Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-60/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - “Pro Bono” Vəkil Bürosunun (keçmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun) vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Qızılağac kəndində qeydiyyatda olan, xx xxxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq elmişdir. Belə ki, o, xx xxxx 2109-cu il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki “Maqnit” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs dəvəti ilə nahar yeməyi üçün sonuncunun yaşadığı Qara Qarayev prospekti ev 79, mənzil 91 ünvanında bir otaqlı mənzildə olarkən, özgənin əmlakını talamaq məqsədi ilə mənzilin kompyuter stolunun alt gözündəki ağ sellofana bükülmüş 800 manat və manatın dollar qarşısındakı məzənnəsinə görə 8755 manat olan 5150 ABŞ dollarını, ümumilikdə 9555 manat pul təşkil edən vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında Bakı şəhərində K.Marks dairəsi yaxınlığında yerləşən kafelərin birində qab yuyan işləyərkən yaxınlıqda çəkməçi işləyən Şahin adlı şəxslə tanış olub, onunla qeyri-rəsmi ər-arvad kimi müxtəlif ünvanlarda kirayə yaşamışdır. Sonra o, işlədiyi kafedən çıxıb özünə başqa iş axtarmağa başlamışdır. xx xxxx 2019-cu il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrosunun yaxınlığında işlə maraqlanarkən, Q.Qarayev prospekti 79 nömrəli binanın yaxınlığında adını Rəhman kimi deyən şəxs, yəni sonradan tam adını bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə lazım olduğunu soruşmuşdur. O, özünə iş axtardığını demiş, Rəhman cavabında yaxınlıqda olan baxçada xadimə işi olduğunu deyərək onu özü ilə həmin binaya aparmışdır. Lakin Rəhman onu özü ilə birlikə yaşadığı mənzilə aparmışdır. O, Rəhmana buranın baxça olmadığını demiş, Rəhman isə cavabında ona 15 manat pul və mobil telefon alıb verəcəyini bildirmişdir. O, heç nə istəmədiyini Rəhmana deyərək evdən çıxıb getmək istədikdə, Rəhman ona artıq mənzildən çıxıb gedə bilməyəcəyini demişdir. O, mənzildə qışqırmaq istəmiş, lakin Rəhman onun ağzından tutaraq onunla məcburi qaydada cinsi əlaqədə olmuşdur. Daha sonra Rəhman onunla qeyri-təbii yolla arxadan və ağzından olmuşdur. Bundan sonra Rəhman ona 10 manat pul verib evdən çıxmasını demişdir. O, paltarını geyinmiş, həmin vaxt Rəhmanın ayaqyoluna getdiyini görüb otağın qapısının ağzında olan şkafın üzərindəki pinqivin sellofana bükülmüş pulu görüb götürərək evdən çıxıb getmişdir. Pulu götürüb evdən çıxandan sonra küçədə olarkən, qeyri-rəsmi yaşadığı Şahinə zəng edib mənzildən pul oğurladığını demişdir. Şahin ona çəkməçi işlədiyi ünvana gəlməsini tapşırmışdır. O, Şahinin yanına getmiş, xarici pul əskinaslarını tanıya bilmədiyi üçün pulu ona saymağa vermişdir. Şahin pulu sayandan sonra ona 8 ədəd 100 manat olduğunu, qalan pulun isə iran pulu olduğunu, ümumilikdə 1000 manat olduğunu söyləmişdir. Sonra onlar birlikdə bir ay kirayə yaşamışlar, bir aydan sonra Şahin artıq bir yerdə yaşaya bilməyəcəklərini, özünün ailəsinin olduğunu deyərək ondan uzaq durmasını demişdir. Şahin onun pulları oğurladığını bildiyi halda, həmin puldan ona heç nə verməmişdir. Tək və kirayədə yaşadığına görə həmin puldan köməklik etməsini desə də, Şahin ona pul verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında tək yaşayır. xx xxxx 2019-cu il tarixdə saat 11:30 radələrində Qara Qarayev prospektindəki “Maqnit” ticarət mərkəzinin yaxınlığında ağacın yanında dayandığı vaxt qarşısında təxminən 25-30 yaşlarında orta boylu, dolu bədənli, sonradan adını Gülyaz kimi təqdim edən bir qadın keçmişdir. Gülyazın narahat olmasını bilib nə baş verməsini soruşmuş, Gülyaz isə ona bildirmişdir ki, əslən Masallı rayonundandır, Bakı şəhəri, “Papanin” qəsəbəsində xalasıgildə kirayədə qalır, buraya iş axtarmaq üçün gəlmişdir. O, Gülyaza bildirmişdir ki, burada fəaliyyət göstərən Mənzil İstismar Sahəsində işləyən şəxsləri tanıyır, onlardan xahiş edər ki, ona bir iş tapsınlar. Belə ki, bir müddət əvvəl 54 saylı MİS-də işləyən Anar adlı şəxs ona bildirmişdir ki, onun işlədiyi MİS-ə xadimə işi tələb olunur. Bundan sonra o, belə qərara gəlmişdir ki, Gülyazı həmin MİS-ə aparsın və orada ona iş təşkil etsin. Lakin Gülyaz bildirmişdir ki, ona gündəlik ödənişli iş lazımdır. Onun Gülyaza yazığı gəlmiş və nahar etmək üçün mənzilinə dəvət etmişdir. Gülyaz onun təklifini qəbul etmiş, birlikdə onun mənzilinə getmişlər. Gülyaz otağa keçib divanın üstündə oturmuş, o isə otaqdan bir neçə dəfə çıxaraq həmin qadına meyvə şirəsi və şirniyyat gətirmişdir. Gülyaz gətirdiyi meyvə şirəsini içmiş, şirin çörəyi də yemişdir. Sonra o, 10 manat pul verərək Gülyazı mənzildən yolda salmışdır. Mənzildə qayıdandan sonra diqqətlə baxanda mənzildəki kompyuter stolunun alt gözündə olan ağ sellofan qaba bükülmüş 5150 ABŞ doları və 800 manat (AZN) pulunun yerində olmadığını görmüşdür. Bundan sonra polisə müraciət etmiş, araşdırma zamanı mənzilindən oğurluq edən Təqsirləndirilən şəxs olduğu müəyyən edilərək saxlanılmışdır. İbtidai istintaq zamanı və məhkəmədə işə baxılarkən dəfələrlə tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir. Habelə, Gülyazın onun mənzilindən oğurluq etdiyini bilməsinə baxmayaraq Ağayev X2 birlikdə həmin oğurluq pulları xərcləmiş, sonradan isə o, cinayət məsuliyyətindən kənarda qalmışdır. Təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş ciddi cəza təyin edilməsini, ona vurduğu maddi ziyanı ödənməsi barədə qərar çıxarılmasını, habelə Şahid barəsində lazımi tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından tanıyır, Gülyazla əvvəllər Bakı şəhəri, K.Marks dairəsi yaxınlığında işlədiyi ayaqqabı təmiri dükanında tanış olmuşdur. Tanış olandan sonra üç ay bir evdə qeyri-rəsmi ər-arvad kmi yaşamışlar. Sonra sözləri bir-biriləri ilə tutmadığından ayrılmışlar. xx xxxx 2019-cu il tarixdə Gülyaz ona zəng edib yerdən pul tapdığını, lakin məbləğini bilmədiyini demişdir. O, Gülyaza pulu ona gətirməsini və pulu sayıb məbləğini deyəcəyini bildirmişdir. Gülyaz onun iş yerinə gəlib sellofanda bükülü pul təqdim etmişdir. O, pulu sayanda 800 manat və 870 ABŞ dollar pul olduğunu görmüşdür. Pulu Gülyazdan götürüb bir yerdə kirayə ev tutaraq bir yerdə xərcləmişlər, Gülyazla birlikdə Masallı rayonuna getmişlər, pulu o, xərcləmişdir. Gülyaz pulları ona verərkən yerdən tapdığını demiş, oğurluqla əldə etməsi barədə heç nə deməmişdir. O, Gülyazın verdiyi sellofanda olan pulun 800 manat və iran pulu olduğunu bildirmiş, ona belə deməsinin səbəbi isə Gülyazın pulun tam məbləğini bilməsini istəməməsi olmuşdur. Gülyazın xarici əskinasda pullardan anlayışı olmadığına görə onu aldatmışdır. Pulu görəndən sonra istəmişdir ki, pulları özü xərcləsin. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, toplanmış material üzrə oğurluq faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və ibtiadi istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən hadisənin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmişdir. (i.v. 8) -Toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış məbləğ 800 manat və manatın həmin günə olan dollar qarşısındakı məzənnəsinə görə 8755 manat təşkil edən 5150 ABŞ dolları kimi tanınmış, Şahid və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, hazırkı cinayət işindən Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs zorlanmasına dair ərazi aidiyyəti üzrə araşdırma aparılması üçün Nizami rayon prokurorluğuna göndərilmişdir. (i.v. 168-172) -Cinayət işinin icraatına xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon X3 şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov rayon X3 şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilsə də, istintaq orqanının həmin qərarının qəbul edilməsindən sonra, məhkəmənin icraatında olan cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən qaydada ifadə verməsini nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 205-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə qeyd edilənlər barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna məlumat verməklə, Şahid cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitini əldə etməsi, ona sahiblik, ondan istifadə etməsi və sərəncam verməsi faktının araşdırılıb, hüquqi qiymət verilməli olduğunu məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə saat 20:00-da tutulmuşdur. (i.v. 66-67) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından azad edilmişdir (i.v. 129-132) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 133-134) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 189) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törədərək məsuliyyətə cəlb olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Masallı rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin bir gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır, məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci olmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməmişdir, zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilməsini ifadəsində tələb etsə də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İstinad olunan maddi hüquq normasının tələblərinə uyğun olaraq məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun sabiq, “Pro Bono” Vəkil Bürosunun hazırkı vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən “Pro Bono” Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 01 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “Hesab: AZ55İBAZ********************, VÖEN **********, “xxx” ASC Səbail filialı, Kod: 805056, VÖEN **********, Müxbir hesab AZ03NABZ********************4, İBAZAZ2X” hesablaşma hesabı üzərindən “Pro Bono” Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-60/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-60/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver