Məhkəmə qərarları › İş №1(007)-60/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-60/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-60/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşağı olan, işləməyən, Sumqayıt şəhəri Kotec qəsəbəsi, 17-ci məhəllə, ev 6/6, mənzil 29-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 12 may 2025-ci il tarixdən Sumqayıt şəhər probasiya şöbəsinin qeydiyyatında olmaqla 14 may 2025-ci il tarixinə cəzasının 02 gün hissəsini çəkmiş, hazırkı iş üzrə 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyun 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, İ.Məmmədov küçəsi, ev 14K-da qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.B.Vəzirov küçəsi, ev 114-də yaşayan, 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyun 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup üzvü Təqsirləndirilən şəxs1 guya onun vəzifəli şəxslərlə yaxın əlaqəsinin olması barədə Zərərçəkmiş şəxs yalan məlumat verib inandırdıqdan sonra o, əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən Zərərçəkmiş şəxs övladı X1 Azərbaycan Memarlıq və İnşaat Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs 16 avqust 2022-ci il tarixdə ünvan 5 evin qarşısında 7000 manat, 2022-ci ilin avqust ayının sonlarında eyni ünvanda 2000 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə 9000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək qrup üzvü Təqsirləndirilən şəxs1 ilə öz aralarında bərabər şəkildə bölüb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurduqdan sonra o, sonuncunun əmlakını ələ keçirməyə yönəlmiş qanunsuz hərəkətlərini təkbaşına davam etdirərək Zərərçəkmiş şəxs oğlu İsmayıl Məmmədovun guya birinci semestr imtahanlarına görə qiymətlərini yazdıracağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2023-cü ilin yanvar ayında ünvan 2 ünvanda yerləşən “Rahat” supermarketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun istifadəsində olmuş kart hesabına göndərdiyi 3000 manat, daha sonra İsmayıl Məmmədovun guya ürəyindən əməliyyat olunması barədə müvafiq həkim arayışının alınıb onun şəxsi işinə əlavə edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarırdan sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayında ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında 500 manat, İsmayıl Məmmədovun ikinci semestr imtahanlarına görə qiymətlərini yazdıracağına dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib bu adla 20 may 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-nin “Qara Qarayev” filialının daxilində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun istifadəsində olmuş kart hesabına göndərdiyi 3000 manat, İsmayıl Məmmədovu oxuduğu fakültənin qiyabi şöbəsindən əyani şöbəsinə keçirilməsinə kömək edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayının ortalarında ünvan 5 ünvanda yerləşən evin qarşısında 3000 manat, İsmayıl Məmmədovu hərbi xidmətdən saxlatdıracağına dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayının sonlarında ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında 4000 manat, Zərərçəkmiş şəxs digər övladı X2 ali təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) verə bilmədiyi 2 imtahana görə sonuncuya qiymət yazdıracağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında 4000 manat, eyni adla 2023-cü ilin avqust ayının ortalarında ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında əlavə 4000 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs 30500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək o, Ləman Huseynovanın guya vəzifəli şəxslərlə yaxın əlaqəsinin olması barədə Zərərçəkmiş şəxs yalan məlumat verib inandırdıqdan sonra əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs övladı X1 Azərbaycan Memarlıq və İnşaat Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldatdıqdan sonra etibarından sui-istifadə etməklə bu adla o, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə ilkin olaraq Zərərçəkmiş şəxs 16 avqust 2022-ci il tarixdə ünvan 5 evin qarşısında 7000 manat, 2022-ci ilin avqust ayının sonlarında isə Təqsirləndirilən şəxs2 eyni ünvanda Zərərçəkmiş şəxs daha 2000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 9000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında bərabər şəkildə bölüb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından rəfiqəsi Təqsirləndirilən şəxs1 vasitəsilə tanımış, aralarında ədavət, düşmənçilik olmamış və münasibətləri yaxşı olmuşdur. Təxminən 2022-ci ilin avqust ayında o, Günelin yanında olan zaman Aygün Günellə sosial şəbəkə vasitəsilə hal-əhval tutarkən onun kefinin pis olduğunu hiss edib nə səbəbdən kefinin pis olduğunu Günel Aygündən soruşmuşdur. Aygün də, oğlu İsmayıl Məmmədovun universitetə qəbulla əlaqədar imtahandan kəsilməsi səbəbindən kefinin pis olduğunu Günelə bildirmişdir. Bu vaxt Günel Aygünə demişdir ki, “hansısa rəfiqəsi bu məsələnin həllində ona köməklik edə bilər, oğlu İsmayılın universitetə qəbul olunmasına köməklik edə bilib-bilməyəcəyi ilə bağlı dəqiqləşdirmə aparıb ona xəbər verəcəkdir”. Həmin vaxt həm ona, həm də Günelə pul lazım olduğundan, birlikdə razılaşıb Aygündən pul almaq qərarına gəlmişlər. Lakin nə onun, nədə ki, Günelin Aygünə köməklik etmək fikirləri olmamış və heç bu cür səlahiyyətə malik də olmamışlar. Bundan sonra, Günel Aygünlə əlaqə saxlayıb oğlu İsmayılın dövlət imtahanından kəsilməsi ilə bağlı onun universitetə qəbul olunması məsələsinin həlli üçün 9000 manat pul lazım olduğunu deyəndə, Aygün razı olmuş və pulu hazırlayan kimi Günelə xəbər edəcəyini bildirmişdir. 16 avqust 2022-ci il tarixdə Aygün Günellə əlaqə saxlayıb 7000 manat pul düzəltdiyini Günelə deyərək onunla görüşmək istədiyini bildirəndə, onlar Aygündən pulu qəbul etmək üçün Aygünün yaşadığı evin yaxınlığında görüşmək qərarına gəlmişlər. Həmin gün, yəni 16 avqust 2022-ci il tarixdə Aygünün yaşadığı mənzilin yerləşdiyi ünvan 5 evin qarşısında Günellə birlikdə idarə etdiyi “Hyundai” markalı avtomobilin salonunda Aygünlə görüşəndən sonra, Aygün onlara 7000 manat pul vermişdir. Həmin vaxt Günel onu Aygünlə tanış edib deyilən məsələnin məhz onun tərəfindən həll ediləcəyini Aygünə deyərək bundan sonra onunla əlaqə saxlamasını Aygünə tapşırmışdır. Aygünlə danışıq əsnasında ona demişdir ki, 2 ay sonra, yəni 2022-ci ilin oktyabr ayında onun oğlu İsmayıl Memarlıq və İnşaat Universitetində fakültələrin birinin qiyabi şöbəsinə qəbul olunacaqdır. Həmin vaxt Aygündən aldıqları 7000 manat pulu Günellə birlikdə aralarında bərabər şəkildə bölmüşlər və hərəsinə 3500 manat pul çatmışdır. Aradan təxminən 15 gün vaxt keçəndən sonra, yəni 2022-ci ilin avqust ayının sonlarında Aygün 2000 manat pul düzəldib yaşadığı mənzilin yerləşdiyi ünvan 5 evin qarşısında onunla görüşərək həmin məbləğdə pulu ona vermişdir. Həmin vaxt Günel yanında olmasa da, Aygündən aldığı 2000 manat pulun 1000 manatını sonradan Günelə vermişdir. Aygündən aldığı puldan ümumilikdə ona çatan 4500 manat hissəsindən digər hər hansı şəxs və ya şəxslərə verməyərək həmin pulu tam şəkildə öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin yanvar ayında ona pul lazım olduğundan, Aygünlə əlaqə saxlayıb onun oğlu İsmayılın tədrisi ilə bağlı birinci semestr imtahanlarına görə 3000 manat pul lazım olduğunu bildirmişdir. Aygün də, 3000 manat pul düzəldib ona xəbər verəndən sonra həmin ərəfədə, yəni 2023-cü ilin yanvar ayında 3000 manat pulu Aygün hazırda xatırlamadığı hesab nömrəsini ona dediyi bank kart hesabına köçürmüş və o, həmin pulu hazırda xatırlamadığı yerdə quraşdırılmış bankomatların birindən çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin mart ayında Aygünlə onun oğlu İsmayılın hərbi xidmətdən saxlanması məqsədilə möhlətin verilməsi barədə danışan zaman Aygünə bunun üçün oğlu İsmayılın guya ürəyindən əməliyyat olunması barədə həkimdən müvafiq sənədin alınmasının zəruri olduğunu bildirmiş və buna görə Aygündən 500 manat pul istəmişdir. Həmin pulu hansısa həkimə verib ondan sənəd alacağını və həmin sənədin İsmayılın şəxsi işinə əlavə ediləcəyini demişdir. Aygün 500 manat pul düzəldib bu barədə ona məlumat verəndən sonra, 2023-cü ilin mart ayında onun işlədiyi ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında Aygünlə ikisi görüşmüşlər və Aygün 500 manat pulu ona vermişdir. 2023-cü ilin may ayında yenidən ona pul lazım olduğundan, Aygünə zəng edərək oğlu İsmayılın ikinci semestr imtahanlarına görə əlavə 3000 manat pul lazım olduğunu bildirmişdir. Aygün 3000 manat pul düzəldib pulun hazır olması barədə ona məlumat verəndən sonra, o, hazırda hesab nömrəsini xatırlamasa da, həmin kartın hesab nömrəsini Aygünə vermiş və 3000 manat pulu ora göndərməsini Aygünə demişdir. 20 may 2023-cü il tarixdə Aygün həmin kartın hesab nömrəsinə 3000 manat pul göndərəndən sonra, o, hazırda xatırlamadığı yerdə quraşdırılmış bankomatların birindən həmin 3000 manat pulu çıxararaq şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin iyul ayında Aygünlə danışıq əsnasında o, oğlu İsmayılın qiyabi şöbədən əyani şöbəyə keçirilməsinə köməklik etməyini xahiş etdiyindən, o, bu məsələni 3000 manat pul müqabilində həll edə biləcəyini Aygünə demişdir. Aygün 3000 manat pul düzəldərək bu barədə ona məlumat verəndən sonra, 2023-cü ilin iyul ayının ortalarında onun yaşadığı mənzilin yerləşdiyi ünvan 5 evin qarşısında Aygünlə ikisi görüşüb həmin 3000 manat pulu ona təqdim etmişdir. O, həmin puldan hər hansı şəxs və ya şəxslərə heç nə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin iyul ayında Aygünün oğlu İsmayılın 18 yaşı tamam olduğuna görə onun adına hərbi komissarlıqdan çağırış vərəqəsi gəldiyindən, Aygün İsmayılın hərbi çağırışını bir müddətlik saxlatdırmaq üçün ona köməklik etməsini xahiş etmişdir. O, bu məsələni 4000 manat pul müqabilində həll edə biləcəyini deyəndə Aygün onunla razılaşmışdır. Aygün 4000 manat pul düzəldib onunla əlaqə saxlayaraq bu barədə ona məlumat verəndən sonra, 2023-cü ilin iyul ayının sonlarında onun işlədiyi ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında görüşmüşlər və Aygün həmin 4000 manat pulu ona təqdim etmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində Aygünlə danışıq əsnasında o, digər oğlu Yusif Məmmədovun Azərbaycan Dövlət İqtisad Universitetinin dizayner fakültəsinin sonuncu kursunda təhsil aldığını deyib iki imtahandan kəsildiyini bildirərək, bu məsələdə ona köməklik etməsini xahiş etmişdir. O, bu məsələnin həlli üçün Aygünə 4000 manat pul lazım olduğunu demişdir. Aygün onunla razılaşandan sonra, 2023-cü ilin avqust ayının əvvəllərində Aygünün işlədiyi ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında görüşmüşlər və Aygün həmin 4000 manat pulu ona vermişdir. Sonradan Aygün ona hər hansı köməklik etmədiyini görüb ona verdiyi pulu geri tələb etsə də, maddi imkanı olmadığından, Aygünün pulunu qaytara bilməmişdir. İlk dəfə Aygündən aldığı 9000 manat pulu rəfiqəsi Günellə razılaşıb birlikdə əldə edərək öz aralarında bərabər şəkildə bölsələr də, sonradan Aygündən aldığı puldan Günelin xəbəri olmamışdır. Həmin puldan Günelə və ya digər hər hansı şəxs, yaxud şəxslərə heç nə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Maddi imkanı olmadığından Aygündən aldığı 26500 manat pulu qaytara bilməmişdir, maddi imkanı olan kimi onun pulunu qaytaracaqdır. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, 2005-ci ildən tanıyır, aralarında ədavət, düşmənçilik olmamış və münasibətləri yaxşı olmuşdur. Aygün ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evində tərbiyəçi-dayə işlədiyindən və 2005-ci ildə o, valideyn kimi uşaqlarını həmin Körpələr evinə apardığı üçün uşaqlarının müəlliməsi Aygün olduğundan, tanış olmuşlar. Sonrakı vaxtlarda uşaqları Körpələr evindən çıxsalar da, Aygünlə münasibətləri davam etmiş, bir rəfiqə kimi arada əlaqə saxlayıb zəngləşmişlər və sosial şəbəkə vasitəsilə danışıb ünsiyyət saxlamışlar. Həmişə olduğu kimi, 2022-ci ilin avqust ayında Aygünlə sosial şəbəkə vasitəsilə hal-əhval tutarkən onun kefinin pis olduğunu hiss edib bunun səbəbini Aygündən soruşmuş, Aygün də, oğlu İsmayıl Məmmədovun universitetə qəbulla əlaqədar imtahandan kəsilməsi səbəbindən kefinin pis olduğunu ona demişdir. Bu vaxt o, Aygünə Ləman adlı rəfiqəsinin bu məsələnin həllində ona köməklik edə biləcəyini, oğlu İsmayılın universitetə qəbul olunmasına köməklik edə bilib-bilməyəcəyi ilə bağlı dəqiqləşdirmə aparıb ona xəbər verəcəyini demişdir. Həmin vaxt həm ona, həm də Ləmana pul lazım olduğundan, birlikdə razılaşıb Aygündən pul almaq qərarına gəlmişlər. Lakin nə onun, nədə ki, Ləmanın Aygünə köməklik etmək fikirləri olmamış və heç bu cür səlahiyyətə malik də olmamışdır. Bundan sonra, o, Aygünlə əlaqə saxlayıb oğlu İsmayılın dövlət imtahanından kəsilməsi ilə bağlı onun universitetə qəbul olunması məsələsinin həlli üçün 9000 manat pul lazım olduğunu deyəndə, Aygün razılığını ifadə etmiş və pulu hazırlayan kimi ona xəbər edəcəyini bildirmişdir. 16 avqust 2022-ci il tarixdə Aygün onunla əlaqə saxlayıb 7000 manat pul düzəltdiyini ona deyərək görüşmək istədiyini bildirəndə, onlar Aygündən pulu qəbul etmək üçün onun yaşadığı evin yaxınlığında Aygünlə görüşmək qərarına gəlmişlər. Həmin gün, yəni 16 avqust 2022-ci il tarixdə Aygünün yaşadığı mənzilin yerləşdiyi ünvan 5 evin qarşısında Ləmanla birlikdə sonuncunun idarə etdiyi “Hyundai” markalı avtomobilin salonunda Aygünlə görüşəndən sonra, sonuncu onlara 7000 manat pul vermişdir. Həmin vaxt o, Aygünü Ləmanla tanış edib deyilən məsələnin məhz onun tərəfindən həll ediləcəyini Aygünə deyərək bundan sonra Ləmanla əlaqə saxlamağını ona tapşırmışdır. Aygünlə danışıq əsnasında Ləman Aygünə demişdir ki, 2 ay sonra, yəni 2022-ci ilin oktyabr ayında onun oğlu İsmayıl Memarlıq və İnşaat Universitetində fakültələrin birinin qiyabi şöbəsinə qəbul olunacaqdır. Həmin vaxt Aygündən aldıqları 7000 manat pulu Ləmanla birlikdə aralarında bərabər şəkildə bölmüşlər və hərəsinə 3500 manat pul çatmışdır. Aradan təxminən 15 gün vaxt keçəndən sonra, yəni 2022-ci ilin avqust ayının sonlarında Aygün 2000 manat pul düzəldib yaşadığı mənzilin yerləşdiyi ünvan 5 evin qarşısında Ləmanla görüşərək həmin məbləğdə pulu ona verdiyindən, həmin pulun 1000 manatını sonradan Ləman ona vermişdir. Bundan sonra, Ləmanın Aygündən hansı məqsədlə, nə qədər pul almasının iştirakçısı və şahidi olmasa da, sonradan ona aydın olmuşdur ki, onun xəbəri olmadan Ləman Aygündən müxtəlif vaxtlarda və müxtəlif bəhanələrlə əlavə pul almışdır. Ləman onunla birlikdə aldığı 9000 manat puldan əlavə aldığı digər puldan ona heç nə verməmiş və bu barədə ona heç nə deməmişdir. Ona dəymiş maddi ziyanı ödəməyə çalışır. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2005-ci ildən tanımış, aralarında ədavət, düşmənçilik olmamış, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 isə 2022-ci ilin avqust ayından Günelin vasitəsilə tanımış, Ləmanla da, aralarında ədavət, düşmənçilik olmamış, münasibətləri yaxşı olmuşdur. O, ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evində tərbiyəçi-dayə işlədiyindən və 2005-ci ildə Günel valideyn kimi uşaqlarını həmin Körpələr evinə gətirdiyi üçün Günelin uşaqlarının müəlliməsi olduğundan, tanış olmuşlar. Sonrakı vaxtlarda Günelin uşaqları Körpələr evindən çıxsalar da, Günellə münasibətləri davam etmişdir. Günel iş fəaliyyətilə əlaqədar olaraq təşkil etdiyi bayram tədbirlərinin biletlərini satmaqla, bu kimi tədbirlərin təşkil edilməsi ilə məşğul olmuşdur. Beləliklə də, bir rəfiqə kimi arada Günellə əlaqə saxlayıb zəngləşmişlər və sosial şəbəkə vasitəsilə danışıb ünsiyyət saxlamışlar. Həmişə olduğu kimi, 2022-ci ilin avqust ayında Günellə sosial şəbəkə vasitəsilə hal-əhval tutarkən o, kefinin pis olduğunu hiss edib bunun səbəbini ondan soruşmuşdur, o da oğlu İsmayıl Məmmədovun universitetə qəbulla əlaqədar imtahandan kəsilməsi səbəbindən kefinin pis olduğunu Günelə demişdir. Bu vaxt Günel ona demişdir ki, “DTX-da işləyən Ləman adlı rəfiqəsi vardır, sonuncu ali məktəbə qəbul, sosial müavinətlər, hərbidə xidmət keçmə və bu kimi işlərdə müəyyən imtiyazların əldə olunması, müddətin dayandırılması, bərpası və s. məsələlərin həllində köməklik edə bilir, oğlu İsmayılın universitetə qəbul olunmasına köməklik edə bilib-bilməyəcəyi ilə bağlı həmin rəfiqəsi Ləmanla danışıb ona xəbər edəcəkdir”. Bundan sonra, Günel ona geri zəng edərək İsmayılın dövlət imtahanından kəsilməsi ilə bağlı onun universitetə qəbul olunması məsələsinin həlli üçün 9000 manat pul tələb olunduğunu demişdir. O da ailə üzvləri ilə məsləhətləşib Günelə razı olduğunu demişdir. Lakin pulu olmadığından, 16 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin “Xalqlar” filialından 6000 manat pul kreditə götürüb Günellə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Kreditə götürdüyü 6000 manat pulun üstünə 1000 manat da pul qoyub həmin gün, yəni 16 avqust 2022-ci il tarixdə yaşadığı mənzilin yerləşdiyi ünvan 5 evin qarşısında Günel və Ləmanla sonuncunun idarə etdiyi “Hyundai” markalı avtomobilin salonunda görüşərək ümumilikdə 7000 manat pulu Günellə Ləmana vermişdir. Həmin vaxt Günel Ləmanı onunla tanış edib deyilən məsələnin məhz Ləman tərəfindən həll ediləcəyini deyərək bundan sonra Ləmanla əlaqə saxlamasını tapşırmışdır. Ləman ona demişdir ki, 2 ay sonra, yəni 2022-ci ilin oktyabr ayında oğlu İsmayıl Memarlıq və İnşaat Universitetində fakültələrin birinin qiyabi şöbəsinə qəbul olunacaqdır. Aradan təxminən 15 gün vaxt keçəndən sonra, yəni 2022-ci ilin avqust ayının sonlarında o, 2000 manat pul düzəldib yaşadığı mənzilin yerləşdiyi ünvan 5 evin qarşısında Günel və Ləmanla görüşərək pulun qalan 2000 manat hissəsini Ləmana vermişdir. Həmin vaxt çatanda o, oğlu İsmayılın universitetə qəbul olunması məsələsinin nə yerdə olduğunu Ləmandan maraqlansa da, Ləman ona heç bir məlumat verməmişdir. 2023-cü ilin yanvar ayında Ləman onunla əlaqə saxlayıb İsmayılın tədrisi ilə bağlı birinci semestr imtahanlarına görə 3000 manat pulun lazım olduğunu bildirmişdir. O da, 3000 manat pul düzəldib həmin ərəfədə, yəni 2023-cü ilin yanvar ayında “Neftçilər” metrostansiyasının yaxınlığında olmaqla ünvan 2 ünvanda yerləşən “Rahat” supermarketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə Ləmanın hazırda xatırlamadığı hesab nömrəsini ona dediyi bank kart hesabına köçürmüş və Ləmanla əlaqə saxlayanda sonuncu 3000 manat pulu qəbul etdiyini bildirmişdir. O, dəfələrlə İsmayılın nə vaxt universitetə dərsə gedəcəyini Ləmandan soruşanda, sonuncu narahat olmamasını və İsmayılın universitetə dərsə gedəcəyini bildirmişdir. 2023-cü ilin mart ayında Ləman İsmayılın guya ürəyindən əməliyyat olunması barədə həkimdən müvafiq sənədin alınmasının zəruri olduğunu bildirib ondan 500 manat pul istəmiş, həmin pulu hansısa həkimə verib həkimdən sənəd alacağını və həmin sənədin İsmayılın şəxsi işinə əlavə ediləcəyini demişdir. O da, Ləmana inanıb 500 manat pul düzəldərək 2023-cü ilin mart ayında işlədiyi ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında Ləmanla ikisi görüşmüşlər və 500 manat pulu Ləmana vermişdir. 2023-cü ilin may ayında Ləman yenidən ona zəng edərək İsmayılın ikinci semestr imtahanlarına görə əlavə 3000 manat pul lazım olduğunu bildirmişdir. Hətta, pulu təcili şəkildə saat 13:00-a kimi çatdırmasını tələb etmişdir. O, İsmayılın təhsil aldığı müəssisədən heç bir rəsmi məlumat daxil olmadığını Ləmana bildirəndə, sonuncu ona İsmayıl qiyabi təhsil aldığı üçün prosesin bu qaydada aparıldığını, heç bir problemin olmadığını və İsmayılın universitetin birinci kursunda təhsil aldığını qeyd etmişdir. O, 20 may 2023-cü il tarixdə əri Şahid ilə birlikdə ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-nin “Qara Qarayev” filialına gedib oradan 2200 manat pul kreditə götürərək üstünə 800 manat pul qoymuş və həmin gün, yəni 20 may 2023-cü il tarixdə həmin bankın daxilində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə ümumilikdə 3000 manat pulu Ləmanın hesab nömrəsini ona dediyi bank kart hesabına köçürtmüşdür. Həmin vaxt Ləmanın hesab nömrəsini ona dediyi bank kartının Günelin adına olması ona aydın olmuşdur. O, Ləmana zəng edərək pulun ona çatıb-çatmamasını soruşmuş və bank kartının hesab nömrəsinin Günelin adına olduğunu Ləmana bildirmişdir. Ləman ona demişdir ki, “düzdür, həmin kart Günelin adına olsa da kartdan özü istifadə edir” və 3000 manat pulu qəbul etdiyini təsdiqləmişdir. 2023-cü ilin iyul ayında Ləman onunla əlaqə saxlayıb İsmayılın təhsil məsələsinə görə bu qədər xərc çəkdiyini ona bildirərək İsmayılın qiyabi şöbədən əyani şöbəyə keçirilməsini məsləhət bilmiş və bunu 3000 manat pul müqabilində həll edə biləcəyini demişdir. O, bu barədə əri Elçinə deyəndə, sonuncu ona heç olmazsa uşağın adı çəkilən təhsil müəssisəsində oxuması barədə hər hansı sənəd təqdim etmələrini tələb etmiş, bu işin nəsə yaman çox uzanmasından şübhələndiyini qeyd etmişdir. O da, öz növbəsində bu barədə Ləmana deyəndə, sonuncu qeyd etdiyi təhsil müəssisəsində bu işə baxan müəllimlərin məzuniyyətdə olması ilə bunu izah edib hər dəfə ona şübhə doğurmayan bir bəhanə gətirmişdir. O, bu barədə Günellə də əlaqə saxlayıb öz narahatlığını bildirəndə, sonuncu Ləmanın etibarlı adam olduğunu, bu işdə özü də olduğu üçün heç bir narahatlığın olmadığını, Ləmanın kimisə adatmadığını vurğulamaqla onu sakitləşdirmişdir. Ona görə də, onlar bir valideyn kimi yenə də Günellə Ləmanın yalanına inanıb 3000 manat manat pul düzəldərək 2023-cü ilin iyul ayının ortalarında yaşadığı mənzilin yerləşdiyi ünvan 5 binanın qarşısında Ləmanla ikisi görüşüb həmin 3000 manat pulu Ləmana təqdim etmişdir. 2023-cü ilin iyul ayında İsmayılın 18 yaşı tamam olduğuna görə onun barəsində hərbi komissarlıqdan çağırış vərəqəsi gəlmişdir. O, buna inanmayıb dərhal Ləmanla əlaqə saxlamış, çünki ali təhsil müəssisəsinə qəbul olunmuş və artıq bir il həmin yerdə təhsil alan tələbəyə belə bir kağız göndərilə bilməzdi. Onlar ailədə artıq çox narahat olub bu məsələdən şübhələnməyə başlamışlar. Həmin vaxt Ləman demişdir ki, “uşağın ilk əvvəl qiyabi təhsil alması səbəbindən təhsil aldığı müəssisədən ola bilsin sənədlərdə qeyri-müəyyənlik olub və artıq çağırış vərəqəsi gəlibsə uşağın hərbi çağırışını bir müddətlik saxlatdırmaq lazımdır ki, həmin sənəd gələnə kimi uşağı əsgərliyə aparmasınlar, belə şeylər çox olur və sadəcə olaraq uşağın göndərişini saxlatmaq lazımdır”. Buna görə də Ləman 4000 manat pul istəmişdir. Onlar, 2023-cü ilin iyul ayının sonlarında 4000 manat pul faizə götürüb elə həmin gün işlədiyi ünvan 3 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında əri Elçinlə birlikdə Ləmanla görüşüb həmin 4000 manat pulu Ləmana təqdim etmişlər. Danışıq əsnasında Elçin dəfələrlə Ləmandan bu məsələnin hansı vəziyyətdə olmasını, onların bu işə görə həddindən artıq narahatçılıq keçirdiklərini, özünün də xəstə olmasını bildirmişdir. Ləman isə həmişə olduğu kimi heç bir problemin ola bilməyəcəyini, 10 gün ərzində məsələnin öz həllini tapacağına onları inandırmışdır. Buna baxmayaraq bir həftə ərzində İsmayılı hərbi xidmətə aparmışlar. Bundan əlavə, qeyd etdiyi məbləğdən başqa Ləmana 8000 manat pul da vermişdir. Belə ki, 2023-cü ildə digər oğlu Yusif Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin dizayner fakültəsinin sonuncu kursunda təhsil alarkən iki imtahandan kəsilmiş və buna görə magistraturaya qəbul oluna bilməmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində bu barədə Ləmanla danışanda sonuncu Rafiq adlı tanışının vasitəsilə bu məsələni 4000 manat pul müqabilində həll edə biləcəyini demişdir. O, Ləmana inandığı üçün 4000 manat pul düzəldib 2023-cü ilin avqust ayının əvvəllərində işlədiyi ünvan 6 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında onunla görüşərək 4000 manat pulu Ləmana vermişdir. 2023-cü ilin avqust ayının ortalarında Ləman onunla əlaqə saxlayıb Ləmana verdiyi 4000 manat pulla məsələni həll edə bilmədiyini, oğlu Yusifin 2 imtahandan kəsilməsini bildirib ona hər 2 imtahana görə qiymətlərin yazılması üçün əlavə 4000 manat pulun da lazım olduğunu demişdir. O, yenə Ləmanla razılaşıb əlavə 4000 manat pul düzəldərək 2023-cü ilin avqust ayının ortalarında işlədiyi ünvan 6 ünvanda yerləşən 31 saylı Körpələr evinin qarşısında Ləmanla görüşmüş və 4000 manat pulu Ləmana təqdim etmişdir. Lakin, sonradan Yusif kəsildiyi imtahanlara görə ona qiymətlərin yazılmadığını deyəndə, o, Yusiflə birlikdə onun oxuduğu universitetə getmiş və məlum olmuşdur ki, Ləman bununla bağlı heç kimlə danışıq aparmamışdır. Beləliklə, Ləmanın onları inandırdığı məsələlərin hamısı yalan çıxmış və aldandıqlarını başa düşmüşlər. Bundan sonra, dəfələrlə Ləmandan pullarını qaytarmasını tələb etsələr də, bu gün-sabah qaytaracağı adı ilə onları aldadıb qaytarmadığından, Ləmanın barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 onu aldadıb ümumilikdə 30500 manat pulunu ələ keçirmişdir. Həmin puldan digər hər hansı şəxs və ya şəxslərə verib-verməməsi və Təqsirləndirilən şəxs1 nə qədər pul verməsi haqqında hər hansı məlumatı yoxdur. Sonradan Günelin ona deməsinə görə ilk öncə ondan aldıqları 9000 manat pulu aralarında bölsələr də, sonrakı müddətdə Ləman ondan aldığı puldan Günelə heç nə verməmişdir. Ona vurulmuş 30500 manat ziyan hazıradək ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir, barışmamışdır, pulunun tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs (arvadı) Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diski istintaq orqanına təqdim etmişdir, həmin diskdə onun Təqsirləndirilən şəxs2 ilə ali təhsil müəssisəsinə dövlət qəbul imtahanını verib kəsilmiş övladının ilk əvvəl Memarlıq və İnşaat Universitetində qiyabi təhsilə qəbul edilməsinə köməklik edib daha sonrakı müddətdə isə bir və ikinci tədris semestrlərinə görə ödəniş haqqı, habelə qiyabi təhsildən əyani təhsilə köçürülməsi və sonra hərbi çağırışdan müvəqqəti saxlatdırılmasına köməklik edilməsi ilə bağlı aralarında “WhatsApp” sosial şəbəkəsində olan danışıqlarının səs yazıları əks olunmuşdur. (i.v. 52- 53) - 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd Təqsirləndirilən şəxs2 ilə aralarında telefonda “WhatsApp” sosial şəbəkəsində danışığı səs yazılarını əks etdirən DVD formatlı diskə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə AUDİO-2024-03-10-17-12-10; AUDİO-2024-03-12-12-51-14; AUDİO-2024-03-14- 14-10-58 və AUDİO-2024-03-16-23-11-00 fayllarda səs yazısı vardır. AUDİO-2024-03-10- 17-12-10; AUDİO-2024-03- 12-12-51-14; AUDİO-2024-03-14-14-10-58 və AUDİO-2024- 03-16-23-11-00 fayllarda Hüseynova X3 Aygün Akif qızı ilə onun oğlunun ali təhsil müəssisəsinə dövlət qəbul imtahanını verib kəsilmiş övladının ilk əvvəl Memarlıq və İnşaat Universitetində qiyabi təhsilə qəbul edilməsinə köməklik edib daha sonrakı müddətdə isə bir və ikinci tədris semestrlərinə görə ödəniş haqqı, habelə qiyabi təhsildən əyani təhsilə köçürülməsi və sonra hərbi çağırışdan müvəqqəti saxlatdırılmasma köməklik edilməsi ilə bağlı aralarında “WhatsApp” sosial şəbəkəsində olan danışıqlarının səs yazıları əks olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, AUDİO-2024-03-10-17-12-10; AUDİO-2024-03-12-12-51-14; AUDİO-2024-03-14-14-10-58 və AUDİO-2024-03-16-23-11- 00 fayllarda olan səs onun səsidir. Zərərçəkmiş şəxs ilə oğlunun ali təhsil müəssisəsinə dövlət qəbul imtahanını verib kəsilmiş övladının ilk əvvəl Memarlıq və İnşaat Universitetində qiyabi təhsilə qəbul edilməsinə köməklik edib daha sonrakı müddətdə isə bir və ikinci tədris semestrlərinə görə ödəniş haqqı, habelə qiyabi təhsildən əyani təhsilə köçürülməsi və sonra hərbi çağırışdan müvəqqəti saxlatdırılmasma köməklik edilməsi ilə bağlı 31000 aldığı pulu geri qaytarması üçün müəyyən müddətə vaxt istəməsi ilə bağlı aralarında olan danışıqlardır. (i.v. 173) - 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 32.4, 32.5 və 312ci maddələrinin, eləcə də, CM-nin 310-cu və 311.3.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs2 ilə aralarında “WhatsApp” sosial şəbəkəsində daşıqlarını əks etdirən səs yazıları olan 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs 30500 manat pulunu alıb sonuncuya qarşı dələduzluq etmələrindən ailə üzvlərinin xəbərləri olmadıqlarından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyan 30500 manat kimi əsas götürülmüş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir yerdə Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə 9000 manat aldıqdan sonra Təqsirləndirilən şəxs2 dələduzluq etməklə Zərərçəkmiş şəxs əlavə 26500 pul almasından xəbəri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 217-230) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, onlar dələduzluq cinayətini məhz aldatma və etibardan suiistifadə etmə yolu ilə törətmişlər, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs da öz əmlakını (pulunu) onların yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 niyyətləri əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə onlar bu məqsəd və niyyətlərinə çatmışlar. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişlər. Belə olan halda, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilmələri üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 90-91) - 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tərdbiri seçilməsi qərara alınmışdır. (i.v. 190-192) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 26 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 193-195) - 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 111-112) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. (i.v. 199-204) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 26 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 205-208) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli tələbnamədən və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. -Sumqayıt şəhər probasiya şöbəsinin 14 may 2025-ci il tarixli 21-2/3-2993 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 12 may 2025-ci il tarixdə probasiya qeydiyyatına alınmışdır, məhkum 14 may 2025-ci il tarixə ona təyin olunmuş cəzanın 02 gün hissəsini çəkmiş, 11 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. -Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 övladı X4 08 yanvar 2015-ci il tarixdə doğulmuşdur. (i.v. 176) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, o cümlədən cinayətin törədilməsində onun faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında bu iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla həmin maddəyə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 14 may 2025-ci il tarixə çəkilmiş 02 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, çəkilən həmin cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 üzərində müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hər iki iş üzrə 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixə və 10 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək tutulduğu cəmi 04 gün müddət, CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Penitensiar Xidmətin Bakı istintaq təcridxanası müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, o cümlədən cinayətin törədilməsində onun faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında bu iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alaraq, cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci və CM-nin 69.3-cü maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 24 iyun 2024cü il tarixdən 26 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın onun xeyrinə tutulması ilə bağlı onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış içərisində səs yazıları olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi xidmətlərə görə əmək haqqı ödənilməli, bununla da vəkil Müdafiəçi1 Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq, 30 saat 6 manatdan, 4 saat 11 manatdan olmaqla, vəkil Müdafiəçi2 Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hesablanaraq, 30 saat 6 manatdan olmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı yeni hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs2 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 14 may 2025-ci il tarixə çəkilmiş 02 (iki) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən çəkilən həmin cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 hər iki iş üzrə 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixə və 10 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış içərisində səs yazıları olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 224 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar