Məhkəmə qərarları › İş №1(007)-62/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-62/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-62/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yolu, ev 34/89-da qeydiyyatda olan, 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri, təqsirləndirilən şəxs - 30 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 63, mənzil 42-də qeydiyyatda olan, 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək, üzərində daşıyıb saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 15 iyul 2022-ci il tarixdə saat 21:20 radələrində ünvan 3 saylı binanın qarşısında söhbətgahdan asılmış əl çantasını və həmin söhbətgahdan kənarda bir neçə qadının toplaşıb başqa birisinə yardım etmələrini görüb çantanın həmin qadınlardan birinə məxsus olmasına əmin olduqdan sonra əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə Təqsirləndirilən şəxs2 çantanın sahibinin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o, söhbətgahdan Zərərçəkmiş şəxs məxsus içərisində 23 manat nağd pul, 15 manat dəyərində azyaşlı uşaq üçün köynək, 5 manat dəyərində azyaşlı uşaq üçün qol saatı, hər biri 10 manat dəyərində Zərərçəkmiş şəxs və sonuncunun övladı X2 məxsus şəxsiyyət vəsiqələri, hər biri 10 manat dəyərində "xxxx" ASC-yə aid ödəniş və hesabında pul olmayan 01 ədəd "xxxx" ASC-yə aid elektron kartları və 2000 manat dəyərində 15,08 qramlıq qızıldan qırıq vəziyyətdə boyunbağı olan 30 manat dəyərində əl çantasını gizli olaraq talayıb əldə etdikləri gəliri öz aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 2113 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, naməlum mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,797 qram narkotik vasitə heroin əldə edib özündə saxlayaraq daşımış, 16 iyul 2022-ci il tarixdə saat 18:40 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 saylı binanın qarşısında Zərərçəkmiş şəxs qarşı oğurluq cinayətini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş və orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd bükümdə 0,797 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək, üzərində daşıyıb saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında 15 iyul 2022-ci il tarixdə saat 21:20 radələrində ünvan 3 saylı binanın qarşısında söhbətgahdan asılmış əl çantasını və həmin söhbətgahdan kənarda bir neçə qadının toplaşıb başqa birisinə yardım etmələrini görüb çantanın həmin qadınlardan birinə məxsus olmasına əmin olduqdan sonra əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə o, çantanın sahibinin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs1 söhbətgahdan Zərərçəkmiş şəxs məxsus içərisində 23 manat nağd pul, 15 manat dəyərində azyaşlı uşaq üçün köynək, 5 manat dəyərində azyaşlı uşaq üçün qol saatı, hər biri 10 manat dəyərində Zərərçəkmiş şəxs və sonuncunun övladı X2 məxsus şəxsiyyət vəsiqələri, hər biri 10 manat dəyərində "xxxx" ASC-yə aid ödəniş və hesabında pul olmayan 01 ədəd "xxxx" ASC-yə aid elektron kartları və 2000 manat dəyərində 15,08 qramlıq qızıldan qırıq vəziyyətdə boyunbağı olan 30 manat dəyərində əl çantasını gizli olaraq talayıb əldə etdikləri gəliri öz aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 2113 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, naməlum mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,758 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 16 iyul 2022-ci il tarixdə saat 20:15 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 saylı binanın qarşısında Zərərçəkmiş şəxs qarşı oğurluq cinayətini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş və orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd bükümdə 0,758 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən binanın qarşısından piyada keçərkən yol kənarında olan söhbətgahda asılmış qadın əl çantasını görmüşlər. Eyni zamanda onlar görmüşlər ki, söhbətgahdan bir qədər kənarda bir neçə qadın toplaşıb başqa bir qadına yardım edirlər. O, çantanın qadınlardan birinə məxsus olduğunu bilib bir qədər gözləyək münasib şərait yaranan kimi çantanı söhbətgahdan götürmüşdür. Sonra Eminlə birgə yolun qarşı tərəfinə keçib orada həmin çantanı açaraq içərisinə baxmışlar. Emin çantadan iki ədəd on manatlıq pulu götürüb ona vermişdir. Çantada bir ədəd qırıq vəziyyətdə qızıldan qadın boyunbağı da olmuşdur və həmin boyunbağını da özü ilə götürmüşdür. Bundan başqa çantada şəxsiyyət vəsiqələri, plastik bankomat kartı, market kartları, uşaq qol saatı və köynək olmuşdur, lakin həmin əşyaların heç bir dəyəri olmadığından onları çanta ilə bir yerdə xatırlamadığı yerə tullamışlar. Sonra götürdükləri boyunbağını satmaq qərarına gəlmişlər. Lakin nə onun, nə də Eminin şəxsiyyət vəsiqəsi olmadığı üçün bu, mümkün olmamışdır. Emin Nurlan adlı tanışının sənədi ilə boyunbağını sata biləcəyini demişdir. 16 iyul 2022-ci il tarixdə saat 09 radələrində Eminlər birlikdə Nurlanın yaşadığı ünvana gedib onunla görüşmüşlər. Nurlan onlara qoşulub Mərkəzi Univermaq yaxınlığında adını bilmədiyi zərgərin yanına gedərək həmin boyunbağını zərgərə vermişdir. Zərgər boyunbağıya baxıb yoxladıqdan sonra qiymətini deyəcəyini söyləmişdir. 20 dəqiqə gözlədikdən sonra həmin zərgər gəlib verdikləri boyunbağını çəkdiyini, 3,40 qramının təmiz qızıl, qalan 10 qramının isə müxtəlif metallardan olmasını, pulun 170 manat olduğunu, 20 manat özünə zəhmət haqqı götürdüyünü deyərək Eminə 150 manat pul vermişdir. Emin həmin puldan 60 manatını ona, 10 manatını Nurlana vermiş, qalanını özünə götürmüş, bundan sonra onlar ayrılmışlar. 16 iyul 2022-ci il tarixdə saat 12 radələrində 24-cü polis şöbəsinin Mirzə adlı əməkdaşı özünə məxsus mobil telefondan ona məxsus mobil telefona zəng edərək onu polis şöbəsinə çağırmışdır. Bundan təxminən bir saat sonra, yəni 16 iyul 2022-ci il tarixdə saat 13 radələrində o, 24-cü polis şöbəsinə getmişdir. Həmin vaxtdan 24-cü polis şöbəsində olduğu halda, onun guya həmin tarixdə saat 19 radələrində ünvan 4 ünvanında polislər tərəfindən saxlanılmasını və üzərində axtarış zamanı heroin aşkarlandığını sənədləşdirmişlər. Halbuki, bu, tamamilə yalandır, onu polis əməkdaşları saxlamamışlar, Mirzənin dəvəti ilə polis şöbəsinə getmişdir və məlumdur ki, polis şöbəsinə gedən şəxs üzərində narkotik vasitə və ya hansısa qanunsuz əşya saxlamaz. O, narkotik vasitələrdən istifadə etsə də, çağırış əsasında 24-cü polis şöbəsinə gedəndə üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində ona qarşı təzyiq göstərilmiş, ona görə də sənədlərə imza edib narkotik vasitənin guya üzərindən aşkar olunmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin müvafiq hissəsi ilə məhkəmə baxışında verdiyi cari ifadənin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 10 oktyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə elan edilmiş ümumi ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ...16 iyul 2022-ci il tarixdə 19 radələrində o, Bakı şəhəri, ünvan 4 saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşıb, oğurluq cinayətində şübhəli olmasını bildirərək Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları onu Zərərçəkmiş şəxs şikayətinin məzmunu ilə tanış etdikdən sonra təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarının cibində öz istifadəsi üçün saxladığı bir ədəd şəffaf seloffan bükümdə olan “heroin” kimi tanıdığı narkotik vasitəni təqdim edib bildirmişdir ki, həmin heroini 15 iyul 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində “Oskar” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat verib almışdır. Sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, üzərindən aşkar edilən narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır... Təqsirləndirilən şəxs1 qeyd olunan ifadəsi ilə razılaşmayıb həmin ifadəni təzyiq altında verdiyindən təsdiq etmədiyini göstərmiş və məhkəmə iclasında verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs1 göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişlər, zərərçəkmiş şəxs onunla barışmışdır. Qeyd etdiklərini nəzərə alaraq, oğurluq əməlinə görə ona yüngül cəza verilməsini, narkotik vasitə ilə bağlı ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən binanın qarşısında tanışı Təqsirləndirilən şəxs1lə birlikdə piyada keçərkən yol kənarında olan söhbətgahda asılmış qadın əl çantasını görmüşlər. Eyni zamanda onlar görmüşlər ki, söhbətgahdan bir qədər kənarda bir neçə qadın toplaşıb başqa birisinə yardım edirlər. Denis çantanın qadınlardan birisinə məxsus olduğunu bildirib bir qədər gözləmələrini demiş, münasib şərait yaranan kimi çantanı söhbətgahdan götürmüşdür. Sonra onlar birgə yolun qarşı tərəfinə keçmiş, orada həmin çantanı açaraq içərisinə baxmışlar. Həmin vaxt o, çantada iki ədəd on manatlıq pulu götürüb Denisə vermişdir. Çantada bir ədəd qırıq vəziyyətdə qızıldan qadın boyunbağı da olmuş, Denis boyunbağını da götürmüşdür. Bundan başqa çantada şəxsiyyət vəsiqələri, elektron kart, market kartları, uşaq qol saatı və köynək olmuşdur, lakin həmin əşyaların heç bir dəyəri olmadığından onları çanta ilə bir yerdə xatırlamadığı yerə tullamışlar. Sonra götürdükləri boyunbağını satmaq qərarına gəlmişlər. Lakin onların şəxsiyyət vəsiqələri olmadığı üçün bu, mümkün olmamışdır. O, Nurlan adlı tanışının vasitəsi ilə boyunbağını sata biləcəklərini Denisə demişdir. 16 iyul 2022-ci il tarixdə saat 09 radələrində Denislə bir yerdə Nurlanın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 171 ünvanına gedib orada Nurlanla görüşmüş, Nurlana demişdir ki, özünə məxsus boyunbağını satmaq istəyir, lakin şəxsiyyət vəsiqəsi yoxdur. O, Nurlana boyunbağının özünə məxsus olduğunu demiş, Nurlan da ona inanıb arxayın olduqdan sonra birlikdə piyada Mərkəzi Univermaq istiqamətinə yollanmışlar. Mərkəzi Univermağın yaxınlığında adını bilmədiyi zərgərin yanına gedərək həmin boyunbağını zərgərə vermişlər. Zərgər boyunbağıya baxıb yoxladıqdan sonra qiymətini deyəcəyini söyləmişdir. 20 dəqiqə gözlədikdən sonra həmin zərgər boyunbağını çəkdiyini, 3,4 qramının təmiz qızıl, qalan 10 qramının isə adi metallardan olmasını demiş və 20 manat özünə zəhmət haqqı götürməklə onlara 150 manat vermişdir. Həmin puldan 10 manat Nurlana vermişlər, 60 manatı Denis, qalanını özü götürmüşdür. Narkotik vasitə istifadəçisi olsa da, 16 iyul 2022-ci il tarixdə polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Mirzə adlı polis əməkdaşı onu da telefon zəngi ilə çağırmış, 16 iyul 2022-ci il tarixdə 24-cü polis şöbəsinə getmiş, orada ona qarşı təzyiq göstərilmiş, ona görə də sənədlərə imza edib narkotik vasitənin guya üzərindən aşkar olunmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin müvafiq hissəsi ilə məhkəmə baxışında verdiyi cari ifadənin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 10 oktyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə elan edilmiş ümumi ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ... 16 iyul 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı ünvan 6 ünvanındakı binanın qarşısında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşıb oğurluq cinayətində şübhəli olmasını bildirərək Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları onu Zərərçəkmiş şəxs şikayətinin məzmunu ilə tanış etdikdən sonra təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarının cibində öz istifadəsi üçün saxladığı bir ədəd şəffaf seloffan bükümdə olan “kakos” kimi tanıdığı narkolik vasitəni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitəni 15 iyul 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” kimi tanıdığı ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün almışdır. Sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, üzərindən aşkar edilən narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır... Təqsirləndirilən şəxs2 qeyd olunan ifadəsi ilə razılaşmayıb həmin ifadəni təzyiq altında verdiyindən təsdiq etmədiyini göstərmiş və məhkəmə iclasında verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs2 göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişlər, zərərçəkmiş şəxs onunla barışmışdır. Qeyd etdiklərini nəzərə alaraq, oğurluq əməlinə görə ona yüngül cəza təyin olunmasını, narkotik vasitə ilə bağlı ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə saat 21:15 radələrində yaşadığı ünvan 3 nömrəli binanın qarşısında quraşdırılmış dəmir söhbətgahda qonşuları ilə birlikdə oturub söhbət edən zaman özünə məxsus əl çantasını söhbətgahın dəmir dirəyindən asmışdır. Həmin vaxt onlardan bir qədər kənarda tanımadığı bir qadının halı pisləşdiyi üçün söhbətgahda olan qadınlarla birlikdə o da qadına köməyə getmişdir. Söhbətgahda asdığı çantası həmin vaxt nəzarətsiz qalmışdır. Təxminən 5 dəqiqə sonra o, əl çantasının nəzarətsiz qalmasını xatırlayıb söhbətgaha qayıtmış, lakin çantanın asdığı yerdə olmadığını görüb oğurlandığını başa düşmüşdür. Dərhal qonşusundan mobil telefonu alıb hadisə barədə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Həmin vaxt 30 manat dəyərində olan çantasında 23 manat nağd pul, azyaşlı oğlu Şamilin 15 manat dəyərində qısaqol köynəyi, 5 manat dəyərində qol saatı, hər biri 10 manat dəyərində onun və oğlu Şamilin şəxsiyyət vəsiqələri, hər biri 10 manat dəyərində yaşadığı mənzilin "xxxx" kartı və hesabında pul olmayan 01 ədəd "xxxx"a aid elektron kart və 2000 manat dəyərində 15,08 qramlıq qızıldan qırıq vəziyyətdə boyunbağı olmuşdur. Hadisə nəticəsində ona dəymiş maddi ziyanı ümumilikdə 2113 manat miqdarında qiymətləndirmişdir. Şikayəti əsasına aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona dəymiş maddi ziyan ödənildiyinə görə həmin təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə saat 21:20 radələrində ünvan 3 ünvanının qarşısında söhbətgahdan Zərərçəkmiş şəxs məxsus əl çantasının naməlum şəxs, yaxud şəxslər tərəfindən oğurlanması faktı ilə bağlı şöbənin digər polis əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirmişlər. Bu məqsədlə həmin ünvanda quraşdırılmış fərdi kamera görüntülərinə baxılmış, onlardan əhəmiyyətli olanlar götürülmüşdür. Kamera görüntülərindən əldə edilmiş məlumatlar əsasında 16 iyul 2022-ci il tarixdə saat 18:40 radələrində ünvan 4 ünvanında yerləşən binanın qarşısında cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 saxlanılaraq 24-cü polis şöbəsinə aparılmışdır. Şöbədə aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus əl çantasını içindəki əşyalarla Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladığını etiraf etmişdir, bununla yanaşı həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması nəzərə alınaraq, şöbənin təhqiqatçısı tərəfindən onun üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. Müvafiq prosedurlara əməl edildikdən sonra, şəxsi axtarış zamanı təhqiqatçının üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etməsi barədə təklifi ilə Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmiş və içərisindəkinin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün 15 iyul 2022-ci il tarixdə axşam saatlarında Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq evinin qarşısında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində əməliyyat marağı daşıyan başqa əşya, yaxud da maddə aşkar edilməmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək baxışda iştirak edənlər tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı zamanı, 16 iyul 2022-ci il tarixdə saat 20:15 radələrində ünvan 4 ünvanında yerləşən binanın qarşısında cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 da saxlanılaraq 24-cü polis şöbəsinə aparılmışdır. Şöbədə aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus əl çantasını içindəki əşyalarla Təqsirləndirilən şəxs1lə birlikdə oğurladığını etiraf etmişdir, bununla yanaşı həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması nəzərə alınaraq, şöbənin təhqiqatçısı tərəfindən onun üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. Müvafiq prosedurlara əməl edildikdən sonra, şəxsi axtarış zamanı təhqiqatçının üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etməsi barədə təklifi ilə Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmiş və içərisindəkinin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün 15 iyul 2022-ci il tarixdə saat 19:00-20:20 radələrində “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Həmin bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində əməliyyat marağı daşıyan başqa əşya, yaxud da maddə aşkar edilməmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək baxışda iştirak edənlər tərəfindən imzalarla təsdiq edilmişdir. Əlavə sualların cavablandırılması zamanı göstərmişdir ki, qeyd olunan əməliyyat tədbirləri onun və digər əməliyyat müvəkkili Şahid4 tərəfindən keçirilmişdir, şəxsi axtarış və götürmə təhqiqatçı X5 tərəfindən aparılmış və bu proseslər protokollaşdırılmış, əməliyyat müvəkkili Şahid5 Rəfael oğlu isə şəxsi axtarış və götürmələr zamanı video çəkiliş aparmışdır. Əməliyyat tədbirlərində digər polis əməkdaşları iştirak etməmişlər. Əməliyyat tədbirlərinin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, onlar da özlərini səmimi aparmaqla qeyd olunan əməllərini etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 Rəfael oğlu, Şahid3lə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru X6 ifadəsində göstərmişdir ki, o, daha əvvəl Xətai rayon polis idarəsində işlədiyi vaxtdan Təqsirləndirilən şəxs1 tanımış, xidməti zərurətlə əlaqədar onunla əlaqələri olmuşdur. Xidmətini davam etdirmək üçün Nizami RPİ-nin 24-cü polis şöbəsinə keçirildikdən sonra da Təqsirləndirilən şəxs1lə əlaqələri olmuşdur. Xidməti ərazisində baş vermiş cinayət hadisəsi üzrə yoxlanılmalı məsələ ilə bağlı yenə də həmin şəxslə söhbət aparmaq zərurəti yarandığından 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edərək görüşmək lazım olduğunu demiş və onu şöbəyə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 gələcəyini desə də, həmin gün şöbəyə gəlməmiş, yalnız sonra bilmişdir ki, o, digər şəxslə birlikdə oğurluq cinayətində şübhəli şəxs qismində həmin gün, yəni 16 iyul 2022-ci il tarixdə axşam saatlarında rayon ərazisində saxlanılmış, üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə də aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmaları ilə bağlı əməliyyat tədbirində hər hansı formada iştirakı olmamış, saxlanıldıqlarından sonra onların şəxsi axtarışlarında da iştirak etməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 iştiraklarının təmin edilməsi mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur. Şahid1 sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bir müddət olar ki, tanıyır. Eminlə Nizami rayonu, “Neftçilər” dairəsində, çayxanada tanış olmuşdur. Emin ona söyləmişdir ki, sücüsüdür, marşurut avtobusunda işləyir. Eminlə bir-iki dəfə görüşüb bir yerdə çay içmişdir. 16 iyul 2022-ci il tarixdə səhər saatlarında Emin mobil telefonla ona zəng edib demişdir ki, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlğındadır, özünə məxsus qızılını satmaq istəyir, lakin şəxsiyyətini təsdiq edən vəsiqəsini unudub evində saxlayıb. Emin ondan xahiş etmişdir ki, şəxsiyyət vəsiqəsini versin ki, o, qızılını satsın. O, Emindən satacağı qızılın oğurluq olub-olmamasını soruşduqda Emin qızılın ona məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. O, Eminlə yaşadığı evinin yanında görüşmüşdür. Eminin yanında əvvəllər tanımadığı Denis adlı bir nəfər də olmuşdur. Onlar bir yerdə piyada Mərkəzi Univermaq istiqamətinə düşmüşlər. Univermağa az qalmış yol kənarında qızıl məmulatlarının qəbulu ilə məşğul olan bir obyektə daxil olmuş, orada əvvəllər tanımadığı bir zərgərə şəxsiyyət vəsiqəsi ilə qızıl satmaq istədiyini bildirmişdir. Sonra o, öz şəxsiyyət vəsiqəsini, Emin də üzərində olan açılıb-bağlanan yeri sınmış vəziyyətdə olan qızıldan bilərziyi göstərmişdir. Zərgər qızılı onların yanında elektron tərəzidə ölçüb təxminən 11-12 qram olduğunu, lakin tərkibi barədə üzərində prob olmadığı üçün yoxlandıqdan sonra qiymətini deyəcəyini bildirmişdir. Onlar bir yerdə obyektin qarşısında dayanıb bir qədər gözlədikdən sonra zərgər gəlib boyunbağının 3 qramının qızıl, qalanının adi metal olduğunu bildirmiş və 3 qram qızıla görə Eminə 170 manat vermişdir. Sonra onlar bir taksiyə əyləşib onu yaşadığı məhəlləyə gətirərək düşürmüşlər. Eminin üzərində olan boyunbağının oğurluq olmasından məlumatı olmamış, qızılı alan zərgəri əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, uzun müddətdir zərgər fəaliyyəti ilə məşğul olur. Son 6 aydır ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında icarə müqaviləsi əsasında fərdi olaraq zərgər fəaliyyəti ilə məşğul olur. İşlədiyi obyekdə ayrı-ayrı şəxslərdən sənədlə qızıl-zinyət əşyalarını qəbul edir. 16 iyul 2022-ci il tarixdə səhər saatlarında o, obyektdə olan zaman əvvəllər tanımadığı üç nəfər obyektə gəlmiş, onlardan biri ona qırıq vəziyətdə olan boyunbağını göstərib satmaq istədiyini bildirmişdir. O, həmin boyunbağıya baxıb tərkibini müəyyən etmək üçün istifadə edilən xüsusi qurğu ilə yoxlamışdır. Məlum olmuşdur ki, boyunbağının 3,4 qramı 585 əyyarlı təmiz qızıl, qalanı əlvan metaldan ibarətdir və ümumi dəyəri 170 manat təşkil edir. O, bu barədə gələn şəxslərə söyləmiş və razılaşmadan sonra qızılı ona göstərən şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Sonradan adını bildiyi Şahid1 şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o, vəsiqədə olan məlumatları alış aktına qeyd edib boyunbağını 170 manata almışdır. Həmin hadisədən bir neçə gün sonra polis əməkdaşları gəlib Şahid1 aldığı boyunbağının oğurluq olduğunu ona bildirən zaman o, həmin alış aktının surətini təqdim etmişdir. Adı çəkilən boyunbağının cinayət yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 15 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. (i.v. 6-8) - 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi obyektlərdən götürülmüş 01 ədəd CD-də olan video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı 15 iyul 2022-ci il tarixdə saat 21:15 radələrində əynində göy-ağ rəngli qısaqol köynək olan orta yaşlı, arıq bədən quruluşlu bir şəxsin aptekdən çıxdıqdan sonra başqa birisi ilə görüşüb hadisə yerində olmaları müəyyən edilmişdir. (i.v. 11) - 16 iyul 2022-ci il və 01 avqust 2022-ci il tarixli protokollardan görünür ki, 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən şəffaf rəngli sellofan bükülünü təqdim etmişdir. Həmin bükülünün içərisinə baxış keçirilən zaman qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, 15 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün həmin narkotik maddəni 20 manata aldığını, həmin narkotik maddəni əldə etmək üçün isə qeyd olunan 20 manatı Emin adlı tanışı ilə birlikdə 15 iyul 2022-ci il tarixdə Nizami rayonu C.ünvan 9 ünvanın qarşısında olan söhbətgahdan oğurladıqları qadın çantasının içərisindən götürdüyünü, bundan başqa həmin çantadan bir ədəd boyunbağı da götürdüyünü bildirmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd diskə 01 avqust 2022-ci il tarixdə baxış keçirilərkən 16 iyul 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 50-51, 178) - 16 iyul 2022-ci il və 01 avqust 2022-ci il tarixli protokollardan görünür ki, 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim etmişdir. Həmin bükülünün içərisinə baxış keçirilən zaman qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, 15 iyul 2022-ci il tarixdə saat 19:00-20:00 radələrində öz şəxsi istifadəsi üçün “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd diskə 01 avqust 2022-ci il tarixdə baxış keçirilərkən 16 iyul 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 83-84, 180) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2022-ci il tarixli 6/3856 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,758 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,758 qram olmuş, tədqiqata 0,50 qram sərf edilmiş, 0,708 qram qalığı qalmışdır. (i.v. 91-94) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2022-ci il tarixli 6/3857 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,797 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,797 qram olmuş, tədqiqata 0,50 qram sərf edilmiş, 0,747 qram qalığı qalmışdır. (i.v. 96-99) - 15 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilən aktın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında icarə müqaviləsi əsasında fərdi olaraq zərgər fəəaliyyəti ilə məşğul olan Şahid2 tərəfindən qızılzinyət əşyalarının qəbulu zamanı doldurulan “Alış aktı” adlanan sənədə baxış zamanı müəyyən olunmuşdur ki, həmin akt X3 adına doldurulmuşdur və üzərində “tarixi xx.xx.2022, N.Məmədovun şəxsiyyət vəsiqəsinin nömrəsi AA 0662952, qrafada “sep, 1, 585, 3,4, 170” kimi qeydlər edilmiş, aktın sonunda hər iki şəxs tərəfindən imzalanmışdır. (i.v. 218-219) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 12 avqust 2022-ci il tarixli 4452 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 221-222) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 12 avqust 2022-ci il tarixli 4450 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 223-224) - 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək onlara Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, tyev Denis Aleksandroviç və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,797 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,758 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıqları 0,747 qram və 0,708 qram heroinlər məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbzlə təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 02 ədəd və fərdi kamera görüntülərinin olduğu 01 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,797 qram narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,758 qram narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 235-246) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitələrin əldə edilmə mənbələrinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin qismən etiraf ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özlərini təqsirli bilməmələrini onların hüquqları kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeləri əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxslərin və müdafiəçilərinin irəli sürdükləri dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrində özlərini təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı üzərlərində aşkar edilmiş narkotik vasitənin onlara məxsus olduğunu etiraf etmişlər, həmin hal şəxsi axtarış və götürməyə dair protokollarda və bu zaman qeydə alınmış video görüntülərdə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslərin onlara təzyiq göstərilməsi və digər hallar barədə irəli sürdükləri dəlillər yoxlanılmaqla öz təsdiqini tapmamış, məhkəmə tədqiqi ilə toplanmış sübutlarla, işin faktiki halları ilə təkzib olunmuşdur. Eyni zamanda, 16 iyul 2022-ci il tarixdən ötən müddət ərzində kifayət qədər imkanları olmasına baxmayaraq, istər özləri, istərsə də müdafiəçiləri vasitəsi ilə həmin məsələləri mübahisələndirməmiş, aidiyyəti orqanlara müraciətlər etməmişlər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və müdafiəçilərinin, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqirləndirilən şəxslərə ittiham olunduqları həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyətləri olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 39) - 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 70) - 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 152-154) - 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 155-157) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cı maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2010-cu il tarixli qərarı ilə 10 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 2.5ci bəndinə əsasən azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək hökmlə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası saxlanılmış, 16 fevral 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. (i.v. 184-186) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinn 15 noyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 41-ci maddəsinə əsasən 05 il şərti sınaq müddəti təyin edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli Amnistiya Qərarına əsasən azad edilmiş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 fevral 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 187- 189) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəlki hökmlər üzrə məhkumluğu ödənilmişdir, sonuncu Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə isə, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsə də, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində nəzərdə tutulan, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığına dair tələbi baxımından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə həmin məhkumluq residiv yaratmır, ona görə cəza təyini zamanı nəzərə alınmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşlar, 18 iyul 2022-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətlərinin başlanğıcı 16 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilərək barışıq əldə edilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 03 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitələrin qalığı məhv olunmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət hər birinə 40 iş saatı müddətlərinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 03 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0,747 qram çəkidə narkotik vasitə heroin və 0,708 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar