Məhkəmə qərarları › İş №1(007)-61/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-61/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-61/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Ağdam rayonunun Eyvazxanbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən 2 saylı yataqxanada yaşayan, 12 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 21 iyul 2023-cü il tarixdə həbsdən azad olunmuş, 24 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 22 saylı duracağında saxlanılan, dostu Şahid1 məxsus “Kia Rio” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi icazə olmadan duracaqdan çıxarmaq istəyən zaman həmin duracaqda gözətçi vəzifəsində çalışan Zərərçəkmiş şəxs avtomobilin duracaqdan çıxarılmasına icazə verməyib xidməti vəzifəsini yerinə yetirmək istəyərkən sonuncunun xidməti vəzifəsini yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan duracaqda ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək xuliqanlıq niyyətilə qəsdən sol yumruğu ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq sonuncuya ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əng sümüyünün yuxarı-orbital hissəsinin və ön hissəsinin sınıqları ilə müşayiət olunan sifətin sağ yarısının genişsahəli hematoması, sağ gözətrafının şişkinlik halında əzilməsi və sağ gözaltı nahiyənin qançırlarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 iyul 2023-cü il tarixdə saat 15 radələrində qonşusu Ceyhun ona zəng edib ona məxsus “Kia Rio” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılaraq Nizami rayonu ərazisində yerləşən BDYPİ-nin Siqnal İdarəsinə aid 22 saylı duracağa yerləşdirildiyini, özünün Nərimanov RPİ-nin DYPŞ-də olduğunu bildirmiş, avtomobili duracaqdan çıxartmaqda ona köməklik etmək məqsədi ilə onu yanına dəvət etmişdir. O, evdən çıxaraq Ceyhunun yanına getmiş, birlikdə yol polisinin inzibati binasına daxil olmuş və polis əməkdaşına yaxınlaşaraq avtomobilin cəriməsini ödəmişlər. Bundan sonra, həmin gün saat 16 radələrində Ceyhunla birlikdə 22 saylı duracağa getmişlər. Duracağa daxil olduqda Ceyhun avtomobilinin yerini dəqiqləşdirməyə getmiş, o isə duracaqda olan xidməti iş otağına keçmişdir. Xidməti otaqda sonradan tanıdığı Zərərçəkmiş şəxs olmuşdur. İntiqam masanın yuxarı tərəfində oturduğu üçün ona yaxınlaşıb dostu Ceyhuna məxsus “Kia Rio” markalı avtomobili duracaqdan çıxartmaq istədiyini bildirərək bununla bağlı Nərimanov RPİ-nin DYPŞ-də inspektor işləyən polis əməkdaşı ilə danışdığını və onun tapşırığı ilə avtomobili duracaqdan çıxartmağa gəldiklərini demişdir. İntiqam ona demişdir ki, dövlət rüsumu 2 manatdır, əlavə 3 manat da üzərinə qoymaqla 5 manat ödəniş etməlidir. O da, İntiqama avtomobilin dayanacaqda 1 saat qalmasını xatırladaraq nə səbəbdən 2 manat yox, 5 manat ödəniş etməsini ondan soruşmuş, əgər avtomobil bir neçə gün qalmış olsaydı onda əlavə ödəniş edəcəyini demişdir. Bunu dedikdə İntiqam ona “belədir deyərək, əgər qanundan danışırsansa, get inspektordan buraxılış vərəqəsi al gətir, ümumiyyətlə avtomobili buraxmıram” demişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı İntiqam ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, İntiqam nalayiq küçə söyüşlərindən istifadəni dayandırmamış, əlində şüşə parçası ilə ona hücum çəkmişdir. Buna görə əsəblərinə sakin ola bilməyib İntiqama əli bir dəfə zərbə yetirmişdir. O, hadisəni xuliqanlıq niyyətilə törətməmiş, hadisə anidən baş vermiş, ətrafda Ceyhundan başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 14 iyul 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “... 22 saylı duracaqda xidməti otaqda sonradan tanıdığı Zərərçəkmiş şəxs və tanımadığı 4 şəxsin olduğunun şahidi olmuşdur. İntiqam masanın yuxarı tərəfində oturduğu üçün ona yaxınlaşıb dostu Ceyhuna məxsus “Kia Rio” markalı avtomobili duracaqdan çıxartmaq istədiyini bildirərək bununla bağlı Nərimanov RPİ-nin DYPŞ-də inspektor işləyən polis əməkdaşı ilə danışdığını və onun tapşırığı ilə avtomobili duracaqdan çıxartmağa getdiklərini demişdir. İntiqam da adını xatırlamadığı yol polisi əməkdaşı ilə əlaqə saxlamış və yanında adını bilmədiyi şəxsə avtomobili çıxışa yazmasını tapşırmışdır. Adını xatırlamadığı şəxs də buraxılış vərəqəsini yazmış, Ceyhun içəri daxil olaraq buraxılış vərəqəsinə imza etmişdir. Bundan sonra İntiqam ona demişdir ki, dövlət rüsumu 2 manatdır, əlavə 3 manat da üzərinə qoymaqla 5 manat ödəniş etməlidir. O da, İntiqama avtomobilin dayanacaqda 1 saat qalmasını xatırladaraq nə səbəbdən 2 manat yox, 5 manat ödəniş etməsini ondan soruşmuş, əgər avtomobil bir neçə gün qalmış olsaydı onda əlavə ödəniş edəcəyini demişdir. Bunu dedikdə İntiqam ona “belədir deyərək, əgər qanundan danışırsansa, get inspektordan buraxılış vərəqəsi al gətir, ümumiyyətlə avtomobili buraxmıram” demişdir. O da, İntiqama “əgər qanunla işləyirsənsə, nə səbəbə görə pulu almadan buraxılış vərəqəsini imza etdirirdin” dedikdə aralarında mübahisə yaranmışdır. Sonra o, əsəbi halda Ceyhunla bayıra çıxmış və ona avtomobilə oturmasını demişdir. Daha sonra özü duracağın qapısını açmış və Ceyhuna avtomobili bayıra çıxartmasını tapşırmışdır. Bu vaxt İntiqam bayıra çıxmış və qapıya yaxınlaşaraq qapını kilidləmişdir. Ona görə də, aralarında sözlə mübahisə düşmüş və İntiqam ona demişdir ki, “sən bu avtomobili bayıra çıxarda bilməzsən”. O, İntiqamdan “qapını açmayacaqsan” soruşan zaman sonuncu ona “yox” cavabı verdikdə, İntiqama “açanın qeyrətinə lənət, rüşvətxor” demişdir. Bundan sonra, İntiqam onun ünvanına söyüş söydüyündən, o, sol əli ilə İntiqamın sifətinə bir zərbə endirmiş və sonuncunun burnundan qan axmağa başlamışdır. Bu zaman İntiqam yerdən şüşə materialından olan lampanı götürüb ona tərəf hücum edəndə, lampa ona dəyməsin deyə sol qolunu irəli vermiş, buna baxmayaraq lampa onun sol biləyinin iç tərəfinə dəymişdir. Bundan sonra hirslənib İntiqamın sol qolunu tutaraq kürəyinə tərəf qatlamış, onu özündən kənara itələmiş və otaqdan çölə çıxmışdır. Lakin İntiqam tutacağı sarı rəngdə olan bıçağı götürüb onun arxasınca otaqdan çıxmışdır. İntiqam əlində bıçaqla ondan bir neçə addım kənarda dayanıb guya bıçaqla onu vuracağını bildirmiş, lakin ona tərəf yaxınlaşmamışdır. Bu vaxt ətrafda olan adamlar onları aralaşdırmışlar. Bıçağı isə orada olan “Kamaz” markalı avtomobilin tanımadığı sürücüsü İntiqamın əlindən almışdır...” İfadəsinin elan olunmasından sonra Təqsirləndirilən şəxs həmin ifadəsi ilə razı olmadığını qeyd etsə də, ifadələri arasındakı ziddiyyətlə bağlı hər hansı fikir bildirməmiş, lakin məhkəmədə son sözlə çıxışında əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayından Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 22 saylı müvəqqəti avtomobil dayanacağında gözətçi vəzifəsində işləyir. Xidmət etdiyi 22 nömrəli duracaq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında yerləşir. Onun iş rejimi həftənin hər günü, saat 08:00-dan saat 20:00-dəkdir. 11 iyul 2023-cü il tarixdə saat 13:50-də Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən Şahid1 idarə etdiyi “Kia Rio” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 saylı duracağa təhvil verildiyindən, onlar zəruri qeydiyyat apararaq avtomobili duracağa qəbul etmişlər. Bundan sonra polis əməkdaşları və avtomobilin sürücüsü çıxıb getmişlər. Həmin tarixdə, yəni 11 iyul 2023-cü il tarixdə saat 16:20 radələrində o və iş yoldaşı Şahid2 duracağın inzibati otağında olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs və onun yanında olan Şahid1 içəri daxil olmuşlar. Faiq Səxavətə üzünü tutaraq onlara məxsus “Kia Rio” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili buraxılışa yazmasını demişdir. Səxavət isə Faiqdən həmin avtomobilin kim tərəfindən, nə səbəbə duracaqdan buraxılmalı olduğunu soruşmuşdur. Ceyhun bildirmişdir ki, onların avtomobilini yol polisi buraxmışdır, qapını açsın, onlar getsinlər. Səxavət isə Ceyhundan arayış və yaxud protokol göstərməsini xahiş etmişdir. Faiq aqressiv formada “bizi yol polisi buraxıb, qapını açın gedirik” deyərək Ceyhunla birlikdə bayıra çıxmışdır. Sonra Ceyhun avtomobilin sükanı arxasına keçmiş və mühərriki işə salmışdır. Faiq isə duracağın giriş-çıxış qapısını açmağa cəhd etdikdə o, dərhal qapıya yaxınlaşmışdır. Qapı kilidli olduğundan Faiq geri qayıtmışdır. O isə xidməti otağının qapısının yanına getmişdir. Bu zaman Faiq əsəbi halda onun üzərinə gedib “qapını açın, mən avtomobili çıxardacağam” deyərək qapını açmasını ondan tələb etmişdir. O, bir daha duracağın daxili qaydalarını onlara izah edərək bildirmişdir ki, avtomobilin buraxılması üçün müvafiq orqanın razılıq sənədi olmalıdır. Bundan başqa, Faiqə demişdir ki, “bu avtomobilin sahibi sən deyilsən, sənin heç avtomobili çıxartmaq hüququn yoxdur”. Bu vaxt Faiq ona bildirmişdir ki, “mən qapını sındırıb avtomobili buradan çıxardaram, qeyrətini belə-belə elədiyim mənə heç bir söz deyə bilməz”. O, təkrar Faiqə ondan yaşda böyük olduğunu, bir az tərbiyəli davranmasını xatırlatdıqda gözləmədiyi anda Faiq sol əlini yumruq şəklinə gətirib onun sağ göz nahiyəsinə bir dəfə vurmuşdur. Bu vaxt o, özünü itirmiş, lakin Faiqin onun üzərinə hücum etməsinin qarşısını almaq üçün hər iki əli ilə onu geri itələmişdir. Göstərilən vaxtda Faiqlə birlikdə olan Ceyhun onun üzərinə hücum etsə də, onu vurmamış və ya ona hər hansı xəsarət yetirməmişdir. Həmin vaxt ətrafda olan sürücülər, iş yoldaşı Səxavət və Təvəkkül Faiqi tutub onları aralaşdırmışlar. O isə otağa keçmişdir. Lakin bir neçə dəqiqə sonra Faiqin təkrar uca səslə onun ünvanına nalayıq söyüşlər söyməsini eşitdikdə bayıra çıxmış və bir daha onlara sakit olmalarını, arayış və yaxud protokol olmasa avtomobilin duracaqdan buraxılmayacağını izah etmişdir. Bu zaman Faiq ona “avtomobili çıxardacağam” deyərək üzərinə qaçdıqda onun yanında olan adamlar Faiqi tutub saxlamışlar. Ceyhun isə avtomobilin sol ön qapısının açıq pəncərəsindən bıçaq götürüb onun üzərinə hücum etdikdə yanındakı şəxslər Ceyhunun hər iki qolundan tutub oradan kənarlaşdırmışlar. Faiq Ceyhuna üzünü tutaraq əlindəki bıçağı yığışdırmasını, aparıb avtomobilə qoymasını uca səslə bildirmişdir. O, bundan sonra otağa keçib mobil telefonla DİN-nin 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları getmiş və xəsarət aldığı üçün “Modern hospital”a müraciət etmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzrxahlıq etmiş, dəymiş maddi ziyanı ödəmiş və onlar barışmışlar, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia Rio” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onunla qonşu olmaqla eyni məhəllədə yaşayırlar. Zərərçəkmiş şəxs isə sonradan tanımaqla onunla hər hansı münasibəti olmamışdır. 11 iyul 2023-cü il tarixdə günorta saatlarında avtomobillə müştəri aparan zaman Bakı şəhəri Nərimanov rayonu ərazisində avtomobilə led işıqlar quraşdırması səbəbindən Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları onun avtomobilini saxlamışlar. Özünü təqdim edən polis əməkdaşı avtomobilində qanunla qadağan edilən led işığı quraşdırdığını deyib istifadəsində olan həmin avtomobilini Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 22 saylı müvəqqəti avtomobil dayanacağına yerləşdirmişdir. Ona görə də, o, həmin gün qonşusu Faiqə zəng edib baş verənlər haqqında ətraflı məlumat verərək Nərimanov RPİ-nin DYPŞ-də olduğunu və avtomobilin duracaqdan çıxarılmasında ona köməklik göstərməsi üçün ora gəlməsini xahiş etmişdir. Faiq evdə olduğunu və az sonra gələcəyini bildirmişdir. Bir az keçmiş Faiq onun olduğu yerə gəlmişdir. Bir yerdə Nərimanov RPİ-nin DYP şöbəsinin inzibati binasına daxil olub tanımadığı polis əməkdaşına yaxınlaşaraq müvafiq cəriməni ödəmişlər. Bundan sonra, həmin gün saat 16 radələrində Faiqlə birlikdə Nizami rayonu ərazisində yerləşən 22 saylı duracağa getmişlər. Duracağa daxil olduqda o, avtomobilin yerini dəqiqləşdirməyə getmiş, Faiq isə duracaqda olan xidməti iş otağına keçmişdir. Bir az keçmiş o da həmin otağa daxil olmuşdur. Otaqda sonradan tanıdığı Zərərçəkmiş şəxs və sonuncunun yanında tanımadığı bir şəxs olmuşdur. O, avtomobili duracaqdan təhvil almasına dair sənədi imzalayandan sonra İntiqam demişdir ki, dövlət rüsumu 2 manatdır, əlavə 3 manat da üzərinə qoymaqla 5 manat ödəniş etməlidir. Faiq avtomobilin dayanacaqda 1 saatdır qalmasını xatırladaraq nə səbəbə görə 2 manat yox, 5 manat ödəniş etməli olduqlarını İntiqamdan soruşmuş, əgər avtomobil bir neçə gün qalsaydı onda əlavə ödəniş edəcəyini vurğulamışdır. Faiq bunu dedikdə İntiqam Faiqə “belədir, əgər qanundan danışırsansa, get inspektordan buraxılış vərəqəsi al gətir, ümumiyyətlə avtomobili buraxmıram” demişdir. Faiq də İntiqama “əgər, qanunla işliyirsənsə, nə səbəbə pulu almadan buraxılış vərəqəsini imza etdirirdin” bildirəndə aralarında mübahisə yaranmışdır. Bu vaxt Faiq əsəbi halda ona çölə çıxmağını, avtomobilə oturub mühərrikini işə salmağını tapşıraraq duracağın qapısını açacağını və avtomobili çıxaracaqlarını demişdir. Həmin vaxt İntiqam da bayıra çıxmış və qapıya yaxınlaşaraq qapını kilidləmişdir. Ona görə Faiqlə İntiqam arasında sözlə mübahisə daha qızışmış, İntiqam Faiqə “sən bu avtomobili bayıra çıxarda bilməzsən” dedikdə, Faiq İntiqama “qapını açanın qeyrətini beləbelə edim” demiş, İntiqam isə cavabında Faiqə “elə sənin qeyrətini belə-belə edim” söyləmişdir. Bundan sonra, Faiq sol əli ilə İntiqamın sifətinin sağ tərəfinə bir zərbə endirmişdir. Bu zaman İntiqamın burnundan qan axmağa başlamış və İntiqam yerdən şüşə materialından olan lampanı götürüb Faiqin üstünə hücum etdikdə Faiq lampanın ona dəyməməsi üçün sol qolunu irəli verəndə lampa onun sol biləyinin iç səthinə dəymişdir. Bundan sonra Faiq hirslənib İntiqamın sol qolunu tutaraq kürəyinə tərəf qatlamış, özündən kənara itələmiş və otaqdan çölə çıxmışdır. Lakin İntiqam tutacağı sarı rəngli olan bıçağı götürüb Faiqin ardınca otaqdan çölə çıxmış, əlində bıçaqla Faiqdən bir neçə addım kənarda dayanıb guya bıçaqla onu vuracağını bildirmişdir. Özü Faiqə qarşı zor tətbiq etməsə də, orada olan şəxslərlə birlikdə onları aralaşdırmışlar. Bıçağı isə orada olan “Kamaz” markalı avtomobilin tanımadığı sürücüsü İntiqamın əlindən almışdır. Bundan sonra İntiqam baş vermiş hadisə barədə DİN-nin 102 zəng mərkəzinə zəng edərək məlumat vermiş, az sonra Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları hadisə yerinə getmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 22 saylı müvəqqəti avtomobil dayanacağında gözətçi işləyir. Zərərçəkmiş şəxs onun iş yoldaşı olmaqla onunla münasibəti yaxşı olsa da, Təqsirləndirilən şəxs sonradan tanımaqla onunla hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə əlaqədar qeyd etmişdir ki, Ceyhun adlı şəxs yol hərəkəti qaydalarını pozduğu üçün ona məxsus “Kia Rio” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil Nərimanov rayon polis idarəsinin yol polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 11 iyul 2023-cü il tarixdə saat 13:50 dəqiqədə işlədiyi 22 saylı dayanacağa yerləşdirilmişdir. Həmin tarixdə, yəni 11 iyul 2023-cü il tarixdə saat 16:20 dəqiqədə Zərərçəkmiş şəxslə birlikdə dayanacaqda işçilər üçün ayrılmış xidməti otaqda olan zaman Ceyhun adlı şəxslə birlikdə içəri daxil olan sonradan tanıdığı Təqsirləndirilən şəxs Ceyhuna məxsus avtomobilin yol polisi əməkdaşları tərəfindən buraxıldığını deyərək həmin avtomobili çıxışa yazmaqlarını tələb etmişdir. Onlar yol polisi tərəfindən avtomobilin buraxılması üçün onlara hər hansı sənədin verilib-verilmədiyini soruşanda, buraxılışa dair onlara hər hansı sənədin verilmədiyini demişlər. Onlar müvafiq sənəd olmadığı təqdirdə avtomobili dayanacaqdan buraxa bilməyəcəklərini deyəndə, Faiq aqressiv şəkildə yol polisi əməkdaşlarının şifahi tapşırığı əsasında avtomobili aparmağa getdiklərini bildirmiş və avtomobilin dayanacaqdan çıxarılması üçün dayanacağın qapısını açmalarını tələb etmişdir. Onlar bir daha müvafiq sənəd olmadan avtomobili buraxa bilməyəcəklərini qeyd edəndə, Faiq Ceyhunla birlikdə hirsli şəkildə otaqdan bayıra çıxmış və Ceyhuna avtomobilə oturub hərəkətə gətirməsini tələb etmişdir. Ceyhun avtomobilə oturub mühərrikini işə salandan sonra, Faiq dayanacağın giriş-çıxış qapısına yaxınlaşaraq qapını açmağa cəhd göstərəndə Zərərçəkmiş şəxs bunun qarşısını almaq üçün qapıya yaxınlaşmışdır. Lakin qapı kilidlə bağlı olduğu üçün Faiq qapını aça bilməmiş və bunu görən İntiqam xidməti otağına tərəf geri qayıtmışdır. Qapını aça bilmədiyini görən Faiq hirsli şəkildə İntiqamın üzərinə gedərək, ondan qapını açmasını tələb edəndə, İntiqam bir daha dayanacağın daxili qaydalarını ona izah edərək müvafiq dövlət orqanının razılıq sənədi olmadan avomobili buraxa bilməyəcəyini söyləmişdir. Həmçinin, avtomobilin sahibi və ona aidiyyəti olmadığı üçün avtomobili təhvil almaq səlahiyyətinin olmadığını Faiqə xatırlatmışdır. Bu vaxt Faiq qapını sındıraraq avtomobili çıxaracağını, qeyrətini belə-belə edəcəyi heç kimin ona söz deyə bilməyəcəyini demişdir. İntiqam yaşda ondan böyük olmasını Faiqə xatırladaraq tərbiyəli danışmasını ondan tələb edəndə, Faiq gözlənilmədən yumruqla İntiqamın sağ göz nahiyəsinə bir zərbə endirmişdir. Həmin vaxt o, orada olan tanımadığı şəxslərlə birlikdə onları aralaşdıraraq Faiqin İntiqamı vurmaqda davam etməsinə imkan verməmişlər. Bundan sonra, Faiq hərəkətlərindən əl çəkməyib yenidən İntiqamın üstünə hücum edərək, onun ünvanına nalayıq ifadələr işlədə-işlədə ondan avtomobilin oradan buraxılmasını tələb edəndə, İntiqam bir daha qanunun tələblərini ona izah edərək avtomobili buraxmayacağını demiş və Faiqin əl çəkməməsini görüb DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Göstərilən vaxtda və yerdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə edib onu söyərək xəsarətlər yetirməsi prosesi təxminən 10 dəqiqədən çox davam etdiyi üçün orada səs-küy yarandığından, onunla yanaşı orada olan tanımadığı sürücülər, həmçinin yaranmış səsküyə ətrafda olan və dayanacağın qarşısından keçən tanımadığı şəxslər ora toplaşaraq olanların şahidi olmuş, bir müddət dayanacağın iş rejimi pozulmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 12 iyul 2023-cü il tarixli 643 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ əng sümüyünün yuxarı-orbital hissəsinin və ön hissəsinin sınıqları ilə müşayiət olunan sifətin sağ yarısının genişsahəli hematoması, sağ gözətrafının şişkinlik halında əzilməsi və sağ gözaltı nahiyənin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. (i.v. 12-14) - 13 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə hadisənin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 22 saylı duracağına baxış keçirilmişdir. (i.v. 58-69) - 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.1, 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 79-80) - 14 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı o, müdafiəçisinin iştirakı ilə hadisənin baş verdiyi yeri əyani olaraq göstərmiş, hadisənin hansı qaydada baş verdiyi barədə ifadəsində göstərilən qaydada izah vermişdir. (i.v. 110-112) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 21 iyul 2023-cı il tarixli 3-13-16/2- 94749/2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 10 oktyabr 2022-ci il tarixdən həmin idarənin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında (m.Ulduz) yerləşən 22 saylı müvəqqəti avtomobil dayanacağında gözətçi vəzifəsində çalışır. (i.v. 143) - 22 iyul 2023-cü il protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən BDYP-nin “Siqnal” İLİ İdarəsinin 22 saylı müvəqqəti avtomobil dayanacağında 11 iyul 2023-cü il tarixdə saat 16:00-dan saat 16:40dək olan müddətdə bir neçə şəxsin əlbəyaxa olması müəyyən edilmişdir. (i.v. 148) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 17 iyul 2023-cü il tarixli 657 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sol mil-bilək oynağının ön səthinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inandırıcı deyil. (i.v. 161-163) - 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış istintaq materialları ilə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübuta yetirildiyindən, ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, istintaq zamanı götürülmüş 1 ədəd disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, istintaqın gedişində məlum hadisə vaxtı Zərərçəkmiş şəxs X1 avtomobili dayanacaqdan çıxarması üçün pul tələb etməsi, sonuncuya xəsarət yetirməsi və bıçaqla onu hədələməsi xüsusatları təsdiqini tapmadığından, eləcə də, Zərərçəkmiş şəxs əməlində hər hansı cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, onun barəsində cinayət təqibinin başlanılması rədd olunmuş, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs sol mil-bilək oynağının ön səthində sıyrıq xəsarəti aşkar olunsa da, istintaq zamanı həmin xəsarətin İntiqam Mehdiyev tərəfindən ona yetirilmədiyi, sonuncu ilə əlbəyaxa olan zaman həmin xəsarəti alması müəyyən edildiyindən, bu hal nəzərə alınmış, istintaqın gedişində Təqsirləndirilən şəxs bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı xuliqanlıq etməsi xüsusatı müəyyən edilmədiyi üçün əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması istisna edildiyindən, həmin maddə ilə ona ittiham elan edilməməklə, barəsində cinayət təqibinin başlanılmasından imtina olunmuş, istintaq zamanı Şahid1 Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməsi və bıçaqla onu hədələməsi xüsusatları təsdiqini tapmadığından, eləcə də, Şahid1 əməlində hər hansı cinayət tərkibinin, ocümlədən CM-nin 221.2.1 və 221.3-cü maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən, onun barəsində cinayət təqibinin başlanılması rədd olunmuşdur. (i.v. 200-214) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi, istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsi hüququdur, lakin nəzərə alınmalıdır ki, onun ifadəsində qeyd olunanlar məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmaqla yanaşı, o, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində əməlini səmimi etiraf edərək işin faktiki hallarına uyğun, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tamamlanan ifadə vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, müdafiə tərəfinin məhkəmə iclasında irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından nəzərə alınmamalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, müdafiə tərəfi qeyd olunan halları mübahisələndirsə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə edərək ona maddi ziyan qismində ödəniş etmiş, zərərçəkmiş şəxs istər məhkəməyə təqdim etdiyi ərizəsində, istərsə də verdiyi ifadəsində həmin halı etiraf edərək təqsirləndirilən şəxslə barışdığını bəyan etmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.1, 127.2.3 və 221.1-ci maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.3-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində; ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 44) - 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 120-123) - 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair 14 iyul 2023-cü il tarixli qərarı ləğv olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (i.v. 150-155) - 24 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 156-157) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 130-131) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.3-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməlləri törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzalar qismən toplanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək olmaqla ümumilikdə 09 gün həbsdə qalmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin 09 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməli olan cəza nəzərə alınmaqla, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.1 və 127.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 12 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu ümumilikdə 09 (doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 18 (on səkkiz) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar