Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-6/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 noyabr 2019-cu il tarixdə, saat 09:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi, Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrar Xidmətlər Agentliyi»nə məxsus «Hyundai Sonata» markalı ** PV *** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 istiqamətində hərəkətdə olarkən, Çobanzadə küçəsi ilə Nəsimi küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq Nəsimi küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı ** NE *** dövlət nömrə nişanlı avtomaşının sağ tərəfdən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi Hyundai Sonata markalı avtomobilin sürətini azaltmalı, avtomobili yolayrıcına daxil etmədən dayandırılmasını təmin etməli və sağ tərəfdən yolayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı avtomobilə yol verməli olduğu halda bunlara əməl etməyərək idarə etdiyi “Hyundai Sonata” markalı ** PV *** dövlət nömrə nişanlı avtomobili Çobanzadə küçəsində hərəkət üstünlüyünü verən müvafiq yol nişanı olmadığına görə onun üçün eyni əhəmiyyətli yolayrıcında sağdan yolayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi Opel Astra markalı avtomobilə yol vermədən daxil etməsi və yolayrıcında nəqliyyat vasitələrinin arasında toqquşmanın baş verməsi nəticəsində ehtiyyatsızlıqdan “Opel Astra” markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 Həsən qızının baş beyin əzilməsi, sol alın nahiyəsinin subdural hematoması, sol bazunun qançırı ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də «Hyundai Sonata» markalı ** PV *** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrar Xidmətlər Agentliyi»nə 4547 manat, “Opel Astra” markalı ** NE *** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 1200 manat ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 19 noyabr 2019-cu il tarixdə saat təxminən 09:20 radələrində yol vərəqəsi əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məxsus «Hyundai Sonata» markalı ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə M.Abbasov küçəsi istiqamətində sol zolaqla təxminən 50 km/saat sürətlə hərəkət etmiş və Nəsimi küçəsinin kəsişməsinə çatan zaman qəflətən “Opel Astra” markalı 99 N E 260 dövlət qeydiyyat nömrə nişanlı avtomobil Nəsimi küçəsindən onun hərəkət zolağına çıxmış və o, dərhal əyləci basıb idarə etdiyi avtomobili sağa istiqamtləndirmişdir. Buna baxmayaraq, idarə etdiyi avtomobilin qabaq bufer hissəsi “Opel Astra” markalı avtomobilin sol arxa qanad hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində “Opel Astra” markalı avtomobildə olan qadın sərnişin xəsarət almışdır. Hadisə nəticəsində özü və idarə etdiyi avtomobildə olan sərnişin və “Opel Astra” markalı avtomobilin sürücü heç bir xəsarət almamışdır. Əlavə olaraq ifadəsində gösrətmişdir ki, Çobanzadə küçəsi qarşı qarşıya iki tərəfli nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti ilə işarələnmişdir. Çobanzadə küçəsində atomobillər daha sıx şəkildə, Nəsimi küçəsində isə ara-sıra hərərkət etmişdir. Hər gün işə gedərkən Çobanzadə küçəsi ilə M.Abbasov küçəsi istiqamətində hərərkət etmiş, Nəsimi küçəsinin Çobanzadə küçəsi ilə kəsişməsində Nəsimi küçəsindən Çobanzadə küçəsinə daxil olan avtomobillərə Çobanzadə küçəsi ilə hərərkət edən avtomobillər yol verməmiş, əksinə Nəsimi küçəsindən Çobanzadə küçəsinə daxil olan avtomobillər üçün yolun kənarında “Yol verin” nişanı mövcud olmuş və həmin yol nişanının tələbinə uyğun olaraq Nəsimi küçəsindən Çobanzadə küçəsinə daxil olan avtomobillər Çobanzadə küçəsi ilə hərəkət edən avtomobilləri buraxmaqla Çobanzadə küçəsinə daxil olmuşdur. Əvvəllər olduğu kimi hal hazırda da Nəsimi küçəsinin Çobanzadə küçəsi ilə kəsişməsində yol hərərkəti həmin qayda ilə tənzimlənir və Nəsimi küçəsindən Çobanzadə küçəsinə daxil olan avtomobillər üçün yolun kənarında “Yol verin” nişanı mövcuddur. Çobanzadə küçəsinin Nəsimi küçəsi ilə kəsişməsində, Çobanzadə küçəsi ilə hərərkət edən nəqliyyat vasitələrinə aid heç vaxt “Stop” və ya “Yol verin” nişanı mövcud olmamış və hal hazırda da mövcud deyildir. Hadisədən bir gün əvvəl Nəsimi küçəsindən Çobanzadə küçəsinə daxil olan avtomobillər üçün “Yol verin” nişanı yerində olmuşdur. Hadisədən sonra Nəsimi küçəsi ilə kəsişmədə, Çobanzadə küçəsinin baş yol olduğunu bildirən yol hərərkəti nişanı qoyulmuşdur. Buna dair fotogörüntü məhkəməyə təqdim edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini əlaqəli şəkildə tədqiq edib, dövlət ittihamçısının və müdafiəçinin təklifini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 19 noyabr 2019-cu il tarixdə saat 09:20 radələrində etibarnamə üzrə idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu «Opel Astra» markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindən Çobanzadə küçəsi istiqamətində hərəkətdə olarkən, Çobanzadə küçəsi ilə kəsişməyə daxil olmasına məhdudiyyət qoyan yol hərəkət nişanı olmadığına görə hərəkətini davam etdirib kəsişməyə daxil olmuş və bu zaman Çobanzadə küçəsi ilə M.Abbasov küçəsi istiqamətində hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil onun idarə etdiyi avtomobilin sol arxa qanad hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobildə olan qadın sərnişin xəsarət almış və başqa xəsarət alan olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünürü ki, 19 noyabr 2019-cu il tarixdə «*9111» taksi xidmətinə zəng vuraraq taksi sifariş etmiş və saat 09 radələrində «Opel Astra» markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil gəlmişdir. Həmin avtomobilə əyləşmiş və avtomobil Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindən Çobanzadə küçəsi istiqamətində hərəkət etmiş və həmin küçələrin kəsişməsində avtomobilin kəsişməyə daxil olmasına məhdudiyyət qoyan heç bir yol nişanı olmadığına görə avtomobil hərəkətini davam etdirərək kəsişməyə daxil olduqda, Çobanzadə küçəsi ilə M.Abbasov küçəsi istiqamətində hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil onun olduğu avtomobilin sol arxa qanad hissəsindən vurmuş və hadisə nəticəsində xəsarət almışdır. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, məhkəmə ekspertiza mərkəzində yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti vəzifəsində işləyir. 19 noyabr 2019-cu il tarixdə saat 09:30 radələrində ünvan 2 ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı Fəxri İsmayılovun 28 noyabr 2019-cu il tarixli qərarına əsasən 27 dekabr 2019-cu il tarixli 29698 saylı ekspert rəyi onun tərəfindən verilmişdir. Eyni zamanda Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Hüseyn Nağıyevin 12 iyun 2020-ci il tarixli qərarına əsasən həmin iş üzrə 24 iyun 2020-ci il tarixli 8/808 saylı ekspert rəyinin verilməsində iştirak etmişdir. Həmçinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı əsasında 08 may 2021-ci il tarixli 8/845 saylı ekspert rəyi onun tərəfindən verilmişdir. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən verilmiş rəydə “Hyundai Sonata” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısısnı almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuş və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən verilmiş rəydə “Hyundai Sonata” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısısnı almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuş və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarına görə, Çobanzadə küçəsi ilə Nəsimi küçəsinin kəsişdiyi yolayrıcında Nəsimi küçəsində 2.4 “Yol verin” yol nişanının olması şəraitində Çobanzadə küçəsi ilə hərərkətdə olan nəqliyyat vasitəsi Nəsimi küçəsi ilə hərərkətdə olan nəqliyyat vasitəsinə nəzərən hərəkət üstünlüyünə malik olur. “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərərkət yolunda 2.4 “Yol verin” yol nişanının olması şəraitində həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərərkətlərində tədqiq olunan şəraitdə “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli raportdan görünür ki, 19 noyabr 2019-cu il tarixdə saat 09:30 radələrində ünvan 2 ünvanda baş vermiş yol nəqliyyat hadisəsi barədə Təqsirləndirilən şəxs DİN-nin “102” xidmətinə məlumat vermişdir. İş materiallarında olan «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 19 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə Nəsimi küçəsinin kəsişməsində baş vermiş, Çobanzadə küçəsi, ikitərəfli hərkət istiqamətində ibarətdir, qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti ilə işarələnmiş və Nəsimi küçəsində “Yol verin” nişanı sındırılmış vəziyyətdə müəyyən edilmişdir. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. İş materiallarında olan «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokola əlavə sxemdən görünür ki, Çobanzadə küçəsi ilə Nəsimi küçəsinin kəsişməsində Nəsimi küçəsinə aid hissədə quraşdırılmış “Yol verin” yol nişanı sınmış vəziyyətdə aşkar edilmişdir. İş materiallarında olan 4 nömrəli fotoşəkildən görünür ki, Nəsimi küçəsinə aid hissədə quraşdırılmış “Yol verin” yol nişanının sınmış qalıq hissəsi qeydə alınmışdır (bax i.v.9). İş materiallarında olan 6 nömrəli fotoşəkildən görünür ki, Nəsimi küçəsindən Çobanzadə küçəsinə daxil olan avtomobillər “Yol verin” yol nişanının tələbinə uyğun hərəkət etməklə Çobanzadə küçəsinə daxil olur (bax i.v.10). İş materiallarında olan fotoşəkildən görünür ki, Nəsimi küçəsinə aid hissədə “Yol verin” yol nişanı quraşdırılmışdır (bax i.v.164-167, 187). İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli 2/9880 saylı «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli 2/9881 saylı «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Zərərçəkmiş şəxs1 Əli oğlu ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2019-cu il tarixli 1203 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş-beyin əzilməsi, sol alın nahiyyəsinin subdural hematoması, sol bazunun qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə , yəni 19.11.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının 27 dekabr 2019-cu il tarixli 29698 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuş və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan əlavə komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 iyun 2019-cu il tarixli 8/808 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərərkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 17,4 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuş və onun hərərkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan əlavə yol-nəqliyyat hadisələri ekspertizasının 08 may 2021-ci il tarixli 8/845 saylı rəyindən görünür ki, Çobanzadə küçəsi ilə Nəsimi küçəsinin kəsişdiyi yolayrıcında Nəsimi küçəsində 2.4 “Yol verin” yol nişanının olması şəraitində Çobanzadə küçəsi ilə hərərkətdə olan nəqliyyat vasitəsi Nəsimi küçəsi ilə hərərkətdə olan nəqliyyat vasitəsinə nəzərən hərəkət üstünlüyünə malik olur. “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərərkət yolunda 2.4 “Yol verin” yol nişanının olması şəraitində həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərərkətlərində tədqiq olunan şəraitdə “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısısnı almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 13 dekabr 2019-cu il tarixli ərizəsindən görünür ki, 19 noyabr 2019-cu il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanda idarə etdiyi “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törtədiyini, hadisə zamanı avtomobildə olan Zərərçəkmiş şəxs2 xəsarət aldığını, sonuncu ilə barışdığını və ondan şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş 03.12.2019-cu il tarixli ərizəsindən görünür ki, yol hərəkəti zamanı sağlamlığına dəymiş ziyanın əvəzi Zərərçəkmiş şəxs1 tərəfindən tam ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 30.01.2020-ci il tarixli ərizəsindən görünür ki, 19 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almasında günahkar olan sürücü barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 04 fevral 2020-ci il tarixli “istintaq eksperimenti keçirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə Nəsimi küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs1 toqquşmayadək kəsişmə tinindən qət etdiyi məsafəni göstərməsi təklif olunmuş, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə kəsişmədən toqquşmayadək olan məsafəni 3 dəfə qət etməklə göstərmiş və birinci halda həmin məsafə 6 metr, ikinci halda 5,7 metr və üçüncü halda isə 5,8 metr təşkil etmişdir. İş materiallarında olan 04 fevral 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263-1-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan qüsur aktından görünür ki, “Opel Astra” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1200 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 07 fevral 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 07 fevral 2020-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 19.11.2021-ci il tarixli saat 09:11-dən 09:31-dək olan müddətdəki video görüntüyə keçirilmiş baxış zamanı görüntünün 07:41-ci saniyəsində artıq yol-nəqliyyat hadisəsinin baş verməsi öz əksini tapır və həmin görüntüdə Nəsimi küçəsinin Çobanzadə küçəsi ilə kəsişməsində “Yol ver” nişanının yerindən çıxarılaraq yolun kənarında yerə uzadılmış vəziyyətdə olması, Nəsimi küçəsində hərərkətdə olan avtomaşınlar üçün kəsişməyə daxil olmağı məhdudlaşdıran nişanın yerində olmaması müəyyən edilir. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli Əməliyyat Tapşırığından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı F.İsmayılov tərəfindən 19 noyabr 2019-cu il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı Çobanzadə küçəsi 33-37 ünvanında “Stop” yol nişanının yerində olmaması və sınmış vəziyyətdə olması aşkar edilmiş və bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolda və sxemdə qeydlər aparılmışdır. Odur ki, ünvan 2 ünvanının qarşısında quraşdırılmış “Stop” kim(lər) tərəfindən çıxarılmasının müəyyən edilməsi və nəticəsi barədə Nizami RPİ-nin İŞnə məlumat verilməsi Nizami RPİ-nin 25-ci polis şöbəsinə həvalə olunmuşdur. İş materiallarında olan Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Nizami RPİ-nin İŞ-nə ünvanlanmış 30 aprel 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanının qarşısında quraşdırılmış “Stop” yol nişanının kim tərəfindən çıxarılmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş 10 avqust 2020ci il tarixli məktubdan görünür ki, Bəkir Çonabzadə küçəsi 33-37 ünvanında qadağan edici və ya “Yol ver” yol nişanları ilə bağlı Coğrafi İnformasiya sistemində məlumat yoxdur və həmin ərazidə hər hansı nişan çıxarılmamışdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş 30 dekabr 2020ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi və Bəkir Çonabzadə küçələrinin kəsişməsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 2.4 (Dayanmadan keçmək qadağandır) və ya digər yol nişanları çıxarılmamışdır. İş materiallarında olan “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatdan görünür ki, Hyundai Sonata markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə 4547 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 06 may 2020-ci il tarixli qərardan görünür ki, Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrar Xidmətlər Agentliyi» iş üzrə zərərçəkmiş qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrar Xidmətlər Agentliyi»nin nümayəndəsi Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, zərərçəkmişin Təqsirləndirilən şəxs qarşı iddiası yoxdur. İş materiallarında olan 01 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, X2 2011-ci ildə və X3 2016-cı ildə doğulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, iş üzrə heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialalrına əlavə edilmiş və müdafiə tərəfinin təqdim etdiyi fotoşəkildən görünür ki, ünvan 2 ünvanda, ünvan 5afiq yol nişanı quraşdırılmışdır. Eyni zamanda, Bəkir Çobanzadə küçəsindən Nəsimi küçəsinə keçid yoxdur. Yalnız, Nəsimi küçəsindən Bəkir Çobanzadə küçəsinə “Yol verin” yol nişanının tələbinə əməl olunmaqla keçid vardır. Beləliklə, məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının yekun nəticələrinə əsaslanaraq hesab edir ki, əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıda qeyd olunan xüsusatları, habelə cinayətprosessual qanunvericiliyin müddəalarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquq normalarını və İnsan Hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın müddəalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X1 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış və mötəbərliyi heç bir şübhə doğurmayan sübutların məcmusu bir mənalı olaraq Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması haqqında yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların yoxlanılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq qeyd edir ki, 19 noyabr 2019-cu il tarixdə saat 09:30-da ünvan 2 ünvanda, Nəsimi küçəsi ilə kəsişmədə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş işə aid biri digərinə kifayət qədər uyğun gələn çoxsaylı mötəbər sübutlarla mübahisəsiz olaraq təsdiq olunmuşdur. Bununla əlaqədar, məhkəmə ilk öncə vurğulayır ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin baş vermiş yol-nəqliyyat hadisə ilə əlaqədar ifadələrində göstərdikləri xüsusatlara işin faktiki hallarına uyğun olaraq xüsusi diqqət yetirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hər gün hərərkət etdiyi ünvan 2 ünvanda, ünvan 7 aid edilən “Yol ver” yol nişanı heç vaxt mövcud olmamış və halhazıda da mövcud deyildir. “Yol ver” yol nişanı Nəsimi küçəsinin Çobanzadə küçəsi ilə kəsişməsində mövcud olmuş və Nəsimi küçəsi ilə hərərkət edən nəqliyyat vasitətlərinə aid edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatlar iş materiallarında olan sənədlərlə uyğunluq təşkil etmiş və təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs1 isə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ilə Çobanzadə küçəsi istiqamətində hərəkətdə olarkən, Çobanzadə küçəsi ilə kəsişməyə daxil olmasına məhdudiyyət qoyan yol hərəkəti nişanı olmadığına görə hərəkətini davam etdirib kəsişməyə daxil olmuşdur. Azərbaycan Respublikası CM-nin 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. İşdə olan sənədlərə («Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 19 noyabr 2019-cu il tarixli protokola, «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokola əlavə sxemə, iş materiallarında olan 4,6 nömrəli və digər fotoşəkillərə, 07 fevral 2020-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokola, 20 fevral 2020-ci il tarixli Əməliyyat Tapşırığına, Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Nizami RPİ-nin İŞ-nə ünvanlanmış 30 aprel 2020-ci il tarixli məktuba, Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş 10 avqust 2020-ci il və 30 dekabr 2020-ci il tarixli məktublara) əsasən ünvan 2 ünvanda, ünvan 9 olmuşdur. Belə olan halda, qanunun tələbinə əsasən Çobanzadə küçəsi ilə hərərkətdə olan nəqliyyat vasitəsi Nəsimi küçəsi ilə hərərkətdə olan nəqliyyat vasitəsinə nəzərən hərəkət üstünlüyünə malik olmuşdur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ünvan 2 ünvanda, ünvan 7 aid olan “Yol ver” yol nişanının heç vaxt mövcud olmaması və “Yol ver” yol nişanının Nəsimi küçəsinin Çobanzadə küçəsi ilə kəsişmədə mövcud olması faktının Təqsirləndirilən şəxs əvvəlcədən məlum olması fonunda onun cinayətkarcasına etinasızlıq nəticəsində cinayət əməli törətməsi faktı birmənalı şəkildə istisna edilir. Yol hərəkəti haqqında Qanunda istifadə olunan anlayışlara görə - yol hərəkəti xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur; yol hərəkətinin təşkili - nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir; yol hərəkətinin təşkilinin texniki vasitələri - yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.); yol hərəkətinin təhlükəsizliyi - yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir; avtomobil yolu - yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur; yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; nizamlanan yolayrıcı - hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; nizamlanmayan yolayrıcı - nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; üstünlük nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur; yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 63-cü maddəsinin 1-ci hissəsinə görə, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 20-ci bəndinin tövsiyyəsinə görə, CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üçtünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Qərarda həmçinin qeyd olunur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qərarda habelə vurğulanır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq, məhkəmə iş üzrə mövcud ekpert rəylərini iş materiallarına və işin faktiki hallarına uyğun şəkildə müqayisəli tədqiq edib belə qənaətə gəlir ki, 08 may 2021-ci il tarixli 8/845 saylı ekspert rəyi iş materiallarına və işin faktiki hallarına tam uyğun olduğu üçün əsas götürülməli və qiymətləndirilməlidir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, sonuncu tərəfindən yol hərərkəti haqqında qanunun 77-ci maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla yol-nəqliyyat hadisəsi törədilmişdir. Halbu ki, həmin maddənin tələbindən görünür ki, bu norma eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsünün sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğunu ehtiva edir. İş materiallarından olan və məhkəmədə tədqiq olunmuş sübutlardan görünür ki, Bakı şəhəri, Nizami rayonu ərazisindəki Bəkir Çobanzadə və Nəsimi küçələri eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına malik olan küçələr olmamış və hazırda da deyildir. Yəni, ünvan 2 ünvanda, ünvan 10ud olması (hal-hazıda da mövcuddur) belə fikir söyləməyə qəti əsas verir. Eyni zamanda müdafiə tərəfinin təqdim etdiyi fotoşəkildən görünür ki, ünvan 2 ünvanda, ünvan 11ol nişanı quraşdırılmışdır. Məhkəmə qeyd olunan hallara əsasən hesab edir ki, 19 noyabr 2019-cu il tarixdə ünvan 2 ünvanda, ünvan 12 nişanının sındırılaraq yerindən çıxarılması və ya yerində olmaması Təqsirləndirilən şəxs münasibətdə yol-hərərkəti haqqında qanunun 77-ci maddəsinin 3-cü hissəsinin tələbinin pozulması kimi nəzərə alına və cinayət-prosessual və cinayət qanununun, habelə yol hərərkəti haqqında qanunun tələblərinə zidd olaraq onun ziyanına şərh edilə bilməz. Məhkəmə, həmçinin qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması anlamına gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcələnin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcələnin 139.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Həmin Məcələnin 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcələnin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcələnin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, zərər çəkmiş şəxslərin və təqsirləndirilən şəxsin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən təqdim edilmiş ittiham sübutlarına əsasən, Təqsirləndirilən şəxs 19 noyabr 2019-cu il tarixdə saat 09:30-da ünvan 2 ünvanda, ünvan 13əyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyasından bəhs edən 21-ci maddəsində qeyd olunur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25 və 28-ci maddələrinin tələblərinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Göstərilənləri nəzərə alaraq, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, həmçinin şəxsin cinayət törətməkdə təqsirli olmasına dair qərarın mülahizələrə əsaslana bilməməsini nəzərə alıb işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunan, təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərarın əsasını təşkil edən sübutların qərarda göstərilməsinə dair qanunun tələblərini rəhbər tutaraq, məhkəmə Təqsirləndirilən şəxs 19 noyabr 2019-cu il tarixdə saat 09:30-da ünvan 2 ünvanda ünvan 14nə gəlir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində əməldə cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrində qeyd olunur ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırma zamanı sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarını ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilən maddənin tələblərini rəhbər tutaraq məhəkəmə hesab edir ki, 19 noyabr 2019-cu il tarixdə saat 09:30-da ünvan 2 ünvanda, ünvan 15 edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə aidiyyatı materiallar ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmin Məcəllənin 353.3.4-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Həmçinin həmin Məcəllənin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq, məhəkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi üzrə bəraət alması ilə əlaqədar cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah olunmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 42, 55, 346, 347, 349-350, 352-353, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. 19 noyabr 2019-cu il tarixdə saat 09:30-da ünvan 2 ünvanda, ünvan 15 edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materiallar aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-6/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-6/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver