunu bildirib kafedən çölə çıxmağını tələb etmişdir. Kafenin qapısından çölə çıxdıqda həmin şəxs əli ilə qolundan tutub “qaşqaldaq” dediyi üçün ünvanına nalayiq ifadələr işlədib baş nahiyəsinə zərbə ilə vurmuşdur. Həmin şəxsin əlindən çıxmaq istəyən zaman o, boğaz nahiyəsindən əli ilə tutub sıxaraq iki-üç metr kafenin qarşısından yolun kənarında saxlanılmış avtomaşınların yanına çəkib aparmış və digər əli ilə boyun nahiyəsinə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirmişdir. Bundan sonra ətrafda olan tanımadığı və kafedə işləyən şəxslər həmin şəxsi ondan ayırmış və onun barəsində DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında baş vermiş, təxminən 3-4 dəqiqə müddətində davam etmiş, orada başa çatmış, hadisə zamanı ətrafda tanımadığı kənar şəxslər olmuş, onları həmin şəxslər ayırmış, hadisə zamanı Təqsirləndirilən şəxs ilk öncə əli ilə baş nahiyəsinə vuraraq, daha sonra boğaz nahiyəsindən tutub sıxaraq kənara çəkib təkrarən digər əli ilə boyun nahiyəsinə bir neçə dəfə qəsdən vurub ona xəsarətlər yetirmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X6 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən telefon təmiri mağazasında qohumu telefon təmiri işi ilə məşğul olur. Bir neçə dəfə qohumunun yanına gedib gəldiyi üçün telefon mağazasının yaxınlığında yerləşən “Afiyət” adlı kafedə kuryer işləyən adını “Vahid” kimi adını bildiyi şəxslə tanışlığı yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qohumumun işlədiyi telefon təmiri mağazasının qarşısında olan zaman əvvəlcədən tanımadığı sonradan adının Cavanşir bildiyi şəxs “Afiyət” adlı kafenin qarşısına gəlib, kafenin qarşısında saxlanılmış motosikletin kimə məxsus olmasını kafedə işləyən şəxslərdən soruşduğunu eşitmişdir. Bundan sonra “Vahid” kafenin giriş qapısına çıxıb motosikleti özü idarə etdiyini bildirdikdə həmin şəxs Vahidin qolundan tutub kafenin qarşısına dartıb çıxarmış və Vahidin ünvanına nalayiq ifadələr işlədib əli bir dəfə baş nahiyəsinə vurmuşdur. Vahid onun əlindən çıxmaq istəsə də, həmin şəxs əli ilə Vahidin boğaz nahiyəsindən tutub sıxaraq bir qədər kənara, yəni yolun kənarında saxlanılmış avtomaşınların yanına çəkib digər əli ilə boyun nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra ətrafda olan tanımadığı kənar şəxslər birlikdə Vahidi həmin şəxsin əlindən güclədə olsa alıb mübahisəni sonlandırmışlar. Mübahisəni sonlandıran zaman Vahidin alın nahiyəsinin şişdiyini, boğaz nahiyəsində sıyrıqların və boyun nahiyəsində qaramtıl xəsarət izlərinin olduğunu görmüşdür. Hadisə xx.xx.2022-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən “Afiyət” adlanan kafenin qarşısında baş vermiş, təxminən 2-3 dəqiqə müddətində davam etmiş, hadisə zamanı ətrafda tanımadığı kənar şəxslər olmuş, hadisənin baş verməsinə səbəbin nə olmasını bilməmiş, Vahidlə və sonradan adının Cavanşir olduğunu bildiyi şəxs arasında baş verən mübahisə zamanı onları ayırmışam, hadisə zamanı ona hər hansı bədən xəsarəti yetirilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 908 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs alnın sağ yarısının və ənsənin sol yarısının hematomaları; boynun ön səthinin sıyrıqları – bərk küt əşyanən (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə hematomalar ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, boynun ön səthinin sıyrıqları isə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Lokalizasiya və xarakterini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, digər şəxs(lər) tərəfindən əl və ayaq ilə vurulması nəticəsində alınmaları istisna olunmur, şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirlinin, X4 Xidmətnə bilasvasitə tabe olan Təhlükəsiz Şəhər Xidmətinin Nizami rayon, Q.Qarayev prospekt 126 ünvanda quraşdırılmış TŞ-4-32 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə, saat 11:16:29-dan başlayaraq Nizami rayon, Q.Qarayev prospekti 126 ünvanda yerləşən “Afiyət” adlanan kafenin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qolundan tutaraq əli ilə baş nahiyəsinə vurması, bir qədər sonra sonuncunu kənara çəkərək əli ilə ona vurması, ətrafda kənar şəxslərin toplaşması və həmin şəxslərin onları ayırması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan və digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanununda nəzərdə tutulmuş əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 adında 02 yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə cinayət qanununda əməli törətmiş şəxsin əməli etiraf edib, səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində 02 yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirlinin, X4 Xidmətnə bilasvasitə tabe olan Təhlükəsiz Şəhər Xidmətinin Nizami rayon, Q.Qarayev prospekt 126 ünvanda quraşdırılmış TŞ-4-32 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min ) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirlinin, X4 Xidmətnə bilasvasitə tabe olan Təhlükəsiz Şəhər Xidmətinin Nizami rayon, Q.Qarayev prospekt 126 ünvanda quraşdırılmış TŞ-4-32 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-597/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-597/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver