Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-613/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-ci il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanında yerləşən «8-ci km» bazarında qayınatası Zərərçəkmiş şəxs yaxınlaşaraq öz üstünlüyünü nümayiş etdirməklə, ictimai yer olan bazarda heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onun arvadı Aytac Həsənovanın yerini bildirməməsini bəhanə edərək özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla o, qəsdən yumruqla sonuncunun sifət nahiyyəsindən vurmuş və hadisə yeri olan mağazdan götürdüyü döşəmə silən taxdadan silah qismində istifadə edərək həmin ağac ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ənsənin sol yarısının əzilmiş yarası, alt dodağın qansızması, sol saidin arxa səthinin sıyrığından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı evdə olarkən arvadı Aytac Həsənova ilə aralarında mübahisə baş vermiş, mübahisədən sonra Aytac evi tərk edib atası evinə getmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində o, qaynatasının işlədiyi məişət avadanlıqları satılan mağazaya gedib, arvadı Aytacın evə qayıtmasını tələb etsə də, qayınatası qızını vurduğu üçün onu qaytarmayacağını bildirmiş, daha sonra ona nalayiq sözlər deyib, onu vuraraq yerə yıxmış, təpikləməyə başlamış, orada olan vətəndaşlar onları ayırdıqdan sonra evə qayıtmışdır. Bir müddət sonra 24-cü polis bölməsinə dəvət edilmiş, Zərərçəkmiş şəxs ondan şikayət etdiyi bildirilmişdir. O isə özünün döyüldüyünü bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs döşəmə silən taxta ilə vurmamış, ola bilsin ki, qaynatasını yerdən götürdüyü kapron ləyən vasitəsilə vurmuşdur. Hal-hazırda törətdiyi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən CM-nin 128-ci maddəsi ilə uş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən «8-ci kilometr» bazarında məişət avadanlıqları mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs qızı Aytac Həsənovun əridir. Raufla qızının arasında mübahisə yarandığı üçün qızı evi tərk edib onun evinə gəlmiş, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək qızını öz evinə aparmasını istəmiş, lakin o, buna etiraz etmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ətrafda heç kim olmamış, mağazada yalnız ikisi olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu taxta ilə vurmamış, o, özü müvazinətini itirərək yıxılmış, nəticədə başından xəsarət almışdır. Daha sonra ətrafdakılar onları ayırmış, Rauf isə çıxıb getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs işlədiyi “8-ci km” bazarında mağazada işləyir. 17 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs kürəkəni Rauf onların işlədiyi bazara gəlmiş və Mübarizlə aralarında mübahisə yaranmışdır. Rauf həmin vaxtı nalayiq söyüşlər söymüş, Mübariz də ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra onlar bir birinin yaxasından tutmuş, yumruqla bir-birilərini vurmuş və dalaşmışlar. Lakin o və orada olan digər şəxslər onları ayırmış, Rauf da ordan uzaqlaşıb çıxıb getmişdir. O, Raufun taxta ilə Mübarizi vurduğunu görməmiş, sadəcə onların bir-birini nalayiq söyüşlərlə təhqir edərək yumruqla vuruşduqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs işlədiyi “8-ci km” bazarında mağazada işləyir. Rauf Mübarizin kürəkənidir. Bir dəfə o, işdə olan zaman Rauf oraya gəlmiş və o, Raufu sakitləşdirərək yola salmışdır. Sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə Rauf yenidən oraya gələrək Mübarizlə mübahisə etmişdir. Lakin həmin vaxtı o, orada olmamışdır. Sonradan o, Mübarizi görmüş, bu zaman Mübarizin başı sarğıda olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, “8-ci km” bazarında aptekdə əczaçı işləyir. 17 aprel 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs onun işlədiyi aptekə gəlmişdir. Mübarizin başı yarıldığından və başından qan axdığından o, Mübarizə ilkitn tibbi yardım göstərmişdir ki, O, Mübarizin başını sarımış və həkimə getməsini tövsiyyə etmişdir. O, Mübarizdən başına nə olduğunu soruşduqda Mübariz kürəkəninin “pol” ağacı ilə vurub xəsarət yetirməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun işlədiyi “8-ci km” bazarında mağazada işləyir. Mübarizin kürəkəni Rauf əvvəllər tez-tez gəlib Mübarizlə mübahisə etmiş, lakin sonradan barışmışlar. Lakin heç bir mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Rauf yenə də gəlmiş və Mübarizlə mübahisə etmişdir. Rauf bildirmişdir ki, “həyat yoldaşımı verin aparacam”. Mübariz isə qızını Raufdan boşatdıracağını bildirmişdir. Rauf həmin vaxtı nalayiq söyüşlər söymüşdür. Onlar ətrafda qadın və uşaqların olduğunu Raufa irad bildirmişlər. Bundan sonra o, çıxıb getmişdir. O, qayıtdıqda Mübariz ona kürəkəninin satışda olan “pol” ağacı ilə başından vurub xəsarət yetirməsini bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X4 xx.xx.2023-cü il tarixli, 342 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəninin səthində aşkar edilmiş xəsarətlər - ənsənin sol yarısının əzilmiş yarası, alt dodağın qansızması, sol saidin arxa səthinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində yaranmaları istisna olunmur, dərəcəsinə görə əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə ümumilikdə sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə istinda edərək demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmiş, təqsirləndirilən şəxsin əli ilə onun dodaq nahiyəsinə, taxta ilə də başının arxa nahiyəsinə zərbə ilə vurub xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin görüntülərini özündə əks etdirən DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən ünvan 5 ünvanında yerləşən 8-ci km bazarında Zərərçəkmiş şəxs işlədiyi mağazanın qarşısında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisə baş verməsi, nisbətən balacaboy olan Zərərçəkmiş şəxs yumruqla Təqsirləndirilən şəxs vurması, sonra isə Təqsirləndirilən şəxs ona təpik atdıqda onu yerə yıxması və onu yenə də yumruqla vurması, Təqsirləndirilən şəxs ayağa qalxdıqdan sonra yumruqla Zərərçəkmiş şəxs vurması, sonra Zərərçəkmiş şəxs onu divara doğru sıxışdırması, onu vurması, bundan sonra Təqsirləndirilən şəxs əşyalar satılan tərəfə qaçaraq oradan bir ədəd pol ağacını götürməsi və arxasınca qaçan Zərərçəkmiş şəxs vurması, bu hadisələrin baş verdiyi müddət boyunca ətrafda kənar şəxslərin toplaşması və həmin şəxslərin onları ayırması, Təqsirləndirilən şəxs oradan uzaqlaşması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək öz müdafiəsi üçün dəlil gətirərək bildirmişdir ki, zərərçəkmiş şəxslə mübahisə etmiş, lakin onu taxta ilə vurmamışdır, ola bilsin ki, əlində kapron ləyən olmuş, onunla vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin və şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 il 06 aya endirilmiş, xx.xx.2012-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 221.2.1, 315.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökm ləğv edilmiş, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona bəraət verilmiş, CM-nin 221.2.1, 315.1, 66.3 və 69.3-cü maddələrinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən 6 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 315.1-ci maddələri ilə təqsirli bilinib 03 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərtər RPŞ tərəfindən barəsində CM-nin 128-ci maddəsi ilə material başlanmış, xx.xx.2017-ci il htarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə saat 12:10-da və 12:50-də üzləşdirmə istintaq hərəkətləri aparılmış, sonuncu üzləşdirmə 13:20-də başa çatmış və yalnız bundan sonra təqsirləndirilən şəxs barəsində “həbs” qismində qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, elə həmin tarixdə də Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisəni özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 40 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-613/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-613/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver