Məhkəmə qərarları › İş №1(007)-605/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-605/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-605/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 10 avqust 1999-cu ildə Astara rayonu, Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 01 saylı Cəzaçəkmə Müəssisəsidə cəza çəkən, hazırkı cinayət işi ilə bağlı 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi 1 X3 “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində danışıq kartı olan 1 ədəd sensor ekran və “Android 6.0” əməliyyat sistemi ilə təhciz olunmuş “MTK6580” markalı, “D18” modelli, “**********94935”, “**********94943” İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin 3 saylı palatasında stasionar müalicə alan zaman müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı əynindəki gödəkçəsinin sağ yan cibində həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin 3 saylı palatasında stasionar müalicə aldığı zaman onun üzərinə müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilərkən, əynindəki gödəkçəsinin sağ yan cibində qadağan olunmuş əşya - işlək vəziyyətdə, daxilində danışıq kartı olan 1 ədəd sensor ekran və “Android 6.0” əməliyyat sistemi ilə təhciz olunmuş “MTK6580” markalı, “D18” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefon aparatını bir neçə ay əvvəl müəssisənin bağlar olan ərazisindən, ağacın dibindən tapmış və istifadə etmək məqsədilə özündə saxlamış, onu müxtəlif yerlərdə gizlətmişdir. Telefonun daxilində olan, "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartı vasitəsilə qardaşı Şahid4 ilə, onun istifadəsində olan 070.500-77-88 nömrəli mobil telefonla, həmçinin yaxın dostu Şahid5 ilə, onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar və sms yazışmaları aparmışdır. Həmin mobil telefon aparatından məhkum yoldaşlarından heç kimin xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 X3 xidmət edən, ədliyyə baş giziri Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin 3 saylı palatasında stasionar müalicə alan, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Penitensiar Xidmətin 1 X3 cəza çəkən məhkum Təqsirləndirilən şəxs üzərinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı əynindəki gödəkçəsinin sağ yan cibində, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş, şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılaraq, bu barədə müvafiq protokol tərtib edilmiş və protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkum Təqsirləndirilən şəxs verdiyi ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş və həmin mobil telefon aparatını müəssisənin ərazisində bağlar olan yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədilə onu gizlətdiyini, digər məhkum yoldaşlarının həmin mobil telefon aparatından xəbərsiz olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində bir neçə dəfə onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və sms yazışmaları aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs onun dostudur. Dostu cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində bir neçə dəfə ona mobil telefon vasitəsilə zəng etmiş, mobil telefon vasitəsilə əlaqə saxlamış və sms yazışmaları aparmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinin digər əməkdaşları Şahid2, X7 və Şahid1 ibtidai istintaqa Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Vüqar Qasımovun, RNK-si ədliyyə mayoru Şahid1, Əməliyyat Şöbəsinin inspektoru, ədliyyə baş leytenantı Şahid2, Rejim-nəzarət Şöbəsinin baş nəzarətçisi, ədliyyə giziri Şahid3, hal şahidləri məhkum X1 və X2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat təxminən 12:30 radələrində məhkum Təqsirləndirilən şəxs stasionar müalicə aldığı müəssisənin Tibb-sanitar hissəsinin 3 saylı palatasında axtarışbaxış tədbiri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs üzərində gödəkçəsinin sağ yan cibindən daxilində “Nar” danışıq kartı olan 01 (bir) ədəd işlək vəziyyətdə mobil telefon aparatı və Tibb-sanitar hissəsinin sanitar qovşağında xüsusi saxlanc yerindən daxilində danışıq kartı olmayan 01 (bir) ədəd işlək vəziyyətdə sahibsiz “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüş, hal şahidlərinin və digər proses iştirakçılarının iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş, hamı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/286 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd sensor ekran və “Android 6.0” əməliyyat sistemi ilə təhciz olunmuş “MTK6580” markalı, “D 18” modelli, “**********94935”, “**********94943” İMEİ kodlu mobil telefon aparatı halhazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X6 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2023-cü il tarixə 11 il 02 ay 19 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-228/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib təyin olunmuş 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 11 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 1-1(098)- 228/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “MTK6580” markalı, “D18” modelli, “**********94935”, “**********94943” İMEİ kodlu mobil telefon və 01 ədəd danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-228/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 11 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 11 il 04 ay (on bir il dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-228/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi – 53,65 manat (əlli üç manat 65 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “MTK6580” markalı, “D18” modelli, “**********94935”, “**********94943” İMEİ kodlu mobil telefon və 01 ədəd danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar