Məhkəmə qərarları › İş №1(007)-617/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-617/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-617/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, X15 oğlunun katibliyi, müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X6 iştirakı ilə, X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 İlahə Kamil qızının Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən X7 barəsində xüsusi ittiham qaydasında verilmiş ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X2 İlahə Kamil qızının barəsində xüsusi ittiham qaydasında verilmiş ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayəti geri götürdüyündən xüsusi ittiham qaydasında verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti geri qaytarılsın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 oğluna məhkəmə icraatı dövründə 04 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X10 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar