Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-6/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1970-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 03 avqust 2021-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxxx 1970-ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 11 dekabr 2020-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Şərq yaşayış massivi 118Q ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs3, xx xxxx 1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, sonuncu dəfə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 dekabr 2005-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 326.2-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 67-ci maddələri tətbiq edilməklə, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olub bir qrup şəxs halında, Zərərçəkmiş şəxs qrup üzvü Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim etməklə, guya sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən evini sənədləşdirib satılmasını, sonuncuya bankdan ipoteka krediti almaqla Bakı şəhərində daha yaxşı şəraitli ev alınmasını təşkil edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq, aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bu adla 21 noyabr 2018-ci il tarixdə saat 11 radələrində ünvan 5 ünvanda yerləşən “Beynəlxalq Bank”ın qarşısında 10000 manat, qrup üzvü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evi dəyərindən yüksək qiymətləndirilməsi üçün “İntegris” qiymətləndirmə şirkətinin nümayəndəsinə vermək adı ilə Zərərçəkmiş şəxs ilkin olaraq 2018-ci ilin noyabr ayının təxminən 28-də ünvan 4 ünvanda 50 manat, 2018-ci ilin noyabr ayının 29-da saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının qarşısında eyni adla 250 manat, bundan sonra evin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlalakın Dövlət reyestrindən çıxarış alacaqları adı ilə qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 06 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Olimpiya stadionu” ilə üzbəüz, hava limanı istiqamətində yeraltı keçidin yaxınlığında özünə məxsus “KİA” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobildə 4000 manat, 07 dekabr 2018-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evində 3000 manat, evin lahiyəsinin çəkilməsi adı ilə 11 dekabr 2018-ci il tarixdə saat 19 radələrində ünvan 7 ünvanında yerləşən “Totu” kafesində 250 manat, daha sonra yenidən Dövlət reyestrindən çıxarış alacaqları adı ilə 16 dekabr 2018-ci il tarixdə saat 19 radələrində ünvan 8 ünvanında yerləşən “Lukoil” YDM-nin yaxınlığında 1000 manat, 21 dekabr 2018-ci il tarixdə saat 14 radələrində ünvan 9 ünvanında 2000 manat, 08 yanvar 2019-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının yaxınlığında olan kafedə 2000 manat, 23 yanvar 2019-cu il tarixdə saat 15 radələrində ünvan 7 ünvanında yerləşən “Totu” kafesində 2500 manat, 2019-cu ilin fevral ayının ortalarında, saat 19 radələrində ünvan 7 ünvanında yerləşən “Totu” kafesində 19450 manat, ümumilikdə isə 44.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb birlikdə ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Mehman ilə təxminən 2015-ci ildə qardaşı oğlu Ceyhun vasitəsilə tanış olmuşdur. Neçə aylar onunla əlaqəsi olmamışdır. Bir gün Mehman ona zəng edib görüşmək istədiyini demiş, o, razılaşmış və Binəqədi rayonu ərazisində Mehmanla görüşmüşdür. Mehman yeni təyinat aldığını, Bakıda işlədiyini, bankdan adına pul çıxarmaq istədiyini demişdir. O, Mehmana polis əməkdaşı olduğundan banka müraciət etsə ona kredit veriləcəyini demişdir. Mehman banka ödənişlərdə gecikmələri olduğunu, ona görə də ona kredit verilmədiyini bildirmişdir. O, belə olan halda kredit götürməyin mümkün olmadığını demişdir. Sonra onlar ayrılmışlar. Təxminən bir il keçəndən sonra təxminən 2018-ci ildə Mehman ona zəng edib görüşmək istədiyini bildirmiş, 2018-ci ilin noyabr ayında Mehmanla Sabunçu rayonu ərazisində Razin deyilən ərazidə görüşmüşdür. Həmin vaxt yanında tanışı Təqsirləndirilən şəxs1 da olmuşdur. O, Mehmanla Hafizi 2016cı ildə tanış etmişdir. Onlar biri-birini tanımışlar. Mehman yenə maddi imkanı olmadığını, bankdan pul çıxarmaq istədiyini demişdir. O, yenə də bankda gecikmələri olduğu üçün Mehmana pul verilməyəcəyini bildirmişdir. Mehman qardaşı oğlu olduğunu və adının təmiz olduğunu, neft sahəsində işlədiyini və 1200 manat əmək haqqı aldığını, adına Beynəlxalq bankda 10000 manat kredit olduğunu, qardaşı oğluna 20000 manat kredit vermək üçün zamin tələb olunduğunu demişdir O da, tanışı Elmanı zamin qoymaq üçün Elmana zəng etmiş, tanış adama zamin durmaq lazım olduğunu, təxminən 3 aya kreditin bağlanacağını demişdir. Elman onunla razılaşmış və Sabunçu rayonu ərazisində yerləşən Beynəlxalq banka gəlmişdir. O da, Mehman və Hafizlə həmin yerə yaxın yerdə olmuş, Mehman da qardaşı oğluna zəng edib çağırmışdır. Mehmanın qardaşı oğlu, zamin Elmanla birlikdə banka girmiş, bir müddətdən sonra Mehmanın qardaşı oğlu əlində pul götürüb gətirib Mehmana vermişdir. Orada bank xərcini çıxdıqdan sonra nə qədər qaldığını bilməmişdir. Mehman həmin vaxt öz maşınında oturmuşdur. O da, Hafiz və Elmanla Hafizin maşınının yanında durmuşlar. Mehmanın qardaşı oğlu Mehmanın maşınında pulu sayıb Mehrrana verəndən sonra Mehman maşından düşüb onların yanına gəlmiş, qardaşı oğlunun adına başqa bankdan bir də kredit çıxarmağın mümkün olub-olmadığını soruşmuşdur. O, Mehmana qardaşı oğlunun adına indi pul çıxarıldığını, ona heç kimin kredit verməyəcəyini demişdir. Mehman evini satmağın mümkünlüyünü soruşmuş, o, evini satmaqdansa həmin evi qohunmlarının adına ipotekaya salıb pul çıxarmasını və problemini həll etməsini demişdir. Mehman evinin sənədlərinin olmadığını bildirmişdir. O, bir nəfərin olduğunu, istəsə həmin şəxs onun evinə çıxarış düzəltməyə kömək edə biləcəyini söyləmişdir. O, həmin vaxt Hafizdən tanışı Fazil adlı şəxsə deməsini, Mehmanın evinin çıxarışının alınmasına kömək etməsini xahiş etmişdir. Hafiz Fazilə zəng edib görüş yeri təyin etmişdir. Mehman bankın qarşısında Elmana vermək üçün Hafizə 700 manat pul vermişdir. Sonra Mehman qardaşı oğlu ilə getmişdir. Hafiz, o və Elman Hafizin maşınında Neftçilər metrosunun yaxınlığına gəlmişlər. Hafiz də onun gözünün qarşısında 700 manat pulu “Neftçilər" metrosunun qarşısında Elmana vermiş və Elmanı düşürmüşlər. Sonra onlar da öz işlərinin dalınca getmişlər. Həmin gün o, Hafiz, Mehman və Fazil Nizami rayonu ərazisində “Totu” kafesində görüşmüşlər. X14 qəsəbəsi, Yesenin küçəsində yerləşən evinin çıxarışını almaq üçün 10000 manat pul lazım olduğunu demiş, ilkin olaraq 7500 manat, 2500 manat isə çıxarışı aldıqdan sonra verməli olduğunu, sənədlərin hazırlanması üçün onunla bir-iki yerə getməli olduğunu demişdir. Mehman vaxtının olmadığını bildirdikdə Fazil ona etibarnamə verməsini, gedib Mehmanın adından sənədləri özü toplayacağını demişdir. Mehman razılaşmışdır. Səhəri gün o, Mehman maşınsız olduğu üçün Mehmanı yaşadığı evə aparmış, Hafiz və Fazil də onlarla getmişlər. Mehman onları evə düşürüb evi göstərmişdir. Onlar düşüb evə baxmışlar. Sonra o, işi olduğu üçün şəhərə qayıtmışdır. Hafizlə Fazil isə Mehmanla birlikdə qalmışlar. Sonra eşitdiyinə görə Mehman notariusda Fazilə onun əvəzində evinin sənədləşmə işlərində iştirak etmək üçün etibarnamə vermişdir. Bir neçə gün sonra Mehman ona zəng edərək “Ekspress bank”dan 4000 manat pul çıxardığını, həmin pulun 3000 manatını Fazlə Fazilə çatdırmaq üçün ona vermək istədiyini demişdir. Həmin vaxt onun maşınını Hafiz ida'Ə etmişdir. Sabunçu rayonu ərazisində, "Olimpiya satadionu”nun yaxınlığında, üzü Mərdəkan istqamətinə gedən yolda, onun maşınının içərisində Mehman 3000 manat pulu ona vermiş, o, pjlu sayıb götürmüşdür. Mehman həmin yerə tək gəlmişdir. O və Hafiz həmin pulu həmin gün aparıb Təqsirləndirilən şəxs3 yaşadığı evdə Fazilə vermişlər. Bir dəfə 2018-ci ildə 1000 manat pulu Xətai rayonu, 37-ci PB-nin kafesində Mehman Hafizə vermiş, bir dəfə 1000 manat pulu Mehman Hafizin yaşadığı evin yaxınlığında "Lyukoil” yanacaqdoldurma məntəqəsinin yanında Hafizə vermişdir. Bir dəfə də Nizami rayonu ərazisində “Totu" kafesində Mehman 2500 manat pulu onların yanında özü Təqsirləndirilən şəxs3 vermişdir. Fazil həmin vaxt yaxın zamanlarda Zərərçəkmiş şəxs evinin çıxarışının hazır olacağına söz vermişdir. Bir neçə gündən sonra Fazil Xəzər rayonu İcra hakimiyyətinin başçısının işdən çıxdığını, həmin vəzifənin boş olduğunu, ona gerə də sənədləşmənin ləngidiyini bildirmişdir. O və Hafiz işin ləngidiyini görüb Fazildən onlara 2300 manat borc pul verməsini xahiş etmişlər. Deyilən vaxt pulu qaytaracaqlarını demişlər. Fazil 1150 manat ona, 1150 manat da Hafizə borc pul vermişdir. Təxminən 10-15 gün keçəndən sonra Mehman tanışı olan Şahid13 adlı şəxslə gəlib onlarla görüşmüş, onlarda olan 2300 manatı qaytarmağı, özləri Fazil ilə sənədləşmə işini həll edəcəklərini bildirmişlər. Eşitdiyinə görə səhəri gün Hafiz Sumqayıt şəhərində 1150 manat pulu Şahid13 vermişdir. O da, götürdüyü 1150 manat puldan 950 manatını Şahid13, 200 manatını isə Mehmanın özünə vermişdir. Mehman artıq ona olan borcunun bitdiyini bildirmişdir. Bir neçə dəfə Mehmanla görüşmüş və onunla birlikdə məclislərdə olmuşdur. Bir müddət keçəndən sonra Bakı şəhər BPl-dən ona zəng olunmuş, Mehmanın onlardan şikayət etdiyi bildirilmiş və onları izahat vermək üçün çağırmışlar. O da, Hafiz ilə gedib izahat vermişlər. Həmin vaxtdan bir müddət keçəndən sonra Abşeron RPŞ-dən Hafizə zəng gəlmiş, Zərərçəkmiş şəxs və Şahin adlı şəxsin ondan və Təqsirləndirilən şəxs1 şikayət etdiyi bildi'ilmişdir. Həmin vaxt araşdırma getmiş, araşdırma zamanı sübut olunmuşdur ki, Şahin adlı şəxs Zərərçəkmiş şəxs qaynıdır. Mehmanın öyrətməsi ilə onlara şər və böhtan atır. Bununla da Mehmanın onlara qarşı qərəzli olması bir daha görünmüşdür. Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən evinin sənədləşməs üçün 7500 manatdan əlavə heç bir məbləğdə pul alınmamışdır. Həmin pulun 3000 manatını Fazüə vermək üçün şəxsən ona, 2000 manatını Hafizə vermişdir. 2500 manatını isə onların yanında “Totu” kafesində şəxsən Fazilə vermişdir. Mehman Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 26-da yerləşən “Beynəlxalq Bankın” qarşısında onlara 10000 manat pul verməmişdir. Onun yanında İntegris” qiymətləndirmə şirkətinin nümayəndəsi Xətai adlı şəxsə 50 manat pulu Mehmanın oğlu vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə «Exspress bankadan kredit yolu ilə başqa şəxsin adına götürdüyü 4000 manat pul götürdüyünü, 1000 manat pulu adına götürdüyü şəxsə verdiyini, yerdə qalan 3000 manatı bildirdiyi kimi onlara vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87-də yerləşən fərdi evdə oğlu Elgünün, həyat yoldaşı Şəfanın və bacanağı Nicat Sadirovun iştirakı ilə onlara 3000 manat pul verməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə saat təxminən 14 radələrində işlədiyi ünvan 10 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin kafesində qaynı Şahinin iştirakı ilə 2000 manat pul deyil, onun yanında Fazilə vermək üçün Hafizə 1000 manat pul vermişdir. Mehman xx.xx.2019-ci il tarixdə saat təxminən 15 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Sevinc" kinoteatrının yaxınlığında olan kafedə 2000 manat pulu bacanağı Nicat, qaynı Şahin və oğlu Elgünün iştirakı ilə ona verməmişdir. xx.xx.2019-cu il tarixdə Mehman kreditlə “Magnit” mağazasından 6260 manat dəyərində olan məişət avadanlıqlarını götürüb, Hafiz və onun gətirdiyi Rəşad adlı şəxsin vasitəsilə məbləğindən aşağı qiymətə, yəni 1600 manata satdırıb, Rəşad adlı şəxsə 100 manat pul verdikdən sonra yerdə qalan 1500 manat pulun üzərinə özü ilə gətirdiyi 1000 manat pulu da qoyaraq ümumilikdə 2500 manat pulu saat təxminən 15 radələrində ünvan 12 ünvanında yerləşən “Totu” kafesində onlara deyil, onların yanında 2500 manatı Fazilə vermişdir. Mehman 2019-cu ilin fevral ayının ortaları, təxminən 19 radələrində ünvan 12 ünvanında yerləşən “Totu" kafesində qaynı Şahin, bacanağı Nicat və oğlu Elgünün iştirakı ilə 19450 manat pul verməmişdir. Mehmanın evinin sənqədləşməsi üçün ilkin olaraq verdiyi 7500 manat puldan, Fazil sənədləşmə işinin ləngidiyini bildirdikdə, o və Hafiz Fazildən borc pul istəmişlər. Sənədləşməyə pul lazım olanda qaytaracaqlarını demişlər. Fazil də 1150 manat ona, 1150 manat Hafizə olmaqla ümumilikdə 2300 manat borc vermişdir. Onlar da, sonradan həmin pulu Mehmanın yaxını Şahid13 vasitəsilə Mehmana qaytarmışlar. Zərərçəkmiş şəxs tərəfindən istintaqa disk təqdim edilmiş 01 (bir) ədəd CD diskə onun iştirakı ilə baxış keçirilmişdir. CD diskdə olan səsyazmadakı səslər ona və Zərərçəkmiş şəxs məxsusdur. Bəli onlar Mehmanla danışmışlar. Bakı şəhər BPİ- də yazdığı izahatda aralarında olan ilkin razılaşmaya görə Zərərçəkmiş şəxs evinə çıxarışın alınmasının 10000 manata həll olunacağını bildirməsi, hazırki ifadəsində isə sənədləşmə üçün 7500 manata razılaşdıqlarını bildirməsi barəcə qeyd etmişdir ki, Fazil sənədin düzəlməsi üçün 10000 manat demiş, 7500 manat nağd, 250C manat da iş qurtardıqdan sonra verməli olduğunu demişdir. Ona görə də izahatında onu qeyd etmişdir. 2018-ci və 2019-cu illərdə evlərin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınması, hər hansı bankda ipoteka yolu ilə alqı-satqısının həyata keçirilməsi ilə əlaqədar heç səlahiyyəti olan orqanlarda çalışmamış, həmin vaxtlar heç bir yerdə işləməmiş və heç bir vəzifəsi olmamışdır. Sonda Təqsirləndirilən şəxs2, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl, dostu Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olmuşdur. 2018-ci ilin axırlarında dostu Təqsirləndirilən şəxs2 tanıdıqları Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayıb, Zərərçəkmiş şəxs evinin çıxarışının alınmasına kömək edə bilib-bilməməsini soruşmağı ondan xahiş etmişdir. O, razılaşmış və Fazilə zəng etmişdir. Fazil sənədləri görməyincə söz verə bilməyəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs onun oğlunu polisə düzəltməyə söz verdiyini, ona görə də Mehmana kömək etməsini Təqsirləndirilən şəxs3 xahiş etmişdir. Təxminən 1-2 gün sonra 2018-ci ilin noyabr ayında o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs, səhv etmirsə Bakıxanov qəsəbəsində hazırda adını unutduğu bir kafedə görüşmüşlər. Həmin yerdə Fazil Zərərçəkmiş şəxs ilə danışmış və ona etibarnamə verməsini, etibarnamə əsasında icra hakimiyyətindən nümayəndə gətirib yerində evə baxılacağını demişdir. Mehman razılaşmışdır. X19 yaşadığı evə gedib, Mehmanla görüşmüşdür. Həmin vaxt Fazilin kiminlə getdiyini bilmir. Mehman Fazilə etibarnamə vermiş, Fazil sənədin düzəlməsinə 7500 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bir dəfə 2018ci ilin axırlarında Xətai rayonu, 37-ci PB-nin kafesində 1000 manat pulu Ruslan ilə ona, Qaraçuxur qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında 1000 manat pulu şəxsən ona, Sabunçu rayonu ərazisində, “Olimpiya satadionu”nun yaxınlığında, üzü Mərdəkan istiqamətinə gedən yolda, onun maşınının içərisində 3000 manat pulu isə Ruslan və ona vermişdir. Həmin vaxt pulu Ruslan sayıb götürmüş, Mehman həmin yerə tək gəlmişdir. O və Ruslan həmin pulu aparıb Təqsirləndirilən şəxs3 yaşadığı evdə Fazilə vermişlər. 2500 manat pulu isə Nizami rayonu ərazisində “Totu” kafesində onun və Ruslanın iştirakı ilə Mehman şəxsən Təqsirləndirilən şəxs3 vermişdir. Fazil həmin vaxt yaxın zamanlarda Zərərçəkmiş şəxs evinin çıxarışının hazır olacağına söz vermişdir. Bir neçə gündən sonra Fazil Xəzər rayonu İcra hakimiyyətinin başçısının işdən çıxdığını, həmin vəzifənin boş olduğunu, ona görə də sənədləşmənin ləngidiyini biildirdikdə o və Ruslan işin ləngidiyini görüb Fazildən onlara 2300 manat borc pul verməsini xahiş etmişlər. Deyilən vaxt pulu qaytaracaqlarını demişlər. Fazil 1150 manat ona, 1150 manat da Ruslana borc pul vermişdir. Təxminən 10-15 gün keçəndən sonra Mehman tanışı olan Şahid13 adlı şəxslə gəlib onunla görüşmüş, onlarda olan 2300 manatı qaytarmağı, özləri Fazil ilə sənədləşmə işini həll edəcəklərini bildirmişlər. Səhəri gün o, Sumqayıt şəhərində 1150 manat pulu Şahid13 vermiş, Şahid13 sabahı gün Mehmanın ona iradı olmayağını soruşmuşdur. Şahid13 Mehmanın ona qarşı heç bir iradı olmayasağını bildirmiş, əgər olsa gəlib öz sözünü deyəcəyini söyləmişdir. Eşitdiyinə görə Ruslan da götürdüyü 1150 manat pulu Şahid13 vermişdir. Həmin vaxtdan sonra Mehman ilə Fazil arasında daha sıx münasibətlər yarandığına görə onların işlərinə qarışmamışdır. Bir neçə dəfə Mehmanla görüşmüş və onunla birlikdə məclislərdə olmuşdur. Həmin vaxtlar da Mehman ona heç bir iddiasının və tələbinin olmadığını bildirmişdir. Bir müddət keçəndən sonra Bakı şəhər BPİ-dən ona zəng olunmuş, Mehmanın onlardan şikayət etdiyi bildirilmiş və onları izahat vermək üçün çağırmışlar. O da, Ruslan ilə gedib izahat vermişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra Abşeron RPŞ-dən ona zəng gəlmiş, Zərərçəkmiş şəxs və Şahin adlı şəxsin ondan və Təqsirləndirilən şəxs2 şikayət etdiyi bildirilmişdir. Həmin vaxt araşdırma getrrrş, araşdırma zamanı sübut olunmuşdur ki, Şahin adlı şəxs Zərərçəkmiş şəxs qaynıdır. Mehmanın öyrətməsi ilə onlara şər və böhtan atmışdır. Həmin araşdırmanın nəticəsi barədə qərarın surətini istintaqa təqdim edir. Bununla da Mehmanın ona qarşı qərəzli olması bir daha görünmüşdür. Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən evinin sənədləşməsi üçün 7500 manatdan əlavə heç bir məbləğdə pul alınmamışdır. Əlavə olaraq, xx.xx.2018-ci il tarixdə təxminən saat 11 radələrində ünvan 5-da yerləşən “Beynəlxalq Bankın1’ qarşısında bankdan 10000 manat pul götürülən zaman orada olmamış, amma tarışı Elman adlı şəxsi Mehman ilə tanış etmişdir ki, Mehmana zamin dursun. O və X17 rayonu ərazisində “Faxralı” kafesinin yaxınlığında görüşmüş, Elmanın maşını kafenin qarşısında qalmış, Ruslan, Elman və o, birlikdə onun avtomobilində Bakı şəhəri, Sabunçu raycnu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 26-da yerləşən “Beynəlxalq Bankın" qarşısına getmişlər. Orada Mehman ilə Elmanı tanış etmişlər. Mehman və Elman orada nə danışıb danışmadığını bilmir. Mehman və Elçin onun maşınına oturmayıb, nə də ona heç bir məbləğdə pul verməyib. Sonra Elman ona demişdir ki, o, Mehmanla razılaşmış, qardaşı oğlu Elçinə zamin durmuş, Mehman da ona 700 manat pul vermişdir. Sonra o, Elmanı gətirib Nizami rayonu ərazisində maşınının yanında düşürüb getmişdir. O, Elmana heç bir məbləğdə pul verməmişdir. 2018-ci ilin noyabr ayının 28-də İntegris" qiymətləndirmə şirkətinin nümayəndəsi ilə birlikdə Mehmana məxsus evə getməmiş, oğlundan pul almamış, qiymətləndirmədə də iştirak etməmiş, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının qarşısında da Mehmanla görüşməmiş və pul almamışdır. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 daşınmaz əmlak komitəsində işlədiyini deməmişdir. Sadəcə Fazilin bir dəfə onun da qohumunun evinin çıxarışının alınmasında kömək etdiyini demişdir. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə «Exspress bank»dan kredit yolu ilə başqa şəxsin adına götürdüyü 4000 manat pulu deyil, 3000 manat pulu Sabunçu rayonu ərazisində "Olimpiya satadionu"nun yaxınlığında üzü Mərdəkan istiqamətinə gedən yolda maşının içərisində sayıb Ruslana vermişdir. Həmin vaxt pulu Ruslan sayıb götürmüş, Mehman həmin yerə tək gəlmişdir. O və Ruslan Fazilin evinə getmişlər. Həmin pulu Ruslan Təqsirləndirilən şəxs3 yaşadığı evdə Fazilə vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87-də yerləşən fərdi evdə cğlu Elgünün, həyat yoldaşı Şəfanın və bacanağı Nicat Sadirovun iştirakı ilə Fazilə, Ruslana və ona heç bir məbləğdə pul verməmişdir. O, Mehman və Fazili Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat kantoruna aparmış, Mehman Fazilə etibarnamə vermiş, sonra o, Fazili gətətirib evində düşürüb getmişdir. 11 dekabr 2018-ci il tarixdə axşam saat 19 radələrində Mehmana evin lahiyəsinin çəkilməsii ilə əlaqədar 250 manat pul lazım olduğunu deməmiş və ondan “Totu" kafesində bu məqsədlə pul alınmamışdır. Fazil kimə nə verib o, bilir. 2018-ci ilin dekabr ayının ortaları ***-***-**-** mobil nömrəli telefonla Mehmanla əlaqə saxlayıb, təkrarən Xəzər rayon İcra Hakimiyyətinin və DƏDR xidmətinin nümayəndəsinin ona məxsus evə gələcəklərini deməsi, DƏDR xidmətinin işçisi kimi təqdim etdiyi Fazilin növbəti dəfə yanında tanımadığı bir kişi və xanımla ona məxsus evə gəlib, evdə və həyətdə çəkiliş aparması, Fazilin həmin şəxslərin Xəzər rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən göndərdiyini bildirməsi, Xəzər rayon lahiyyə tikinti MMC-si tərəfindən lahiyyə hazır olduqdan sonra, qısa bir müddətə evin və torpağın çıxarışının hazır olacağını bildirməsi onun yadında qalmamışdır. Zərərçəkmiş şəxs evinin sənədləşməsi üçün o, heç vaxt 44000 manat pulun lazım olmasını eşitməmişəm və ondan heç vaxt evin sənədləşməsi üçün pulun yarısı istənilməyib. Ancaq Mehman 1000 manat pulu Qaraçuxur qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında şəxsən ona vermişdir. Həmin vaxt oğlu orada olmamışdır. xx.xx.2018-ci il tarixdə ünvan 13 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin kafesində Mehman onunla Ruslana 2000 manat pul deyil, 1000 manat Ruslan ilə ona vermişdir. xx.xx.2019-ci il tarixdə saat təxminən 15 radələrində Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının yaxınlığında olan kafedə Mehman heç kimə pul verməmişdir. O, görməmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində xx.xx.2019-ci il tarixdə saat təxminən 15 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının yaxınlığında olan kafedə Mehmanın Fazilə pul verməsini, nə də Fazilin iş düzəlmi' deyə Mehmana pul qaytarmasını görməmişdir. Sənədlərin düzəlməsi məsələsini Fazil Mehmana söz vermişdir. Fazil bir dəfə ona və Ruslana zəng edərək Mehmanı təbrik etmələrini, ysxın müddətdə onun sənədləri hazır olacağını bildirmişdir. Həmin vaxt Mehman ona zəng edəndə o, Fazilin dediklərini Mehmana bildirmişdir. Ruslan və onun yanında Mehman Rəşadı görrrüş, tanış çıxmışlar. Həmin vaxt Mehman Rəşadla danışmışdır. Nə danışdıqlarını bilməmişdir. Sorradan Mehmandan eşitmişdir ki, kreditlə “Magnit” mağazasından məişət avadanlıqlarını çıxarıb. Həmin avadanlıqları neylədiyini bilmir. Rəşad həmin vaxt gətirib Mehmana pul verdiyini görmüşdür. Lakin sayını bilməmişdir. Mehman cibindən də pul çıxarıb onun üstünə qoyub saymışdır. Cnda bilmişdir ki, 2500 manat pul var. Həmin vaxt Mehman 2500 manatı onlara uzatmış, o, sənəd düzəldənin Fazil olduğunu, pulu özünə verməsini bildirmişdir. Mehman da «Totu» kafesində 2500 manat pulu Fazilə vermişdir. Ümumiyyətlə o, Ruslan, Fazil və Mehmanın iştirakı ilə “Totu” kafesində olan zaman heç vaxt ora Mehmanın oğlu Elgün, qohumları Şahin və Nicat ora gəlməmişlər. Həmin vaxt 19450 manat pul heç kimə verilməyib. O, ümumiyyətlə Nicat adlı adamı tanımır. Eyni zamanda onunla Mehman arasında olan danışqlar Mehman tərəfindən diskə yazılıb, həmin danışıqları dinləyərkən evin sənədləşdirilməsi ilə əlaqədar heç vaxt nə 19450 manatdan, nə də 44500 manatdan söhbət getmir. Həmin diskdə 2300 manatdan söhbət gedir. Fazil sənədləşmə işinin ləngidiyini bildirdikdə, o və Ruslan Fazildən borc pul istəmişlər. Sənədləşməyə pul lazım olanda qaytaracaqlarını demişlər. Fazil də 1150 manat ona, 1150 manat Ruslana olmaqla ümumilikdə onlara 2300 manat borc pul vermişdir. Onlar da sonradan həmin pulu Mehmanın yaxını Şahid13 vasitəsilə Mehmana qaytarmışlar. Müdafiəçisi olmuş Orxan Kəngərli tərəfindən istintaqa təqdim edilmiş 01 (bir) ədəd CD diskə onun iştirakı ilə baxış keçirilmişdir. Birinci diskdə olan səslər ona, Zərərçəkmiş şəxs və özünün oğlu Cəfərə məxsusdur. Həqiqətəndə onlar üçü Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən bir kafedə görüşüb, oturub söhbət etmişlər. Həmin vaxt aralarında baş tutmuş söhbətin səs yazısıdır. Həmin söhbət zamanı Mehman ona DİN-nin müxtəlif idarələrinə işə qəbul olunmaq istəyən şəxsin yaş həddini, fiziki kriteriyalarını və digər məlumatları izah edir. Mehman ondan 12000 manat pul istəmiş, o da, razılaşmışdır. Həmin söhbət Mehmanın evinin sənədləşmə işinin başlanğıc ərəfələrində olmuşdur. Həmin vaxt oğlu bu səsi yazmış, onun xəbəri olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 (bir) ədəd CD diskə onun iştirakı ilə baxış keçirilmişdir. CD diskdə olan səsyazmadakı səslər ona, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsusdur. Bəli onlar Mehmanla danışmışlar. O, Mehmanın bir tanışı kimi Fazilin ya evin sənədini düzəltməsini, ya da pulunu qaytarmasını istəmişdir. Bakı şəhər BPİ-də yazdığı izahatda aralarında olan ilkin razılaşmaya görə Zərərçəkmiş şəxs evinə çıxarışın alınmasının 10000 manata həll olunacağını bildirməsi, sonradan məsələ alınmadığına görə Fazilin bu məsələni Bakı şəhər İcra Hakimiyyəti vasitəsilə həll edəcəyin deyərək əlavə 1000 manat olmaqla, cəmi 11000 manata razılığa gəldiklərini, hazırki ifadəsində isə sənədləşmə üçün 7500 manata razılaşdıqları barədə ziddiyyət barədə qeyd etmişdir ki, Fazil sənədin düzəlməsi üçün 7500 manat demişdir. Mehman da bildirmişdir ki, sənəd düzəlsin 10000 manat verəcək, ona görə də izahatında onu qeyd etmişdir. 2018-ci və 2019-cu illərdə evlərin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınması, hər hansı bankda ipoteka yolu ilə alqı-satqısının həyata keçirilməsi ilə əlaqədar səlahiyyəti olan orqanlarda çalışmamış, həmin vaxtlar heç bir yerdə işləməmiş və heç bir vəzifəsi olmamışdır. Sonda Təqsirləndirilən şəxs1, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanışı olan Təqsirləndirilən şəxs1 vasitəsilə 2018-ci ilin axırlarında tanımışdır. Sonradan Hafizin vasitəsilə Təqsirləndirilən şəxs2 da tanımışdır. Təqsirləndirilən şəxs1 onlara gəlib Mehman adlı polis əməkdaşı olduğunu, yaxşı insan olduğunu, oğlunu işə düzəltməyə kömək edəcəyinə söz verdiyini bildirmiş, lakin Mehmanın evinin sənədlərini hazırlamaq və çıxarış almaqda kömək etmək lazım olduğunu demişdir. Hafiz onun ev sənədlərini hazırlamaq üçün tanışları olduğunu bilmişdir. O, Hafizə xəstə olduğunu, gedib gələ bilmədiyini bildirdikdə, Hafiz kömək edib sənədləri hazırlasa, ona da hörmət edəcəklərini demişdir. O, hazırda xatırlamadığı bir nəfər şəxslə maraqlandıqda ona bu işə görə 7000 manat pul lazım olduğunu bildirmişlər. O, Hafizə zəng edib görüşmüş və Mehmanın evinin sənədlərinin hazırlanması üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. Bir neçə vaxt keçəndən sonra Hafizlə görüşüb Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvana gəlmişlər. O, evin sənədlərinin hazırlanması üçün lazımi təşkilatlarda çıxış etmək üçün Mehmannın ona etibarnamə verməli olduğunu bilmişdir. O, Mehmanla görüşüb söhbət edən zaman Mehmana qiymət deməmişdir. X15 söhbət etmişdir. Hətta sonra Hafizin Mehmana 10000 manat pul lazım olduğunu bildirdiyini eşitmişdir. Onlar birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat kantoruna getmişlər. Mehman onun adına etibarnamə vermişdir. Hafiz bu işlərə görə ilkin olaraq öz cibindən 3000 manat pul çıxarıb ona vermişdir. Sonra o, gedib evin lahiyəsini çıxartdırmışdır. Bunun üçün lahiyə çəkənə 300 manat pul vermişdir. 7000 manat pulun qalan 4000 manatı ödənilən kimi sənədlərin hazır olacağını Hafizə bildirmişdir. Hafiz Mehmanla danışacağını demişdir. Hafiz Mehmanın Bakı şəhərində olmadığını, bir neçə günə gələcəyini, pullların hazır olmadığını bildirirərək vaxtı uzatmağa başlamışdır. Yalnız bundan sonra o, Mehmanın telefon nömrəsini Hafizdən alıb Mehmanla əlaqə saxamış, Mehman evinin sənədlərinin hazırlanması üçün Hafizlə razılaşdığı 10000 manat pulu tam olaraq Hafizə verdiyini bildirmişdir. Bu zaman o, evin sənədlərinin hazırlanması üçün Hafizin Mehmandan 10000 manat pul aldığını öyrənmişdir. O, Mehmana Hafizin ona 3000 manat pul verdiyini demişdir. Bundan sonra Mehman ilə onun, Hafizin və Ruslanın arasında narazılıq yaranmışdır. Bundan sonra o, özü Mehmanla əlaqə saxlayıb müxtəlif yerlərdə görüşməyə baş!amış, lakin pulun qalan 4000 manatı ona verilmədiyindən evin sənədlərini hazır edə bilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi, xx.xx.2018-ci il tarixdə təxminən saat 11 radələrində ünvan 5-da yerləşən “Beynəlxalq Bankın” qarşısında 10000 manat pulu Hafizə verməsi zamanı orada olmamışdır. Həmin ərəfədə o, ümumiyyətlə Mehman ilə tanış olmamışdır. Lakin sonradan aralarında narazılıqlar yarandıqda Mehman ona «Beynəlxalq Bank»dan 10000 manat pul götürüb Hafizə verdiyini demişdir. Hafiz, Ruslan, o və Mehman arasında olan söhbətlər zamanı Mehman 20000 manat bankdan pul götürüb Hafizə verdiyini bildirəndə, Hafiz həmin pulu aldıqlarını etiraf etmiş və həmin pulun 10000 manatını Mehmanın qardaşı oğlu Elçinin adına olan krediti bağladıqlarını bildirmişdir. Yerdə qalan 10000 manatın isə aralarında olan ipoteka işləri üçün xərcləndiyini bildirmişdir. O, ipoteka işinə qarışmamışdır. O, ancaq Mehmanın evinin çıxarışını almaqda kömək edəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanda yerləşən evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınmasında köməklik edəcəyinizə söz verərkən o, Daşınmaz Əmlak Komitəsində işlədiyini deməmişdir. Həmin ərəfədə o, heç bir yerdə işləməmişdir. Aralarında narazılıq olanda o, Mehmana Daşınmaz Əmlak Komitəsində işlədiyini demədiyini bildirmiş, Hafizin isə Mehmana bu barədə deməsindən məlumatı olmamışdır. Sonradan o, Hafizdən nəyə görə onu Mehmana Əmlak Məsələləri Komitəsinin əməkdaşı kimi təqdim etdiyini scruşmuş, Hafiz isə Mehmanı inandırmaq və işin getməsi üçün onu elə təqdim etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayının 28-də “İntegris" qiymətləndirmə şirkətinin nümayəndəsi ilə birlikdə ona məxsus evə baxış keçirən zaman oğlu Elgünün Ruslan və Hafizə 50 manat pul verib yola saldıqdan sonra növbəti gün, yəni 2018-ci ilin noyabr ayının 29-da şəxsən Mehmanın torpağın qiymətləndirilməsi üçün şirkətə ödənilməsi məqsədilə razılaşdıqları 300 manat puldan yerdə qalan 250 manatı axşam saatlarında, təxminən 18 radələrində Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ‘Sevinc” kinoteatrının qarşısında Ruslan və Hafizlə görüşüb verməsindən onun xəbəri olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən «Exspress bank»dan kredit yolu ilə başqa şəxsin adına götürdüyü 4000 manat pulu həmin tarixdə qardaşı oğlu Elçinin yanında, Sabunçu rayonu ərazisində yerləşən «Olimpiya stadionu» ilə üzbə-üz, hava limanı istiqamətində yeraltı keçidi keçdikdən sonra Ruslana məxsus **-HP-*** nömrəli ağ KİA markalı avtomobilə əyləşib Ruslanın yanında Hafizə verməsi, həmin vaxt maşında aldıqları 4000 manat pulun 100 manatını özlərinə, 300 manatını isə «Express bank»ın tank mütəxəssisinə çatacağını bildirmələri barədə qeyd etmişdir ki, o, həmin zaman orada olmamışdır. Bu barədə Mehman ilə Hafiz və Ruslan söhbət edərkən eşitmişdir. Həmin zaman Hafiz və Ruslan bu məbləği aldıqlarını etiraf etmişlər. O, Zərərçəkmiş şəxs Hafizə 3000 manat pul verməsini görməmiş, lakin həqiqətən də notariat kontorunda etibarnamə verildikdən sonra Hafiz ertəsi gün ona işləri görmək üçün yuxarıda qeyd etdiyi kimi 3000 manat pul vermişdir. Həqiqətən də o, Mehmanın evinin sənədləşməsini aparmaq üçün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmiş, onu qəbul edən Tural müəllim adlı şəxs bir əməkdaşa, sonradan adını Şahid1 Bəhman oğlu olmasını bildiyi şəxsə onun qeyd etdiyi ünvana baxış keçirməsini tapşırmışdır. Onlar Ələmdara məxsus 10- VJ-221 nömrəli Nissan markalı avtomobillə Meımanın yaşadığı evə gələrək, ona məxsus evə və həyətə baxış keçirmişlər. Lakin Ruslan və Hafizin evin lahiyəsinin çəkilməsi üçün 250 manat pul almaları barədə bilməmişdir. O, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Tural adlı şəxsi və Şahid1 Bəhman oğlunu birinci dəfə idi ki, görmüş, onlara heç bir məbləğdə pul verməmişdir. Həmin şəxslər də ona Mehmanın torpağı üçün sənədlərin düzəlməsinə kömək edəcəkləri barədə heç bir vəd verməmişlər. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə təxminən saat 19 radələrində Hafizin Su'axanı rayonunda yaşadığı evin yaxınlığında olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ehtibar Bəkirov küçəsi 12 ünvanında yerləşən “Lyukoil YDM” -nin yanında oğlu Elgünlə birlikdə Hafizə 1000 manat verdiyini qeyd etdiyi görüşdə iştirak etməmişdir. Bu barədə sonradan Mehman cna demişdir. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə saat təxminən 14 radələrində işlədiyi ünvan 15 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin kafesində qaynı Şahinin iştirakı ilə 2000 manat pulu Ruslana verdiyi görüşdə iştirak etməmişdir. Bu barədə sonradan Mehman ona demişdir. Zərərçəkmiş şəxs Gülaça oğlunun xx.xx.2019-ci il tarixdə saat təxminən 15 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Sevinc" kinoteatrının yaxınlığında olan kafedə 2000 manat pulu bacanağı Nicat, qaynı Şahin və oğlu Elgünün iştirakı ilə Ruslana verdiyi vaxt orada olmuşdur. Lakin Mehman 2000 manat pulu Ruslana deyil Hafizə vermişdir. O, həmin vaxt Mehmana işin düzəlmədiyini bildirmiş, pulu verməməsini demişdir. Hafiz isə pulu ona verərək bir daha cəhd etməsini xahiş etmişdir. O, bir daha Mehmanın evinin sənədləşmə işi ilə maraqlanmış, heç bir nəticə olmadığından həmin 2000 manat pulun üzərinə ilkin olaraq ona verilmiş 3000 manat puldan 1000 manatını qoyub Suraxanı dairəsi deyilən yerdə Mehmana ümumilikdə 3000 manat qaytarmışdır. Ona ümumilikdə verilmiş 5000 manat puldan onda 2000 manat pul qalmışdır. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi, bir müddət keçəndən sonra sənədlərin düzəlmədiyindən narahat olmağa başladıqda, danışılan müddətə sənədlər hazırlanıb təqdim edilmədiyi üçün ona təkrarən narazılığını bildirib pulunu geri istədikdə, mobil telefon vasitəsi ilə onların yanında zəng edərək kiminləsə danışması və Xəzər rayon icra Hakimiyyətinin birinci müavini Elşən müəllimlə və DƏDR Xidmətinin vəzifəli şəxsi Şəmsi müəllimlə danışdığını bildirərək, sənəcləşmə işinin qısa bir müddətdə yekunlaşacağını bildirməsi, təkrarən bir neçə gün sonra Ruslan, Hafiz və onunla görüşüb pulu geri tələb etdikdə, Xəzər rayon İcra Başçısının təqaüdə getməsini və onu əvəz edən birinci müavin Elşən müəllimə ev və torpaq özəlləşdirilməsi ilə əlaqədar səlahiyyət verilmədiyinə və onun 1 aya yaxın xəstəliklə əlaqədar müalicədə olduğunu bəhanə gətrərək sənədlərin bu səbəblərdən gecikməsini bildirməsi, bir neçə gündən sonra DƏDR xidmətinin vəzifəli şəxsi Şəmsi müəllimin vasitəsi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən evin sərəncamının artıq təsdiqlənib, müəyyən sənədlər hazırlanaraq, qisa bir müddətdə DƏDR xidmətinə göndərilməsini bildirməsi, hətta evin sənədlərinin hazırlanması və qısa bır müddətə DƏDR xidmətinə göndərəcəkləri ilə əlaqədar Ruslan, Hafiz və onun 2019-cu ilin yanvar ayında ayrı-ayrılıqda əlaqə saxlayıb təbrik etmələri barədə qeyd etmişdir ki, belə bir hal baş verməmişdir. Yuxarıda bildirdiyi kimi o, 3000 manatı Mehmana qaytaran zaman işin düzəlmədiyini bildirmişdir. O, Mehmanın evinin sənədləşməsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilə biləcəyi ilə maraqlanmış, lakin oradan da Mehmanın evinin sanatoriyanın balansında olduğunu bildirərək özəlləşdirilməsinin mümkünsüzlüyünü bildirmişlər. O, bu barədə Mehmana demişdir. Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Nizami rayonu ərazisində görüşərkən söhbət zamanı Ruslanın ona məxsus evin sənədləşmə işinin yekunlaşması üçün pul lazım olduğunu bildirdiyi üçün, xx.xx.2019-cu il tarixdə kreditlə “Magnit” mağazasından 6260 manat dəyərində olan məişət avadanlıqlarını çıxarıb onların gətirdiyi Rəşad adlı şəxsin vasitəsilə məbləğindən aşağı qiymətə, yəni 1600 manata satdırdıqlarını, onların tanışı olan Rəşad adlı şəxsə 100 manat pul verdikdən sonra yerdə qalan 1500 manat pulun üzərinə özü ilə gətirdiyi 1000 manat pulu da qoyaraq ümumilikdə 2500 manat pulu saat təxminən 15 radələrində ünvan 12 ünvanında yerləşən “Totu" kafesində ona, Ruslan və Hafizə verməsi barədə bildirmişdir ki, o, həmin görüşdə iştirak etmişdir. O, Nizami rayonu, M.Şərifli küçəsi 80 ünvanında yerləşən “Totu" kafesində görüşə gəldikdə Mehman kreditlə “Magnit" mağazasından 6260 manat dəyərində olan məişət avadanlıqlarını çıxarıb Hafiz və Ruslanın gətirdiyi Rəşad adlı şəxsin vasitəsilə məbləğindən aşağı qiymətə, yəni 1600 manata satdırdıqlarını, Rəşad adlı şəxsə 100 manat pul verdikdən sonra yerdə qalan 1500 manat pulun üzərinə özü ilə gətirdiyi 1000 manat pulu da qoyaraq ümumilikdə 2500 manat pulu Ruslan və Hafizə verdiyini bildirmişdir. Mehmana işinin düzəlmədiyindən əbəs yerə kreditə girdiyini demişdir. Zərərçəkmiş şəxs bankdan götürdüyü pulu ödəməkdə çətinlik çəkdikdə onunla əlaqə saxlayıb borc olaraq 2000 manat pul istəmişdir. O da, tanışından 2000 manat borc pul götürüb Mehmana vermiş və Sabunçu rayonunda yerləşən 4 saylı ASAN xidmətə gedib, 2000 manat pul verdiyi barədə borc müqaviləsi bağlamışlar. Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayının ortaları, təxminən saat 19 radələrində Nizami rayonu, M.Şərifli küçəsi 80 ünvanında yerləşən “Totu” kafesində qaynı Şahin, bacanağı Nicat və oğlu Elgünün iştirakı ilə onlara 19450 manat pul verməsi barədə qeyd etmişdir ki, o, həmin görüşdə iştirak etməmiş, lakin o, görüşə gəldikdə Ruslanın həmin kafedə kənara çəkilib pərdə arxasında oturub pul saymasını görmüşdür. Sonradan Mehman ona həmin 19450 manat pulu ipotekaya görə Ruslan və Hafizə verdiyini demişdir. Həmin zaman o, bir daha Mehmana nahaq yerə Hafiz və Ruslana pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs sənəd üçün verdiyi puldan Ruslan və Hafizin 2300 manat götürüb xərcləməsi, həmin pulu lazım olan yerə aparıb çatdıra bilmədiyi, ona görə Hafiz və Rulana zəng edərək 2300 manat pulu qaytarmalarını bir neçə dəfə tələb edəndən sonra 2019-cu il tarixdə 1150 manat Hafiz, 1150 manat Ruslan, cəmi 2300 manatı qaytardıqlarını, sonra onun Zərərçəkmiş şəxs yaşadığı evə gəlib ailə üzvlərinin yanında həmin pulu ondan alması öarədə bildirmişdir ki, Mehmanın Hafiz və Ruslandan hər birindən 1150 manat olmaqla ümumilikdə 2300 manat pulu geri aldığını eşitmişdir. Lakin həmin pulu o, Mehmandan almamışdır. O, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 Cəfər adlı oğlunu DİN-nə işə düzəltmək üçün hər hansı məbləğdə pul almasının şahidi olmamışdır. Sadəcə Hafiz birinci dəfə Mehmanın evinin sənədlərinin düzəlməsində köməklik etməyi xahiş edəndə Mehmanın onun oğlu Cəfəri polisə işə düzəlməkdə köməklik edəcəyini demişdir. Heç bir vəzifədə işləmədiyi təqdirdə Zərərçəkmiş şəxs alınmış pul müqabilində onun yaşadığı ünvan 4 ünvanda yerləşən evin və torpağın mülkiyyətə çevrilib çıxarışını alınmasına köməklik edəcəyinizə vəd verməkdə məqsədi bir qədər çörək pulu qazanmaq olmuşdur. Hazırda onun Mehmana heç bir borcu yoxdur. Bu barədə Mehmanın notarial qaydada verdiyi ərizənin surətini istintaqa təqdim edir. Sonda Təqsirləndirilən şəxs3, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, Təqsirləndirilən şəxs3 etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87 ünvanında yerləşən, ona məxsus evi qardaşı oğlu Şahid16la razılaşmalarına əsasən təmir edib eyni zamanda sənədlərini bərpa edərək, çıxarışını aldıqdan sonra ona satmaq, Elçin isə Xəzər rayonu, Şağan qəsəbəsində ona verəcəyi 2 sot torpaqda oğlu üçün ev tikməyi, Elçinin verəcəyi qalan pula isə bina evində mənzil almağı barədə Elçin və ailə üzvləri ilə birlikdə qərara gəlmişlər. 2018-ci ilin noyabr ayının ortalarında tanıdığı şəxslər, özlərini Bank işçisi kimi təqdim etmiş Ruslan və Hafizlə əlaqə saxlamaq qərarına gəlmişdir. Ruslana məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlayıb ona məxsus fərdi həyət evində, təmir işlərinin aparılması üçün bankdan pul çıxarmaq və evin ilkin sənədləri olmadığı üçün sənədləşmə işlərini başa çatdırıb, çıxarışını aldıqdan sonra satacağını bildirmişdir. Ruslan evi satmasının səbəbini soruşduqda, müəyyən səbəblərlə əlaqədar, Şahid16la razılaşmaya əsasən evi ona satmağı və özünə bina evində mənzil almaq istədiyini bildirmişdir. Ruslan onu dinləyib adına bankda gecikmə və zaminliyi olduğundan pulun çıxarılmasının mümkün olmadığını, Bankda problemi olmayan hər-hansı bir yaxın adamının adına pulu çıxara biləcəyinə söz vermişdir. Bir neçə gün sonra o, Ruslana qardaşı oğlu Şahid16 adında Beynəlxalq Bankda kredit olduğunu, lakin vaxtı-vaxtında ödənişlər etdiyini bildirmişdir. Ruslan Elçinin adına pul çıxara oiləcəyini və əlavə təklifləri olduğunu bildirərək onunla görüşmək istədiyini bildirmişdir. O, Ruslan və Hafizlə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 4 saylı Vərəm Dispanseri ilə üzbəüz “Totu" kafesində görüşmüşdür. Ruslan və Hafiz Elçinin adına bankdan pulun çıxarılmasına, ona məxsus evin və torpağın mülkiyyətə çevrilib çıxarışını alıb, Elçinin adına 7 faizlik ipoteka yolu ilə alqı-satqı edilməsinə, ona Bakı şəhərində bina evində 4%-lik ipoteka yolu ilə mənzil alınmasını həll edə biləcəklərini bildirmişlər. O, təkrarən Ruslan və Hafizə ona məxsus evin heç bir ilkin sənədlərinin olmadığını bildirdikdə, Hafiz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən yaxın bir dostunun vasitəsilə istənilən sənədləri və eləcə də ona məxsus evin sənədlərinin düzəlməsi ilə əlaqədar Xəzər rayon İcra Hakimiyyətinin rəhbər işçiləri ilə yaxın münasibətləri olduğu üçün sənədlərin düzəlməsində heç bir çətinlikləri olmayacağını, bu məsələ ilə əlaqədar bir daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Xəzər rayon İcra Hakimiyyəti ilə danışıb ona nəticəsi barədə məlumat verəcəklərini bildirmişlər. Bir neçə gündən sonra Ruslan və Hafiz onunla əlaqə saxlayıb təkrarən görüşmək istədiklərini bildirmişlər. Onlar təkrarən Qara Qarayev prospektində yerləşən 4 saylı Vərəm disponseri ilə üzbəüz “Totu" kafesində görüşmüşlər. Söhbət zamanı Ruslan və Hafiz DƏDRX-də işləyən vəzifəli şəxs Şəmsi müəllimlə və Xəzər rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınması, 7%-lik ipoteka yolu ilə ona məxsus evi Elçinin adma, 4%-lik ipoteka yolu ilə bina evində mənzil alınması üçün pulun ayrılması barədə Bank rəhbərliyi ilə razılaşma əldə etdiklərini bildirmişlər. O, bütün bu görəcəkləri işlərlə əlaqadar şərtlərini soruşmuş. Ruslan və Hafiz evin heç bir ilkin sənədi olmadığı üçün, evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınmasına Xəzər rayon icra Hakimiyyətində və DƏDRX-də işləyən, yaxın tanışları olan vəzifəli şəxslərə, ona məxsus evin 7%-lik ipoteka yolu ilə Elçinin adına alqı-satqı edilərək 140000 manat pulun ayrılmasına, eləcə də, bina evində ona 4%-lik ipoteka yolu ilə mənzilin alınmasına görə razılıq verən bank rəhbərliyinə, ipoteka yolu ilə evi alan, müştəri tərəfindən ilkin olaraq ödəniş edilməsi üçün pulun müəyyən qismi nəzərdə tutulmaqla 44000 manat tələb etmişlər. Tələb etdikləri 44030 manatdan 12000 manatı ona məxsus evin və torpağın özəlləşdirilməsi üçün, 10000 manat ipotekaya razılıq verən bank işçilərinə, yerdə qalan 12000 manat isə yeni alınacaq evə ödəniş edilməsi üçün özlərində saxlayacağlarını bildirmişlər. Ruslan və Hafiz iş başa çatdıqda onlarda olan 12000 manatdan əlavə bank tərəfdən ilkin ödəniş edilməsi üçün, yeni evin alınması ilə əlaqədar, əvvəlcədən ümümi məbləğ bildirildikdə banka ödəniş edilən gün onlarda olan 12000 manatı banka ödəniş edilməsi üçün sizin tərəfinizdə əlavə edilən pulun üzərinə əlavə edilərək onlarla birikdə banka ödəniş edilməsini bildirmişlər. Ruslan və Hafizə ilkin ödənişin Elçin və onun tərəfindən həyata keçirilməsini bildirmişdir. Lakin Ruslan və Hafiz cavab olaraq elə işlərdə başları çox ağrıdığını, müştəri işin sonunda onları kənarlaşdırıb, onlara çatasi pulu vermədiyini, məsələni özü həll etdiyini bildirmişlər. Bu səbəbdən də pulların müəyyən qismini əvvəlcədən beh olaraq aldıqlarını və ilkin ödəniş edilən gün pulların müştəriyə verilərək banka ödəniş edildiyini demişlər. Ruslan və Hafiz isə işin gedişatı zamanı özlərinə zəhmət haqqı olaraq 3000 manat alacaqlarını, ona məxsus evin qiymətləndirilməsi və layihənin çəkilməsi üçün ödənişlərin onun tərəfimdən heyata keçiriləcəyini bildirmişlər. Ruslan və Hafizə qeyd olunan işləri hansı müddətə həll edib, başa çatdıracaqlarını soruşduqda, onlar işin başlanılması üçün danışdıqları pulun bir qismi ikin olaraq verildiyi ilk gündən başlayaraq evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınmasının bir ay ərzində, Elçinə satacağı evin və onun bina evindən alacağı mənzili ipoteka yolu ilə sənədləşib başa çatmasının 10 gün müddətinə, ümumilikdə 40-45 gün ərzində yekunlaşacağını və qalan məbləğin isə hissə-hissə iş başa çatana kimi ödənilməsini bildirmişlər. O, fikriləşib cavab verəcəyini bildirmişdir. 2018-ci il noyabr ayının ortaları Ruslan və Hafizlə təkrarən görüşüb onlara inanaraq etdikləri təkliflərə razılığını bildirmiş, Ruslan və Hafiz işin tez başlanması və daha da sürətlə aparılması üçün ondan istədikləri puldan ilkin olaraq müəyyən qismi Xəzər rayon İcra Hakimiyyətinə, DƏDR Xidmətində işləyən Şəmsi müəllimə və ipoteka yolu ilə evlərin alqı satqısına razılıq verən Bank rəhbərliyinə verildilkdən sonra işə başlayacaqlarını bildirmişlər. Ruslan və Hafiz DƏDR Xidmətinin işçisi kimi təqdim etdikləri, dostları Fazil adlı şəxsə etibarnamə verdikdən sonra, onun sənədləşmə işlərini aparacağını, Ruslan və Hafiz isə banka aic olan ipoteka işləri ilə məşğul olacaqlarını və sənədləşmə işi başa çatdıqdan sonra banka gedib, ilk əvvəl Elçinə satacağı evi alqı-satqı edərək 140000 manat çıxaracağını və sonra ona ipoteka yolu ilə bina evində mənzil alınacağını vəd etmişlər. Ona məxsus evin sənədlərinin hazıranmasına başlanılması üçün qardaşı oğlu Şahid16la əlaqə saxlayıb, Bankdan pul çıxarılması məqsədi ilə şəxsiyyət vəsiqəsinin və maaş kartının surətini Ruslana məxsus ***-***-**-** Whatsapp nömrəsinə göndərməsini bildirmişdir. Ruslan onunla əlaqə saxlayıb Şahid16 göndərdiyi sənədləri qəbul etdiyini, Elçinin adına 10.000 manat pul çıxarılmasını Bank rəhbərliyi ilə danışıb razılaşdıqlarını və xx.xx.2018-ci il tarixdə Elçinlə birlikdə Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında olan Beynəlxalq Bankın qarşısında olmalarını bildirmişlər. xx.xx.2018-c il tarixdə o və X7rşısına gəlib Ruslan, Hafiz və onların yanında olan tanımadığı şəxslə görüşmüşlər. Ruslan və Hafiz Elçinin adına Bankda pul olduğunu və başqa şəxsə zamin durduğu üçün xırda bir problemin yarandığı səbəbindən yanlarında gətirdikləri Elman adlı şəxsi Elçinə zamin qoyaraq pulu çıxaracaqlarını bildirmişlər. Ruslan və Hafiz Elrnana ona məxsus evi Elçinə ipoteka yolu ilə satıb onun adına 40-45 gün ərzində 140000 manat çıxarıldıqdan sonra, bankdan çıxarılan məbləğin ödənilərək onun zaminlikdən çıxarılmasını vəc etmişlər. Ruslan bankla əlaqə saxlıyıb, Elçin və Elmanın banka yaxınlaşmalarını, onları girişdə xidmətdə olan polis nəfərinin qarşılayacağını bildirmişdir. X16 daxil olarkən, həmin bankda xidmətdə olan polis nəfəri Ruslan adlı şəxs bankın girişində onları qarşılayıb, Ruslan göndərdiyi adam olduğunu soruşub, Elçinə növbə üçün nömrə götürüb, sonra ona yaxınlaşmasını bildirmişdir. Elçin nömrə götürdükdən sonra, təkrarən həmin polis nəfərinə yaxınlaşdıqda, polis nəfəri Elçində olan nömrəni başqa bir nömrə ilə dəyişib, 10 nömrəli kassada əyləşməsini bildirmişdir. Elçin və Elman bir müddətdən sonra, yanlarına gəlib bank mütəxəssinin sənədləşmə işini aparıb hazır olduqda çağıracağını bildirmişlər. Onlar bankın yaxınlığında olan çayxanaya gedib bir müddət gözlədikdən sonra, Ruslan və Hafiz Elçin və Elmanın barka getmələrini bildirmişlər. Bankda Elçinin adına olan 10.000 manat bank mütəxəssisi tərəfindər yerindəcə bağlanıb, təkrarən adına 20.000 manat yazılaraq, 10.000 manat pul çıxarıb yanlarına gəlmişdir. O, Elçin və Elman Hafizə məxsus 99-HD- 867 nömrəli Mersedes markalı maşına əyləşmiş, Ruslan isə maşında yer olmadığından maşının qabaq qapısının yanında yerdə durmuşdur. Ruslan və Hafiz bankdan çıxarılan 10000 manat puldan, pulun çıxarılmasına razılıq verən, bank mütəxəsisinə, polis nəfərinə və onların gətirdikləri, Elçinə zamin duran Elman adlı şəxsə ümumilikdə 2000 manat çatacağını bildirmişlər. O, qardaşı oğlu Elçinin və Elçinə zamin dayanmış, Ruslan və Hafizin gətirdiyi Elman adlı şəxsin yanında xx.xx.2018-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyətinin yaxınlığında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 26-da yerləşən “Beynəlxalq Bankın” qarşısında 10000 manat pulu Ruslanın gözünün qabağında şəxsən Hafizə verib ayrılmışlar. 2018-ci ilin noyabr ayının təxminən 28-də Ruslan və Hafiz onunla əlaqə saxlayıb “intestik” qiymətləndirmə şirkətinin nümayəndəsi ilə birlikdə ona məxsus evə gəlmək istədiklərini bildirmişlər. O, işdə olduğunu, lakin ailə üzvlərinin evdə olmalarını və oğlu Elgünün onları qarşılayacağını bildirmişdir. Oğlu Elgün saat 11 radələrində onunla əlaqə saxlayıb, Ruslan, Hafiz və tanımadığı əlavə bir şəxsin onlara məxsus evə gəldiklərini bildirdikdə, o, Elgünə onların evə və həyətə baxmaları üçün şərait yaratmasını bildirmişdir. Ruslan evə və həyətə baxdıqdan sonra təkrarən onunla əlaqə saxlayıb, ona məxsus evin divar kağızları, hamamda metlax-kafel vurulmadığından, evin hələki heç-bir sənədi olmadığından, gəlib evə baxıb evin dəyərindən yüksək qiymətləndirilməsi üçün gələn şəxsə ilkin olaraq 50 manat, yerdə qalan 250 manatını isə sonra verilməsini bildirmişdir. O, Elgünlə əlaqə saxlayıb Ruslana 50 manat pul verib yola salmasını bildirmişdir. Elgün sonradan orunla əlaqə saxlayıb yaşadıqlırı evdə Ruslana 50 manat pul verib yola saldığını bildirmişdir. Növbəti gün, yəni 2018-ci ilin noyabr ayın 29-da Ruslan və Hafiz onunla əlaqə saxlayıb ona məxsus evin qiymətləmdirməsi ilə əlaqədar razlaşdıqlın 300 manat puldan yerdə qalan 250 manat pulu tələb etmişlər. O, növbədən sonra olduğunu bildirərək istirahət edib axşam saatlarında çatdıracağını bildirmişdir. Axşam saat təxminən 18 radələrində Ruslan və Hafizlə Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Sevinc" kinoteatırın qarşısında görüşüb 250 manat pulu vermişdir. Ruslana pulu verəndə Hafiz də yanında olmuşdur. Həmin vaxt onun yanında heç kim olmamışdır. Oğlu Elgün isə onun maşınında oturmuşdur. Ruslan və Hafiz bir neçə gündən sonra onunla əlaqə saxlayıb, bütün işlərin qaydasında olmasını və yerdə qalan danışılan məbləğdən hazırlanıb tez bir zamanda onlara çatdırmasını bildirmişlər. O, Şahid16la əlaqə saxlayıb, təcili pul verməsini bildirmiş, Elçin sonradan onunla əlaqə saxlayıb, dostu Elnurun adına bankdan pul çıxara biləcəyini bildirmişdir. O, Ruslanla əlaqə saxlayıb qardaşı oğlu Elçinin dostunun adına bankdan pul çıxarmaq istədiklərini bildirdikdə, Ruslan digər banklarda tanışları olduğunu bildirib, bank işçiləri ilə danışıb cavab deyəcəyini bildirmişdir. Ruslan bir neçə saatdan sonra onunla əlaqə saxlayıb bankla danışdığını və sabah səhər saatlarında onun zəngini gözləmələrini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Ruslan metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən Exspress bankın yaxınlığında zəngini gözləmələrini bildirmişdir. Ruslan təkrarən əlaqə saxlayıb, Elçin və Elnurun banka yaxınlaşmasını və onları Ruslanın tanışı bank işçisinin qarşılayacağını bildirmişdir. Flçin və Elnuru bankın girişində Ruslan dedivi şəxs qarşılayıb sənədləşmə aparılacaq masanı istiqamət verib əyləşmələrini bildirmişdir. Elnur adına 4000 manat pul çıxarıb Elçinə verib onlardan ayrılmışdır. Həmin gün, yəni xx.xx.2018-ci il tarixdə o və Elçin Sabunçu rayon ərazisində yerləşən Olimpiya stadionu ilə üzbə-üz, hava limanı istiqamətində yeraltı keçidi keçdikdən sonra Ruslana məxsus **-HP-*** nömrəli ağ KİA markalı avtomobilə əyləşib 4000 manat pulu Elçinin iştirakı ilə Hafizə vermişdir. Həmin vaxt maşını Ruslan idarə etmişdir. Ruslan və Hafiz onlardan aldıqları 4000 manat puldan 100 manat özlərinə, 300 manat Express bankın bank mütəxəsisinə çatacağını bildirmişlər. Ruslan və Hafizə ümumilikdə 4000 manat vermişlər. xx.xx.2018-ci il tarixdə səhər saatlarında Hafiz ***-***-**-** mobil nömrəli telefonla əlaqə saxlayıb, Xəzər rayon İcra Hakimiyyətinin nümayindəsi və DƏDR Xidmətinin işçisi kimi təqdim etdikləri Fazil adlı şəxslə birlikdə ona məxsus evə gəlmələrini, evin və torpağın mülkiyyətə çevrilib çıxarışının hazırlanıb alınması məqsədi ilə, Fazil adlı şəxsə sənədlərin hazırlanması üçün etibarnamə verməsini və razlaşdıqlın puldan müəyyən hissəsini götürəcəklərini bildirmişlər. Ruslan və Hafiz, Fazil adlı şəxslə birlikdə yaşadığı ünvana gəlib, ona məxsus evə baxarkən onlardan Xəzər rayon icra hakimyyətinin nümayəndəsini soruşduqda, onlar onun növbəti dəfə gələcəyini bildirmişlər. xx.xx.2018-ci il tarixdə 2200 manat dəyərində İtaliya qızılı olan boyunbağını və 200 manat dəyərində olan qız l sırğanı, ümumilikdə 2400 manat dəyərində həmin qızılları Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən Lombarda qoyaraq X3 (***-***-**-**) oğlu Şahid4 adına götürdüyü 1400 manatı götürüb və dəyərindən aşağı satılan məişət avadanlıqlarından toplanan 1600 manat, ümumilikdə 3000 manat pulu xx.xx.2018-ci il tarixdə təxmirən saat 11 radələrində yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87-də yerləşən fərdi evdə oğlu Elgün, həyat yoldaşı Şəfa və bacanağı Nicat Sadirovun iştirakı ilə əlbə-əl Hafizə vermişdir. Həyətdən çıxdıqda Ruslan sözü gedən məsələ ilə əlaqədar Bakı şəhərinə getməsini bildirərək onlardan ayrılmışdır. O, Hafiz və DƏDR Xidmətinin işçisi kimi təqdim etdiklə-i Fazil adlı şəxslə birlikdə ona məxsus evin və torpağın mükiyyətə çevrilib çıxarışının hazırlanması məqsədi ilə sənədləşmə işinin aparılması üçün Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat kantoruna gedib Suraxanı rayonu Balandin 42-də qeydiyyatda olan Təqsirləndirilən şəxs3 adına etibarnamə vermişdir. Həmin etibarnaməni istintaqa təqdim etmişdir. 10 dekabr 2018-ci il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs3 **-VJ-*** nömrəli Nissan markalı avtomobillə Şahid1 Bəhman oğlu (***-***-**-**) ilə birliktə onların evinə gələrək, evə və həyətə baxış keçirmişlər. Həmin vaxt o, evdə olmuşdur. Fazil yanında gələn şəxsin Xəzər rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən göndərildiyini bildirmişdir. Həmin gün Ruslan və Hafiz onunla əlaqə saxlayıb, Xəzər rayon İcra hakimiyyəti tərəfindın göndərilən nümayəndənin evə baxış keçirib hər şeyin qaydasında olmasını bildirərək, evin lahiyəsinin çəkilməsi üçün 250 manat pulu çatdırmasını bildirmişlər. O, növbəli gün 11 dekabr 2018-ci il tarixdə axşam saat 19 radələrində 250 manat pulu Nizami rayonunda olan Vərəm dispanseri ilə üzbəüz fəaliyyət göstərən ünvan 17 ünvanında yerləşən “Totu" kafesində Ruslan və Hafizə vermişdir. Hafiz 2018-ci ilin dekabr ayının ortaları ***-***-**-** mobil nömrəli telefonla əlaqə saxlayıb, təkrarən Xəzər rayon İcra Hakimiyyətinin və DƏDR Xidmətinin nümayəndəsinin evə gələcəklərini bildirmişdir. DƏDR xidmətinin işçisi kimi təqdim etdikləri Fazil adlı şəxs növbəti dəfə yanında tanımadığı bir kişi və xanımla ona məxsus evə gəlib, evdə və həyətdə çəkiliş aparmışlar. Fazil həmin şəxslərin Xəzər rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən göndərdiyini bildirmişdir. Onlar Xəzər rayon lahiyə tikinti MMC tərəfindən lahiyə hazır olduqdan sonra, qısa bir müddətə evin və torpağın çıxarışının hazır olacağını bildirmişlər. xx.xx.2018-ci il tarixdə Ruslan və Hafiz onunla əlaqə saxlayıb, sənədləşmə işi ilə əalqədar razılaşdıqları 44000 manat pulun bir hissəsini verməsini bildirmişlər. O, həmin gün təxminən saat 19 radələrində Hafizin Suraxanı rayonunda yaşadığı evin yaxınlığında olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ehtibar Bəkirov küçəsi 12 ünvanında yerləşən “Lyukoil YDM’-nin yanında oğlu Elgünlə birlikdə Hafizə 1000 manat verib ayrılmışlar. Həmin vaxt Ruslan Hafizin yanında olmamışdır. xx.xx.2018-ci il tarixdə o, işdə olarkən Ruslan və Hafiz evin sənədləşmə işi ilə əlaqədar təcili 2000 manat pul lazım olduğunu bildirmişlər. Onlar hər ikisi bir yerdə olmuşlar. O, işdə olduğunu, bir neçə saatdan sonra iş yerinə gəlib pulu götürə biləcəklərini bildirmişdir. O, qaynı Şahinlə əlaqə saxlayıb, 2000 manat pulu onların evindən götürüb, ona çatdırmasını xahiş etmişdir. Ruslan və Hafiz işlədiyi ünvan 13 ünvanında yerləşən Xətai RPl-nin 37-ci PŞ-nə gəlmiş. PŞ-nin kafesində qaynı Şahini gözləmişlər. Şahin saat təxminən 14 radələrində onun iş yerinə gəlib, kafedə 2000 manat pulu ona vermiş, o da, Şahinin iştirakı ilə həmin pulu Ruslan və Hafizə vermişdir. Onlar dekabr ayının sonu olduğundan yeni il bayramından sonra sənədləri götürəcəklərini bildirmişlər. Ruslan və Hafiz yanvar ayının əvvəli onunla əlaqə saxlayıb, təcili olaraq sənədləşmə işi ilə əlaqədar lazımi yerə pul çatdırılmasını bildirmişlər. O, qaynı Şahinlə əlaqə saxlayıb, sabaha ona 2000 manat verməsini bildirmişdir. xx.xx.2019-ci il tarixdə saat təxminən 15 radələrində Nizami rayon Q.Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının yaxınlığında olan kafedə 2000 manat pulu bacanağı Nicat, qaynı Şahin və oğlu Elgünün iştirakı ilə Ruslan, Hafiz və Fazilə vermişdir. Onlar kafeyə girəndə hər üç şəxs masada oturmuşdur. O, pulu masanın üzərinə qoyduş, həmin vaxt pulu Ruslan götürmüşdür. Onlar pulu Ruslan, Hafiz və Fazilə verdikdən sonra oradan çıxıb getmişlə'. Ruslan, Hafiz və Fazil isə kafedə qalmışlar. Bir müddət keçəndən sonra o, sənədlərin düzəlmədiyindən narahat olmağa başlamış, danışılan müddətə sənədlər hazırlanıb ona təqdim edilmədiyi üçün təkrarən narazılığını bildirib pulunu geri istədikdə, Fazil mobil telefon vasitəsi ilə onların yanında zəng edib kiminləsə danışmış və Xəzər rayon icra hakimiyyətinin birinci müavini Elşən müəllimlə və DƏDR Xidmətinin vəzifəli şəxsi Şəmsi müəllimlə danışdığını bildirərək, sənədləşmə işinin qısa bir müddətdə yekunlaşacağını bildirmişdir. Təkrarən bir neçə gün sonra Ruslan, Hafiz və Fazillə görüşüb pulu geri tələb etdikdə, onlar Xəzər rayon icra başçısının təqaüdə getdiyini, onu əvəz edən birinci müavin Elşən müəllimə ev və torpaq özəlləşdirilməsi ilə əlaqədar səlaniyyət verilmədiyi və Fazilin 1 aya yaxın müalicədə olduğunu bəhanə gətirərək sənədlərin gecikməsini bildirmişlər. Ruslan, Hafiz və Fazilin dediyinə görə Xəzər rayonu İcra Hakimiyyətinin səlahiyyətlərini icra edən şəxsə ev və torpaq özəlləşdirilmısi ilə əlaqədar səlahiyyət verilmədiyindən sənədləşmə işinin gecikməməsi məqsədi ilə DƏDR Xidmətində işləyən vəzifəli şəxs Şəmsi müəllimin vasitəsi ilə Baki şəhər İcra Hakimiyyətindən razılaşma əldə etdiklərini bildirmişlər. Hafiz şəxsən Bakı şəhər İcra Hakimiyətinə və DƏDR xidmətinə təqdim etmək adıyla, onunla qonşu olan bacanağı Nicat Sadirova məxsus evin sənədlərini götürüb, DƏDR xidmətində işləyən vəzifəli şəxslərin vasitəsi ilə Nicat Sadirova məxsus evi, ona məxsus evlə birləşdirib, Nicat Sadirovun adına çıxarış alıb, sonra ayrıayrılıqda çıxarışın alınmasını təklif etmişlər. Hafiz və Fazil axşam saatlarında əlaqə saxlayıb Nicatın evinin çıxarışına artıq ehtiyac olmadığını və birbaşa ona məxsus evi və torpağı mülkiyyətə çevirib çıxarışını alacaqları barədə razılaşma əldə edilməsini bildirmişlər. Bir neçə gündən sonra DƏDR xidmətinin vəzifəli şəxsi Şəmsi müəllimin vasitəsi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona məxsus evin sərəncamının artıq təsdiqləndiyini, müəyyən sənədlər hazırlanaraq, qısa bir müddətdə DƏDR xidmətinə göndəriləcəyini bildirmişlər. Qeyd etmişdir ki, hətta ona məxsus evin sənədlərinin hazırlanması və qısa bir müddətə DƏDR xidmətinə göndərələcəyi ilə əlaqədar Ruslan, Hafiz və Fazil 2019-cu ilin yanvar ayında ayrı-ayrılıqda onunla əlaqə saxlayıb təbrik etmişlər. xx.xx.2019-cu il tarixdə Nizami rayonu ərazisində olan “Totu” kafesində görüşərkən söhbət zamanı Ruslan, Hafiz və Fazil ona nəxsus evin sənədləşmə işinin yekunlaşmasını, xx.xx.2019-cu il tarixdə evin və torpağın çıxarışını götürərək evi Elçinin adına və ona mənzilin alınması ilə əlaqədar sənədlərin banka təqdim olunması üçün ümumi danışılan məbləğdən yerdə qalan pulları gecikdirmədən hazırlayıb çatdırmağı bildirmişlər. Onlar bildirmişər ki, əgər tələb olunan yerlərə deyilən vaxta pul çatmazsa, işin pozulma ehtimalı ola bilər, sonra verilən pulların geri qaytarılması mümkün olmaz. O, məcbur olub, yerdə qalan puldan hazırlayıb onlara çatdıracağını bildirmişdir. O, axşam saatlarında Hafizlə əlaqə saxlayıb 1000 manat pul düzəltdiyini bildirmiş, Hafiz növbəti gün səhər tezdən təcili olaraq metronun “Neftçilər” stansiyasının yaxınlığına gəlməsini bildirmişdir. O, oğlu Elgün ilə birlikdə deyilən yerə gəlib, Hafiz və yanında olan sonradan adını bildiyi Rəşad adlı şəxslə görüşmüşdür. Hafiz sənədləşmə işi ilə əlaqədar təcili pul verilməli oduğunu bildirmişdir. Hafiz ona yaxınlarından bir nəfərə övladının xeyir işi ilə əlaqədar məişət avadanlıqları lazım olmasını bildirmiş, əgər deyənlə razılaşsa onun adına kreditlə “Magnif-dən məişət avadanlıqları çıxarıb qiymətindən qismən 300-500 manat aşağı qiymətə həmin adama nağd şəkildə satıb, aldığımız pulu gördüyümüz işlə əlaqədar istifadə edəcəklərini bildirmişdir. O, məcbur olub razılaşdıqdan sonra, Hafizin tanışı Rəşad adlı şəxs telefon əlaqəsi saxlayıb, malların çıxarılmasında heç bir problemin olmadığını bildirmişdir. Həmin gün axşam saatlarında Nizami rayonu ərazisində görüşdükləri yerdə Maqnitdən alınan məişət avadanlıqlarına ilkin ödəniş edilməsi üçün 500 manat, 30 manat isə maşın pulu ümümilikdə 530 manat Hafizə vermişdir. O, xx.xx.2019-cu il tarixdə “Neftçilər” xəstəxanasının yaxınlığında olan Magnitin qarşısında Rəşadla (***-***-**-**) görüşmüş, Rəşad çöldə gözləyib, onun həmin mağazada işləyən tanışının bu məsələni blməsini və onu qarşılayacağını bildirmişdir. O, mağazaya girdikdə Rəşadın tanışı onu qarşılayıb adına 6260 manat dəyərində olan məişət avadanlıqlarını sənədləşdirib, qablaşdıraraq Rəşad tərəfindən gətirilmiş Qazel markalı maşına yükləndikdən sonra, Rəşad həmin maşına əyləşib getmişdir. O, bir başa Ruslan, Hafiz və Fazilin gözlədikləri Nizami rayonu ərazisində yerləşən “Totu” kafesinə gəlmişdir. Bir neçə saatdan sonra Rəşad onların yanına gəlib satılmış məişət avadanlıqlarının 1600 manat pulunu ona verəndə, puldan əskik olduğunu bildirmişdir. Hafiz bildirmişdir ki, məişət avadanlıqları aşağı qiymətə ziyanına satılmışdır. O, etirazını bildirsə də, sonradan evinin sənədlərinin tez bir zamanda düzəlməsi xatirinə başqa söz deməmişdir. Hafiz əlavə olaraq, Rəşadın məişət avadanlıqlarını satdığına görə, ona 100 manat verilməsini ondan tələb etmişdir. Rəşada 100 manat verdikdən sonra o, ayrılıb getmişdir. Sonra o, üzərində olan, 1000 manat pulu, satılaraq məişət avadanlıqlarından əldə olunan 1500 manat pulun üzərinə qoyaraq, ümumilikdə 2500 manat pulu xx.xx.2019-cu il tarixdə saat təxminən 15 radələrində ünvan 12 ünvanında yerləşən “Totu” kafesində Ruslan, Hafiz və Fazilə vermişdir. Həmin vaxt oğlu Elgün də onun yanında olmuşdur. Bir müddət keçdiklən sonra, yenə sənədlər hazır olmamışdır. Sənədləşmə işinin gecikməsi ilə əlaqədar Ruslan, Hafiz və Fazildən verdiyi pulları geri tələb edərək, pullarını geri qaytarmadıqları halda, şikayət edəcəyini bildirmişdir. Onlar yenə də müxtəlif bəhanələr gətirirək vaxt istəyib qısa bir müddətdə evin sənədlərini vericəklərinə, əks halda verdiyi pulları geri qaytaracaqlarına vəd vermişlər. Fazil onunla fərdi olaraq görüşdükdə şikayət etməyinə ehtiyac olmadığını və evin sənədlərini qısa bir müddətə götürüb banka təqdim edərək, alqı-satqı edib bankdan pulunu çıxarana qədər, yaxın qohumlarına verəcəyi borcları, banklara və digər yerlərə ödənişlər edilməsi məqsədi ilə yaxın dostundan pul götürüb ona verəcəyini, bankdan pulunu çıxardıqdan sonra qaytarmağını bildirmişdir. O, bildirmişdir ki, bankın borclarını ödəyə bilmir və bəzi borc aldığı qohumlar pullarını istəyirlər. xx.xx.2019-cu il tarixdə Fazil şəxsən onunla əlaqə saxlayıb təcili Əhmədli qəsəbəsində olan “Bakı" kinoteatrının qaşısına gəlməsini bildirmiş, o, Fazili lə “Bakı” kino teatrının qaşısında görüşmüş, Fazil onun banklara olan ödənişlərin edilməsi üçün, pul gətirdiyini, pulu dostundan götürdüyü üçün notarial qaydada verəcəyini bildirmişdir. Onlar Sabunçu rayonunda yerləşən 4 saylı ASAN xidmətə gedib, Fazilin ona 2000 manat pul verməsi barədə borc müqaviləsi bağlamışlar. Bir neçə gündən sonra, Ruslan, Hafiz və Fazil onunla əlaqə saxlayıb evin sənədləşmə işlərinin tam qaydasında olmasını və bir neçə günə sənədləri götürüb banka təqdim ediləcəyini bildirmişlər. Ruslan, Hafiz və Fazil 2019-cu ilin fevral ayının əvvəli onunla görüşüb, evin çıxarışını almaq məqsədi ilə, DƏDR Xidmətindən talonu götürmək üçün və bir gündən sonra, DƏDR Xidmətindən çıxarışı götürüb banka vermək məqsədi ilə danışılan puldan yerdə qalan 19450 manat pulu qısa bir müddətə tam hazırlayıb çatdırmasını tələb etmişlər. Əks-halda pul onlara çatmasa DƏDR Xidmətindən talon və çıxarışın götürülməsi və ipoteka işinin düzəlməsinin mümkün olmadığını bildirmişlər. O, inanıb evində olan məişət avadanlıqları və digər əşyaları dəyər dəyməzinə satıb 5450 manat pul toplayıb, çatışmayan 12000 manatını qardaşından, yerdə qalan 2000 manatını Elçindən götürüb ümumilikdə 19450 manat pulu qaynı Şahin, bacanağı Nicat və oğlu Elgünlə birlikdə 2019-cu ilin fevral ayının ortaları, təxminən 19 radələrində ünvan 12 ünvanında yerləşən “Totu” kafesində Ruslan, Hafiz və Fazilə vermişdir. Onlar tam arxayın olmağını və bir neçə günə ilkin olaraq talonu, sonda isə çıxarışı götürüb, banka təqdim edəcəyini, eləcə də 10 gün ərzində sənədləşmə işi başa çatdırılaraq ona məxsus evi ipoteka yolu ilə satıb, 140000 manat pulu çıxaracağına və bina evindən ipoteka yolu ilə mənzil alınmasını həll edilməsinə vəd vermişlər. Verdikləri vaxt da bitdikdən sonra Ruslan, Hafiz və Fazilin etibardan sui istifadə edərək onu aldatdıqlarını başa düşmüş və rəsmi olaraq şikayət etmişdir. Əlavə olaraq, əvvəlki ifadə və izahatlarında verdiyi pulların vaxtını və məbləğini dəqiq xatırlamadığını, sonradan əlində olan qeydiyyatlardan, ailəsi, qohumları və tanışları ilə söhbətlərdən verdiyi pulların vaxtlarını və məbləğlərini dəqiqləşdirmişdir. Hazırda verdiyi ifadə tam olaraq düzgündür. Ruslan, Hafiz və Fazil onu aldadaraq nağd şəkildə 44.500 manat nağd pul almışlar. Əslində Ruslan, Hafiz və Fazilə ona ümumilikdə banklara ödədiyi faizlər, ‘'Maqnit" mağazasında ödənişi, lombarda ödənişi, ev əşyalarının ucuz qiymətə satılması nəticəsində 66705 manat maddi ziyan vurmuşlar. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2013-cü ildən, səhv etmirsə qardaşı oğlu Şahid11 vasitəsilə tanış olmuşdur. O, həmin şəxsləri bank işçisi kimi tanımışdır. X5 ilə isə 2019-cü ildə Ruslan və Hafiz vasitəsilə tanış olmuşdur. O, Fazili DƏDR Xidmətinin işçisi kimi tanımışdır. Həmin şəxslərin hər biri ilə ayrı-ayrılıqda telefonla danışan zaman onların göstərdiyi xüsusatları təsdiq etmələri mobil telefonunda qeydə alınmışdır. Həmin telefon danışıqlarını istintaqa təqdim edəcək. Ona məxsus evin və torpağın mülkiyyətə çevirilib çıxarışının alınmasını Ruslan, Hafiz və Fazil vəd vermişdir. Ruslan, Hafiz və Fazil adlı şəxslərdən başqa kimsə ona məxsus evi və torpağı mülkiyyətə çevirib və çıxarışının alınması üçün vəd verməmişdir. Təqsirləndirilən şəxs3 bir dəfə ona bildirmişdir ki, sənəd üçün verdiyi puldan Ruslan və Hafiz 2300 manat götürüb xərcləmişdir. Fazil həmin pul qaytarılmadığı üçün lazım olan yerə aparıb çatdıra bilmədiyini demişdir. Ona görə o, Hafiz və Ruslana zəng edərək 2300 manat pulunu qaytarmasını və yaxud aparıb Fazilə verilməsinin lazım olduğunu bildirmişdir. Çünki Fazil ona demişdir ki, onlardan pulu alıb ona çatdırsın. Ona görə də o, bir neçə dəfə tələb edəndən sonra 2019-cu il tarixdə 1150 manat Hafiz, 1'50 manat Ruslan, cəmi 2300 manatı qaytarmışlar. Sonra Fazil gəlib həmin pulu onların yaşadıqları evə gəlib ailə üzvlərinin yanında alıb aparmışdır. Bir dəfə də “Maqnit” mağazasına aylıq ödəniş edilməsi üçün pulu olmadığına görə Ruslan 100 manat, Hafiz də 100 manat, ümumilikdə 200 manat ona kömək üçün pul vermişlər ki, mağazaya ödəniş etsin. Fazil isə ifadəsində qeyd etdiyi kimi banklara olan aylıq faizləri və qohumlardan aldığı xırda pulların bəzilərini qaytarmaq üçün pula ehtiyacı olduğu üçün notarial qaydada ona 2000 manat borca pul vermişdir. Həmin pulu da hazırda Fazilə borcludur, nə vaxt onu aldadaraq etibarından istifadə edib aldıqları pulu qaytaralar Ruslanın 100 manat, Hafizin 100 manat və Fazilin 2000 manat pulunu ödəyəcək. Beləlklə o, şikayət edəndən sonra həmin şəxslər ona vurduqları maddi ziyandan heç bir məbləğdə qaytarmamışlar. Əlavə olaraq bildirmişdir ki, ona məxsus evin sənədlərinin düzəlməsi məqsədilə verdiyi puldan başqa, həmin ərəfədə Təqsirləndirilən şəxs3 şəxsi ehtiyacı üçün ondan hissə-hissə ümumilikdə 1900 manat borca pul almışdır. O, şikayət edəndən sonra Fazilin oğlu, gəlini və qızı həmin 1900 manat pulu gətirib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan “VİP" kafedə ona qaytarmışdır. Həmin vaxt onlara da bildirmişdir ki, bu Fazilin borc olaraq aldığı puldur. Onlar da bildirmişlər ki, ataları Fazil həbsdən azad olunandan sonra öz aralarında həll edəcəklər. Ona məxsus evin 7%-lik ipoteka yolu ilə qardaşı oğlu Şahid16 adına alqı-satqı edilməsini və ona isə 4%-lik ipoteka yolu ilə bina evindən mənzil alınmasını Ruslan və Hafiz vəd etmişlər. O, Beynəlxalq bankdan qardaşı oğlu Elçinin adına xx.xx.2018-ci il tarixdə Ruslan və Hafizin vasitəsi ilə 10000 manat pul çıxarmağına səbəb ona məxsus evin və torpağın mülkiyyətə çevirildikdən sonra ipoteka yolu ilə qardaşı oğlu Elçinə satıb, bina evində mənzil almaq olmuşdur. Ona məxsus evə qiymətləndirmə şirkətindən nümayəndəni Ruslan və Hafiz dəvət edib gətirmişdir. xx.xx.2018-ci il tarixdə evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınması məqsədi ilə etibarnamənin verilməsi üçün Ruslan, Hafiz və Daşınmaz Əmlakın Dövlət Reystir Xidmət nin işçisi kimi təqdim etdikləri Fazil adlı şəxslə birlikdə gəlmişlər. Ona məxsus evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınması üçün Fazil ilk dəfə dekabr ayının ortaları **-VJ-*** nömrəli Nissan markalı avtomobilin sahibi ilə gələrək evə və həyətə baxıb, həmin şəxsin Xəzər rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən göndərildiyini bildirmişdir. O, qardaşı oğlu Elçinlə birlikdə Elçinin dostu Elnurun adına Ruslanın vasitəsilə 20 yanvar metrosunun yaxınlığında yerləşən Exspress bankdan xx.xx.2018 tarixdə 4000 manat pul çıxarmışdır. Zərərçəkmiş şəxs əlavə dindirilməsi zamanı ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Orxan Kəngərli tərəfindən istintaqa təqdim edilmiş 01 (bir) ədəd CD diskə onun iştirakı ilə baxış keçirildi. Birinci diskdə olan səslər ona, Təqsirləndirilən şəxs1 və Hafizin Cəfər adlı oğluna məxsusdur. Həqiqətən də onlar üçü Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən bir kafedə görüşüb, oturub söhbət etmişlər. Həmin vaxt aralarında baş tutmuş söhbətin səs yazısıdır. Həmin söhbət zamanı o, Təqsirləndirilən şəxs1 DİN-nin müxtəlif idarələrinə işə qəbul olunmaq istəyən şəxsin yaş həddini, fiziki kriteriyalarını və digər məlumatları izah etmişdir. Söhbət zamanı o, nə Hafiz, nə də onun oğlu Cəfərdən pul tələb etməmiş, nə də həmin şəxslər ona heç bir məbləğdə pul verməmişlər. Hafiz ondan oğlu Cəfərin DİO-da işə qəbul olunmasına köməklik etməyi xahiş etdikdə bildirmişdir ki, qeydiyyatda olduqları Suraxanı rayonunda Polis İdarəsinə müraciət edirlər, sənəd toplandıqdan sonra, sıra baxışında DİN-in rəhbərliyi tərəfindən seçildikdən sonra xidmətə qəbul oluna bilər. Bunun üçün heç bir məbləğdə pul tələb olunmur. Hazırda o, yazılarına qulaq asarkən görmüşdür ki, söhbətləri hissə-hissə olaraq yazılmışdır. Onun həmin sözləri qəsdən danışığın mətnindən çıxarılmışdır. Hafiz və oğlu ondan müraciət yolu ilə deyil kiminsə vasitəsilə dolayı yolla işə qəbul olunmasına köməklik etməsini istəmişlər. O, həmin vaxt bildirmişdir ki, onun tanışları var, onlardan da xahiş edər, gedib görüşərlər. Həmin şəxslər imkanları daxilində köməklik edərlər. Hətta həmin vaxt kiməsə zəng edib maraqlanmışdır. O, söhbət zamanı kimlərinsə pulla işə düzəlməsini eşitdiyini bildirmişdir. Lakin onun hər hansı bir məbləğdə pul müqabilində işə düzəltmək imkanı olmadığını bildirmişdir. Bir daha bildirmişdir ki, o, Hafizdən oğlunu işə düzəltmək üçün heç bir məbləğdə pul almamışdır. Bu səs yazısından da görünür. Əgər Hafiz ona hər hansı məbləğdə pul versəydi, həmin halı mütləq apardığı səsyazmada onu da təkrartəkrar qeyd edərdi. Həmin vaxt Hafiz, Ruslan və Fazil onun evinin sənədlərini düzəltdikləri üçün Hafizə oğlunun işə düzəlməsinə kömək edəcəyinə söz vermişdir. Ancaq sonradan başa düşmüşdür ki, onlar verdiyi pulları ələ keçirməyi planlaşdırmışlar. Onun üçün bu söhbəti də qurub və gələcəkdə ona təsir etmək məqsədilə həmin söhbəti qeydə almışlar. Həmin diskdə olan 2-ci səs yazısında isə qeyd olunan söhbət barədə o, əvvəlki ifadəsində də qeyd etmişdir. Belə ki, evinin sənədlərinin hazırlanması yubandıqda Təqsirləndirilən şəxs3 bunun səbəbini soruşmuşdur. Fazil isə sənəd üçün verdiyi puldan Ruslan və Hafizin 2300 manat götürüb xərclədiklərini, nəmin pul Fazilə verilmədiyi üçün pulu lazım olan yerə aparıb çatdıra bilməmişdir. Ona görə o, Hafiz və Ruslana zəng edərək onun 2300 manat pulunun qaytarılmasını və yaxud aparıb Fazilə verilməsinin lazım olduğunu bildirmişdir. Çünki Fazil ona demişdir ki, onlardan pulu alıb ona çatdırsın. Ona görə də o, bir neçə dəfə tələb edəndən sonra 2019-cu il tarixdə 1150 manat Hafiz, 1150 manat Ruslan, cəmi 2300 manatı qaytarmışlar. Həmin görüşdə tanışı Şahid13 adlı şəxs də iştirak etmişdir. Sonra Fazil həmin pulu yaşadığı evə gəlib ailə üzvlərinin yanında ondan alıb aparmışdır. Qeyd olunan səs yazısı da həmin ərəfələrdə aparılmışdır. Həmin söhbəl zamanı da, 2300 manat puldan əlavə yerdə qalan pulların və ona vurulmuş ziyanın ödənilməsi üçün söhbət etməyi təklif etmişdir. Həmin şəxslər onu aldadaraq aldıqları pulları ələ keçirmək üçün bu cür səs yazıları ilə özlərini təmizə çıxarmaq və etdikləri cinayəti ört-basdır etmək istəmişlər. Təqsirləndirilən şəxs3 tərəfindən istintaqa təqdim edilmiş ərizə ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, əvvəlki ifadəsində qeyd etdiyi kimi, ona məxsus evin sənədlərinin düzəlməsi məqsədilə verdiyi puldan başqa, həmin ərəfədə Təqsirləndirilən şəxs3 şəxsi ehtiyacı üçün ondan hissə-hissə olmaqla ümumilikdə 1900 manat borc pul almışdır. O, şikayət edəndən sonra Fazilin oğlu, gəlini və qızı həmin 1900 manat pulu gətirib Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan “VİP" kafedə ona qaytarmışdır. O, həmin vaxt Fazilin ailə üzvlərinə də bildirmişdir ki, bu Fazilin ondan borc olaraq aldığı puldur. Fazilin ailə üzvləri ona Fazil həbsdən azad olunandan sonra öz aralarında həll edəcəklərini, həbsdən buraxılandan sonra puünu qaytaracağını bildirmişlər. Həmin ərizəni də Fazilin həbsdən buraxılmasına kömək üçün həmin vaxt vermişdir. Lakin Fazil həbsdən buraxılandan sonra da vədinə əməl etməyib, onun pulunu qaytarmaqdan yayınmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 04 fevral 2020-ci il tarixli **********828 nömrəli, 12 mart 2022-ci il tarixli **********920 nömrəli və 14 mart 2022-ci il tarixli **********950 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ona dəymiş ziyan ayrı-ayrılıqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən tam şəkildə ödənilmişdir, o, təqsirləndirilən şəxslərlə barışmışdır, sonunculara qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2011-ci ildən etibarən Bakı şəhəri, Xəzər rayonu, İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayərdəliyində mühəndis olaraq çalışır. 2018-ci ilin təxminən noyabr ayının son günləri, dekabr ayının əvvəllərində saat təxminən 11:00 radələrində işdə olduğu müddətdə Xəzər rayon icra Hakimiyyətində Təsərrüfat Şöbəsinin müdiri Şahid9 onun ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng edərək İcra Hakimiyyətinin 1-ci mərtəbəsində bir nəfər şəxsin onu gözlədiyini və həmin şəxslə görüşüb göstərdiyi torpaq sahəsinə baxış keçirib ona məlumat verməsini bildirmişdir. Onun iş yeri ilə Xəzər rayon İcra Hakimiyyəti binası arasındakı məsafə 700- 800 metr məsafə olduğundan o, dərhal özünə aid avtomobillə icra Hakimiyyətirə getmiş və orada gözləyən şəxsin kim olduğunu soruşduqda ağ saçlı, 60-65 yaş arası bir nəfər, sonradan adı ona məlum olan Fazil adlı kişi yaxınlaşıb onu gözlədiyini demişdir. O, Fazildən torpağın harada yerləşdiyini və avtomobilinin olub olmadığını soruşmuş, Fazil kişi avtomobilinin olmadığını dedikdə o, həmin şəxslə birlikdə öz avtomobilinə əyləşib Fazilin göstərdiyi Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki hasara alınmış, darvazalı, içərisində bir mərtəbəli yaşayış evi olan ünvana getmişdir. Darvazanı açıb içəri daxil olmuşlar. İçəri daxil olmazdan əvvəl Fazil kişi ona qapını açan, qarşılayan şəxslərdən kimsənin yanında heç nə danışmamağı, yerə baxdıqcan sonra çölə çıxarkən sözünü çöldə deməsini bildirmişdir. Fazil kişi qapını döymüş və qapını 14-15 yaşında oğlan uşağı açmışdır. İçəri daxil olub baxdıqda həmin sahənin ’’Abşeron” sanatoriyasının ərazisi, «Kurort» Səhmdar Cəmiyyətinə aid olduğunu görüb heç nə demədən çölə çıxmış və çöldə Fazil kişiyə həmin ərazinin Xəzər rayon İcra Hakimiyyətinin balansına aid olmadığını demişdir. Eyni zamanda Fazilin yanında birbaşa Tural müəllimə zəng edərək bu barədə məlumat vermişdir. Onu da qeyd etmişdir ki, Fazil adlı şəxslə həmin əraziyə gedərkən yolda ona danışmışdır ki, həmin ərazini aldığına görə sənədləşdirmək istəyir. Lakin, aradan təxminən 3 ay keçmiş iş yerinə Zərərçəkmiş şəxs adlı polis əməkdaşı yaxınlaşaraq Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki ünvana baxmağı və həmin sahənin sənədləşdirilməsində köməklik göstərİməsini xahiş etdikdə o, həmin əraziyə 3 ay əvvəl bir nəfərlə gedib baxdığını, ərazinin sanatoriya ərazisi olduğunu, Xəzər rayon İcra Hakimiyyətinin balansında olmadığını, sənədləşmə işində ona heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Həmin ərazinin başqasına satıldığını Fazilin sözlərindən ehtimal etdiyinə görə bu barədə sualla müraciət etdikdə Mehman müəllim bildirmişcir ki, sənədləşdirib satmaq istəyir, həmin şəxslə “üzülüşüb". Bu sözlə nə demək istədiyini bilməsə də onun üçün əhəmiyyət kəsb etmədiyindən daha bir söz deməmiş və bildirmişdir ki, həmin yeri sənədləşdirmək mümkün deyil. Bir müddət keçmiş Mehman müəllim təkrar onun iş yerinə gələrək Fazil və adlarını xatırlamadığı şəxslər tərəfindən aldadıldığını, kreditlə pul götürüb sənədləşmə üçün onlara verdiyini və bu barədə polisə şikayət etdiyini bildirmişdir. Bundan sonra ona aydın olmuşdur ki, Fazil adlı şəxslə həmin əraziyə gedərkən ərazi barədə bizi qarşılayacaq şəxsin iştirakında heç nə danışmamağını deməklə onun başqa niyyəti olubmuş, hətta ona elə gəlir ki, ərazinin Xəzər rayon icra hakimiyyətinin balansında olmadığını da gözəl bilirmiş. Sadəcə onu ora aparmaqla Mehman müəllimi inandırmağa çalışmış ki, ona və digərlərinə həvalə edilən işlərlə məşğuldurlar. Bildirmişdir ki, Hafiz və Ruslan adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti olmayıb, bu barədə ona müraciət etməmiş, hər hansı işin görülməsini xahiş etməmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Xəzər rayon icra hakimiyyətinin birinci müavini Elşən müəllim tərəfindən qeyd olunan torpaq sahəsinin sənədləşdirməsinə kömək edilməsi barədə ona heş bir göstəriş verilməmişdir. Ümumiyyətlə Fazil adlı şəxslə söıbəti zamanı Elşən müəllimin adı çəkilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hazırda ona təqdim olunan Zərərçəkmiş şəxs ünvan 19 ünvanında yerləşən mövcud yaşayış evinin eskiz layihəsini o hazırlamışdır. Belə ki, o, 2018-ci ildə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayında ofisdə olarkən ağ saçlı, 60-65 yaş arası bir nəfər, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs3 ofisə yaxınlaşmış, layihə çəkmək lazım olduğunu bildirmişdir. O, layihə çəkmək üçün 300 manat ödəniş eləməli olduğunu bildirmişdir. Onlar razılaşmış, o da, onunla birlikdə işləyən memar Fidan Əlizadəni götürüb idarə etdiyi avtomobillə ünvan 19 ünvanına getmişlər. Gedəndə yolda Təqsirləndirilən şəxs3 eskiz lahiyəsi üçün 300 manatı ödəmişdir. Evin layihəsinin ölçülərini götürüb ofisə qayıtmışlar. Fazil həmin ünvanda qalmışdır. Onlar həmin ünvana gedəndə, birinci həyəti ölçmüş, həmin vaxt həyətin sahibi Zərərçəkmiş şəxs və onun oğlu evdən həyətə düşmüşlər. Sonra onlar fərdi yaşayış evinin içərisinə daxil olub içəridə olan ölçüləri götürmüşlər. Həmin vaxt evdə Fazil, Mehman və onun oğlundan başqa heç kimi görməmişdir. Sonra gəlib layihəni hazırlamağa başlamışlar. Memar tərəfindən layihənin eskizi işləndikdən sonra layihəni hazırlayıb təhvil vermişlər. Hərıin vaxtdan sonra o, həmin şəxslərin heç birini görməmişdir. Əlavə olaraq, həmin vaxt ev sahibinin kim olduğunu bilmədiyini, lakin Təqsirləndirilən şəxs3 ona Zərərçəkmiş şəxs adına olan sənədlərin hazırlanmasına etibar etməsi barədə notarial qaydada etibarnaməni təqdim etdiyini qeyd etmişdir. O, elə başa düşmüşdür ki, ev sahibi elə Təqsirləndirilən şəxs3dir. Lakin etibarnamə Zərərçəkmiş şəxs tərəfindən verildiyi üçün eskiz layihə onun adına hazırlanmışdır. Qanuni fəaliyyət göstərmələri üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq lisenziyaları vardır və həmin lisenziya eskiz lahiyəsinə əlavə edilmişdir. ünvan 19 ünvanında olarkən və ya ondan əvvəl Zərərçəkmiş şəxs tanımamış, elə bir söhbətləri olmamışdır. Dediyi kimi onunla Fazil adlı şəxs danışıb eskiz layihəsini hazırlatmışdır. Hal-hazırda həmin şəxsi görsəm tanıya bilər. O, həmin torpaq sahəsinin "Abşeron” sanatoriyasının ərazisi «Kurort» Səhmdar Cəmiyyətinə aid olduğunu bilməmiş, ora gedəndə həyətin sağ və solunda yaşayış evləri mövcud olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87 ünvanında yaşayan əmisi Zərərçəkmiş şəxsla aralarında olan razılaşmaya əsasən əmisi ona məxsus evi təmir edib, eyni zamanda çıxarışını aldıqdan sonra ona satmalı imiş. O isə, əvəzində Xəzər rayonu, Şağan qəsəbəsində özünə məxsus 2 sot torpağı əmisi Mehmana verməli imiş. Aralarında olan pulun qalan hissəsini isə nağd şəkildə ödəyəcəkmiş. Əmisi Mehman isə verəcəyi torpaqda fərdi ev tikməyi və övladı üçün bina evində mənzil almağı planlaşdırmışdır. 2018ci ilin noyabr ayının ortalarında əmisi Mehmanın tanışları, özlərini bank işçisi kimi təqdim edən Ruslan və Hafiz adlı şəxslərlə 4 saylı Vərəm Dispanseri ilə üzbəüz olan “Totu" kafesində görüşmüşlər. Ruslan və Hafiz onun adına bankdan pulun çıxarılmasında, əmisinə məxsus evin və torpağın mülkiyyətə çevrilib çıxarışın alınmasında, onun adına 7 faizlik ipoteka yolu ilə əmisinin evinin alınmasına, əmisinə isə 4 faizlik ipoteka yolu ilə Bakı şəhərində bina evində mənzil alınmasına köməklik edə biləcəklərinə vəd vermişlər. Əmisi Ruslan və Hafizə özünə məxsus evin heç bir ilkin sənədlərinin olmadığını bildirmişdir. Ruslan və Hafiz Daşınmaz Əmlakın Reyestr Xidmətində işləyən Fazil adlı yaxın bir dostlarının vasitəsilə əmisinə məxsus evin sənədlərinin düzəlməsində köməklik edəcəklərini bildirmişlər. Habelə qeyd etmişlər ki, Fazilin Daşınmaz Əmlakın Reyestr Xidmətində və Xəzər rayon İcra Hakimiyyətinin rəhbər işçiləri arasında yaxın münasibətləri olduğu üçün sənədlərin düzəlməsində heç bir çətinlikləri olmayacaq. Əmisi və o, təklif barədə fikirləşib cavab verəcəklərini bildirmişlər. Bir neçə gündən sonra, onlar Ruslan və Hafizlə görüşdükdə sənədləşmə işinin həlli yolunu soruşmuşlar. Ruslan və Hafiz yaxın tanışları, Daşınmaz Əmlakın Reyestr Xidmətinin işçisi kimi onlara təqdim etdikləri Fazil adlı şəxsin Xəzər rayon İcra başçısı və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən vəzifəli şəxs Şəmsi müəllimlə evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınması barədə razılaşma əldə etdiyini, Ruslan və Hafiz isə 7%-lik ipoteka yolu ilə əmisinə məxsus evi onun adına, 4%-lik ipoteka yolu ilə isə bina evində əmisinə mənzil alınması üçün pulun ayrılmasına dair Bank rəhbərliyi ilə razılaşdıqlarını bildirmişlər. Onlar Ruslan və Hafizdən bütün bu görəcəkləri işlərə görə şərtlərini soruşduqda, Ruslan və Hafiz evin heç bir ilkin sənədi olmadığı üçün evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınmasına görə, 4%-lik və 7%-lik ipotekaya alınan evə və mənzilə pulun ayrılması üçün isə Bank rəhbərliyinə, özlərinə, eləcə də ilkin olaraq ödənişlər edilməsi üçün ilkin olaraq müəyyən məbləğdə pul verilməsini bildirmişlər. Onlar Ruslan və Hafizdən qeyd olunan işləri hansı müddətə həll edib, başa çatdıracaqlarını soruşduqda, onlar əmisi Mehmanın həyət evinə aid sənədləşmə işinin başlanılması üçün ilkin olaraq danışılan məbləğdən pulun müəyyən qismi verildiyi ilk gündən başlayaraq evin və torpağın mülkiyyətə çevrilib çıxarışının alınması bir ay ərzində, əmisinin ona satacağı evin və əmisinin yeni alacağı mənzilin ipoteka yolu ilə sənədləşib başa çatması 10 gün müddətinə, ümumilikdə ^0 gün ərzində yekunlaşacağını və qalan məbləğin isə hissə-hissə iş başa çatana kimi ödərilməsini bildirmişlər. Onlar fikriləşib razılıqlarını bildirmişlər. Bir neçə gündən sonra əmisi onunla əlaqə saxlayıb Bankdan pul çıxarılması məqsədi ilə şəxsiyyət vəsiqəsinin və maaş kartının sürətini Ruslana məxsus ***-***-**-** Whatsapp nömrəsinə göndərməsini bildirmişdir. Ruslan onun adına 10.000 manat pul çıxarılmasını Bank rəhbərliyi ilə danışıb razılaşdığını və xx.xx.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında olan Beynəlxalq Bankın qarşısında olmağı əmisinə bildirmişdir. O, şəxsiyyət vəsiqəsinin və maaş kartının sürətini Ruslana göndərmişdir. xx.xx.2018-ci il tarixdə o və əmisi Sabunçu rayonunda yerləşən, Beynəlxalq Bankın qarşısına gəlib Ruslan, Hafiz və onların yanlarında olan tanımadıqları şəxslə görüşmüşlər. Ruslan və Hafiz, onun adına bankda pul olduğu və başqa şəxsə zamin durduğu üçün xırda bir problemin yarandığı səbəbindən yanlarında gətirdikləri şəxsin ona zamin duraraq pulu çıxaracaqlarını bildirmişlər. Ruslan və Hafiz ona zamin duran şəxsə əmisinə məxsus evi ona ipoteka yolu ilə satıb əmisinin adına 40 gün ərzində pul çıxarıldıqdan sonra bankdan çıxarılan məbləğ ödənildikdən sonra zaminlikdən çıxarılacağına vəd vermişlər. Ruslan mobil telefon vasitəsi ilə danışıb onun gətirdikləri zamin duran şəxslə birlikdə təcili olaraq banka yaxınlaşmasını və onları girişdə xidmətdə olan polis nəfərinin qarşılayacağını bildirmişdir. O, xx.xx.2018-ci il tarixdə Beynəlxalq Banka daxil olarkən həmin Bankda xidmətdə olan adını bilmədiyi əməkdaş bankın girişində onu qarşılayıb, Ruslanın göndərdiyi adam olduğunu soruşmuş və ona növbə üçün nömrə götürüb yenidən ona yaxınlaşmasını bildirmişdir. O, nömrə götürdükdən sonra 10 nömrəli masaya yaxınlaşıb əyləşmişdir. O və zamin duran şəxs bank mütəxəssisinə sənədlərini təqdim etdkdən sonra sənədləşmə işi aparılıb hazır olduqda çağıracağını bildirmişdir. Onlar bankdan çıxıb bankın yaxınlığında olan çayxanaya gedib bir müddət gözlədikdən sonra yanlarında olan Ruslan təcili onun və zamin duran şəxsin banka getməsini bildirmişdir. Onun adına bankda 10000 manat pul olduğu üçün, bank mütəxəssisi tərəfindən həmin kredit yerindəcə bağlanıb təkrarən adına 20.000 yazılaraq 10.000 manat pul çıxarıb yenidən çayxanaya getmişdir. Onlar Hafizə məxsus **-HD-*** nömrəli Mersedes markalı maşına əyləşmişlər. Avtomobili Hafiz idarə etmişdir. Əmisi Mehmaq qabaq oturacaqda əyləşmişdir. xx.xx.2018-ci il tarixdə təxminər saat 11 radələrində əmisi Zərərçəkmiş şəxs o və ona zamin dayanmış, Ruslan və Hafizin gətirdiyi Elman adlı şəxsin yanında Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 26-da yerləşən “Beynəlxalq Bankın9 qarşısında 10000 manat pulu Ruslanın gözünün qabağında şəxsən Hafizə verib ayrılmışlar. Qeyd etmişdir ki, əmisi Mehman təkrarən onunla əlaqə saxlayıb sözü gedən məsələ ilə əlaqədar təcili əlavə pul verilməli olduğunu bildirmiş, o, sonradan əmisi ilə əlaqə saxlayıb dostu Elnurun adına bankdan pul çıxara biləcəyini bildirmişdir. O, əmisi və Elnur 2019-cu ilin dekabr ayının əvvəlində 20 yanvar metrosunun yaxınlığında yerləşən Exspress bankın yaxınlığında görüşmüşlər. Ruslan əmisi ilə telefon əlaqəsi saxlayıb onun və Elnurun banka yaxınlaşmasını və onları Ruslanın tanışı bank işçisinin qarşılayacağını bildirmişdir. Onu və Elnuru bankın girişində Ruslan dediyi şəxs qarşılayıb sənədləşmə aparılacaq kassanı istiqamət verib əyləşmələrini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Elnurun adına 4000 manat pul çıxarıldıqdan sonra, Elnur ayrılaraq getmişdir. O və əmisi isə Sabunçu rayon ərazisində yerləşən Olimpiya stadionu tərəfə gəlmişlər. Stadion ilə üzbə-üz hava limanı istiqamətində yeraltı keçidi keçdikdən sonra Ruslana məxsus **-HP- *** nömrəli ağ KİA markalı avtomobilə əyləşmişdir. Avtomobildə əmisi Mehman 4000 manat pulu onun iştirakı ilə Hafizə vermişdir. Həmin vaxt maşını Ruslan idarə etmişdir. Ruslan və Hafiz onlardan aldıqları 4000 manat puldan 100 manat özlərinə, 300 manat Express bankın bank mütəxəsisinə verəcəklərini bildirmişlər. Sonra onlar ayrılmışlar. Axşam saatlarında əmisi Mehman onunla əlaqə saxlayıb Ruslan, Hafiz və Fazilin deməsinə görə ona məxsus evin sənədlərinin Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən təsdiqləndiyin, Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətində olmasını və bir neçə gündən sonra əmisinə məxsus evin çıxarışının götüləcəyini bildirmişdir. Təxminən bir ay keçdikdən sonra 2019-cu ilin fevral ayının əvvəllərində Mehman ona zəng edərək Ruslan, Hafiz və Fazilin onunla əlaqə saxlayıb əmisinə məxsus evin sənədlərinin hazır olmasını və onlar yerdə qalan pulları tələb etdiklərini bildirmiş və həmin pulların verilməsində ona köməklik göstərməsini xahiş etmişdir. O, 2000 manat pul toplayıb fevral ayının əvvəli əmisi Mehmana çatdırmışdır. Bir neçə gündən sonra əmisi Mehman onun verdiyi pulla birlikdə ümumilikdə Ruslan, Hafiz və Fazilə 19450 manat pul verildiyini, qısa bir müddətə Mehmanın evinə məxsus sənədləri Daşınmaz Əmlakın Reyster Xidmətindən götürüb banka təqdim edəcəklərini bildirmişdir. Əmisi Mehmanın sözlərinə görə o, müxtəlif vaxtlarda Ruslan, Hafiz və Fazilə ümumulikdə hissə-hissə 44000 manatdan artıq pul vermişdir. Həmin pulun 14000 manatı şəxsən onun iştirakı ilə verilmişdir. Qeyd etmişdir ki, pul verdikləri ilk gündən başlayaraq mütəmadi olaraq əmisi Mehmanla əlaqə saxlayıb, sənədləşmə işi ilə maraqlandıqda əmisi hər şeyin qaydasında olmasını bildirmiş və o, əmisi Mehmanla görüşdükdə o, Ruslan, Hafiz və Fazillə əlaqə saxlayıb sənədləşmə işini soruşduqda, onlar işin qaydasında olmasını bildirmələrinin şəxsən şahidi olmuşdur. Bundan əlavə onlar Ruslan, Hafiz və Fazilin hər üçü ilə bir neçə dəfə görüşdükdə onlar evin və torpağın çıxarışını verəcəklərini onun yanında tam əminliklə bildirmişlər. Ruslan, Hafiz və Fazilin sənədləşmə işi ilə əlaqədar vəd verdikləri vaxt keçdiyinə görə onlar artıq narahat olmağa başlamışlar. O, işi ilə əlaqədar görüşə bilmədiyi üçün mütəmadi olaraq əmisi ilə telefon əlaqəsi saxladıqda, əmisi özü də narahat olduğunu və onların müxtəlif bəhanələr gətirərək qısa bir müddətə çıxarışı verəcəklərini bildirdiklərini demişdir. Ruslan, Hafiz və Fazil təkrarən verdikləri vədə əməl etmədiklərinə görə onlarla Suraxanı rayonunda Lukoil YDM-nin yaxınlığında çayxanada görüşüb verdikləri pulları tələb etdikdə Ruslan, Hafiz və Fazil onları mübahisəyə və dava-dalaş etməyə vadar etsələr də onlar pulu geri qaytarmadıqda barələrində şikayət edəcəklərini bildirib ayrılmışlar. Bildirmişdir ki, onlar Ruslan, Hafiz və Fazilə inanıb banklardan pul çıxarıb, lombarda qızıl-ziynət əşyaları qoyub dəyərindən aşağı pul götürüb, Maqnit mağazasından əmisi Mehmanın adına məişət avadanlıqları alıb dəyərindən aşağı qiymətə onların vasitəsi ilə satıb pullarını və müəyyən yerlərdən əlavə pullar götürüb vermişlər. Bildirmişdir ki, tanışı Elnurun adına xx.xx.2018-ci il tarixdə Exspress bankdan götürülmüş 4000 manat pul onun tərəfindən tam olaraq ödənilmişdir. Həmin 4000 manat pulu əmisinə borc olaraq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 2013-cü ildən etibarən Bakı şəhəri, Xəzər rayonu, İcra Hakimiyyətində Təsərrüfat şöbəsində müdir vəzifəsində çalışır. 2018-ci ilin təxminən noyabr ayının son günləri, dekabr ayının əvvəllərində saat təxminən 10:00 radələrində işdə olduğu müddətdə icra Hakimiyyətinin 1-ci mərtəbəsində bir nəfər, sonradan adının Fazil olduğunu öyrəndiyi şəxsin gözlədiyini görmüş, həmin şəxs qəbula gələrək Mərdəkan qəsəbəsi ərazisində yaşadığı mənzili sənədləşdirmək istədiyini bildirmişdir. O, icra nümayəndəliyinin mühəndisi Şahid1 həmin şəxslə görüşüb, onun göstərdiyi torpaq sahəsinə baxış keçirib ona məlumat verməsini xahiş etmişdir. Ələmdar müəllim torpaq sahəsinə baxıb qayıtdıqda həmin şəxsin göstərdiyi Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki hasara alınmış, darvazalı, içərisində bir mərtəbəli yaşayış evi olan ünvanın "Abşeron" sanatoriyasının ərazisi «Kurort» Səhmdar Cəmiyyətinə aid olması barədə ona məlumat vermişdir. Ələmdar müəllim Fazil kişiyə həmin ərazinin Xəzər rayon İcra Hakimiyyətinin balansına aid olmadığını demişdir. Eyni zamanda Fazilin yanında birbaşa ona zəng edərək bu barədə məlumat vermişdir. Hafiz və Ruslan adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti olmamış, bu barədə həmin şəxslər ona müraciət etməmiş, hər hansı işin görülməsini xahiş etməmişlər. Əlavə olaraq, Xəzər rayon İcra Hakimiyyətinin birinci müavini Elşən müəllim tərəfindən ona qeyd olunan torpaq sahəsinin sənədləşdirilməsinə kömək edilməsi üçün heç bir göstəriş verilmədiyini qeyd etmişdir. Ümumiyyətlə onun Fazil adlı şəxslə söhbəti zamanı Elşən müəllimin adı çəkilməmişdir. Fazil adlı şəxsi də birinci dəfə həmin zaman görmüşdür. Fazil ağ saçlı, 60- 65 yaş arası bir nəfər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, Şahid13 Həsənovu təxminən 3-4 ildir ki, tanıyır. Onunla yaxın qonşuluq münasibətləri vardır. Təxminən 3 ildir ki, Şahid13 vasitəsilə Şahid11 ilə tanış olmuşdur. 2019-cu ilin yanvar ayında Şahid13 və Ceyhun ilə birlikdə olarkən Ceyhun əmisi Zərərçəkmiş şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87 ünvanında yerləşən evinin və torpaq sahəsinin çıxarışını əldə etməkdə köməklik etmək üçün tanıdığı şəxslərə pul verdiyini, həmin şəxslər heç bir iş görmədən verilmiş pulları mənimsədiklərini bildirmiş və həmin şəxslərlə görüşə getməsini xahiş etmişdir. O, etiraz etməmişdir. Ceyhun və Şahid13 ilə birlikdə Nizami rayonuna Vərəm Dispanserinin yaxınlığında yerləşən «Totu» kafesinə getmişlər. Orada sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 adlı şəxslə görüşmüşlər. Ruslan Hafizlə birlikdə Mehmandan 7500 manat pul almasını etiraf etmiş, Mehmana məxsus evin və torpaq sahəsinin özəlləşdirilməsi üçün Təqsirləndirilən şəxs3 verildiyini, həmin puldan Ruslan və Hafiz 2000 manat özlərinə götürdüklərini demişdir. Ceyhun Mehmanın verdiyi 7500 manat pul tam olaraq Fazilə verilmədiyindən evin sənədlərinin düzəlmədiyini, buna görə də Ruslan və Hafizin özlərinə götürdükləri 2000 manat pulu geri qaytarmalı olduqlarını bildirmişdir. Ruslan etiraz etməmişdir. Təxminən 2-3 gün keçmiş Ceyhun ilə görüşərkən o, Ruslanın 1000 manat, Hafiz adlı şəxsin də 1000 manat pulu geri qaytardıqlarını və həmin pulları əmisi Mehmana verdiyini bildirmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evinin və torpaq sahəsinin çıxarışının alınmasına vəd verdikləri danışıqlarda iştirak etmədiyini qeyd etmişdir. Yalnız sonradan Ceyhunun xahişi ilə bir dəfə Ruslanla aralarında olan söhbətdə iştirak etmişdir. Onda bilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X2 Abışovun evinin və torpaq sahəsinin özəlləşdirilməsi, habelə çıxarış alındığı təqdirdə evin ipoteka yolu ilə satılmasında köməklik edirlər. İfadəsinin əvvəlində qeyd etdiyi kimi, Hafiz və Ruslanın 2000 manat pulu Mehmana vermək üçün Ceyhuna verdiklərini eşitmiş, lakin şahidi olmamışdır. O, Mehman tərəfindən Hafiz, Ruslan və Fazilə 7500 manat pul verilməsinin şahidi olmamış, bu rəqəmi Ceyhun, Şahid13 və Ruslanın arasında olar söhbətdən eşitmişdir. 2021 -ci ilin iyun ayının əvvəllərində Şahid13, Ruslan, sonradan adını öy'əndiyi Təqsirləndirilən şəxs1 və adını bilmədiyi ağsaqqal bir kişi onu taparaq qeyd olunan iş üzrə şahid qismində ifadə verməsini və bu barədə Nizami rayon prokurorluğuna ərizə yazmasını xahiş etmişlər. O da, etiraz etməmiş, onların yanında, onların iştirakı və köməyi ilə ərizəni yazmış, göndərilməsi üçün onlara vermişdir. Ərizədə qeyd etdiklərinin çoxunu ona Ruslan və Hafiz danışmış, o da, qeyd etmişdir. Sonra da gəlib ifadə vermişdir. Bir daha bildirmişdir ki, o, Zərərçəkmiş şəxs evinin sənədləşməsi ilə əlaqədar, Hafiz, Ruslan və Fazil adlı şəxslərlə aralarında olan razılaşmalar, hər hansı bir məbləğdə pulun verilib- alınmasında iştirak etməmiş, şahidi olmamışdır. O, Ruslan və Hafizin Mehman tərəfindən Fazilə verilən puldan 2000 manatını götürdüklərini və sonradan qaytarılmasını onlardan eşitmişdir. Ərizəni də Hafiz və Ruslanın xahişi ilə yazmışdır. O, Şahid13, Ruslan, Hafiz və yaşlı kişi ilə görüşərkən orada Mehmanın polisə şikayət edərək Ruslan və Hafizə 44000 manat pul verdiyini və həmin puldan heç bir məbləğdə pulun Mehmana qaytarılmadığını iddia etdiyini bildirmişlər. O, Mehmanın Hafiz, Ruslan və Fazilə vermiş olduğu 7500 manat pulun 2000 manatının qaytarılmasından başqa heç bir danışıqlarda iştirak etmədiyindən bunun şər və böhtan olmasını Ruslan və Hafizin xahişi ilə qeyd etmişdir. B:r daha bildirirmişdir ki, Mehman evinin və torpaq sahəsinin özəlləşdirilməsi, habelə çıxarış alındığı təqdirdə evin ipoteka yolu ilə satılmasında köməklik etmələri üçün Hafiz, Ruslan və Fazilə 7500 manatdan əlavə hansı məbləğdə pul verməsini bilmir. Qeyd etdiyi kimi, onun iştirakı ilə aparılan danışıqda Ruslan Mehmanın verdiyi 7500 manat puldan Hafiz ilə hər birinə 1000 manat olmaqla, ümumilikdə 2000 manat götürdüklərini etiraf etmiş və həmin pulu qısa müddətdə qaytaracaqlarına söz vermişdir. Şahid14 25 yanvar 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Şahid14 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 uşaq yaşlarından tanıyır. Təxminən 7 ildir ki, Fazili Hafiz və Ruslan ilə tanış etmiş və həmin vaxtdan da onları tanımışdır. Belə ki, Fazil ev və torpaq sənədlərinin alınmasında səriştəsi olduğundan o, Fazili Ruslan və Hafiz ilə tanış etmişdir. Təxminən 2019-cu ilin mart ayının sonlarında Hafiz ona zəng vuraraq bir nəfərlə görüşəcəyini və onun da həmin görüşdə iştirak etməyini xahiş etmişdir. O, etiraz etməmişdir. Vərəm Dispanserinin yaxınlığında yerləşən «Totu» kafesində Hafiz və Ruslanın, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə görüşündə iştirak etmişdir. Həmin görüşdə Ruslan və Hafiz Fazili tapa bilmədiklərini deyib onu tapmaqda köməklik etməyini xahiş etmişlər. Söhbət zamanı ona məlum olmuşdur ki, Hafiz və Ruslan Zərərçəkmiş şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87 ünvanında yerləşən evinin və torpaq sahəsinin çıxarışını əldə etməkdə köməklik etmələri üçün 7500 manat pul almış, pulu Təqsirləndirilən şəxs3 vermişlər. Fazil sənədləri əldə etmədən görüşdən yayındığı üçün onu tapmaqda kömək etməsini xahiş etmişlər. Söhbət zamanı o, öyrənmişdir ki, Mehman evinin və torpaq sahəsinin çıxarışının əldə olunması üçün Faziə notarial qaydada etibarnamə vermişdir. Ruslan və Hafiz Mehmanın vermiş olduğu puldan hər biri 1150 manat olmaqla, ümumilikdə 2300 manat pul götürmüşlər. O, Fazilin oğlu ilə telefonla əlaqə saxlamış, Fazilin oğlu atasının xəstə olduğunu, sağalan kimi evin sənədlərini düzəldəcəyini, əks halda pulu geri qaytaracaqlarını bildirmişdir. Bundan təxminən 1-2 ay sonra Ruslan və Hafizin evin sənədləşməsi üçün verilmiş 7500 manat puldan götürdükləri, ümumilikdə 2300 manat pulu Zərərçəkmiş şəxs qaytardıqlarını eşitmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evinin və torpaq sahəsinin çıxarışının alınmasına vəd verdikləri danışıqlarda iştirak etmədiyini qeyd etmişdir. Yalnız sonradan Hafizin xahişi ilə bir dəfə Mehman ilə aralarında olan söhbətdə iştirak etmişdir. Onda bilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evinin və torpaq sahəsinin özəlləşdirilməsi, habelə çıxarış alındığı təqdirdə evin ipoteka yolu ilə satılmasında köməklik edirlər. İfadəsinin əvvəlində qeyd etdiyi kimi, Hafiz və Ruslanın 2300 manat pulu Mehmana vermək üçün Şahid13 verdiklərini eşitmişdir, lakin şahidi olmamışdır. O, Mehman tərəfindən Hafiz, Ruslan və Fazilə 7500 manat pul verilməsinin şahidi olmamış, bu rəqəmi Hafiz və Ruslandan eşitmişdir. 2021 -ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu taparaq qeyd olunan iş üzrə şahid qismində ifadə verməsini və bu barədə Nizami rayon prokurorluğuna ərizə yazmasını xahiş etmişlər. O da, etiraz etməmişdir. Hafiz və Ruslanın yanında, onların iştirakı və köməyi ilə ərizəni yazmış, göndərməsi üçün Hafizə vermişdir. Ərizədə qeyd etdiklərinin çoxunu ona Ruslan və Hafiz danışmış, o da, qeyd etmişdir. Sonradan da gəlib ifadə vermişdir. Bir daha bildirmişdir ki, o, Zərərçəkmiş şəxs evinin sənədləşməsi ilə əlaqədar, Hafiz, Ruslan və Fazil adlı şəxslərlə aralarında olan razılaşmalar, hər hansı bir məbləğdə pulun verilib-alınmasında iştirak etməmiş, şahidi olmamışdır. O, Ruslan və Hafizin Mehman tərəfindən Fazilə verilən puldan 2300 manatını götürdüklərini və sonradan qaytarılmasını onlardan eşitmişdir. Ərizəni də Hafiz və Ruslanın xahişi ilə yazmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 28 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, zərərçəkmiş şəxs müvafiq ardıcıllıqla hadisə yerlərini göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etməklə, təqsirləndirilən şəxslərə pul verdiyi yerləri, əyani olaraq yerində göstərmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 (bir) ədəd CD diskə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həqiqətən də diskdə olan səslərin ona, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məxsus olduğunu bildirmişdir. Diskdə olan “1.Ruslan” qovluğunda olan “call_00-10-56jDUT_” başlıqlı telefon danışığında: -Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2: “Mən sənə deyirəm onlar ikisi əlbirdir. 5500 manatın hamısı Fazildə deyil. Onlar, Hafiz və Fazil ikisi yeyiblər. 5500 manatdan Hafiz yeməsəydi Fazili divara dırmaşdırardı” sözlərini deyir, Təqsirləndirilən şəxs2 isə öz növbəsində deyilənləri təsdiq edərək “Bəli. Hafiz məndən 10 manat pul istədi, verdim. O, 1150 manatı tapıb qaytardığına məəttəl qaldım” deyir. “call_00-26-43 OUT_” başlıqlı telefon danışığında: - Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs “Hafizlə danışdım. Dedim Hafiz mən 1150 manatı verib qurtardım. Məni kupçaya qatmayın. Bunu Hafizin özünə də demişəm” deyir. - Zərərçəkmiş şəxs: “Məni bu günə onlar saldı. Düzdür?” -Ruslan cavabında: “Düzdür” deyir. -Zərərçəkmiş şəxs: Əvvəldən hamısını Hafizin əli ilə eləmişəm. Lap Ruslan düzəldib bankı. Əmim oğlusan mənə gətirib zamin qoyursan? Ürəyin yanır mənə? Ürəyin yanır havayı eləyərdin. Bəlkə səhv deyirəm?” -Ruslan isə öz növbəsində deyilənləri təsdiqləyərək hər dəfə “Bəli” deyə cavab verir. -Mehman: X20 da pul çıxardanda sən (Hafiz) sayıb almısan da” deyir. -Ruslan təsdiqləyərək: “Bəli” deyir. -Mehman: “Deyir mən almamışam. Deyirəm yalan deyənin varı-yoxu belə”. -Ruslan isə təsdiqləyərək: “Əlbəttə o söyüşü kim yeyər” deyə cavab verir. “calM7-28-16_İN_” başlıqlı telefon danışığında: - Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs: “Beynəlxalq Banka 10000 borcunuz var idi. Əlavə 10000 manat götürəndə səndən o pula görə nə qədər aldılar?” -Mehman cavabında: Elçinin adına 10000 manat borc var idi. Əlavə10000 manat da çıxaranda üstündə 4000 manat aldılar”. “call_18-58-23_OUT_” başlıqlı telefon danışığında: - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2: “Məni düzgün başa düş hər şeyi bağışlamaq olardı. Amma mənim ailəmin uşağımın içərisinə bir neçə dəfə adam gətirib-aparıblar. Bu bağışlanılmazdı. Hafizin mənə ürəyi yanırdı gətirib mənə Beynəlxalq Bankda zamin qoyurdu? Bu alınmırdı mənə əvvəldən deyərdilər ki, alınmır. Ay Hafiz maşında oturub deyirsən 2000 zaminə verməlisən, deyirəm ala. 2000 bankla bizə verməlisən, deyirəm ala. Ayın 3-də deyir təcili pul lazımdır, lombarda qır-qızılı verib, ordan burdan tapıb verdim. Bu alınmırdısa məni nəyə görə ayın 7-si notariusa aparırdın? Arxasınca pul lazımdır deyir, Exspress bank. Exspress bankdan sonra deyir təcili pul lazımdır. Gecəynən 1000 manat aparıb evinin yanında verdim. Təzədən deyir müəllim sənəd hazırdı təcili oul. Qaynıma zəng vurub ordan-buradan 2000 manat tapmışam, demişəm ala. Arxasıyca təzədən 2000, ala. Arxasıyca Kontakt. Hafiz sənin vicdanın var sizin? 5440 manatlığı 1500-ə. Bəs bu düzəlmirdisə, Ruslan axırıncı dəfə buna sən şahidsən də. Məni zəng vurub təbrik edirsən ki, müəllim sənədlərin hazırdı. Səhər Hafiz mənə dedi Baksovetdən gəlib BTİ-dədir. Səhəri gün məni soxdu Kontakta. Sən onu bağışlayarsan?”. Ruslan isə Mehmanın dediklərini təsdiq edərək “Düzdür. Sən hamısını düz deyirsən. Alınmırdı, görürdün bir aydı alınmır, ikinci ay camaatın haqq-hesabı qayıtsın” deyir. Mehman “İşin əvvəlində dedi müəllim təcili pul lazımdır. Getdim gətirdim dedim Hafiz 1500 pul götürdüm sələmə. Qaynım götürdü verdi. Yadındadır da sənin?” -Ruslan: “Yadımdadır. Sənin dediklərin düzdür. Sən bilirsən ki, düz sözə mən ömür boyu səhv demərəm” deyir. “call_19-19-30_OUT_” başlıqlı telefon danışığında: -Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 Hafiz barəsində: “Götür məni, Beynəlxalq bir yandan, lombard bir yandan, Exspress bir yandan, Kontakt bir yandan düzdür. Bunların aylığı edir 915 manat eləyir. Sən mənə zəng vurub deyirsən təcili pul lazımdır. 1500 bir dəfə, 1000 bir dəfə, 2000 bir dəfə, bir dəfə də yenidən 2000 sələmə götürmüşəm. Bunların faizi gəlib çıxır 3000 manata. Bəs sən fikirləşmirsən 5 aya mən 15000-ə yaxın ödəniş edirəm. Sən məni aldadırsan ki, sənədi düzəldirəm. Sonra zəng vurdu ki, sənəd Xəzər rayon İcra Hakimiyyətində düzəlmir, Baksovetlə həll olundu. 1000 manat artıq ver. Dedim yaxşı, eybi yoxdur. Sonra da zəng vurur ki, Mehman təbrik edirəm sənədlərin hazırdır, pul lazımdır. Apar məni sox Kontakta. Sən onu bağışlayansan?” - Ruslan isə Mehmanın dediklərini təsdiqləyərək: “Mən sənə deyirəm ki, düz sözə heç bir söz deməzlər”. Diskdə olan “2.Hafiz» qovluğunda “call 5 - 5 1 -22_İN_” başlıqlı telefon danışığında: -Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs: “Mən hələ deyirəm ki, dəymiş ziyan bu başdan nədi ağsaqqal (Fazili nəzərdə tutur) bu camaatın oulunu apar ver, sonra 4 kişi oturaq söhbət edək, sən, mən, Ruslan və Mehman. Adama 1000,1500, 2000 düzəldək, bu da köməkdi”. -Mehman: “Mən səninlə danışmamışam ki, mən Ruslana dedim evi təmir edib satmaq istəyirəm. Ruslan dedi gəl bunu salaq ipotekaya. Ruslan, bəs sən bilmirsənsə, aparıb məni Beynəlxalq banka salırsan 10000 manatın altına, aparıb Kontakta salırsan, aparıb Exspress banka salırsan. Mənimlə bir aya danışıbsan, o qədər pul verilib, sənəd yox. Ruslan sən necə mənim pulumu yeyib sonrada deyirsən ki, mən 1150 manat götürmüşdüm. Sən necə mənim işimi düzəltmədən pulumu yeyə bilərsən. Ya sənədimi ver, ya da dəymiş ziyanımı. Aparıb sən salmısan da məni bu işə görə”. -Hafiz isə “Mən Ruslanla danışdım. Deyir mən Mehmana deməmişəm get banklara gir. Ruslan deyir mən ipotekaya hazıram”.- Mehman: «Ruslana sual ver ki, sənin marağın yox idisə sən Beynəlxalq bankın qabağında nə gəzirdin? Sən demisən də Ruslan, 2000 manat filan yerə ver, 2000 manat isə zamin duran Elman adlı şəxsə ala. Ümumilikdə 4000 manat şapka aldınız. Ruslan sənin sənədin düzəlməsindən xəbərin yox idisə, sənədi Hafiz və Fazil düzəldirdisə niyə Hafizlə birlikdə PŞ-nə gəlib 2000 manat götürürdün? Niyə məni Exspress banka göndərib pulu çıxartdıqdan sonra Olimpiya stadionunun qarşısında 4000 manatı aldın? «Sevinc» kinoteatrının qarşısındakı çayxanada 2000 manat, «Totu» kafesində 2500 manatı aldın? Ruslan sənin bu işdə əlin yoxdursa, onda pullar verilən görüşlərdə iştirak etməzdin». “call_17-03-46_OUT_” başlıqlı telefon danışığında: -Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs: «Fazillə danışıram, deyir obşi məbləğdən 1700 manat pul qalır sən tərəfdən. (Fazilə deyir) Sən demədin 7000 hesablıyıram də. Mən bilirəm nə deyirəm. Sən o pulu gətirib ağsaqqala (Fazilə) verə bilərsən?» Mehman: «Mən gətirdim 1700 manatı verdim. Yenə 5 ay sürünüm sizin dalınızca?» -Hafiz: «Bu kişi desə sənəd səndədir filan gündə, 2-ci söhbət olmayacaq? Qardaş biz pulu düzəldib veririk, bu heç, 1700 manatı tapıb, gətirib verə bilərsən?» -Mehman: «Bəs mənim bu birisi məsələlərim?» Bir müddətdən sonra danışıb aydınlıq gətirməyə razılaşırlar. “call_17-43-09_İN_” başlıqlı telefon danışığında: -Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1: «Ruslanla danışdım. Deyir mənim nə günahım. Deyirəm səninlə danışandan sonra yönəlib ipotekaya. Neçə dəfə də pul veriləndə sənin yanında verilib. Deyir yox mən pul götürməmişəm. Deyirəm nə təhər götürməmisən? Sən bankdan çıxanda gəldik Hafizin maşınının yanına. Sənin marağın yox idi durub pulu gözləyirdin? 2000 zaminə verildi, 2000 də verildi sən danışmışdın hara verildi o sənin öz işindir. Bir aya dedin, 10 gün də ipoteka, elədi 40 gün. Çəkdi 5 ay. Bundan sonra nə təhər bu tək Hafizin üstünə yıxıla bilir? Hafizlə şöbəyə gələndə biz çayxanada oturub pulu verdim. Nə olsun Hafiz götürəndə? Deyir «Sevinc» kinoteatrının yanında mənə verdin? Deyirəm sənin bu işdə əlin yox idisə nə gəzirdin orada? Nə oldu elə hər yerdə sluçaynı gəldin? Sonra gəldi Olimpiya kompleksi. Exspress banka sən yolladın məni. Gəldin dedin banka bu qədər, 300 ala. Dedin bəs bizə, 100- də ala. Orada da pulu götürdün. Deyir mənə verdin pulu? Deyirəm fərqi nədir? Sən də oturmuşdun orada. Xeyrin var idi ki, gəlmişdin. Deyir Hafizə verdin. Dedim nə olar Hafizə verəndə. Axırıncı dəfə Kontakta da sluçaynı gəldin? Ayrı vaxt gəlmirdin. Deyir mən demişəm amma otveçat durmamışam. Deyirəm qardaş mən nə deyirəm. Mənim pulum qayıtsın geri. Deyir mən demişəm ipoteka çıxara bilərəm. Deyir mən də adam gətirib sənin üzünə dayandıraram. Deyirəm almışam səndən pul? Deyir xeyr. Mən də dedim üzə durmaqnan deyil ki, sən bu əməlinə görə cavab ver. Mən sənə pul vermişəm, pulumu geri qaytar. Alınmırsa, denən alınmadı. Pulum qayıtsın geri. Bu Ruslan özünü çəkib qoyub kənara». -Hafiz isə: «Kənara çəkməknən deyil Mehman. Sən tələbini elə. Nə çəkmək e». - Mehman: «Deyirəm mən Beynəlxalq bank tanımırdım ki? Ruslan deyir mən eləmişəm, amma deyir mənlik deyil, pulu Hafiz alıb». -Hafiz: «Səni Beynəlxalq banka, Exspress banka kim salıb?» -Mehman: «Ruslan». -Hafiz: «Onu da otriçat edir?» -Mehman: «Deyir pulu mənə verməyibsən ki. Deyirəm sənə vermişəm.» -Hafiz: «Şapka verməmisən Ruslana? Onu da deyir verməmisən?» -Mehman: «Onun deməyi ilə deyil ki. Deyir vermisən. Amma deyir mənə verməmisən ki, Hafizə vermisən» -Hafiz: «Deyir şapkanı Hafizə verdin?» -Mehman: «Hə sən öl». Hafiz: «Denən Hafiz kimdi, sən kimsən». Mehman: «Dedim. Deyirəm mən Hafizə zəng vurub deməmişdim ki, mənim evimin sənədini düzəlt. Sənə dedim. Dedim evi satmaq istəyirəm, bankdan pul götürmək istəyirəm. Sən mənə dedin belə bir adam var, gəl bunu belə edək. Mən də fikirləşdim Allah köməyin olsun, eləyək eləyəkdə. Amma mən bilmirdim mənim başıma bu oyunu gətirəcəksiniz.» Hafiz: «Mehman sən bilirsən ki, bu Ruslan və mənim tərəfimdən istənilmədən olub da bu addım. Mən öz tərəfimdən hazıram köməklik etməyə qardaş kimi». Mehman: «Yox e, bu Ruslan elə danışır» Hafiz: «Deyirlər nəyə hürürsən? Deyir qorxuduram. Deyir quyruğun nəyə əsir? Deyir qorxuram. Bir az səbirli ol. Ağsaqqal (Fazil) ceyir ki, pulu qaytarın verin. Toplayaq on bir mini, aparaq verək sənədi birdəfəyə, kom. Deyir kom veririk BTİ və Bakı şəhər İcra Hakimiyyətinə 15 günə 20 günə sənədi götürüb verək». Diskdə olan “3.Fazil” qovluğunda “call_00-59-32_İN_” başlıqlı telefon danışığında: -Fazil: «Mən onlara (Ruslan və Hafizə) dedim. Dedim siz o pulu yeyən vaxtı mənə deyəydiniz ki, verib Mehman, bəs biz xərcləmişik. Mən də dirənməyəydim, gedib oradan- buradan pul tapardıq, qoyulardı, sənəd çıxardı. Gedərdik ipotekadan sonra götürərdik o adamın pulunu qaytarardıq. Siz mənə də demədiniz. Məni də aldatdınız». “call_12-11-01 _İN_” başlıqlı telefon danışığında: -Fazil: «Hafiz deyir mən o pulu götürmək istəmirdim. Ruslan dedi ki, gəl götürək həmin 2300-ü». Mehman: «Qardaş pul verilib, yeddi minə danışılıb. Mənə də on min oxuyubsan. Sənə verilib yeddi yüz manat əskik olub. Düzdür». Fazil: «Yox. İki yüz. Altı min səkkiz yüz olub». Mehman: «Ay Hafiz sən iş düzəlmiyə-düzəlmiyə nəyə görə götürüb yeyirsən o pulu?» Fazil: «Pul qalıb bunlarda. Bilirsən necə götürüblər? Adama yüz, adama iki yüz, xırda- xırda. Pul cibinizdədir də, gətirin verin qoy iş düzəlsin». “call_17-14-41_İN_” başlıqlı telefon danışığında: Mehman: «Sən (Hafizi nəzərdə tutur) mənə gecəynən zəng vurursan. Təcili pul çatmalıdır, sənəd imzaya gedir. Sənin necə kişiliyin qəbul edir. O pul getmirdisə, 2000 sələmə gətizdir, 5440 manatlıq malı 1600 manata satdırıb, 100-də ver Rəşada, 1500-də qoy mən iş bilmişəm. Sən bu sənədin içində yoxsan, hazır deyil, hazırlanmır, sən mənə bunları niyə elətdirirsən. Düşmüsən əl-ayağa. Mənə belə ürəyin yanır. İndi gəl dur qabağa. Mənə tapdırırdın, indi sən də tap pulu.» Fazil: «Mən dedim Mehmanın ağzırdan od püskürür. Dedim Mehman deyir mənim banklarımı bağlayın, sizinki sizdə, mənimki məndə». Mehman: «Denən siz eləyibsiniz də». Fazil «Atır Ruslanın boynuna (Hafizi nəzərdə tutur). Deyir Ruslan eləyib krediti. Mən eləməmişəm. Deyirəm bilmirəm sən eləyibsən, ya Ruslan edib. Amma qurğu olub da». Mehman: «Amma işi sən aparıbsan». Fazil: «Dedim o kişinin pulu çatmalıdır. Bu işə görə o yanıb. Qaldı ki, mənə aid, mənim təqsirim yoxdur. Mən dirənmişəm ki, pulu gətirin sənədi çıxardaq. Fakt sonra ortaya çıxır ki, pulu siz yemisiniz. Siftəsində də haramçılığı siz qatmısınız. Mən səninlə 7000-ə danışmışam. Sən 10000-ə danışmısan. Gətirərdin 7000 hamısını verərdin mənə, sonra ondan alardınız 3000-i bölərdiniz. Mən də əgər çıxartmasam yapışardınız yaxamdan. Gətirdiniz mənə kusok pul verdiniz. Deyəndə ki, pulu gətirin sərəncamı çıxarım, iki həftə dirəndim, dedilər Mehman gedib Biləsuvara». Mehman: «Mənə deyibsən pulu, gedib gətirmişəm.». Fazil: «Onda mən səni görmürdüm. Men bilmirdim». Mehman: « Denən tarix var. Exspresdən pul nə vaxt çıxıb. Ayın 3-ü lombarddan çıxıb. Tarix var». Fazil: «Dedim iş başlayan kimi basıb camaatın pulunu yemisiniz. Ona görə də belə alındı. Haramçılıq eləməsəydiniz, bu günkü göndə taşağrıçılıq olmayacaqdı. Deyir mən eləməmişəm, Ruslan eləyib». “call_21-33-34_İN_” başlıqlı telefon danışığında: Fazil: «Kişiyanə söhbət edək. Hafiz də, Ruslan da eşidirlər. Necə olub qısaca de». Mehman: «Mən ilkinin başlamışam Ruslanla. Mən evimi təmir edib satmaq istəyirəm. Müraciət edirəm Ruslana. Mən təklif edir gəl bunu keçirək ipotekaya. Sonra Hafiz çıxır meydana». Fazil: «Ruslan sənə söz verib ki, bir aya kupçanı çıxaracağam, 10 günə də ipoteka çıxacaq 120 min aşağısı, 140 min yuxarısı?» Mehman: «Bəli. Evin ilkini neçəyə danışılıb?» Fazil: «Yeddi minə». Mehman: «Mənə deyilib on min». Fazil: «Mən yeddi min demişəm». Mehman: «Mən ilkin nə qədər vermişəm?» Fazil: «Altı min səkkiz yüz». Mehman: «Qalıb iki yüz. Onlara sual ver ki, pul niyə gəlib çıxmayıb ortaya? Onlar mənim pulumu yeyiblər. Mən onların pulunu yeməmişəm ki? Yeyiblər? Mən bir manat artıq istəməmişəm ki? Demişəm pulumu qaytarın. Mənim nə azarım var idi Beynəlxalqda, Exspresdə, Kontaktda, lombardda?» Fazil: «Mehman sən bu işdə düzsən. Sənin ixtiyarın çatır Ruslandan pulun hamısını da alasan, yarısını da alasan, ya da bağışlayasan. O sənin öz işindir» deyir. İş materiallarında olan 24 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlbir olaraq onun ünvan 4 ünvanda yerləşən evini sənədləşdirəcəklərinə inandırıb etibardan sui-istifadə və aldatma yolu ilə 21 noyabr 2018-ci il tarixdən 2019-cu ilin fevral ayınadək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 44.500 manat məbləğində pul vəsaitini alıb ələ keçirmələri barədə istintaqa verdiyi ifadəsini tam olaraq təsdiqləyərək, Təqsirləndirilən şəxs3 üzünə qarşı söyləmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 10 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Orxan Kəngərli tərəfindən istintaqa təqdim edilmiş 01 (bir) ədəd CD diskə iş üzrə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs həqiqətən də diskdə “Hafizin oğlunu işə düzəldir” qovluğunda olan səslərin ona, Təqsirləndirilən şəxs1 və Hafizin Cəfər adlı oğluna məxsus olduğunu, həqiqətən də Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən bir kafedə oturduqları vaxt aralarında baş vermiş söhbətin səs yazısı olduğunu bildirmişdir. Diskdə olan söhbət zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 DİN-nin müxtəlif idarələrinə işə qəbul olunmaq istəyən şəxsin yaş həddini, fiziki kriteriyalarını və digər məlumatları izah edir. Söhbət zamanı hər hansı bir şəxsin DİN-ə işə qəbul olunmasına köməklik etmək üçün Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul verilməsi barədə danışılmır. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Orxan Kəngərli tərəfindən istintaqa təqdim edilmiş 01 (bir) ədəd CD diskə iş üzrə Zərərçəkmiş şəxs və şahid Həsənov Şahid13 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs və Həsənov Şahid13 həqiqətən də diskdə “Pulun qaytarılması” qovluğunda olan səslərin onlara, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Diskdə olan söhbət zamanı Təqsirləndirilən şəxs2 “Kapital Bank”ın qarşısında olduqlarını deyir. Mehmanla salamlaşır və Şahid13 gəlib-gəlmədiyini soruşur. Mehman Şahid13 gəlmədiyini deyir. Ruslan Mehmana 1150 manat borcu olduğunu, həmin puldan 300 ABŞ dolları (510 manat) Şahid13 verdiyini, sonradan Şahid13 120 və 300 manat pul verməklə ümumilikdə 930 manat pul verdiyini, 220 manat borcu qaldığını qeyd edir və 200 manat Mehmana verərək borcu qalmadığını deyir. Ruslan bir daha Mehmandan borcu qalmadığını soruşduqda Mehman oturub qalan pul və dəymiş ziyanın aydınlaşdırılmalarını qeyd edir. Ruslan o işlərə qarışmadığını, ancaq götürdüyü 1150 manat manatı qaytardığını deyir. Ruslan təkrarən Mehmandan borcu qalmadığını soruşduqda Mehman yenə də oturub bir yerdə qalan pul barədə söhbət edəcəklərini deyir. Mehman “Fazil demirdi pullar yeyilib? 1150 manat raşot” deyir və Ruslan sağollaşıb ayrılır. İkinci səsyazmada Ruslan Mehman, tanışı Şahid13 və Hafizlə söhbət edir. Ruslan Şahid13 “7500 veririk. Bu kişi (yəni Hafiz) deyir aparıram həll edəcəyəm”. Həmin vaxt Mehman 2300 manatdan 950 manat əskik olduğunu bildirir. Ruslan ona çatan 1150 manatı qaytardığı halda adının təhqiqatda hallandığını bildirir. Söhbət zamanı Şahid13 Ruslan və Hafizə bildirir ki, Mehmanın 2300 manat pulu qaytarılsa da, pulun qalan hissəsi çatmadığı üçün problem yaranmışdır. Qocanın (Fazilin) dediyinə görə “Pulun üstü düzəlməli və sənədlər getməli idi”. Söhbət zamanı Şahid13 Hafizə xatırladır ki, əvvəlki danışıqlarında Hafiz Mehmanın sənədlərinin düzəlməsi üçün ona (Fazilə) dirənib düzəldəcəyinə söz vermişdir. Hafiz də bunu etiraf edir. Şahid13 Fazil ilə danışdığını, Fazilin sənədi düzəldəcəyini dediyini, pulu qaytarmağa söyüş qoyduğunu deməsini qeyd edir. Sənədi düzəldəcəyinə söz verdiyini bildirir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əlbir olaraq onun ünvan 4 ünvanda yerləşən evini sənədləşdirəcəklərinə inandırıb etibardan sui-istifadə və aldatma yolu ilə 21 noyabr 2018-ci il tarixdən 2019-cu ilin fevral ayınadək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 44.500 manat məbləğində pul vəsaitini alıb ələ keçirmələri barədə istintaqa verdiyi ifadəsini tam olaraq təsdiqləyərək Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid16 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Şahid16 istintaqa verdiyi ifadəsini tam olaraq təsdiqləyərək, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 26da yerləşən “Beynəlxalq Bank”ın qarşısında onun və ona zamin dayanmış, Ruslan və Hafizin gətirdiyi Elman adlı şəxsin yanında Zərərçəkmiş şəxs 10000 manat pulu Ruslanın gözünün qabağında şəxsən Hafizə verdiyini, habelə xx.xx.2018-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən Olimpiya stadionu ilə üzbəüz, hava limanı istiqamətində yeraltı keçidi keçdikdən sonra Ruslana məxsus **-HP-*** nömrəli ağ “KİA” markalı avtomobildə Zərərçəkmiş şəxs “Exspress Bank”dan Elnurun adına götürülmüş 4000 manat pulu onun iştirakı ilə Hafizə verdiyini, həmin zaman avtomobili Ruslan idarə etdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əlbir olaraq onun ünvan 4 ünvanda yerləşən evini sənədləşdirəcəklərinə inandırıb etibardan sui-istifadə və aldatma yolu ilə 21 noyabr 2018-ci il tarixdən 2019-cu ilin fevral ayınadək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 44.500 manat məbləğində pul vəsaitini alıb ələ keçirmələri barədə istintaqa verdiyi ifadəsini tam olaraq təsdiqləyərək Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Şahid6 istintaqa verdiyi ifadəsindən fərqli olaraq xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 26da yerləşən “Beynəlxalq Bankın" qarşısında Zərərçəkmiş şəxs 10000 manat pulu Təqsirləndirilən şəxs1 verdiyini şəxsən görmədiyini bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 isə ilkin ifadələrindən və üzləşdirmələrdən fərqli olaraq Elmana 700 manat pulu Zərərçəkmiş şəxs deyil özü verdiyini, habelə Mehmanın evini və torpağını mülkiyyətə çevirib çıxarışını aldıqdan sonra ipoteka yolu ilə evi satıb Bankdan 140000 manat pul çıxarılması barədə Elmanla söhbət aparıldığını etiraf etmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsindən fərqli olaraq Hafiz və Ruslanın evin sənədləşmə işləri üçün Zərərçəkmiş şəxs ilkin olaraq aldıqları 5000 manat pulu tam olaraq ona verdiklərini, həmin puldan Hafiz və Ruslana hər birinə 1150 manat olmaqla 2300 manat borc pul verdiyini, Mehmanın kreditlə “Magnit” mağazasından götürdüyü 6260 manat dəyərində olan məişət avadanlıqlarının Rəşad adlı şəxsin vasitəsilə məbləğindən aşağı qiymətə, yəni 1600 manata satıldığını, Rəşad adlı şəxsə 100 manat pul verdikdən sonra Mehmanın yerdə qalan 1500 manat pulun üzərinə özü ilə gətirdiyi 1000 manat pulu da qoyaraq ümumilikdə 2500 manat pulu Ruslan və Hafizə deyil şəxsən ona verdiyini bildirmiş, ifadəsindəki Mehmanın Ruslan və Hafizə 19450 manat pul verməsi sözünün düz olmadığını, ümumiyyətlə Mehmanın Ruslan və Hafizə 19450 manat pul verdiyini görmədiyini qeyd etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 14 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirlərinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxslərin əməllərində 32.4, 312-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından onların barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs onun əməlində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməyən şəxs hesab edilmiş, ********* saylı cinayət işindən X9 və X1 müraciətləri əsasında toplanmış materiallar ayrıca icraata ayrılmış, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan mülki iddiaçı qismində tanınma haqqında 15 sentyabr 2021ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsdən sənədləşmə işləri müqabilində ümumilikdə 7500 manat pulun alınması və qaytarılması barədə təqsirləndirilən şəxslərin ifadələri işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 3, 4 və 34-cü bəndlərinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 yanvar 2021-ci il tarixli tələbnaməsindən və Bakı Şəhər Probasiya İdarəsinin 21-1-1051/3 nömrəli, 17 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 03 avqust 2021-ci ildə cəzasını çəkib qurtarmış, idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət qanunvericiliyinin tələbindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzasını çəkib qurtardığı gündən bir il keçmədən törətdiyi üçün məhkumluğu ödənilməmiş şəxs hesab olunsa da, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbi baxımından onun əməlində cinayətin residivi yaranmır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 11 dekabr 2020-ci ildə cəzasını çəkib qurtarmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzasını çəkib qurtardığı gündən bir il keçmədən törətdiyi üçün məhkumluğu ödənilməmiş şəxs hesab olunsa da, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbi baxımından onun əməlində cinayətin residivi yaranmır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 sonuncu dəfə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 dekabr 2005-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 326.2-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 67-ci maddələri tətbiq edilməklə, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 hazırkı əməlinə münasibətdə məhkumluğu ödənilmişdir və onun əməlində cinayətin residivi yaranmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən onların barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzalarını yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, hesab edir ki, onlara cərimə növündə cəza təyin olunduğu təqdirdə də, cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilmələrinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2019-cu il və 22 noyabr 2019-cu il tarixli qərarlarından, Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqinin 31 yanvar 2020-ci il və 20 fevral 2020-ci il tarixli qərarlarından və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2019-cu il tarixli qərarları əsasında 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 31 oktyabr 2019-cu il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirləri həmin tarixdə, eyni müddətə ev dustaqlığı qətimkan tədbirləri ilə əvəz edilmiş, 31 yanvar 2020-ci il tarixdə isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 20 noyabr 2019-cu il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 20 fevral 2020-ci il tarixdə isə Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 31 oktyabr 2019-cu il tarixdən 31 yanvar 2020-ci il tarixədək tutulduqları, həbsdə və ev dustaqlığında saxlanıldıqları 03 (üç) ay müddət, habelə Təqsirləndirilən şəxs3 20 noyabr 2019-cu il tarixdən 20 fevral 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin edilən cərimə cəzaları yüngülləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi həmin Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş və onun iş üzrə mülki iddiaçı qismində tanınması üçün əsas hesab edilmiş, cinayət işinin İV cildinin 207-ci vərəqində olan ərizə Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinin tələblərinə uyğun olmadığına görə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi2 işdə iştirak etdiyi müddət 100 iş saatı, vəkil Müdafiəçi3 isə işdə iştirak etdiyi müddət 100 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla, Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 600 manat (100x6) məbləğində əmək haqqı Müdafiəçi2, 600 manat (100x6) məbləğində əmək haqqı isə Müdafiəçi3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4.000 (dörd min) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 2000 (iki min) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs1 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 600 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 600 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-6/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-6/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver