Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-613/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs əlillik təqaüdü düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs 01 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında 4000 manat pul alıb ələ keçirməklə şəxsi ehtiyaclarına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ildə müharibə iştirakçısı Zərərçəkmiş şəxs tanımış, onunla aralarında münasibət yaranmışdır. Həmin zaman Azər əlillik təqaüdünün alınması ilə bağlı Mərkəzə müraciət etsə də, ona imtina verilmişdir. 2023-cü ilin oktyabr ayında Azər onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, artıq bu vaxta qədər əlillik təqaüdü ala bilməmiş, ondan bu işi həll edib ona əlillik təqaüdü verilməsini həll edib-edə bilməyəcəyini soruşmuş, o da bildirmişdir ki, özü artıq X2 işdən çıxsa da, orada əlaqələri var və bu işi həll edə bilər. Azərdən 4000 manat pul istəmiş, Azər razılaşmış və onunla 01 noyabr 2023-cü il tarixdə Babək prospektində olan «Embavud» mebel mağazasının qarşısında görüşüb təklikdə ondan 4000 manatı almışdır. Azərdən aldığı 4000 manatı həmin zaman borcları və şəxsi ehtiyacları olduğu üçün xərcləmişdir. Həmin məbləğdən 800 manat zərərçəkmiş şəxsə ödəmişdir. Hazırda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş ziyanın tam ödənilməsini tələb edir, məhkəmə iclaslarında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və 20 oktyabr 2020-ci il tarixdə döyüşdə başından və sağ dizindən yaralanaraq xəsarət almışdır. Bildirir ki, o, təxminən 2021-ci ildə müharibədə yaralanmış döyüş yoldaşlarına baş çəkmək məqsədilə Binəqədi rayonu ərazisində yerləşən X4 gedib-gəlmişdir. Həmin zaman o, Mərkəzdə mülki mühafizədə işləyən Təqsirləndirilən şəxs ilə tanış olrrıuş və aralarında müəyən ünsiyyət yaranmışdır. Belə ki, o, Mərkəzə dəfələrlə gedib-gəldiyi üçün hər dəfə orda olanda Rəvanla söhbətləri olmuşdur. Lakin sonradan onun Rəvanla hər hansı danışığı və görüşü olmamışdır. Daha sonra o özü müvafiq əlillik dərəcəsi almağı üçün X4 müraciət etmiş, səhv etmirsə 2023-cü ilin iyul ayının 20-də ona rəsmi qaydada imtina cavabı verilmişdir. Səhv etmirsə 2023-cü ilin oktyabr ayının ortalarında o, müharibədə onunla birlikdə xidmət edən Şahid1la söhbət edən zaman ona əlillik dərəcəsi ala bilmədiyini bildirmiş, Seymur da demişdir ki, bir nəfər tanıdığı adam var, bu işləri həll edə bilir. Bir müddət sonra o, Seymurun təklifi ilə onunla birlikdə 7-ci mikrorayonda olan çay evində onun dediyi adamla görüşmüş, görüş zamanı görmüşdür ki, Seymurun iş həll edən adam kimi təqdim etdiyi şəxs X3 mülki mühafizəçi işləyən Rəvandır. Rəvanla söhbət zamanı o, 2-ci Qarabağ müharibəsində döyüşüb yaralandığını, lakin əlilliklə bağlı rəsmi rədd cavabı aldığını bilmiş və pul müqabilində onun əlillik məsələsini həll edə biləcəyini demişdir. Odur ki, ilkin olaraq yoxlatdırması məqsədilə o, müvafiq sənədlərinin surətini Rəvana vermişdir. Bir müddət sonra da Rəvan sənədlərinir yoxlanıldığını və 6500 manat müqabilində əlillik dərəcəsini həll edəcəyini bildirmişdir. O, razılaşmış və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyaraq pul götürmüşdür. 01 noyabr 2023-cü il tarixdə də Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında yerləşən «Embawood» mağazasının qarşısında Rəvanla görüşüb 4000 manat pulu təklikdə əlbəəl ona vermişdir. Aralarındakı razılaşmaya görə də işini həll edəndən sonra qalan 2500 manat verməli idi. Bildirir ki, həmin zaman səhv etmirsə Rəvan demişdir ki, artıq o, mühafizədə işləmir. Rəvan pulu ondan alıb 1-2 ay müddətində əlillik məsələsinin həll olunacağına söz vermişdir. Lakin həmin müddətdən sonra Rəvan müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. 2024-cü ilin fevral ayında o, artıq pulunu Rəvandan geri tələb etməyə başlamışdır ki, Rəvan da işinin həlli üçün pul verdiyi Mübariz adlı şəxslə onu həmin vaxt Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində işlədiyi «Red motors» adlı avtoservisin qarşısında görüşdürmüşdür. Həmin vaxt ilk dəfə gördüyü Mübariz adlı şəxs işinin həll ounması üçün pulu hansısa həkimə verdiyini və yaxın zamanlarda həll olunacağını deyib bir qədə* də gözləməyini xahiş etmişdir. Bu minvalla bir neçə ay yenə də gözləmiş, lakin yenə də Mübariz və Rəvan müxtəlif bəhanələrlə vaxtı uzatmışlar. 2024cü ilin iyul ayında o, pulunu qaytarnalarını təkid edəndə Mübariz demişdir ki, ona pul verməmiş, pulu Rəvana vermiş, gedib Rəvandan da pulunu geri istəsin. O, Mübarizdən soruşmuşdur ki, onda nə üçün neçə vaxıdır onu arxayın edir, Mübariz də ona demişdir ki, Rəvan yalvarıb ondan xahiş etmişdir ki onunla belə danışsın və Rəvanın onun pulunu qaytarması üçün vaxt alsın, daha doğrusu vaxt udsun. Mübariz demişdir ki, o da Rəvanın xahişlərini nəzərə alıb ondan hər dəfə məsələnin həlli ilə bağlı vaxt istəmiş, lakin əsl həqiqətdə onun bu işə heç bir aidiyyəti və heç bir marağı yoxdur. Bildirir ki, 2024-cü ilin avqust ayında həyat yoldaşının əməliyyatı ilə əlaqədar təcili pul lazım olduğundan pulunu qaytarmasını tələb edəndə Rəvan da 800 manat pulu əmisi oğlu Fəridin kart hesabına köçürmüş, Fərid də həmin pulu ona təqdim etmişdir. Belə ki, Fərid onun adından dəfələrlə Rəvanla danışıb onun pulunu qaytarmasını tələb etmişdir. Sonrakı vaxtlarda isə Rəvan onun telefon zənglərinə cavab verməyib ondan gizləndiyindən 2025-ci ilin mart ayında o, baş verənlərlə bağlı polisə şikayət etmişdir. Həmçinin bildirir ki, Rəvan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrlə, Mübariz isə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə onunla danışmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rəvanın onun əlillik təqaüdünü kimin vasitəsilə və hansı qaydada həll edəcəyini dəqiq bilməmiş. Rəvan demişdir ki, bu sahədə əlaqələri var. Lakin konkret kimin vasitəsilə və necə həll edəcəyini bilməmişdir. Sonrakı gedişatdan o başa düşmüşdür ki, Rəvanın bu işi heç əvvəlcədən həll etmək fikri və imkanı olmamış, o, sadəcə onun pulunu alıb onu aldatmışdır. O, Rəvana pul verilən ərəfədə Mübarizi tanımamış, Rəvan da ona Mübariz adı çəkməmişdir. Rəvan Mübariz məsələsini pulu alandan 5-6 ay sonra bildirmişdir. Müharibə yoldaşı Seymur ona demişdir ki, Rəvan onun da əlillik məsələsinə kömək edir, lakin sonra demişdir ki, Rəvan onun məsələsini həll edə bilməmiş və o, çox çətinliklə öz pulunu Rəvandan geri almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və 21 oktyabr 2020-ci il tarixdə döyüşdə sağ dizindən və bədəninin müxtəlif nahiyələrindən yaralanaraq xəsarət almışdır. O, əlilliyi ilə əlaqədar bir neçə dəfə müvafiq qurumlara müraciət etsə də, rəsmi qaydaca rədd cavabı aldığından təqaüd məsələsini həll etmək üçün hazırda adını xatırlamadığı bir nəfəri tapmışdır. Həmin şəxs də pul müqabilində onun təqaüd məsələsini həll edəcəyini söz verdiyindən ona pul vermişdir. Lakin xeyli müddət sonra onun təqaüd məsələsinin həll olunmadığını görüb pul verdiyi adamdan pulunu geri tələb etmişdir. Bu məqsədlə də həmin şəxslə görüşə gedərkən döyüş yoldaşı Zərərçəkmiş şəxs da onunla birlikdə getmişdir. Həmin görüşlərində pul verdiyi adamın yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs da gəlmişdir. Həmin vaxt Azərlə Rəvan tanış olmuşdurlar. Be ə ki, sonradan Azərin ona deməsindən bilmişdir ki, tanışlıqlarından sonra X3 mülki mühafizəçi işləyən Rəvan özünü Azərə iş həll edən adam kimi təqdim etmiş və pul müqabilində də Azərin əlillik məsələsini həll edə biləcəyini dediyindən Azər də ona 4000 manat pul vermişdir. X6 aldadıb əlillik məsələsini həll etməmiş və pulunu da qaytarmamışdır. Ona görə də Azər polisə şikayət etmişdir. Bu barədə başqa məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, yaşı ilə əlaqədar təqaüd almağı üçün ilk olaraq 2023-cü il yay aylarında X4 müraciət edərkən həmin mərozə bir neçə dəfə gedib-gələndə mərkəzin giriş qapısındakı mühafizəçi Təqsirləndirilən şəxs ilə təsadüfən tanış olmuş və aralarında normal münasibət yaranmışdır, 2024-cü ilin təxminən fevral ayında Rəvanla söhbət zamanı Qarabağ müharibəsində döyüşüb yaralanan Azər adlı bir nəfərin əlillik məsələsini həll etməsi üçün təxminən 3-4 ay əvvəl ondan 4000 manat pul aldığını, lakin işi həll edə bilməyib pulu da xərclədiyini bildirmiş, Azər artıq pulunu ondan geri tələb etməyə başladığından onun da Azərlə görüşüb vaxt istəməyini xahiş etmişdir. Elə həmin ərəfələrdə də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində Azərin işlədiyi «Red motors» adlı avtoservisin qarşısında o, Rəvanla birlikdə Azərlə görüşmüşlər. Həmin görüşlərində o, Azərə müraciət edərək yax n zamanlarda Rəvanın onun əlillik məsələsini həll edəcəyini deyib bir qədər də gözləməyini xahiş etmişdir. Odur ki, Azər də onun xahişi əsasında bir qədər gözləyəcəyini demişdir. Həmin vaxt Azərlə o bir-birlərinin mobil nömrələrini götürmüşlər. Bundan sonrakı müddətdə Azərlə o ara-sıra danışanda hər dəfəsində Rəvanın sözü əsasında əlillik məsələsinin tezliklə həll olunacağını desə də, Rəvan müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Nəhayət 2024-cü ilin yay aylarında Rəvan hələ də Azərin işini həll etmədiyindən, ya da ki, pulunu qaytarmadığından bu söhbətlər əsnasında Azərin onunla da münasibəti pisləşmişdir. O isə Azərə ona pul vermədiyini və Rəvandan pulunu tələb etməsini bildirib onunla əlaqəni kəsmişdir. Sonradan Rəvanın deməsindən ona məlum olmuşdur ki, Rəvan Azərin qohumu Fəridin vasitəsilə də Azərdən vaxt almış, həmçinin Rəvan Azərə olan borcuncan 500 və 300 manat olmaqla cəmi 800 manat pulu Fəridin kartına köçürtmüşdür. Bu barədə onun başqa məlumatı yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2024-cü ilin fevral ayrıda pulunu Rəvandan geri tələb etməyə başladıqda Rəvan da işinin həlli üçün pul verdiyi şəxs olaraq onunla Azəri Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində işlədiyi «Red motors» adlı avtoservisin qarşısında görüşdürməsi, onun da işinin həll olunması üçün pulu nansısa həkimə verdiyi və yaxın zamanlarda həll olunacağını deyib bir qədər də gözləməyi xahiş etməsi barədə Azər doğru göstərmir, əsl həqiqət onun izahatında göstərdiyi kimi olmuşdur. 2024-cü ilin sentyabr ayında yenidən Azərə müraciət edərək ona vaxt verməsini xahiş etməsini, lakin sonrakı aylarda Rəvanla müxtəlif bəhanələrlə vaxtı uzatmaqda davam etməsini və 2025-ci ilin fevral ayından isə ümumiyyətlə zənglərinə cavab verməməsini Azər doğru demir və belə bir hallar olmamışdır. Rəvan Azərdən aldığı 4000 manatdan ona bir manat da olsun pul verməmiş, o, Rəvanın Azərdən pul almasını sonralar Rəvanın deməsindən bilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxsin həmin əməli 01 noyabr 2023-cü ildə törətdiyi müəyyən edilir. O, Zərərçəkmiş şəxs 4000 manat məbləğində pul vəsaitini 01 noyabr 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanında almışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Belə olduğu təqdirdə əməlin törədildiyi vaxtdan cinayət işinə baxıldığı və yekun qərar çıxarıldığı hazırkı vaxtda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmişdir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbiri məsələsini həll edərkən nəzərə alır ki, Bakı şəhəri Nərimanov Məhkəməsinin 1(005)-401/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə hazırda cinayət işi üzrə icraata xitam verilərkən bu işə münasibətdə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalı və yuxarıda qeyd olunan səbəbdən o, həbsdən azad edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan 3 vərəq vatsap yazışmaları və 1 vərəqdən ibarət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 09 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 99 manat (9x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın və onun barəsində Bakı şəhəri Nərimanov Məhkəməsinin 1(005)-401/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq o, həbsdən azad edilməsin. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan 3 vərəq vatsap yazışmaları və 1 vərəqdən ibarət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş şəxsə izah edilsin. Təqsirləndirilən şəxs 09 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 99 (doxsan doqquz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-613/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-613/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver