Məhkəmə qərarları › İş №1(007)-620/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-620/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-620/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Siyəzən rayonu, Yenikənd ərazi dairəsi, Yenikənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, “Azadlıq” metrostansiyası ərazisində gündəlik evlərdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,432 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 25 sentyabr 2024-cü il tarixdə saat 14:20 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81A ünvanında yerləşən Nizam RPİ-nin 24-cü PŞ-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində 1 (bir) ədəd şəffaf solofona bükülmüş, təmiz çəkisi 0,432 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 aya yaxın müddətdir ki, narkotik vasitədən istifadə edir və hərdən müxtəlif ünvanlarda tanımadığı şəxslərdən alıb tək qəbul edir. 25 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında olan zaman tanımadığı şəxsdən 5 manata içərisində 1 (bir) ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddəni 1 ədəd kibrit qutusunda alıb şəxsi istifadəsi üçün əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “Neftçilər” körpüsünün altında olan vaxtı iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib 24-cü Polis şöbəsinə dəvət olunmasına görə etiraz etmədən polis əməkdaşları ilə birlikdə 24-cü polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilərək, vəkilin iştirakı ilə onun üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılmış, ona üzərində qanunla qadağan edilmiş əşya və ya maddə olduğu halda təqdim etməsi bildirilməsinə görə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən içərisində 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə ‘‘patı” olan kibrit qutusunu çıxardıb təqdim etmiş, üzərində başqa heç bir əşya aşkar olunmamışdır. Hazırda əməlindən peşman olmasını, anasının xəstə olmasını və nişanlı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində “Əlikram” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 25 sentyabr 2024-cü il tarixdə saat 14:20-də əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə ünvan 4 ünvanda sonradan şəxsiyyəti onlara Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxs müəyyən edilmiş, ona özlərini təqdim etdikdən sonra Bakı şəhəri. Nizami RPİnin 24-cü PŞ-nin inzibati binasına dəvət etmiş və o, etiraz etmədən onlarla birlikdə qeyd olunan inzibati binaya getmiş, inzibati binada xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, sonra dəvət olunmuş müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, onun üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olar tünd göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində 1 (bir) ədəd şəffaf sellofana bükülünü çıxardıb təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri-qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində hec bir qeyriqanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü barədə soruşduqda adını «patı» kimi bildiyi psixotrop maddə olmasını, «Neftçilər» metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 5 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə analoji məzmunda ifadə verərək, onun dediklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 6/4715 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün №164» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» və s. soyadlar, imzalar olan zərldəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,432 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli, 6496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs barəsində daha öncə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş, daha sonra məhkəmə qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən təqsirləndirilən şəxs cəzanın qalan hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması növündə cəza ilə üzərinə qoyulmuş vəzifələri pozması, həmçinin yenidən qəsdən cinayət törətməsi bir daha sübut edir ki, şəxsə yenidən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyini, məhkumun islah olunması və onun tərəfdən yenidən cinayət törədilməsinin qarşısının alınması kimi cəzanın məqsədinə nail olunmasını istisna edir. Beləliklə, onun barəsində hazırkı iş üzrə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edilmir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışına və Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(059)-40/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-nin 52-1.5-ci maddəsinə əsasən 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 15:35 radələrində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə 10:40 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla da o, 04 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 04 ay 26 gün (dörd ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 26 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,382 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar