Məhkəmə qərarları › İş №1(007)-61/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-61/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-61/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs:Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslərin müdafiəçiləri Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1959-cu il tarixdə Daşkəsən rayonu, Mollahəsənli kəndində anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi qaydada yük taksi sürücüsü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 18 mart 2024-cü il tarixdə saat 10:30 radələrində, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25 ünvanındakı avtobus dayanacağının qarşısında yol kənarında idarə etdiyi “Qazel” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə dayanan zaman qarşısında dayanmış digər yük avtomaşını oradan uzaqlaşdıqdan sonra həmin yerə Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Spriter” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını yolun sol tərəfindən arxaarxaya sürüb saxlamaq istəməsini görərək, sonuncuya maneçilik törətmək məqsədi ilə idarə etdiyi yük avtomaşınını bir qədər irəli buraxıb Zərərçəkmiş şəxs avtomaşınına toxunduqdan sonra yalandan Zərərçəkmiş şəxs idarə etdiyi yük avtomaşının onun yük avtomaşınına dəyməsini bəhanə gətirib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərməklə Zərərçəkmiş şəxs yük avtomaşının sol qapısını güc tətbiq edib açaraq petlə hissəsini zədələyib avtomaşına ümumilikdə 400 manat ziyan vurmuş, xuliqanlıq niyyəti ilə yumruq və təpiklə Zərərçəkmiş şəxs sifətinə və bədənin müxtəlif nahiyyələrinə, daha sonra idarə etdiyi yük avtomaşınından götürdüyü silah qismində istifadə olunan taxta parçası ilə sağ əlinə vuraraq sonuncuya şişkinlik və hərəkət məhdudluğu ilə müşahiyət olunan sağ əlin V daraq sümüyünün başında sınıq, sağ budun qançırı, ağız boşluğunun selikli qişa səthinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçəkmiş şəxs əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən köhnə “Sevinc” kinoteatrın qarşısında özünə məxsus “Mersedes Spriter” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə dayanaraq yük daşımaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanımış, Xanlar da onun kimi avtomaşını ilə dayandığı yerdə özünə məxsus yük avtomaşını ilə dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 mart 2024-cü il tarixdə saat 11 radələrində o, həmin yerdə öz avtomaşının içində əyləşmişmişdir. Həmin vaxt yolun əks tərəfindən idarə etdiyi avtomobillə cərgədə dayanmış Sərdarın yerindən tərpənməyini görüb sonuncuya yaxınlaşmış və ondan tələsməməyini xahiş etmiş, çünki Sərdar çıxan kimi o öz avtomobilini Sərdarın yerində saxlamaq istəmiş, bunun da səbəbi gələn müştərilərin əvvəl yolun sağ tərəfmə gəlmələri, onun isə sol tərəfdə dayanması olmuşdur. Daha sonra Sərdar yerindən tərpənib getmiş, o da avtomaşınını yavaş-yavaş arxaya sürüb Sərdarın yerinə istiqamətlənmişdir. Həmin vaxt ona fəhlə Kərim avtomaşını arxa-arxaya sürməyə köməklik etmişdir. Bu zaman o, təxminən avtomobilinin arxa yarısını həmin yerə sürmüşdir ki, Kərim əl işarəsi ilə dayanmağını demiş, o da avtomaşınını saxlamış və güzgüdən Sərdarın avtomaşının arxasında dayanmış Xanların avtomaşınını bir qədər qabağa sürdüyünü görmüş, ona maneçilik törətmiş, ona Sərdarın yerində dayanmağa imkan verməmişdir. O da buna görə həmin vaxt qarşısında avtomaşını ilə dayanmış Xəyyamdan, öz avtomobilini bir qədər irəli sürməsini xahiş etmişdir. Buna görə də Xəyyam öz avtomobilini 4-5 metr qabağa sürmüş və o, avtomobilini yolun kənarında normal saxlaya bilmişdir. O, avtomobili saxlayan kimi güzgüdən arxaya baxanda Xanların avtomobilinin onun avtomobilinin arxasına dirəndiyini görmüş və Xanlar öz avtomobilindən düşüb dərhal onun avtomaşınına yaxınlaşmış, onun tərəfindən qapını bərk açıb onu nalayiq sözlərlə söyməyə başlamış, öz avtomobilinə toxunduğumu bildirmişdir. Həmin vaxt Xanlar onu qəfil yumruq-təpiklərlə vurmağa başalamış, o, Xanları özündən itələmək istəyən zaman avtomaşınımdan yerə düşmüş, papağı yerə düşmüşdir. Həmin vaxt orada sürücü işləyən Pərviz papağını yerdən götürmüş, Xanlar isə öz avtomaşınına qayıdıb oradan taxta parçasını götürmüş və üstünə hücum çəkib başından vurmaq istəyərkən o özünü müdafiə etmiş, sağ əlini qaldırıb zərbənin qarşısını almış, lakin taxta parçası sağ əlinə dəymiş və o, əlində möhkəm ağrı hiss etmiş, əli dərhal şişmişdir. Həmin vaxt Qədir, Xəyyam, Kərim və yoldan keçən tanımadığı çoxlu şəxslər Xanları ondan ayırmış, Xanlar onu nalayiq sözlərlə söyməyə davam etmişdir. Hadisə zamanı Xanlar onun bir böyrəyinin olmamasını bildiyindən, qəsdən qalan böyrəyinin nahiyyəsini təpiklə vurmuş, dava-dalaş ən azı 10 dəqiqə çəkmişdir. Xanların hərəkəti nəticəsində avtomaşının sol qapısını petləsi qırılmış, qapı əks tərəfə qatlanaraq əzilmiş, onların düzəldilməsi, qapının ümumi boyanması ona 400 manata başa gəlmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 qeyd etmişdir ki, təxminən 7-8 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən köhnə Sevinc kinoteatrın qarşısında özünə məxsus “Mitsubishi” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı yük avtomaşımm ilə dayanaraq müştəri axtarmış, yük daşımaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki tanımış, sonuncular da onun avtomaşı ilə dayandığı yerdə özlərinə məxsus yük avtomaşınları ilə dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuş, heç bir ədavət və düşmənçiliyi olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. 18 mart 2023-cü il tarixdə saat 11 radələrində o, həmin yerdə öz avtomaşının içində əyləşmişişdir. Həmin vaxt onun arxasında Xəyyamın avtomaşını, Xəyyamın arxasında Sərdarın avtomaşını, Sərdarın arxasında isə Xanların avtomaşını, ondan bir qədər qarşıda isə Hüseynin avtomaşını dayanmış, Hüseyn özü isə avtomaşından düşərək orada olan skamyada əyləşmişdir. Bu zaman Sərdar avtomaşına əyləşib mühərriyi işə salmış, Hüseyn də bunu görərək Sərdara yaxınlaşıb “Sərdar, gedirsənmi?” deyərək soruşmuş, Sərdar da müsbət cavab verdikdə Hüseyn “onda bir qədər yuban, mən avtomaşını işə salıb sürüb sənin yerində saxlayım” demişdir. Daha sonra Sərdar avtomaşını sürüb çıxıb getmiş, Hüseyn də onun yerində dayanmaq üçün avtomaşınını arxa-arxaya hərəkət edərək, oraya yollanmışdır. Bu zaman o birdən arxada səs-küy eşitmiş və buna görə də avtomaşından düşmüş və onun tərəfində yerdə Hüseynin papağını görmüşdir. Həmin vaxt o papağı götürmüş və təmizləmiş, sonra isə Hüseynin avtomaşınına yaxınlaşmış, Hüseyn avtomaşının içində olmuş, qapısı da örtülməmiş, çünki zədələnmişdir. Bu zaman Xanlar Hüseynin ünvanına ucadan nalayıq sözlərlə söyərək, özünün maşını niyə əzdiyini soruşmuş və Hüseynin üstünə gəlmiş, dispetçer Pərvin isə isə Xanları əlləri ilə qucaqlayıb kənarlaşdırmış, fəhlə Qadir, fəhlə Kərimxan, sürücü Xəyyam da Pərvinə köməklik etmişdir. Verilmiş suallara cavb olaraq bildirmişdir ki, Xanlar avtomaşından düşərək Hüseynin üstünə hucum etmiş, yumruqla vurmuş, sonra isə özünün avtomaşınından götürdüyü taxta parçası ilə Hüseyni başından vurmaq istəyərkən taxta parçası Hüseynin əlinə dəymiş və əli sınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 15-20 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən köhnə Sevinc kinoteatrın qarşısında ona məxsus “Mersedes Spriter” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomaşı ilə dayanaraq müştəri axtarmış, yük daşımaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki tanımış, sonuncular da onun kimi avtomaşı ilə dayandığı yerdə özlərinə məxsus yük avtomaşını ilə dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 18 mart 2024-cü il tarixdə saat 10:30 radələrində o, həmin yerdə öz avtomaşının içində əyləşmişdir. Həmin vaxt onun arxasında Sərdar idarə etdiyi avtomobillə dayanmışdır. Bu zaman Sərdar avtomaşını sürüb çıxıb getmiş, yeri boşalmış və oraya yolun əks tərəfindən idarə etdiyi avtomobillə cərgədə dayanmış Hüseyn Sərdarın yerinin boşaldığını görüb avtomaşını yavaş-yavaş arxaya sürüb onun yerinə istiqamətlənmişdir. Bu zaman Hüseyn təxminən avtomobilimin arxa yarısını həmin yerə sürmüşdü ki, Xanlar öz avtomaşınını bir qədər qabağa sürmüş, Hüseynə maneçilik törətmiş, Sərdarın yerində dayanmağa imkan verməmişdir. Buna görə həmin vaxt Hüseyn ondan, avtomobilini bir qədər irəli sürməsini xahiş etmişdir. Buna görə də o, öz avtomobilini 4-5 metr qabağa sürmüş və Hüseyn öz avtomobilini yolun kənarında normal saxlaya bilmişdir. Hüseyn avtomobili saxlayan kimi Xanlar avtomaşınından düşmüş və Hüseynin üstünə hücum etmiş, dava-dalaş başlamışdır. O da bir vətəndaş kimi, dispetçer Pərvinlə dava-dalaş edənləri ayırmış, X2 əlini vurduğu taxta parçasını Xanların əlindən almış və dava- dalaş başa çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən köhnə Sevinc kinoteatrın qarşısında dayanmış, oraya gələn müxtəlif müştərilər üçün fəhləlik etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımış, münasibətləri normal olmışdur. Xanlar və Hüseyn hər ikisi yük taksi avtomaşının sürücüləri olmuş, hər iksii də onun Kərimxanla dayandığı yerdə dayanmışlar. 18 mart 2023-cü il tarixdə saat 11 radələrində o həmin yerdə dayanmışdır. Həmin vaxt Sərdar üçün müştəri gəlmiş və Sərdar dayandığı yerdən çıxıb getmiş, yeri boşalmışdır. Bu zaman Hüseyn öz avtomaşınını həmin boş yerə arxa-arxaya sürmüş, lakin birinci dəfə düz sürə bilməmiş, arxada Xanların avtomaşını dayanmışdır. Daha sonra Hüseyn ikinci dəfə cəhd etmiş və həmin vaxt Xanlar öz avtomaşınını bir qədər qabağa buraxmış və Hüseynin avtomaşınına dəymiş, lakin heç bir avtomobil ümumiyyətlə zədələnməmişdir. Bu zaman Xanlar avtomaşından düşmüş və Hüseyn tərəfə getmiş, Hüseynlə mübahisə etməyə başlamış, ucadan nalayiq ifadələr işlətmiş, səs-küy yaranmışdır. Xanlar öz avtomaşının kabinasından taxta parçasını götürüb düşmüşdir. Onunla Kərimxan kənarda dayanıb Xanlarla Hüseynə baxmışlar. Orada olan dispetçer Pərvin, sürücü Xəyyam, sürücü Pərviz və digər tanımadığı şəxslər Xanlarla Hüseyni ayırmışlar. Sonradan o, Xanların avtomaşınından götürdüyü taxta parçası ilə Hüseynin əlindən vurduğunu, Hüseynin əli sındığını bilmiş, növbəti gün Hüseyn işə əli gipsdə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 25 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən köhnə Sevinc kinoteatrın qarşısında dayanıb fəhləlik etmişdir. Orada həmçinin müxləlif şəxslər də özlərinə məxsus yük avtomaşını ilə dayanaraq müştəri axtarmışlar. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Hüseyin Hüseynovdur, hər ikisi ilə normal münasibətləri olmuşdur. 18 mart 2024-cü il tarixdə saat 10:30 radələrində o, iş yoldaşı fəhlə Qadir ilə birlikdə iş yerində olan dayanacaqda əyləşmişdir. Həmin vaxt sürücülərdən biri olan Sərdar avtomaşınını sürüb çıxıb getmiş, yeri boşalmışdır. Daha sonra Hüseyn avtomaşınını Sərdarın avtomaşının dayanmış yerində saxlamaq üçün Xəyyamın avtomaşının böyründən arxa-arxaya sürmüşdir. Bu zaman Hüseyn onu çağırmış və özünə köməklik etməyini xahiş etmişdir. Buna görə də o, Hüseynə köməklik etməyə başlamış, Hüseyn də avtomaşınını arxa-arxaya sürməyə davam etmiş, arxaya güzgüdən baxmış, qapını açmamışdır. Bu zaman Hüseyn avtomaşınını həmin yerə yerləşdirə bilməmiş və avtomaşınını qabağ sürüb oradan bir qədər irəli çıxartmış, o isə orada olan su kranın yanma getmişdir. Həmin hadisə zamanı Xanlarla Hüseyn dava-dalaş etmiş, lakin o sırf dava-dalaşı görə bilməmiş, çünki davadalaş zamanı avtomaşının arxa tərəfində dayanmışdır. O, Xanların əlində taxta parçasının olduğunu orada kimdənsə eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15-20 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən köhnə Sevinc kinoteatrın qarşısında özünə məxsus “Qazel” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı yük avtomaşı ilə dayanaraq yük daşımaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki tanımış, sonuncular da onun kimi avtomaşı ilə dayandığı yerdə özlərinə məxsus yük avtomaşını ilə dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin vaxt onun üçün müştəri gəlmiş və o yerindən tərpənən zaman Hüseyn bir az yubanmağını xahiş etmiş, o yerindən çıxan kimi öz avtomaşınını arxa-arxaya sürüb yerləşdirə bilsin, çünki yolun sağ tərəfində yer az olur, yer boşalan kimi dərhal dolur. Buna görə də o Hüseyni gözləmiş, Hüseyn öz avtomaşını ilə onun avtomaşınının böyrünə çatan kimi o, avtomaşınını sürüb çıxıb getmişdir. Həmin gün o, günortadan sonra iş yerinə qayıtmış və orada olanlardan, dəqiq xatırlamadığı şəxslərdən Xanlar ilə Hüseynin dalaşdığını, Xanlar Hüseynin əlini taxta parçası ilə vurub sındırdığını, orada olan dispetçer Pərvinin isə Xanların əlindən taxta parxasını aldığını eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən köhnə Sevinc kinoteatrın qarşısında özünə məxsus “Qazel” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə dayanaraq yük daşımaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs uzun müddətdir ki tanımış, Hüseyn də onun kimi avtomaşını ilə dayandığı yerdə özünə məxsus yük avtomaşını ilə dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 mart 2024-cü il tarixdə saat 11 radələrində o, həmin yerdə öz avtomaşınının içində əyləşmişdir. Həmin vaxt onun qarşısında yolun kənarında Sərdarın yük avtomaşını dayanmışdır. Bu zaman Sərdar avtomaşınını sürərək oradan çıxıb getmiş, o da həmin vaxt avtomaşınını Sərdarın avtomaşını olduğu yerə sürmüş, çünki arxasında marşrut avtobusları dayanmış, onlara mane olmamaq üçün bir qədər qabağa sürmüşdir. Bu zaman Hüseyn idarə etdiyi avtomaşınla yolu əks tərəfindən qarşıda dayanmış, Sərdarın yerindən çıxıb getdiyini görüb, avtomaşınını arxa-arxaya sürərək, Sərdarın yerinə gəlmişdir. Lakin o, artıq avtomaşınını Sərdarın yerində saxladığından və onun avtomaşını ilə qarşıda olan marşrut avtobusların dayanacağı arasında məsafə az olduğundan, Hüseyn özü avtomaşınını Sərdarın yerində saxlaya bilməmiş və avtomaşının arxa hissəsi onun avtomaşının ön hissəsinə toxunmuşdur. Buna görə də o, əsəbləşərək avtomaşından yerə düşmüş və Hüseynə yaxınlaşaraq, hansı səbəbdən onun avtomaşınını vurduğunu soruşmüş, həmin vaxt Hüseyn onu söymüş və yumruqla çənəsindən və sifətindən vurmuş, o yerə yıxılmış, sonra isə avtomaşından düşərək təpiklərlə vurmuşdur. Bu zaman tanımadığı şəxslər onları ayırmışdır. Hadisə zamanı o Hüseyni ümumiyyətlə vurmamış, həmçinin o, Hüseynin avtomaşının qapısını açmamış, həmçinin Hüseynin avtomaşını onun avtomaşınına toxunan zaman nə onun nə də ki, Hüseynin avtomobili ümumiyyətlə zədələnməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin növbəti iclasında baş vermiş hadisədən peşman olduğunu və məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 13 mart 2024-cü il tarixli, 236 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şişkinlik və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V daraq sümüyünün başında sınıq xətti, sağ budun qançırı, ağız boşluğunun selikli qişa səthinin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər brk küt əşyanm(əşyalarm təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasma və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2 və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cəzanı yüngülləşdiriən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, elə həmin tarixdə də Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna 02 il 02 ay (iki il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, qəti olaraq 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 218 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar