Məhkəmə qərarları › İş №1(007)-63/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-63/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-63/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1982-ci il tarixdə Yardımlı rayonu, Mamulğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi üzrə xx.xx.2021-ci il tarixli 36 saylı əmrlə sanitariya-təmizlik şöbəsində mühəndis vəzifəsinə təyin edilməklə xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvan 2 ünvanında yerləşən 135 m2 ölçüdə X4 mülkiyyətində olan mənzilin təyinatının dəyişdirilməsi, yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci il sentyabr ayında özünə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə müraciət edən Zərərçəkmiş şəxs və atası X2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək guya özünün 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi və Nizami Rayon İcra Hakimiyyətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətinin olmasını, həmin şəxslərin vasitəsilə qeyd edilən mənzilin təyinatının dəyişdirilməklə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini təmin etmək imkanına malik olduğunu onlara yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini təmin etmək üçün zəruri tədbirləri görməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə şəxsən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanında yerləşən Şahid2 məxsus gözəllik salonunda Zərərçəkmiş şəxs məxsus 5.000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə eyni ünvanda Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ondan alıb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2018-ci ildən xx.xx.2022-ci il tarixədək Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyində Sanitariya-təmizlik şöbəsində mühəndis vəzifəsində işləmiş, iş yerində onun əsas fəaliyyəti Birliyin ərazisində fəaliyyət göstərən MKİS-lər tərəfindən ərazidə aparılan təmizlik işçilərinə nəzarət etmək olmuşdur. Bir neçə ilə əvvəl yoxlama vaxtı tanış olduğu ünvan 4 ünvanında yerləşən obyektin sahibi Şahid2 ilə ilk tanışlıq zamanı Nemətə ticarət obyektləri ilə bağlı istənilən məsələdə köməklik göstərə biləcəyini bildirdiyi üçün 2021-ci il sentyabr ayında ona zəng edərək “Laçın” Ticarət Mərkəzində mağaza işlədən tanışları Şahid1 Nürəddin oğlu və oğlu Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən 135 kv/m ölçüdə olan mənzilin təyinatının dəyişdirilərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı köməklik göstərməsini ondan xahiş etmişdir. Şahid2 ona müraciət edərkən o, sonuncuya bu məsələdə məlumatlı olduğunu, işlədiyi Təsərrüfat Birliyi və Nizami Rayon İcra Hakimiyyətində vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu, buna görə həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün hansı hərəkətlərin etməli olduğunu öyrənib deyəcəyini bildirmiş və məsələ ilə bağlı maraqlanmış, bundan sonra o, Şahid2, obyekt sahibi Şahid1 və oğlu Zərərçəkmiş şəxs ilə Nemətə məxsus gözəllik salonunda görüşmüş və söhbət zamanı o, Namik ilə Orxana məxsus mənzil sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün vəzifəli şəxslərə verilməsi üçün 40.000 manat məbləğində pulun tələb olunduğunu demiş, lakin onlar tələb olunan məbləğ ilə razılaşmamış və pul verməkdən imtina etmiş, bir müddət sonra o, həmin şəxslərə bir neçə dəfə zəng edib daha aşağı məbləğ tələb etmiş, onlar yenə də razılıq verməmişdir. xx.xx.2021-ci il tarixdə onlar yenə eyni ünvanda təkrarən Nemət, Namik və Orxan ilə görüşüb işin 25.000 manat müqabilində həll olunmasına dair razılığa gəlmiş, həmin görüşdə ilkin olaraq Zərərçəkmiş şəxs ona Nemət və Namikin yanında 5.000 manat pulu vermiş, o, Orxan və Namikə tələb olunan məbləğin tam olaraq verilməsi halında işlədiyi Birliyin rəhbərliyi tərəfindən daşınmaz əmlakın rəsmiləşdirilməsi işlərinə başlanılacağını bildirmişdir. Orxan daha əvvəl yaşadığı evin yanında yerləşən “Elit” kafedə Nemətin yanında ona mənzilin sənədlərinin surətini təqdim etmiş, sonuncu görüşdən sonra, xx.xx.2021-ci İ tarixdə o, Orxan ilə bir daha eyni yerdə, yəni Nemətə məxsus gözəllik salonunda görüşmüş, Orxan orada qalan 20.000 manat məbləğində pulu vermişdir. Həmin görüşdə onun ilə Orxan ikisi olmuş, o, Zərərçəkmiş şəxs pulu aldıqdan sonra adını çəkmək istəmədiyi şəxsə olan borcunu qaytarmış, bir neçə ay sonra Namik və Orxan onunla görüşüb danışsalar da, o, hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzəlmədiyini demiş, nəticədə pulu qaytarmaqdan yayınmışdır. Sonradan Namik və Orxan onun qardaşı Şahid3la tanış olaraq söhbət etdikdən bir neçə ay sonra Seymur onlara onun yerinə 17.000 manat pul vəsaiti qaytarmış, lakin qalan 8.000 manat pul vəsaitini verməyə imkanı olmamışdır. O götürdüyü pulu şəxsi ehtiyaclarına sərf etmiş, heç bir vəzifəli şəxsə müraciət etməmiş, pul verməmiş, yalnız qardaşına aldığı pulu başqa şəxslərə verdiyini, aldadılmasını demişdir ki, qardaşı da şikayət edən şəxslərə o forrmada desin və şikayətçilər də pulu ondan tələb etməsinlər. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmiş, zərəçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Əməlindən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o və atası Şahid1 Nürəddin oğlu “Laçın” Ticarət Mərkəzində birgə işlədiyi Şahid2 5-6 ildir ki, tanıyırlar. O, atası ilə birlikdə gəlinliklərin kirayə verilməsi fəaliyyəti göstərən mağaza işlədirlər. Şahid2 isə Ticarət Mərəzində qızların gəlinlik üçün bəzədilməsi fəaliyyəti ilə məşğul olan mağaza işlədir. 2021-ci il avqust ayının ikinci yarısında o, atası Namik ilə anası X4 adına olan ailələrinə məxsus Nizami rayonu, Q.Qarayev prospekti, ev 117, mənzil 1 ünvanında yerləşən 135 kv/m ölçüdə olan mənzilin təyinatının dəyişdirilərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməklə orada gəlinlik paltarlarının kirayə verilməsi xidmətini göstərəcək mağaza açmaq niyyətində olduqlarını Nemətə bildirmiş, sonuncudan bunun üçün nə etməli olduqlarını bilmədiklərini, o məsələdə təcrübəsi olan tanışının olub-olmamasını ondan soruşmuş, Nemət də bir neçə ilə əvvəl tanış olduğu Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyən Təqsirləndirilən şəxs bu məsələdə məlumatlı olduğunu, sonuncunun işlədiyi Birlikdə və Nizami Rayon İcra |akimiyyətində vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu, buna görə də Təqsirləndirilən şəxs ilə məsləhətləşərək onlara həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün hansı hərəkətlərin etməli olduqlarını öyrənəcəyini bildimişdir. O, məsələ ilə bağlı 2021-ci ilin sentyabr ayında Şahid2 Təqsirləndirilən şəxsla danışmış və sonuncu əmlakın təyinatının dəyişdirilərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkün olduğunu, özünün bu işlə məşğul olacağını bildirmişdir. Bundan sonra o, atası Şahid1 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən Şahid2 məxsus gözəllik salonunda Təqsirləndirilən şəxs ilə görüşmüş, söhbət zamanı sonuncu onlara məxsus mənzil sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün vəzifəli şəxslərə verilməsi üçün 40.000 manat məbləğində pulun tələb olunduğunu demiş, onlar tələb olunan məbləğ ilə razılaşmayıb pul verməkdən imtina etmişdirlər. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs bir neçə dəfə zəng edərək daha aşağı məbləğ tələb etmiş, onlar buna da razı olmamışdırlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə o, atası və Nemət sonuncuya məxsus gözəllik salonunda təkrarən Təqsirləndirilən şəxsla görüşüb işin həll olunması üçün 25.000 manat verməyi razılaşmışlar. Həmin görüşdə ilkin olaraq o, atası Namik və Nemətin iştirakı ilə 1000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onlara işlədiyi birliyin adını çəkmədiyi rəhbərliyinin tələb olunan məbləğin tam olaraq verilməsi halında işlərə başlanılacağını bildirmişdir. Həmin otaqda Quraşdırılmış kamera vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən 5.000 manat məbləğində pulun alınması qeydiyyata alınmış, həmin görüntünü Şahid2 araşdırma dövründə təqdim etmişdir. O, pulu verməmişdən əvvəl yaşadığı evin yanında yerləşən “Elit” kafedə Nemətin yanında Təqsirləndirilən şəxs mənzilin sənədlərinin surətini də təqdim etmiş, sonuncu görüşdən sonra, xx.xx.2021-ci il tarixdə o, özü bir daha eyni yerdə, yəni Şahid2 məxsus gözəllik salonunda Təqsirləndirilən şəxsla görüşüb sonuncuya qalan 20.000 manat məbləğində pulu vermiş, həmin görüşdə onunla Samir ikisi olmuş, bundan sonra onlar bir neçə ay Təqsirləndirilən şəxsla görüşüb danışsalar da, sonuncu nə verdiyi sözə əməl etmiş, nə də ki, aldığı pulu geri qaytarmışdır. Onlar Samirin qardaşı Şahid3la tanış olaraq söhbət etdikdən bir neçə ay sonra Seymur özü pulun 17.000 manatını qaytarmış, lakin qalan 8.000 manat pul vəsaitini verməyə imkanının olmadığını bildirmişdir. Onlar dəfələrlə Samirlə danışaraq qalan pulu da verməsini tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək işin düzəlmədiyini və pulu qaytaracağını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o “Laçın” Ticarət Mərkəzində birgə işlədiyi Şahid1 Nürəddin oğlu və onun oğlu Zərərçəkmiş şəxs 5-6 ildir ki, tanıyır. Onlar gəlinliklərin kirayə verilməsi fəaliyyəti göstərən mağaza işlədirlər, o isə Ticarət Mərkəzində qızların gəlinlik üçün bəzədilməsi fəaliyyəti ilə məşğul olan mağaza işlədir. 2021-ci il avqust ayının ikinci yarısında Namik yoldaşının adına olan Nizami rayonu, Q.Qarayev prospekti, ev 117, mənzil 1 ünvanında yerləşən 135 kv/m ölçüdə olan mənzilin təyinatının dəyişdirilərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməklə orada gəlinlik paltarlarının kirayə verilməsi xidmətini göstərəcək mağaza açmaq niyyətində olduğunu və bunun üçün nə etməli olduğunu bilmədiyini ona demiş, bu məsələdə təcrübəsi olan tanışının olubolmamasını ondan soruşmuşdur. O, bir neçə il əvvəl ona məxsus ünvan 4 ünvanda yerləşən obyektdə təmir işləri apararkən tanış olduğu Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyində işləyən Təqsirləndirilən şəxs bu məsələdə məlumatlı olduğunu, sonuncunun işlədiyi Birlikdə və Nizami Rayon İcra Hakimiyyətində vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu, buna görə də Namikə Təqsirləndirilən şəxs ilə məsləhətləşərək həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün hansı hərəkətlərin etməli olduğunu öyrənəcəyini ona demişdir. O, məsələ ilə bağlı 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxsla danışmış, sonuncu əmlakın təyinatının dəyişdirilərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkün olduğunu, özünün bu işlə məşğul olacağını bildirmiş, bundan sonra o, Şahid1 və oğlu Orxan ilə birlikdə ona məxsus gözəllik salonunda Təqsirləndirilən şəxs ilə görüşmüş, söhbət zamanı sonuncu Namik ilə Orxana məxsus mənzilin sahəsinin qeyri-yaşayış sahəsinə dəyişdirilməsi üçün vəzifəli şəxslərə verilməsi üçün 40.000 manat məbləğində pulun tələb olunduğunu demiş, Namik və Orxan tələb olunan məbləğ ilə razılaşmayıb pulu verməkdən imtina etmişlər. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs bir neçə dəfə zəng edərək daha aşağı məbləğ tələb etmiş, Namik və Orxan həmin məbləğə də razı olmamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə onlar yenə ona məxsus gözəllik salonunda təkrarən Təqsirləndirilən şəxsla görüşmüş, Namik və Orxan işin həll olunması üçün 25.000 manat verməyə razılıq verərək həmin vaxt ilkin olaraq Orxan onun və Namikin iştirakı ilə 5.000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Samir onlara işlədiyi Birliyin adını çəkmədiyi rəhbərliyinin tələb olunan məbləğin tam olaraq verilməsi haında işlərə başlanılacağını bildirmişdir. Həmin otaqda quraşdırılmış kamera vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən 5.000 manat məbləğində pulun alınması qeydiyyata alınmış, həmin görüntü onun tərəfindən araşdırma dövründə təqdim edilmiş, sonuncu görüşdən sonra, xx.xx.2021-ci il tarixdə Orxan özü eyni yerdə, yəni ona məxsus gözəllik salonunda Təqsirləndirilən şəxsla görüşüb sonuncuya olan 20.000 manat məbləğində pulu vermiş, lakin həmin görüşdə o, şəxsən iştirak etməmişdir. Bundan sonra onlar bir neçə ay Təqsirləndirilən şəxsla görüşüb danışsalar da, sonuncu nə verdiyi sözə əməl etmiş, nə də ki aldığı pulu geri aytarmışdır. Onlar Samirin qardaşı Şahid3la tanış olaraq söhbət etdikdən bir neçə ay sonra Seymur özü pulun 17.000 manatını qaytarmış, lakin qalan 8.000 manat pul vəsaitini verməyə imkanının olmadığını bildirmiş, onlar dəfələrlə Təqsirləndirilən şəxsla danışaraq qalan pulu da verməsini tələb etsələr də, sonuncu müxtəlif bəhanələr gətirərək işin düzəlmədiyini və ya pulu qaytaracağını bildirmişdir. Onun tərəfindən təqdim edilmiş CD diskdə qeydə alınmış 02:03 dəqiqə davam edən video görüntüdə Orxan ilə Namikin Samir ilə görüşü əks olunur, o, video kameradan arxada oturduğundan görüntüyə düşməmiş, lakin o da həmin görüşdə iştirak etmiş, belə ki, orada Orxan Təqsirləndirilən şəxs ilk 5.000 manat pulu vermiş, sonuncu da həmin pulu sayıb qəbul etmişdir. Həmçinin onun tərəfindən təqdim edilmiş CD diskdə qeydə alınmış 02:46 dəqiqə davam edən video görüntü Orxanın idarə etdiyi avtomobildə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, orada o, Orxan və Samir işin həll olunması və ya pulun qaytarılması barədə söhbət etmişlər. Onun Təqsirləndirilən şəxsla hər hansı əməkdaşlığı olmamış, heç vaxt onunla hər hansı işi olmamış, o, yalnız Orxan və Namikə kömək məqsədi ilə sonuncuları Samir ilə tanış etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 Nürəddin oğlu məhkəməyə verdiyi ifadəsində zərərçəkmiş şəxs X9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs 2018-ci ildən xx.xx.2022-ci tarixədək Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyində Sanitariya-təmizlik şöbəsində mühəndis vəzifəsində işləmişdir. Qardaşı Təqsirləndirilən şəxs Şahid2, Zərərçəkmiş şəxs və X5 ilə danışaraq Nizami rayonu, Q.Qarayev prospekti, ev 117, mənzil ünvanında yerləşən mənzilin təyinatının dəyişdirilərək yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə keçirilməsi ilə bağlı onlardan 25.000 manat məbləğində pul almışdır. Lakin bu işi həll etməkdə ona köməklik edəcək hansısa vəzifəli insanlar onu aldatdıqları üçün həmin evi qeyri-yaşayış sahəsinə dəyişmək mümkün olmamışdır. O, özü bu barədə 2021-ci ilin dekabr ayının sonlarında məlumatlı olmuş, qardaşı Təqsirləndirilən şəxsla danışarkən sonuncu pulu başqa vəzifəli şəxslərə verdiyini, lakin həmin şəxslərin onu aldatdığını və həmin puldan yalnız 2000 manatının özündə qaldığını ona bildirmişdir. O sonradan Şahid2, Zərərçəkmiş şəxs və X5 ilə görüşərək onlara dəymiş ziyanı qardaşının adından ödəyəcəyini söz vermiş və hissə-hissə olmaqla 17.000 manat məbləğində pul vəsaitini onlara ödəmiş, pulu olmadığı üçün qalan vəsaiti də ödəmək üçün onlardan vaxt istəmiş, onlar razı olmayaraq hüquq mühafizə orqanlarına müraciət etmişdirlər. Samir ona pulu verdiyi vəzifəli şəxslərin adlarını çəkməmiş, həmin şəxslərin kimlər olması barədə məlumatı yoxdur. Hazırda dəymiş ziyandan 17.000 manat Zərərçəkmiş şəxs ödənilmişdir. Şahid2 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş video görüntüləri əks etdirən üzərində “Verbatim CD-R 52x” sözləri yazılmış 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 14:22-dən 14:24-dək Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və X1 aralarında kiçik iş otağında görüş keçirilmişdir. Videonun 01:00-ci dəqiqəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul vermiş, sonuncu isə pulu sayaraq qəbul etmişdir. Şahid2 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş video görüntüləri əks etdirən üzərində “Princo DVD-R up to 16x speed” sözləri yazılmış 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 16:52-dən 16:54-dək Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və X5 aralarında avtomobildə ya işin həll olunması və ya pulun rılması barədə söhbət aparılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın, 32.4, 312.1-maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini, onun əsas etibarı ilə qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək cinayət törətməsini nəzərə alaraq onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmasının saxlanılmasını qeyri-mümkün hesab edir və ona təqsirli bilindiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmasa da, həmin maddə ilə cəza təyin edərkən barəsində müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxsnın məhkəməyə ünvanlandığı xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il tarixli X12 adında uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və ya yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə və CM-nin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə AR CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, elə həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi hesab edilən Şahid2 tərəfindən təqdim edilmiş video görüntüləri əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 06 ay (üç il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 tərəfindən təqdim edilmiş video görüntüləri əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar