Məhkəmə qərarları › İş №1(007)-628/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-628/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-628/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1970-ci ildə Rusiya Federasiyası, Dağıstan MR, Xasavyurt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, Quba rayonu, Hacıhüseynli ərazi dairəsi, Hacıhüseynli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələri olan şəxs kimi təqdim edərək buna inandırıb Zərərçəkmiş şəxs 03 ay ərzində Heydər Əliyev adına X2 bələdçi və ya yoxlama xidmətinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 22 fevral 2023-cü il tarixdə, saat 12:00 radələrində o, ünvan 2 ünvanında yerləşən sənədlərin kserosurətlərinin çıxarılması ofisində Zərərçəkmiş şəxs verdiyi 2000 manat, 13 mart 2025ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən sənədlərin kserosurətlərinin çıxarılması ofisində Zərərçəkmiş şəxs verdiyi 1500 manat, 10 aprel 2023cü il tarixdə, saat 12:12-də Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında olan zaman istifadəsində olan Unibank ASC-yə məxsus bank kartından mobil tətbiq vasitəsi ilə onun istifadəsində olan «Leo Bank»a məxsus 409858****5993 nömrəli bank kartına göndərdiyi 800 manat və 2023-cü ilin iyul ayının sonunda onun yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs verdiyi 800 manat olmaqla, ümumilikdə 5100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onu dispetçer vəzifəsinə işə düzəltmək adı ilə ümumilikdə 4300 manat pul almışdır. Bununla bağlı Zərərçəkmiş şəxs sənədlərini müvafiq orqana göndərmiş, lakin onun təhsili uyğun gəlmədiyi üçün işə düzəldə bilməmişdir. İşə düzəlmənin alınmadığını bilən kimi Zərərçəkmiş şəxs ilkin olaraq 2500 manat qaytarmış, daha sonra qalan pulu da hissə-hissə qaytarmışdır. Hazırda zərəçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Sonda barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə razı olduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 21 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən çap yerində işləmək üçün «CV», yəni anket məlumatları göndərən vaxt təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs onu «Heydər Əliyev» adına X2 bələdçilik və ya yoxlama xidmətinə işə düzəldə biləcəyini bildirmişdir. Sonra onlar bir-birilərinə əlaqə saxlamaq üçün mobil telefon nömrələrini vermişlər. Həmin gün axşam vaxtı Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışan zaman sonuncu onu «Heydər Əliyev» adına X2 bələdçi və ya yoxlama xidmətinə işə düzəldəcəyini və bunun qarşılığında ona 5.100 manat pul verməli olduğunu bildirmişdir. Lakin o həmin məbləğdə pulunun olmamasını bildirsə də, işsiz olduğu üçün onunla razılaşmışdır. 22 fevral 2023-cü il tarixdə saat 12:00 radələrində o, Təqsirləndirilən şəxs ilə birinci dəfə görüşdüyü yerdə, yəni ünvan 5 ünvanında yerləşən çap yerində görüşmüşdür. Həmin vaxtı o, Təqsirləndirilən şəxs əvvəlcədən ondan istədiyi sənədləri, həmçinin razılaşdıqları 5.100 manatdan 2.000 manat pulu vermişdir. Həmçinin pulu verməyi ilə bağlı şəxsiyyət vəsiqələrinin surətinin altından imza etmişlər. Bu barədə mobil telefon vasitəsi ilə də video çəkiliş aparmışdır. 13 mart 2023-cü ıl tarixdə saat 13:00 radələrində o, Təqsirləndirilən şəxs ilə yenə ünvan 4 ünvanında yerləşən çap yerində görüşmüşdür. Həmin vaxtı o, Təqsirləndirilən şəxs razılaşdıqları puldan 1.500 manatı da vermişdir. 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, işə düzəltməsi üçün qalan puldan 800 manat pulu da istəmişdir. Buna görə də o həmin günü Təqsirləndirilən şəxs ona göndərdiyi "xxxx" ASC-yə məxsus «Leo Bank» kartına, yəni 409858****5993 nömrəli bank kartına 800 manat pulu Gəncə şəhərində yaşadığı evdən mobil tətbiq vasitəsi ilə göndərmişdir. 2023-cü ilin iyul ayının sonunda Təqsirləndirilən şəxs zəng edərək, əlavə olaraq 800 manat pulu karta köçürmək yolu ilə deyil, yaşadığı ünvanda ona verməyini bildirmişdir. O Sabrına Süleymanovanın pulu nağd şəkildə istəməsinin səbəbini bilməsə də, növbəti gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən evinə gedərək, evin qarşısında ona həmin pulu vermişdir. Beləliklə də o Təqsirləndirilən şəxs ümumilikdə 5.100 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək, iş barədə soruşduqda sonuncu ona bir həftə ərzində işə çağırılacağını bildirmişdir. Bir həftə sonra Təqsirləndirilən şəxs zəng edərək, iş barədə soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək, onu aldatmağa başlamışdır. O, artıq işin alınmadığını və Təqsirləndirilən şəxs onu aldatmasını görüb ona verdiyi pulu tələb etməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona verdiyi 5.100 manat puldan xx.xx.2023-cü il tarixdə bank kartı vasitəsi ilə 2.500 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025- ci il tarixdə 200 manat, xx.xx.2025ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 450 manat, xx.xx.2025-ci il tarixdə 200 manat pulu bank kartı vasitəsi ilə onun 5243 7544 4255 0297 saylı «Leo Bank» kart hesabına göndərmişdir. Beləliklə Təqsirləndirilən şəxs ümumilikdə verdiyi 5.100 manat puldan 4300 manatını qaytarmış, qalan 800 manat pulu qaytarmamışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında o Təqsirləndirilən şəxs nə üçün işinin düzəlmədiyini soruşduqda, o hər dəfə müxtəlif bəhalərlə onu aldatmışdır. Əlavə olaraq 2023-cü ilin iyul ayında 800 manat pul istəyərək, ona məlum olmayan şəxslərə işin düzəlməsi üçün verməli olduğunu bildirmişdir. İş materiallarında olan 03 iyun 2025-ci il tarixli elektron məlumatların əks olunduğu 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs müraciəti zamanı təqdim etdiyi CD diskdə 01 ədəd audio, 04 ədəd foto və 03 ədəd video fayl vardır. “AUDİO-2024-12-24-17-23-18” adlı faylın içərisində Təqsirləndirilən şəxs məxsus 17 saniyədən ibarət səs yazısında onun, Zərərçəkmiş şəxs təhdid etməsi dinlənilmişdir. “İMG-20250711-WA0021” adlı foto faylda xx.xx.2023-cü il tarixdə, saat 12:12-də Leobank tətbiqi vasitəsi ilə göndərən tərəfin Zərərçəkmiş şəxs, qəbul edən tərəfin Sabrina S. olması və göndərilən məbləğin 800 manat olması barədə qəbzin surəti vardır. “İMG-20250711-WA0023” adlı foto faylda xx.xx.2023-cü il tarixdə, saat 12:12-də Sabrina S.- karta köçürmə - 800.00 m - “Sabrina xanım 800 manat da göndərdim işə görə cəmi 4300 oldu xeyirli olsun” sözləri olan qeyd vardır. “İMG-20250711- WA0025” adlı foto faylda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələrinin surətləri, “Mən Zərərçəkmiş şəxs xx.xx.2023 tarixdə Təqsirləndirilən şəxs xanıma 2000 məbləğində pul verirəm və öz imzamla təsdiq edirəm işə düzəlməyimə görə imza:_____A. - Mən Təqsirləndirilən şəxs xx.xx.2023 Zərərçəkmiş şəxsn 2000 azn aldım imzamla təsdiq edirəm._____yazısı vardır. “İMG-20250711-WA0026” foto fayl “İMG- 20250711-WA0025” adlı foto fayl ilə eynidir. “WhatsApp Video 2024-12-24 saat 17.48.11_4664a551” adlı video fayl 43 saniyədən ibarət olmaqla, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1500 manat pul verməsi və sonuncunun pulu sayaraq qəbul etməsi müşahidə edilmişdir. “WhatsApp Video 2025-07-11 saat 16.21.22_41be0a1c” adlı video fayl 36 saniyədən ibarət olmaqla, Təqsirləndirilən şəxs 04 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq əskinazı masanın üzərinə düzərək video qeydə alması və Zərərçəkmiş şəxs xitab edərək “pulunu sabah axşam göndərəcəm" deməsi müşahidə edilmişdir. “WhatsApp Video 2025- 07-11 saat 16.23.33_a1f62062” adlı video fayl 33 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2000 manat verməsi və sonuncunun pulu sayaraq qəbul etməsi müşahidə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1, 66.3 və 66.5-ci maddələrinə əsasən 07 il 06 ay 16 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tatixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmədən saxlanılımış, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə xx.xx.2014-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2013-cü il tarixli hökmdən yeni dəyişikliyə əsasən 06 il 06 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb (ümumi rejimli CÇM) cəzanın əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə CPM-in 39.1.3-cü maddəsi ilə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə KQMBİ tərəfindən həbs edilmiş, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 32.4 və 312.1-ci maddələri olan cinayət işinə xx.xx.2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 178.2.1, 178.2.4-cü maddələri ilə həmin məcəllənin 73-1.2 maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib, CM-in 32.4, 312.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2024cü il tarixdə məhkəməyə göndərilib. xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə CPM-in 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2025ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 22 iyul 2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 1(005)-25/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 il müddətinə endirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə və digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barəsində aparılan cinayət işinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1.12-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 7.4-cü bəndinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində tətbiq edilmir. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, bununla əlaqədar zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən isə görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs qadın olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, bununla əlaqədar barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmamasını, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin razılığını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 02 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 38 iş saatı müddətinə bərabər olmaqla, Azərba ycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 418 manat (38x11) məbləğində əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 02 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 38 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 418 (dörd yüz on səkkiz) manat əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar