Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-62/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 101, mənzil 93-də qeydiyyatda olmaqla yaşayan, 24 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən binanın 15-ci mərtəbəsində 96 nömrəli mənzilin qapısının qarşısında saxlanmış, Zərərçəkmiş şəxs məxsus bir ədəd 28 ölçülü, 580 manat dəyərində velosipedi gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq və digər cinayətlər törətdiyinə görə məhkum olunmuş, cəza çəkmişdir. 15 sentyabr 2021-ci il tarixdə günorta saatlarında onunla qonşuqluqda yaşayan, uzun müddətdir tanıdığı Şahid ilə məhəllədə görüşmüşlər, həmin vaxt oğurluq etmək qərarına gəlmişlər və bu məqsədlə ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısına gəlmişlər, binanın blokuna daxil olub orada yaşayan sakinlərin mənzillərinin giriş qapısının qarşısına qoyduqları onlara məxsus nəzarətsiz qalan əşyaları oğurlamaq məqsədilə liftə minərək binanın ən üst mərtəbəsinə qalxmışlar. Həmin vaxt binanın təxminən 15-ci mərtəbəsində yerləşən sahibini tanımadığı mənzilin qarşısında olan 28 ölçülü velosipedi oğurlamaq qərarına gəlmişdir. Lakin onunla birlikdə oğurluğa gələn Anar binanın liftindəki müşahidə kamerasını gördüyü üçün orada oğurluqdan imtina edib çıxıb gedəcəyini demiş, ona da təklif etmişdir ki, oğurluqdan imtina etsin. Bundan sonra Anar oradan uzaqlaşaraq çıxıb getmişdir. Anarın bu hərəkətləri onda qıcıq yaratmış, düşünmüşdür ki, Anar tutulmaqdan qorxub oğurluqdan imtina edirsə, oğurlayacağı velosipedin satışından əldə edəcəyi gəlirdən Anara heç nə verməyəcəkdir. Anarın hadisə yerindən uzaqlaşmasından sonra o, velosipedi götürüb liftə minmədən pilləkənlərlə aşağı düşmüşdür. Binanın blokundan çıxar-çıxmaz veolispedi sürərək ordan uzaqlaşmışdır. Velosipedi əlavə yollarla, məhəllə arası ilə sürərək Nizami rayonu ərazisindəki “8-ci km bazarı”na getmiş, orada təxminən 1 saat ərzində velosipedi ondan alacaq müştəri axtarmışdır. Əvvəllər tanımadığı, təxminən 25-30 yaşlarında, arıq bədən quruluşlu, ucaboy, qara saçı və saqqalı olan bir nəfər şəxs təklif etdiyi qiymətdə velosipedin alışında razılaşmış və ona 70 manat pul vermişdir. O, velosipedi satdıqdan sonra əldə etdiyi pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, maddi imkanı olmadığı üçün dəymiş ziyanı ödəmədiyini, həmçinin velosipedin qiymətinin 580 manat olması ilə razılaşmadığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyul ayında 580 manata 28 ölçülü velosiped almış və həmin velosipedi qızı Ləman Abbasova istifadə etmişdir. Velosiped yaşadıqları ünvan 1 nömrəli binanın 15-ci mərtəbəsində, mənzillərinin qarşısında blokda olmuşdur. 15 sentyabr 2021-ci il tarixdə saat 14:30 radələrində şəxsi işləri ilə bağlı yaşadığı mənzildən çıxmış, həmin vaxt velosiped blokda olmuşdur. Həmin gün saat 17 radələrində evə qayıdan zaman velosipedin yerində olmadığını görmüş, başa düşmüşdür ki, velosiped oğurlanmışdır. Dərhal bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Nizami RPİ-nin 25-ci polis şöbəsinə ərizə yazmışdır. Binanın təhlükəsizlik kamera görüntülərinə baxarkən yaşadığı binaya daxil olan iki nəfər şəxsdən birinin binadan çıxan zaman əlində ona məxsus velosipedlə binadan çıxmasını müəyyən etmiş, həmin görüntüləri diskə köçürərək polislərə təqdim etmişdir. Velosipedin oğurlanması nəticəsində ona 580 manat maddi ziyan dəymişdir, belə ki, o həmin velosipedi 2021-ci ilin iyul ayında 580 manata almışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir, ona görə Təqsirləndirilən şəxs şikayətçidir. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuqluqda yaşayır və eyni məhəllədə yaşadıqları üçün o, Məncanı uzun müddətdir tanıyır. 15 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla yaşadıqları məhəllədə görüşüb oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısına gəlmişlər. Binanın blokuna daxil olub orada yaşayan sakinlərin mənzillərinin giriş qapısının qarşısına qoyduqları onlara məxsus nəzarətsiz qalan əşyaları oğurlamaq məqsədilə liftə minərək binanın üst mərtəbəsinə qalxmışlar. Həmin vaxt binanın təxminən 15-ci mərtəbəsində yerləşən sahibini tanımadığı mənzilin qarşısında olan 28 ölçülü velosiped görmüşlər və həmin velosipedin yanında ikinci digər bir velosiped də olmuşdur. Lakin o, binanın liftindəki müşahidə kamerasını görmüşdür və həmin velosipedi oğurlasa, müşahidə kamerasının onu çəkəcəyini düşündüyü üçün cinayət yerində oğurluqdan imtina edib Məncana çıxıb gedəcəyini bildirmiş, Məncana da təklif etmişdir ki, oğurluq etməsin. Bundan sonra o, dərhal binanı tərk edərək oradan uzaqlaşıb, 1 manatlıq taksi fəaliyyəti göstərən avtomobillərin birinə minərək yaşadığı evə getdiyi üçün Məncanın oğurluq edib-etməməsi barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs ilə birlikdə oğurluq etmək üçün ünvan 1 ünvanına gələrək binanın 15-ci mərtəbəsinə qalxan zaman binanın liftində müşahidə kamerası gördüyü üçün tutulmaqdan qorxduğundan oğurluq etməkdən imtina etmişdir və Təqsirləndirilən şəxs da xahiş etmişdir ki, oğurluq etməsin. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 15 sentyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 10-11) - 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 4-də yerləşən 96 nömrəli mənzilin qarşısından bir ədəd velosipedi oğurlayan naməlum şəxsin görüntülərini özündə əks etdirən iki ədəd “DVD” diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Şahid ilə birlikdə 15 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanına gəlmələri və həmin binanın blokuna girərək liftə minmələri, liftlə binanın 15-ci mərtəbəsinə qalxma görüntüləri aşkar edilmiş, 2-ci diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanının blokundan velosipedlə birlikdə çıxması və blokdan çıxdıqdan sonra velosipedi sürərək oradan uzaqlaşması görüntüləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin görüntülərdəki şəxsin özü olduğunu, 15 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanından velosipedi oğurlamasının görüntüsü olduğunu bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (i.v. 58) - 25 sentyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, ünvan 1 ünvanında yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 96 nömrəli mənzilin qarşısını göstərib, 15 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində həmin mənzilin qarşısından bir ədəd velosipedi oğurladığı yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 59-60) - 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Şahid və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin, o cümlədən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət içinin materiallarına əlavə edilmişdir. (i.v. 103-108) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 36) - 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimatın təmin olunmasından imtina edilmişdir. (i.v. 79-81) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 25 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 23 iyun 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 fevral 1999-cu il tarixdə 29 dekabr 1998-ci il tarixli Amnistiya Qərarının 1-ci bəndinə əsasən azad edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2008-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən 09 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 326.1, 326.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2015-ci il tarixli qərarı ilə 10 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, 06 iyun 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarı ilə barəsində cinayət qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı cəzadan azad edilmişdir. (i.v. 89-91, 93-96) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, istinad olunan hökmlərlə təyin edilmiş cəzalara münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 24 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış iki ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 24 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış iki ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-62/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-62/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver