Məhkəmə qərarları › İş №1(007)-61/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-61/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-61/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, qeyri-rəsmi ailə münasibətindən bir uşağı olan, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 326.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2500 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzaları təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2016-cı il tarixdən hesablanmış, cəzasının sonu 08 aprel 2027-ci ilədək olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olan, əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində çəkən, hazırkı işlə bağlı həmin Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşayan, 31 oktyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan digər şəxslə cinayət əlaqəsinə girməklə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdikləri, “X3 İntizam Qaydaları” ilə məhkumlar üçün qadağan edilmiş əşyaların siyahısına daxil edilmiş təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Müalicə müəssisəsinə ötürülməsinə cəhd etmişdir. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 326.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzalarına məhkum olunmaqla, 11 fevral 2020-ci il tarixdən etibarən Respublika Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılarkən, özünün narkotik maddəyə olan tələbatını ödəmək məqsədilə müəssisədə quraşdırılmış icazəli telefonlardan tanışı Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonuna mütəmadi zənglər edib narkotik vasitə əldə edib Müalicə müəssisəsinə ötürülməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, onu narkotik vasitənin alınıb cins şalvarın balağının tikiş yerinə yerləşdirməsi və həmin şalvarın Müalicə müəssisəsinə özünə göndərilməsi barədə təlimatlandıraraq, həmin məqsədlə bu barədə məlumatsız olan tanışı Şahid13 vasitəsi ilə 22 may 2020-ci il tarixli poçt köçürməsi ilə Təqsirləndirilən şəxs2 30 manat pul göndərməsini, sonuncunun həmin pula istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,072 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini cins şalvarın balağının tikiş yerinə yerləşdirib gizlədərək, 24 may 2020-ci il tarixdə şalvarı başqa geyim əşyası ilə birlikdə bundan məlumatı olmayan bacısı Şahid1 çatdırmasını təşkil etmiş və Şahid1 28 may 2020-ci il tarixdə saat 13:00 radələrində selofan paketin içərisində digər sovqatla birlikdə qeyd edilən şalvarı Penitensiar Xidmətin Müalicə müəssisəsinə gətirərkən, nəzarətburaxılış məntəqəsində müəssisənin əməkdaşların keçirdiyi baxış zamanı həmin cins şalvarın balağının tikiş yerində gizlədilmiş 1 ədəd bükümdə, təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, beləliklə, Əliyev X2 Rasim Rəsul oğlu ilə qabaqcadan cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 29 dekabr 2011-ci il tarixli, 7 nömrəli əmrlə təsdiq olunmuş “X3 İntizam Qaydaları” ilə məhkumlar üçün qadağan edilmiş əşyaların siyahısına daxil edilmiş təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Penitensiar Xidmətin Müalicə müəssisəsinə ötürülməsini təşkil etməklə özünün iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədiyindən həmin cinayəti törətməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan digər şəxslə cinayət əlaqəsinə girməklə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, “X3 İntizam Qaydaları” ilə məhkumlar üçün qadağan edilmiş əşyaların siyahısına daxil edilmiş təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Müalicə müəssisəsinə ötürülməsinə cəhd etmişdir. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 326.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzalarına məhkum olunmaqla, 11 fevral 2020-ci il tarixdən etibarən Respublika Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona dəfələrlə zəng vurub narkotik vasitəyə olan tələbatını ödəmək məqsədilə narkotik vasitə alıb cins şalvarın balağının tikiş yerinə yerləşdirməsi və həmin şalvarın Müalicə müəssisəsinə ona göndərməsi barədə təlimat alaraq onunla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, həmin məqsədlə Təqsirləndirilən şəxs1 bu barədə məlumatsız olan tanışı Şahid13 vasitəsi ilə 22 may 2020-ci il tarixli poçt köçürməsi ilə göndərdiyi 30 manat pula istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,072 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini cins şalvarın balağının tikiş yerinə yerləşdirib gizlədərək, 24 may 2020-ci il tarixdə şalvarı və başqa geyim əşyasını Təqsirləndirilən şəxs1 bundan məlumatı olmayan bacısı Şahid1 çatdırmış, sonuncu 28 may 2020-ci il tarixdə saat 13:00 radələrində selofan paketin içərisində digər sovqatla birlikdə qeyd edilən şalvarı Penitensiar Xidmətin Müalicə müəssisəsinə gətirərkən, müəssisənin nəzarət-buraxılış məntəqəsində əməkdaşların keçirdiyi baxış zamanı cins şalvarın balağının tikiş yerində gizlədilmiş 1 ədəd bükümdə, təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə, qabaqcadan cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs1 təlimatlarını icra etməklə onunla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 29 dekabr 2011-ci il tarixli, 7 nömrəli əmrlə təsdiq olunmuş “X3 İntizam Qaydaları” ilə məhkumlar üçün qadağan edilmiş əşyaların siyahısına daxil edilmiş təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Penitensiar Xidmətin Müalicə müəssisəsinə ötürülməsinə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 317- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətldər Məhkəməsinin 26 iyul 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 326.1-ci maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, əvvəl cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, sonra 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. 2020-ci ilin fevral ayında aldığı xəsarətlə əlaqədar Müalicə müəssisəsində müalicə olunmuşdur. Orada olarkən çənəsinin qırılması ilə əlaqədar eşitmişdir ki, narkotik vasitə ağrıları azaldır, fikirləşmişdir ki, narkotik vasitədən istifadə etsin. Bu məqsədlə azadlıqda olan dostu Təqsirləndirilən şəxs2 telefon vasitəsilə zəng edərək demişdir ki, ona az miqdarda heroin tapıb göndərsin. Rasim əvvəl buna razılıq verməmiş, sonra isə razılaşmışdır. O, Rasimə izah etmişdir ki, bu az miqdarda olan heroini paltarın içində, yəni köynəyin və yaxud şalvarın içində gizlətsin. O, müəssisədən icazəli olan telefondan Rasimin mobil telefonuna zəng etmiş, bu işlə əlaqədar onunla bir neçə dəfə telefonla danışmışdır. Narkotik vasitənin əldə edilməsi üçün pul lazım olduğundan qeyri-rəsmi ərarvad münasibətində olduğu Şahid13 zəng etmiş və ondan poçtla Təqsirləndirilən şəxs2 30 manat pul göndərməsini xahiş etmişdir. Gülnarənin narkotik vasitə barədə heç bir məlumatı olmamışdır. Rasimə başqa bir adam tapacağını demişdir ki, onunla əlaqə saxlasın ki, həmin adam Rasimdən daxilində həmin az miqdarda narkotik vasitə olan paltarı götürüb ona gətirsin. Lakin həmin adamın Rasimlə əlaqə saxlaması alınmamışdır. Bundan sonra Rasimlə telefonla belə razılaşmışdır ki, həmin əşyaları bir qadın gəlib götürəcək. Rasim ona bildirmişdir ki, məktəbin gözətçisinə paltar ilə olan bağlamanı verəcəkdir. O, bu narkotik vasitənin şalvarın və yaxud köynəyin içində olacağını dəqiq bilməmişdir. 23 və ya 24 may 2020-ci ii tarixdə bacısı Xanıma zəng edərək bildirmişdir ki, onun üçün dostu Rasim paltar göndərmək istəyir və bu paltarı sellofan paketdə məktəbin gözətçisinə verib, onu götürmək lazımdır. Xanıma Rasimin mobil telefonun nömrəsini də vermişdir. Rasimin şalvarda gizlətdiyi narkotik vasitədən Xanımın heç bir xəbəri olmamışdır. Sonra ona məlum olmuşdur ki, Xanım 28 may 2020-ci il tarixdə onun yanına gələndə gətirdiyi sovqatda Rasimdən aldığı cins şalvarın içində həmin narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində təqsirin onda olduğunu, narkotik vasitəni alıb ona göndərməyi onun Rasimdən istədiyini, onu bu işə məcbur etdiyini göstərmiş, etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 5 ildir tanıyır, Cəfərsadiq həbs olunmamışdan qabaq təxminən 2 il arabir görüşmüşlər, münasibətləri normal olmuşdur. Cəfərsadiq cəzaçəkmə müəssisəsində cəza çəkmişdir və Müalicə müəssisəsində olarkən ona zəng etmiş, cəzaçəkmə müəssisəsində olduğundan onun üçün şalvar-köynək göndərməsini xahiş etmiş, dəyişməyə paltarı olmadığını bildirmişdir. O, razılaşaraq özünə məxsus cins şalvarı və köynəyi götürüb Cəfərsadiq üçün sellofan paketə qoymuş, Cəfərsadiqlə telefonla danışmış, gələ bilməyəcəyini demişdir. Cəfərsadiq ona bir xanımın gələcəyini, paltarları həmin xanıma verməsini demişdir. Bir xanım ona telefonla bir-iki dəfə zəng etmiş, gözləmiş, lakin qadın gəlmədiyi üçün həmin şalvar və köynəyi Bakı şəhəri 265 saylı orta məktəbin gözətçisinə vermişdir ki, bir xanım gəlib bu sellofan paketdə olan əşyaları götürəcəkdir. Bir neçə gündən sonra bilmişdir ki, həmin şalvarda narkotik vasitə aşkar olunmuşdur. Onun bu narkotik vasitədən xəbəri olmamışdır. Bu hadisədən sonra Cəfərsadiqin bacısı, sonradan adını bildiyi Xanım adlı qadın onunla görüşməmişdir, həmin qadınla ancaq telefonla danışmışdır. Təqsirləndirilən şəxs1 ona özü üçün narkotik vasitə sifariş etməklə həmin narkotik vasitəni cins şalvara necə yerləşdirilməsinə dair təlimat verməsi yalandır, Cəfərsadiq ona narkotik barədə heç bir şey deməmişdir. Cəfərsadiqin ona qarşı belə ifadə verməsini heç cür izah edə bilmir, 30 manat pulu Cəfərsadiqə aldığı dərmanla əlaqədar almışdır. 22-25 may 2020-ci il tarixlərində Cəfərsadiqlə 16 dəfə telefonla danışmağı paltarla əlaqədar olan danışıqlar olmuşdur. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin rəisinin növbətçi köməkçisi Şahid11 Kamil oğlu ifadəsində göstərmişdir ki, 28 may 2020-ci il tarixdə saat 13:00 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış zamanı 11 fevral 2020-ci il tarixdə 10 saylı cəzaçəkmə müəssisəsindən gətirilmiş məhkum Təqsirləndirilən şəxs1 sovqat gətirmiş bacısı Şahid1 gətirdiyi sovqata hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sovqatın içərisində olan göy rəngli “Emporio Armani” markalı cins şalvarının sol ayağının balağının qat yerində tikilmiş bir ədəd ağ rəngli şəffaf bükülüdə olan qəhvəyi rəngli spesifik iyə malik toz şəklində narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş, xüsusi zərfdə qablaşdırılaraq möhürlənmiş, fakt barədə protokol tərtib olunmuşdur. Şahid1 şifahi sorğu zamanı bildirmişdir ki, onun bu narkotik vasitədən xəbəri yoxdur. Sonra isə məhkum Təqsirləndirilən şəxs1 etraf etmişdir ki, bacısının bu işdən xəbəri yoxdur, həmin narkotik vasitəni cins şalvarın içinə qoyub bacısının vasitəsilə müəssisəyə ötürməsini dostu Təqsirləndirilən şəxs2 istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin əməkdaşları, əməliyyat bölməsinin böyük inspektoru Şahid2, əməliyat bölməsinin rəisi Şahid4, əməliyyat bölməsinin inspektoru Şahid5, rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid6 və əməliyyat-rejim işləri üzrə rəis müavini X8, Şahid11la eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, kiçik qardaşı Təqsirləndirilən şəxs1 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, oradan müalicə olunmaq üçün Müalicə müəssisəsinə göndərilmişdir. Cəfərsadiq Müalicə müəssisəsində təxminən 5 ay saxlanılmış, onun görüşünə dəfələrlə getməklə ona sovqat aparmışdır. Təxminən 25-26 may 2020-ci il tarixlərində Cəfərsadiq ona icazəli telefonla zəng edərək sovqat gətirilməsini və Günəşli qəsəbəsində yaşayan Rasim adlı tanışından onun üçün cins şalvar və köynək gətirilməsini xahiş etmiş, həmin adamın 055 981 21 31 nömrəli telefonunu vermişdir. O, Rasimə həmin telefon nömrəsi ilə zəng etmiş və bildirmişdir ki, Cəfərsadiqin bacısıdır, Cəfərsadiq üçün paltar verməlidir. Telefon vasitəsilə razılaşmışlar ki, saat 18 radələrində 265 saylı orta məktəbin mühafizəçisindən həmin cins şalvarını və idman köynəyi sellofan paketdə götürəcəkdir. Rasim bildirmişdir ki, özünün işi olduğu üçün gələ bilmir, şalvarı mühafizəçiyə vermişdir. O, həmin məktəbin mühafizə yerinin yanına getmiş, orada sellofan paketdə olan cins şalvarı və köynəyi götürmüşdür. Səhəri günü evdə qardaşı üçün yemək bişirib, meyvə şirəsi, həmin şalvarı və köynəyi tanış taksi sürücüsü Nicata vermişdir ki, aparıb qardaşına versin. O, Nicatla bir neçə dəfə sovqat və pul göndərmişdir. Təxminən 1 saatdan sonra Nicata zəng edərək nə olduğunu soruşmuş, Nicat bildirmişdir ki, sovqatı yoxlayırlar. Sonra Nicat özü ona zəng edib bildirmişdir ki, siqareti və pulu, idman köynəyini götürmüşlər, lakin şalvarı götürməmişlər, çünki rənginə görə yararsızdır. Nicat cəzaçəkmə müəssisəsində qəbul edilməyən əşyaları qaytarıb ona vermişdir. O, Cəfərsadiqlə danışaraq bu barədə bidirmiş, Cəfərsadiq isə təəcüblənmişdir ki, niyə şalvarı buraxmamışlar. Səhəri gün saat 13 radələrində o, yenə də yemək bişirib, siqaret alaraq həmin şalvarı götürüb qardaşı üçün sovqatı aparmışdır. Müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində gətirdiyi sovqat, o cümlədən şalvar çox ciddi yoxlanılmış və şalvarın balağında sellofan bükümdə çox az miqdarda toz şəklində, əməkdaşların bildirdiyinə görə narkoik vasitəyə bənzər maddə tapılmış və bu barədə protokol tərtib edilmişdir. O, bu işdən çox narahat olmuşdur, çünki Cəfərsadiq heç vaxt narkotik işlərə bulaşmamış, belə işlərlə məşğul olmamışdır. Sonradan ona məlum olmuşdur ki, şalvarda aşkar edilmiş maddə narkoik olan heroindir. Onun isə bu narkotik vasitədən əvvəlcədən heç bir məlumatı olmamışdır. Bir müddətdən sonra, təxminən iyun ayının ortalarında Rasimə başqa telefondan zəng edərək onunla görüşməyə xahiş etmiş, axşam vaxtı, təxminən saat 22 radələrində həmin məktəbin yaxınlığında görüşmüşlər. Rasimlə söhbət zamanı soruşmuşdur ki, nə üçün onu bu işə salıb, Rasim bildirmişdir ki, narkotik vasitəni guya internet vasitəsilə tapmışdır. Ona telefon vasitəsilə zəng edib təlimatlandırmışlar ki, narkotik vasitəni şalvarda harada gizlətsin. O, Rasimdən soruşmuşdur ki, nə üçün qardaşına narkoik vasitə göndərmişdir, Rasim ona bildirmişdir ki, Cəfərsadiq ondan əl çəkməmiş, israr etmiş, ona görə o, Cəfərsadiqin istədiyi narkotik vasitəni göndərmişdir. Sonradan icazəli telefonla danışarkən Cəfərsadiq ona bildirmişdir ki, uşağının anası olan Gülnarə həmin narkotikə görə Rasimə poçt vasitəsilə 30 manat pul göndərmişdir. Lakin Gülnarənin, eləcə də onun bu işdən xəbərləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Etibar oğlu ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 6-7 ildir tanıyır, özü dostuna məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 3 ay müddətində, üç-dörd gündən bir Şahid1 xahişinə əsasən hər dəfə 10 manat müqabilində onu Müalicə müəssisəsində cəza çəkən qardaşı Təqsirləndirilən şəxs1 üçün sovqat aparmışdır. Bundan qabaq Şahid1 bir neçə dəfə 10 saylı cəzaçəkmə müəssisəsinə aparmışdır. Çünki onun qardaşı Cəfərsadiq əvvəl orada cəza çəkmişdir. Sovqat əsasən qidadan, siqaretdən, hərdənbir paltarlardan və puldan ibarət olmuşdur. Hər dəfə gətirdiyi sovqatı müəssisə əməkdaşları onun iştirakı ilə yoxlamışlar. Son dəfə 27 may 2020-ci il tarixdə saat 15 radələrində Şahid1 müəyyən sovqat və paltar, yəni idman maykasını və cins şalvarını götürüb Müalicə müəssisəsinə getmişdir. Müəssisə əməkdaşları onun iştirakı ilə çox ciddi şəkildə yoxlama aparmışlar, yeməklərdən dolmanı yoxlayıb yarısını, yəni yoxladıqlarını qəbul edib qalanını qaytarmışlar, siqareti tam yoxlayaraq qəbul etmişlər, enerji içkisini dərhal qaytarmışlar, idman maykasını yoxlayıb qəbul etmişlər, cins şalvarın rəngi qara olmadığı üçün qəbul edilməmişdir. Müəssisə əməkdaşları qəbul etmədiyi həmçinin tortu və digər əşyaları, yəni enerji içkisini, dolmanın yarısını, cins şalvarı gətirib Şahid1 qaytararaq bu barədə bildirmişdir. Sonradan Şahid1 ona bildirmişdir ki, səhəri günü şalvarla digər sovqatla Müalicə müəssisəsinə getdikdə müəssisə əməkdaşları tərəfindən həmin şalvardan narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, özü və oğlu Məcid Xətai rayonu 265 saylı tam orta məktəbdə gözətçi işləyirlər. 2020-ci ilin may ayının son günlərində, günortadan sonra əvvəllər tanıdığı Rasim adlı oğlan bir ədəd paketlə gələrək ondan xahiş etmişdir ki, bu paket bir-iki saat qalsın, içində şalvar vardır, həmin paketi bir qadın gəlib götürəcəkdir. Təxminən bir saat keçmiş balacaboy bir qadın bir uşaqla taksi ilə gələrək bildirmişdir ki, Rasimin ona paket saxlamalı olduğunu demişdir. O da, həmin paketin yerini qadına göstərmiş, qadın həmin paketi götürərək getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid8lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2015-ci ildən tanıyır, faktiki nikah münasibətlərində olmuşlar, bunun nəticəsində 27 iyul 2016-cı il tarixdə oğlu X1 dünyaya gəlmişdir. Nikahları qeydiyyata alınmadığı üçün oğluna onun soyadı verilmişdir. 2020-ci ilin may ayının ikinci yarısında Cəfərsadiq ona zəng etmiş və tanışı Təqsirləndirilən şəxs2 adına 30 manat pul göndərməsini xahiş etmişdir. O, elə başa düşmüşdür ki, pulu Rasimə göndərir, o da, bu pulu Cəfərsadiqə verəcəkdir. Rasimə göndərdiyi pulun qəbzini itirmişdir. Cəfərsadiq ondan yalnız pul göndərməsini xahiş etmiş, hər hansı bir qadağan olunmuş əşya istəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ərizə ilə məhkəməyə müraciət edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar onun həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid12 həmin ifadəsində göstərmişdir ki, 28 may 2020-ci il tarixdə hal şahidi qismində dəvət olunmuş, nəzarətburaxılış məntəqəsində Şahid1 gətirdiyi sovqatın içində cins şalvarının balağının tikiş yerində narkotik vasitə aşkar edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, müəyyən edilmişdir ki, o, Şahid12la eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məcburi gətirilməsinə dair qərar qəbul edilmiş, müvafiq polis orqanından daxil olmuş rəsmi məlumata əsasən işdə qeyd edilən ünvanda yaşamadığı üçün onun gətirilməsi mümkün olmamışdır. Bununla əlaqədar onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid9 həmin ifadəsində göstərmişdir ki, adına olan 055 981 21 31 nömrəli telefonu təxminən 5 il bundan əvvəl uşaqlıq dostu Təqsirləndirilən şəxs2 vermişdir, Rasimlə təxminən 2 il olar ki, əlaqə saxlamır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 avqust 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Müalicə müəssisəsinin əməkdaşları Şahid2, Şahid5, Şahid6, hal şahidləriməhkumlar Şahid12 və Şahid10, vətəndaş Şahid1 iştirakları tərtib olunmuş 28 may 2020ci il tarixli protokoldan görünür ki, həmin gün saat 13:00 radələrində Penitensiar Xidmətin Müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsinə daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış axtarış-baxış tədbirləri zamanı müəssisədə saxlanılan məhkum Təqsirləndirilən şəxs1 bacısı Şahid1 gətirdiyi sovqatın içərisində olan göy rəngli “Emporio Armani” markalı cins şalvarın sol ayağının balağındakı qat yerinə tikilmiş 1 ədəd ağ rəngli şəffaf bükülüdə olan qəhvəyi rəngli spesifik iyə malik toz şəklində narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. (i.v. 8-9) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 may 2020-ci il tarixli 6/915 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1, bacısı Şahid1 gətirdiyi sovqatın içərisində...” əl yazıları və Penitensiar Xidmət Müalicə müəssisəinə məxsus “Zərflər üçün” möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,072 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,072 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,032 qram. ( i.v. 24-27) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2020-ci il tarixli 6/1028 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1, bacısı Şahid1 gətirdiyi sovqatın içərisində...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,032 qram, tədqiqata sərf edildi 0,010 qram, qalıq 0,022 qram. ( i.v. 64-68) -“xxxx” MMC-nin 18 avqust 2020-ci il tarixli BKC/LGL-12598 nömrəli məktubundan və ona əlavə edilən məlumatdan görünür ki, 055 981 21 31 nömrəli telefon danışıq kartı Şahid9 adınadır. (i.v. 155-156) - 20 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göndərdiyi göy rəngli “Emporio Armani” nişanlı şalvarın Təqsirləndirilən şəxs1 ölçülərinə uyğun olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə istintaq eksperimenti keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göndərdiyi cins şalvarın ölçüsü “29”-dur, Təqsirləndirilən şəxs1 isə əynindəki şalvarının ölçüsü “33”-dür, yəni Təqsirləndirilən şəxs2 göndərldiyi cins şalvarı balacadır, Təqsirləndirilən şəxs1 əyninə keçməmişdir. (i.v. 207) - 20 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd cins şalvar maddi sübut kimi tanınmışdır. (i.v. 208) -“xxxx” MMC-nin 23 oktyabr 2020-ci il tarixli məktubundan və ona əlavə edilən cədvəldən görünür ki, 22 may 2020-ci il tarixdə İsmayılova X6 Rasim Rəsul oğluna 30 manat məbləğində pulu poçt vasitəsilə köçürmüş, həmin pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüşdür. (i.v. 215-216) - 26 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 müəssisədə olan 514-88-62, 514-84-50, ***-**-** və ******* nömrəli telefonlarla Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 981 21 31 nömrəli telefonu ilə 22 may 2020-ci il tarixdən 25 may 2020-ci il tarixədək 16 dəfə zəng etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs2 ifadəsində Şahid1 ilə hadisədən 1-2 gün sonra danışdığını göstərsə də, məhkəmə qərarı ilə “xxxx” MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Şahid1 istifadə etdiyi 055 262 71 79 nömrəli telefonla Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 981 21 31 nömrəli telefona 24 may 2020-ci il tarixdə saat 15:37-dən başlayaraq saat 17:44-dək 7 dəfə telefon danışıqları olmuşdur. (i.v. 185-186, 217) -Azərbaycan Respublikası Ədliyyə Nazirinin “X3 İntizam Qaydalarının təsdiq edilməsi barədə” 29.12.2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, narkotik vasitələr məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 218-219) -Sübutların qiymətləndirilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət tərkibi olmadığı üçün həmin fakt üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmış, X10 və Şahid13 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 223-231) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz, onun cinayət hadisənin törədilməsinə aidiyyətinin olmaması barədə irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs2 aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 29 və 32.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, 317-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır; 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 17 iyun 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 326.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzaları təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2016-cı il tarixdən hesablanmışdır. (i.v. 30- 40, 62) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 05 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 189) - 31 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 287) - 10 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 08 aprel 2016-cı il, cəzasının sonu 08 aprel 2027-ci il olan və 27 aprel 2019-cu il tarixdən həmin müəssisədə cəza çəkən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymamışdır. (i.v. 277-278) -Bakı şəhəri Suraxanı rayon İHB-nın Zığ qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qəsəbədə yaşadığı müddətdə nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 279) -Diplomların və Fəxri fərmanların surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Yunan-Roma” güləşi üzrə müxtəlif idman turnirlərində iştirak edərək İ, İİ və İİİ yerləri tutmuş, təltif edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə törətdikləri əməllər həmin Məcəllənin 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 qeyri-rəsmi münasibətdən olsa da, öz ailəsi hesab etdiyi Şahid13 bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, müxtəlif idman yarışlarında iştirak edərək uğurlar qazanmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 il 09 ay 06 gün hissəsi qismən, ödənilməmiş 2500 manat cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti müddətə azadlıqdan məhrum etmə və cərimə cəzaları təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 02 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi müəyyən edilmədiyindən, o, hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,022 qram olan narkotik vasitə heroin (iş materiallarında heroinin qalıq çəkisinin 0,032 qram olması barədə göstərilənlərin əsası yoxdur) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində saxlanılan “Emporio Armani” markalı, göy rəngli bir ədəd cins şalvar məhv edilməlidirlər; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X9 və Müdafiəçi2 ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmişlər. İş materiallarına əsasən vəkil X.R.Babayevanın göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 22 iş saatı, vəkil Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı olmuşdur, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçilərə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İşin məhkəmə icraatı dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 müqavilə əsasında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 isə dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iş materialları ilə tanış olub və məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətində olmuşdur, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun hesablanmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 32.3, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) il 09 (doqquz) ay 06 (altı) gün hissəsini qismən, ödənilməmiş 2500 (iki min beş yüz) manat cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsinin hesabında olmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməkdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,022 qram olan narkotik vasitə heroin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində saxlanılan “Emporio Armani” markalı, göy rəngli bir ədəd cins şalvar məhv edilsinlər. Məhkəmə məsrəfi olan 81,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. İbtidai istintaqda iş materialları ilə tanış olmaqla birlikdə, vəkil X5 Təqsirləndirilən şəxs1 22 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 132 manat, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 120 manat əmək haqqı “xxxx” ASC-nin “Cəfər Cabbarlı” filialı, kod 200048, VÖEN **********, m/h - AZ37NABZ013501**********1944, SWİFT KOD AİİBAZ2X, hesab - AZ41AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 300 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar