Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-612/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 8, mənzil 4-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 61, mənzil 66-da yaşamış, 17 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyun 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və soyuq silah əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını, habelə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 597456 nömrəli, 7,65 mm kalibrli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, Astra 300 modelli, yivli odlu silah olan 01 ədəd tapançanı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Astra 300 modelli tapançaların komplekt hissəsi olan 01 ədəd tapança darağını, atəş üçün yararlı 7,65x17 mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 02 ədəd patronu qanunsuz olaraq əldə edib bel nahiyəsinin sağ yan hissəsində, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 01 ədəd ov bıçağını isə əynində olan göy rəngli cins şalvarının arxa sol cibində üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 4 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə saat 19:34-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 1 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada həmin tarixdə saat 21:27-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman bel nahiyəsinin sağ yan tərəfində olan 597456 nömrəli, 7,65 rım kalibrli, Astra 300 modelli 01 ədəd tapança, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Astra 300 modelli tapançaların komplekt hissəsi olan 01 ədəd tapança darağı, 02 ədəd 7,65x17 mm kalibrli patron və əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, üzərində hər hansı dəyişiklik edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 19:34-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 4 ünvanının yaxınlığında tanışları Şahid3 və Şahid2 ilə birlikdə Rüstəmin idarə etdiyi “Lada Vesta” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara beş nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onlardan anket məlumatlarını soruşmuşlar, onlar özlərini təqdim etdkdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatları, eləcə də soyuq silah əldə edib saxlamaqda, eyni zamanda daşıyaraq gəzdirməkdə şübhəli olduğunu bildirmiş, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. İlk olaraq tərəddüd etsə də, yalan danışmağın mənasız olduğunu dərk edib səmimi olaraq etiraf edib əynində olan göy rəngli cins şalvarının arxa sol cibində bıçaq, sağ bel nahiyəsində isə tapança olduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşları onu, Rüstəmi və Mirsadiqi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, Rüstəm və Mirsadiq buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Rüstəmlə Mirsadiqin üstlərinə isə baxış keçirilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları, soyuq silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının arxa sol cibində bıçaq olduğunu deyərək həmin istiqaməti göstərmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd bıçaq götürülərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra o, həmçinin belində tapança olduğunu deyərək həmin istiqaməti göstərmiş və polis əməkdaşı tərəfindən onun belinin sağ nahiyəsində olan 01 ədəd tapança çıxarılmışdır. Daha sonra 01 ədəd tapançanın içərisindən 01 ədəd daraq, darağın içərisindən isə 02 ədəd patron çıxarılmış və silah polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarının sol yan cibindən pulu çıxardıb polis əməkdaşına təqdim etmiş, polis əməkdaşı tərəfindən masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış davam etdirilərkən onun əynində olan göy rəngli cins şalvarının sağ yan tərəfində yerləşən kiçik iç cibindən qəpiklər aşkar olunmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən bıçağa baxış keçirilmiş və 01 ədəd bıçaq 01 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalanmıdşır. Şifahi sorğu zamanı o, əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən aşkar olunaraq götürülmüş 01 ədəd bıçağı 1-2 ay əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Vasmoy” bazarından əldə etdiyini, heç bir cinayətkar məqsədinin olmadığını, məişətdə istifadə etmək üçün üstündə gəzdirdiyini, həmin predmetin üstündə olmasından heç kimin, eləcə də tanışları Rüstəmin və Mirsadiqin məlumatlarının olmadığını söyləmişdir. Daha sonra onun belinin sağ nahiyəsindən aşkar edilərək götürülmüş 01 ədəd tapançaya baxış keçirilmiş, 01 ədəd tapança, 01 ədəd daraq, həmin predmetin içərisində olan 02 ədəd patronlar 01 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, üstündən aşkar olunaraq götürülmüş 01 ədəd tapançanı, 01 ədəd darağı və 02 ədəd patronu 2-3 gün əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yol kənarından hazırda olduğu formada tapdığını, heç bir cinayətkar məqsədinin olmadığını, marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin predmetlərdən istifadə etmədiyini, predmetlərin hissələrindən heç kimə satmadığını, pay vermədiyini, həmin predmetlərin üstündə olmasından heç kimin, eləcə də tanışları Rüstəmin və Mirsadiqin məlumatlarının olmadığını söyləmişdir. Təqdim etdiyi içərisində ***-***-**-** saylı mobil nömrə olan “İphone” markalı mobil telefon polis tərəfindən götürülmüş, 15 manat 80 qəpik olan pul vəsaiti isə ona geri qaytarılmışdır. Sorğu zamanı o, Mirsadiqin və Rüstəmin dostu olduğunu, birlikdə çay içmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Bundan sonra Rüstəmin üstünə baxış prosesi keçirilmiş, Rüstəmə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatı, soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Rüstəm üstündə qanunla qadağan olunmuş əşya predmetin olmadığını söyləyib 01 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini və 01 ədəd avtomobil açarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Rüstəm onunla dost olduğunu, birlikdə çay içmək məqsədilə görüşdüklərini, onun üstündən aşkar olunan qanunla qadağan olunmuş predmetlərdən məlumatının olmadığını söyləmişdir. Baxış davam etdirilərkən Rüstəmin üstündən qanunla qadağan edilmiş, o cümlədən başqa əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Rüstəm təqdim etdiyi açarın idarə etdiyi “Lada Vesta” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobilə aid olduğunu, idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya, predmet olmadığını və avtomobilə baxış keçirilməsinə etirazının, narazılığının olmadığını söyləmişdir. Rüstəmin üstündən aşkar olunmuş əşyalar onun özünə qaytarılmışdır. Daha sonra Mirsadiqin üstünə baxış prosesi keçirilmişdir. Şifahi sorğu zamanı Mirsadiq onunla dost olduğunu, birlikdə çay içmək məqsədilə görüşdüklərini, onun üstündən aşkar olunmuş qanunla qadağan olunmuş predmetlərdən məlumatı olmadığını söyləmişdir. Daha sonra Mirsadiqə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatı, soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Mirsadiq üstündə qanunla qadağan olunmuş əşya, predmet olmadığını söyləyib 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Baxış davam etdirilərkən Mirsadiqin üstündən qanunla qadağan edilmiş, o cümlədən başqa əşya və predmet aşkar olunmamışdır. Təqdim edilmiş mobil telefon Mirsadiqə geri qaytarılmışdır. Bundan sonra proseslə bağlı protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Rüstəmin avtomobilinə baxış keçirilmiş, baxış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə də iştirakçılarla birlikdə proseslə bağlı protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, üstündən aşkar olunaraq götürülmüş 01 ədəd bıçağın, eləcə də belinin sağ tərəfində olan 01 ədəd tapançanın, 01 ədəd darağın və 02 ədəd patronun özünə məxsus olmasını səmimi olaraq eıiraf etmış və törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:34-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 4 ünvanının yaxınlığında tanışları Şahid3 və Təqsirləndirilən şəxs ilə idarə etdiyi “Lada Vesta” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobilimin yanında olduqları zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Fəxrinin qanunsuz olaraq odlu silah, döyüş sursatları, eləcə də soyuq silah əldə edib saxlamaqda, daşıyaraq gəzdirməkdə şübhəli olduğunu söyləyib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Fəxri bel nahiyəsində tapança, əynində olan şalvarın arxa sol cibində isə bıçaq olduğunu söyləmiş, özü və Mirsadiqin həmin vaxt buna təəccüblənmişlər. Bundan sonra polis əməkdaşları onu, Fəxrini və Mirsadiqi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, Fəxri və Mirsadiq buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində Fəxri hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra Fəxrinin üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Mirsadiqlə onun üstlərinə isə baxış keçirilmişdir. Fəxriyə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları, soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Fəxri əynində olan göy rəngli cins şalvarın arxa sol cibində bıçaq olduğunu söyləyərək həmin istiqaməti göstərmişdir. Daha sonra polis əməkdaşı tərəfindən Fəxrinin əynində olan şalvarın arxa sol cibindən 01 ədəd bıçaq götürülüb masanın üzərinə qoyulmuşdur. Daha sonra Fəxri bel nahiyəsində tapança olduğunu söyləyib əl hərəkəti ilə həmin istiqaməti göstərmiş, polis əməkdaşı tərəfindən Fəxrinin belinin sağ nahiyəsindən tapançanı götürüb masanın üzərinə qoymuşdur. Təqdim olunmuş tapançanın içərisindən 01 ədəd daraq, həmin darağın içərisindən isə 02 ədəd patron çıxarılmış və silah polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Bundan sonra Fəxri əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən pulu çıxardıb polis əməkdaşına təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Fəxrinin əynində olan göy rəngli cins şalvarın sağ yan tərəfində yerləşən kiçik iç cibindən qəpiklər aşkar olunmuşdur. Daha sonra Fəxrinin üstündən aşkar olunmuş bıçağa polislər tərəfindən baxış keçirilmiş və qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmıdşır. Şifahi sorğu zamanı Fəxri üstündən aşkar olunaraq götürülmüş 01 ədəd bıçağı 1-2 ay əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Vasmoy” bazarından əldə etdiyini, heç bir pis məqsədi olmadığını, məişətdə istifadə etmək üçün üstündə gəzdirdiyini, həmin predmetin üstündə olmasından heç kimin, eləcə də onun və Mirsadiqin məlumatı olmadığını söyləmişdir. Daha sonra Fəxrinin üstündən aşkar edilərək götürülmüş 01 ədəd tapançaya baxış keçirilmiş və həmin tapança, 01 ədəd daraq və darağın içərisində olan 02 ədəd patron qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Fəxri üstündən aşkar olunaraq götürülmüş tapança, daraq və patronları 2-3 gün əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yol kənarından hazırda olduğu formada tapdığını, heç bir pis məqsədi olmadığını, marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin predmetlərdən istifadə etmədiyini, predmetlərin hissələrindən heç kimə satmadığını, pay vermədiyini, həmin predmetlərin üstündə olmasından heç kimin, eləcə də onun və Mirsadiqin məlumatı olmadığını söyləmişdir. Fəxrinin təqdim etdiyi “İphone” markalı mobil telefon polislər tərəfindən götürülmüş, 15 manat 80 qəpik pul vəsaiti isə Fəxriyə geri qaytarılmışdır. Sorğu zamanı Fəxri, Mirsadiq və onunla dost olduqlarını, birlikdə çay içmək məqsədi ilə görüşdüklərini söyləmişdir. Bundan sonra onun üstünə baxış keçirilmiş, baxış zamanı o, üstündə qanunla qadağan olunmuş əşya və predmet olmadığını söyləyib qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonunu, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsini və 01 ədəd avtomobil açarını çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, Fəxrinin dostu olduğunu, birlikdə çay içmək məqsədilə görüşdüklərini, Fəxrinin üstündən aşkar olunan qanunla qadağan olunmuş predmetlərdən məlumatı olmadığını söyləmişdir. Daha sonra təqdim etdiyi əşyalar ona geri qaytarılmışdır. Sorğu zamanı o, təqdim etdiyi açarın idarə etdiyi “Lada Vesta” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobilinə aid olduğunu, idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya, predmet olmadığını və avtomobilinə baxış keçirilməsinə etirazı, narazılığı olmadığını söyləmişdir. Daha sonra Mirsadiqin üstünə baxış prosesi keçirilmişdir. Şifahi sorğu zamanı Mirsadiq Fəxrinin dostu olduğunu, birlikdə çay içmək məqsədilə görüşdüyünü, Fəxrinin üstündən aşkar olunmuş qanunla qadağan olunmuş predmetlərdən məlumatı olmadığını söyləmişdir. Baxış zamanı Mirsadiq 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqdim edilmiş mobil telefon Mirsadiqə geri qaytarılmışdır. Bundan sonra proseslə bağlı protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun avtomobilinə baxış keçirilmiş, baxış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə də iştirakçılarla birlikdə proseslə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Fəxriyə, özünə və Mirsadiqə polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 iyun 2025-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz odlu silah və döyüş sursatı əldə edərək gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 17 iyun 2025-ci il tarixli qərar çıxarılmışdır. BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkilləri X5, X2, X6, kiçik inspektor X1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 iyun 2025-ci il tarixdə saat 19:34-də radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olması müəyyən edilmiş və həmin ünvana qrup üzvləri ilə getmişlər, qeyd edilən ünvanda başqa iki nəfər şəxslə birlikdə olan Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxslərin özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz odlu silah ələd edib saxlamasında şübhəli olduğunu söyləmiş, barəsində qəbul edilmiş qərarla tanış etmiş və Təqsirləndirilən şəxs yanında olan şəxslərlə birlikdə BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər və Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Əli Ağayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən odlu silah və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Fəxri əynində olan göy rəngli cins şalvarının arxa sol cibində bıçaq olduğunu söyləyərək həmin istiqaməti göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd bıçaq tipli dəmir predmet götürülüb masanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmçinin belində tapança olduğunu söyləyərək həmin istiqaməti göstərmiş və Təqsirləndirilən şəxs belinin sağ nahiyəsində olan 01 ədəd tapança tipli dəmir predmet götürülmüşdür. Daha sonra 01 ədəd tapança tipli dəmir predmetin içərisindən 01 ədəd daraq tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmetin içərisindən isə 02 ədəd patrona oxşar dəmir predmet çıxarılmış və silah polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən pulu çıxardıb təqdim edib masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan tərəfində yerləşən kiçik iç cibindən qəpiklər aşkar olunmuşdur. Daha sonra bıçaq tipli dəmir predmetə baxış keçirilmiş və baxış zamanı həmin predmetin açılıb-bağlanan olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən aşkar olunaraq götürülmüş 01 ədəd bıçaq tipli dəmir predmeti 1-2 ay əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Vasmoy” bazarından əldə etdiyini, heç bir cinayətkar məqsədinin olmadığını, məişətdə istifadə etmək üçün üstündə gəzdirdiyini, həmin predmetin üstündə olmasından heç kimin, eləcə də tanışları Şahid2 və Şahid3 məlumatlarının olmadığını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs belinin sağ nahiyəsindən aşkar edilərək götürülmüş 01 ədəd tapança tipli dəmir predmetə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs belinin sağ nahiyəsindən aşkar edilərək götürülmüş 01 ədəd tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və həmin predmetin içərisində olan 02 ədəd patrona oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd tapança tipli, 01 ədəd daraq tipli və 02 ədəd patrona oxşar dəmir predmetləri 2-3 gün əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yol kənarından hazırda olduğu formada tapdığını, heç bir cinayətkar məqsədi olmadığını, marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin predmetlərdən istifadə etmədiyini, predmetlərin hissələrindən heç kimə satmadığını, pay vermədiyini, həmin predmetlərin üstündə olmasından heç kimin, eləcə də tanışları Şahid2 və Şahid3 məlumatlarının olmadığını söyləmidir. Təqsirləndirilən şəxs təqdim etdiyi ‘'İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, baxış keçirilərək 15 manat 80 qəpik olması müəyyən edilən pul vəsaiti isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid3 və Şahid2 dostları olduğunu, birlikdə çay içmək məqsədi ilə görüşdüklərini söyləmiş, sonra Şahid2 üstünə baxış prosesi keçirilmiş, Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatı, soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üstündə qanunla qadağan olunmuş əşya predmetin olmadığını söyləyib 01 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və 01 ədəd avtomobil açarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs dostu olduğunu, birlikdə çay içmək məqsədilə görüşdüklərini, Təqsirləndirilən şəxs üstündən aşkar olunan qanunla qadağan olunmuş predmetlərdən məlumatı olmadığını söyləmişdir. Baxış davam etdirilərkən Şahid2 üstündən qanunla qadağan edilmiş, o cümlədən başqa əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Şahid2 təqdim etdiyi açarın idarə etdiyi “Lada Vesta” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobilə aid olduğunu, idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya, predmet olmadığını və avtomobilə baxış keçirilməsinə etirazı, narazılığı olmadığını söyləmişdir. Şahid2 üstündən aşkar olunmuş əşyalar özünə qaytarılmış, daha sonra Şahid3 üstünə baxış keçirilmiş, Şahid3 paltarında, əşyalarında və ya bədənində olması ehtinal edilən odlu silah, döyüş sursatı, soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üstündə qanunla qadağan olunmuş əşya, predmet olmadığını söyləyib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Baxış davam etdirilərkən Şahid3 üstündən qanunla qadağan edilmiş, o cümlədən başqa əşya və predmet aşkar olunmamışdır. Təqdim edilmiş mobil telefon Şahid3 geri qaytarılmışdır. Sorğu zamanı da Şahid3 Təqsirləndirilən şəxs üstündən aşkar edilən silahdan məlumatı olmadığını söyləmişrdir. Daha sonra Şahid2 avtomobilinə baxış keçirilmiş, hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:34də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 4 ünvanının yaxınlığında tanışları Şahid2 və Təqsirləndirilən şəxs ilə Şahid2 idarə etdiyi “Lada Vesta” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobilimin yanında olduqları zaman onlara 05 nəfər mülki geyimdə olan şəxsin yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları, eləcə də soyuq silah əldə edib saxlamaqda, daşıyaraq gəzdirməkdə şübhəli olduğunu söyləyib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs bel nahiyəsində tapança, əynində olan şalvarın arxa sol cibində isə bıçaq olduğtnu söyləmiş, özü və Şahid2 buna təəccüblənmişlər. Bundan sonra polis əməkdaşları onu, Təqsirləndirilən şəxs və Şahid2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, o, Fəxri və Rüstəm buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis İdarəsirdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra Təqsirləndirilən şəxs üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Şahid2 və onun üstünə isə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları, soyuq silahı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibində bıçaq olduğunu söyləyərək həmin istiqaməti göstərmişdir. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən 01 ədəd bıçaq götürülüb masanın üzərinə qoyulmuş, daha sonra Təqsirləndirilən şəxs bel nahiyəsində tapança olduğunu söyləyib əl hərəkəti ilə həmin istiqaməti göstərmiş, polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs belinin sağ nahiyəsindən tapançanı götürülüb masanın üzərinə qoyulmuşdur. Təqdim olunmuş tapançanın içərisindən 01 ədəd daraq, həmin darağın içərisindən isə 02 ədəd patron çıxarılmış və silah polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən pulu çıxardıb polis əməkdaşına təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan tərəfində yerləşən kiçik iç cibindən qəpiklər aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bıçağa polislər tərəfindən baxış keçirilmiş və qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd bıçağı 1-2 ay əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Vasmoy” bazarından əldə etdiyini, heç bir pis məqsədi olmadığını, məişətdə istifadə etmək üçün üstündə gəzdirdiyini, həmin predmetin üstündə olmasından heç kimin, eləcə də onun və Rüstəmin məlumatı olmadığını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd tapançaya baxış keçirilmiş və həmin tapança, 01 ədəd daraq və darağın içərisində olan 02 ədəd patron qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş tapança, daraq və patronları 2-3 gün əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yol kənarından hazırda olduğu formada tapdığını, heç bir pis məqsədi olmadığını, marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin predmetlərdən istifadə etmədiyini, predmetlərin hissələrindən heç kimə satmadığını, pay vermədiyini, həmin predmetlərin üstündə olmasından heç kimin, eləcə də onun və Şahid2 məlumatının olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “İphone” markalı mobil telefon polislər tərəfindən götürülmüş, 15 manat 80 qəpik pul vəsaiti isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Fəxri Rıstəmzadə Şahid2 və onun dostları olduqlarını, birlikdə çay içmək məqsədi ilə görüşdüklərini söyləmişdir. Bundan sonra Şahid2 üstünə baxış keçirilmiş, baxış zamanı Rüstəm Abdulayev üstündə qanunla qadağan olunmuş əşya və predmet olmadığını söyləyib qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonunu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini və 01 ədəd avtomobil açarını çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs dostu olduğunu, birlikdə çay içmək məqsədilə görüşdüklərini, Təqsirləndirilən şəxs üstündən aşkar olunan qanunla qadağan olunmuş predmetlərdən məlumatı olmadığını söyləmişdir. Daha sonra təqdim etdiyi əşyalar Şahid2 geri qaytarılmışdır. Sorğu zamanı Şahid2 təqdim etdiyi açarın idarə etdiyi “Lada Vesta” markalı, **-FT-*** qeydiyyat nişanlı avtomobilinə aid olduğunu, idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya, predmet olmadığını və avtomobilinə baxış keçirilməsinə etirazı, narazılığı olmadığını söyləmişdir. Daha sonra onun üstünə baxış prosesi keçirilmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs dostu olduğunu, birlikdə çay içmək məqsədilə görüşdüyünü, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş qanunla qadağan olunmuş predmetlərdən məlumatı olmadığını söyləmişdir. Baxış zamanı o, 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqdim etdiyi mobil telefon ona geri qaytarılmışdır. Bundan sonra proseslə bağlı protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Rüstəmin avtomobilinə baxış keçirilmiş, baxış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə də iştirakçılarla birlikdə proseslə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Fəxriyə, özünə və Rüstəmə polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 17 iyun 2025-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstünə 17 iyun 2025-ci il tarixdə saat 21:27-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxsə prosesin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibində bıçaq olduğunu söyləyərək həmin istiqaməti göstərmiş, daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd bıçaq tipli dəmir predmet götürülüb masanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmçinin belində tapança olduğunu deyərək həmin istiqaməti göstərmiş və polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs belinin sağ nahiyəsində olan 01 ədəd tapança tipli dəmir predmet götürülmüşdür. Daha sonra 01 ədəd tapança tipli dəmir predmetin içərisindən 01 ədəd daraq tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmetin içərisindən isə 02 ədəd patrona oxşar dəmir predmetler çıxarılmış və silah polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Bundan sonra Fəxri Rüstənzadə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən pulu çıxardıb polis əməkdaşına təqdim etmiş və polis əməkdaşı tərəfindən masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan tərəfində yerləşən kiçik iç cibindən qəpiklər aşkar olunmuşdur. Daha sonra bıçaq tipli dəmir predmetə baxış keçirilmiş və baxış zamanı həmin predmetin açılıb-bağlanan olması, üzərində “Browning”, “FA471” yazılarının əks olunması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən aşkar olunaraq götürülmüş 01 ədəd bıçaq tipli dəmir predmeti 1- 2 ay əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Vasmoy” bazarından əldə etdiyini, heç bir pis məqsədi olmadığını, məişətdə istifadə etmək üçün üstündə gəzdirdiyini, həmin predmetin üstündə olmasından heç kimin, eləcə də tanışları Şahid2 və Şahid3 məlumatları olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs belinin sağ nahiyəsindən aşkar edilərək götürülmüş 01 ədəd tapança tipli dəmir predmetə baxış keçirilmiş və baxış zamanı həmin predmetin üstündə “97456”, ”597456” yazılarının olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs belinin sağ nahiyəsindən aşkar edilərək götürülmüş 01 ədəd tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və həmin predmetin içərisində olan 02 ədəd patrona oxşar dəmir predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd tapança tipli, 01 ədəd daraq tipli və 02 ədəd patrona oxşar dəmir predmetləri 2-3 gün əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yol kənarından hazırda olduğu formada tapdığını, heç bir pis məqsədi olmadığını, marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin predmetlərdən istifadə etmədiyini, predmetlərin hissələrindən heç kimə satmadığını, pay vermədiyini, həmin predmetlərin üstündə olmasından heç kimin, eləcə də tanışları Şahid2 və Şahid3 məlumatları olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “İphone” markalı və deməsinə görə içərisində ***-***-**-** mobil nömrə olması müəyyən edilən mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, baxış keçirilərək 15 manat 80 qəpik olması müəyyən edilən pul vəsaiti isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid3 və Şahid2 dostları olduqlarını, birlikdə çay içmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs söylədiklərini təsdiq etmişlər. Şahid2 və Şahid3 üstlərinə baxış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış, baxış və götürmə prosesi 17 iyun 2025-ci il tarixdə saat 21:52-də başa çatmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılması prosesi videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (i.v. 25-28) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının 18 iyun 2025-ci il tarixli, 25/994 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 597456 №-li, qoruyucusu olmayan silah, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş 7,65 mm Kalibrli Astra 300 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 7,65x17 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Astra 300 modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqaisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 02 ədəd 7,65x17 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. (i.v. 57-62) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 02 iyul 2025-ci il tarixli, 3/685 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır, üzərində sonradan hər hansı əlavə, dəyişiklik edilməmişdir. (i.v. 218-221) - 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilmiş, şəxsi axtarış, baxış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs odlu silahı tapması, odlu silahı qanunsuz olaraq əldə edilməsi kimi, həmin odlu silahı tapdıqdan sonra onu Bakı şəhərində üstündə gəzdirməsi isə qanunsuz olaraq üzərində odlu silahı gəzdirməsi kimi, həmin odlu silahı üstündə saxlaması odlu silahı qanunsuz saxlanılması kimi, Təqsirləndirilən şəxs həmin odlu silahı taparaq Bakı şəhərində üstündə gəzdirməsi odlu silahın yerinin dəyişdirilməsi ilə əlaqədar hərəkətlər olduğu üçün odlu silahın qanunsuz olaraq daşınması kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlandığından iş materiallarından qanunsuz olaraq əldə edilmiş 597456 nömrəli, 7,65 mm kalibrli, Astra 300 modelli 01 ədəd tapançanın, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Astra 300 modelli tapançaların komplekt hissəsi olan 01 ədəd tapança darağının, 02 ədəd 7,65x17 mm kalibrli patronun əldə edilmə mənbəyinə görə ayrıca icraata material ayrılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 597456 nömrəli, 7,65 mm kalibrli, Astra 300 modelli 01 ədəd tapança, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Astra 300 modelli tapançaların komplekt hissəsi olan 01 ədəd tapança darağı və eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 01 ədəd patron və zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 01 ədəd ov bıçağı maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, "xxxx" MMC-dən əldə edilmiş məktub və həmin məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut növü kimi tanınmadan cinayət işinin materillarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 229-cu maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid3 və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra qanunsuz olaraq əldə edib saxladığı odlu silah və soyuq silahı könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin qeydinə əsasən onların könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmişdir. (i.v. 222- 242) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertizaların rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını və soyuq silahı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirmiş, həmin əşyaları könüllü surətdə təhvil verməyərək saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 iyun 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1 və 228.5-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 17) - 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablanmışdır. (i.v. 127-131) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 141) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 228.5-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli Qərarının 28-ci bəndində göstərilmişdir ki, ...bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edilərkən onların hərəkətlərinin məqsədi və motivi, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyi və ələ keçirmə üsulu, onların növü, miqdarı, dəyəri və döyüş xüsusiyyətləri nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinə görə, CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 6-cı hissəsinə əsasən soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Soyuq silaha tiyəli silah (silah hesab olunan xəncərlər, döyüş, milli, ov bıçaqları, süngülər, qılınclar, beybutlar və s.) sair kəsici, deşici və ya qarışıq təyinatlı silahlar (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunçaklar, gürzlər və s.) aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun odlu silah, onun komplekt hissəsi, döyüş sursatı və soyuq silah əldə etməklə qəsdən az ağır və böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayət əməlinə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək həmin cəzalar qismən toplanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış, müvafiq qaydada götürülməklə DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən odlu silah, onun komplekt hissəsi, döyüş sursatı hesab edilən patron və ov bıçağı cinayətin aləti olduğuna görə CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməli, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 01 ədəd patron gilizi məhv edilməli, içərisində video görüntülərin əks olunduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai iatintaq orqanının qərarı ilə 7,65x17 mm kalibrli 02 ədəd patron maddi sübut kimi tanınsa da, Təqsirləndirilən şəxsnün üzərində şəxsi axtarış və götürmə keçirilən zaman odlu silah və patron darağı ilə yanaşı cəmi 02 ədəd 7,65x17 mm kalibrli patron aşkar edilərək götürülmüş, Kriminalistik Tədqiqatlar İdarəsində təqdim edilmiş 02 ədəd 7,65x17 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Ona görə müsadirə ediləcək patron sayı 01 ədəd, buna müvafiq olaraq məhv ediləcək patron gilizi də 01 ədəd kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkilləri iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.5-ci maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 597456 nömrəli, 7,65 mm kalibrli, Astra 300 modelli 01 ədəd tapança, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Astra 300 modelli tapançaların komplekt hissəsi olan 01 ədəd tapança daraq, 01 ədəd 7,65x17 mm kalibrli patron və 01 ədəd ov bıçağı dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 01 ədəd patron gilizi məhv edilsin, içərisində video görüntülərin əks olunduğu 01 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-612/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-612/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver